Məhkəmə qərarları › İş №1(5-157)-1/2026

Şamaxı Rayon Məhkəməsi Hökm — İş №1(5-157)-1/2026

10.02.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şamaxı rayonu İş № 1(5-157)-1/2026 10.02.2026 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Hakim Abasov Qürur Bəybala oğlunun sədrliyi, Babayeva Günel Pərvin qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - fərdi qaydada fəaliyyət göstərən vəkil X3, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxxxx 2000-ci ildə Şamaxı rayonu, Qonaqkənd kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və Şamaxı rayonu, Qonaqkənd kəndində yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs şəxsiyyəti məlum olmayan şəxs və ya qeyriləri tərəfindən məlum olmayan vaxtda və şəraitdə blankı mətbəə çap üsulu ilə deyil, printerdə çap edilməklə qanunsuz hazırlanmış, eyni növ sənədin nümunəsi ilə eynilik təşkil etməyən hüquq verən rəsmi sənəd hesab edilən tam saxta Rusiya Federasiyasının “A, Al, B, Bİ, C, Cl” kateqoriyalı 99 21 057897 nömrəli sürüculük vəsiqəsini istifadə etmək məqsədilə əldə etmiş və həmin saxta sürücülük vəsiqəsini təqdim etməklə əldə etdiyi Azərbaycan Respublikasının “BB710684” nömrəli sürücülük vəsiqəsi qeyd edilən həmin saxta sürücülük vəsiqəsi ilə birlikdə 10 iyul 2024-cü il tarixdə Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə X4 rayonu Şəhriyar qəsəbəsi ünvanında fəaliyyət göstərən Şamaxı regional “ASAN xidmət” mərkəzindəki Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin Qeydiyyat İmtahan şöbəsinə saxta olduğunu bilə-bilə təqdim edib istifadə etmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin etirafedici ifadəsi, istintaq hərəkətlərinin protokolları, habelə işin tədqiq olunmuş digər halları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilərək, ifadə verib göstərdi ki, 2022-ci ilin Şamaxı rayonunda taksi ilə yol gedərkən yolda təsadüfi şəkildə İnşallah adlı şəxslə tanış olmuşdur. “İnşallah” Təqsirləndirilən şəxs Rusiya Federasiyasına məxsus sürücülük vəsiqəsi təşkil edə biləcəyini bildirmiş və bunun müqabilində sonuncudan 700 manat məbləğində pul istəmişdir. Təqsirləndirilən şəxs “İnşallaha” sürücülük vəsiqəsi əldə etmək üçün lazım olan sənədləri təqdim etmədən və hər hansı rəsmi dövlət orqanına müraciət etmədən sürücülük vəsiqəsinin hazırlanacağından ehtiyat etmiş və sürücülük vəsiqəsini saxta olaraq hazırlayacağını anlamış və buna baxmayaraq, Rusiya Fedarasiyasına məxsus “99 21 057897” nömrəli sürücülük vəsiqəsini əldə etmişdir. Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Bakı şəhəri 7 saylı “Asan Xidmət” mərkəzinə daxil olmuş və Rusiya Federasiyasına məxsus “99 21 057897” nöməli sürücülük vəsiqəsini təqdim edərək, Azərbaycan Respublikasına məxsus etibarlılıq müddəti bir il olan “BB 710684” nömrəli sürücülük vəsiqəsi əldə etmişdir. Bundan sonra, Azərbaycan Respublikasına məxsus həqiqi sürücülük vəsiqəsi əldə etmək məqsədilə Rusiya Federasiyasına məxsus “99 21 057897” nömrəli sürücülük vəsiqəsini xx.xx.2024-cü il tarixdə Şamaxı rayonunda yerləşən “Asan Xidmət” mərkəzinə təqdim edərək, istifadə etmişdir. Bundan əlavə qeyd etmişdir ki, hər hansı məqsədlə Rusiya Federasiyasında olmamışdır. Həmin saxta xarici sürücülük vəsiqəsində göstərilən kateqoriyalar üzrə nəzəri və praktiki sürücülük təlimi keçməmişdir, həmçinin nəzərriyyə və idarəçilik bacarıqları yoxlanılmamışdır. İnşallah ona hər hansı bir sənədə imza çəkdirməmişdir, habelə İnşallah özü də dövlət orqanının işçisi olmamışdır. Törətdiyi əməldən hazırda səmimi peşmançılıq çəkdiyini bildirərək, ona yüngül cəza təyin edilməsini xahiş etdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işinin başlanılması və icraata qəbul edilməsi haqqında” 29 sentyabr 2025-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 320.1 və 320.2-ci maddələri ilə ********* nömrəli cinayət işi başlanılmış və icraata qəbul edilərək ibtidai istintaq aparılımışdır. Azərbaycan Respublikası DİN-nin BDYPİ-nin DİN-nin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubunda qeyd olunur ki, “ASAN Xidmət” Mərkəzinin sürücülük vəsiqələrinin dəyişdirilməsi xidmətinə müraciət etmiş Təqsirləndirilən şəxs təqdim etdiyi Rusiya Federasiyasına aid sürücülük vəsiqəsinin həqiqiliyi şübhə doğurduğundan, toplanmış sənədlər araşdırılması üçün həmin idarəyə göndərilmişdir. Yoxlamanın nəticəsi haqqında arayışdan görünür ki, 99 21 057897 nömrəli sürücülük vəsiqəsi haqqında məlumatlar aşkar olunmamışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 5/272 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş Rusiya Federasiyasının Təqsirləndirilən şəxs adına verilmiş 99 21 057897 nömrəli sürücülük vəsiqəsinə oxşar sənədin blankı mətbəə çap üsulu ilə deyil, printer vasitəsilə çap edilmiş, Rusiya Federasiyasının Təqsirləndirilən şəxs adına verilmiş 99 21 057897 nömrəli sürücülük vəsiqəsinə oxşar sənədin blankı Mərkəzdə olan “SDU ultra” məlum sistemdəki eyni növ sənədin nümunəsi ilə eynilik təşkil etmir. “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” 12 dekabr 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 320.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. “Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında” 12 dekabr 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə 30 sentyabr 2025-ci il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmasına dair məlumat yoxdur. İş materiallarından görünür ki, Rusiya Federasiyasına aid 99 21 057897 nömrəli saxta sürücülük vəsiqəsi və Azərbaycan Respublikasına aid BB 710684 nömrəli sürücülük vəsiqəsi iş üzrə maddi sübut kimi tanınaraq, iş materiallarında saxlanılmışdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 320.2-ci maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutların məcmusu və digər iş materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Cinayət Məcəlləsinin qeyd olunan maddəsi ilə tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə uyğunluğu haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 yanvar 1999-cu il tarixli qərarında göstərilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini və yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.2-ci maddəsinə əsasən bu Məcəllənin 320.1-ci maddəsində göstərilmiş bilə-bilə saxta sənədlərdən istifadə etmə min manatdan iki min manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz saatadək müddətə ictimai işlərlə və ya bir ilədək müddətə islah işləri və ya eyni müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsi, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alınmalı və bu baxımdan Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş alternativ cəza növlərindən cərimə cəzasının təyin edilməsi məqsədəuyğundur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 320.2-ci maddəsi ilə təqsirli bilinib, məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsi, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan cərimə növündə cəza təyin olunmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Cinayət işi üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri - 70 (yetmiş) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Məhkəmə Ekspertiza Mərkəzi, X2 kod 210005, VÖEN **********, m/h AZ 41NABZ********************, SWİFT BİK CTREAZ22, VÖEN **********, AZ34CTRE********************) köçürülməli, iş üzrə maddi sübut kimi tanınan və cinayət işinin materiallarında saxlanılan Rusiya Federasiyasına aid “A, A1, B, B1, C, C1 kateqoriyalı 99 21 057897” nömrəli saxta sürücülük vəsiqəsi və Azərbaycan Respublikasına aid BB 710684 nömrəli sürücülük vəsiqəsi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Məhkəmənin gəldiyi nəticə yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia və müsadirə edilməli əmlak yoxdur. Fərdi qaydada fəaliyyət göstərən vəkil X1 təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs dövlət hesabına məhkəmə istintaqı zamanı 10 saat hüquqi yardım göstərməsinə görə 110 (bir yüz on) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi vəkil Müdafiəçi hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347-349, 351- 353 və 384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 320.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət törətməkdə təqsirli bilinərək, 1500 (min beş yüz) manat cərimə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri, hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmün icrası Şamaxı rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Cinayət işi üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri - 70 (yetmiş) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Məhkəmə Ekspertiza Mərkəzi, X2 kod 210005, VÖEN **********, m/h AZ 41NABZ********************, SWİFT BİK CTREAZ22, VÖEN **********, AZ34CTRE********************) köçürülsün. İş üzrə maddi sübut kimi tanınan və cinayət işinin materiallarında saxlanılan Rusiya Federasiyasına aid “A, A1, B, B1, C, C1 kateqoriyalı 99 21 057897” nömrəli saxta sürücülük vəsiqəsi və Azərbaycan Respublikasına aid BB 710684 nömrəli sürücülük vəsiqəsi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Fərdi qaydada fəaliyyət göstərən vəkil X1 təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs dövlət hesabına məhkəmə istintaqı zamanı 10 saat hüquqi yardım göstərməsinə görə 110 (bir yüz on) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi vəkil Müdafiəçi hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hakim: Qürur Abasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar