Məhkəmə qərarları › İş №1(5-156)-2/2026

Şabran Rayon Məhkəməsi Qərar — İş №1(5-156)-2/2026

11.03.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şabran şəhəri İş № 1(5-156)-2/2026 11.03.2026 ŞABRAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, Məhkəmə iclas katibi Məhərrəmov Tariyel Aydın oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikasının Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi - Şabran rayonunun ərazisi üzrə fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə, fərdi identifikasiya nömrəsi “xxxxxxx” olan, xx.xx.1978-ci il tarixdə Dəvəçi rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, evli, əvvəllər məhkum olunmamış, Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin (Socar) "Neftqaztikinti" Trestində iş icraçısı (tikintidə) vəzifəsində çalışan, Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka-2 Bağ Sahəsi, 653A ünvanında qeydiyyatda olan, faktiki olaraq Şabran rayonu, Rəhimli kəndində yaşayan və barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra CM) 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında fasiləsiz audio-video çəkiliş vasitəsi ilə baxaraq, MÜƏYYƏN ETDİ: İstintaq orqanının mövqeyinə əsasən, Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, xx.xx.2025-ci il tarixdə, saat 12:00 radələrində Şabran rayonunun Rəhimli kənd tam orta ümumtəhsil məktəbinin direktoru Şahid1 ona zəng edərək övladları Ümüd Nəcəfovun, Şahid3 və Nicat Nəcəfovun təhsil aldıqları həmin məktəbdən Bakı şəhəri, Sabunçu rayonu 28 saylı tam orta məktəbinə yerdəyişmələri ilə bağlı sənədlərin məktəbə daxil olması barədə məlumat verdikdən sonra o, məsələni aydınlaşdırmaq üçün Şabran rayonunun Rəhimli kənd tam orta məktəbinə gəlib məktəbin direktorunun xidməti iş otağının qarşısında olan qəbul otağına daxil olan zaman qeyd edilən sənədləri götürməyə gəlmiş həyat yoldaşı Zərərçəkmiş şəxs görüb yaxınlaşaraq heç bir əsaslı səbəb olmadan qəflətən sonuncunun üz nahiyəsinə 01 (bir) dəfə şillə ilə vurmuş və həmin otaqdan çıxmış, onun oğlu Şahid3 da qəbul otağını tərk etmiş, bundan sonra o, oğlu Şahid3 yaşadığı Şabran rayonunun Rəhimli kəndində yerləşən fərdi yaşayış evinə aparmış və yenidən məktəbə qayıtmış, həmin vaxt onun atası Şahid3 da məktəbə gəlmiş, əvvəlcə Şahid3 qəbul otağına daxil olub gəlini Zərərçəkmiş şəxs ilə söhbət etmiş, o da bundan sonra qəbul otağına daxil olaraq Zərərçəkmiş şəxs yaxınlaşıb nə üçün belə edib onları biabır etdiyini soruşmuş, sonuncunun ona qəribə baxaraq onun və atası Şahid3 özlərini biabır etdiyini deməsindən sonra o, oğlu Nicat Nəcəfovun ağlamasını, Zərərçəkmiş şəxs təkəbbürlü hərəkətlərini, habelə sonuncunun onu saymayaraq onunla birlikdə yaşayan övladlarının da razılığını almadan özbaşına hərəkətlər etməsini və guya kənddə onların özlərini biabır etmələri kimi onu alçaldıcı ifadələr işlətməsini heç bir əsaslı səbəb olmadan özünə qarşı təhqir hesab edərək xuliqanlıq motivi ilə, yəni eqoizmini nümayiş etdirib özünü başqalarının fövqündə qoymaq istəyi ilə şəxsi mənafelərə əhəmiyyətli ziyan vuran, ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərən, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıqla müşayiət olunan hərəkətlər etməklə Şabran rayonunun Rəhimli kənd tam orta məktəbində iş rejiminin pozulmasına səbəb olan qərəzli hərəkətlərini davam etdirərək silah qismində istifadə edilən əşya tətbiq etməklə yaşıl rəngli xidməti geyim formasının sol iç cibində olan mətbəx bıçağını cibindən çıxarıb sağ əlində saxladıqdan sonra Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyələrinə vurmaqla ona sol əlin sol kürəküstü nahiyənin 01 (bir) ədəd, sol bazu nahiyəsinin 01 (bir) ədəd, sol dirsək nahiyəsinin arxa səthinin 01 (bir) ədəd, sol said nahiyəsinin 02 (iki) ədəd, döş qəfəsinin sol yarısında 01 (bir) ədəd, sağ kürəküstü nahiyədə 01 (bir) ədəd, sağ bud nahiyəsinin 01 (bir) ədəd, sol baldır nahiyəsinin 02 (iki) ədəd, sol bud nahiyəsinin 01 (bir) ədəd olmaqla, cəmi 11 (on bir) ədəd kəsilmiş-deşilmiş yaraları ilə müşayiət olunan sağlamlığın qısa müddətə pozulmasına səbəb olan “yüngül” dərəcəli bədən xəsarətləri, habelə sol bazu oynağının ön-bayır səthindən sol bazunun aşağı 1/3-nin ön-bayır səthinə qədər olan sahənin, eləcə də sol baldır nahiyəsinin qançırları ilə müşayiət olunan sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün “dərəcəsitəyin edilməyən” xəsarətlər yetirərək şəxslər üzərində zor tətbiq olunması və silah qismində istifadə edilən əşya tətbiq edilməsi ilə zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə müşayiət edilən qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Məhkəmə baxış iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib, CM-in 128-ci maddəsi ilə təqsirli bilərək ifadəsində göstərmişdir ki, “mən işdə idim, iş vaxtı məktəb direktoru zəng vurdu ki, uşaqların sənədləri gəlib bizə, aparacaqlar uşaqları demiş, zatən uşaqların ikisi məndə idi, ikisi bunlarda. Uşağın ikisi mənim yanımda qalmaq istəyirdi, ikisi də anasının. Mən dəymədim heç birinə, hansı harada qalmaq istəyir. Həqiqətən mən ümid edirdim ki, yəni bizim dörd övladımız var, üzr istəyirəm bizim beş il övladımız olmayıb. Yəni çoxlarının arzu etdiyi bir ailə olub bizdə. Hər şeyimizdə olub min şükür. Sonra gördüm gəliblər Nəcəfi aparmağa, girdim içəri gördüm ağlayır Nəcəf, elə bildim bu (arvadı Zərərçəkmiş şəxs nəzərdə tutur) onu sıxıb, direktorun otağının qarşında gözləmə otağında camaat bizə baxır deyib bir şillə buna vurdum. Orada mən, yoldaşım, direktor, oğlum var idi, mən həyəcanlı idim, işdən gəlirdim bir başa. Şabrançayda işləyirdik, elə iş paltarım üstümdə gəldim buraya. Sonra uşaq dedi məni apar burdan, apardım, yolda məni aparacaqlar qoyma dedi, məndə aparmayacaqlar rahat ol dedim və aparıb evdə düşürdüm. Sonra atam gəlib oraya, eşitdim kişi ordadır, mən atamın dalınca məktəbə gəldim, bir az söz-söhbət olubdu, girdim içəri Arzudan soruşdum niyə belə edirsən, niyə bizi biabır edirsən?, o da dedi ki, mən eləmirəm, siz özünüz özünüzü edirsiniz biabır. Mən çaş qaldım, mən barışmaq üçün əldən-ayaqdan gedirəm, amma sən hər şeyi korlayırsan, axı niyə belə edirsən də?. Ondan sonra bilmədim, amma bir Allah şahiddir ki, mən öldürmək istəsəydim heç kim ala bilməzdi əlimdən, mümkün deyil. Mən bilmədim nə etdim, sadəcə qorxutmaq məqsədilə etdim özüm çıxdım çölə. Uşaqlarımın anasıdır, 19 il bir yerdə biz ailəli olmuşuq, ondan da qabaq 16 yaşından mən bu adamı tanımışam, mən çox təəssüf edirəm ki, 2024-cü ildən sonra dəyişik bir insan gördüm, tamamilə dəyişilib bu insan. Birinci dəfə məktəbə getməkdə məqsədim qorxdum ki, uşaqları apararlar, ağlıma bu gəldi şəhərə apararlar, uşaqlar da istəmirdilər getmək, heç biri istəmirdi. Arzuya qarşı oraya gələndə heç bir niyyətim yox idi, sadəcə direktorun qəbul otağına girəndə uşağı elə gördüm. Məndə maşında və üstümdə işlə əlaqədar bıçaq olur, dağlarda, işləyirik, kabellər var, şlanqlar var onları kəsib düzəltmək üçün daim bizim üstümüzdə bıçaq olur, bütün işçilərimizdə olur, birdə alət üçün aşağı düşmürük, bıçağı üstümdə bilə-bilə məktəbə gətirməmişəm, qətiyyən. Maşınımda, hər şey olur, böyük bir balta, mişar, hansı ki, onlardan istifadə edirik. Biz neft kəmərlərinin, qaz kəmərlərinin təmiri ilə məşğul oluruq, onlarda dərələr ilə düşür, dağdan düşür, çayla düşür. Təqsirləndirilən şəxs ona verilən sualları cavablandırarkən göstərmişdir ki, ailə münasibətlərinin kəskinləşməsinə səbəb hər ikisinin qısqanclığı olmuş və ikinci bir tərəf var ki, arvadının yaxın qohumları Arzuya ailəsini dağıtmaması üçün düzgün yol göstərməmişlər. O, çox gedib-gəlmiş, çox əlləşsə də, amma alınmamışdır. Məktəbin direktoru Şahid1 zəng edib deyəndə ki, uşaqlar ilə bağlı elektron sorğu gəlib, məktəblərini dəyişəcəklər, buna kimi bu barədə qətiyyən bilməmiş, uşaqlarının hər üçünün, əsasən oğlu Nəcəfin də başqa məktəbə köcürüləcəyindən xəbərsiz olmuş, arvadı Zərərçəkmiş şəxs ona bu barədə ümumiyyətlə bir söz deməmişdir. Arvadı Arzunun məktəbə gəlməsindən xəbərsiz olmuş, məktəbə gedəndə sonuncunun da məktəbdə olmasını görmüş, məktəbin direktoru da Arzunun məktəbdə olması barədə ona deməmişdir. Direktorun otağı məktəbin ikinci mərtəbəsində yerləşir, otağa daxil olduqda baldızı Tamilla ilə qarşılaşmış, oğlu Nəcəfin otağın sol tərəfində olduğunu və Arzunun Nəcəfə nəsə deməsini, Nəcəfin isə həmin vaxt ağladığını görmüş, Nəcəf onu görən kimi “Dədə” deyə səsləyəndə o, oğlunu özünə tərəf çəkib, qorxma demiş, Nəcəfin ağlaması ona pis təsir etdiyindən və Arzunun uşağa nəsə etdiyini zənn edib Arzunun sifətindən bir dəfə şillə ilə vurmuşdur. Sonra uşağı evə aparmış, atasının məktəbə getdiyini eşidib yenidən məktəbə qayıtmışdır ki, atasını evə aparsın, atası iki dəfə insult keçirdiyindən yenidən səhhətində problem yaranar deyə məktəbə qayıtmışdır. Nə o, nə Arzu bir-birlərinə qarşı ucadan danışmamışlar, bir-birlərinə söyüş söyməmişlər, təhqiramiz ifadələr işlədilməmişdir. O, sadəcə olaraq arvadı Arzuya “niyə belə edirsən, bu lazım deyildi” demişdir. Bıçaq mətbəx bıçağıdır, iş yerindən gəldiyi üçün bıçaq xidməti geyim formasının cibində olub, arvadı Arzu ona özünüz-özünüzü biabır edirsiniz deyəndə o, “axı biz nəyi biabır eləmişik, sən gəlmisən buraya” demiş və bu zaman işdə istifadə etdiyi bıçağın tiyəsi qoltuq cibindən onun gözünə sataşmış və qorxutmaq məqsədilə, daha doğrusu özü də bilmədən bıçağı əlinə götürmüşdür. Dəqiqi odur ki, Arzunu öldürmək niyyəti olmamış, olsa idi heç mümkün deyilmiş ki, kimsə onun qarşısını ala bilsin. Ümumiyyətlə neçə ədəd xəsarət yetirməsini bilməmişdir. Özü İ dərəcəli sərbəst güləşçidir və Zərərçəkmiş şəxs öldürmək istəsə idi bıçağa da ehtiyacı olmazdı. Həmin mübahisə zamanı onun qarşısını heç kim almamış və onun Zərərçəkmiş şəxs öldürmək niyyəti olsa idi elə oradaca Arzunu öldürmək fürsəti olmuşdur. O, oğlu Nəcəfin ağlaması, övladlarının anası Arzunun isə təkəbbürlü hərəkətlərinə görə, habelə Arzunun onu adam yerinə qoymayaraq onunla birlikdə yaşayan övladlarının da razılığını almadan özbaşına hərəkət etməsinə, ən əsası isə guya kənddə onların özləri özlərini biabır etmələri kimi onu alçaldan ifadə işlətməsinə görə Arzu ilə mübahisə etmişdir. O, Arzuya bıçaq zərbələri vurandan sonra özü qəbul otağından dəhlizə çıxmışdır. Otaqdan dəhlizə çıxan zaman başına hansısa bir əşya dəymiş və başından qan axmağa başlamış, həmin əşyanı kimin atdığını görməmişdir. Sonradan onun başına qələmqabı atıldığını və həmin qələmqabının da baldızı Tamilanın atdığını bilmişdir. Məktəbdə olduğu müddət ərzində ucadan kiminləsə danışmamış, kiminsə ünvanına nalayiq ifadələr işlətməmiş, mübahisə zamanı şagirdlər sinif otaqlarında olmuş, çünki dərs saatı imiş, ümumiyytlə xuliqanlıq cinayəti törətməmiş və belə bir məqsədi olmamışdır. Bundan sonra o, Şabran Rayon Polis Şöbəsinə gəlmiş və könüllü təslim olmuşdur. Hazırda o, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs dəymiş maddi ziyanı tam şəkildə ödəmişdir və aralarında barışıq əldə edilmişdir. O, özünü Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilir, ona görə də cinayət işi üzrə əməlinin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3-cü maddəsindən həmin Məcəllənin 128-ci maddəsinə tövsif edilməsini və barəsində Azərbaycan Respublikası Milli Məclisinin “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında xx.xx.2025-ci il tarixli, 315-VİİQR saylı Qərarına əsasən amnistiya tətbiq edilməklə cinayət işi üzrə icraata xitam verilməsi və cinayət məsuliyyətindən azad olunması barədə qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, xx.xx.2006-cı il tarixdə Təqsirləndirilən şəxs ilə rəsmi nikaha daxil olmuş, ailə həyatı qurandan sonra 05 il uşaqları olmamışdır. Sonradan onların 04 (dörd) oğlu - xx.xx.2011-ci il təvəllüdlü X7, xx.xx.2013-cü il təvəllüdlü Şahid3 Asim oğlu, xx.xx.2015-ci il təvəllüdlü X6 və xx.xx.2018-ci il təvəllüdlü X4 dünyaya gəlmişdir. Ailə həyatı qurduqları ilk illərdə Təqsirləndirilən şəxsla münasibətləri yaxşı olmuş, lakin Asim dəhşət dərəcədə qisqanc olmuşdur. Asimlə ailə həyatı qurandan sonra 05 il Bakı şəhəri Suraxanı rayonu Zığ qəsəbəsində yerləşən fərdi yaşayış evində yaşamış, daha sonra Asim öz ərizəsi ilə işdən çıxmış və onlar Şabran rayonunun Rəhimli kəndində yerləşən fərdi yaşayış evinə köçüb yaşamağa başlamışlar. O, ailə həyatı qurandan sonra valideynlərini və qardaş-bacılarını demək olar ki çox az-az görmüş, çünki Asim onun ailə üzvləri ilə görüşməyini istəməmişdir. Belə ki, Asim onun ailə üzvləri ilə görüşəndən sonra geyim əşyaları və müxtəlif yerlərə gedib gəzməklə bağlı tələblər irəli sürəcəyini fikirləşmiş, hətta bu fikri Asim ona demiş, Asim bu düşüncəsini ailə üzvlərinə də bildirmişdir. xx.xx.2021-ci il tarixdə atası X3 vəfat etmiş, həmin tarixdən sonra Asimin onun ailə üzvlərinin evə gəlib getməsi ilə bağlı fikrində yumşalmalar başlamış, ailə üzvləri onun Şabran rayonunun Rəhimli kəndində yaşadığı evə rahat gəlib gedə bilmişlər. Təqsirləndirilən şəxs qısqanc olduğu üçün ona telefon işlətməyə icazə verməmiş, evə kamera quraşdırmış, daimi nəzarətdə saxlamış, ona sərbəst hərəkət etməyə imkan verməmişdir. Onunla Asimin arasında sonuncunun qısqanclığına görə mübahisələr olmuşdur. Asimin bu kimi hərəkətlərinə görə xx.xx.2025-ci il tarixdən o anası Kəmalə ilə Bakı şəhərinin Sabunçu rayonunun Savalan qəsəbəsində ayrıca kirayə ev tutmuş və orada yaşamağa başlamış, onun iki övladı - Ümüd və Nicat da onunla yaşamış, uşaqların ikisi isə, yəni Nəcəflə və Ərtoğrul Asimlə yaşamışdır. O, Ümüd, Nicat və Nəcəfin Şabran rayonu Rəhimli kənd tam orta məktəbindən Bakı şəhəri Sabunçu rayonu 28 saylı tam orta məktəbə köçürülməsi ilə bağlı elektron qaydada Azərbaycan Respublikasının Təhsil Nazirliyinə müraciət etmiş və müraciəti qeydə alınmış, uşaqların Bakı şəhərinə başqa məktəbə köçürülmələri ilə bağlı əri Asimə əvvəldən məlumat verməmiş, onunla bu barədə danışmamışdır. xx.xx.2025-ci il tarixdə Tamilla ilə birlikdə Şabran rayonunun Rəhimli kənd tam orta məktəbinə gəlmiş, məktəbin qarşısında olarkən gözətçi direktora məlumat vermiş, bundan təxminən 10 dəqiqə sonra direktor onları qəbul etmiş, direktor hansı səbəbdən məktəbə gəldiklərini soruşmuş, o da Ümüd, Nicat və Nəcəfin valideyni olduğunu, sənədləri götürməyə gəldiyini demiş, direktor Şahid1 də Nəcəfin məktəbdən getmək istəmədiyini, Nəcəflə bu mövzuda danışdığını demiş, Tamilla da direktora əsəbiləşib Nəcəflə nə üçün bu mövzuda söhbət etdiyini, bu məsələnin ona aidiyyəti olmadığını demişdir. Əslində isə onun məqsədi Nicat ilə Ümüdün sənədlərini götürmək olmuş, Nəcəfin də elektron sorğusuna cavab gəldiyini hələ məktəbə çatmamış, yolda öyrənmişdir. Bundan sonra Şahid1 Nəcəfi çağırmış və Nəcəfdən onlarla getmək istəyibistəməyəcəyini soruşmuş, Nəcəf də getmək istəmədiyini söyləmişdir. O, da oğluna “bala mən sənin dalınca gəlməmişəm, mən qaqaşların sənədini götürməyə gəlmişəm, sənin də sənədin gəlib istəsən gələrsən istəsən yox” demiş, o oğlu Nəcəf ilə küncdə astaca söhbət edən zaman əri Asim otağa daxil olmuş, Nəcəfin gözləri dolduğundan Asim uşağın onun tərəfindən incidildiyini güman etmiş və şillə ilə onu vurduqdan sonra Asim Nəcəfi götürüb getmişdir. Təqribən 5-10 dəqiqədən sonra onun qayınatası Şahid3 gəlmiş, sonuncu həqiqətən xəstədir və onunla əsəbi halda danışmış və bir az keçmiş Asim içəriyə daxil olaraq ona yaxınlaşıb “niyə belə edirsən, niyə bizi biabır edirsən?” sualını ünvanlamış, o isə bilmədən, düşünmədən “siz özünüz-özünüzü biabır etmisiniz” ifadəsini ağzından qaçırmış və bundan sonrakı hadisələrin baş verməsinə hər halda həmin sözün təsir etdiyini düşünür. Asim istəsəydi onu öldürə bilərdi, heç kim onu Asimin əlindən almamış, araya girməmiş, aralamamışdır. Asim idmançıdır, çox güclüdür, öldürmək qərarı olsa idi, edərdi və kimsə də qarşısını ala bilməzdi. Asimin onu bıçaqla vurduğunu əvvəl bilməmiş, Asimin əlində bıçaq görməmiş, hər hansı səs-küy olmamış, hadisə dərs vaxtı baş vermişdir və 1-2 dəqiqə arasında baş verdiyindən bıçaqlanmasını hiss etməmişdir. Onun məktəbə gəlməsindən əri Asimin xəbəri olmamışdır. Asim istədiyi zaman uşaqları ilə görüşə bilər. Boşanmalarında o özünün də, əri Asimin də təqsirinin olduğunu bildirir. Asim onu vurandan sonra məktəbin direktoru Vüsal müəllim Asimə qəbul otağından çıxmasını xahiş etmiş, Asim də qəbul otağından çıxmışdır. Məktəbin direktoru Vüsal müəllim və müavini Murad müəllim də Asimlə birlikdə otaqdan çıxmışdır. O, bu zaman qollarından qan axdığını görmüş və Asimin onu bıçaqla vurduğuna əmin olmuşdur. O, Asimin bıçaqla onu vurduğunu həmin vaxt görməmişdir. Tamilla ona yaxınlaşmış, onun bədənindən qan axdığını görmüşdür. O, Asimin onu bıçaqla vurduğunu demiş, Tamilla əynində olan gödəkcəni çıxarıb onun yaralarını bağlamış, məktəbdə işləyən şəxslərdən biri təcili tibbi yardıma zəng etmişdir. Bundan sonra onu xəstəxanaya aparmışlar. O, sonradan Tamillanın da Asimin üzərinə gəldiyini düşünüb stolun üzərində olan qələmqabını Asimə tərəf atdığını öyrənmişdir. Asimlə onun arasında mübahisə olarkən Asim nə ona qarşı, nə də qəbul otağında olan şəxslərə qarşı heç bir nalayiq ifadə işlətməmişdir. Asim ilə arasında sözlə mübahisəyə səbəb Asimin Nəcəfin ağlamasına onun səbəbkar olmasını zənn etməsi, əri Asimə və oğlanlarına demədən uşaqların sənədlərini götürmək istəməsi, Asimə qarşı özünüz-özünüzü kənddə biabır etmisiniz kimi ifadə işlətməsi olmuşdur. Təqsirləndirilən şəxs qarşı hər hansı şikayət və tələbi yoxdur, barışıblar və bununla bağlı barışıq ərizəsini də təqdim edir. Təqsirləndirilən şəxs tutulmasını istəmir, əgər Asim tutularsa özünə qəsd edəcək. Asim onun uşaqlarının atasıdır, 16 yaşından Asim ilə tanış olub və bir-birlərini çox seviblər. Məhz bu sevginin nəticəsi olaraq hər ikisi dəhşət dərəcədə qısqanc olub. Uşaqların başqa məktəbə köçürülməsini əri Asimə deməməsi və onunla məsləhətləşmədən bu addımı atması, Asimin hadisə günü oğlanları Nəcəfin otaqda divarın küncündə ağlamasında onun təsiri olmasını güman etməsi və bilmədən ağzından Asimə qarşı “özünüz-özünüzü kənddə biabır etmisiniz” kimi aşağılayıcı ifadə işlətməsi səbəbindən Asimin onu bıçaqlamasında özünü qınayır, günahkar olduğunu düşünür. Sonda o, məhkəmədən Təqsirləndirilən şəxs uşaqlarından ayrı salınmamasını, Asimsiz, təkbaşına dörd oğlan övladlarına baxa bilməyəcəyinin nəzərə alınamasını, tutulmamasını xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən Şabran rayon Rəhimli kənd tam orta ümumtəhsil məktəbinin direktoru Şahid1 ifadəsində göstərmişdir ki, o, xx.xx.2025-ci il tarixdə, saat 12:00 radələrində Təqsirləndirilən şəxs zəng edərək üç oğlunun Şabran rayonunun Rəhimli kənd tam orta ümumtəhsil məktəbindən Bakı şəhəri Sabunçu rayonu 28 saylı tam orta məktəbinə köçürülməsi ilə bağlı müvafiq sənədlərin elektron qaydada daxil olduğunu bildirmişdir. Bundan bir neçə dəqiqə sonra gözətçi yanına gələrək Asim sözünü demiş, o da Asimin gəldiyini düşünüb gözətçiyə onu məktəbə buraxmasını tapşırmış, bundan sonra onun xidməti iş otağının qarşısında olan qəbul otağına iki qadın daxil olmuş, o həmin şəxsləri tanımamış və onlardan kim olduqlarını soruşmuş, həmin qadınlardan biri adının Arzu olduğunu, Asimin arvadı olduğunu, üç oğlan övladına dair sənədləri götürməyə gəldiyini bildirmiş, o da məktəbdə təşkilatçı müavin vəzifəsində işləyən Leyla Yolçuyevaya bununla bağlı müvafiq tapşırıq vermiş, Leyla müəllimə “SİMA” proqramına daxil olaraq sənədləri təsdiq etmiş və sənədləri çap etmək üçün printerin yanına getmişdir. Bundan 10-15 dəqiqə sonra Təqsirləndirilən şəxs övladı Şahid3 qəbul otağına daxil olmuş və başqa məktəbə gedəcəyini biləndən sonra ağlamağa başlayaraq anasına başqa məktəbə getməyəcəyini söyləmişdir. Həmin vaxt Zərərçəkmiş şəxs və sonuncunun bacısı Tamilla qəbul otağında gözləyirdilər. Təxminən 1-2 dəqiqə sonra Təqsirləndirilən şəxs qəbul otağına daxil olmuş, Təqsirləndirilən şəxs oğlu Nəcəfin ağladığını görmüş və Nəcəf atasına onun yanında qalmaq istədyini demiş, bu zaman Təqsirləndirilən şəxs arvadı Zərərçəkmiş şəxs üz nahiyyəsinə bir şillə vurmuş və otaqdan çıxmışdır. O və hərbi müəllim Şahid2 da Təqsirləndirilən şəxs arxası ilə qəbul otağından dəhlizə çıxmışdır. Təqsirləndirilən şəxs övladı Şahid3 da otaqdan çıxmışdır. Asim oğlu Nəcəfi evə aparmış və bir neçə dəqiqə sonra Asimin atası Nəcəf müəllim məktəbə gəlmiş, otağa daxil olduqdan sonra gəlininə baxaraq nə üçün gəldiyini soruşmuş, Zərərçəkmiş şəxs uşaqların hər birinin sənədlərini götürmək üçün gəldiyini bildirmişdir. Daha sonra Şahid3 nəvəsi Şahid3 aparmalarına etiraz etdiyini bildirmişdir. Bu zaman Asim də geri qayıtmış və Arzuya “niyə belə edirsən?” dedikdə sonuncu nəsə cavab vermiş, bir neçə dəfə şillə və yumruq vurandan sonra Asim otağı tərk etmiş, o və Murad müəllim Asimin arxasınca getmiş, bu zaman Asimin baş nahiyəsinə qələm qabının dəydiyini və baş nahiyəsindən qan axdığını görmüşdür. Daha sonra Zərərçəkmiş şəxs qan axdığını görmüşdür. Asim qəbul otağından dəhlizə çıxandan sonra Asimin əlindəki bıçağı görmüş və həmin bıçaq mətbəx bıçağına oxşayırdı. Bıçağı görəndən sonra başa düşmüşdür ki, Asim arvadı Arzuya şillə, yumruq yox, bıçaqla vururmuş. Amma o, Asimin əlində bıçağı sonuncunun dəhlizə çıxıb gedərkən əlində bıçaq olduğunu görmüşdür. Təqsirləndirilən şəxs arvadı Arzuya və kiməsə qarşı ucadan səs çıxarmamış, söyüş söyməmiş, nalayiq ifadə işlətməmişdir. Hadisə baş verən zaman tənəffüs vaxtı olmamış, dərs saatı olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilən Şabran rayon Rəhimli kənd tam orta ümumtəhsil məktəbinin hərbi müəllimi vəzifəsində işləyən Şahid2 ifadəsində bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə, günorta saatlarında, Şabran rayonunun Rəhimli kənd tam orta ümumtəhsil məktəbinin inzibati binasında olduğu zaman Təqsirləndirilən şəxs həyat yoldaşı, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ilə sonuncunun uşaqlarının Şabran rayonunun Rəhimli kənd tam orta ümumtəhsil məktəbindən Bakı şəhəri Sabunçu rayonu 28 saylı tam orta məktəbinə köçürülməsi ilə bağlı etdiyi müraciət zəminində başlayan və sonradan şəxsi münasibətlər zəminində daha da kəskinləşən mübahisə baş vermişdir. Həmin mübahisə zamanı Təqsirləndirilən şəxs zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs zərbələr endirmiş, lakin həmin vaxt onun əlində bıçaq görməmişdir. Sonradan Təqsirləndirilən şəxs çölə çıxdığı zaman onun əlində mətbəx bıçağı olduğunu görmüşdür. Bundan sonra zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs bədənindən qan axdığını gördükdə, Təqsirləndirilən şəxs onu bıçaqla vurduğunu anlamışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılsa da, məhkəməyə gəlməmiş iş üzrə Şahid4 Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 329-cu maddəsinə əsasən elan edilmiş məhkəməyədək icraat zamanı verdiyi ifadəsində göstərmişdir ki, bacısı Zərərçəkmiş şəxs oğlanları Ümüd, Nicat və Nəcəfin Şabran rayonu Rəhimli kənd tam orta məktəbindən Sabunçu rayonu 28 saylı tam orta məktəbə köçürülməsi ilə bağlı elektron qaydada Azərbaycan Respublikasının Təhsil Nazirliyinə müraciət etmiş və həmin müraciət qeydə alınmışdır. xx.xx.2025-ci il tarixdə o, bacısı Zərərçəkmiş şəxs ilə Şabran rayonu Rəhimli kənd tam orta məktəbinə getmişdir. Məktəbin qarşısında olarkən gözətçi direktora məlumat vermişdir bundan təxminən 10 dəqiqə sonra direktor onları qəbul etmişdir. Direktor hansı səbəbə məktəbə gəldiklərini onlardan soruşmuş, Arzu da Ümüd, Nicat və Nəcəfin valideyni olduğunu, sənədləri götürməyə gəldiyini demişdir. Direktor Şahid1 də Nəcəfin məktəbdən getmək istəmədiyini, Nəcəflə bu mövzuda danışdıqlarını demiş, o da direktora əsəbiləşib Nəcəflə nə üçün bu mövzuda söhbət etdiyini, bunun ona aidiyyəti olmadığını demiş, bundan sonra Şahid1 Nəcəfi otağa çağırmış və Nəcəfdən onlarla getmək istəyib-istəməyəcəyini soruşmuş, Nəcəf də onlarla getmək istəmədiyini demişdir. Bundan bir neçə dəqiqə sonra Asim məktəbə gəlmiş, qəbul otağından içəri girən kimi Asim Arzunun üz nahiyəsinə bir şillə ilə vurmuş, bu zaman Vüsal müəllim və Murad müəllim Asimi otaqdan çıxartmışlar. Bundan sonra Nəcəf də otaqdan çıxmışdır. Bundan bir neçə dəqiqə sonra Asimin atası Şahid3 qəbul otağına daxil olmuş və Arzuya nə üçün gəldiyini soruşmuş, Arzu da uşaqların sənədlərini götürməyə gəldiyini demişdir. Nəcəf müəllim də hansı sənədləri deyə soruşmuş, Arzu da Nəcəfə iki nəvəsinin oxuyub-oxumadığını soruşmuş, Nəcəf də oxumadıqlarını demiş, Arzu da uşaqların sənədlərini götürüb Bakı şəhəri Sabunçu rayonu 28 nömrəli tam orta məktəbə aparıb vermək istədiyini, uşaqlarının oxumasını istədiyini bildirmişdir. Nəcəf müəllim də dirsəyini önə sürərək "ala" deyə bildirmiş, həmçinin Nəcəf onunla mübahisə etməyə başlamış, bu zaman Asim otağa daxil olmuş və Arzuya nə üçün onları biabır etdiyini soruşaraq Arzunu dəhlizə çağırmışdır. O, Arzuya getməməsini tapşırmış, Arzu da dəhlizə getməmişdir. Asim bir neçə dəfə təkid etsə də, Arzu dəhlizə çıxmağa razılaşmamışdır. Bundan sonra Asim Arzuya tərəf getmiş, bu vaxt direktor Şahid1 də Asimin arxasında dayanmışdı, o, qəflətən Asimin Arzunu şillə və yumruqla vurduğunu görmüş, əvvəlcə Asimin Arzunu yumruqla vurduğunu düşünərək qışqırmış ki, "qoymayın", bu zaman Şahid1 və Şahid2 Asimdən otaqdan çıxmasını xahiş etmişlər, Asim də otaqdan çıxan zaman o, Asimin üzərinə gəldiyini görüb stolun üzərində olan qələmqabını Asimə tərəf atmış, lakin qələmqabının Asimə dəyib dəymədiyini görməmişdir. Bundan sonra Asimi dəhlizə çıxmışdır. O, isə Arzuya yaxınlaşmış və Arzunun bədənindən qan axdığını görmüşdür. Arzu Asimin onu bıçaqla vurduğunu demiş, o, əynində olan kurtkanı çıxarıb Arzunun yaralarını bağlamışdır. Məktəbdə işləyən şəxslərdən biri təcili tibbi yardıma zəng etmiş, bundan sonra o Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edib məlumat vermişdir. Bundan sonra Arzunu xəstəxanaya aparmışlar. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - xx.xx.2025-ci il tarixli cinayət işi başlanması haqqında qərardan görünür ki, fakta görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29, 120.1-ci maddəsi ilə ********* saylı cinayət işi başlanmışdır (cinayət işinin İ cildinin 1-ci vərəqəsi). - xx.xx.2025-ci il tarixli cinayəti törətməkdə şübhəli şəxsin tutulması haqqında qərardan və protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə, saat 12:55-də şübhəli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29, 120.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (cinayət işinin İ cildinin 12-14-cü vərəqələri). - xx.xx.2025-ci il tarixli götürmə haqqında qərardan, protokoldan və fotocədvəldən görünür ki, Zərərçəkmiş şəxs əynində olmuş və ilkin tibbi müdaxilə edilməsi səbəbindən sonuncunun əynindən çıxarılmış 01 ədəd qara rəngli qısaqol gödəkcə, 01 ədəd qara rəngli xalat, 01 ədəd qara rəngli qısaqol köynək (tibbi müdaxilə səbəbindən kəsilmişdir), 01 ədəd qara rəngli idman şalvarı (tibbi müdaxilə səbəbindən kəsilmişdir) və 01 ədəd bənövşəyi rəngli kəlağayı götürülmüşdür (cinayət işinin İ cildinin 35-46-cı vərəqələri). - xx.xx.2025-ci il tarixli baxış keçirilməsi haqqında protokoldan və fotocədvəldən görünür ki, hadisə Şabran rayonu Rəhimli kəndində yerləşən Şabran rayonu Rəhimli kənd tam orta məktəbinin inzibati binasında direktorun qəbul otağında baş vermişdir. Hadisə yerinə baxış keçirilmiş, fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir (cinayət işinin İ cildinin 47-58-ci vərəqələri). -xx.xx.2025-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb edilmə haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs ********* saylı cinayət işi üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29, 120.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir (cinayət işinin İ cildinin 68-69-cu vərəqələri). - xx.xx.2025-ci il tarixli götürmə haqqında qərardan, protokoldan və fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs təqdim etdiyi geyimlər – 01 ədəd yaşıl rəngli üzərində “Socar” yazısı həkk olunmuş xidməti geyim forması olan gödəkcə, 01 ədəd açıq göy rəngli cins şalvar, 01 ədəd zəncirbəndi olan göy rəngli yun köynək (poliver), 01 ədəd üzərində “Old Navy” yazısı yazılmış tünd göy rəngli qısaqol köynək və 01 cüt qara rəngli ayaqqabı götürülmüşdür (cinayət işinin İ cildinin 80-91-ci vərəqələri). - Şabran Rayon Məhkəməsinin 4(031)-29/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarından görünür ki, ********* saylı cinayət işi üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29, 120.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində xx.xx.2025-ci il tarixdə, saat 12:55-dən hesablanmaqla 04 (dörd) ay müddətinə həbs növündə qətimkan tədbiri seçilmişdir (cinayət işinin İ cildinin 107-110-cu vərəqələri). - xx.xx.2025-ci il tarixli götürmə haqqında qərardan, protokoldan və fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs bıçaqladığı bıçaq Təqsirləndirilən şəxs üzərindən götürülmüşdür (cinayət işinin İ cildinin 124-126-cı vərəqələri). - xx.xx.2025-ci il tarixli zərər çəkmiş şəxs qismində tanınma haqqında qərardan görünür ki, Zərərçəkmiş şəxs ********* saylı cinayət işi üzrə zərər çəkmiş şəxs qismində tanınmışdır (cinayət işinin İ cildinin 144-145-ci vərəqələri). - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (cinayət işinin İ cildinin 184-cü vərəqəsi). - Zərərçəkmiş şəxs **********789 saylı, xx.xx.2025-ci il tarixli notarial qaydada təsdiq edilmiş ərizəsindən görünür ki, o, həmin ərizədə Təqsirləndirilən şəxs ona dəymiş maddi ziyanı tam olaraq ödədiyini, Təqsirləndirilən şəxs ilə barışdığını və ondan heç bir şikayət, tələb və iddiasının olmadığını bildirmişdir (cinayət işinin İ cildinin 187-ci vərəqəsi). - Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi tərəfindən verilmiş 24 saylı, xx.xx.2025-ci il tarixli rəydən görünür ki, Zərərçəkmiş şəxs sol kürək üstü nahiyənin 01 (bir) ədəd, sol bazu nahiyəsinin 01 (bir) ədəd, sol dirsək nahiyəsinin arxa səthinin 01 (bir) ədəd, sol said nahiyəsinin 02 (iki) ədəd, döş qəfəsinin sol yarısında 01 (bir) ədəd, sağ kürəküstü nahiyədə 01 (bir) ədəd, sağ bud nahiyəsinin 01 (bir) ədəd, sol baldır nahiyəsinin 02 (iki) ədəd, sol bud nahiyəsinin 01 (bir) ədəd kəsilmiş-deşilmiş yaraları (ümumilikdə 11 (on bir ədəd) kəsici-deşici xarakterə malik əşyanın (alətin) təsirindən, o cümlədən ekspertizaya təqdim edilmiş bıçağın təsirindən törənə bilərdilər, həm ayrı-ayrılıqda, həm də ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddirlər. Sol bazu oynağının ön- bayır səthindən sol bazunun aşağı 1/3-nin ön-bayır səthinə qədər olan sahənin, eləcə də sol baldır nahiyəsinin qançırları küt əşyanın (əşyaların) təsirindən törənmişlər; sağlamlığa zərərvurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Qeyd olunan xəsarətlər qərarın təsviri hissəsində qeyd olunan müddətdə və şəraitdə, yəni xx.xx.2025-ci il tarixdə qeyd olunan nahiyələrə müvafiq olaraq kənar şəxs tərəfindən bıçaqla vurulma zamanı, eləcə də kənar şəxsin bədən hissəsinin təsirindən yarana bilərdilər (cinayət işinin İ cildinin 199-201-ci vərəqələri). - xx.xx.2025-ci il tarixli sübutların qiymətləndirilməsi və əməlin tövsif edilməsi haqqında qərardan görünür ki, ********* saylı cinayət işi üzrə əməl Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29, 120.1-ci maddəsindən həmin Məcəllənin 221.3cü maddəsinə tövsif edilmiş və Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29, 120.1-ci maddəsi ilə elan edilmiş ittihama dəyişiklik və əlavələr olunmaqla ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə yenidən ittiham elan edilməsi və iş üzrə Təqsirləndirilən şəxs tərəfindən istintaqa təqdim edilmiş hadisə zamanı istifadə edilmiş bıçağın iş üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut hesab edilərək saxlanılması və mühafizəsi üçün Şabran rayon prokurorluğunun “Maddi sübutlar otağına” təhvil verilməsi qərara alınmışdır (cinayət işinin İ cildinin 211-218-ci vərəqələri). - xx.xx.2025-ci il tarixli təqsirləndiirlən şəxsə elan edilmiş ittihama dəyişiklik və əlavələr olunmaqla ona yenidən ittiham elan edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29, 120.1-ci maddəsindən həmin Məcəllənin 221.3-cü maddəsinə tövsif edilmiş və ona həmin maddə ilə yenidən ittiham edilmişdir. - Şabran Rayon Məhkəməsinin 4(031)-33/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində Şabran Rayon Məhkəməsinin 4(031)-29/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı ilə seçilmiş həbs növündə qətimkan tədbiri xx.xx.2026-cı il tarixə kimi ev dustaqlığı növündə qətimkan tədbiri ilə əvəz edilmişdir (cinayət işinin İ cildinin 253-258-ci vərəqələri). - xx.xx.2026-cı il tarixli təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbirinin seçilməsi qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində Şabran Rayon Məhkəməsinin 4(031)-33/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı ilə xx.xx.2026-cı il tarixə kimi ev dustaqlığı növündə qətimkan tədbiri seçildiyindən və həmin qətimkan tədbirinin müddətinin də xx.xx.2026-cı il tarixdə bitdiyindən, onun barəsində başqa yerə gətməmək haqqında iltizam növündə qətimkan tədbiri seçilmişdir (cinayət işinin İ cildinin 272-274-cü vərəqələri). - Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzindən təqdim edilmiş xx.xx.2026-cı il tarixli, 3/1420-1421 saylı ekspert rəyindən görünür ki, “Məhkəmə ballistik-trasoloji ekspertizası” - nın rəyindən göründüyü kimi tədqiqata təqdim edilmiş cinayətin aləti olmuş bir ədəd bıçaq zavod üsulu ilə istehsal edilmiş, bir tərəf kəsici, ucu deşici xassəyə malik olan təsərrüfat-məişət təyinatlı mətbəx bıçağıdır, soyuq silah hesab edilmir, üzərində təyinatını dəyişdirən əlavə və dəyişikliklər edilməmişdir. Aparılmış tədqiqatın dəyəri 165 (yüz altmış beş) manat təşkil etmişdir (cinayət işinin İ cildinin 278-281-ci vərəqələri). - xx.xx.2026-cı il tarixli cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, hadisə vaxtı Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs üzərilərində olan paltarlar iş üçün əhəmiyyət kəsb etniklərindən maddi sübut hesab edilərək saxlanılmaları üçün Şabran Rayon Polis Şöbəsinin “Maddi sübutların saxlama” otağına təhvil verilmişlər (cinayət işinin İ cildinin 283-293-cü vərəqələri). Məhkəmə istintaqı zamanı iş materiallarına əlavə edilmiş: - Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs Şabran Rayon Məhkəməsinə ünvanlandığı xx.xx.2026-cı il tarixli ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ona dəymiş maddi ziyanı tam şəkildə ödədiyini, onunla barışdığını və hazırda Təqsirləndirilən şəxs şikayət və ya tələbinin olmadığını bildirmişdir. - Təqsirləndirilən şəxs Şabran Rayon Məhkəməsinə ünvanlandığı xx.xx.2026-cı il tarixli ərizəsindən görünür ki, o, özünü Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilir və cinayət işi üzrə əməlinin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3-cü maddəsindən həmin Məcəllənin 128-ci maddəsinə tövsif edilməsini və barəsində Azərbaycan Respublikası Milli Məclisinin “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında xx.xx.2025-ci il tarixli, 315- VİİQR saylı Qərarına əsasən amnistiya tətbiq edilməklə cinayət işi üzrə icraata xitam verilməsi və cinayət məsuliyyətindən azad olunmasını xahiş edir. Beləliklə, məhkəmə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsi ilə bağlı ibtidai araşdırma orqanının gəldiyi nəticə əsassız olmaqla, təqsirləndirilən şəxsin törətmiş olduğu əmələ düzgün hüquqi qiymət verilməmiş, onun tərəfindən törədilmiş əməl tövsif edilərkən səhvə yol verilmişdir. Belə ki, xuliqanlıq – öz hərəkətlərinin ictimai təhlükəlilik xarakterini dərk edən, onların ictimai təhlükəli nəticələrini qabaqcadan görən, bu nəticələrin baş verməsini arzu edən şəxs tərəfindən qəsdən törədilən cinayətdir. Xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyrimüəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Xuliqanlıq niyyəti ilə deyil, digər motivlərlə, məsələn şəxsi münaqişə, barışmazlıq, nifrət zəminində və s. törədilən hərəkətlər xuliqanlıq kimi tövsif oluna bilməz. Azərbaycan Respublikasının CM-in 221-ci maddəsi xuliqanlıq cinayət əməlini – ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər kimi müəyyənləşdirir. Bu normanı tətbiq edərkən, təqsirkarın hərəkətlərini xarakterizə edən maddənin dispozisiyasında göstərilən əlamətlərin mövcudluğu mütləqdir. Göründüyü kimi əməlin xuliqanlıq kimi tövsif olunması üçün hərəkət üç əlamətə malik olmalıdır. “B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 07 mart 2005-ci il tarixli Qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli Qərarında göstərilir ki, aşağıdakı əlamətlər xuliqanlıq hadisəsini xarakterizə edir: ictimai qaydanın kobud surətdə pozulması; cəmiyyətə açıqca hörmətsizliyin ifadə edilməsi; vətəndaşlar üzərində zor tətbiq olunması və ya belə zor tətbiq edilməsi hədəsi; habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi. Həmin Qərarda ictimai qaydanı kobud surətdə pozan hərəkətlər təqsirkarın nəqliyyatının, müəssisə, idarə, təşkilatın normal fəaliyyətinin, kütləvi tədbirin və ya uzun müddətə ictimai asayişin pozulmasına, yaxud vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyəcanın yaranmasına səbəb olan, habelə qanunvericiliklə tənzimlənən birgəyaşayış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plemumunun «Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında» xx.xx.2004-cü il tarixli 1 saylı Qərarının 2-3-cü bəndlərində göstərilir ki, «Cinayət Məcəlləsinin xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə, təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanınvə ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür. Məhkəmələrin diqqəti xuliqanlıq cinayətinin digər oxşar cinayətlərdən fərqləndirilməsi zəruriyyətinə cəlb edilməlidir. İzah edilməlidir ki, ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən, zərər çəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunur. Şəxsi münasibətlər zəminində başlanılmış belə hərəkətlər sonradan ictimai qaydanı kobud surətdə pozmağa və cəmiyyətə qarşı açıq-aşkar hörmətsizlik ifadə edən hərəkətlərə çevrilərsə, onda şəxsin əməli xuliqanlıq kimi qiymətləndirilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında göstərilir: “Cinayət qanunvericiliyində xuliqanlıq cinayəti ictimai təhlükəsizlik əleyhinə olan cinayətlər kateqoriyasına aid edilmiş, onun əsas obyekti kimi ictimai qayda, əlavə obyekti qismində isə insanların sağlamlığının, şərəf və ləyaqətinin, habelə mülkiyyətin mühafizəsi ilə bağlı olan ictimai münasibətlər çıxış edir. İctimai təhlükəsizlik əleyhinə olan cinayətlər ictimai qaydanın, şəxsiyyətin təhlükəsizliyinin və sağlamlığının, şərəf və ləyaqətinin, şəxsi və dövlət əmlakının qorunmasını, eləcə də insanların əmək və istirahətini, müəssisə və təşkilatların normal fəaliyyətini təmin etmək üçün qanunvericilikdə müəyyən edilmiş qaydaları pozan ictimai təhlükəli əməllərdir. Məhkəmə istintaqında əldə edilən və qiymətləndirilən mötəbər sübutlarla müəyyən olunur ki, hazırkı cinayət işi üzrə hadisənin baş verdiyi ünvanda Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən yüngül bədən xəsarətləri yetirilməsi ictimai qaydanı kobud surətdə pozan və cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər kimi qiymətləndirilə bilməz. Belə ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs sağlamlığına yüngül zərər vurmaya aid bədən xəsarətləri yetirməklə xuliqanlıq etməsi göstərilsə də, xuliqanlıq cinayətinin qanunda təsbit edilmiş əlamətləri sadalansa da, hansı ictimai qaydanın kobud surətdə pozulması, cəmiyyətə açıqca hörmətsizliyin təqsirləndirilən şəxsin konkret hansı hərəkətlərində ifadə olunması göstərilməmişdir. Eyni zamanda hadisə iştirakçıları olmuş təqsirləndirilən şəxs və zərərçəkmiş şəxs məhkəmə iclasında verdikləri ifadələrində hadisə zamanı səs-küy olmadığını, söyüşlər söyülmədiyini göstərmişlər. Məktəbin iş fəaliyyətinin pozulması, şagirdlər arasında narahatlıq baş verməmişdir. Beləliklə, ibtidai araşdırma orqanı tərəfindən ehtimal və mülahizələrə əsaslanaraq təqsirləndirilən şəxsə silah qismində əşyadan istifadə etməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, zor tətbiq olunması ilə müşayiət olunan hərəkətlər etməsi ilə bağlı ittiham verilmişdir ki, həmin ittiham əsasında Təqsirləndirilən şəxs xuliqanlıq əməlini törətməsi ilə bağlı məsuliyyətə cəlb edilməsini mümkün hesab etmir. Həmçinin, məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, hadisə tərəflər arasında əvvəldən mövcud olan ailə və şəxsi münasibətlər zəminində yaranmış mübahisə nəticəsində baş vermişdir. Təqsirləndirilən şəxsin hərəkətləri ictimai qaydanı kobud surətdə pozmaq, cəmiyyətə açıqca hörmətsizlik nümayiş etdirmək və ya ictimai asayişə qarşı yönəlmiş qərəzli davranış sərgiləmək məqsədi daşımamış, əksinə, tərəflər arasında uşaqların təhsili ilə bağlı yaranmış şəxsi münaqişə fonunda emosional vəziyyətdə törədilmişdir. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2004-cü il tarixli, 1 nömrəli Qərarında da göstərildiyi kimi, şəxsi münasibətlər zəminində, o cümlədən ailə üzvləri və ya qohumlar arasında baş vermiş mübahisə və ya münaqişə zamanı törədilmiş və ictimai qaydanın kobud surətdə pozulması ilə müşayiət olunmayan hərəkətlər xuliqanlıq kimi qiymətləndirilə bilməz və belə hallarda təqsirkar şəxsin əməli şəxsiyyət əleyhinə olan cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələrlə tövsif edilməlidir. Bundan başqa, iş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə- Tibbi Ekspertiza və X2 rəyinə əsasən zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs yetirilmiş xəsarətlər sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül dərəcəli bədən xəsarətləri kimi qiymətləndirilmişdir. Məhkəmə həmçinin nəzərə alır ki, hadisə tərəflər arasında şəxsi münasibətlər zəminində baş vermiş, zərər çəkmiş şəxs təqsirləndirilən şəxslə barışmış, ona dəymiş maddi zərərin tam ödənildiyini bildirmiş və təqsirləndirilən şəxsdən şikayət və tələbinin olmadığını məhkəməyə təqdim etdiyi ərizələrində açıq şəkildə ifadə etmişdir. Göstərilən halların məcmusu əsasında məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik nümayiş etdirmək məqsədi daşımadığından, həmin əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə yox, həmin Məcəllənin 128-ci maddəsi ilə tövsif edilməlidir. Bundan başqa, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hadisənin məktəb binasında baş verməsi öz-özlüyündə əməlin xuliqanlıq kimi tövsif olunması üçün yetərli əsas sayıla bilməz. Belə ki, xuliqanlıq cinayətinin tərkibinin mövcudluğu üçün əməlin yalnız ictimai yerdə törədilməsi deyil, həm də ictimai qaydanı kobud şəkildə pozmaq və cəmiyyətə açıq hörmətsizlik ifadə etmək niyyəti ilə törədilməsi müəyyən edilməlidir. İş materiallarından isə görünür ki, tərəflər arasında yaranmış mübahisə onların şəxsi və ailə münasibətləri zəminində, uşaqlarının təhsili ilə bağlı məsələlərin müzakirəsi zamanı baş vermiş və əvvəlcədən planlaşdırılmamış şəkildə inkişaf etmişdir. Məhkəmə münaqişənin konkret şəxslər arasında şəxsi münasibətlər zəminində yaranması, təqsirləndirilən şəxsin hərəkətlərinin cəmiyyətə qarşı deyil, məhz zərər çəkmiş şəxsə yönəlməsi, eləcə də əməlin əvvəlcədən ictimai qaydanı kobud şəkildə pozmaq məqsədi ilə törədilməsinin müəyyən edilməməsi nəzərə alınaraq hesab edir ki, hadisənin məktəbin inzibati otağında baş verməsi əməlin mahiyyətini dəyişdirmir və onu ictimai qaydaya qarşı yönəlmiş hərəkət kimi qiymətləndirməyə əsas vermir. Eyni zamanda təqsirləndirilən şəxs tərəfindən istifadə edilmiş bıçağın məişətdə istifadə olunan təsərrüfat təyinatlı mətbəx bıçağı olması, onun əvvəlcədən xüsusi olaraq ictimai təhlükəli vasitə kimi hazırlanaraq hadisə yerinə gətirilməsinin sübuta yetirilməməsi, eləcə də həmin əşyanın şəxsi mübahisə zəminində yaranmış münaqişə zamanı tətbiq edilməsi nəzərə alınaraq məhkəmə belə nəticəyə gəlir ki, bu hal əməlin ictimai qaydanı kobud şəkildə pozmaq niyyəti ilə törədildiyini təsdiq edən hal kimi qiymətləndirilə bilməz. Bununla da, məhkəmə istintaqında araşdırılan sübutlarla müəyyən edilir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs yüngül bədən xəsarətləri yetirmiş, onun tərəfindən ictimai qaydanı kobud surətdə pozan və cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər edilməmişdir. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs hərəkətləri əsassız olaraq şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər törətməsi kimi qiymətləndirilmiş və əməli Azərbaycan Respublikasının CM-in 221.3-cü maddəsi ilə tövsif edilmişdir. Azərbaycan Respublikasının CPM-in 145.1-ci maddəsində göstərilir ki, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Həmin Məcəllənin 145.3-cü maddəsinin tələbinə görə ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikasının CPM-in 318.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Məhkəmə iclasında araşdırılan və qiymətləndirilən mötəbər sübutlara məcmu halda hüquqi qiymət verərək və Azərbaycan Respublikasının CPM-in 318.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs əməlini Azərbaycan Respublikasının CM-in 221.3cü maddəsindən həmin Məcəllənin 128-ci maddəsinə tövsif edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikasının CPM-in 142-ci maddəsində nəzərdə tutulan preyudisiya halları istisna olmaqla, məhkəmələr üçün heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur və onlar işin faktiki hallarını məhz məhkəmə baxışı zamanı araşdırdığı sübutlar əsasında müəyyən etməli, qərarlarının qanuniliyi və əsaslılığını təmin etməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsinə əsasən sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma - min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin: 15.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə nəzərdə tutulmuş əməllər (hərəkət və ya hərəkətsizliklər) xarakterindən və ictimai təhlükəlilik dərəcəsindən asılı olaraq böyük ictimai təhlükə törətməyən, az ağır, ağır və xüsusilə ağır cinayətlərə bölünür. 15.2-ci maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza nəzərdə tutulmuş əməllər, yaxud qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi iki ildən artıq olmayan əməllər böyük ictimai təhlükə törətməyən cinayətlər hesab olunur. Azərbaycan Respublikası Milli Məclisinin “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” xx.xx.2025-ci il tarixli, 315-VİİQR saylı Qərarının 5.1-ci bəndinə əsasən icraatında olan həmin Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə həmin Qərarın 1.1–1.16-cı bəndlərində nəzərdə tutulan şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verir və ya həmin şəxsləri təyin edilmiş cəzadan azad etməklə ittiham hökmü çıxarırlar (həmin Qərarın 6-cı və 7-ci hissələrində qeyd edilən məhdudiyyətlər nəzərə alınmaqla). Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin: 39.1.12-ci maddəsinə əsasən amnistiya aktına əsasən şəxs cinayət məsuliyyətindən azad edilməli olduqda cinayət təqibi başlanıla bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir. 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Məhkəmənin baxış iclası zamanı müdafiəçi və təqsirləndirilən şəxs ərizə ilə məhkəməyə müraciət edərək, sonuncunun Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə özünü tam təqsirli bilməsinin nəzərə alınaraq, “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının tətbiq edilərək onun cinayət məsuliyyətindən azad edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişlər. Məhkəmə təqsirləndirilən şəxsin və barəsində amnistiya aktının tətbiq edilməsinə dair onun, eləcə də müdafiəçisinin ərizəsini nəzərdən keçirib, iş materiallarını araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarı tətbiq edilməklə, o, cinayət məsuliyyətindən azad edilməli və barəsində olan cinayət təqibinə xitam verilməlidir. Belə ki, “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının 1.16-cı bəndinə görə, öhdəsində (himayəsində) yetkinlik yaşına çatmayan övladı olan şəxslər müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasından azad edilirlər (bu Qərarın 6-cı və 7-ci hissələrində qeyd edilən məhdudiyyətlər nəzərə alınmaqla). Sözügedən Qərarın 1.16-cı bəndinə görə öhdəsində (himayəsində) yetkinlik yaşına çatmayan övladı, yaxud orqanizmin funksiyalarının 61–100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş övladı olan şəxslər, o cümlədən bu Qərar qüvvəyə mindiyi günədək atalığı, övladlığa götürməsi, qəyyumluğu və himayəçiliyi qanunvericilikdə nəzərdə tutulmuş qaydada müəyyən olunmuş şəxslər müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasından azad edilirlər. Həmin Qərarın 5.1-ci bəndinə əsasən məhkəmələr icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə bu Qərarın 1.1–1.16-cı bəndlərində nəzərdə tutulan şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verir və ya həmin şəxsləri təyin edilmiş cəzadan azad etməklə ittiham hökmü çıxarırlar (bu Qərarın 6-cı və 7-ci hissələrində qeyd edilən məhdudiyyətlər nəzərə alınmaqla). Qeyd edilən Qərarın 24-cü bəndinə əsasən birinci instansiya məhkəmələrinin icraatında olan, bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə amnistiyanın tətbiqi məsələlərinə baxılarkən cinayət təqibinə xitam verilməsinə müdafiə tərəfinin razılığı olduqda Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.3-cü maddəsinə əsasən cinayət təqibinə xitam verilməsi haqqında qərar qəbul edilir, amnistiya tətbiq edilməklə cinayət təqibinə xitam verilməsinə müdafiə tərəfinin razılığı olmadıqda Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2-ci maddəsinə əsasən şəxsə təyin edilmiş cəzadan onu azad etməklə ittiham hökmü çıxarılır. Göründüyü kimi, Təqsirləndirilən şəxs “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2025-ci il tarixli Qərarının 1.16, 5.1 və 24-cü bəndlərinin təsiri altına düşür. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.12-ci maddəsinə əsasən amnistiya aktına əsasən şəxs cinayət məsuliyyətindən azad edilməli olduqda, cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Sözügedən Məcəllənin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Beləliklə, məhkəmə işin faktiki hallarını və Azərbaycan Respublikasının Qanunvericiliyinin yuxarıda qeyd edilmiş müddəalarının tələblərini nəzərə alaraq hesab edir ki, hazırkı cinayət işi üzrə Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3-cü maddəsindən həmin Məcəllənin 128-ci maddəsinə tövsif edilməli, onun barəsində Azərbaycan Respublikası Milli Məclisinin “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” xx.xx.2025-ci il tarixli, 315- VİİQR saylı Qərarının 1.16, 5.1 və 24-cü bəndləri tətbiq edilməklə onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsinə dair cinayət işi üzrə icraata xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməli, habelə Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri ləğv edilməli, Təqsirləndirilən şəxs göstərdiyi cəmi 15 (on beş) saat hüquqi yardıma görə Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında" xx.xx.2001-ci il tarixli, 31 nömrəli Qərarının 1-ci hissəsinə əsasən Şabran rayonu ərazisi üzrə fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 165 (yüz altmış beş) manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməli, iş üzrə maddi sübutlar: Təqsirləndirilən şəxs istifadə etdiyi, cinayətin aləti olmuş zavod üsulu ilə istehsal edilmiş, bir tərəf kəsici, ucu deşici xassəyə malik olan və soyuq silah hesab edilməyən 01 ədəd bıçaq hazırkı qərar qanuni qüvvəsini aldıqdan sonra məhv edilməli, hadisə vaxtı Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs üzərlərində olan paltarlar isə hazırkı qərar qanuni qüvvəsini aldıqdan sonra sahiblərinə geri qaytarılmalı, habelə Təqsirləndirilən şəxs məhkəmə məsrəfi hesab olunan 165 (yüz altmış beş) manat məbləğində ekspertiza xərci tutulub Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. İş üzrə xüsusi müsadirə olunası əmlak və mülki iddia yoxdur. Məhkəmə göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 39.1.12, 43.3, 321.2.1, 344-347, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3cü maddəsindən həmin Məcəllənin 128-ci maddəsinə tövsif edilsin. “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının 1.16, 5.1 və 24-cü bəndləri tətbiq edilməklə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 39.1.12 və 43.3-cü maddələrinə əsasən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə cinayət təqibinə xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri ləğv edilsin. İş üzrə maddi sübutlar: Təqsirləndirilən şəxs istifadə etdiyi, cinayətin aləti olmuş zavod üsulu ilə istehsal edilmiş, bir tərəf kəsici, ucu deşici xassəyə malik olan və soyuq silah hesab edilməyən 01 ədəd bıçaq məhv edilsin, hadisə vaxtı Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs üzərilərində olan paltarlar isə sahiblərinə geri qaytarılsın. Təqsirləndirilən şəxs məhkəmə məsrəfi hesab olunan 165 (yüz altmış beş) manat məbləğində ekspertiza xərci tutulub Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatı kodu 142319, büdcə səviyyəsinin kodu 3, SAP(XİİS) hesabı: X1, kodu 210005, VÖEN **********, Müxbir hesab: AZ 41 NABZ **********000003944, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, Hesab AZ 34 CTRE ********************) hesabına ödənilsin. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 15 (on beş) saat hüquqi yardıma görə Şabran rayonu ərazisi üzrə fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 165 (yüz altmış beş) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Qərar tərəflərə rəsmi qaydada verildikdən sonra ondan 20 (iyirmi) gün müddətində Şabran Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Ayaz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar