Azərbaycan Respublikası adından QƏRAR Yardımlı rayonu İş № 1(5-165)-2/2026 12.02.2026 YARDIMLI RAYON MƏHKƏMƏSİ X9 sədrliyi, məhkəmə iclasının katibi xx katibliyi, xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X3 nümayəndəsi, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakı ilə, X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 147.2 maddələri təqsirli bilinərək həmin maddələrin sanksiyası daxilində cəzalandırılması barədə X3 xüsusi ittiham qaydasında verdiyi şikayətinə məhkəmənin inzibati binasında, məhkəmənin hazırlıq iclasında baxaraq MÜƏYYƏN ETDİ: X6 xüsusi ittiham qaydasında şikayət ərizəsi ilə Yardımlı Rayon Məhkəməsinə müraciət edərək X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 147.2 maddələri təqsirli bilinərək həmin maddələrin sanksiyası daxilində cəzalandırılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırmışdır ki, X1 Rayon Mərkəzi Xəstəxanasının direktoru vəzifəsində işləyir.xx.xx.2026-cı il tarixdə O, Yardımlı şəhəri H.Əliyev prospektində şəxsi nəqliyyat vasitəsi ilə hərəkətdə olarkən yanından ** MU *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi keçmişdir. Həmin vaxt sonradan tanıdığı Vüsal Zeynalov adlı şəxsin deməsinə görə o, qəza şəraiti yaratmışdır və bu barədə o, həmin vaxt DİN-nin 102 xidməti zəng sisteminə məlumat vermişdir. Məlumat Yardımlı rayon Polis şöbəsində araşdırılmış və hər hansı bir qanun pozuntusu aşkar edilmədiyi üçün toplanmış material Yardımlı RPŞdə işə alınmışdır. Daha sonra X7 xx.xx.2026-cı il tarixdə «Tik-Tok» sosial şəbəkəsində «vusalkelbecerli» istifadəçi adı ilə onun şəxsiyyətinə, peşə fəaliyyətinə və dövlət funksioneri kimi nüfuzuna qarşı qəsdən yönəldilmiş, kütləvi şəkildə təbliğ olunan yalan və təhqiramiz məlumatlar yaymışdır. O, təxribatını daha da dərinləşdirərək, onun razılığım olmadan, övladı ilə birgə çəkilmiş şəxsi şəklini «Tik- Tok» platformasında yayımlamış və paylaşımda onun haqqında «rüşvətxor» kimi təhqiramiz ifadələr işlətmişdir. Bu, həm şəxsi həyatını müdafiə etmək hüququna, həm də dövlət funksionerinin şərəf və ləyaqətinə toxunmaqla dövlət orqanlarına olan etimada qəsd kimi qiymətləndirilir. X2-Tok sosial şəbəkəsində yaydığı məlumatda qeyd etmişdir ki, «Yardımlı Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Ravil Qənbərov xx.xx.2026-cı il tarixdə hadisə yerindən qaçmışdır, yalan danışan adamdır, rüşvətxordur, əgər o mənə 1500 manat pulu axşam saat 8-ə qədər çatdırmasa mən onun ünvanına söyüşlər verəcəm və bununla bağlı lazım olan qanuni və qeyri-qanuni hərəkətləri edəcəyəm». Daha sonra Vüsal Kəlbəcərli yaydığı məlumatlarda onu şantaj etmək cəhdinə gəlmişdir. O, «Whatsapp» tətbiqi vasitəsilə onun istifadəsində olan 050 448 31 38 mobil telefon nömrəsi ilə əlaqə saxlayaraq, ondan 1500 (min beş yüz) manat məbləğində pul tələb etmiş və “Whatsapp” tətbiqi vasitəsilə ona kard atmışdır. O, pulu vermədiyi təqdirdə onun haqqında daha çox böhtan xarakterli materiallarını yayacağı ilə hədələmişdir. Məhkəmənin hazırlıq iclası barədə vaxtında məlumat verilmiş xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X6 nümayəndəsi vasitəsi ilə məhkəmədə təmsil olunsa da, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X7 məhkəmənin hazırlıq iclasına gəlməmiş, lakin xx.xx.2026-cı il tarixdə məhkəməyə teleqram göndərərək səhətində olan problemlə əlaqədar məhkəmə iclasında iştirak edə bilməcəyini göstərmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 299.11-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasını barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X4 iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə xüsusi ittiham qaydasında şikayət vermiş şəxsin nümayəndəsini dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, xüsusi ittiham qaydasında şikayət məhkəmə baxışına təyin edilmədən baxılması üçün aidiyyəti üzrə Bərdə Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, məhkəməyə təqdim edilmiş xüsusi ittiham qaydasında şikayətdən görünür ki, xüsusi ittiham qaydasında şikayət vermiş şəxs onun təhqir edilməsi ilə bağlı hərəkətlərin «TikTok» sosial şəbəkəsində paylaşılaraq yayıldığını iddia etmişdir. Məhkəmə «Tik Tok» sosial şəbəkəsinin xaricdə qeydiyyata alındığını, şikayətdə barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X4 ünvanının ünvan 1ə informasiya sistemi»ndə sonuncunun Bərdə rayonu, Qaradəmirçi Ərazi Dairəsi, birinci Qaradəmirçi kəndində qeydiyyatda olmasını nəzərə alaraq hesab edir ki, xüsusi ittiham qaydasında verilmiş şikayətə Yardımlı Rayon Məhkəməsində baxılmaması aşağıdakılara əsasən istisna olunur. Belə ki, Məhkəmə xüsusi ittiham qaydasında şikayət ərizəsində təhqir olması iddia olunan ifadələrin «Tik Tok» sosial şəbəkəsində yayımladığını, həmin internet informasiya ehtiyatlarının xaricdə qeydiyyata alındığını və Azərbaycan Respublikası ərazisində hüquqi ünvanlarının olmamasını nəzərə alaraq şikayətə barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxsin qeydiyyat ünvanı üzrə baxılmasını qanuni hesab edir. «Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli 3 nömrəli Qərarının 12-ci bəndi ilə məhkəmələrin diqqətinə çatdırılmışdır ki, xüsusi ittiham qaydasında şikayətlərə məhkəmələrdə baxılması aidiyyəti CPM-nin 74.1-74.4 və 74.8-ci maddələrinə əsasən müəyyən edilir. Kütləvi informasiya vasitələrində dərc edilməklə və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatlarında yerləşdirilməklə böhtan və ya təhqir xarakterli məlumatların yayılması ilə əlaqədar verilmiş şikayətlərə kütləvi informasiya vasitələrinin (internet informasiya ehtiyatlarının) hüquqi ünvanı üzrə birinci instansiya məhkəmələri tərəfindən baxılır. Hüquqi ünvan dedikdə kütləvi informasiya vasitələrinin (internet informasiya ehtiyatlarının) müvafiq icra hakimiyyəti orqanı tərəfindən qeydiyyata alınarkən müəyyən edilmiş ünvanı başa düşülür. Kütləvi informasiya vasitəsinin (internet informasiya ehtiyatının) hüquqi ünvanı məlum olmadıqda, yaxud da onlar xaricdə qeydiyyata alındıqda xüsusi ittiham qaydasında şikayətə təhqir və ya böhtan xarakterli məlumatları belə kütləvi informasiya vasitələrində (internet informasiya ehtiyatlarında) yaymış şəxsin Azərbaycan Respublikasında axırıncı yaşayış yeri üzrə fəaliyyət göstərən məhkəmə tərəfindən baxılır. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin 1-ci hissəsinə əsasən yaşayış yeri Azərbaycan Respublikası vətəndaşı barədə yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə müəyyən edilir. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə əsasən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Azərbaycan Respublikasının «Məhkəmələr və hakimlər» haqqında qanununun 15-ci maddəsinə əsasən işlərin Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş məhkəmə aidiyyətinin dəyişdirilməsi qadağandır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: 67.4-cü maddəsinə əsasən hər bir rayon (şəhər) məhkəməsinə yalnız onun yurisdiksiyasında baş vermiş cinayətlərlə bağlı işlər aiddir. 74.1-ci maddəsinə əsasən cinayət işinə və digər materiala cinayətin törədildiyi yerin fəaliyyət dairəsinə aid olan birinci instansiya məhkəməsində baxılır. 75.1-ci maddəsinə əsasən cinayət işinin məhkəmənin icraatına qəbul edilməsi məsələsi həll edilərkən onların məhkəmə aidiyyəti mütləq yoxlanılmalıdır. Məhkəməyə daxil olmuş cinayət işinin və ya digər materialın həmin məhkəməyə aid olmadığı müəyyən edildikdə, məhkəmə onu aidiyyəti üzrə göndərməlidir. 302.1.1-ci maddəsinə əsasən şikayət həmin məhkəməyə aid olmadıqda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. 302.2.1-ci maddəsinə əsasən məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək bu Məcəllənin 302.1.1-ci maddəsində nəzərdə tutulmuş halda xüsusi ittiham qaydasında şikayətin məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə qərar çıxarır. 302.3-cü maddəsinə əsasən məhkəmənin hazırlıq iclasında həmin işin məhkəməyə aid olmadığını müəyyən etdikdə belə qərarın qəbul edilməsinin hüquqi əsaslarını və işin göndərildiyi məhkəməni göstərməklə, məhkəmə cinayət işinin məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə qərar çıxarır. Məhkəmənin hazırlıq iclasında xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X3 nümayəndəsi, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi xüsusi ittiham qaydasında şikayətin və şikayət əsasında toplanmış materialların aidiyyəti üzrə baxılması üçün digər məhkəməyə göndərilməsinə etiraz etmədiyini bildirmişdir. Beləliklə, məhkəmə qanunvericiliyin yuxarıda sadalanan müddəalarını nəzərə alaraq hesab edir ki, xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə baxışının keçirilməsindən imtina edilməli və X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 147.2 maddələri təqsirli bilinərək həmin maddələrin sanksiyası daxilində cəzalandırılması barədə X3 xüsusi ittiham qaydasında şikayəti və şikayət əsasında toplanmış 1(5-165)-02/2026 nömrəli materiallar aidiyyəti üzrə baxılması üçün Bərdə Rayon Məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 74, 298-300, 302-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ:
1. Xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə baxışının keçirilməsindən imtina edilsin.
2. X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 147.2 maddələri təqsirli bilinərək həmin maddələrin sanksiyası daxilində cəzalandırılması barədə X3 xüsusi ittiham qaydasında şikayəti və şikayət əsasında toplanmış 1(5-165)-02/2026 nömrəli materiallar aidiyyəti üzrə baxılması üçün Bərdə Rayon Məhkəməsinə göndərilsin.
3. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Yardımlı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
X12