Məhkəmə qərarları › İş №1(5-159)-3/2026

Şəmkir Rayon Məhkəməsi Hökm — İş №1(5-159)-3/2026

23.02.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəmkir rayon İş № 1(5-159)-3/2026 23.02.2026 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ X11 Məsail oğlunun sədrliyi, X6 iclas katibliyi, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs1, digər zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs qanuni nümayəndəsi Qanuni nümayəndə, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx.xx.1995-ci ildə Bərdə rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, 3 uşaq anası, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, Kəlbəcər rayonu Bozlu kəndində qeydiyyatda olmaqla faktiki olaraq Bərdə rayonu Qarağacı kəndində yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkran tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263-1.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 04 oktyabr 2025-ci il tarixdə təxminən saat 20:10 radələrində Bakı-Qazax-Gürcüstan sərhəddi yolunun Şəmkir rayonu Düyərli kəndi ərazisindən keçən 419-cu kilometrliyində “X10” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin və 37-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndinin tələblərini pozaraq nəqliyyat vasitələrini idarə etmək hüququ, yəni sürücülük vəsiqəsi və etibarnamə olmadan idarə etdiyi TOYOTA PRİUS markalı **-PF-*** dövlət qeydiyyat nişanlı avtomobili Bakı istiqamətində hərəkət etdirərkən həmin Qanunun 36-cı maddəsinin 1-ci hissənin 3-cü bəndinin tələblərini pozaraq, yəni yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı və bununlada hadisənin qarşısını almağa texniki imkanı olduğu halda bunları etməyərək hərəkətdə olduğu yolu səhv saldığını görüb əyləci basanda avtomobilin idarəetmədən çıxaraq yolun sağ kənarında olan ağaca çırpılması nəticəsində avtomobildə sərnişin olan Zərərçəkmiş şəxs1 qızna alın nahiyəsinin sol yarısının əzilmiş yarası, sol gözaltı yumşaq toxumaların hematoması,sağ gözaltı nahiyənin qançırı, burun yəhərinin sıyrığı, sol almacıq və əng sümüklərinin yerini dəyişməyən sınıqları ilə müşaiyət edilən xəsarətlər yetirməklə ehtiyatsızlıqdan 1 zərərçəkmiş şəxsin sağlamlığına sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az-ağır zərər, digər sərnişin X2 isə alın nahiyəsinin sağ yarısının əzilmiş yarası, sağ gözətrafı yumşaq toxumaların hematoması, alın sümüyünün sağ yarsının göz yuvasının yuxarı divarından keçən xətti sınığı,baş beyin alın payında kiçik ölçülü qanamalar və alın payı üzərində epidural qanamalar,sağ qasıq və oturaq sümüklərinin aşağı şaxələrinin birləşməli yerində minimal yerdəyişmə ilə müşaiyət edilən xəsarətlər yetirməklə ehtiyatsızlıqdan 1 zərərçəkmiş şəxsin sağlamlığına həyat üçün təhlükəli olan ağır zərər vurulmasına səbəb olan yol nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, ailə üzvləri ilə birlikdə Bərdə rayonu Qarağacı kəndində yaşayır. Zərərçəkmiş şəxs Mələk Bayramzadə qızı, digər zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 isə qaynanasıdır. xx.xx.2025-ci il tarixdə əri Qanuni nümayəndə idarə etdiyi TOYOTA PRİUS markalı **-PF-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Tovuz rayonu Əyyublu kəndinə qonaq getmişlər. Qonaqlıq bitdikdən sonra Bərdə rayonuna qayıtmaq istəmiş, əri Seymur spirtli içki qəbul etdiyi üçün avtomobili özü idarə etmiş, avtomobildə onun özü, Seymur, qızı Mələk və qaynanası Cəmilə olmuşdur. xx.xx.2025-ci il tarixdə, saat 20:10 radələrində magistral yolda yanlış getdiyini gördüyü üçün əyləci sıxmış, avtomobil yolun kənarına aşmış, nəticədə qızı, qaynanası xəsarətlər almışlar. Özünün sürücülük vəsiqəsi yoxdur, hadisə baş verən vaxt ayıq olmuşdur. Hazırda əməlindən peşmandır, zərərçəkmiş şəxslərlə barışmışdır. Ona yüngül cəza təyin olunmasını məhkəmədən xahiş edir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində bildirdi ki, o, ailə üzvləri ilə birlikdə Bərdə rayonu Qarağacı kəndində yaşayır, Təqsirləndirilən şəxs gəlini- oğlu Seymurun arvadıdır. xx.xx.2025-ci il tarixdə o, Nərgiz, nəvəsi Mələk Seymurun idarə etdiyi avtomobillə Tovuz rayonuna qonaq getmişlər. Qonaqlıq bitdikdən sonra geri qayıtmaq üçün yola düşmüşlər, həmin vaxtı oğlunun avtomobilini gəlini idarə etmiş, Seymur sürücünün yanındakı oturacaqda oturmuş, özü və nəvəsi isə arxa oturacaqda olmuşlar. Yolda Nərgiz səhv getdiyini anlayıb əyləci sıxmış, avtomobil yoldan çıxaraq yolun kənarındakı ağaca dəymişdir. Hadisə nəticəsində xəsarət almışdır. Hazırda gəlini ilə barışmışdır, ondan şikayət və tələbi yoxdur, ona yüngülazadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin olunmasını məhkəmədən xahiş edir. Məhkəmə istintaqı zamanı qanuni nümayəndəsi olan atası Qanuni nümayəndə iştirakı ilə dindirilmiş X3 eyni məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqı zamanbı şahid qismində dindirlmiş Qanuni nümayəndə ifadəsində gpöstərdi ki, Təqsirləndirilən şəxs arvadı, zərərçəkmiş şəxs Mələk Bayramzadə qızı, digər zərərçəkmiş Zərərçəkmiş şəxs1 isə anasıdır. Onlar birlikdə Bərdə rayonunun Qarağacı kəndində yaşayırlar. xx.xx.2025-ci il tarixdə idarə etdiyi TOYOTA PRİUS markalı **-PF-*** dövlət qeydiyyat nişanlı avtomobillə Tovuz rayonunun Əyyublu kəndinə qonaq getmişlər, həmin gün, saat 20 radələrində evlərinə geri qayıdarkən özü spirtli içki qəbul etdiyindən avtomobili Nərgiz idarə etmiş, özü Nərgizin yanındakı oturacaqda, anası və qızı isə arxa oturacaqda oturmuşlar. Saat 20:10 radələrində Nərgiz yanlış yola girdiyi üçün qəfildən əyləci sıxmış, buna görə avtomobil nəzrətdən çıxaraq aşmış, qnası və qızı xəsarətlər almışlar. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Məhəkəmə-yol nəqliyyat hadisəsi ekspertizasının xx.xx.2025-ci il tarixi 3-16- 16/2-8/2572/2025 nömrəli rəydə göstərilmişdir ki, TOYOTA Prıus markalı **-PF- *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “X10” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü İsmayılova avtomobili sürücülük vəsiqəsi olmadan idarə etdiyindən onun hərəkətlərində “X10” Azərbaycan Respublikası Qanununun 33-cı maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Məhkəmə-tibb ekspertizasının 05 oktyabr 2025-ci il tarixli 967 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 məhkəmə-tibbi ekspertizasında, onun bədən səthində aşkar edilmiş xəsarətlər - alın nahiyəsinin sol yarsının əzilmiş yarası, sol gözaltı yumşaq toxumaların hematoması, sağ gözaltı nahiyənin qançırı, burun yəhərinin qıyrığı sol amacıq və ǝng sümüklərinin yerini dəyişməyən sınıqları KÜT əşyaların təsirindən törənmişlər, yolnəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdilər, əmələ gəlmə müddətləri 04 oktyabr 2025-ci il tarixə uyğun gəlir. Ağırlıq dərəcəsinə görə bu xəsarətlər sağlamlığının uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR Zǝrǝr vurmaya addirlər. Məhkəmə-tibb ekspertizasının xx.xx.2025-ci il tarixli 967 nömrəli rəyindən görünü ki, Zərərçəkmiş şəxs1 bədəni üzərində aşkar edilmiş xəsarətlər- alın nahiyəsinin sol yarısının əzilmiş yarası,sol gözaltı yumşaq toxumaların hematoması,sağ gözaltı nahiyənin qançırı, burun yəhərinin sıyrığı,sol almacıq və əng sümüklərinin yerini dəyişməyən sınıqları küt əşyanın təsirindən əmələ gəlmişdir, xx.xx.2025-ci il tarixdə yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdilər, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir. Məhkəmə-tibb ekspertizasının xx.xx.2025-ci il tarixli 969 nömrəli rəyindən görünür ki, X1 bədəni üzərində aşkar edilmiş xəsarətlər- alın nahiyəsinin sağ yarısının əzilmiş yarası,sağ gözətrafı yumşaq toxumaların hematoması, alın sümüyünün sağ yarsının göz yuvasının yuxarı divarından keçən xətti sınığı,baş beyin alın payında kiçik ölçülü qanamalar və alın payı üzərində epidural qanamalar,sağ qasıq və oturaq sümüklərinin aşağı şaxələrinin birləşməli yerində minimal yerdəyişmə küt əşyanın təsirindən əmələ gəlmişdir, xx.xx.2025-ci il tarixdə yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdilər, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddir. DİN BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. DİN-nin BDYPİ Tovuz RQİ və TBŞ-nin xx.xx.2025-ci il tarixli, 3-13-5/2-17610/2025 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs sürücülük vəsiqəsi verilməmiş və onun adı sürücülük hüququndan məhrum edilənlərin siyahısında yoxdur. “Sərxoşluğun təyin edilməsi haqqında” xx.xx.2025-ci il tarixli 768 nömrəli aktdan görünür ki, Təqsirləndirilən şəxs hadisə baş verən vaxt ayıq olmuşdur. MEİS-dən çıxrışdan görünür ki, Təqsirləndirilən şəxs məcburi köçkündür, xx.xx.2014-cü il təvəllüdlü X3, xx.xx.2016-cı il təvəllüdlü X4 və xx.xx.2019-cu il təvəllüdlü X5 adlı uşaqları var. Bərdə RİHB Mirzəcəfərli kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarkterizə olunur. İş materiallarında olan, zərərçəkmiş şəxslər tərəfindən verilmiş ərizələrdən görünür ki, onlar Təqsirləndirilən şəxs ilə barışmışlar, ondan şikayət və tələbləri yoxdur. Beləliklə, məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263-1.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi sübut olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 263-1.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur və o, həmin maddə ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Təqsirləndirilən şəxs hadisələrin təsadüfi axarı zəmində ilk dəfə olaraq az ağır cinayət törətməsini, səmimi peşman olub törətdiyi əməli etiraf etməsini, himayəsində 3 azyaşlı uşaqları olmasını, zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini, məcburi köçkün olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını iş üzrə onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir, iş üzrə onun cəzasını ağırlaşdıran hal olmamasını nəzərə alır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarı ilə məhkəmələrə tövsiyə edilmişdir ki, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə, qeyd olunanları nəzərə almaqla Təqsirləndirilən şəxs cəza təyini məsələsini müzakirə edib ona CM-nin 263-1.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə və azadlıqdan məhrum etmə cəzası təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Bundan başqa, məhkəmə törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, ailə vəziyyətini və cəzasını yüngülləşdirən digər halların məcmusunu nəzərə alaraq belə nəticəyə gəlir ki, onun cəmiyyətdən təcrid olunmadan islah olunması mümkündür. Ona görə də Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən halların məcmusu nəzərə alınmaqla hesab edir ki, ona təyin olunacaq azadlıqdan məhrum etmə cəzası şərti olaraq tətbiq edilməlidir. Eyni zamanda, məhkəmə Təqsirləndirilən şəxs üzərinə onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmasını məqsədəmüvafiq hesab edir. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, CMnin 70-ci maddəsinə əsasən sınaq müddəti müəyyən edilməklə ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzası şərti olaraq tətbiq edilməli, sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablanmalı, sınaq müddəti ərzində üzərinə onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmalı, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə mddi sübut olan, ibtidai istintaq zamanı sahibi Şahid qaytarılmış TOYOTA PRİUS markalı **-PF-*** dövlət qeydiyyat nişanlı avtomobil sahibinin istifadəsində saxlanılmalı, iş üzrə məhkəmə xərci- aparılmış ekspertiza tədqiqatının dəyəri olan 128 manat məbləğində pul N. İsmayılovadan alınaraq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməli, hökmün icrası Bərdə Rayon İcra və probasiya Şöbəsinə həvalə olunmalıdır. Bundan başqa, məhkəmə hesab edir ki, məhkəmədə Təqsirləndirilən şəxs göstərdiyi hüquqi yardıma görə 165 manat məbləğində pul Müdafiəçi ödənilməsi üçün onun işlədiyi Şəmkir rayon Vəkil Bürosunun hesablaşma hesabına köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Məhkəmə göstərilənlərə əsaslanıb, Azərbaycan Respublikası CPM-in 132, 197,198, 346, 347, 349, 351, 353, 358, 381, 383, 384, 385-ci maddələrini rəhbər tutub hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.2-ci maddəsi ilə təqsirli bilinərək ona 01 (bir) il müddətə nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum edilməklə 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən 01 (bir) il sınaq müddəti müəyyən edilməklə Təqsirləndirilən şəxs təyin edilmiş 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası şərti olaraq tətbiq edilsin. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə mddi sübut olan, ibtidai istintaq zamanı sahibi Şahid qaytarılmış TOYOTA PRİUS markalı **-PF-*** dövlət qeydiyyat nişanlı avtomobil Şahid istifadəsində saxlanılsın. İş üzrə məhkəmə xərci- aparılmış ekspertiza tədqiqatının dəyəri olan 128 (bir yüz iyirmi səkkiz) manat məbləğində pul Təqsirləndirilən şəxs alınaraq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Hökmün icrası Bərdə Rayon İcra və probasiya Şöbəsinə həvalə olunsun. Məhkəmədə Təqsirləndirilən şəxs göstərdiyi hüquqi yardıma görə 165 (bir yüz altmış beş) manat məbləğində pul Müdafiəçi ödənilməsi üçün onun işlədiyi Şəmkir rayon Vəkil Bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən bu müddət ərzində apellyasiya protesti və ya şikayəti verilməzsə, həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün bu hökm qanuni qüvvəyə minir. Hakim : İlqar Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar