Azərbaycan Respublikası adından QƏRAR Tovuz rayon İş № 1(5-163)-24/2026 18.03.2026 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Süleyman Aslan oğlunun sədrliyi, məhkəmə iclasının katibi Yüzbaşıyev Ramil Vahid oğlunun katibliyi, xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X1 barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X4 oğlunun iştirakı ilə X4 oğlunun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X1 xüsusi ittiham qaydasında şikayətinə Tovuz Rayon Məhkəməsinin inzibati binasında məhkəmənin hazırlıq iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X2 şikayət ərizəsi ilə Tovuz Rayon Məhkəməsinə müraciət edərək, X4 oğlunun barəsində CM-in 147.1 və 148-ci maddələrinə əsasən ittiham hökmü çıxarılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, 26 yanvar 2026-cı il saat 00:17-də ona məlum olmuşdur ki, onun sabiq əri X4 oğlu onun barəsində Tiktok səhifəsində nalayiq ifadələr yazmış, həmin yazışma 12 (on iki) nəfər şəxs tərəfindən paylaşılmış və 6 (altı) nəfər isə yazışmanı bəyənmişdir. Tik tok səhifəsində İlqar Məmmədov onun şəklini paylaşmış, onun şərəf və ləyaqətini alçaldan elan yazmışdır. Mənası elə çıxır ki, guya o istənilən kişi cinsindən olan şəxslərlə 15 (on beş) manat ödəniş müqabilində həm qeyritəbii yolla cinsi əlaqədə olur, ham də digər seksual xarakterli (oral seks) xidməti göstərir. X4 oğlu sosial şəbəkədə elə bir şər və böhtan yayması onun, ailəsinin, qohumlarının, tanışlarının və onu tanıyan digər şəxslərin arasında biabır etmiş və bu səbəbdən də o insanlar arasına çıxa bilməməklə yanaşı ağır iztirab keçirmişdir. Hazırda bu həqiqətə uyğun olmayan məlumat barədə demək olar ki, bir çox şəxslərin məlumatı vardır. Bu alçaldıcı söz cəmiyyətdə ona layiq olmayan fikir yaratmışdır. İ.S.Məmmədov onun barəsində böhtan və təhqir xarekteri daşıyan məlumat yaymaqla onun haqqında bilərəkdən yalan məlumat yaymaqla İlqar onun cəmiyyətdəki nüfuzuna zərər vurmuşdur. Bununla da Tiktokda yayılan məlumatlar onun haqqında ictimai fikri çaşdırır və onun yaşadığı kənddə bir ana kimi mövqeyinə ciddi zərər yetirməklə yanaşı onu nüfuzdan salmışdır. Tiktokda yayılan məlumatlardan sonra o və onun yaxın qohumları dərin sarsıntı keçirmişdir. İ.Məmmədov ona qarşı şər, böhtan atmaqla tamamilə əsassız, həqiqətə uyğum olmayan məlumat yaymışdır Məhkəmə iclasında xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X2 şikayətinin icraata qəbul edilməsini və məhkəmə baxışının keçirilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (CPM) 299.1, 299.3 və 299.3.3-cü maddələrinin tələblərinə görə məhkəmənin hazırlıq iclası xüsusi ittiham qaydasında şikayətdə, irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir. Hər bir halda cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmənin hazırlıq iclasında məhkəməyə daxil olmuş xüsusi ittiham qaydasında şikayətin ona aid olub-olmaması və şikayətin məzmununun məcəllənin 293.3.1-293.3.7-ci maddələrinin müddəalarına uyğun olub-olmaması barədə məsələlərə baxılmalıdır. Məhkəmə xüsusi ittiham qaydasında verilmiş şikayəti nəzərdən keçirərək şikayətin AR CPM-nin 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun tərtib edilməməsi və şikayətin forma və məzmun baxımından qanunvericliyin tələblərinə uyğun olmaması qənaətinə gəlir. Belə ki, şikayətdə şikayət vermiş şəxsin məşğuliyyət növü göstərilməmiş, şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı sübutlarla təsdiq edildiyi qeyd edilməmiş, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxsin hansı əməlinə görə CM-nin 147.1-ci maddəsi ilə, hansı əməlinə görə CM-nin 148-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməli olması konkret olaraq göstərilməmiş, şikayətin verildiyi yer qeyd edilməmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: 302.1.3-cü maddəsinə əsasən şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazirlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edilir. 302.2.3-cü maddəsinə əsasən, məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək bu Məcəllənin 302.1.2-302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxarır. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, xüsusi ittiham qaydasında verilmiş şikayətin icraata qəbul edilməsindən imtina edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 293, 300 və 302-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X4 oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147 .1 və 148-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək cinayət məsuliyyətinə cəlb olunmasına dair xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X1 xüsusi ittiham qaydasında verilmiş şikayəti üzrə məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilməsindən imtina edilsin. Qərardan elan edildiyi andan 20 gün müddətində qərarı qəbul etmiş Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Süleyman Hacıyev
Məhkəmə qərarları › İş №1(5-163)-24/2026
Tovuz Rayon Məhkəməsi Qərar — İş №1(5-163)-24/2026
18.03.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver