Məhkəmə qərarları › İş №1(5-155)-75/2026

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №1(5-155)-75/2026

12.03.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(5-155)-75/2026 12.03.2026 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun sədrliyi, Hüseynov İsfahan Abbas oğlunun katibliyi ilə, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs və onun müdafiəçisi Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx xxxxxx 2003-cü ildə ünvan 1ində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, ünvan 1i ünvanında qeydiyyatda olan, ünvan 2ayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materiallarına açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa YÜNGÜL zərər vurmuşdur. Belə ki, xx.xx.2026-cı il tarixdən xx.xx.2026-cı il tarixə keçən gecə, saat 00:15 radələrində Xəzər dənizinin Sumqayıt şəhəri, 6-cı mikrorayon ərazisinə düşən hissəsi olmaqla dəniz sahilində qısqanclıq zəmnində Zərərçəkmiş şəxs ilə qeyri-rəsmi münasibətdə olduğu Təqsirləndirilən şəxs arasında baş verən mübahisə zamanı sonuncu Zərərçəkmiş şəxs başına, sifətinin ön hissəsinə, qollarına əl zərbələri ilə qəsdən vuraraq ona sağ gözünün ağlı qişasının bayır bucağının yayılmış qansızması, sağ bazunun aşağı 1/3-nin ön səthisinin, sol bazunun yuxarı 1/3-nin ön səthinin, sol bazunun orta 1/3-nin arxa səthinin qançırlarından ibarət dərəcəsinə görə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərərvurmaya aid bədən xəsarətləri yetirməklə, sonuncunun sağlamlığına qəsdən YÜNGÜL zərər vurmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində ifadə verən Təqsirləndirilən şəxs özünü CM-nin 128-ci maddəsi ilə təqsirli bilərək ifadəsində bildirmişdir ki, Zərərçəkmiş şəxs ilə 2026-cı ilin yanvar ayında tanış olmuş və sevgili münasibətləri olmuşdur. Son zamanlar Aysunun ona xəyanət elədiyini öyrənmiş və içində qısqanclıq duyğusu baş qaldırmışdır. Bu barədə Aysunun özü ilə görüşüb məsələni aydınlaşdırmaq istəsə də, Aysu onunla görüşməmişdir. xx.xx.2026-cı il tarixdə, saat 23:40 radələrində idarə etdiyi avtomobillə Aysunun yaşadığı binanın qarşısına gəlmiş, ona zəng etsə də telefonuna cavab verməmişdir. Sonra ona mesaj yazıb münasibəti normal qaydada bitirməyi təklif etmiş və mədəni şəkildə danışacaqlarını bildirməklə onu aşağıda gözlədiyini və gəlməsini xahiş etmişdir. Bir qədər sonra Aysu gəlmiş, ondan gəlib avtomobilə oturmasını və söhbət etmələrini xahiş etmişdir. Aysu avtomobildə əyləşmiş, avtomobili Sumqayıt şəhəri, “Dörd qardaş” restoranından aşağı dənizin sahilinə sürüb sakit bir yerdə saxlamışdır. Aysu ilə yerə düşüb söhbət edərkən, Aysudan ona nəyə görə xəyanət etdiyini soruşduqda Aysu onun ünvanına nalayiq ifadələr işlətmiş və onu əsəbləşdirmişdir. Bu səbəbdən aralarında mübahisə baş vermiş, mübahisə zamanı Aysu ona əl-qol atmağa başladığından o, əsəbləşib sillə ilə Aysunun sifətinin ön hissəsindən güclü zərbə vurmuşdur. Həmin vaxt Aysu ona əl atmaq istədiyindən onu sakitləşdirmək üçün əl atıb saçından tutmuş və əli ilə başından da bir dəfə vurmuşdur. Həmçinin qollarından tutub sakit olmasını tələb etmişdir. Bir qədər belə mübahisə etdikdən sonra onu sakitləşdirmiş, həmçinin özünün də səhv etdiyini anlamış və yenidən avtomobilə minərək, bir qədər şəhərdə gəzdikdən sonra onu yaşadığı binaların qarşısına gətirmişdir. Hadisə xx.xx.2026-cı il tarixdən xx.xx.2026-cı il tarixə keçən gecə, saat 00:15 radələrində Sumqayıt şəhəri, “Dörd qardaş” restoranından aşağı düşdükdə dəniz sahili ərazidə, qaranlıq yerdə baş vermiş, həmin vaxt orada ikisindən başqa kimsə olmamışdır. Münaqişə zamanı Zərərçəkmiş şəxs sifətinin ön hissəsinə, həmçinin başına əli ilə vurmaqla və saçından tutub dartmaqla döymüşdür. Əməlindən səmimi peşmandır. Zərərçəkmiş şəxslə barışmış, ona vurulmuş ziyanı ödəmiş, iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Təqsirləndirilən şəxs məhkəməyə təqdim etdiyi ərizəsində Zərərçəkmiş şəxs ilə barışdığını, dəymiş ziyanı ödədiyini, ona qarşı heç bir şikayət və tələbin olmadığını qeyd edərək, iş üzrə üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında bildirmişdir ki, Təqsirləndirilən şəxsla 2026-cı ilin 15 yanvar tarixində tanış olmuş və bu müddətdə qeyri-rəsmi münasibətləri olmuşdur. Davranışları və xasiyyətləri uyğun gəlmədiyindən ondan ayrılmaq istəmişdir. Bu barədə özünə bildirdikdə Bakir ondan ayrıla bilməyəcəyini deyərək mütəmadi olaraq narahat etmiş, xx.xx.2026-cı il tarixdə, saat 23:45 radələrində yaşadığı evə gəlmiş, evdə olduğu zaman Bakir ona mesaj yazaraq, söhbət edib münasibəti mehribancasına bitirməyi təklif etmişdir. Onu həyətdə gözlədiyini bildirib onunla görüşməyə razılıq verməsini xahiş etmiş, o, həyətə düşmüş və söhbət edəcəyini deyib onu idarə etdiyi avtomobilinə əyləşdirib Sumqayıt şəhəri dənizkənarı əraziyə gətirmişdir. Orada dənizin sahilində qaranlıqda hər ikisi avtomobildən düşmüş, Bakir ona köhnə sevgilisi ilə görüşdüyünü, ona xəyanət elədiyini deyərək üstünə qışqırmış və təhqir etmişdir. O, artıq bezdiyindən “əcəb etmişəm” deyərək onun cavabını qaytarmış, bu səbəbdən Bakir qəflətən güclü zərbə ilə sifətinin ön hissəsindən, daha sonra yumruqla başının arxa hissəsindən vurmuşdur. Qollarını tutub sıxmağa başlamış, həmçinin əl atıb saçından tutub yolmuşdur. O, Bakirə fiziki müqavimət göstərdiyindən Bakir bir qədər sakitləşmiş, həmin vaxt soyuqdan titrədiyindən yenidən avtomobilə əyləşmiş və avtomobildə də mübahisələri davam etmişdir. Daha sonra onu gətirib yaşadığı binanın qarşısında düşürüb getmişdir. O, ilk əvvəl şikayət etməyi düşünməmiş, lakin xx.xx.2026-cı il tarixdə Bakir yenə də onu narahat etdiyindən şikayət etmək qərarına gəlmiş və gecə radələrində 102 xidmətinə zəng vurub məlumat vermişdir. Hadisə xx.xx.2026-cı il tarixdən xx.xx.2026-cı il tarixə keçən gecə, saat 00:15 radələrində Sumqayıt şəhəri, 6-cı mikrorayon ərazisi olmaqla dənizin sahilində baş vermiş, həmin vaxt orada ikisindən başqa kimsə olmamışdır. Qeyd edir ki, Təqsirləndirilən şəxsla barışmış, ona vurulmuş ziyan ödənilmiş, bu səbəbdən iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Zərərçəkmiş şəxs məhkəməyə ərizə ilə müraciət edərək Təqsirləndirilən şəxsla barışdığını, ona dəymiş ziyanın ödənildiyini, sonuncuya qarşı heç bir şikayət və tələbinin olmadığını bildirərək iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş sənədlərdən görünür ki, Zərərçəkmiş şəxs 24 fevral 2026-cı il tarixdə Sumqayıt şəhər Pİ-nin 3-cü Polis Bölməsinə şifahi müraciət edərək Təqsirləndirilən şəxs ona bədən xəsarəti yetirdiyini bildirmişdir. (i.v.2); “Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsi dindirmə” haqqında 26 fevral 2026-cı il tarixli protokola əsasən, Təqsirləndirilən şəxs həmin tarixdə, saat 18:00 radələrində dindirilmiş, sonuncunun izahatı alınmışdır. (i.v.44-45); AR SN-nin MTE və PAB X3 xx.xx.2026-cı il tarixli, 261 saylı ekspert rəyi ilə müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşağıdakı xəsarətlər vardır: sağ gözünün ağlı qişasının bayır bucağının yayılmış qansızması, sağ bazunun aşağı 1/3-nin ön səthinin, sol bazunun yuxarı 1/3-nin ön səthinin, sol bazunun orta 1/3-nin arxa səthinin qançırları. Qeyd olunan xəsarətlər küt əşya təsirindən törənmişdir, törənmə müddəti zərərçəkənin müayinəsindən 3-5 gün əvvəl olmaqla qərarda göstərilən vaxtda və şəraitdə xx.xx.2026-cı il tarixdə əmələ gələ bilərdi, öz-özünə yetirməsi istisna edilir və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aid edilir. (i.v.12-15); Məhkəməyədək sadələşdirilmiş icraat materiallarında olan ərizələrdən görünür ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs toplanmış material üzrə təhqiqatın sadələşdirilmiş icraat qaydasında aparılmasına etiraz etməmişlər. ( i.v.16-17); Təqsirləndirilən şəxs barəsində Laçın rayonu İcra Hakimiyyəti başçısının Güləbird kənd inzibati ərazi üzrə Nümayəndəli tərəfindən verilmiş müsbət xarakterli xasiyyətnamə iş materiallarına əlavə edilmişdir. (i.v.48); xx.xx.2026-cı il tarixli, 1520 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhər Narkoloji Dispanserində qeydiyyatda yoxdur. (i.v.49); “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X3 4 nömrəli xəstəxanasının 25 fevral 2026-cı il tarixli, 82 nömrəli məktubuna əsasən, Sumqayt şəhəri, Stansiya Sumqayıt qəsəbəsi, “Mero” məhəlləsi, fərdi həyət evi ünvanında yaşayan, xx.xx.2003-cü il təvəllüdlü Təqsirləndirilən şəxs Sumqayıt şəhər 4 nömrəli xəstəxananın poliklinika şöbəsinin psixiatrik kabinetində qeydiyyatda yoxdur. (i.v. 50); “Zərərçəkmiş şəxs qismində tanınma haqqında” 25 fevral 2026-cı il tarixli qərara əsasən, vətəndaş Zərərçəkmiş şəxs qismində tanınmış, qərar elan edilərək ona bu barədə məlumat verilmişdir. (i.v. 22); DİN-nin BƏSİİ-dən alınmış xx.xx.2026-cı il tarixli tələbnaməyə əsasən, Təqsirləndirilən şəxs barəsində əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. (i.v.51); Təqdim edilmiş 12 mart 2026-cı il tarixli ərizələrdən görünür ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxsla barışmış, ona dəymiş ziyan ödənmiş və şikayəti yoxdur, icraata xitam verilməsini xahiş edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128.1-ci maddəsinə əsasən sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurmamin manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs verilmiş ittiham üzrə təqsiri iş üzrə toplanmış və tədqiq edilmiş sübutların məcmusu ilə tam sübuta yetirilmiş, onun əməli CMnin 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Həmin məcəllənin 73.2-ci maddəsinə görə, bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. 73.2-ci maddəsinə görə, bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. CM-nin 72-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinə görə şəxs bu Məcəllənin 72-73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. İşin məhkəmə tərəfindən tətdiq edilmiş hallarından Təqsirləndirilən şəxs əvvəllər CM-nin 73.2-ci maddəsində nəzərdə tutulmuş maddələr üzrə cinayət məsuliyyətinə cəlb edilmədiyi müəyyən edilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.8-ci maddəsinə əsasən zərərçəkmiş şəxsin şikayəti olmadıqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir. (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir) 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Beləliklə, məhkəmə təqsirləndirilən şəxsin təqsirini etiraf etməsini, əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəməsini, onunla barışmasını, zərərçəkmiş şəxsin və təqsirləndirilən şəxsin hər ikisinin barışdıqları üçün işin icraatına xitam verilməsi barədə ərizələrini nəzərə alaraq belə nəticəyə gəlir ki, CM-nin 73.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.1 və 73.2-ci maddələrinin şərh edilməsinə dair” 25 iyul 2022-ci il tarixli qərarına görə CM 73.2-ci maddəsi imperativ norma olmaqla, həmin maddədə sadalanan cinayət əməlini (əməllərini) törətmiş şəxsin zərərçəkmiş şəxslə barışması, həmçinin ona dəymiş ziyanı tamamilə ödəməsi onun cinayət məsuliyyətindən azad edilməsi üçün şərtsiz əsasdır. Məhkəmədə Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmiş, hüquqlarının müdafiəsi üçün Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 08 iş saatı məsrəf olunmuşdur. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla, AR NK-nin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara xx.xx.2025-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından vəkil Müdafiəçi 88 (səksən səkkiz) manat məbləğində pul ödənilməlidir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40, 43.3, 321, 346-347, 356 və 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə cinayət təqibinə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən xitam verilsin və cinayət məsuliyyətindən azad edilsin. Vəkil Müdafiəçi məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs göstərdiyi hüquqi yardıma görə 88 (səksən səkkiz) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Qərardan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim Ramiz Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar