Azərbaycan Respublikası adından HÖKM Tərtər rayonu İş № 1(5-162)-3/2026 25.02.2026 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Kamil Allahqulu oğlunun sədrliyi, X7 oğlunun katibliyi, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Birinci instasiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərəçəkmiş şəxs Zərərçəkmiş şəxs, müdafiəçi X4, Təqsirləndirilən şəxs iştirakları ilə xx xxxxxx 1994-cü ildə Tərtər şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.2 və 177.2.3-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs oğurluq, yəni özgə əmlakını gizli yolla ələ keçirmək məqsədi ilə xx.xx.2025-ci il tarixdə saat 14:00 radələrində Bakı şəhəri Suraxanı rayonu ərazisində olduğu zaman atası Zərərçəkmiş şəxs məxsus "xxxx" ASC-yə aid 416974******5735 nömrəli təqaüd kartını atasından gizli olaraq “Birbank” mobil tətbiqini öz telefonuna yükləyərək həmin kart hesabından 10 manat, 5 manat, 10 manat, 150 manat, 10 manat, 15 manat, 17,46 manat, 5 manat, 20 manat, 20 manat, 12 manat, 93 manat, 0,32 qəpik və 5 manat olmaqla ümumilikdə 372 manat 78 qəpik pul vəsaitini gizli yolla Bakı şəhəri, Suraxanı rayonu ərazisində yerləşən ünvanı istintaqa dəqiq məlum olmayan yerdə yerləşən bankomatın qarşısında dayanmış onun cinayətkar niyyətindən xəbəri olmayan şəxsiyyəti istintaqa məlum olmayan şəxsin kart hesabına köçürdərək həmin pul vəsaitini sonuncunun kartı vasitəsi ilə bankomatdan çıxartmaqla talayıb Zərərçəkmiş şəxs 372 (üç yüz yetmiş iki) manat 78 (yetmiş səkkiz) qəpik məbləğində maddi ziyan vurmaqla elektron məlumat daşıyıcılarından, yaxud informasiya texnoloqiyalarından istifadə etməklə oğurluq cinayət əməlini törətmişdir. Qeyd edilən əmələ görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-1-ci maddəsi ilə ittiham verilmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında veridiyi izahatında ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, Zərərçəkmiş şəxs atasıdır onunla bir edvə yaşamaqla heç bir ədavəti olmamışdır. xx.xx.2025-ci il tarixdə saat təxminən 14:00 radələrində Bakı şəhəri Suraxanı rayonu ərazisində olduğu zaman atası X3 məxsus "xxxx" ASC-yə aid 416974******5735 nömrəli təqaüd kartını atasından gizli olaraq “Birbank” mobil tətbiqini öz telefonuna yükləyərək həmin kart hesabından 10 manat, 5 manat, 10 manat, 150 manat, 10 manat, 15 manat, 17,46 manat, 5 manat, 20 manat, 20 manat, 12 manat, 93 manat, 0,32 qəpik və 5 manat olmaqla ümumilikdə 372 manat 78 qəpik pul vəsaitini gizli yolla Bakı şəhəri, Suraxanı rayonu ərazisində yerləşən ünvanını xatırlamadığı yerdə yerləşən bankomatın qarşısında dayanmış bir nəfər tanımadığı şəxsin kart hesabına köçürdərək həmin pul vəsaitini sonuncunun kartı vasitəsi ilə bankomatdan çıxartmaqla oğurlamış və həmin pulu şəxsi xərcləri üçün xərcləmiş və qaytarmaq niyyəti də olmamışdır. Həmçinin o, xx.xx.2025-ci il tarixdə saat 09:00 radələrində Tərtər şəhəri, M.İbrahimov küçəsində yerləşən ailə üzvləri ilə birlikdə yaşadığı fərdi yaşayış evinin yataq otağına gizli yolla daxil olaraq otaqdakı çarpayının üzərindəki döşəyin altından atası Zərərçəkmiş şəxs məxsus 1500 (bir min beş yüz) manat pul vəsaitini deyil, anasına məxsus 350 manat pul vəsaitini oğurlamışdır. Həmçinin o, xx.xx.2025-ci il tarixdə saat 09:00 radələrində Bakı şəhəri Suraxanı rayonu ərazisində olduğu zaman atası Zərərçəkmiş şəxs məxsus "xxxx" ASC-yə aid 416974******3414 nömrəli təqaüd kartını atasından gizli olaraq “Birbank” mobil tətbiqini öz telefonuna yükləyərək həmin kart hesabından 200 manat pul vəsaitini Bakı şəhəri, Suraxanı rayonu ərazisində yerləşən ünvanını xatırlamadığı yerdə yerləşən bankomatın qarşısında dayanmış tanımadığı şəxsin kart hesabına köçürdərək həmin pul vəsaitini sonuncunun kartı vasitəsi ilə bankomatdan çıxartmaqla oğurlamışdır. Həmin pulu istirahət etmək üçün Qəbələ şəhərinə gedib orada xərcləmişdir. Daha sonra Bakı şəhərinə qayıdıb fəhlə işləmiş, lakin ona sərf eləmədiyi üçün ata evinə qayıtmış və atasına “sənin pulunu işləyib qaytaracam məni bağışla” demiş, atası isə onu bağışlamışdır. Bundan başqa, onun pulu olmadığı üçün yenidən qərara gəlmişdir ki, atasından pul oğurlasın və xx.xx.2025-ci il tarixdə gecə saat 04:00 radələrində Tərtər şəhəri, M.İbrahimov küçəsində ailə üzvləri ilə birlikdə yaşadığı fərdi yaşayış evində atası Zərərçəkmiş şəxs yataq otağına gizli yolla daxil olaraq otaqda olan atası Zərərçəkmiş şəxs soyunub stulun üzərinə qoyduğu şalvarın sağ yan cibindən sonuncuya məxsus 750 manat pul vəsaitini oğurlamış və həmin pulları da şəxsi xərcləri üçün xərcləmişdir. X5 ifadəsində göstərmişdir ki, ilkin ifadə verən zaman həmin vaxt dəqiq xatırlamadığına görə bildirmişdir ki, atası Zərərçəkmiş şəxs məxsus kart hesabından 564 manat pulu, daha sonra 750 manat pulu deeyil, 450 manat pul vəsaitini yaşadıqları evdə atası yatılı vəziyyətdə olan zaman sonuncuya məxsus şalvarın sağ yan cibindən oğurlamışdır. Bakı şəhəri, Suraxanı rayonunda yerləşən bankomatın yeri yadından çıxdığına görə həmin yeri göstərə bilmədiyini qeyd etmişdir. O, atası Zərərçəkmiş şəxs məxsus kart hesablarından pulları Bakı şəhəri, Suraxanı rayonunda yerləşən bankomatın qarşısında dayanan tanımadığı və adını bilmədiyi bir nəfər şəxsin kart hesabına köçürdərək həmin kartdan çıxartmışdır. Polis Şöbəsində ona qarşı heç bir zorakılıq edilməmişdir. Atasndan oğurladığı pulları şəxsi ehtiyacları o cümlədən narkotikdən istifadəsinə xərcləmişdir. Törətdiyi əməldən peşiman olduğunu və ona köməklik olunmasını xahiş etmişdir. Təqsirləndirilən şəxs cinayət əməlləri aşağıda göstərilən sübutlarla tam təsdiq olunmuşdur. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində izahat vermiş Zərərçəkmiş şəxs göstərmişdir ki, İ qrup əlildir, heç bir yerdə rəsmi olaraq işləmir, təqaüdçüdür. Təqsirləndirilən şəxs onun doğma oğludur. Əkbər ona məxsus "xxxx" ASC-yə aid 416974******5735 nömrəli təqaüd kartından xx.xx.2025-ci il tarixdə oğlu Təqsirləndirilən şəxs, ondan gizli olaraq “Birbank” mobil tətbiqini öz telefonuna yükləyərək həmin kart hesabından 10 manat, 5 manat, 10 manat, 150 manat, 10 manat, 15 manat, 17,46 manat, 5 manat, 20 manat, 20 manat, 12 manat, 93 manat, 0,32 qəpik və 5 manat olmaqla ümumilikdə 372 manat 78 qəpik pul vəsaitini gizli yolla Bakı şəhəri, Suraxanı rayonu ərazisində yerləşən ünvanını bilmədiyi yerdə yerləşən bankomatın qarşısında dayanmış tanımadığı şəxsin kart hesabına köçürdərək həmin pul vəsaitini sonuncunun kartı vasitəsi ilə bankomatdan çıxartmaqla oğurlamışdır. Həmçinin xx.xx.2025-ci il tarixdə oğlu Təqsirləndirilən şəxs ona məxsus "xxxx" ASC-yə aid 416974******3414 nömrəli təqaüd kartından ondan gizli olaraq “Birbank” mobil tətbiqini öz telefonuna yükləyərək həmin kart hesabından 200 manat pul vəsaitini gizli yolla Bakı şəhəri, Suraxanı rayonu ərazisində yerləşən ünvanını bilmədiyi yerdə yerləşən bankomatın qarşısında dayanmış tanımadığı şəxsin kart hesabına köçürdərək həmin pul vəsaitini sonuncunun kartı vasitəsi ilə bankomatdan çıxartmaqla oğurlamışdır. Həmçinin oğlu Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə saat 09:00 radələrində yaşadığı fərdi yaşayış evinin yataq otağına gizli yolla daxil olaraq otaqdakı çarpayının üzərindəki döşəyin altından ona məxsus 1500 manat pul vəsaitini oğurlamışdır. Bundan başqa, Əkbər, xx.xx.2025-ci il tarixdə gecə saat 04:00 radələrində yaşadığı fərdi yaşayış evində onun yataq otağına daxil olaraq otaqda soyunub stulun üzərinə qoyduğu şalvarın sağ yan cibindən ona məxsus 750 manat pul vəsaitini oğurlayaraq evdən getmişdir. İlkin izahatını və ifadəsini verərkən tam yadında qalmadığı üçün o, xx.xx.2025-ci il tarixdə oğlu Təqsirləndirilən şəxs yaşadığı evdə yatan zaman ona məxsus təqaüd katından öz telefonuna “Birbank” mobil tətbiqini yükləyərək 562 manat pul vəsaitini digər kart hesabına köçürərək oğurladığını qeyd etmiş, lakin hazırda bank çıxarışlarından da göründüyü kimi oğlu Təqsirləndirilən şəxs ona məxsus 416974******5735 nömrəli təqaüd kartından ümumilikdə 372 manat 78 qəpik pul vəsaitini və 416974******3414 nömrəli təqaüd kartından isə 200 manat pul vəsaitini oğurlamışdır. Bütün bunlar azmış kimi oğlu Təqsirləndirilən şəxs ev əşyalarının çoxunu o cümlədən paltaryuyan maşını da satıb öz ehtiyaclarına sərf etmişdir. Hazırda təqsirləbdirilən şəxs ona dəymiş ziyandan pul ödəməmişdir. O, təqsirləbdirilən şəxsdən pulunun tam şəkildə ödənilməsini tələb etmiş, əks halda onun ciddi cəzalandırılmasını xahiş etmişdir. Məhkəmə istintaqında şahid qismində könüllü olaraq ifadə vermiş X1 göstərmişdir ki, Təqsirləndirilən şəxs onun doğma oğlu, zərərçəkən şəxs Zərərçəkmiş şəxs isə həyat yoldaşıdır. Onların hər ikisi ilə münasibətləri normaldır. xx.xx.2025-ci il tarixdə yoldaşı Zərərçəkmiş şəxs, evdə yatan zaman, oğlu Təqsirləndirilən şəxs yoldaşı Zərərçəkmiş şəxs məxsus təqaüd kartından 562 manat pul vəsaitini “Birbank” mobil tətbiq vasitəsilə digər kart hesabına köçürərək oğurlamışdır. Həmçinin həmin tarixdə Sahibə məxsus çarpayının altında olan 1500 manat pul vəsaitini oğlu Təqsirləndirilən şəxs oğurlamışdır. Bundan başqa xx.xx.2025-ci il tarixdə səhər saat 06 radələrində yaşadığı fərdi yaşayış evində yuxudan oyanan zaman yoldaşı Zərərçəkmiş şəxs ona məxsus 750 manat pulunun şalvarın cibində olmamasını demişdir. Həmin pulu oğlu Təqsirləndirilən şəxs oğurladığını düşünmüş, çünki belə halların dəfələrlə təkrarlandığını qeyd etmişdir. Məhkəmə istintaqında məhkəmə iclasına gəlməyən şahid X2 ifadəsi elan edilmişdir. Aygün Süleymanova ifadəsində şahid X1 ilə eyni məzmunlu ifadə verərək Laləzar Süleymanovanın ifadəsində qeyd etdiyi xüsusatları təsdiq etmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli üzləşdirmə keçirilməsi haqqında protokoldan görünür ki, üzləşdirmə zamanı Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs üzünə qarşı xx.xx.2025ci il tarixdə o, evdə yatan zaman, oğlu Təqsirləndirilən şəxs ona məxsus təqaüd kartından 562 manat pul vəsaitini “Birbank” mobil tətbiq vasitəsilə digər kart hesabına köçürərək oğurlamasını, həmin tarixdə çarpayının altında olan 1500 manat pul vəsaitini Təqsirləndirilən şəxs tərəfindən oğurlanmasını, həmçinin xx.xx.2025-ci il tarixdə gecə saat 04 radələrində 750 manat pul vəsaitinin Təqsirləndirilən şəxs tərəfindən oğurlanmasını demişdir. (Bax iş vərəqə: 89-90). İş materiallarında olan Təqsirləndirilən şəxs istintaqa verdiyi əvvəlki ifadəsinin düzgünlüyünü yoxlamaq və dəqiqləşdirmək məqsədi ilə 15.09..2025-ci il tarixdə ifadəsinin yerində yoxlanması istintaq hərəkəti keçirilmişdir. İfadənin yerində yoxlanılması istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs verdiyi ifadə ilə istintaqa verdiyi əvvəlki ifadəsi arasında heç bir ziddiyyət müəyyən edilməmişdir. İfadənin yerində yoxlanması zamanı Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə atası Zərərçəkmiş şəxs məxsus təqaüd kartından 562 manat pul vəsaitini “Birbank” mobil tətbiq vasitəsilə digər kart hesabına köçürərək oğurlamasını və xx.xx.2025-ci il tarixdə gecə saat 04 radələrində 750 manat pul vəsaitini atasının şalvarının cibindən oğurlamasını bildirmişdir. (Bax iş vərəqə: 91-95). İş materiallarından görünür ki, cinayət işi üzrə 08 iyul 2025-ci il tarixdə Tərtər RPŞ-nin CAB-nə əməliyyat tapşırığı verilmiş, Tərtər RPŞ-nin CAB-nin 02 avqust 2025-ci il tarixli məktubunda göstərilmişdir ki, keçirilən əməliyyat-axtarış tədbirləri zamanı Tərtər şəhəri, M.İbrahimov küçəsində yaşayan Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə atası Zərərçəkmiş şəxs məxsus təqaüd kartından 562 manat pul vəsaitini “Birbank” mobil tətbiq vasitəsilə digər kart hesabına köçürərək oğurlamış, həmçinin həmin tarixdə atasına məxsus 1500 manat nağd pul vəsaitini yaşadıqları evdən oğurlamışdır. Bundan başqa Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə gecə saat 04 radələrində atası Zərərçəkmiş şəxs məxsus 750 manat nağd pul vəsaitini yaşadıqları evdən oğurlamışdır. (Bax iş vərəqə: 17; 96). İş materiallarından görünür ki, xx.xx.2025-ci il tarixdə "xxxx" ASC-dən alınmış Zərərçəkmiş şəxs məxsus 416974******5735 nömrəli təqaüd kartının çıxarışlarından görünür ki, sonuncunun kart hesabından xx.xx.2025-ci il tarixdə 10 manat, 5 manat, 10 manat, 150 manat, 10 manat, 15 manat, 17,46 manat, 5 manat, 20 manat, 20 manat, 12 manat, 93 manat, 0,32 qəpik və 5 manat olmaqla ümumilikdə 372 manat 78 qəpik pul vəsaiti çıxarılmışdır. Həmçinin Zərərçəkmiş şəxs məxsus 416974******3414 nömrəli təqaüd kartının çıxarışlarından görünür ki, sonuncunun kart hesabından xx.xx.2025-ci il tarixdə ümumilikdə 200 manat pul vəsaiti çıxarılmışdır. (Bax iş vərəqə: 125-128). İş materiallarında olan Tərtər rayonu İcra Hakimiyyəti başçısının Tərtər şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 28 oktyabr 2025-ci il tarixli 1615 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs Tərtər şəhəri, M.İbrahimmov küçəsində yaşayır, həmin tarixli xasiyyətnamədən görünür ki, o, müsbət xarakterizə olunmuşdur. (Bax iş vərəqə: 117-119). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Tərtər rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsin 28 oktyabr 2025-ci il tarixli 18-1-75/2-926/2025 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xəstəxananın poliklinika şöbəsinin narkoloji və ruhi-əsəb kabinetində dispanser qeydiyyatında dayanmır.(Bax iş vərəqə: 120). İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 15 dekabr 2025-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmamışdır. (Bax iş vərəqə: 149-150). İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 28 iyul 2025-ci il tarixdə təqsirləndirilən şəxs qismində dindirilərkən Azərbaycan Resbuplikası CM-nin 177.2.2 və 177.2.3-1-ci maddələri ilə ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o atası Zərərçəkmiş şəxs məxsus 1500 manat pul vəsaitini oğurlmamışdır. İstintaq materiallarından da göründüyü kimi sonuncunun göstərdiyi xüsusatlar özünü müdafiə xarakteri daşıyır və əsassızdır. Buna görə də xx.xx.2025-ci il tarixdə Təqsirləndirilən şəxs vəsatətinin rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Bunlarla yanaşı, məhkəmə cinayət prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq, ekspertiza rəylərini, həmçinin ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını da iş üzrə sübut növləri kimi qəbul edir. Beləliklə, Təqsirləndirilən şəxs istinad edilən cinayətin onun tərəfindən təqsirli olaraq törədilməsi yuxarıda şərh olunan və işdə olan digər dəlillərin məcmusu ilə kifayət qədər sübuta yetirilmişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs oğurluq, yəni özgə əmlakını gizli yolla ələ keçirmək məqsədi ilə xx.xx.2025-ci il tarixdə saat 14:00 radələrində Bakı şəhəri Suraxanı rayonu ərazisində olduğu zaman atası Zərərçəkmiş şəxs məxsus "xxxx" ASC-yə aid 416974******5735 nömrəli təqaüd kartını atasından gizli olaraq “Birbank” mobil tətbiqini öz telefonuna yükləyərək həmin kart hesabından 10 manat, 5 manat, 10 manat, 150 manat, 10 manat, 15 manat, 17,46 manat, 5 manat, 20 manat, 20 manat, 12 manat, 93 manat, 0,32 qəpik və 5 manat olmaqla ümumilikdə 372 manat 78 qəpik pul vəsaitini gizli yolla Bakı şəhəri, Suraxanı rayonu ərazisində yerləşən ünvanı istintaqa dəqiq məlum olmayan yerdə yerləşən bankomatın qarşısında dayanmış onun cinayətkar niyyətindən xəbəri olmayan şəxsiyyəti istintaqa məlum olmayan şəxsin kart hesabına köçürdərək həmin pul vəsaitini sonuncunun kartı vasitəsi ilə bankomatdan çıxartmaqla talayıb Zərərçəkmiş şəxs 372 (üç yüz yetmiş iki) manat 78 (yetmiş səkkiz) qəpik məbləğində maddi ziyan vurmaqla elektron məlumat daşıyıcılarından, yaxud informasiya texnoloqiyalarından istifadə etməklə oğurluq cinayət əməlini törətmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349.5.1-ci maddəsinin tələblərinə görə, məhkəmənin hökmü yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Beləliklə, məhkəmə istintaqında tam sübuta yetdi ki, Təqsirləndirilən şəxs təkrarən oğurluq, yəni özgə əmlakını gizli olaraq talama və elektron məlumat daşıyıcılarından, yaxud informasiya texnologiyalarından istifadə edilməklə oğurluq cinayət əməllərini törətmişdir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin məhz 177.2.2 və 177.2.3-1-ci maddəsi ilə tövsif olunmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Odur ki, məhkəmə məhkəmə istintaqında hərtərfli, tam və obyektiv tədqiq olunmuş sübutların məcmusuna qiymət verərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət əməlinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-1-ci maddəsində nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci və 177.2.3-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli “az ağır” olmaqla, qanunla qorunan mülkiyyət münasibətləri əleyhinə olan, özgənin əmlakını bir qrup şəxs tərəfindən qanunsuz daxil olmaqla, təkrarən gizli olaraq talamada ifadə olunan qəsdən törədilən cinayətdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs yaşayış yerində müsbət xarakterizə olunması, ilk dəfə az ağır cinayət törətməsi cəzasını yüngülləşdirən hallar kimi nəzərə alınmalıdır. Onun Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə, cəzanı yüngülləşdirən halların mövcudluğunu və cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci və 177.2.3-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini qanuni, əsaslı, ədalətli və cəzanın məqsədlərinə uyğun hesab edir. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs ona təyin ediləcək cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 26 iyul 2026-cı il tarixdən 28 iyul 2026-cı il tarixə kimi saxlanıldığı 02 (iki) gün müddət ona təyin olunacaq azadlıqdan məhrum etmə cəzasından Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən çıxılmalıdır. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə görə hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. İş üzrə mülki iddia və CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə olunası əmlak yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilməli, barəsində “həbs” qətimkan tədbiri seçilməlidir. Məhkəmə iclas zalından dərhal həbsə alınmalıdır. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut, məhkəmə xərci və mülki iddia yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs şübhəli şəxs kimi 26 iyul 2026-cı il tarixdən 28 iyul 2026-cı il tarixədık saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə cəzasının 1 günü azadlıqdan məhrumetmə cəzası növündə cəzanın 1 gününə bərabər tutulmaqla üzərində qəti olaraq 1 (bir) il 11 (on bir ay) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəza çəkməsinin əvvəli həbsə alındığı tarixdən, yəni 25 fevral 2026-cı il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində cəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilsin, barəsində “həbs” qətimkan tədbiri seçilsin. Məhkəmə iclas zalından dərhal həbsə alınsın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Tərtər Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Kamil Rzayev
Məhkəmə qərarları › İş №1(5-162)-3/2026
Tərtər Rayon Məhkəməsi Hökm — İş №1(5-162)-3/2026
25.02.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver