Məhkəmə qərarları › İş №1(5-163)-7/2026

Tovuz Rayon Məhkəməsi Qərar — İş №1(5-163)-7/2026

27.01.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Tovuz rayon İş № 1(5-163)-7/2026 27.01.2026 TOVUZ RAYON MƏHKƏMƏSİ Baxşıyev Qafil Yavər oğlunun sədrliyi, İsayev Emin Arif oğlunun katibliyi, Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X6 iştirakı ilə X6 X7 barəsində xüsusi ittiham qaydasında şikayəti üzrə işə məhkəmə hazırlıq iclasında baxaraq MÜƏYYƏN ETDİ : X2 Ələddin Şükür oğlu barəsində xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət edərək, X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148ci maddəsinə əsasən məsuliyyətə cəlb olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, X3 rayonu Xatınlı kəndində yaşadığı evdə heç bir səbəb olmadan onun evdən çıxmayacağı təqdirdə ayıb yerini göstərərək “abunu yeyərsən və s.” bu kimi sözlər demişdir. Bununla da ona qarşı birbaşa qəsdlə Azərbaycan Respublikası CM-nin 148-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətmişdir. Odur ki, X5 Azərbaycan Respublikası CM-nin 148-ci maddəsi ilə təqsirli bilnib 1000 manat cərimə cəzası təyin edilməsinə dair ittiham hökmü çıxarılmasını xahiş etmişdir. Şikayətə əlavə olunmuş şikayətin surəti kimi göstərilmiş nüsxədə isə X6 xahişi “xx.xx.1956-cı il təvəllüdlü X7 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə xüsusi ittiham qaydasında cinayət təqibinin başlanmasını, iş üzrə məhkəmə icraatının həyata keçirilərək X7 barəsində maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, mənə vurulmuş mənəvi zərərin əvəzi olaraq 1000 (bir min) manat məbləğində pulun X4 alınaraq mənə ödənilməsi barədə qərar qəbul edəsiniz.” formasında olmuşdur. X11 məhkəmə iclasında xüsusi ittiham qaydasında verdiyi şikayəti müdafiə edərək şikayətinin nəzərə alınmasını xahiş etdi. Əlavə olaraq şikayətdə göstərdiyi şəxsin təvəllüdündə və şikayət ərizəsinin bəzi yerlərində səhv getməsini düzgün ərizə verməməsi ilə əlaqələndirərək, düzgün ərizəni evdə olan hazırkı verdiyi ərizə ilə qarışdırmasını bildirmişdir. Məhkəmə iş materiallarını tədqiq edərək belə qərara gəlir ki, X6 X7 barəsində xüsusi ittiham qaydasında verdiyi şikayətinin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilməlidir. Azərbaycan Respublikası CPM-nin 302.1.3-cü maddəsinə əsasən şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə baxışının keçirilməsindən imtina edilir. Məhkəmə iclasında müəyyən edildi ki, xüsusi ittihamçı öz ərizəsində özü barədə məlumatları, törədilmiş cinayət barədə məlumatları, yəni cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi, şikayətdə göstərilən cinayətin törədilmə hallarını hansı şahid ifadələri ilə, hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyini göstərməmişdir. Azərbaycan Respublikası CPM-nin 293.3.1-ci maddəsinə əsasən şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri, və məşğuliyyət növü, vəzifəsi); 293.3.2-ci maddəsinə əsasən törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği); 293.3.3-cü maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi; 293.3.4-cü maddəsinə əsasən şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə əvəz konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi; 293.3.5-ci maddəsinə əsasən cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş; 293.3.6-cı maddəsinə əsasən şikayətin verildiyi tarix (il, ay və gün) və yer; 293.3.7-ci maddəsinə əsasən şikayət vermiş şəxsin imzası. Göründüyü kimi xüsusi ittihamçı Azərbaycan Respublikası CPM-nin 293-cü maddəsində nəzərdə tutulan tələblərə riayət etməmişdir. Belə ki, X11 xüsusi ittiham qaydasında verdiyi şikayətdə xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X5 göstərilən əməli nə vaxt törətdiyini göstərməməklə Azərbaycan Respublikası CPM-nin 293.3.2-ci maddəsinin tələbini pozmuşdur. Bundan başqa Elza Həsənova həm özü, həm də barəsində xüsusi ittiham qaydasında şikayət verdiyi şəxs barəsində düzgün məlumat verməmişdir. İşlə bağlı məhkəmənin hazırlıq iclasında müəyyən edilən bu hal digər pozuntularla məcmu təşkil edərək işin baxışa verilməsinə mane olan haldır. Şikayət ərizəsinə əlavə olunan nüsxədə isə X6 şikayətində göstərdiyi xahiş başqa məzmun təşkil edir. X1 məsuliyyətə cəlb olunaraq cərimə cəzasına, şikayət ərizəsinin nüsxəsində isə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi barədə xahiş etməsi onun iş üzrə konkret fikrinin olmamasını göstərir. X6 X4 mənəvi zərərə görə 1000 manat məbləğində pulun alınaraq ona verilməsi barədə xahişinə də münasibət bildirərək göstərir ki, qeyd edilən tələb mülki xarakter daşıyır və mülki məhkəmə icraatı qaydasında baxıldığını şikayət vermiş şəxsin diqqətinə çatıdırır. Bundan başqa X8 əvvəlki verdiyi xüsusi ittiham qaydasında eyni məzmunlu şikayət ərizəsinə münasibətdə bildirdiyi nöqsanlara təkrar yol vermişdir. (Məhkəmənin 12 yanvar 2026-cı il tarixli 1(5-163)-5/2026 saylı iş üzrə qərarda göstərilən pozuntular aradan qaldırılmamışdır). Məhkəmə həmin tarixli keçirilmiş məhkəmə iclasında, həmçinin məhkəmə qərarında diqqətə xüsusilə çatdırmışdır ki, iş üzrə sübutlar təqdim edilməklə şikayətin xüsusatında dəqiq göstərilməlidir. Məhkəmə qanunvericiliyin tələbi nəzərə alınmaqla qeyri-müəyyən olan hala hüquqi qiymət verməyəcəyini şikayətçiyə izah edir. Belə ki, CPM-nin 293.3.3-cü maddəsinə əsasən əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi ərizədə dəqiq göstərilməlidir. X6 şikayət tələbi isə bir-iki cümlədən ibarət olmaqla “X3 rayonu Xatınlı kəndində yaşadığı evdə heç bir səbəb olmadan onun evdən çıxmayacağı təqdirdə ayıb yerini göstərərək “abunu yeyərsən və s.” bu kimi sözlər demişdir. Bununla da ona qarşı birbaşa qəsdlə Azərbaycan Respublikası CMnin 148-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətmişdir” formasında olmuşdur. Şikayətin qalan səhifələrində Ali Məhkəmənin Plenum qərarı, Azərbacan Respublikası CM-nin 148-ci maddəsi yazılmışdır. Əməlin hansı şəraitdə, hansı vaxtda, kim tərəfindən törədilməsi, həmçinin hansı sübutlarla əmələ qiymət verilməsi barədə bircə cümlə belə qeyd edilməmişdir. Məhkəməyə Elza Həsənova tərəfindən göndərilmiş Tovuz Rayon Məhkəməsinin qətnaməsinin surəti, Tovuz Rayon İcra və Probasiya Şöbəsi tərəfindən verilmiş məktubların işlə bağlılığı da ərizədə göstərilməmiş və bu hal məhkəmə tərəfindən abstrakt olaraq qiymətləndirilmişdir. Ona görə də məhkəmə hesab edir ki, xüsusi ittihamçı X6 Azərbaycan Respublikası CPM-nin 302.1.3-cü maddəsinin tələbinə görə şikayətin məzmunu bu Məcəllədə nəzərdə tutulmuş tələblərə uyğun olmadığından CPM-nin 300.1.3-cü maddəsinə əsasən şikayətin icraata qəbul edilməsindən imtina edilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 300, 302 və 384cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X6 22 yanvar 2026-cı il tarixdə məhkmənin icraatına daxil olmuş xüsusi ittiham qaydasında şikayətinin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilsin. Qərardan onun rəsmi qaydada verildiyi vaxtdan sonra 20 gün müddətində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədlik edən Qafil Baxşıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar