Məhkəmə qərarları › İş №1(5-162)-11/2026

Tərtər Rayon Məhkəməsi Hökm — İş №1(5-162)-11/2026

19.03.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Tərtər rayonu İş № 1(5-162)-11/2026 19.03.2026 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Kamil Allahqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Birinci instasiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə xx xxxxxxxx 1991-ci ildə Tərtər rayonunda anadan olmuş, ailəli, orta təhsilli, işləməyən, Azərbaycan Respublikasının vətəndaşı, məhkumluğu olmayan, Tərtər rayonu Bəyimsarov kəndində qeydiyyatla olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs tamah məqsədi ilə özgə əmlakını gizli olaraq talamaq məqsədi ilə 14 noyabr 2025-ci il tarixdə saat 15 radələrində Tərtər rayonu, Bəyimsarov kəndi ərazisində yerləşən X4 məxsus fərdi yaşayış evinin giriş darvazasından həyətyani sahəyə keçib evin giriş qapısından içəri daxil olduqdan sonra Gülnaz Məsmalıyevanın gəlini Zərərçəkmiş şəxs yataq otağına daxil olub otaqda yerləşən paltar dolabının içərisindən həmin yataq otağında olan sandığın açarını götürüb sandığın üzərində olan qıfılı açdıqdan sonra sandığın içərisindən Zərərçəkmiş şəxs məxsus Rusiya istehsalı olan 201 (iki yüz bir) manat dəyərində 375 əyar, çəkisi 2,01 qram 01 (bir) ədəd sarı rəngli qızıl üzüyü, Rusiya istehsalı olan 799,40 (yeddi yüz doxsan doqquz manat qırx qəpik) dəyərində 583 əyar, çəkisi 5,71 qram 01 (bir) cüt sarı rəngli qızıl sırğanı, Rusiya istehsalı olan 245 (iki yüz qırx beş) manat dəyərində 585 əyar, çəkisi 1,75 qram 01 (bir) ədəd sarı rəngli qızıl qolbağını, Rusiya istehsalı olan 231 (iki yüz otuz bir) manat dəyərində 585 əyar, çəkisi 1,65 qram 01 (bir) ədəd sarı rəngli qızıl klonu, Rusiya istehsalı olan 709,80 (yeddi yüz doqquz manat səksən qəpik) dəyərində 585 əyar, çəkisi 5,07 qram 01 (bir) ədəd sarı rəngli qızıl boyunbağını və 900 (doqquz yüz) manat nəğd pulu oğurlamaqla Zərərçəkmiş şəxs ümumilikdə 3086,20 (üç min səksən altı manat iyirmi qəpik) məbləğində maddi ziyan vurmaqla oğurluq cinayət əməlini törətmişdir. Qeyd edilən əmələ görə təqsirləndirilən şəxs X10 Azərbaycan Respublikası CM-nin 177.2.3cü maddəsi maddəsi ilə ittiham verilmişdir. Təqsirləndirilən şəxs X10 məhkəmə iclasında veridiyi izahatında ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü X19 ona elan edilmiş ittihamla özünü təqsirli bilərək göstərmişdir ki, Ermənistan Respublikasından məcburi qaçqın düşərək Tərtər rayonu, Bəyimsarov kəndində məskunlaşmış və ailəsi ilə birlikdə həmin ünvanda yaşayır. Zərərçəkən şəxs Zərərçəkmiş şəxs ilə qonşuluqda yaşayır, aralarında heç bir ədavət və ya dümənçilik olmamışdır. Təxminən 7-8 ildir ki, Yeganə ilə aralarında qonşuluq, bundan əlavə get-gəl münasibətləri vardır. O, bir neçə dəfə Yeganəgilin evlərinə gedib gələrkən sonuncunun qızıl-zinət əşyalarını və yaxud pulu öz otaqlarından götürdüyünü görmüşdür. Buna görə bilmişdir ki, Yeganə qızıl zinət əşyalarını və pulları öz otaqlarında sandığın içərisinə qoyur, sandığın ağzını qıfılla bağlayaraq, qıfılın açarını da otaqda şkafın içərisinə qoyur. 14 noyabr 2025-ci il tarixdə saat 13 radələrində Yeganənin qızı Əsmətel ona zəng edərək bildirmişdir ki, “Atam Xəqani həkimə gedib, qardaşım Hikmətə də zəng edirəm, telefonun zəngini açmır. Get bizə, anama de ki, Əmikişi baba rəhmətə gedib. Gəlsin bizə, uşaqların yanında dursun. Mən də yas yerinə gedim”. Bundan dərhal sonra o, Yeganəgilə getmiş və qızı Əsmətelin dediklərini onlara çatdırmışdır. Daha sonra isə öz evinə qayıtmışdır. Saat təxminən 14 radələrində həyətdən çölə, yəni yola çıxmış və bu zaman görmüşdür ki, Yeganəgilin 03 ədəd hinduşkası məhlədən yola çıxmışlar. Düşünmüşdür ki, hinduşkalar uzaqlaşıb itib edər və yaxud oğurlanar. Buna görə də hinduşkaları çəpərə sıxışdıraraq bir-bir tutub məhlənin içərisinə tullamışdır. Daha sonra isə Yeganəgilin evinə getmişdir. Bu zaman görmüşdür ki, evdə yaşlı qadın olan X2 başqa heç kim yoxdur. Gülnaza bildirmişdir ki, “hinduşkaları məhlədən çıxıb gedir, tutub atdım məhləyə. Gözünüz üstündə olsun, oğurluyub edərlər”. Həmin vaxt Gülnaz ona bildirmişdir ki, “durub indi qatacam hinə”. Bu vaxt Gülnaza bildirmişdir ki, “istəyirsən, kömək edim?”. Gülnaz cavabında demişdir ki, “Sən narahat olma. Çox sağol. Özüm qatacam”. Bundan sonra saat təxminən 15 radələrində öz məhlələrindən Yeganəgilin məhləsinə baxarkən görmüşdür ki, “Gülnaz yaşlı olduğu üçün hinduşkaları aparıb hinə qatmaqda çətinlik çəkir. Başı qarışıqdı”. Həmin vaxt düşünmüşdür ki, Gülnazin hinduşkaları hinə qatması bu gedişlə uzun çəkəcək. Həmin vaxt saat 15 radələrində Yeganəgilin evinə, daha sonra isə sonuncunun yataq otağında daxil olmuşdur. Otaqdakı sandığın qapısı bağlı olduğu üçün sandığın açarını otaqda axtarmağa başlamışdır. Bu zaman həmin otaqda olan şkafın içərisindən açarı tapmış və sandığın qapısını açmışdır. Sandığın içərisinə baxarkən dəftərin arasında olan 06 (altı) ədəd yüzlük əskinazlardan ibarət ümumilikdə 900 (doqquz yüz) manat pulu və qızıl qutusunun içərisində olan 01 (bir) ədəd qızıl üzüyü, 01 (bir) cüt qızıl sırğanı, 01 (bir) ədəd qızıl qolbağı, 01 ədəd üzərində qızıl klon olan qızıl boyunbağını oğurlamış və açarla sandığın ağzını bağlayaraq açarı əvvəlki yerində qoymuş və dərhal Yeganəgilin evindən çıxaraq öz evinə getmişdir. Daha sonra isə götürdüyü qızıl zinət əşyalarını 1 (bir) ədəd üzərində «Adidas» sözləri yazılmış boz rəngli uşaq corabının içərisinə qoymuşdur. Daha sonra 900 (doqquz yüz) manat puldan şəxsi ehtiyaclarına xərcləmək üçün 300 manatını götürmüşdür. Qalan 600 (altı yüz) manat pul isə 1 (bir) ədəd həmin uşaq corabının içərisinə qoymuşdur. İçərisində qeyd edilən qızıl-zinyət əşyaları olan 1 (bir) ədəd corabı bükülmüş vəziyyətdə yaşadığı evin həyətində giriş darvazasının yaxınlığında yerləşən kol-kosun içərisində, digər içərisində 600 manat pulu 1 (bir) ədəd corabı isə həyətdə yerləşən ayaq yolunun arxa tərəfində azbes materialından olan şiferin altında gizlətmişdir. Bundan sonra o, 300 manat pulu şəxsi ehtiyaclarına xərcləmişdir. Yeganə evə gəldikdən sonra onu həyətdən çağırmış və o, Yeganənin yanına gedən zaman sonuncu ona evindən pul və qızıl zinət əşyalarının oğurlandığını, bu haqda məlumatının olub-olmaması soruşmuşdur. O, həmin vaxt Yeganəyə yalandan bu haqda məlumatının olmamasını bildirmişdir. Ona qarşı polis əməkdaşları tərəfindən heç bir təziq və zor tədbiq olunmamışdır. Onu oğurluq etməyə sövq edən hər hansı xüsusi səbəb olmamışdır. Sadəcə həmin vaxt evdə heç kimin olmadığından və Gülnazın yaşlı olmasından istifadə edərək nəfsinə güc gələ bilməyib oğurluq etmək qərarına gəlmişdir. Onu Zərərçəkmiş şəxs yaşadığı evdən oğurluq etməyə hər hansı şəxs və ya şəxslər məcbur etməmişdir. O, oğurluq hadisəsini törədən zaman və sonradan onu hər hansı bir şəxs və ya şəxslər görməmişdir. Ailə üzvləri həyat yoldaşı X7, övladları xx.xx.2012-ci il təvəllüdlü X8, xx.xx.2015-ci il təvəllüdlü X5 ibarətdir. Onun Zərərçəkmiş şəxs yaşadığı evdən oğurluq etməsindən ailə üzvlərinin məlumatı olmamışdır. Onun Zərərçəkmiş şəxs yaşadığı evdən oğurluq edərkən əvvəlcədən hər hansı şəxs və ya şəxslərlə əlbirliyi olmamışdır. Onun Zərərçəkmiş şəxs yaşadığı evdən oğurluq etməmişdən əvvəl həmin evdə nə qədər pulun və qızıl zinət əşyalarının olması barədə məlumatı olmamışdır. Bu haqda oğurluq etdikdən sonra məlumatı olmuşdur. Onun Zərərçəkmiş şəxs yaşadığı evdən oğurladığı əşyalar elə sonuncuya məxsus olmuşdur. Zərərçəkmiş şəxsə dəymiş zayan tamamilə ödənmişdir. Zərərçəkmiş şəxsin ondan şikayəti tələbi, yoxdur. Ermənistan Respublikasından məcburi qaçqın düşmüşdür. Himayəsində iki azyaşlı uşaqları vardır. Göstərdiklərini nəzərə alıb ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs göstərmişdir ki, təqsirləndirilən şəxslə heç bir ədavəti olmamış, münasibətləri yaxın olmuşdur. Tərtər rayon Bəyimsarov kəndində ailəsi ilə birgə, yəni həyat yoldaşı Xəqani, oğlu Hikmət və qaynanası Gülnazla birgə yaşayır. xx.xx.2025-ci il tarixdə həyat yoldaşı Xəqani, oğlu Hikmət qohumlarının yas mərasiminə getmişdilər. Lakin qaynanası Gülnaz evdə olmuş, daha sonra isə qızı və kürəkəni yas mərasimində iştirak etmələri üçün onlarında azyaşlı övladları olduğu üçün oğlu Hikmət onların övladlarına baxması üçün qızı gilə getmiş və daha sonra onlar da yas mərasimindən çıxıb evlərinə qayıtmışlar. Həyat yoldaşı Xəqani evə daxil olmamış mal qaranı rahatlamaq üçün tövləyə girmiş və o da əlində olan üzüyünü sandığa qoymaq istəyən zaman paltar şkafına qoyduğu sandığın açarını götürmüş və sandığı açmış, sandığı açarkən göy kutuda qoyduğu qızıl zinyət əşyası və 900 manat pulunun orada olmadığını görmüşdür. Həyat yoldaşı Xəqanidən qızılları və pulu kimin götürməsini soruşmuş, Xəqani onun heç nədən məlumatı olmadığını bildirmiş və DİN-nin 102 xidmətinə zəng etmişdir. Həmin qızıl-zinyət əşyaları 240 (iki yüz qırx) manat dəyərində 375 əyar, çəkisi 2,01 qram olan 01 (bir) ədəd sarı rəngli qızıl üzüyü, 300 (üç yüz) manat dəyərində 583 əyar, çəkisi 5,71 qram olan 01 (bir) cüt sarı rəngli qızıl sırğa, 250 (iki yüz əlli) manat dəyərində 585 əyar, çəkisi 1,75 qram olan 01 (bir) ədəd sarı rəngli qızıl qolbağı, ümumilikdə 700 (yeddi yüz) manat dəyərində 585 əyar, çəkisi 1,65 qram olan 01 (bir) ədəd sarı rəngli qızıl klonu və onun üzərindəki 585 əyar, çəkisi 5,07 qram olan 01 (bir) ədəd sarı rəngli qızıl boyunbağından ibarət olmuşdur. Həmin 900 (doqquz yüz) manat pul isə 100 manatlıq əskinaslardan ibarət olmuşdur. Qeyd edilən qızıl-zinyət əşyalarından və 900 manat puldan başqa yaşadığı ünvandan hər hansı bir əşya və əmlak oğurlanmamışdır. Həmin oğurluq hadisənin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi ona sonradan məlum olmuşdur. Belə ki, o, sonradan rayon polis şöbəsinə gəldikdən sonra Təqsirləndirilən şəxs onun yaşadığı evə qanunsuz daxil olaraq qeyd edilən qızıl-zinyət əşyalarını və 900 manat pulu yataq otağında yerləşən sandığın içərisindən oğurlamışdır. Həmin qızıl əşyaları Rusiya istehsalıdır. Beləliklə baş vermiş oğurluq cinayət hadisəsi nəticəsində ona ümumilikdə 2390 manat maddi ziyan dəymişdir. Evdə qızılların olmasından oğlu Hikmətin və əri Xəqanin məlumatı olmuşdur. Hazırda təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə peşmandır, ona dəymiş ziyan tamamilə ödənmişdir. Təqsirləndirilən şəxs səhvini başa düşmüşdür, eləcə də onun himayəsində xəstə qız övladı vardır. Təqsirləndirilən şəxsdən heç bir şikayət, tələbi yoxdur. Göstərdiklərinin nəzərə alınaraq Təqsirləndirilən şəxs cəzalandırılmamasını xahiş etmişdir. Məhkəmə istintaqında şahid qismində ifadə vermiş Şahid2 göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə heç bir ədavəti olmamışdır. Zərərçəkmiş şəxs Tərtər rayon Bəyimsarov kəndində ailəsi ilə birgə, yəni anası Gülnaz, həyat yoldaşı Yeganə və oğlu Süleyman ilə birgə yaşayır. xx.xx.2025-ci il tarixdə o, həyat yoldaşı Yeganə və oğlu Süleyman öz kəndlərində qohumlarının yas mərasimində olmuşlar. Lakin anası Gülnaz isə evdə qalmışdır. Onlar yas mərasimini yola verib yaşadıqları evə gələrkən o, heyvanı rahatlamaq üçün heyvanın içinə girmiş və daha sonra evə daxil olan zaman həyat yoldaşı Yeganə ona bildirmişdir ki, yataq otaqlarında olan sandığın içərisində 900 manat pul və qızıl zinyət əşyaları yoxdur. Anası Gülnaz evdə olduğu üçün ondan soruşmuşdur ki, “evdə olan qızıllardan və pulun sandıqda olmamasından xəbəri varmı?”. Anası Gülnaz isə həyətdə olduğunu, daha sonra hind quşlarını gətirmək üçün qonşu Natəvanla o biri həyətə keçdiklərini, qızıl və pulun oğurlanmasından məlumatı olmamasını bildirdikdə, o da əsəbləşərək DİN-nin 102 xidmətinə zəng etmişdir. Bir qədər sonra polis əməkdaşları yaşadıqları ünvana gəlib baxış keçirmişlər. Sonradan məlum olmuşdur ki, evlərindən oğurluq edə şəxs qonşusu Təqsirləndirilən şəxsdır. Natəvan, onlar yas yerində olduqları zaman evdə heç kəsin olmadığından istifadə edərək yataq otaqlarındakı sandığın içərisindən həyat yoldaşı Yeganəyə məxsus qızıl zinət əşyalarını və 900 (doqquz yüz) manat pulu oğurlamışdır. Yaşadıqları fərdi yaşayış evindən 900 manat pul və təxminən 2500 (iki min beş yüz) manat dəyərində qızıl-zinyət əşyaları oğurlanmışdır. Həmin qızıl zinyət əşyaları 375 əyar, çəkisi 2,01 qram olan 01 (bir) ədəd sarı rəngli qızıl üzük, 583 əyar, çəkisi 5,71 qram olan 01 (bir) cüt sarı rəngli qızıl sırğa, 585 əyar, çəkisi 1,75 qram olan 01 (bir) ədəd sarı rəngli qızıl qolbaq, 585 əyar, çəkisi 1,65 qram olan 01 (bir) ədəd sarı rəngli qızıl klon, 585 əyar, çəkisi 5,07 qram olan 01 (bir) ədəd sarı rəngli qızıl boyunbaq olmuşdur. Yaşadıqları evdən oğulruğu xx.xx.2025-ci il tarixdə onlar evdə olmayan zaman qonşusu X10 etmişdir. Hazırda onlara dəymiş ziyan tam ödənmişdir. Təqsirləndirilən şəxs şikayət, tələbləri olmadığını bildirmişdir. Məhkəmə iclasında tədqiq edilmiş, iş materiallarına əlavə edilmiş 14 noyabr 2025-ci il tarixdə oğurluq hadisəsi baş vermiş ünvana, Tərtər rayonu, Bəyimsarov kəndində yerləşən və X6 məxsus fərdi yaşayış evinə baxış keçirilərək şəkilləri çəkilmiş və bu barədə protokol tərtib edilmişdir. (bax iş. vər. 09-13). Məhkəmə iclasında tədqiq edilmiş, istintaq zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi və X3 evindən oğurladığı qızıl zinyət əşyaları, yəni 375 əyar, çəkisi 2,01 qram olan 01 (bir) ədəd sarı rəngli qızıl üzük, 583 əyar, çəkisi 5,71 qram olan 01 (bir) cüt sarı rəngli qızıl sırğa, 585 əyar, çəkisi 1,75 qram olan 01 (bir) ədəd sarı rəngli qızıl qolbaq, 585 əyar, çəkisi 1,65 qram olan 01 (bir) ədəd sarı rəngli qızıl klon, 585 əyar, çəkisi 5,07 qram olan 01 (bir) ədəd sarı rəngli qızıl boyunbaq və 600 (altı yüz) manat nəğd pullar baxış keçirilərək götürülmüş və bu barədə protokol tərtib edilmişdir. (bax iş. vər. 29-37) Məhkəmə iclasında tədqiq edilmiş, cinayət işi üzrə verilmiş əməliyyat tapşırığının cavabında göstərilmişdir ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Tərtər rayonu Bəyimsarov kəndində qeydiyyatda olmaqla yaşayan, xx.xx.1991-ci il təvəllüdlü Təqsirləndirilən şəxs 14 noyabr 2025-ci il tarixdə saat 15 radələrində Tərtər rayonu, Bəyimsarov kəndi ərazisində yerləşən X6 məxsus fərdi yaşayış evinə daxil olaraq sonuncunun gəlini Zərərçəkmiş şəxs yataq otağında yerləşən sandığın üzərində olan qıfılı əvvəlcədən həmin yataq otağında olan paltar dolabının içərisindən götürmüş olduğu açarla açıb Zərərçəkmiş şəxs məxsus 01 (bir) ədəd sarı rəngli qızıl üzüyü, 01 (bir) cüt sarı rəngli qızıl sırğanı, 01 (bir) ədəd sarı rəngli qızıl qolbağını, 01 (bir) ədəd sarı rəngli qızıl klonu və onun üzərindəki 01 (bir) ədəd sarı rəngli qızıl boyunbağını, eləcə də həmin sandığından içərisindən 900 (doqquz yüz) manat pulu gizli yolla oğurlaması faktı müəyyən edilmişdir. Bundan başqa Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət hadisəsindən başqa rayon ərazisində və digər rayon ərazilərində hər hansı bir cinayət hadisəsinin törədilməsində iştirak etməsi müəyyən edilməmişdir. Tərəfimizdən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni görmüş şahidlərin dairəsini əməliyyat yolu ilə müəyyən etmək mümkün olmamışdır. (bax iş.vər.100) Məhkəmə iclasında tədqiq edilmiş, cinayət işinin istintaq materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Mərkəzi Bankının sığorta üzrə müstəqil eksperti X9 27 dekabr 2026cı il tarixli AKT-12/26 nömrəli məktubundan görünür ki, Tərtər rayonu, Bəyimsarov kəndində mənzildən baş vermiş oğurluq hadisəsi nəticəsində dəymiş ziyanın həcmi 2186,20 manat təşkil edir. (bax iş. vər. 120-121). Məhkəmə iclasında tədqiq edilmiş, öz xüsusiyyətinə və əlamətlərinə, mənşəyinə, aşkar edildiyi yerə və vaxtına və ya üzərində hadisənin izlərinin saxlanıldığına görə cinayət təqibi üzrə əhəmiyyət kəsb etdiyindən Təqsirləndirilən şəxs təqdim etdiyi və X3 evindən oğurladığı 375 əyar, çəkisi 2,01 qram olan 01 (bir) ədəd sarı rəngli qızıl üzük, 583 əyar, çəkisi 5,71 qram olan 01 (bir) cüt sarı rəngli qızıl sırğa, 585 əyar, çəkisi 1,75 qram olan 01 (bir) ədəd sarı rəngli qızıl qolbaq, 585 əyar, çəkisi 1,65 qram olan 01 (bir) ədəd sarı rəngli qızıl klon, 585 əyar, çəkisi 5,07 qram olan 01 (bir) ədəd sarı rəngli qızıl boyunbaq və 600 (altı yüz) manat nəğd pullar iş üzrə maddi sübut qismində tanınmış, təqsirləndirilən şəxs, onun müdafiəçisi və cinayət prosesinin digər iştirakçıları tanış olduqdan sonra məhkəməyədək saxlanılması üçün sahibinə təhvil verilmişdir. (bax. iş. vər. 145-152) Məhkəmə iclasında tədqiq edilmiş, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistika İnformasiya İdarəsi tərəfindən verilmiş 15 yanvar 2026-cı il tarixli tələbnamədə göstərilmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (bax.iş. vər. 115-116) Məhkəmə iclasında tədqiq edilmiş, Tərtər rayon İcra Hakimiyyəti Başçısının Bəyimsarov kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən alınmış xx.xx.2026-cı il tarixli, 51 nömrəli arayışdan görünür ki, o, əri X7 (1984), qızı X11 (2012), ğolu, X15 (2014) ilə birlikdə Tərtər rayonu, Bəyimsarov kəndində yaşayır və həmin tarixli xasiyyətnamə ilə yaşayış yeri üzrə müsbət xarakteriə olunur. (bax iş. vər. 137-139). Məhkəmə iclasında tədqiq edilmiş, “Tərtər rayon mərkəzi xəstəxanası” Publik Hüquqi şəxsindən alınmış 02 fevral 2025-cı il tarixli 18-1-75/2-191/2026 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs Tərtər RMX PHŞ-nin poliklinika şöbəsinin narkoloji və ruhi-əsəb kabinetlərində dispanser qeydiyyatında dayanmır. Bununla yanaşı, məhkəmə cinayət prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq, ekspertiza rəylərini, həmçinin ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını da işüzrə sübut növləri kimi qəbul edir. Beləliklə, Təqsirləndirilən şəxs istinad edilən cinayətin onun tərəfindən təqsirli olaraq törədilməsi yuxarıda şərh olunan və işdə olan digər dəlillərin məcmusu ilə kifayət qədər sübuta yetirilmişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs şəxsin ağır cinayət törətməkdə ittiham olunması və süni ittiham sübutlarının yaradılması ilə bağlı cinayət edilməsi haqqında bilə-bilə yalan xəbərçilik etmə cinayət əməlini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talama cinayət əməlini törətmiş, tamah məqsədi ilə özgə əmlakını gizli olaraq talamaq məqsədi ilə 14 noyabr 2025-ci il tarixdə saat 15 radələrində Tərtər rayonu, Bəyimsarov kəndi ərazisində yerləşən X4 məxsus fərdi yaşayış evinin giriş darvazasından həyətyani sahəyə keçib evin giriş qapısından içəri daxil olduqdan sonra Gülnaz Məsmalıyevanın gəlini Zərərçəkmiş şəxs yataq otağına daxil olub otaqda yerləşən paltar dolabının içərisindən həmin yataq otağında olan sandığın açarını götürüb sandığın üzərində olan qıfılı açdıqdan sonra sandığın içərisindən Zərərçəkmiş şəxs məxsus Rusiya istehsalı olan 201 (iki yüz bir) manat dəyərində 375 əyar, çəkisi 2,01 qram 01 (bir) ədəd sarı rəngli qızıl üzüyü, Rusiya istehsalı olan 799,40 (yeddi yüz doxsan doqquz manat qırx qəpik) dəyərində 583 əyar, çəkisi 5,71 qram 01 (bir) cüt sarı rəngli qızıl sırğanı, Rusiya istehsalı olan 245 (iki yüz qırx beş) manat dəyərində 585 əyar, çəkisi 1,75 qram 01 (bir) ədəd sarı rəngli qızıl qolbağını, Rusiya istehsalı olan 231 (iki yüz otuz bir) manat dəyərində 585 əyar, çəkisi 1,65 qram 01 (bir) ədəd sarı rəngli qızıl klonu, Rusiya istehsalı olan 709,80 (yeddi yüz doqquz manat səksən qəpik) dəyərində 585 əyar, çəkisi 5,07 qram 01 (bir) ədəd sarı rəngli qızıl boyunbağını və 900 (doqquz yüz) manat nəğd pulu oğurlamaqla Zərərçəkmiş şəxs ümumilikdə 3086,20 (üç min səksən altı manat iyirmi qəpik) məbləğində maddi ziyan vurmaqla oğurluq cinayət əməlini törətmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349.5.1-ci maddəsinin tələblərinə görə, məhkəmənin hökmü yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Beləliklə, məhkəmə istintaqında tam sübuta yetdi ki, Təqsirləndirilən şəxs şəxsin az ağır cinayət törətməkdə ittiham olunması və süni ittiham sübutlarının yaradılması ilə bağlı cinayət edilməsi haqqında bilə-bilə yalan xəbərçilik etmə cinayət əməlini törətmişdir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin məhz 177.2.3-cü maddəsi ilə tövsif olunmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Odur ki, məhkəmə məhkəmə istintaqında hərtərfli, tam və obyektiv tədqiq olunmuş sübutların məcmusuna qiymət verərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət əməlinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Törədilmiş cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməli az ağır olmaqla, qanunla qorunan mülkiyyət münasibətləri əleyhinə olan, özgənin əmlakını bir qrup şəxs tərəfindən qanunsuz daxil olmaqla, təkrarən gizli olaraq talamada ifadə olunan qəsdən törədilən cinayətdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs peşman olmasını, zərərçəkmiş şəxsə dəymiş zayanı tamamilə ödəməsini, zərərçəkmiş şəxsin ondan şikayət, tələbinin olmamasını, yaşayış yerində müsbət xarakterizə olunmasını, himayəsində azyaşlı uşaqlarının olmasını, ilk dəfə az ağır cinayət törətməsini, qadın olmasını, məcburi qaçqın olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alınmalıdır. Onun cəzasını ağırlaşdıran hallar yoxdur. Məhkəmə, cəzanı yüngülləşdirən halların mövcudluğunu və ağırlaşdıran halların olmamasını nəzərə alaraq, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəzasının təyin edilməsini qanuni, əsaslı, ədalətli və cəzanın məqsədlərinə uyğun hesab edir. Qeyd olunanlara əsasən məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın məqsədlərinə nail olunması baxımından ona azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədə müvafiq hesab edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzası təyin etməklə də cəzanın məqsədlərinə çatmaq olar. Ona görə də məhkəmə ona təqsirləndiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzası təyin edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası CM-in 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azərbaycan Respublikası CM-in 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-52-1.2.4-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri yerinə yetirməlidir. Həmin Məcəllənin 52-1.3.1-52-1.3.4-cü maddələrinə əsasən məhkəmə məhkum üçün kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, islah olunmasına kömək edən digər vəzifələr qoya bilər. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müvafiq qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Azərbaycan Respublikası CPM-in 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. İş üzrə mülki iddia və CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə olunası əmlak yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri barəsində olan hökm qanuni qüvvəsini alana kimi dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış 375 əyar, çəkisi 2,01 qram olan 01 (bir) ədəd sarı rəngli qızıl üzük, 583 əyar, çəkisi 5,71 qram olan 01 (bir) cüt sarı rəngli qızıl sırğa, 585 əyar, çəkisi 1,75 qram olan 01 (bir) ədəd sarı rəngli qızıl qolbaq, 585 əyar, çəkisi 1,65 qram olan 01 (bir) ədəd sarı rəngli qızıl klon, 585 əyar, çəkisi 5,07 qram olan 01 (bir) ədəd sarı rəngli qızıl boyunbağının və 600 (altı yüz) manat nəğd pulların cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmalıdır. İş üzrə mülki iddia və məhkəmə xərci yoxdur. H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona 1 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müvafiq qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri barəsində olan hökm qanuni qüvvəsini alana kimi dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış 375 əyar, çəkisi 2,01 qram olan 01 (bir) ədəd sarı rəngli qızıl üzük, 583 əyar, çəkisi 5,71 qram olan 01 (bir) cüt sarı rəngli qızıl sırğa, 585 əyar, çəkisi 1,75 qram olan 01 (bir) ədəd sarı rəngli qızıl qolbaq, 585 əyar, çəkisi 1,65 qram olan 01 (bir) ədəd sarı rəngli qızıl klon, 585 əyar, çəkisi 5,07 qram olan 01 (bir) ədəd sarı rəngli qızıl boyunbağının və 600 (altı yüz) manat nəğd pulların sahibinə qaytarılması nəzərə alınsın. Hökmün icrası Tərtər rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Tərtər Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Kamil Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar