Azərbaycan Respublikası adından QƏRAR Tovuz rayon İş № 1(5-163)-19/2026 12.03.2026 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Süleyman Aslan oğlunun sədrliyi, məhkəmə iclasının katibi Yüzbaşıyev Ramil Vahid oğlunun katibliyi, xüsusi ittiham qaydasında şikayət vermiş şəxs Mustafaev Nijat-ın (X1), barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X2 müdafiəçisi Müdafiəçi iştirakı ilə X2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair Mustafaev Nijat-ın (X1) xüsusi ittiham qaydasında şikayətinə Tovuz Rayon Məhkəməsinin inzibati binasında məhkəmənin hazırlıq iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs Mustafaev Nijat (X1) şikayət ərizəsi ilə Tovuz Rayon Məhkəməsinə müraciət edərək, X4 barəsində CM-in 147.1 və 148-ci maddələrinə əsasən ittiham hökmü çıxarılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, 26 dekabr 2025-ci il saat tarixdə X4 onun barəsində instagram sosial şəbəkəsində müxtəlif xarakterli böhtan xaralterli ifadələr işlətmişdir. 28 dekabr 2025 –ci il tarixdə instagram sosial şəbəkəsində canlı yayın zamanı barəsində əsassız ittihamlar irəli sürmüş, haqqında şəxsiyyətinə və ləyaqətinə yaraşmayan ifadələr işlətmişdir. O, bu kimi qeyri-etik ifadələr işlətməklə yanaşı, özünün sosial şəbəkə hesablarında paylaşmış və onu cəmiyyət içərisində nüfuzdan salmağa çalışmışdır. Bütün bunlardan əlavə, X2 onun barəsində dediyi təhqiramiz ifadələrin heç bir əsası yoxdur. O, öz fikir azadlığından qanunsuz şəkildə istifadə edərək onun hüquqlarını pozmuşdur. Buna görə da onun etdiyi çıxışları fikir azadlığı kimi dəyərləndirə bilməz. O, bütün bu təhqiredici ifadələrin və ona deyilən ittihamların təhqir və böhtan olduğunu sübut etmək, onun haqqındakı yayılmış fikirlərin yanlış olduğunu göstərmək və əsas da qarşı tərəfden olan bu böhtanların dayandırılması üçün məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Məhkəmə iclasında xüsusi ittiham qaydasında şikayət vermiş şəxs Mustafaev Nijat (X1) şikayətinin icraata qəbul edilməsini və məhkəmə baxışının keçirilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X2 müdafiəçisi Müdafiəçi şikayətin cinayə-prosessual qanunvericiliyin tələblərinə uyğun tərtib edilmədiyini bildirmiş və şikayətin icraata qəbul edilməsindən imtina edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (CPM) 299.1, 299.3 və 299.3.3-cü maddələrinin tələblərinə görə məhkəmənin hazırlıq iclası xüsusi ittiham qaydasında şikayətdə, irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir. Hər bir halda cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmənin hazırlıq iclasında məhkəməyə daxil olmuş xüsusi ittiham qaydasında şikayətin ona aid olub-olmaması və şikayətin məzmununun məcəllənin 293.3.1-293.3.7-ci maddələrinin müddəalarına uyğun olub-olmaması barədə məsələlərə baxılmalıdır. Məhkəmə xüsusi ittiham qaydasında verilmiş şikayəti nəzərdən keçirərək şikayətin AR CPM-nin 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun tərtib edilməməsi və şikayətin forma və məzmun baxımından qanunvericliyin tələblərinə uyğun olmaması qənaətinə gəlir. Belə ki, şikayətdə şikayət vermiş şəxsin məşğuliyyət növü göstərilməmiş, şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı sübutlarla təsdiq edildiyi qeyd edilməmiş, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxsin hansı əməlinə görə CM-nin 147.1-ci maddəsi ilə, hansı əməlinə görə CM-nin 148-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməli olması konkret olaraq göstərilməmiş, şikayətin verildiyi yer qeyd edilməmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: 302.1.3-cü maddəsinə əsasən şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazirlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edilir. 302.2.3-cü maddəsinə əsasən, məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək bu Məcəllənin 302.1.2-302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxarır. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, xüsusi ittiham qaydasında verilmiş şikayətin icraata qəbul edilməsindən imtina edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 293, 300 və 302-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147 .1 və 148-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək cinayət məsuliyyətinə cəlb olunmasına dair xüsusi ittiham qaydasında şikayət vermiş şəxs Mustafaev Nijat-ın (X1) xüsusi ittiham qaydasında verilmiş şikayəti üzrə məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilməsindən imtina edilsin. Qərardan elan edildiyi andan 20 gün müddətində qərarı qəbul etmiş Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Süleyman Hacıyev
Məhkəmə qərarları › İş №1(5-163)-19/2026
Tovuz Rayon Məhkəməsi Qərar — İş №1(5-163)-19/2026
12.03.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver