Məhkəmə qərarları › İş №1(5-155)-8/2026

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(5-155)-8/2026

05.03.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(5-155)-8/2026 05.03.2026 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun sədrliyi, Hüseynov İsfahan Abbas oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs və onun müdafiəçisi Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1986-cı ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olan, Sumqayıt şəhəri 10-cu mikrorayon, ev 4, mənzil 35-də qeydiyyatda olan, Sumqayıt şəhəri, Yaşıl Dərə bağlar massivi, fərdi evdə yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda, yəni 01 ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 1,457 qram ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini əldə edib daşıyıraq üzərində saxlamış, xx.xx.2025-ci il tarixdə saat 19:35 dəqiqədə Sumqayıt ŞPİ-nin 1-ci PB-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Sumqayıt şəhəri, 8-ci mikrorayon, Nurlan Nurulzadə küçəsi, ev 18/5in yaxınlığında saxlanılaraq üzərində yoxlama aparılarkən əynindəki şalvarın sağ yan cibindən həmin bükümdə psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bundan başqa, o, təkrarən istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan, qanunsuz olaraq xeyli miqdarda yəni 01 ədəd bükümdə təmiz çəkisi 0,790 qram olan ağ rəngli, kristalşəklli maddə, kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini əldə edib daşıyaraq üzərində saxlamış, 03 oktyabr 2025-ci il tarixdə, saat 14:25 dəqiqədə Sumqayıt ŞPİ-nin 1-ci PB-nin əməkdaşlarının keçirdikləri əməliyyataxtarış tədbirləri nəticəsində Sumqayıt şəh, 8-ci mikr ərazisində yerləşən "Cənub" restoranının yaxınlığında saxlanılaraq üzərində yoxlama aparılarkən əynindəki qara rəngli şalvarın sağ yan cibindən həmin bükümdə psixotrop maddə melamfetamin aşkar edilərək götürülmüşdür. Bundan başqa o, təkrarən istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda, yəni 01 ədəd sellofan bükümdə təmiz çəkisi 321 qram çəkidə bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı əldə edib daşıyaraq üzərində saxlamış, xx.xx.2025-ci il tarixdə saat 18:19 dəqiqədə Sumqayıt ŞPİnin 3-cü PB-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Sumqayıt şəh. 4-cü mikr ərazisində yerləşən “Overtime” oyun zalının arxasında saxlanılıb üzərində yoxlama aparılarkən əynində olan göy rəngli pencəyin sağ yan cibindən həmin bükümdə narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Bundan başqa o, təkrarən istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda, yəni, 01 ədəd ağ rəngli kağız bükümdə təmiz çəkisi 1,026 qram ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin əldə edib üzərində saxlamış, xx.xx.2025-ci il tarixdə saat 15:09 dəqiqədə Sumqayıt ŞPİ-nin 1-ci PB-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Sumqayıt şəh, 12-ci mikr ərazisində yerləşən 43 saylı körpələr evinin yaxınlığında saxlanılaraq üzərində yoxlama aparılarkən əynində olan şalvarın sağ yan cibindən həmin bükümdə psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bundan başqa o, təkrarən istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda, yəni, 01 ədəd torbada təmiz çəkisi 464.908 qram olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı əldə edib daşıyaraq üzərində saxlamış, 17 oktyabr 2025-ei il tarixdə saat 15:35 dəqiqədə Xaçmaz XPŞ-nin Baş Sumqayıt st. Xətt Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində "xxxx" QSC-nin Baş Sumqayıt dəmiryol stansiyasının ərazisində saxlanılaraq üzərində yoxlama aparılarkən əynində olan qara rəngli gödəkçənin içərisində sol hissədə saxladığı həmin narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Bundan başqa o, təkrarən istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda yəni, 01 ədəd ağ rəngli salfet bükümündə təmiz çəkisi 18.226 qram maddə xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryəki əldə edib daşıyaraq üzərində saxlamış, 23 oktyabr 2025-ci il tarixdə saat 18:02 dəqiqədə Sumqayıt ŞPİ-nin 5-ci PB-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Sumqayıt şəhəri, məhəllə 41 A, 5B nömrəli evin yaxınlığında saxlanılaraq üzərində yoxlama aparılarkən əynindəki pencəyin sol yan iç cibindən həmin bükümdə narkotik vasitə tiryək aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, narkotik vasitə və psixotrop maddələrdən iynə vurmaqla istifadə etmişdir. Belə ki, xx.xx.2025-ci il tarixdə saat 19 radələrində Sumqayıt şəhəri, 8-ci mikr, ev 18/15-in yaxınlığında piyada hərəkətdə olarkən bir neçə polis əməkdaşı ona yaxınlaşıb özlərini təqdim etmiş və ona nədə şübhəli olduğunu bildirib üzərində qanunla qadağan edilmiş hər hansı əşyanın olub olmadığı, müsbət halda təqdim etməsi təklif edilmişdir. O, əynində olan şalvarın cibindən bir ədəd bükümü çıxardaraq təqdim etmişdir. Həmin maddə videoçəkiliş altında polis əməkdaşları tərəfindən elektron tərəzidə çəkilmiş, zərfdə qablaşdırılmışdır. Daha sonra onu müvafiq sənədləşdirmə işlərinin aparılması üçün PB-nə gətirmişlər. Bundan başqa ifadəsində bildirmişdir ki, 03 oktyabr 2025-ci il tarixdə o, tək 8-ci mikrorayon, ‘‘Cənub'' restoranı yaxınlığında piyada hərəkətdə olarkən üç nəfər şəxs ona yaxınlaşıb, polis əməkdaşları olduqlarını deyərək ona nədə şübhəli olduğunu deyib, üzərində qanunla qadağan olunmuş hər hansı əşyanın olub-olmadığını soruşmuş, o, şalvarının cibində saxladığı bir ədəd bükümdə psixotrop maddə metamfetamini polis əməkdaşlarına təqdim etmişdir. Təqdim etdiyi büküm elektron tərəzidə çəkilərək çəkisi müəyyən olunmuş və qablaşdırılmışdır. Həmçinin digər sənədləşmə işləri aparmaq üçün onu PB-nə gətirmişlər. Polis əməkdaşları tərəfindən saxlanılarkən və PB-də ona qarşı hər hansı bir fiziki və psixi təsir göstərilməmişdir. Bundan başqa o, ifadəsində göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə təxminən saat 18 radələrində Sumqayıt şəh, 4-cü mikr ərazisində “Overtime” oyun zalının arxasında 3 nəfər mülki geyimli şəxs yaxınlaşıb özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirmiş, ona nədə şübhəli olduğunu bildirmişlər. O, pencəyinin altından bağlamada olan marixuananı çıxararaq polislərə təqdim etmişdir. Təqdim etdiyi bağlama polis əməkdaşları tərəfindən tərəzidə çəkilmiş, çəkisi müəyyən edildikdən sonra qablaşdırılmışdır. Bundan sonra PB-nə gətirilmişdir. Bundan başqa o, ifadəsində göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə saat 15 radələrində Sumqayıt şəh, 12-ci mikr ərazisində yerləşən 43 saylı körpələr evinin yaxınlığında küçədə piyada hərəkətdə olarkən bir neçə polis əməkdaşı ona yaxınlaşıb özlərini təqdim etmiş və ona nədə şübhəli olduğunu bildirib, üzərində qanunla qadağan edilmiş hər hansı əşyanın olub-olmadığını, müsbət halda təqdim etməsini təklif etmişlər. O, əynində olan şalvarın cibindən bir ədəd bükümü çıxardaraq polis əməkdaşlarına təqdim etmişdir. Həmin büküm videoçəkiliş altında polis əməkdaşları tərəfindən elektron tərəzidə çəkilmiş və qablaşdırılmışdır. Daha sonra onu müvafiq sənədləşdirmə işlərinin aparılması üçün üzərindən götürülmüş predmentlə birlikdə PB-nə gətirmişlər. Bundan başqa o, ifadəsində göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə saat 15 radələrində Sumqayıt şəhəri, Stansiya Sumqayıt deyilən ərazidə evinə gedən zaman dəmiryolu relslərinin kənarında sellofan bağlama görmüş, həmin sellofan bağlama ona şübhəli gəlmiş, yaxınlaşaraq ona toxunmuş və baxdıqda həmin bağlamanın içində nəşə olduğunu görmüşdür. Həmin bağlamanı büküb əynindəki gödəkçəsinin alt hissəsində gizlədərək saxlamış, stansiya ərazisində gizli bir yerə aparıb gizlətmək istərkən eyni tarixdə eyni saatda üç nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq özlərini təqdim edərək polis əməkdaşları olduqlarını və ona nədə şübhəli olduğunu bildirmişlər. Üzərində qanunla qadağan olunan əşya varsa təqdim etməsini təklif etmiş, o, gödəkçəsinin içərisində gizlədərək saxladığı sellofan torbanı polis əməkdaşlarına təqdim etmişdir. Polis əməkdaşları həmin maddəni elektron tərəzidə çəkmişlər. Saxlanılarkən və polis şöbəsinə gətirildikdən sonra ona qarşı heç bir qanunsuzluq olmamışdır. Bundan başqa o, ifadəsində göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə səhər saatlarında o, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi ərazisində olarkən əvvəllər tanımadığı şəxsdən özü istifadə etmək üçün 80 manata 1 bükümdə tiryək almış və istifadə etmək üçün üzərində saxlamışdır. Həmin tarixdə saat 18 radələrində o, Sumqayıt şəhəri, məhəllə 41 A, 5B nömrəli evin yaxınlığında olarkən üç nəfər polis əməkdaşı yaxınlaşaraq ona nədə şübhəli olduğunu bildirib, üzərində qanunla qadağan edilmiş hər hansı əşyanın olub-olmadığını, müsbət halda təqdim etməsini təklif etmiş, o, əynində olan pencəyin cibindən həmin narkotik vasitəni çıxarıb təqdim etmişdir. Həmin büküm elektron tərəzidə çəkilmiş və çəkisi müəyyən edildikdən sonra qablaşdırılmışdır. Daha sonra onu müvafiq sənədləşdirmə işlərinin aparılması üçün PB-nə gətirmişlər. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini törətməsi məhkəmə iclasında tam, obyektiv və hərtərəfli tədqiq edilmiş iş materialları və dindirilmiş şahid ifadələri ilə təsdiq edilir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, Sumqayıt ŞPİ-nin 1-ci PB-nin əməliyyat müvəkkili vəzifəsində çalışır. Təqsirləndirilən şəxs barəsində daxil olmuş məlumatı yoxlamaq məqsədi ilə əməliyyat qrupu yaradılmış, keçirilən tədbirlər nəticəsində o, xx.xx.2025-ci il tarixdə saat 19 radələrində Sumqayıt şəhəri, 8-ci mikrorayon. Nurlan Nurulzadə küçəsi, ev 18/5-in yaxınlığında sonuncu saxlanılmış, üzərində qanunla qadağan edilmiş əşya olduğu təqdirdə təqdim etməsi təklif edilmiş, Təqsirləndirilən şəxs şalvarının cibindən 1 ədəd bükümü çıxararaq təqdim etmişdir. Sonra həmin kütlə elektron tərəzidə çəkilmiş və qablaşdırılmışdır. Daha sonra Təqsirləndirilən şəxs müvafiq sənədləşmə işlərinin aparılması üçün polis bölməsinə aparılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş 1-ci PB-nin əməliyyat müvəkkili Şahid3 da Şahid2 göstərdiyi xüsusatları təsdiq edərək onun ifadəsinə uyğun ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, o, 1-ci PB-nin əməliyyat müvəkkili vəzifəsində xidmət edir. Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla heç bir münasibəti olmamışdır. Belə ki, 03 oktyabr 2025-ci il tarixdə Təqsirləndirilən şəxs narkotik vasitələri əldə etməsi, üzərində gəzdirməsi və istifadə etməsi barədə daxil olmuş əməliyyat məlumatını yoxlamaq məqsədi ilə əməliyyat qrupu yaradılmış, həmin gün Təqsirləndirilən şəxs Sumqayıt şəh, 8-ci mikr, “Cənub” restoranı yaxınlığında saxlanılmış, ona nədə şübhəli olmasını bildirib üzərində qanunla qadağan olunmuş hər hansı əşya varsa təqdim etməsini təklif etmişlər. Təqsirləndirilən şəxs əynində olan şalvarın cibindən bir ədəd bükümü çıxarıb təqdim etmiş, həmin büküm elektron tərəzidə çəkilmiş, qablaşdırılaraq götürülmüşdür. Sənədləşmə işləri aparılması üçün Təqsirləndirilən şəxs PB-nə aparılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş 1-ci PB-nin əməliyyat müvəkkilləri, Şahid1 və kiçik inspektor Şahid8 da Şahid7 göstərdiyi xüsusatları təsdiq edərək onun ifadəsinə uyğun ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid9 Mirkamil oğlu ifadəsində göstərmişdir ki, 3-cü PB-nin əməliyyat müvəkkili vəzifəsində xidmət edir. Təqsirləndirilən şəxs psixotrop maddələri, narkotik vasitələri əldə etməsi, üzərində gəzdirməsi və istifadə etməsi barədə daxil olmuş məlumatı yoxlamaq məqsədi ilə əməliyyat qrupu yaradılaraq keçirmiş tədbirlər nəticəsində xx.xx.2025-ci il tarixdə saat 18 radələrində Sumqayıt şəhəri, 4-cü mikrorayon ərazisində yerləşən "Overtime" oyun zalının arxa tərəfində ona yaxınlaşaraq polis əməkdaşları olduqlarını bildirərək, ona saxlanılma səbəbi izah edilmişdir. Təqsirləndirilən şəxs pencəyinin cibindən içərisində xatırladığı qədərilə qurudulmuş marixuana olan bir ədəd bükümü çıxarıb təqdim etmiş, həmin kütlən elektron tərəzidə çəkilmiş, qablaşdırılaraq möhürlənmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş 3-cü PB-nin baş əməliyyat müvəkkili Şahid11 Şahid9 göstərdiyi xüsusatları təsdiq edərək onun ifadəsinə uyğun ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, o, Sumqayıt ŞPİ-nin 1-ci PB-nin əməliyyat müvəkkili vəzifəsində çalışır. Təqsirləndirilən şəxs psixotrop maddələri və narkotik vasitələri qanunsuz olaraq istifadə etməsi barədə daxil olmuş məlumatı yoxlamaq məqsədi ilə əməliyyat qrupu yaradılaraq keçirilən tədbirlər nəticəsində xx.xx.2025-ci il tarixdə saat 15 radələrində Sumqayıt şəhəri, 12-ci mikrorayon ərazisində yerləşən 43 saylı körpələr evinin yaxınlığında Təqsirləndirilən şəxs yaxınlaşaraq polis əməkdaşları olduqlarını bildirərək, ona saxlanılma səbəbi izah edilmiş, sonra üzərinə baxış keçirilmişdir. Təqsirləndirilən şəxs üzərində qanunla qadağan edilmiş əşyanın olub-olmamasını soruşduqda, o, şalvarının cibində saxladığı bir ədəd bükümü çıxarıb təqdim etmiş, Təqsirləndirilən şəxs müvafiq sənədləşdirmə işlərinin aparılması üçün PN-ə aparılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş 3-cü PB-nin kiçik inspektoru Babayev X2 Əsgərovun göstərdiyi xüsusatları təsdiq edərək onun ifadəsinə uyğun ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid15 ifadəsində göstərmişdir ki, o, Xaçmaz st. XRŞ-nin Baş Sumqayıt st. XPB-nın CAQ-nın baş əməliyyat müvəkkili vəzifəsində xidmət edir. Təqsirləndirilən şəxs adlı şəxsin tez-tez Baş Sumqayıt dəmir yol stansiyasının ərazisinə gəlməsi və üzərində narkotik vasitələr gəzdirməsi haqqında daxil olmuş əməliyyat məlumatını yoxlamaq məqsədilə əməliyyat qrupu yaradılmış, 17 oktyabr 2025-ci il tarixdə saat 15 radələrində Təqsirləndirilən şəxs Baş Sumqayıt dəmir yol stansiyasının ərazisində saxlanılmış, ona özlərini təqdim etdikdən sonra üzərində narkotik vasitələrin olub-olmamasını soruşmuşlar. Bundan sonra Təqsirləndirilən şəxs gödəkçəsinin içərisində saxladığı torbanın içində narkotik vasitə olduğunu bildirmiş, həmin bağlama elektron tərəzidə çəkilmiş, qablaşdırılaraq götürülmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Xaçmaz st. XPŞ-nin əməkdaşı Şahid16 baş əməliyyat müvəkkili Şahid15 göstərdiyi xüsusatları təsdiq edərək onun ifadəsinə uyğun ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid13 ifadəsində göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə Təqsirləndirilən şəxs narkotik vasitələri əldə etməsi və qanunsuz üzərində saxlaması barədə daxil olmuş əməliyyat məlumatını yoxlamaq məqsədi ilə əməliyyat qrupu təşkil edilmiş, həmin məlumat əsasında saat 18 radələrində, Sumqayıt şəhəri, məhəllə 41 A, 5B nömrəli evin yaxınlığında Təqsirləndirilən şəxs saxlanılmış, nədə şübhəli olduğu və üzərində qanunla qadağan olunmuş əşya varsa təqdim etməsi təklf edilmişdir. O, əynində olan pencəyin cibindən narkotik vasitə olan tiryək bükümünü çıxarıb təqdim etmiş, sonra təqdim edilən büküm elektron tərəzidə çəkilmiş və qablaşdırılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş 5-ci PB-nin əməliyyat müvəkkili Şahid14 və əməliyyat müvəkkili Şahid12 da Şahid13 göstərdiyi xüsusatları təsdiq edərək onun ifadəsinə uyğun ifadə vermişdir. Məhkəmə iclasında tərəflərin fikri dinlənildikən sonra şahidlər Şahid10, Şahid6 və Şahid17 ifadəsi elan edilməklə tədqiq edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” 24 oktyabr 2025-ci il tarixdə (saat 13:00) fakta görə Təqsirləndirilən şəxs barəsində CM-nin 234.1-ci maddəsilə ********* saylı cinayət işi başlanmış, icraata qəbul edilməklə istintaqı aparılmışdır (cild İ, i.v.1); “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” 23 oktyabr 2025-ci il tarixli protokoldan görünür ki, həmin tarixdə, saat 11:50 dəqiqədə Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (cild İ, i.v. 19); Təqsirləndirilən şəxs 25 oktyabr 2025-ci il tarixində CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək həmin maddədə nəzərdə tutulmuş ittiham ona elan edilmişdir. (cild İ, i.v 55-56); “Əməliyyat-axtarış tədbirinin keçirilməsinə və şübhəli şəxsin üstünün yoxlanılmasına dair” xx.xx.2025-ci il tarixli protokoldan və protokola əlavə edilmiş 01 ədəd DVD diskdə olan videogörüntülərdən müəyyən olunur ki, həmin tarixdə, saat 18:02 dəqiqədə Sumqayıt şəhəri, məhəllə 41A, 5B nömrəli evin yaxınlığında videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs piyada hərəkətdə olarkən polis əməkdaşları tərəfindən saxlanılır. Təqsirləndirilən şəxs onun qanunsuz olaraq narkotik vasitə əldə etinə, saxlama və gəzdirməkdə şübhəli bilindiyi üçün saxlanıldığı və bu səbəbdən videoçəkilişlə üzərinə baxış keçiriləcəyi izah edilir. Ona üzərində qanunla qadağan olunmuş əşya və ya maddə varsa ləqdim etməsi təklif edilir. Təqsirləndirilən şəxs əynindəki pencəyin sol iç cibindən bir ədəd salfet bükümü çıxarıb təqdim edir. Bükümün içərisində nə olduğu soruşulduqda o, bükümün içərisində narkotik vasitə tiryək olduğunu bildirir. O, həmin narkotik vasitəni saxlanıldığı gün səhər saatlarında Bakı şəhəri Biləcəri qəsəbəsi ərazisində olarkən tanımadığı şəxsdən 80 manata öz istifadəsi üçün aldığını və üzərində saxladığını bildirir. Həmin büküm elektron tərəzidə çəkilir və çəkisi 18,24 qram təşkil edir. Sonra həmin büküm zərfə qoyularaq qablaşdırılır. (cild İ, i.v.9-10); ƏN Məhkəmə Ekspertizası Mərkəzinin 20/923 nömrəli, 24 oktyabr 2025-ci il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Saxlanılan şəxs: Təqsirləndirilən şəxs üzərindən aşkar olunan narkotik vasitəyə bənzər kütlə...” yazılar və imzalar olan kağız paketdəki, 01 ədəd ağ rəngli salfet bükümündə təmiz çəkisi 18,226 qram maddə xaşxaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - tiryəkdir. Sumqayıt Şəhər Məhkəməsinin 4(060)-321/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində 03 ay müddətinə, yəni 23 yanvar 2026-cı il tarixədək həbs qətimkan tədbiri seçilmişdir. (cild İ, i.v.75-80); “Cinayət təqibi üzrə icraatın birləşdirilməsi barədə” 01 noyabr 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi təqsirləndirilməsinə dair ********* saylı cinayət işi ********* saylı cinayət işinə birləşdirilmiş, cinayət işi ********* nömrə altında davam etdirilmişdir. (cild İ, i.v.88-90); “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” 17 sentyabr 2025-ci il tarixdə (saat 12:40) fakta görə Təqsirləndirilən şəxs barəsində CM-nin 234.1-ci maddəsilə ********* saylı cinayət işi başlanmış, icraata qəbul edilməklə istintaqı aparılmışdır (cild İ, i.v.112); “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” 16 sentyabr 2025-ci il tarixli protokoldan görünür ki, həmin tarixdə, saat 19:35 dəqiqədə Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (cild İ, i.v. 112); Təqsirləndirilən şəxs 18 sentyabr 2025-ci il tarixdə CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək həmin maddədə nəzərdə tutulmuş ittiham ona elan edilmiş, həmin tarixdə Sumqayıt ŞPİ-nin MSY-dən azad edilmiş və barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. (cild İ, i.v 154-155); ƏN Məhkəmə Ekspertizası Mərkəzinin 20/843 nömrəli, 17 sentyabr 2025-ci il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş bir ədəd şəffaf sellofan kəsiyi bükümündə təmiz çəkisi 1.457 qram ağ rəngli kristalşəkilli maddə, kustar üsulla hazırlanmış psixolrop maddə - metamfetamindir. Metamfetamin Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in siyahısına (Siyahı İ) daxildir (cild İ, i.v. 130-133); “Əməliyyat-axtarış tədbirinin keçirilməsinə və şübhəli şəxsin üstünün yoxlanılmasına dair” protokoldan və protokola əlavə edilmiş 01 ədəd DVD diskdə olan videogörüntüdən müəyyən olunur ki, 16 sentyabr 2025-ci il tarixdə, saat 19:35 radələrində Təqsirləndirilən şəxs Sumqayıt şəh, 8-ci mikr, N.Nurulzadə küç, ev 18\5-in yaxınlığında küçədə saxlanmış, polis əməkdaşları hüquq və vəzifələrini izah etdikdən sonra videoçəkiliş ilə üzərinə baxış keçirmək istədiklərini bildirmiş, sonra ona üzərində qanunla qadağan edilmiş əşyanın olub olmadığını soruşduqda Təqsirləndirilən şəxs əynində olan şalvarın sağ yan cibindən bir ədəd şəffaf rəngli sellofan bükümü çıxarıb polis əməkdaşlarına təqdim etmiş. Sorğu zamanı bildirmişdir ki, həmin kütlə patı deyilən psixotrop maddə metamfetamindir. Həmin bir bükümdə olan kütləni həmin gün günorta radələrində Bakı şəhərində Papanin deyilən ərazidə olan zaman tanımadığı şəxsdən 15 manata almışdır. Həmin büküm polis əməkdaşları tərəfindən elektron tərəzidə qoyularaq çəkildi, çəkisinin 1,56 qram olması müəyyən olunmuş, ağ rəngli zərflə qablaşdırılaraq möhürlənmiş və imzalamışlar. Bundan sonra Təqsirləndirilən şəxs sənədləşmə işlərinin aparılması üçün üzərindən aşkar olunaraq götürülmüş maddi sübutla birlikdə Sumqayıt ŞPİ-nin 1-ci PB-nə gətirilmişdir. Bölməyə gəldikdən sonra təhqiqatçı tərəfindən videoçəkiliş ilə ona hüquq və vəzifələri izah edilmiş, bu barədə bildiriş və müdafiəçi təqdim edilmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və müvafiq qaydada qablaşdırlmış psixotrop maddəyə bənzər küllə videoçəkiliş altında onu bölməyə gətiıən polis əməkdaşları tərəfindən təqdim edilən zərfə təhqiqatçı təıəfindən baxış keçirilmiş, bu barədə protokol tərtib edilmiş, iştirakçılar tərəfindən imzalanmışdır. (cild İ, i.v. 158); Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-263/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmü iş materiallarına əlavə edilmişdir. (cild İ, i.v.175); 18 oktyabr 2025-ci il tarixdə “cinayət təqibi üzrə işlərin bir icraatda birləşdirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi təqsirləndirilməsinə dair ********* saylı cinayət işi ********* saylı cinayət işinə birləşdirilmiş, cinayət işi ********* nömrə altında davam etdirilmişdir. (cild İ, i.v.180-181); “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” 14 oktyabr 2025-ci il tarixdə (saat 11:00) fakta görə Təqsirləndirilən şəxs barəsində CM-nin 234.1-ci maddəsilə ********* saylı cinayət işi başlanmış, icraata qəbul edilməklə istintaqı aparılmışdır (cild İ, i.v.183); “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” 13 oktyabr 2025-ci il tarixli protokoldan görünür ki, həmin tarixdə, saat 15:09 dəqiqədə Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (cild İ, i.v. 202); Təqsirləndirilən şəxs 15 oktyabr 2025-ci il tarixdə CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək həmin maddədə nəzərdə tutulmuş ittiham ona elan edilmiş, həmin tarixdə Sumqayıt ŞPİ-nin MSY-dən azad edilmiş və barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. (cild İ, i.v 232-233; 242- 243); “Təqsirləndirilən şəxsin dindirilməsi” haqqında 15 oktyabr 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsi ilə bağlı ifadəsi alınmışdır (cild İ, i.v. 241); ƏN Məhkəmə Ekspertizası Mərkəzinin 20/902 nömrəli, 14 oktyabr 2025-ci il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş bir ədəd ağ rəngli kağız parçası bükümündə təmiz çəkisi - 1,026 qram ağ rəngli, kristalşəklli maddə, kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. Metamfetamin Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in siyahısına (Siyahı İ) daxildir (cild İ, i.v. 220-223); “Əməliyyat-axtarış tədbirinin keçirilməsinə və şübhəli şəxsin üstünün yoxlanılmasına dair” və “təqdim olunan əşyanın götürülməsi, baxışın keçirilməsi və şəxsi axtarışın keçirilməsinə dair protokollardan və əlavə edilmiş 02 ədəd DVD diskdə olan videogörüntüdən müəyyən olunur ki, 13 oktyabr 2025-ci il tarixdə, saat 15:09 radələrində Təqsirləndirilən şəxs Sumqayıt şəh. 12-ci mikr ərazisində yerləşən 43 saylı körpələr evinin yaxınlığında küçədə saxlanmış, polis əməkdaşları özlərini təqdim etmiş, saxlamaqda məqsədlərini izah etmişlər, sonra videoçəkiliş ilə üzərinə baxış keçirmək istədiklərini bildirmişlər. Təqsirləndirilən şəxsə üzərində qanunla qadağan edilmiş əşyanın olub olmadığını soruşduqda o, əynində olan şalvarın sağ yan cibindən bir ədəd ağ rəngli kağız bükümü çıxarıb polis əməkdaşlarına təqdim etmiş. Sonra həmin şəffaf sellofanda olan büküm polis əməkdaşları tərəfindən elektron tərəzidə çəkildi, çəkisinin 1,69 qram olması müəyyən olunmuş, ağ rəngli zərfə qablaşdırılarıq möhürlənmiş və imzalamışlar. Bundan sonra Təqsirləndirilən şəxs sənədləşmə işlərinin aparılması üçün üzərindən aşkar olunaraq götürülmüş maddi sübutla birlikdə Sumqayıt ŞPİ-nin 1-ci PB-nə gətirilmiş, bölməyə gəldikdən sonra təhqiqatçı tərəfindən videoçəkilişlə ona hüquq və vəzifələri izah edilmiş, bu barədə bildiriş və müdafiəçi təqdim edilmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və müvafiq qaydada qablaşdırlmış psixotrop maddəyə bənzər kütlə videoçəkiliş altında onu bölməyə gətirən polis əməkdaşları tərəfindən təqdim olunmuş. Həmin təqdim edilən zərfə təhqiqatçı tərəfindən baxış keçirilmiş, bu barədə protokol tərtib edilmiş, iştirakçılar tərəfindən imzalanmışdır. (cild İ, i.v. 211-212); 20 oktyabr 2025-ci il tarixdə “cinayət işlərinin bir icraatda birləşdirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi təqsirləndirilməsinə dair ********* saylı cinayət işi ********* saylı cinayət işinə birləşdirilmiş. (cild İİ, i.v.1-2); “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” 07 oktyabr 2025-ci il tarixdə (saat 16:00) fakta görə Təqsirləndirilən şəxs barəsində CM-nin 234.1-ci maddəsilə ********* saylı cinayət işi başlanmış, icraata qəbul edilməklə istintaqı aparılmışdır (cild İİ, i.v.10); “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” 06 oktyabr 2025-ci il tarixli protokoldan görünür ki, həmin tarixdə, saat 18:19 dəqiqədə Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (cild İİ, i.v. 31); Təqsirləndirilən şəxs 08 oktyabr 2025-ci il tarixdə CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək həmin maddədə nəzərdə tutulmuş ittiham ona elan edilmiş, həmin tarixdə Sumqayıt ŞPİ-nin MSY-dən azad edilmiş və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. (cild İİ, i.v 61-62; 72-73); ƏN Məhkəmə Ekspertizası Mərkəzinin 20/897 nömrəli, 07 oktyabr 2025-ci il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 03 ədəd iç-içə keçirilmiş qara rəngli polietilen torbada təmiz çəkisi 321 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan - qurudulmuş marixuanadır. (cild İİ, i.v.49-51); “Əməliyyat-axtarış tədbirinin keçirilməsinə və şübhəli şəxsin üstünün yoxlanılmasına dair” və “təqdim olunan əşyanın götürülməsi, baxışın keçirilməsi və şəxsi axtarışın keçirilməsinə dair protokollardan və əlavə edilmiş 02 ədəd DVD diskdə olan videogörüntüdən müəyyən olunur ki, Sumqayıt ŞPİ-nin 3-cü PB-nin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində xx.xx.2025-ci il tarixdə saat 18.19 radələrində Təqsirləndirilən şəxs Sumqayıt şəh, 4-cü mikr ərazisində yerləşən "Overtime" oyun zalının arxa tərəfində küçədə saxlanmış, polis əməkdaşları özlərini təqdim etmiş, saxlamaqda məqsədlərini izah edilmiş, videoçəkilişlə üzərinə baxış keçirilmişdir. Təqsirləndirilən şəxs üzərində qanunla qadağan edilmiş əşyanın olub olmadığını soruşduqda o, əynində olan göy rəngli pencəyin sağ yan cibindən bir ədəd qara rəngli sellofan bükümü çıxarıb təqdim etmişdir. Bldirmişdir ki, həmin kütlə narkotik vasitə qurudulmuş marixuanadır, onu həmin gün axşam saatlarında Corat qəsəbəsi ərazisində olan zaman tanımadığı bir şəxsdən 300 manata almışdır. Həmin büküm polis əməkdaşları tərəfindən elektron tərəzidə çəkilir, çəkisinin 0.470 qram olması müəyyən olunur, qablaşdırılaraq möhürlənir. Təqsirləndirilən şəxs sənədləşmə işlərinin aparılması üçün üzərindən aşkar olunaraq götürülmüş maddi sübutla birlikdə Sumqayıt ŞPİ-nin 3-cü PB-nə gətirilir. Bölməyə gəldikdən sonra təhqiqatçı tərəfindən videoçəkiliş ilə ona hüquq və vəzifələri izah edilmiş, bu barədə bildiriş və müdafiəçi təqdim edilir. Götürülmüş narkotik vasitəyə bənzər kütlə videoçəkiliş altında onu bölməyə gətirən polis əməkdaşları tərəfindən təqdim olunur. (cild İİ, i.v.18-19; 39); “Cinayət işlərinin bir icraatda birləşdirilməsi haqqında” 06 noyabr 2025-ci il tarixdə qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi təqsirləndirilməsinə dair ********* saylı cinayət işi ********* saylı cinayət işinə birləşdirilmiş, ********* nömrə altında istintaq davam etdirilmişdir. (cild İİ, i.v.97-98); “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” 04 oktyabr 2025-ci il tarixdə (saat 12:00) fakta görə Təqsirləndirilən şəxs barəsində CM-nin 234.1-ci maddəsilə ********* saylı cinayət işi başlanmış, icraata qəbul edilməklə istintaqı aparılmışdır (cild İİ, i.v.102); “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” 03 oktyabr 2025-ci il tarixli protokoldan görünür ki, həmin tarixdə, saat 14:25 dəqiqədə Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (cild İİ, i.v. 120); Təqsirləndirilən şəxs 05 oktyabr 2025-ci il tarixdə CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək həmin maddədə nəzərdə tutulmuş ittiham ona elan edilmiş, həmin tarixdə Sumqayıt ŞPİ-nin MSY-dən azad edilmiş və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. (cild İİ, i.v 147-148; 159-160); ƏN Məhkəmə Ekspertizası Mərkəzinin 20/891 nömrəli, 03 oktyabr 2025-ci il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş bir ədəd bükümdə təmiz çəkisi 0,790 qram olan ağ rəngli, kristalşəklli maddə, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. (cild İİ, i.v.136-139); “Əməliyyat-axtarış tədbirinin keçirilməsinə və şübhəli şəxsin üstünün yoxlanılmasına dair” və “təqdim olunan əşyanın götürülməsi, baxışın keçirilməsi və şəxsi axtarışın keçirilməsinə dair protokollardan və əlavə edilmiş 02 ədəd DVD diskdə olan videogörüntüdən müəyyən olunur ki, Təqsirləndirilən şəxs yol ilə piyada hərəkətdə olan zamanı üç nəfər mülki geyimli şəxs sonuncuya yaxınlaşaraq saxlamaqla özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirirlər. Sonra isə polis əməkdaşı Şahid7 həmin şəxsə özünü təqdim etməsi bildirir, həmin şəxs də özünü təqdim edir. Polis əməkdaşları özlərıni təqdim eldikdən sonra Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinərək saxlanıldığı üzərində baxış aparılacağı, üzərində qanunla qadağan olunmuş narkotik vasilə, psixotrop maddə və ya digər əşya varsa təqdim etməsi təklil olunur. Təqsirləndirilən şəxs qara rəngli cins şalvarının sağ yan cibindən bir ədəd şəffaf rəngli sellofan bükülünü çıxararaq təqdim edir. Təqsirləndirilən şəxs həmin bükülüdə psixotrop maddə "patı" olduğunu, həmin maddəni xx.xx.2025-ci il tarixdə, günorta saatlarında Bakı şəhəri, 20 Yanvar metrosu yaxınlığında tanımadığı şəxsdən şəxsi istifadəsi üçün aldığını bildirir. Həmin maddə elektron tərəzidə çəkildikdə çəkisinin 0.96 qram olması müəyyən edilir. (cild İİ, i.v.107-108); “Cinayət işlərinin bir icraatda birləşdirilməsi haqqında” 02 dekabr 2025-ci il tarixdə qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi təqsirləndirilməsinə dair ********* saylı cinayət işi ********* saylı cinayət işinə birləşdirilmiş, ********* nömrə altında istintaq davam etdirilmişdir. (cild İİ, i.v.195-196); “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” 18 oktyabr 2025-ci il tarixdə (saat 17:00) fakta görə Təqsirləndirilən şəxs barəsində CM-nin 234.1-ci maddəsilə cinayət işi başlanmış, icraata qəbul edilməklə istintaqı aparılmışdır. (cild İİ, i.v.201); “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” 17 oktyabr 2025-ci il tarixli protokoldan görünür ki, həmin tarixdə, saat 17:00 dəqiqədə Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (cild İİ, i.v. 231); Təqsirləndirilən şəxs 19 oktyabr 2025-ci il tarixdə CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək həmin maddədə nəzərdə tutulmuş ittiham ona elan edilmiş, həmin tarixdə Sumqayıt ŞPİ-nin MSY-dən azad edilmiş və barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. (cild İİ, i.v 249-250; 260- 261); ƏN Məhkəmə Ekspertizası Mərkəzinin 20/912 nömrəli, 18 oktyabr 2025-ci il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 01 ədəd torbada ləınız çəkisi: 464.908 qram olan bitki mənşəli kiiılə tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan - qurudulmuş marixuanadır. (cild İİ, i.v.240- 243); “Əməliyyat-axtarış tədbirinin keçirilməsinə və şübhəli şəxsin üstünün yoxlanılmasına dair” protokoldan və əlavə edilmiş DVD diskdə olan videogörüntüdən müəyyən olunur ki, "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Baş Sumqayıt dəmiryol stansiyasının ərazisində videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs piyada hərəkətdə olarkən polis əməkdaşları tərəfindən saxlanılır. Təqsirləndirilən şəxs onun qanunsuz olaraq narkotik vasitə əldə etmə, saxlama və gəzdirməkdə şübhəli bilindiyi üçün saxlanıldığı və bu səbəbdən videoçəkilişlə üzərinə baxış keçiriləcəyi izah edilir və ona hüquq və vəzifələri ilə bağlı bildiriş verilir. Ona üzərində qanunla qadağan olunmuş əşya və ya maddə varsa təqdim etməsini bildirlir. Təqsirləndirilən şəxs əynindəki gödəkçənin sol qoltuqaltı hissəsindən bir ədəd sellofan bağlamanı çıxarıb təqdim edir, o, bağlamanı tapdığını və içərisində ot olduğunu bildirir. Sonra Təqsirləndirilən şəxs üzəri yoxlanılır və heç bir başqa predmet aşkar olunmur, aşkar olunmuş bağlama elektron tərəzidə çəkilir və çəkisi 505 qram təşkil edir. Sonra bağlamanın qablaşdırıldığı zərfin üzəri iştirakçılar tərəfindən imzalanır. (i.v.216-217); “Cinayət işlərinin bir icraatda birləşdirilməsi haqqında” 02 dekabr 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi təqsirləndirilməsinə dair ********* saylı cinayət işi icraata qəbul edilməklə istintaq davam etdirilmişdir. (cild İİİ, i.v.29); “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” 24 oktyabr 2025-ci il tarixdə (saat 13:00) fakta görə Təqsirləndirilən şəxs barəsində CM-nin 234.1-ci maddəsilə cinayət işi başlanmış, icraata qəbul edilməklə istintaqı aparılmışdır (cild İİİ, i.v.24-25); Təqsirləndirilən şəxs 25 oktyabr 2025-ci il tarixdə CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək həmin maddədə nəzərdə tutulmuş ittiham ona elan edilmişdir. (cild İİİ, i.v 26); Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2025-ci il tarixli, 7013 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixosimulyatorların qəbulu nəticəsində yaranan asıllıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. VSİS-dən alınan məlumata görə Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdən RNM-da (F19x2) diaqnozu ilə qeydiyyatındadır.( cild İİİ, i.v. 34-35); Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində istintaq müddətinin sonunadək yəni xx.xx.2026-cı il tarixədək həbs qətimkan tədbiri seçilmişdir. DİN-nin BƏSİİ-dən alınmış xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs sonuncu dəfə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə 02 il 05 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2025-ci il tarixdə cəza sonu ilə azad edilsə də, o, məhkumluğu ödənilmədən yenidən qəsdən hazırki az ağır cinayət əməlini törətmişdir. Odur ki, qanunvericiliyin tələblərinə görə Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş şəxs kimi hesab edilmişdir. (cild İİİ 18-19); CM-in 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Təqsirləndirilən şəxs bu iş üzrə ittiham olunduğu əməli törətməmişdən əvvəl qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, cəzasının sonu ilə azad edilsə də, məhkumluğu ödənilmədən yenidən cinayət törətmişdir. Onun yenidən qəsdən cinayət törətməsi cinayətlərin residivini yaradır. Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş ilkin təmiz çəkisi 1,457 qram psixotrop maddə olan metamfetamin, 0,790 qram psixotrop maddə olan metamfetamin, 321 qram narkotik vasitə olan qurudulmuş marixuna, 1.026 qram psixotrop maddə olan metamfetamin, 464,908 qram narkotik vasitə olan qurudulmuş marixuana, 18,226 qram narkotik vasitə olan tiryək maddi sübut kimi tanınmış, tədqiqat və istintaq zamanı aparılmış kimyəvi ekspertizalar nəticəsində qalıq, xalis çəkisi 1.407 qram metamfetamin, 0.740 qram metamfetamin, 320,95 qram qurudulmuş marixuana, 0,976 qram metamfetamin, 464,808 qram qurudulmuş marixuana və 18,176 qram tiryək məsul saxlanış üçün Sumqayıt ŞPİ-nin saxlanc anbarına təhvil verilmişdir. “Sübutların qiymətləndirilməsi haqqında” 20 dekabr 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə yeni məzmunda elan olunmuş ittiham və barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilmədən öz qüvvəsində saxlanılmış, barəsində CM-nin 234.2-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmiş, ilkin təmiz çəkisi 1,457 qram psixotrop maddə olan metamfetamin, 0,790 qram psixotrop maddə olan metamfetamin, 321 qram narkotik vasitə olan qurudulmuş marixuna, 1.026 qram psixotrop maddə olan metamfetamin, 464,908 qram narkotik vasitə olan qurudulmuş marixuana, 18,226 qram narkotik vasitə olan tiryək və 11 ədəd disk maddi sübut kimi tanınmış, xx.xx.2025-ci il tarixli, 20/843 saylı rəyi mötəbər sübut olduğundan psixotrop maddə metamfetaminin 1,457 qram çəkisi, xx.xx.2025-ci il tarixli, 20/891 saylı rəyi mötəbər sübut olduğundan psixotrop maddə metamfetaminin 0,790 qram çəkisi, xx.xx.2025-ci il tarixli, 20/897 saylı rəyi mötəbər sübut olduğundan narkotik vasitə qurudulmuş marixuananın 321 qram çəkisi, xx.xx.2025-ci il tarixli, 20/902 saylı rəyi mötəbər sübut olduğundan psixotrop maddə metamfetaminin 1,026 qram çəkisi, xx.xx.2025-ci il tarixli, 20/912 saylı rəyi mötəbər sübut olduğundan narkotik vasitə qurudulmuş marixuananın 464,908 qram çəkisi, xx.xx.2025-ci il tarixli, 20/923 saylı rəyi mötəbər sübut olduğundan narkotik vasitə tiryəkin 18,226 qram çəkisi əsas götürülmüş, məhkəmə-kimyəvi, məhkəmə-bioloji və məhkəmə-narkoloji ekspertiza rəyləri sübut kimi qiymətləndirilmişdir. Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş şəxs hesab edilmişdir. (cild İİİ, i.v. 40-61); Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). CM-nin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddəni xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 14 iyun 2024-cü il tarixli, 8 №-li qərarının 5-ci bəndinə narkotik vasitələri və ya psixotrop maddələri qanunsuz olaraq saxlama uzanan cinayət olmaqla şəxs özü əməllərinə son verdiyi (məsələn gəlib təqsirini boynuna aldığı) və yaxud onun iradəsindən asılı olmayaraq əmələ son verildiyi, məsələn qeyd olunan əməllə əlaqədar keçirilən əməliyyat-axtarış tədbirinin gedişində yaxalandığı andan başa çatmış hesab edilir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 2005-ci il tarixli 28 iyun tarixli Qanunun 1.0.8-ci maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsinə dair, 1.0.9-cu maddəsində qanunsuz əldə edilməsinin izahları verilmişdir. Saxlama - bu həmin maddələrin saxlanılmasının yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Narkotik vasitənin, psixotrop maddənin və prekursorların şəxsin özündə nəqliyyat vasitələri ilə və ya belə vasitələrdən istifadə etməməklə yerinin dəyişdirilməsi onların daşınması kimi qiymətləndirilməlidir. 2005-ci il 28 iyun tarixli 961-İİQ saylı Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıya” əsasən metamfetaminin 0,15 qram daxil olmaqla yuxarı hədləri, qurudulmuş marixuananın 5 qram daxil olmaqla yuxarı hədləri, tiryəkin 0,5 qram daxil olmaqla yuxarı hədləri xeyli miqdarından artıq miqdar hesab edilir. “Azərbaycan Respublikası CM-nin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olubolmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmiş, həmin əməlin cinayət olmasını aradan qaldıran hallar və onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarında qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 14 iyun 2024-cü il tarixli, 8 №-li qərarının 14cü bəndinə görə CM-in 234.4.2-ci maddəsi ilə həmin Məcəllənin məhz 234.2, 234.3 və 234.3-1-ci maddələrində nəzərdə tutulmuş əməllərin təkrar törədilməsinə görə məsuliyyət müəyyən edildiyindən, yəni narkotik vasitələri və ya psixotrop maddələri satış məqsədi olmadan qanunsuz olaraq təkrar əldə etmə və ya saxlama tövsifedici əlamət kimi CM-in 234-cü maddəsində nəzərdə tutulmadığından, əvvəllər CM-in 234.1 və ya 234.1-1-ci maddəsində göstərilən cinayəti törətmiş şəxs tərəfindən eyni əməllərin törədilməsi CM-in 234.4.2-ci maddəsi ilə tövsif oluna bilməz. Belə hallarda satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda və ya külli miqdarda və ya xüsusilə külli miqdarda bir neçə dəfə əldə etmə, saxlama, daşıma, emal etmə, hazırlama əməli hər bir əməldə narkotik vasitənin (psixotrop maddənin) miqdarı xeyli miqdar olduqda - CM-in 234.1-ci maddəsi, külli miqdar olduqda – CM-in 234.1-1-ci maddəsi, xüsusilə külli miqdar olduqda – CM-in 234.4-1-ci maddəsi ilə tövsif olunmalı, CM-in 234.1-ci və ya 234.1-1-ci və ya 234.4-1-ci maddəsində nəzərdə tutulmuş cinayətin təkrar törədilməsi isə CM-in 61.1.1-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmasını CM-nin 59.2-ci maddələrinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. CM-nin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi və cinayətin təkrar törədilməsini Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar kimi müəyyən edilmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə CM-nin 234.1, 66.5 və 69.3-cü maddələri tətbiq edilməklə 02 il 05 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2025-ci il tarixdə cəzasını çəkib qurtarsa da o, məhkumluğu ödənilmədən yenidən qəsdən hazırki az ağır cinayət əməlini törətmişdir. Nəticədə onun sonuncu cinayət əməli cinayətlərin residivini yaratmışdır. Məhkumluğun ödənilmədiyi və ya götürülmədiyi dövrdə şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi həmin şəxsdə qəsdən cinayət törədilmənin vərdişə çevirilməsinə, fərdi maraqları ilə cəmiyyətin maraqları arasında davamlı ziddiyyətin olmasına dəlalət edir ki, bu da həmin şəxsin törətdiyi əməlin ictimai təhlükəliliyinə və onun şəxsiyyətinə adekvat qiymətin verilməsini zəruri edir. Belə ki, bu şəxs barəsində artıq ittihamedici hökm çıxarılmış və cəza təyin edilmişdir. Dövlətin adından çıxarılmış bu hökmlə cinayət törətmiş şəxsə və onun davranışına mənfi mənəvi-hüquqi qiymət verilmiş, faktiki olaraq gələcəkdə bu cür cinayətkar davranışın yolverilməz olmasına dair xəbərdarlıq edilmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs yenidən qəsdən cinayət törətməklə, ona edilmiş dövlət məcburiyyətinə qarşı aşkar etinasızlıq göstərmişdir. Məhkəmə cəza təyini, xüsusən cəzanın növünün və müddətinin müəyyən edilməsi zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə və psixotrop maddələrin növünü, onların miqdarlarını xeyli miqdarın yuxarı həddinə çox yaxın olmalarını, bundan əvvəl qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələrin istifadə etdiyi üçün məhkum olunmasını, buna baxmayaraq islah olunmamasını və yenidən narkotik vasitələri qanunsuz olaraq əldə etməsini, cəzasını ağırlaşdıran halı, şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alır, lakin onun cəmiyyətdən təcrid edilmədən islah edilməsini qeyri-mümkün hesab edir və ona CM-in 65.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla azadlıqdan məhrum etmə növündə cəza təyin etməyi daha ədalətli, qanuni və əsaslı hesab edir. CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Təqsirləndirilən şəxs CM-nin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasının əvvəli 23 oktyabr 2025-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilməməlidir. Təqsirləndirilən şəxs məcburi müalicə təyin edilməli və xx.xx.2025-ci il tarixdən RNM-da F19x2 diaqnozu ilə qeydiyyatda olması nəzərə alınmalıdır. Cinayət işi üzrə məhkəmə fiziki-kimyəvi ekspertizasının keçirilməsi ilə əlaqədar cəmi 372 manat məbləğində məhkəmə məsrəfi vardır. Həmin vəsait Azərbaycan Respublikası CPM-nin 195 və 196-cı maddələrinə əsasən təqsirləndirilən şəxsdən Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin nəfinə tutulmalıdır. İş üzrə maddi sübut - Sumqayıt ŞPİ-nin saxlanc anbarında saxlanılan-tədqiqatdan sonra qalıq qalmış 1,457 qram psixotrop maddə olan metamfetamin, 0,790 qram psixotrop maddə olan metamfetamin, 321 qram narkotik vasitə olan qurudulmuş marixuna, 1.026 qram psixotrop maddə olan metamfetamin, 464,908 qram narkotik vasitə olan qurudulmuş marixuana, 18,226 qram narkotik vasitə olan tiryək maddi sübut kimi tanınmış, tədqiqat və istintaq zamanı aparılmış kimyəvi ekspertizalar nəticəsində qalıq, xalis çəkisi 1.407 qram metamfetamin, 0.740 qram meatmfetamin, 320,95 qram qurudulmuş marixuana, 0,976 qram metamfetamin, 464,808 qram qurudulmuş marixuana və 18,176 qram tiryək məhv edilməli, “əməliyyat-axtarış tədbirinin keçirilməsinə, şübhəli şəxsin üstünün yoxlanılmasına dair” və “təqdim olunmuş əşyaya baxış keçirilməsi və götürmə haqqında" əks etdirən 10 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxsin müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmiş, hüquqlarının müdafiəsi üçün Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 12 iş saatı məsrəf olunmuşdur. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 28 aprel 2025-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından vəkil Müdafiəçi 132 manat məbləğində pul ödənilməlidir. CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olubolmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxsin həmin məcəllənin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinsin və o, 02 (iki) il 02 (iki) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs 16 sentyabr 2025-ci il tarixdən 18 sentyabr 2025-ci il tarixədək, 03 oktyabr 2025-ci il tarixdən 05 oktyabr 2025-ci il tarixədək, 06 oktyabr 2025-ci il tarixdən 08 oktyabr 2025-ci il tarixədək, 13 oktyabr 2025-ci il tarixdən 15 oktyabr 2025-ci il tarixədək, 17 oktyabr 2025-ci il tarixdən 19 oktyabr 2025-ci il tarixədək, tutulduğu cəmi 10 (on) gün müddət təyin edilən cəzadan çıxılsın və onun çəkəcəyi azadlıqdan məhrum etmə cəzasının müddəti qəti olaraq 02 (iki) il 01 (bir) ay 20 (iyirmi) gün müəyyən edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzanın əvvəli 23 oktyabr 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsn. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və onun ərazi narkoloji dispanserində qeydiyyatda olması nəzərə alınsın. Təqsirləndirilən şəxs 372 manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin AZ34CTRE******************** saylı hesabına (VÖEN **********) köçürülsün İş üzrə maddi sübut, Sumqayıt Şəhər Polis İdarəsinin saxlanc anbarına təhvil verilmiş, qalıq çəkisi 1.407 qram metamfetamin, 0.740 qram meatmfetamin, 320,95 qram qurudulmuş marixuana, 0,976 qram metamfetamin, 464,808 qram qurudulmuş marixuana və 18,176 qram tiryək məhv edilsin. Təqsirləndirilən şəxs üzərində “əməliyyat-axtarış tədbirinin keçirilməsi və şübhəli şəxsin üstünün yoxlanılmasına dair” və “təqdim olunmuş əşyaya baxış keçirilməsi və götürmə haqqında" videogörüntüləri əks etdirən 10 (on) ədəd disk iş materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardım ödəməkdən azad edilsin. Vəkil Müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardıma görə 132 (bir yüz otuz iki) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, həbsdə olan Təqsirləndirilən şəxs təqdim edildiyi andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Ramiz Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar