Azərbaycan Respublikası adından QƏRAR Şamaxı rayonu İş № 1(5-157)-3/2026 10.03.2026 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Hakim Abasov Qürur Bəybala oğlunun sədrliyi, Babayeva Günel Pərvin qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi, Cinayət əməlini törətmiş şəxs - Təqsirləndirilən şəxs Əliqəmbər oğlunun iştirakları ilə, xx xxxxxx 1992-ciildə Şamaxı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan və Şamaxı şəhəri, Q.Namazəliyev küçəsi, ev 24 ünvanında yaşayan Təqsirləndirilən şəxs Əliqəmbər oğlunun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: 18 yanvar 2026-cı il tarixdə, saat 18 radələrində, Zərərçəkmiş şəxs Şamaxı şəhəri, Q.Namazəliyev kücəsi ev 24-də yerləşən yaşadıqları evin otağında əri Təqsirləndirilən şəxs Əliqəmbər oğlu ilə aralarında yaranmış mübahisə zamanı Təqsirləndirilən şəxs arvadı Zərərçəkmiş şəxs üz nahiyyəsinə bir dəfə əlinin içi ilə vuraraq, Zərərçəkmiş şəxs sol almacıq nahiyyəsinin hematoması ilə müşahidə olunan dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş, qəsdən sağlamlığa yüngül zərər vurmaya, aid bədən xəsarəti yetirmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı cinayət əməlini törətmiş şəxsin etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin ifadəsi, ekspertiza rəyi, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı cinayət əməlini törətmiş şəxs Təqsirləndirilən şəxs Əliqəmbər oğlu ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilərək, ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs yoldaşı olmaqla, həmin şəxslə münasibətləri əvvəllər yaxşı olmuş, aralarında ədavət dava-dalaş olmamış, onunla 2024-cü il dekabr ayında rəsmi nikaha daxil olmuş, həmin evlilikdən bir övladı vardır. Evlilik müddətində Şamaxı şəhəri, Q.Namazəliyev küçəsində yerləşən evində yaşayır və həmin vaxtlarda aralarında hər hansı bir söz-söhbət olmamış, xx.xx.2026-cı il tarixdə 18 radələrində işdən evə gəlmiş və otağa daxil olmuş, bu zaman arvadı Gülsanənin oturduğunu görmüş, yorğun olduğu üçün Gülsanəyə ona su gətirməsini demiş, Gülsanə isə 2 aylıq qızı saxladığını və suyu özü gətirməyini demiş, o isə, cox yorğun olduğunu və uşağı ona verməsini gedib, su gətirməsini demiş, Gülsanə isə uşağı yatdığı yerə qoyub, onunla mübahisə etməyə başlamış, həmin vaxtı o əsəbləşib, bir dəfə sağ əlinin içi ilə Zərərçəkmiş şəxs sol sifət nahiyyəsinə vurmuş, bu zaman Gülsanə ağlayıb, digər otağa keçmiş və təxminən yarım saat sonra rayonun Məlikçobanlı kəndində yaşayan Bəhçət Camalov yaşadığı evə gəlmiş və arvadı Gülsanə iki aylıq qızı Melisanı götürüb, əmisi Bəhçətlə birlikdə rayonun Məlikçobanlı kəndinə getmişlər, daha sonra isə arvadı Gülsanənin onun barəsində polisə məlumat verdiyini bilmişdir. Həmin hadisə zamanı o Zərərçəkmiş şəxs qarşı yuxarıda qeyd etdiklərindən başqa heç bir qanunsuz hərəkət etməmiş, həmin hadisə onun yaşadığı, Şamaxı şəhəri, Q.Namazəliyev küçəsi ev 24-də evin otağında baş vermiş, baş vermiş hadisə zamanı hadisə yerində o və Gülsanə olmuş, əlavə heç kim olmamışdır. Baş verən hadisə təxminən ümumilikdə bir iki dəqiqə ərzində davam etmişdir. Hadisə baş verən zaman Zərərçəkmiş şəxs ona qarşı heç bir qanunsuz hərəkət etməmişdir. Hadisə zamanı Zərərçəkmiş şəxs onun sözlərinə baxmadığı və onunla mübahisə etdiyi üçün vurmuş və hadisə bu səbəbdən baş vermişdir. İfadəsinə əlavə edəcək başqa məsələ yoxdur. Əməlindən peşmandır. Hal-hazırda Zərərçəkmiş şəxs ilə barışmışdır. Buna görə də, iş üzrə icraata xitam verilməsini xahiş edir. Əvvəlki məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs Əliqəmbər oğlu əri olmaqla, həmin şəxslə münasibətləri əvvəllər yaxşı olmuş, aralarında ədavət dava-dalaş olmamışdır. Təqsirləndirilən şəxs Əliqəmbər oğlu ilə 2024-ci il dekabr ayında rəsmi nigaha daxil olmuş, həmin evlilikdən bir övladı vardır. Evlilik müddətində Şamaxı şəhəri, Q.Namazəliyev küçəsində yerləşən evində yaşamış və həmin vaxtlarda aralarında hər hansı bir söz-söhbət olmamışdır. xx.xx.2026-cı il tarixdə, 18 radələrində əri Vüsal işdə evə gəlmiş və o isə, otaqda oturmuş, Vüsal ona yaxınlaşıb, su istəmiş, o isə, az yaşlı qızını saxladığını, suyu özünün gətirməsini demiş, Vüsal isə yorğun olduğunu, işdə yorulduğunu, niyə onun sözünə baxmadığını demiş, sonuncu özünün də, yorğun olduğunu demiş, sonra isə Vüsalla arasında mübahisə olmuş və Vüsal bir dəfə əlinin içi ilə onun sol üz nahiyyəsinə vurmuş, o isə ağlayaraq kəndə yəni Məlikçobanlı kəndinə getmək istədiyini demiş, Vüsal isə evin digər otağına keçmiş, o da Məlikçobanlı kəndində yaşayan əmisi Bəhcətə zəng vurmuş və Vüsalın onu vurduğunu, onu gəlib kəndə aparmasını demiş, təxminən yarım saat sonra əmisi Bəhcət onun yaşadığı evə gəlmiş, o qızı Melisa ilə birlikdə Məlikcobanlı kəndinə getmiş, yolda olan zaman əmisi Bəhcət nə baş verdiyini dedikdə o, Vüsalla arasında mübahisə olduğunu və ona görə onu vurduğunu demiş, onlar birlikədə Məlikçobanlı kəndinə getmiş, 19 yanvar 2026- cı il tarixdə səhhətində problem olduğundan müayinə olunmaq üçün Şamaxı RMX-na getmiş, sonra isə xx.xx.2026-cı il tarixdə Vüsalın onu xx.xx.2026-cı il tarixdə döyməsi barədə polisə məlumat vermişdir. Həmin hadisə zamanı o, Təqsirləndirilən şəxs qarşı heç bir qanunsuz hərəkət etməmiş, baş vermiş hadisə təxminən bir iki dəqiqə ərzində davam etmişdir. Baş vermiş hadisə zamanı X1 ona qarşı yuxarıda göstərdiklərindən əlavə heçnə etməmişdir. Həmin hadisə onun yaşadığı, Şamaxı şəhəri, Q.Namazəliyev küçəsində yerləşən evin otağında baş vermiş, baş vermiş hadisə zamanı hadisə yerində ondan, Vüsaldan başqa heç kim olmamışdır. Hadisədən sonra o, zəng vurub əmisi Bəhcətə məlumat vermişdir. Hazırda ona vurulmuş ziyan tam ödənilmiş, təqsirləndirilən şəxslə barışmışdır. İfadəsinə əlavə edəcək başqa məsələ yoxur. Ona qarşı hər hansı şikayəti və tələbi olmadığını göstərib, bu barədə məhkəməyə ərizə təqdim etdiyini bildirdi. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq iş üzrə Şahid məhkəməyə gəlmədiyindən onun ibtidai istintaqda verdiyi ifadəsi elan olunmuş, o, ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs qardaşı qızı Zərərçəkmiş şəxs əri olmaqla, həmin şəxslə münasibətləri yaxşı olmuş, aralarında ədavət, dava-dalaş olmamışdır. Zərərçəkmiş şəxs qardaşı qızı olmaqla, onunlada münasibəti yaxşı olmuşdur. 18 yanvar 2026-cı il tarixdə, saat 19:00 radələrində Şamaxı rayonu, Məlikçobanlı kəndində yerləşən evində olan zaman qardaşı qızı Zərərçəkmiş şəxs ona zəng vurub, əri Təqsirləndirilən şəxs onu döydüyünü və onu gəlib Məlikçobanlı kəndinə aparmağını demiş, o isə, hec kimə bir söz demədən idarə etdiyi avtomobillə qardaşı qızı Zərərçəkmiş şəxs yaşadığı evə getmiş və Zərərçəkmiş şəxs ilə görüşmüş onu və az yaşlı uşağını rayonun Məlikçobanlı kəndində yerləşən evinə aparmış və yolda olan zaman nə baş verdiyini soruşmuş, həmin vaxtı Zərərçəkmiş şəxs üzünü göstərib, əri Təqsirləndirilən şəxs onu şillə ilə vurduğunu bildirmiş, daha sonra isə onlar Məlikçobanlı kəndinə getmiş, xx.xx.2026-cı il tarixdə Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs şikayət etdiyini bilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X4 Şamaxı rayon şöbəsinin 21 yanvar 2026-cı il tarixli, 16 saylı məhkəmə-tibbi ekspertizasının rəyindən görünür ki, Zərərçəkmiş şəxs almış olduğu xəsarət - sol almacıq nahiyyəsinin hematoması küt əşya təsirindən törənməklə, xx.xx.2026-cı il tarixdə kənar şəxs tərəfindən yetirilməsi mümkün olması, Zərərçəkmiş şəxs almış olduğu xəsarət ümümilikdə dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan, sağlamlığa yüngül zərər vurmaya aid olduğu göstərilmişdir. Şamaxı RİH Məlikçobanlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən 26 yanvar 2026-ci il tarixdə Təqsirləndirilən şəxs Əliqəmbər oğlunun adına verilmiş xasiyyətnamədən görünür ki, onun barəsində nümayəndəliyə yazılı və şifahi məlumat daxil olmamışdır. Orta təhsillidir, fərdi əməklə məşğul olur. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə 02 fevral 2026-cı il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs Əliqəmbər oğlunun əvvəllər məhkum olunmasına dair məlumat yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi “Şamaxı Rayon Mərkəzi Xəstəxanası” X4 26 yanvar 2026-cı il tarixli, 18-1-72/2- 158/2026 saylı məktubundan görünür ki, ünvan 1-də qeydiyyatda olmaqla, Şamaxı şəhəri, Q.Namazəliyev küçəsi, ev 24-də yaşayan xx.xx.1992-ci il təvəllüdlü Mahmudov X2 RMXnın Ruhi Əsəb qeydiyyatında yoxdur. Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim olunan ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs Əliqəmbər oğlu ilə barışmış, ona dəymiş ziyan tam ödənilmişdir. Odur ki, Təqsirləndirilən şəxs Əliqəmbər oğluna qarşı heç bir şikayəti və tələbi yoxdur və onun barəsində olan işə xitam verilməsini xahiş edir. Cinayət əməlini törətmiş şəxs Təqsirləndirilən şəxs Əliqəmbər oğlunun məhkəmə baxışında təqdim etdiyi ərizəsindən görünür ki, o, Zərərçəkmiş şəxs ilə barışmışdır. Ona görə də, onun barəsində olan iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Məhkəmə, iş üzrə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Əliqəmbər oğlu tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsi özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin və şahidlərin ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən iş üzrə keçirilmiş ekspertiza rəyi və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). İbtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs Əliqəmbər oğlunun əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Bununla yanaşı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən, bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 141.2-1, 142.1, 142.2, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.1 və 73.2-ci maddələrinin şərh edilməsinə” dair AR Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2022-ci il tarixli Qərarında hüquqi mövqe olaraq qeyd edilmişdir ki, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsi imperativ norma olmaqla, həmin maddədə sadalanan cinayət əməlini (əməllərini) törətmiş şəxsin zərərçəkmiş şəxslə barışması, həmçinin ona dəymiş ziyanı tamamilə ödəməsi onun cinayət məsuliyyətindən azad edilməsi üçün şərtsiz əsasdır”. Məhkəmə, Təqsirləndirilən şəxs Əliqəmbər oğlu barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinin tətbiq olunmasını istisna edən hal müəyyən etməmişdir. Belə ki, iş materiallarından görünür ki, zərərçəkmiş şəxs təqsirləndirilən şəxslə barışmış, ona vurulmuş zərər təqsirləndirilən şəxs tərəfindən ödənilmişdir. Buna görə də, zərərçəkmiş şəxsin təqsirləndirilən şəxsdən hər hansı şikayəti və tələbi yoxdur. Azərbaycan Respublikasının CM-nin 72-ci maddəsinin qeydinə əsasən, şəxs bu Məcəllənin 72–74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs Əliqəmbər oğlu ilk dəfə cinayət məsuliyyətinə cəlb olunur, əvvəllər cinayət məsuliyyətindən azad olunmamışdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 40.3-cü maddəsinə əsasən, şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən, cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən, bu Məcəllənin Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda, məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılır. Beləliklə, məhkəmə hesab edir ki, cinayət əməlini törətmiş şəxs Təqsirləndirilən şəxs Əliqəmbər oğlunun Zərərçəkmiş şəxs dəymiş ziyanı ödəyərək, onunla barışması nəzərə alınmalı və təqsirləndirilən şəxsin barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq olunmaqla, o, cinayət məsuliyyətindən azad edilməli və onun Azərbaycan Respublikasının CM-in 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına xitam verilməlidir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Təqsirləndirilən şəxs Əliqəmbər oğluna məhkəmə istintaqı zamanı göstərdiyi 7 saat hüquqi yardıma görə 77 manat pulun Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 321.2.1, 346, 347 və 384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmiş Təqsirləndirilən şəxs Əliqəmbər oğlu barəsində həmin Məcəllənin 73.2-ci maddəsi tətbiq edilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs Əliqəmbər oğlunun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə cinayət əməlini törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilsin. Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Təqsirləndirilən şəxs Əliqəmbər oğluna məhkəmə istintaqı zamanı göstərdiyi 7 saat hüquqi yardıma görə 77 manat pulun Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Qərardan elan olunduğu vaxtdan 20 gün müddətində Şamaxı rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Qərar apelyasiya şikayəti və ya protesti verilmədiyi halda elan edildiyi andan 20 gündən sonra qüvvəyə minir. Hakim Qürur Abasov
Məhkəmə qərarları › İş №1(5-157)-3/2026
Şamaxı Rayon Məhkəməsi Qərar — İş №1(5-157)-3/2026
10.03.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver