Azərbaycan Respublikası adından HÖKM Babək şəhəri İş № 1(5-85)-3/2026 12.03.2026 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Hakim Əhmədova Aynur Əvəz qızının sədrliyi, Məhkəmə iclas katibi Əliyev İsmayıl Kamal oğlunun katibliyi, Dövlət ittihamçısı Naxçıvan Muxtar Respublikası X2 Müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçisi Naxçıvan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1997-ci ildə Babək rayonu Hacıvar kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli (himayəsində bir azyaşlı uşağı olan), X6 nəzarətçi işləyən, əvvəllər məhkum olunmamış, Babək rayonu Hacıvar kəndində qeydiyyatda olmaqla yaşayan və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs vahid niyyətlə özgənin əmlakını gizli yolla talamaqla xx.xx.2025ci il tarixdə saat 02 radələrində qəsdən tamah məqsədilə Babək rayon Hacıvar kəndində “X4” MMC tərəfindən tikintisi aparılan Hacıvar kənd tam orta məktəbin qarşısında yol kənarında olan 1.5x3 ölçülü, 103 metr uzunluğunda 206 (iki yüz altı) manat dəyərində mis elektrik naqilini və xx.xx.2025-ci il tarixdə saat 01:30 radələrində eyni qayda ilə Babək rayon Hacıvar kəndində “X4” MMC tərəfindən tikintisi aparılan Hacıvar kənd tam orta məktəbin qarşısında yol kənarında olan 610 metr uzunluğunda 915 (doqquz yüz on beş) manat dəyərində olan şəbəkə kabelini gizli olaraq talamaqla oğurluq etmiş və sonuncuya ümumilikdə 1121 (min yüz iyirmi bir) manat maddi ziyan vurmuşdur. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CМ-in 177.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMin 177.1-ci maddəsi ilə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2025-ci ilin sentyabr ayında Babək rayonu Hacıvar kəndinin tam orta məkbətində tikinti işləri getdiyindən, həmin işlərdə elektrik kimi işləmək üçün müraciət etmişdir. Lakin onun rəsmi iş yeri olduğu üçün orada olan saatlarla hazırki müraciət etdiyi iş yerinin saatları üst-üstə düşdüyündən iş alınmamışdır. Daha sonra yaşadığı evə dönərkən, evin yaxınlığında yolun kənarına düzülmüş elektrik naqilləri və şəbəkə kabellərini görmüşdür. Bundan sonra həmin günün təxmini gecə saat ikinin yarısı – iki radələrində həmin naqillərdən bir az kəsib götürmüşdür ki, şübhə yaratmasın. Sonradan orada həm də şəbəkə kabellərini görmüş, lakin hamısının birlikdə aparılması mümkünsüz olduğundan həmin kabelləri növbəti dəfə götürəcəyini düşünmüşdür. Bundan sonra kəsib götürdüyü naqilləri həmin ərazidən 150- 200 metr aralığında olan “Park” deyilən və əsasən ağaclıqdan ibarət olan yerdə gizlətmişdir. Daha sonra tanışı Tofiqə məxsus avtomobilə həmin kabelləri yükləmiş və “Evim Store” adlı mağazaya aparmışdır. Orada olan müştərilərin getməsini gözləmiş və onlar getdikdən sonra naqillərin qiyməti ilə maraqlanmış, daha sonra özünə məxsus olan Türkiyə Respublikasından gətirdiyi, lakin hazırda ona lazım olmayan 100 metr uzunluğunda elektrik naqili olduğunu bildirmiş, satıcı ilə razılaşdıqdan sonra həmin naqilləri 90 manata satmışdır. Bundan bir həftə sonra təkrarən həmin ərazidə olan şəbəkə naqillərini eyni qaydada götürüb, həmin ağaclıq olan ərazidə otluğun içərisində gizlətmişdir. Həmin günü gecə radələrində tanışı Tofiqlə birlikdə Nehrəm qəsəbəsində restoranların birində yeyib içdikdən sonra Tofiqə məxsus avtomobili idarə etmiş və kabelləri gizlətdiyi yerə gələrək, həmin kabelləri Tofiqin avtomobilinə yükləmişdir. Tofiq kabellərlə bağlı maraqlandıqda özünə aid olduğunu, Türkiyədən gətirdiyini bildirmişdir. Eyni zamanda, o, Tofiqə həmin kabellərin avtomobildə qalmasını, səhərisi gün isə qardaşına məxsus mağazaya gətirməsini bildirmişdir. Səhərisi gün həmin kabelləri qardaşının mağazasının anbarına yığmışdır. Qardaşı kabellər barədə məlumatı olsa da, bunu gec öyrənmişdir. Qardaşı Samiq kabellərin kimə məxsus olması barədə soruşduqda o, kabellərin “ArazNet” internet şirkətinə məxsus olduğunu və gəlib götürəcəklərini demişdir. Üzərindən bir müddət sonra oktyabr ayında polis əməkdaşları məlumat almış və mağazaya gəlmişlər, o, törətdiyi əməli etiraf edərək, polis əməkdaşları ilə birlikdə İdarəyə getmişdir. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, oğurlanmış bütün naqillər zərərçəkmiş hüquqi şəxsə qaytarılmış, ziyan ödənilmişdir. Sonda isə əməlindən peşman olmasını, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi barışmasını, ilk dəfə belə bir əməli törətməsini nəzərə alaraq məhkəmədən ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqında zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi qismində dindirilmiş Nümayəndə ifadəsində göstərmişdir ki, hadisə ilə bağlı hazırda tarixini dəqiq xatırlamır, lakin təxmini 2025-ci ilin 15-16 oktyabrında Babək rayon Polis İdarəsindən zəng edərək məktəbdə tikinti materiallarından oğurluq olduğunu deyərək onu Polis İdarəsinə dəvət etmişlər. Həmin vaxta qədər hadisə ilə bağlı məlumatı olmamışdır. O, Babək Rayon Polis İdarəsinə getmiş, ifadə vermiş, kabellərə dair qaimə fakturalara polis əməkdaşlarına təqdim etmiş, daha sonra məhsullarla bağlı qiymətləndirmə aparılmışdır. Qiymətləndirmə nəticəsində oğurlanmış kabellərin qiyməti 1121 manat müəyyən edilmişdir. Verilmiş suallara cavab olaraq bildirdi ki, təqsirləndirilən şəxslə hazırda barışmışdır. Onlara dəymiş ziyan tamamilə ödənilmişdir. Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Bununla bağlı zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi ilə barışıq əldə etmiş və məhkəməyə ərizə təqdim etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, mənə məxsus mağazada bəzi hallarda qardaşı Təqsirləndirilən şəxs olmuşdur. Təxminən 25 sentyabr 2025-ci il tarixdə marketdə olan zaman anbara baxmış, orada internet kabellərinin olduğunu görüb bu barədə qardaşı Təqsirləndirilən şəxs soruşmuş, o həmin kabellərin kənd ərazisində internet xəttləri çəkən “Araznet” şirkətinə məxsus olduğunu demiş, daha sonra o həmin kabellərə toxunmamış və anbarda qalmış, bir neçə gündən sonra isə polis əməkdaşları marketə yaxınlaşaraq baxış keçirdərək həmin kabellərin oğurluq olduğunu bildirərək götürmüş, bu zaman o həmin kabellərin qardaşı Təqsirləndirilən şəxs tərəfindən Hacıvar kəndində tikintisi aparılan Hacıvar kənd məktəbindən oğurladığını öyrənmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 qızı ifadəsində göstərmişdir ki, Natiq onun həmkəndlisidir. Hazırda dəqiq xatırlamadığı tarixdə Natiq kabeli olduğunu və həmin kabeli şəhərdə satmalı olduğunu demiş, o isə taksi kimi Natiqlə birlikdə onların öz məhəllələrindən yol kənarından kabeli götürərək “57-nin bazarı” təsərrüfat malları mağazasına getmiş, həmin vaxt maşında oturub gözləmiş, Natiq Kabeli də götürərək mağazaya getmiş, birazdan sonra kabeli sataraq maşına geri qayıtmışdır. Daha sonra üzərindən bir müddət keçdikdən sonra Natiqlə birlikdə Nehrəm qəsəbəsində yerləşən restoranların birində yeyib-içdikdən sonra o içkili olduğu üçün Natiq onun avtomobilini idarə etmiş və Hacıvar kəndinə getmişlər, kəndə çatan zaman Natiq Hacıvar məktəbinin yanındakı parkın yaxınlığında yol kənarında dayanmış, orada avtomobilin arxa yük hissəsinə iki ədəd bağlama qoymuş, onların nə olduğunu soruşan zaman Natiq “elektrik kabelidir, qalsın avtomobildə sabah gətirib marketə qoyarsan” demiş, səhərisi gün o həmin kabelləri Natiqin qardaşı Samiqin ərzaq mağazasına aparmış və Natiq götürüb mağazaya qoymuşdur. Natiqin oğurluq etməsindən məlumatı olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, “Evim Store” təsərrüfat malları mağazasında satıcı kimi işləyir, təxminən xx.xx.2025-ci il tarixdə mağazada olan zaman tanımadığı bir nəfər şəxs mağazaya gələrək mağazada olan məhsullara baxmış, kabellərlə malların qiymətini soruşmuş, sonra həmin şəxs Türkiyədən öz istifadəsi üçün elektrik kabelini aldığını, kabeldən 100 metr artıq qaldığını və həmin kabeli satmaq istədiyini demiş, ona razılıq verdikdən sonra həmin şəxs çölə çıxıb kabelin topunu gətirmiş, həmin kabellərin 1 metri üçün metri 0.90 azn-dən hesablayaraq həmin şəxsə 90 manat pul verib kabeli almışdır. Üzərindən bir həftə sonra isə polis əməkdaşları mağazaya gəlib, həmin kabellərin oğurluq olduğunu bildirmişlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işi başlamaq və icraata qəbul etmək haqqında” 05 noyabr 2025-ci il tarixli qərarından görünür ki, cinayət işi Babək Rayon Polis İdarəsinin İstintaq və Təhqiqat Bölməsinin təhqiqatçısı, polis baş leytenantı Oruc Həşimov tərəfindən Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə başlanmışdır. (İş v.1) 14 oktyabr 2025-ci il tarixli raportdan görünür ki, Babək Rayon Elektrik Şəbəkəsində nəzarətçi işləyən, Babək rayonu, Hacıvar kənd sakini Təqsirləndirilən şəxs tərəfindən elektrik və müşahidə kameralarına məxsus naqilləri oğurlayaraq satması barədə əməliyyat məlumatı daxil olmuşdur. (İş v.6) 14 oktyabr 2025-ci il tarixli baxış protokolundan görünür ki, hadisənin baş verdiyi yer Babək rayonu Hacıvar kəndində yerləşən hal-hazırda tikintisi davam edən Hacıvar məktəbinin qarşısıdır. Məktəbin qarşısında 103 metr 1.5x3 ölçüdə mis elektrik kabelinin və uzunluğu 610 metr olan şəbəkə kabelinin oğurlanması müəyyən edildi, lakin baxış zamanı sübut əhəmiyyətli hər hansı əşya götürülmədi. (İş v.13-15) 14 oktyabr 2025-ci il tarixli baxış aparılması haqqında protokoldan görünür ki, 14 oktyabr 2025-ci il tarixdə Təqsirləndirilən şəxs elektrik kabeli oğurlanması ilə əlaqədar qardaşı Şahid1 məxsus ərzaq mağazasına baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs Hacıvar kənd məktəbinin tikintisində istifadə olunan elektrik kabellərini oğurlayaraq ərzaq mağazasının anbarına qoyduğu müəyyən olunaraq götürülümüşdür. (İş v.21-23) 14 oktyabr 2025-ci il tarixli baxış protokoldan görünür ki, Təqsirləndirilən şəxs Hacıvar kənd məktəbinin tikintisindən oğurladığı elektrik kabelini Naxçıvan şəhəri Sabir küçəsində yerləşən “Evim Store” təsərrüfat malları mağazasına baxış keçirlmiş və baxış zamanı mağazada olan Təqsirləndirilən şəxs satdığı uzunluğu 100 metr olan 1.5x3 ölçüdə olan elektrik kabeli aşkar olunaraq götürülmümşdür. (İş v. 31-33) X1 daxil olmuş xx.xx.2025-ci il tarixli NQM 068-10/25 nömrəli ekspert rəyindən görünür ki, ekspertizaya təqdim edilən 103 metr 1.5x3 ölçüdə olan mis elektrik naqilinin orta bazar qiyməti 206 manat, uzunluğu 610 metr olan şəbəkə kabelinin orta bazar qiyməti 915 manat olmaqla ümumilikdə 1121,00 (bir min yüz iyirmi bir) manat təşkil edir. (İş v. 58-66) “Zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin tanınması haqqında” 15 noyabr 2025-ci il tarixli qərarından görünür ki, ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş hüquqi şəxsin Zərərçəkmiş şəxs MMC-nin nümayəndəsi qismində Nümayəndə tanınmışdır. (İş v. 89-90) “Maddi sübutun tanınması haqqında” 17 noyabr 2025-ci il tarixli qərardan görünür ki, hadisə yerinə baxış zamanı götürülmüş 103 metr 1.5x3 ölçülü mis elektrik naqili və 610 metr uzunluqda şəbəkə kabeli 17 noyabr 2025-ci il tarixli qərarla cinayət işi üzrə maddi sübut hesab edilmişdir. (İş v. 100-101) 24 dekabr 2025-ci il tarixdə Təqsirləndirilən şəxs Babək Rayon Polis İdarəsinin İstintaq və Təhqiqat Bölməsinin müstəntiqi, polis kapitanı Hüseyn Hüseynov tərəfindən Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə nəzərdə tutulan ittiham elan edilmiş, həmin tarixli qərarla müstəntiq tərəfindən Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilmişdir. (iş.v. 115-116, 125-127) "xxxx" ASC Naxçıvan RETSİ-nin X7 13 yanvar 2026-cı il tarixli məktubundan və ona əlavə edilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs həqiqətən xx.xx.2019-cu ildən xx.xx.2025-ci ilədək Naxçıvan MR Dövlət Energetika Xidmətinin Babək rayon Elektrik Şəbəkəsində elektrik avadanlıqlarının təmiri və xidməti üzrə elektrik montyoru vəzifəsində işləmiş, qeyd olunan təşkilatın ləğv olunması ilə əlaqədar olaraq o, xx.xx.2025-ci il tarixdən etibarən "xxxx" ASC-nin X8 Təchizatı və Satışı İdarəsinin X6 eyni vəzifədə işləyir. (İş v. 142- 143) 16 yanvar 2026-cı il tarixli əşyanın təhvil verilməsi haqqında aktdan görünür ki, Zərərçəkmiş şəxs MMC-dən oğurlanmış və həmin cinayət işi ezrə maddi sübut hesab edilmiş, 103 metr 1,5x3 ölçüdə mis elektrik kabeli və 610 metr uzunluğunda olan şəbəkə kabeli Nümayəndə təhvil verilmişdir. (İş v.155) Məhkəmə-psixiatrik ekspertizasının 10 yanvar 2026-cı il tarixli 9 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hər hansı bir psixi xəstəliyi yoxdur, o anlaqlıdır, həmçinin onun anlaqlılığı istisna etməyən psixi pozuntusu yoxdur. Təqsirləndirilən şəxs cinayət hadisəsini törədərkən öz əməlinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və idarə etmək qabiliyyətində olmuşdur və hazırda öz əməlinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və idarə etmək qabiliyyətindədir. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. (İş v.159-161) Naxçıvan MR Y.Budaqov adına X3 xx.xx.2026-cı il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs dispanserdə narkomaniyaya, alkoqolizmə və ruhi xəstəliyə görə dispanser qeydiyyatda dayanmır. (İş v.164) Naxçıvan MR DİN-nin Babək RPİ-nin UQSİQ-də ünvanlanmış tələbnaməyə xx.xx.2025ci il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmuşdur. (İş v.78) Məhkəmə iclasında təqdim olunmuş zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə ərizədən görünür ki, ziyan ödənilmişdir, o, Təqsirləndirilən şəxs ilə barışmışdır, onun təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur, gələcəkdə də olmayacaqdır. “Elektron Məhkəmə” İnformasiya Sistemindən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2023-cü il təvəllüdlü X9 vardır. “Elektron Məhkəmə” İnformasiya Sistemindən xx.xx.2026-cı il tarixinə olan sorğulanmaya dair çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs "xxxx" ASC-nin X8 Təchizatı və Satışı İdarəsinin X6 elektrik montyoru, elektrik avadanlıqlarının təmiri və xidməti üzrə elektrik monyoru vəzifəsində işləyərək 756 manat məbləğində əmək haqqı alır. Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin İİ hissəsinə görə, hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəllənin 33.1-ci maddəsinə görə hakimlər, cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. CPM-nin 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. CPM-nin 145.1-ci maddəsinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərər çəkmiş hüquqi şəxsin nümayəndəsinin, şahidlərin ifadəsi, habelə cinayət işi üzrə istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 mart 2005-ci il tarixli Qərarında göstərilir ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir (2-ci bənd); təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti başa çatmış hesab edilir (7-ci bənd); talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir. Talanmış əmlakın qiyməti barədə məlumat olmadıqda talanmış əmlakın qiyməti ekspert rəyi ilə müəyyən edilə bilər (27-ci bənd). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama – üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. 44-cü maddəsinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız bu Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə Hökmü haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən təqsirin sübuta yetirilmiş hesab edilməsi haqqında nəticəni CPM-in 351.3-cü maddəsi məhkəmənin bu Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə təsdiqedici cavab verməsi, habelə CPM-in 351.3.1-351.3.4-cü maddələrində təsbit edilən tələblərin hər biri nəzərə alındığı yəni, təqsirsizlik prezumpsiyası rəhbər tutulduğu, CPM-də nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihama baxıldığı və bu prosessual qaydalara riayət edilməklə nəticələr əldə edildiyi, o cümlədən məhkəmənin qənaəti məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslandığı, təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilinməyən şübhələr onun xeyrinə şərh edildiyi vəziyyətdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gələ bilməsi ilə şərtləndirmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimaitəhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək səmimi peşmançılıq çəkməsini, ziyanı ödəyib, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi ilə barışıq əldə etməsini, himayəsində bir azyaşlı uşağının olmasını nəzərə alır və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.1, 59.1.4, 59.1.12 və 59.1.13-cü maddələrinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Eyni zamanda məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs həm məhkəməyədək icraat dövründə, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini boynuna alması, iş yerinin olmasını və iş yerindən verilmiş, cinayət işinin materiallarında olan xasiyyətnamə ilə müsbət xarakterizə olunmasını onun şəxsiyyətini müsbət səciyyələndirən hal kimi nəzərə alınmalıdır. Məhkəmə törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cəzasını yüngülləşdirən hallarının olmasını və ağırlaşdıran halların olmamasını, zərərçəkmiş şəxsə vurulmuş ziyanın ödənilməsini, zərərçəkmiş hüquqi şəxsin təqsirləndirilən şəxslə barışmasını, ona qarşı şikayət və tələbinin olmamasını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş islah işləri cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Belə ki, təqsirləndirilən şəxs əmək müqaviləsi var, əmək fəaliyyəti ilə məşğul olur və müəyyən qədər qazanc əldə edir. Təqsirləndirilən şəxsin qazancından dövlət nəfinə müəyyən faiz məbləğində pul tutulması məqsədəuyğundur və cəzanın məqsədlərinə nail olunmasına xidmət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 60.1-ci maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. 49.1-ci maddəsinə əsasən islah işləri iki aydan iki ilədək müddətə təyin edilir və həmin cəza məhkumun iş yeri üzrə çəkilir. 49.2-ci maddəsinə əsasən islah işlərinə məhkum olmuş şəxsin qazancından dövlət nəfinə beş faizdən iyirmi faizədək məbləğdə pul tutulur. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən məhkumların islah edilməsi-onlarda qanuna itaətin həvəsləndirilməsi, insana, cəmiyyətə, əməyə, birgəyaşayış qayda və ənənələrinə hörmət və ehtiramın formalaşdırılmasıdır. 15-1.2-ci maddəsinə əsasən probasiya nəzarəti tətbiq edilən şəxslər siyahısında cərimə, nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə, ictimai işlər, islah işləri, azadlığın məhdudlaşdırılması növündə cəzalara məhkum edilmiş şəxslər vardır. 40-cı maddəsinə əsasən islah işləri növündə cəza məhkumun əsas iş yeri üzrə çəkilir. 42.1-ci maddəyə əsasən islah işləri növündə cəza çəkən məhkumların islah edilməsi onların ictimai-faydalı əməkdə iştirakı əsasında həyata keçirilir. 43.1-ci maddəyə görə islah işləri növündə cəzanın çəkilməsi hökm qanuni qüvvəyə mindiyi gündən icraya yönəldilir. 43.3-cü maddəyə görə işsiz məhkum özü işə düzəlməli və ya icra məmurunun iştirakı ilə məşğulluq xidməti orqanında qeydiyyata durmalıdır. Məhkum məşğulluq xidməti orqanının ona təklif etdiyi işdən imtina edə bilməz. 44.1-ci maddəyə görə islah işləri növündə cəzaya məhkum olunmuş şəxslərin qazancından cəzanın icrası müddəti ərzində məhkəmənin hökmü ilə müəyyən edilmiş məbləğdə və bu Məcəllədə nəzərdə tutulmuş qaydada dövlət nəfinə pul tutulur. Təqsirləndirilən şəxs həm yaşayış yerinin, həm də iş yerinin Babək rayonu olduğundan Babək rayonu üzrə probasiya xidmətini Babək rayon İcra və Probasiya İdarəsi həyata keçirir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Beləliklə, məhkəmə araşdırmasının yekunu olaraq Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirli bilinərək və ona, qazancından dövlət nəfinə 10 (on) faiz məbləğində pul tutulmaqla islah işləri növündə cəza təyin edilməli, cəzanın əvvəli Təqsirləndirilən şəxs işlədiyi və qazancından tutulmalar aparılmağa başlandığı vaxtdan hesablanmalı, hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri qüvvəsində saxlanılmalı, hökmün icrasına nəzarət Babək rayon İcra və Probasiya İdarəsi həvalə olunmalı, maddi sübut qismində tanınmış 103 metr 1,5x3 ölçüdə mis elektrik kabeli və 610 metr uzunluğunda olan şəbəkə kabeli Nümayəndə təhvil verilməsi nəzərə alınmalıdır. Azərbaycan Respublikası CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.3-cü maddələrinə uyğun olaraq Təqsirləndirilən şəxs hüquqlarını məhkəmə istintaqı zamanı Vəkillər Kollegiyasının üzvü Müdafiəçi müdafiə etmişdir. Cinayət işinin materiallarında olan arayışdan müəyyən olunur ki, vəkil Müdafiəçi təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 30 (on iki) saat vaxt sərf etmişdir. CPM-nin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2025-ci il tarixli, 141 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 11 (on bir) manat miqdarında əmək haqqı ödənilməlidir. Buna görə də məhkəmə hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs, məhkəmədə dövlət hesabına göstərdiyi pulsuz hüquqi yardıma görə 30 (otuz) iş saatı üçün 330 manat məbləğində vəsait müdafiəçisi Naxçıvan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Naxçıvan şəhər Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona, qazancından dövlət nəfinə 10 (on) faiz məbləğində pul tutulmaqla, 01 (bir) il müddətə islah işləri növündə cəza təyin edilsin. Cəzanın əvvəli Təqsirləndirilən şəxs işlədiyi və qazancından tutulmalar aparılmağa başlandığı vaxtdan hesablansın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri qüvvəsində saxlanılsın. Hökmün icrasına nəzarət Babək rayon İcra və Probasiya İdarəsinə həvalə edilsin. Cinayət işi üzrə maddi sübut qismində tanınmış 103 metr 1,5x3 ölçülü mis elektrik naqili və 610 metr uzunluqda şəbəkə kabelin zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə qaytarılması nəzərə alınsın. İş üzrə mülki iddianın, ekspertiza xərcinin və xüsusi müsadirənin olmaması nəzərə alınsın. Vəkil Müdafiəçi Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə sərf etdiyi 30 (otuz) saata görə Azərbaycan Respublikasının dövlət büdcəsindən 330 manat tutularaq Naxçıvan şəhər Vəkil Bürosunun hesablaşma hesabına ödənilsin. Həmin məbləğin qanunla müəyyən edilmiş qaydada və miqdarda vəkil Müdafiəçi ödənilməsi Naxçıvan şəhər Vəkil Bürosuna həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Babək Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qanunda nəzərdə tutulmuş müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim Aynur Əhmədova
Məhkəmə qərarları › İş №1(5-85)-3/2026
Naxçıvan MR Babək Rayon Məhkəməsi Hökm — İş №1(5-85)-3/2026
12.03.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver