Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(5-158)-3/2026 25.02.2026 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Mövlayev Azər Aydın oğlunun sədrliyi, Ramazanova Firuzə Musa qızının katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi-Şəki Regional vəkil bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs iştirakları ilə 25 fevral 2026-ci il tarixdə, Şəki şəhərində, Şəki Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında xx.xx.1989-cu il tarixində Şaki rayonu, Kiçik Dəhnə kəndində anadan olmuş, azərbaycan, Azərbaycan Respublikası vətəndaşı, tam orta tahsilli, evli, Şəki rayonu, Kiçik Dəhnə kəndində yerləşən "Oba" marketdə satıcı İşləyən, Şəki rayonu, Kiçik Dəhnə kəndində qeydiyyatda olmaqla həmin ünvanda faktiki yaşayan, barasində başqa yerə getməmək haqqında iltizam qəti imkan tedbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 296.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Şəki rayonu, Şəki şəhərində, Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, Şərh olunanlara və Azərbaycan Respublikası CPM-in 197-198, 341-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs barəsində ağır cinayət törətməsi ilə bağlı bilə-bilə yalan xəbərçilik etmişdir. Belə ki, təqsirləndirilən şəxs X2 yaşadığı Şəki rayonu, Kiçik Dəhnə kəndində yerləşən evdə qəsdən, naməlum şəxslərin qabaqcadan əlbir olan bir qrup şəxs halında ağır cinayat törətməkdə ittiham olunması barədə bilə-bilə yalan xəbərçilik etmek məqsədi ilə əri Şahid1 özünə avtomobil alması üçün yığdığı puldan 1300 manat hissəsini özü ondan xəbərsiz xərclədiyindən bunu ərindən gizlətmək üçün xx.xx.2025-ci il tarixda, saat 3 radələrində Şaki şəhərində yerləşən, cinayat İşi başlamaq hüququ olan orqana, Şəki ŞRPŞ-nə yalan məzmunlu olduğunu bilə-bilə ərizə ilə müraciət edərək, həmin tarixdə, saat 3 radələrində tanımadığı üç nəfər naməlum şəxsin onun yaşadığı Şəki rayonu, Kiçik Dəhnə kəndində yaşayan ferdi yaşayış evinin həyətinə qanunsuz girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında onun əmlakım ələ keçirmə məqsədi ilə boğaz nahiyəsinaə silah qismində istifada edilan bıçaq dirəməklə həyət və sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq ediləcəyi hadisə İlə müşayiət olunan basqın edərək 1300 (bir min üç yüz) manat pulunu va boynunda olan 10 manat dəyərində bijuteriya boyunbağısını zorla əlindən almaqla qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən həyət və sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq ediləcəyi hadisə ilə müşayiət olunan basqın edilərək ona qarşı quldurluq cinayətinin törədildiyini göstərməklə ağır cinayətin törədİlməsi barədə birbirinə yalan xəbərçilik etməklə naməlum şəxslərin qabaqcadan əlbir olan bir qrup şəxs halında yaşadığı fərdi yaşayış evinin həyətinin qanunsuz girərək ona silah qismində istifada edilən bıçaq tətbiq etməklə həyətı və ya sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq ediləcəyi hədəsi ilə quldurluq cinayəti törətməkdə ittiham olumması barədə, yəni naməlum şəxslərin başa çatmış ağır cinayət törətməkdə İttiham olurumması barədə biləbilə yalan xəbərçilik etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Şəki rayonu, Kiçik Dəhnə kəndində ailə üzvləri ilə birlikdə yaşayır. O, 2007-ci ildə X5 ila ailə həyatı qurmuş, həmin nikahdan 2 oğlan 1-i qız olmaqla 3 övladı dünyaya gəlmişdir. X7 18 yaşı olmaqla Mingəçevir şəhərində Tibb kursunda, böyük oğlu Şahid4 15 yaşı olmaqla Şaki rayonu, Kiçik Dəhnə kəndində yerləşən 1 nömrəli tam orta məktəbdə 10-cu sinifdə oxuyurmuş. Balaca oğlu Əfsələddin Nəbizadə 5 yaşı olmaqla Şaki rayonu, Kiçik Dəhnə kəndində məktəbəqədər hazırlığa gedilmiş. Həyat yoldaşı Şahid1 təxminən 17-18 ildir ki, Bakı şəhərində olan özəl şirkətlərin birində mühafizəçi vəzifəsində çalışırmış. S.Nabiyev ayda 1 dəfə olmaqla Bakıdan Şəki rayonu, Kiçik Dəhnə kəndində yerləşən evinə gəlibgedirmiş, Həyat yoldaşı Sahib avtomobil almaq üçün təxminən 1 ilə yaxındır ki, pul yığmağa başlamış, evdə ümumilikdə təxminən 7 000 manata yaxın pul yığılmışdır. O, təxminən 5-6 ay əvvəl Şəki rayonu, Kiçik Dəhnə kəndində yerləşən evdə olan zaman qəflətən halı pisləşdiyindən, adını hatırlamadığı həkimə müraciət etmiş. Daha sonra onda olan əlamətləri söylədikdən sonra həkim ona mədə-bağırsaq və qadın xəstəliklərinin ola biləcəyini və bununla bağlı müalicə kursu götürməli olduğunu söyləmişdir. O, həmin həkimdən ona xəstəliklərinin müaİicəsi üçün resept yazmağı xahiş etmiş, resept hazırlandıqdan sonra orada qeyd olunan dərmanların qiyməti təxminən 220 manat dəyərində olmuşdur. O, xəstə olduğundan narahat olmasınlar deyə həyat yoldaşı Sahibə və ailə üzvİərinə demək istəmədiyi üçün borc olaraq müalicəsini gizli şakildə etdirmək istəmiş, buna görə də, 2025-ci ilin may ayında xalası oğlu Elşən Süleymanovla əlaqə saxlayaraq 1000 manat borc pul lazım olduğunu söyləmiş, Elşən həmin vaxt pulu hansı karta göndərəcəyini soruşmuş, onda olan maaş kartına ölkə xaricindən pul göndərmək mümkün olmadığı üçün işlədiyi "OBA” marketin müdiri Şahid3 Rusiyadan pul göndərəcəklərini və onun kartının olmadığını bildirmişdir. Cəsurun kartından istifadə etmək üçün icazə aldıqdan sonra kartın şeklini "Whatsapp" mobil tətbiqi vasitəsilə Elşənə göndərmiş, Elşən gün ərzində həmin karta təxminən 1000 manat pul göndərmişdir. Həmin pulu yuxarıda qeyd etdİyi kimi müalicə olunmaq və gündəlik ehtİyaclar üçün almış, borca pul alan zaman xalası oğlu Elşən ona borcu qaytarmağı üçün konkret vaxt deməmişdir, Xalası oğlu Elşən verdiyi borcu 2025-ci ilin avqust ayında geri İstəmiş, onun həmin vaxt borcu qaytarmaq üçün pulu olmadığından və həyat yoldaşı Sahibə deməyə utandığından banklardan birindən adına kredit almaq və beləliklə xalası oğlunun borcunu ödəmək qərarına gəlmişdir. Bundan sonra o, xx.xx.2025-ci İl tarixda "Access Bank" a müraciət edərək öz adına 1470 (min dörd yüz yetmiş) manat kredit götürmüş va 1000 manatını xalası oğlu Elşənə olan borcunu vermiş, qalan 470 manatla isə bankdan götürdüyü kreditin aylıq ödənişlərini ödəmişdir. Evlərində maşın almaqı üçün saxladıqları 7000 manat pulun üstündən də müxtəlif vaxtlarda müxtəlif məqsədlər üçün az-az olmaqla ümumİlİkdə cəmi 1300 manatı xərcləmişdir. O, kredit borcu olduğundan, aldığı əmək haqqını da kreditin ödənişi üçün keçirdiyindan 7 000 manatın üzərindan götürdüyü pulu geri qaytara bilmirmiş. Sahiblə telefon da danışanda sonuncu ona 2-3 günə gələcəyini bildirirmiş. O da Sahib gələndə pulun yerində olmadığını biləcəyindən qorxduğu üçün yalandan 3 nəfər maskalı şəxsin həyətlərinə daxil olaraq, bıçağı boğazına dirədiyini, onu və uşaqlarınını öldürməklə hədələyib pul tələb etdiklərini və qorxduğu üçün hamin şəxslərə 1300 manat pul verdiyini söyləmək qərarına gəlmiş, 27 oktyabr 2025-ci il tarixdə o, qəti qərar qabul etdikdən sonra boğazında olan uzun müddat əvvəl almış olduğu 10 manat dəyərində olan boyunbağını əli ilə dartaraq qopartmış, bu zaman boğazında da iz yaranmış və beləcə daha inandırıcı vəziyyət yaranmışdır. Boyunbağını qopardıqdan sonra evin həyətində olan ayaqyoluna atmış, bundan sonra gece saat 3 radələrində Sahibə zəng vurub yalandan həyətdə İt hürdüyünə görə səsə həyətə çıxdığını, bu zaman 3 nəfər maskalı şəxslərin danaları tövlədən çölə çıxardıqda gördüyünü, həmin şəxslərdən birinin bıçağı boğazına dirəyib onu və uşaqları öldürməklə hədələyərək pul taləb etdiklərini, o da qorxduğu üçün evdə saxladıqları 7000 manat puldan əl çantasında saxladığı 1300 manatı aparıb həmin şəxslərə verdiyini söyləmiş, bundan sonra Sahib ona qonşuda yaşayan qardaşı Xəyala zəng vurduğunu bildirmiş, o da oğlunun telefonu ilə qardaşı Xəyala zəng edərək evlərinə çağırmış, qonşular olduğu üçün qardaşı Xəyal bir neçə dəqiqə sonra evə gəlmiş və o "Xəyala da yalandan 3 nəfər maskalı şəxslərin yaşadıqları evin həyətyanı sahəsinə daxil olduqlarını, ondan pul tələb etdiklərini, qorxduğu üçün həmin şəxslərə 1750 manat pul verdiyini demişdir. Hamin vaxtı 450 manat krediti keçirmədiyi və kreditin pulunu xərclədiyi üçün Xəyala 1750 manat pul oğurlandığını söyləmişdir. Qardaşı Xəyal DİN in "102" xidmətinə zəng vurmuş və baş vermiş hadisə barədə məlumat vermiş, bir qədər sonra yaşadıqları ünvana polis əməkdaşları gelmiş, o, polis əməkdaşlarına 3 nəfər naməlum, maskalı şəxslərin əllərindəki bıçaqla ona hədə qorxu gələrək, pul tələb etdiklərini, o da qorxduğu üçün evlərində ərinin maşın almaq üçün saxladığlı 7000 manat pulun 1300 manatını həmin şəxslərə verdiyini həmçinin boğazındakı boyunbağını qopararaq apardıqlarını demiş və eyni məzmunlu ərizə İlə polis şöbəsinə müraciət etmişdir. Bundan sonra onun İştirakı və razılığı İlə polis əməkdaşları yaşadığı ünvana baxış keçirmiş, İzahatı alınan zaman da o, yalandan 3 nəfər maskalı şəxşlərin ona hədə-qorxu gəldiyini və evlərində olan 7000 manat pulun 1300 manatının həmin şəxslər tərəfindən ələ keçirildiyini söyləmişdir. O, düşünürmüş ki, polis əməkdaşları bu işlə məşğul olar, beləcə də həm banka kredit borcunun olmasının, həmdə maşın almaq üçün ərinin evə qoyduğu pulun üstündən özü üçün xərclədiyi heç kəsə bəlli olmaz. Sonradan polis əməkdaşları hadisə ilə bağlı onunla şöhbət edən zaman o, polis əməkdaşlarına ona heç kimin hədə-qorxu gəlib pul tələb etmədiyini, ərinin saxlamaq üçün ona verdiyi pulun 1300 manatını özü xərclədiyini, həmin pulu qaytanıb yerinə qoya bilmədiyinə görə yalandan naməlum maskalı şəxslərin ona bıçaqla hədə-qorxu gələrək boğazındaki bijuteriya olan boyunbağımı, həmçinin 1300 manat pulumu aldıqlarını dediyini etiraf etmişdir. O, qardaşı Xəyal və həyat yoldaşı Sahibin onun polisə yalan məlumat verməyindən xəbərsiz olduqlarını, bu hadisəni özü tək planlaşdırdığını, Sahibə də zəng edərək yalandan 3 nəfər naməlum, maskalı şəxsin mənə hədə-qorxu gəlib, 1300 manat pulu zorla aldıqlarını, boğazındaki 10 manat dəyərində olan boyunbağını qopararaq aldıqlarını söylədiyini, eyni qaydada qardaşına da beləcə yalan danışdığını bildirmişdir. Xəyal da Sahib də onun dediklərinə İnanmış, ona göra də sonradan qardaşı hadisa barədə DİN-nin "102" xidmatinə məlumat vermişdir. O, məsələnin getdikcə ciddiləşdiyini və məsələ İlə bağlı araşdırmanın aparıldığını görüb qorxduğu üçün sonradan danışdığı yalanı etiraf etmak qərarına gəlmişdir. Azərbaycan Respublikasının Cinayət-Prossesual Məcəlləsinin 126.6-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü təqsirli bilməsinə dair etirafedici ifadəsi məhkəmə baxışında tədqiq edilmiş aşağıdakı sübutlarla tam təsdiq olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, 2007-ci ildə Təqsirləndirilən şəxs ilə ailə həyatı qurmuş, həmin nikahdan 2 oğlan və 1 qızı olmaqla 3 övladı dünyaya gəlmişdir X7 18 yaşı olmaqla Mingəçevir şəhərində Tibb kursunda, böyük oğlu Şahid4 15 yaşı olmaqla Şəki rayonu, Kiçik Dəhnə kəndində yerləşən 1 nömrəli tam orta məktəb in 10-cu sinifində oxuyurmuş. Balaca oğlu Əfsələddin Nəbizadə 5 yaşı olmaqla Şaki rayonu, Kiçik Dəhnə kəndində məktəbəqədər hazırlığa gedilmiş O, təxminən 17-18 İldir ki, Bakı şəhərində olan "Kayzen” MMC-də mühafizəçi çalışmış, mütamadi olaraq ayda 1 dəfə olmaqla 4-5 günlük Bakıdan Şəki rayonu, Kİçik Dəhnə kəndində yerləşən evlərinə gəlib-gedirmiş. Ülviyyə təxminən 3 ildir ki, Şəki rayonu, Kiçik Dəhnə kəndində yerləşən "Oba" marketdə satıcı olaraq işləyirmiş. O, hadisənin baş verdiyi gün, yəni 26 oktyabr 2025-cı il tarixində Bakı şəhərində iş yerində olmuş, günün rejim qaydası üzra xx.xx.2025-ci il tarixdə, saat 18:00-da növbəyə girmişdir. Növbədən çıxma vaxtı səhər saat 6-dan sonra olurmuş. Həmin gün gecə naryadı üzrə növbədə olarkən təxminən saat 3 radələrində həyat yoldaşı Ülviyyə ona zəng etmiş, o, telefonu açdıqda Ülviyyə ağlaya-ağlaya danışaraq, həyətlərinə oğru girdiyini söyləmiş, bundan sonra o, dərhal telefonu söndürərək qaynı və qonşusu olan Şahid2 zəng edərək sonuncuya tez özünü onların evinə çatdırmasını bildirmiş, Xəyalla danışdıqdan sonra Kiçik Dəhnə kəndində yaşayan əmisi Elman Nəsullayeva zəng etmiş va əmisinə də özünü təcili şəkildə onların evinə çatdırmasını xahiş etmiş, bundan sonra o, DİN-nİn "102" zəng xidmətinə zəng etmiş və baş vermiş hadisə İlə bağlı onlara məlumat vermişdir. Bu zaman operator ona məlumatı qeydə aldıqlarını və ondan əvvəl də bu barədə məlumat daxil olduğunu bildirmişdir. Təxminən 10 dəqiqə keçdikdən sonra Şəki şəhər-rayon polis şöbəsindən onunla əlaqə saxlamılmış, Şəki ŞRPŞ-nİn adını xatırlamadığı əmaəkdaşı ondan evlərinin ünvanını soruşmuş və həmin ünvana getdiklərini bildirmişdir. Ertəsi gün səhər saatlarında o, Şəkiyə doğru yola düşmüş, taxminən saat 13 radələrində o, Şəki rayonu, Kiçik Dəhnə kəndində yerləşən evlərinə çatmış, evdə heç kim olmadığından o, Şəki şəhərinə gələrək Şəki ŞRPŞ-nİn İnzibati binasına yaxınlaşmış, daha sonra şöbəyə daxil olmuş və oradan onu Ülviyyənin olduğu otağa yönləndirmişlər. O, orada olarkən ona Ülviyyənin xalası oğlu Elşən Süleymanovdan 1 000 manat məbləğində borc pul aldığı, borcu qaytara bilmədiyi üçün evdə avtomobil almaq üçün yığdığı taxminən 7 000 manat pulun üzərindən götürərək borcunu qaytardığı və onun bundan xəbəri olacağından qorxaraq yalandan evlərinə oğrulan daxiİ olması İlə bağlı yalan uydurduğu bildirilmişdir. Onun baş verənlərdən bundan sonra xəbəri olmuşdur. O, Ülviyyənin 2025-ci il oktyabr ayının 13-də öz adına 1470 manat krediti onun məlumatı və razılığı ilə aldığını, yalan məlumat verəcəyi barədə əvvəlcədən hər hansı məlumatı olmadığını bildirmişdir. O, Ülviyyənin xalası oğlu Elşən Süleymanovdan 1000 manat borc alması barədə heç bir məlumatının olmadığını bildirmişdir, O, həyat yoldaşı Təqsirləndirilən şəxs yalan məlumat verməkdə məqsədinin nə olduğu barədə dəqiq məlumat verə bilmədiyini, sadəcə olaraq borc pul götürdükdən sonra qaytara bilmədiyi üçün və onun yığdığı pulun üzərindən bir qədər götürdüyü və ona bu barədə deməkdən çəkindiyi üçün belə bir addım atdığını düşündüyünü qeyd etmişdir. İş üzrə şahid qismİndə dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, Şəki rayonu, Baş Şabalıd kəndində ailə üzvləri ilə birlikdə yaşayır. O, bildirmişdir ki, Təqsirləndirilən şəxs onun doğma bacısıdır, Ülviyyə təxminən 2007-ci ildə Şahid1 İlə ailə hayatı qurmuş, həmin nikahdan 2 oğlan va 1 qız olmaqla 3 övladları dünyaya gəlmişdir. Ülviyyə ailə üzvləri ilə birlikdə Şəki rayonu, Kiçik Dəhnə kəndində onunla qonşuluqda yaşayır. Ülviyyənin həyat yoldaşı Sahib uzun müddətdir ki, Bakıda mühafizəçi İşləməyinə baxmayaraq, hər ay bir neçə günlükdə olsa kəndə gələrək ailəsinə baş çəkmişdir. Ülviyyə Şəki rayonu, Kiçik Dəhnə kəndində yerləşən "Oba” marketdə kassir-satıcı işləyirmiş. O, xx.xx.2025-ci il tarixda geca saat 3 radələrində o, yuxudan ayılaraq həyətdən səs-küy və İt hürməsi səslərini eşitmiş, bundan sonra siqaret çəkmək və İtin nə üçün hürməsini öyrənmək üçün həyətə çıxmış, həyətdə siqaret çəkdikdən sonra sakitçilik olduğunu görüb yerinə qayıdıb uzanaraq telefona baxmağa başlamışdır. Üstünden bir neçə dəqiqə keçdikdən sonra saat 03:18-da kürəkənləri Şahid1 ona zəng vuraraq həyətlərinə naməlum şəxsin daxil olduğunu söyləmiş və evinə getməyini, nə baş verdiyini öyrənməyini xahiş etmişdir. Bundan sonra o, tez əynini geyinmiş və qonşuluqda yaşayan bacısı Ülviyyəgilə getmiş, bu zaman evin seyvanında olan bacısı Ülviyyənin ağladığını görmüşdür. O, Ülviyyədan ağlamasının səbəbinin nə olmasını soruşmuşdur. Ülviyyə ona gecə saat 3 radələrində evdə yatarkan evin sağ tərəfində yerləşən 2 baş iribuynuzlu heyvanlarının olduğu tövlə tərəfdən it hürməsi və səs-küyə yuxudan ayıldığını söyləmişdir. Ülviyyə ağlaya-ağlaya həyətə düşdükdən sonra tövlə tərəfdə naməlum 3 nəfər üzü maskalı şəxsin olduğunu gördüyünü bildirmiş, Ülviyyənin deməsinə görə maskalı şəxslərdən biri Ülviyyəni tutub saxlamış, bıçaqla uşaqlarını və özünü öldürməklə hədələmiş, həmçinin zorla evdə olan pulu verməsini istəmişdir. Ülviyyə bunları danışdıqdan sonra o, polisə məlumat vermək İstədiyini bildirmiş və DİN-in "102” zəng xidmətinə zəng edərək baş vermiş hadisə barədə məlumət vermişdir. Təxmİnən 1 saat sonra polis əməkdaşları Ülviyyəgilin evinə gələrək bacısının və onun iştirakı və razılıqları ilə evə və həyətyanı sahəyə baxış keçirərək, fotoşəkillər çəkmişlər. Daha sonra İsə bacısının ərizə və izahatını almaq məqsədilə Şəki ŞRPŞ-nin inzibati binasına dəvət etmişlər. O, Ülviyyə ilə birlikdə taxminən səhər saat 6 radələrində Şəki ŞRPŞ-nin İnzibati binasına yaxınlaşmış, onun İzahatı alındıqdan sonra Ülviyyə İzahat vermiş, təxminən 5-6 saat keçdikdən sonra Şəki ŞRPŞ-dən ona Ülviyyənin yalan məlumat verdiyini və heç bir quldurluq hadisəsinin baş vermədiyini söyləmişlər. Onun baş verənlərdən bundan sonra məlumatı olmuşdur. O, Ülviyyaənin həyat yoldaşı Şahid1 banka kredit borcunun olması və ödəməsi barədə məlumatının olduğunu, kreditin miqdarı o cümlədən bacısı Ülviyyənin kredit borcu olması barədə isə xəbərinin olmadığını, həmçinin Ülviyyənin xalası oğlu Elşən Süleymanovdan borc olması barədə heç bir məlumatının olmadığını bildirmişdir. O, Ülviyyənin yalan məlumat verəcəyi barədə əvvəlcədən hər hansı məlumatının olmadığını qeyd etmişdir. İş üzrə şahid qismində dindirilmiş Şahid5 Xəqani oğlu ifadəsində göstərmişdir ki, O, xx.xx.2025-ci il tarixdə gecə saat 4 radələrində yatdığı zaman qardaşı Xəyal onunla telefon əlaqəsi saxlayaraq Ülviyyənin evinə oğruların girdiyini və sonuncunun boğazına bıçaq dirəyərək evdə olan pulu aldıqlarını söyləmişdir. Bundan sonra o və həyat yoldaşı Mübarak dərhal Ülviyyəgilin evinə getmiş, onlar oraya çatan zaman Şəki ŞRPŞ-nin polis əməkdaşları artıq oraya gəlibmişlər. Həmin vaxt Ülviyyənin vəziyyəti yaxşı deyilmiş. Ona görə də bu baradə o, Ülviyyə İlə söhbət edə bilməmişdir, Təxminən səhər saat 8 radələrində onlar evə qayıtmış, həmin vaxt Ülviyyə və Xəyal Şəki ŞRPŞ-nə getmişlər. Bir neçə saat keçdikdən sonra o də polis şöbəsinə yaxınlaşmış, sonradan Şəki ŞRPŞ-dən onlara Ülviyyənin bilə-bilə yalan məlumat verdiyini, əslində İsə pulu özünün götürərək xərclədiyinİ söyləmişlər. Onun bundan sonra baş verənlərdən məlumatı olmuşdur. Onun Ülviyyənin kredit borcunun olması barada məlumatı olsa da, borcun miqdarı barədə məlumatı olmamışdır. O, Təqsirləndirilən şəxs xalası oğlu Elşən Süleymanovdan borc alması barədə məlumatının olmadığını bildirmiş, həmçinin Ülviyyənin yalan məlumat verəcəyi barədə əvvəlcədən hər hansı məlumatının olmadığını qeyd etmişdir. İş üzrə qanuni nümayəndəsinin, mütəxəssis psixoloqun və mütəxəssis müəllimin iştirakı ilə dindirilmiş az yaşlı Şahid4 ifadəsində göstərmişdir ki, 26 oktyabr 2025-ci il axşam saat təxminən 23 radələrində yatmışdır. 27 oktyabr 2025-ci il tarixdə gecə saat 3 radələrində anası Ülviyyə onu yuxudan oyatmış, o, yuxudan oyananda anasının ağladığını görmüş, anasından nə üçün ağladığını soruşduqda anası ona həyətlərinə oğruların daxil olduğunu və həyətdə olan tövlədən danalarını çıxardığını söyləmişdir. Bundan sonra o, ayağa qalxıb atası Şahid1lə əlaqə saxlamış və sonuncuya həyətlərinə Oğruların daxil olduğunu söyləmişdir. Atası ona narahat olmamağını və polisə məlumat verəcəyini söyləmiş, bundan sonra o, anası İlə həyətə düşmüş və həqiqətən də danaların tövlədən çıxmış olduğunu görmüşdür. Daha sonra anası ilə birlikdə danaları tövləyə salmış və evə qayıtmışlar. Bir qədər sonra qonşuluqda yaşayan dayısı Xəyal onlara gelmiş, anası baş verənləri dayısına danışmış, dayısı polisə zəng vurub hadisə barədə məlumat vermiş və evlərinin ünvanını söyləmişdir. Bir qədər sonra polis əməkdaşları gəlmiş, həmin vaxt o, balaca qardaşını götürərək digər Otağa keçmişdir. O, anası onu yuxudan oyadana qədər hər hansı səs-küy eşitmədiyini bildirmişdir. İş üzrə şahid qismində dindirilmiş X3 ifadəsində göstərmişdir ki, Şəki rayonu, Kiçik Dəhnə kəndində yerləşən "Oba” marketdə o da daxil olmaqla ümumİİikdə 5 nəfər işləyirlər. Təqsirləndirilən şəxs təxminən 3 il müddətdir ki, "Oba” marketdə satıcı-kassir vəzifəsində çalışırmış. Ülviyyə xatırladığı qədəri ilə 2025-ci ilin avqust ayında ona yaxınlaşaraq özünə məxsus olan "Paşa Bank" kartının maliyyə əmaliyyatlan hayata keçirən zaman əlavə rüsum tutduğunu bildirmiş və ondan özünə məxsus olan "Beynəlxalq Bank" kartını istəmİşdİr. Ülviyyə həmin karta xalası oğlu Elşənin pul göndərəcəyini bildirmiş ve həmin pulu kartdan çıxararaq nağd şəkildə verməyini xahiş etmişdir. O, "ABB" bank kartını Ülviyyəyə vermiş, Ülviyyə həmin kartın şəklini çəkərək "WhatsApp” mobil tətbİqİ vasİtəsİlə xalası oğlu Elşəmə göndərmİş, taxmİnən 10 dəqiqə keçdİkdan sonra Ülviyyə Elşənİn karta pul göndərdiyini söyləyərək həmin pulu kartdan çıxarıb nağd şəkildə təqdİm etməyini xahiş etmişdir. O, Şəki rayonu, Kiçik Dəhnə kəndində yerləşan "ABB"-ya məxsus olan terminalda kartda olan pulu nağdlaşdırmış va xatırladığı qadari ilə 1000 manat məbləğində olan pulu Ülviyyəyə təqdim etmiş, bundan sonra Ülviyyə ona məxsus olan bank kartından istifadə etməmİşdİr. Ülviyyə Nabiyevanın kredit borclarnın xalası oğlu Elşən Süleymanova pul borcunun olması barədə malumatının olmadığını bildirmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 296.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi icraata qəbul edilmişdir. 06.012026-cı İl tarixli qararla cinayet işi və Təqsirləndirilən şəxs əməli Azarbaycan Respublikası CM-nin 296.1-ci maddəsindəm həmin məcəllənin 296.2-cİ maddəsinə tövsif edilmişdir. xx.xx.2025-cü il tarixli qərardan görünür ki, icraatda olan ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 296.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi və həmin maddədə nəzərdə tutulan ittihama ona elan ediməsi qərara alınmışdır. xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. İş üzrə təyin edilmiş məhkəmə-tibbi ekspertizasının xx.xx.2025-ci il tarixli, 476 nömrəli rəyində görünür ki, Təqsirləndirilən şəxs bədənində gözlə görünən xəsarət va onun izi aşkar edilməmişdir. İşdə olan Şaki Rayon Psixİatrİya Xastaxanası tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 1055 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs Şaki Rayon Psixİatrİya Xastaxanasında dispanser müşahidasinda yoxdur. İş materiallarına əlavə edilmiş Şəki ŞİHB-nın Kİçİk Dəhnə kand 131 üzrə nümayəndəliyindən daxil olmuş 28 noyabr 2025-ci il tarixlİ, 307 və 308 nömrali arayış va xəsiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs həqiqətən Şəki rayonu, Kiçik Dəhnə kəndində əri 1986-cı il təvəllüdlü Şahid1, qızı 2008-ci il təvəllüdlü Nəbİzadə Zəhra Sahib qızı, oğlu 2010-cu il təvəllüdlü Şahid4 va oğlu 2020-ci il təvəllüdlü X1 ilə birlikdə yaşayır va yaşayış üzrə müsbət xarakterizə olunur. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş 08 dekabr 2025-ci il tarixli, tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkumluğu olmamışdır. xx.xx.2025-ci il tarixli təqsirləndirilən şəxsin dindirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadə vermiş və ifadəsinin doğruluğunu imzalayaraq təsdiq etmişdir. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsi hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən Cinayət Cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli Qərarının 2-ci maddəsinin 4-cü abzasında göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn: sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Həmin Qərarın 3-cü maddəsinin 2-ci bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsini müzakirə etməlidirlər. Avropa İnsan Hüquqları Məhkəməsinin “Van Mexelen və başqalarının Niderlanda qarşı” işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndində göstərilmişdir ki, sübutların mümkünlüyü əsasən milli qanunvericiliklə tənzimlənən məsələ olduğundan məhs milli məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. Məhkəmənin (İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin) vəzifəsi şahid ifadələrinə qiymət vermək deyil, ümumilikdə məhkəmə araşdırmasının ədalətli keçirilib keçirilməməsinə, o cümlədən təqdim olunan sübutların necə əldə olunmasını müəyyən etməkdən ibarətdir. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olubolmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericilik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət prosessual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, CPM-nin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tətqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (CPM- nin 349.3., 349.4., 349.5-ci maddələri). Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Göstərilənləri nəzərə alaraq məhkəmə, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələbinə uyğun olaraq iş üzrə dindirilmiş şahidlərin ifadələrini, ekspertiza rəylərini və iş üzrə digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv, hərtərəfli hüquqi qiymət verib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 296.2-ci maddəsi ilə düzgün tövsif edilmiş, onun həmin maddədə nəzərdə tutulmuş əməli törətməkdə təqsiri sübuta yetir. Beləliklə, məhkəmə göstərilən sübutlara məcmu halda hüquqi qiymət verərək belə hesab edir ki, onların həcmi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 296.2-ci maddəsində nəzərdə tutulan cinayəti törətməsi barədə mötəbər və yekun nəticəyə gəlməyə tam imkan verir, həmin sübutlarla təqsirləndirilən şəxsin ona istinad edilən cinayət hadisəsinin baş verməsi faktı və halları, təqsirləndirilən şəxsin həmin hadisə ilə əlaqəsi, törədilmiş əməlin əlamətləri ilə ona istinad olunmuş maddənin tərkib əlamətlərinin eyniliyi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyi təsdiq olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 296.2-ci maddəsi ilə ittiham irəli sürülmüşdür. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Göstərilənlərə əsasən məhkəmə bu qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 296.2-ci maddəsi ilə təqsirli bilinməli və həmin maddənin sanksiyası hüdudlarında, cəza təyin etmənin ümumi əsasları nəzərə alınmaqla cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşaqlarının olması Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən məsuliyyətini yüngülləşdirən hal kimi müəyyən edir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarakterizə edilməsini, evli olmasını və ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini onun şəxsiyyətini müsbət xarakterizə edən hall kimi nəzərə alır. Beləliklə məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 296.2-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən halı, (cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir), təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, hökm qanuni qüvvəsini alanadək barəsində seçilmiş qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalı, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində yaşayış yerini tərk etməsinə və yaşadığı Şəmkir rayonu ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyulmalı, üzərinə yaşadığı Şəmkir rayonu ərazi hüdudlarını cəza çəkdiyi müddət ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı yaşayış yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. İş üzrə xüsusi müsadirə edilməli olan əmlak mövcud deyil, mülki iddia, maddi sübut və məhkəmə xərci yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Beləliklə də, məhkəmə göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 296.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Cəzanın icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə icra və probasiya şöbəsinə həvalə olunsun və cəzaçəkmə müddətinin əvvəli həmin şöbədə qeydiyyata alındığı andan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs ona təyin edilmiş 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yeri üzrə çəksin. Cəza çəkdiyi müddətdə üzərinə axşam saat 22:00-dən növbəti gün 07:00-dək yaşayış yerini tərk etməmək, Şəki rayonu ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerinidəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzasının icrasına nəzarəti yaşadığı yer üzrə İcra və Probasiya Şöbəsi həyata keçirsin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə müddətinin başlanğıcı yaşadığı yer üzrə İcra və Probasiya Şöbəsində qeydə alındığı vaxtdan hesablansın. İş üzrə mülki iddianın və məhkəmə xərclərinin olmaması nəzərə alınsın. Hökm Apelyasiya şikayəti və protesti verilmədiyi halda elan edildiyi andan 20 gündən sonra qüvvəyə minir. Hökmdən elan edildiyi andan 20 gün müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Azər Mövlayev
Məhkəmə qərarları › İş №1(5-158)-3/2026
Şəki Rayon Məhkəməsi Hökm — İş №1(5-158)-3/2026
25.02.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver