Məhkəmə qərarları › İş №1(5-93)-15/2026

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(5-93)-15/2026

26.02.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(5-93)-15/2026 26.02.2026 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Sadıqova Aynurə Vahid qızının sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Bəbirov Qədir Nadir oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X13 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1998-ci ildə Gədəbəy rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, “Lake Hotel”in faktiki icarədarı vəzifəsində işləmiş, əvvəllər məhkum olunmamış, Gədəbəy rayonu, Novoivanovka ərazi darəsi, Novoivanovka kəndində qeydiyyatda olmaqla, Abşeron rayonu, Masazır kəndi, nömrəsiz fərdi yaşayış evində yaşamış, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra- CM) 162.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamdan görünür ki, Təqsirləndirilən şəxs sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs Şahid1 xüsusi mülkiyyətində olan Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 2988,7 kvadrat metr təşkil edən “Lake Hotel” adlı, mehmanxana və ictimai iaşə xidmətləri göstərən qeyri-yaşayış sahəsini müvafiq təhlükəsizlik tələblərinə riayət olunması vəzifəsinin ona həvalə olunduğu 01 iyul 2021-ci il tarixli 03 nömrəli müqaviləyə əsasən mülkiyyətçidən icarəyə götürüb Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində xx.xx.2021- ci il tarixdə uçota alınaraq ********** saylı “VÖEN” əsasında faktiki surətdə icarə münasibətlərini davam etdirib, işçilərin seçilməsi, işə qəbulu, işlərin planlaşdırılması, işin təşkili, əmək intizamının gözlənilməsi, həmçinin pul vəsaitlərinin dövriyyəsi, gəlirlərin, icarə haqqının vaxtında, düzgün və tam həcmdə yığılması, ödənilməsi səlahiyyətlərinin yerinə yetirilməsində, iaşə obyektinin idarəçiliyinin həyata keçirilməsində ifadə olunan təşkilati- sərəncamverici funksiyalara malik şəxs kimi xidməti qulluq vəziyyətinin xarakterinə görə texniki-təhlükəsizlik və əmək mühafizəsi qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi kollegiyasının 15 noyabr 2005-ci il tarixli 24-2 №-li qərarı ilə təsdiq edilmiş “Bütün sahələr üçün ümumi olan qulluqçu vəzifələrinin Vahid X27 əsasən təhlükəsiz və əlverişli iş şəraitinin yaradılmasına cavabdeh olan şəxs kimi 21 noyabr 2025-ci il tarixdə saat 11 radələrində “Müəssisədə işçilərin əməyinin mühafizəsi üzrə təlimi və biliklərinin yoxlanılması haqqında Nümunəvi Əsasnamə”nin 4.6-cı bəndlərinin tələblərinə zidd olaraq otelin pəncərələrinin silinərək təmizlənməsi məqsədilə həmin obyektdə ofisiant vəzifəsində işləyən xx.xx.2005-ci il təvəllüdlü X58, xx.xx.2007-ci il təvəllüdlü X47, xx.xx.1998-ci il təvəllüdlü X35, xx.xx.2006-cı il təvəllüdlü X59 əməyin mühafizəsi və təhlükəsizlik texnikasına dair təlimat keçmədən və biliklərini yoxlamadan onların xidməti vəzifələrinə aid olmayan şüşə silmək üçün istifadə ediləcək, otelin qarşısındakı ərazidən hündürlüyü 5,75 metr olan təkərli iskələ (ayaqaltı) mexanizminin otelə gətirilməsi barədə tapşırıq verib təhlükəliliyinə görə xüsusi qaydalara əməl olunmaqla reallaşmalı olan həmin işin görülməsi zamanı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 may 2024-cü il tarixli Qərarı ilə təsdiq olunmuş “Elektrik şəbəkələrinin mühafizə zonalarının ölçüləri və həmin ərazilərdə təsərrüfat işlərinin aparılmasına dair Tələblərin 3.1.6-cı bəndinin tələblərini pozub, həmin təkərli iskələnin (ayaqaltı) düzgün və təhlükəsiz marşrut ilə aparılmasını təmin etməyərək hava xəttindəki gərginliyin kəsilməsi üçün, eləcə də işçilərin xüsusi dielektrik əlcək, çəkmə, qoruyucu dəbilqə və sair inventarlarla təmin olunmaları, həmçinin elektrik verilişi xətlərinin mühafizə zonalarından ümumi hündürlüyü yol səthindən 4,5 metrdən artıq olan mexanizmin keçməməsi üzrə tədbirlər görməməsi nəticəsində zərərçəkmiş şəxslərin yer səthindən 5,53 metr hündürlükdən keçən 35 kV-luq yüksək gərginlikli hava xəttinin altından hündürlüyü 5,75 metr olan təkərli iskələ mexanizmini gətirən zaman həmin mexanizmin yüksək gərginlikli elektrik xəttinə toxunması ilə elektrik cərəyanının vurması səbəbindən X48 yüksək hərarətin təsirindən bədən səthinin lll-İV dərəcəli termiki yanıq yaralarından ibarət olmaqla dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid bədən xəsarətləri, X83 yüksək hərarətin təsirindən bədən səthinin lll-İV dərəcəli termiki yanıq yaralarından ibarət olmaqla dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid bədən xəsarətləri, X75 yüksək hərarətin təsirindən bədən səthinin lll-İV dərəcəli termiki yanıq yaralarından ibarət olmaqla dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid bədən xəsarətləri, X84 yüksək hərarətin təsirindən bədən səthinin lll-İV dərəcəli termiki yanıq yaralarından ibarət olmaqla dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid bədən xəsarətləri alaraq bilavasitə ölümlərinə səbəb olan elektrik vurma nəticəsində hadisə yerində öldüklərindən texniki təhlükəsizlik və əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi ona həvalə edildiyi halda bu qaydaların tərəfindən pozulması nəticəsində ehtiyatsızlıqdan dörd şəxsin ölümünə səbəb olmuşdur. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, 2016-2020-ci illərdə Sumqayıt Dövlət Universitetinin fizika fakültəsini bitirmiş, 2022-ci ildə X23 ilə nikaha daxil olmuş, həmin evlilikdən xx.xx.2023-cü il təvəllüdlü Ahu Verdiyava adlı bir övladı var. Əvvəllər müxtəlif yerlərdə mühasib vəzifəsində işləmiş, Bakı şəhəri, Binəqədi rayonu, Xırdalan- Binəqədi şosesi 7, 4-cü kilometrliyində yerləşən «Lake» hoteldə 2020-2021-ci ildə mühasib olaraq işə başlamış, onu işə Mübariz adlı müdir götürmüşdür. O, otelin mühasibatlıq işlərini görürmüş, aylıq 750 manat məbləğində əmək haqqı alırmış, əmək haqqı nağd şəkildə ödənilirmiş, iş vaxtı saat 08:00-da başlayıb saat 20:00-da qurtarırmış. Orada münasib kimi bir il işləmiş, işləyən zaman otelin əsl sahibinin Şahid1 olduğunu öyrənmişdir. İşində düzgün olduğuna görə rəhbərliyin rəğbətini qazandığından 2021-ci ildə Elçin ona oteli icarəyə götürməyi, işləri idarə etməyi, aylıq olaraq ona icarə haqqı ödəməyi təklif etmişdir. O, bir müddət fikirləşdikdən sonra Elçinin təklifi ilə razılaşmış, 01 iyul 2021ci il tarixdə Elçinlə onun arasında rəsmi olaraq icarə müqaviləsi bağlanmış, o, öz adına VÖEN acdırmış, işçilərlə onun arasında rəsmi olaraq əmək müqaviləsi bağlamışdır. İlkin ifadəsində hadisənin təsirindən bu barədə düzgün məlumat verə bilməmişdir. Onların arasında icarə müqaviləsi faktiki olaraq bağlanmış, işlərə o, özü nəzarət etmiş, göstərişləri özü vermişdir. Aylıq 4000 manat icarə haqqı verməyə razılaşsalar da, gəlir olmayanda Elçin ona güzəşt etmişdir. Otelin bütün gəlirləri ona aid olmuşdur. İcarə müqaviləsi bağlandıqdan sonra otellə bağlı sənədləşmələr onun adından edilmiş, otelin fəaliyyətinə o, nəzarət etmişdir. X83, X75, X48, X84 restoranda ofisiant işləmişlər, əmək haqqını kassandan gündəlik olaraq almışlar, sonuncularla əmək müqaviləsi onun adından bağlanmışdır. Restoranda ofisiant kimi Ələsgər, Emil, Vüqar, Nurlan, Cabir, Polad, aşpaz kimi Mahirə, Xatirə, Habil, Xəqani adlı şəxslər işləyirlər. Otelin pəncərələri çirk olduğundan təmizlik şirkətinə müraciət edəcəkmiş, bu səbəbdən təmizlik şirkətlinin işçilərinin üzərində dayana bilməsi üçün təxminən 5 metr hündürlüyü olan iskələni (ayaqaltını) otelinin içərisinə gətirmək lazım olmuşdur. Həmin iskələdən əvvəllər də istifadə etmişlər, iskələni otelin giriş darvazasının qarşısında olan piyada yolu ilə aparıb-gətirmişlər, piyada yolunun qarşısında olan avtomobil yolundan heç vaxt istifadə edilməmişdir. Avtomobil yolu həmin ərazidə olan fermalara və digər sahələrə aparır, həmin yolun qarşısında şlaqbaum da quraşdırılmışdır, səbəb isə otelə gələn müştərilər tərəfindən ödəniş edilmədən gedilməsinin qarşısının alınması olmuşdur, iskələdən sonuncu dəfə bir həftə əvvəl istifadə edilmiş və piyada yolunun baş tərəfində saxlanmışdır. Həmin iskələnin təkərləri olduğundan itələyərək bir yerdən başqa yerə aparmaq mümkün olurmuşdur. xx.xx.2025-ci il tarixdə saat 11 radələrində X36 yanına çağırmış, iki-üç nəfərlə birlikdə piyada yolu ilə iskələni içəri gətirməsini tapşırmışdır. Cavidan da X60, X49 və X61 çağırmış və sonuncular birlikdə getmişlər. Cavidan yaşca böyük olduğundan formal olaraq baş ofisiant sayılır, digər ofisiantlara tapşırıq verəndə onlar icra etmişlər, çünki o, ofisiantlara Cavidanın tapşırıqlarını icra etməyi bildirmişdir. Cavidangili getdikdən 15-20 dəqiqə sonra qışqırıq səsi gəlmiş, Əli adlı şəxs onları səsləmiş, iş yoldaşlarını elektrik cərəyanı vurduğunu bildirmişdir. O və digər işçilər dərhal otelin giriş darvazasından çölə çıxmışlar, iskələnin elektrik xəttinə gəydiyini görmüşlər. Şəbəkəni ayırmaq gec olacağından işçilərlə birlikdə kəndirlə iskələni dartıb yerə, otel tərəfdə olan ağaclara doğru aşırmışlar. Cavidan və digərləri isə yerdə ölü vəziyyətdə olmuşlar, elektrik cərəyanının təsirindən bədənləri qaralmışdır. Onun fikrincə ofisiantlar iskələni aparan zaman iskələnin avtomobil yolunun üstündə olan elektrik xəttinə dəyməsi nəticəsində elektrik cərəyanı vurması səbəbindən ölmüşlər. Həmin avtomobil yolunda olan elektrik xətti otelə məxsus olmamış, yolun özü də otelin ərazisinə aid olmamışdır. Həmin yol nəqliyyat yolu olmaqla ümumi istifadədir. Elektrik xəttinin dövlət və şəxsi xətt olub- olmamasından məlumatı yoxdur. Təqsirləndirilən şəxs əlavə olaraq göstərmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu, Xırdalan- Binəqədi şosesi 7, 4-cü kilometrliyində yerləşən «Lake» hotelin nə vaxt inşa edilməsindən məlumatı yoxdur, o, işə başlayan zaman otel artıq fəaliyyət göstərirmiş. Həmçinin «Lake» hotelin tikintisinə əsas verən sənədlərin olub-olmamasından məlumatı yoxdur. «Lake» hotel müştərilərə gecələmə və restoran xidmətləri göstərir. Otelin inşa edildiyi torpaq sahəsinin kimə məxsus olmasından məlumatı yoxdur, düşünür ki, Şahid1 məxsusdur. Otelin ərazisi hasarın daxilində yerləşir, hasarın qarşısında olan yol və yaşıllıq otelə məxsus deyil. Otelin inşa edildiyi torpaq sahəsinə dair hər hansı çıxarışın olubolmaması, torpaq sahəsinin ölçüləri barədə məlumatı yoxdur. «Lake» otelinin idarə edilməsi onun səlahiyyətinə aid olmuşdur. Oteldə təxminən 50-60 nəfər şəxs işləyir, bütün işçilərə əmək müqaviləsi bağlanmışdır. Otel elektrik enerjisi ilə "xxxx" ASC-yə məxsus olan həmin ərazidən keçən bir xətdən təmin olunur, hadisəyə səbəb olan elektrik xəttindən otelə heç bir xətt çəkilməmiş, həmin elektrik xəttinin otellə əlaqəsi yoxdur. Otel otel inşa edilən zaman o, orada işləmədiyindən hadisəyə səbəb olan elektrik xətlərinin həmin yerdə mövcud olub- olmadığından məlumatı yoxdur, lakin o, oteldə işləməyə başlayan vaxtdan qeyd edilən xətlər orada olmuşdur. Hadisə nəticəsində ölən X83, X75, X48 və X84 oteldə ofisiant işləmişlər, onun sonuncularla hər hansı ədavəti, düşmənçiliyi, yaxud qohumluğu, dostluğu olmamışdır. Hadisə baş verən gün o, X35 otelin pəncərələrini silmək üçün iskələni (ayaqaltı) piyada yolu ilə gətirməyi tapşırmışdır. Pəncərələrin təmizlənməsinə dair ona heç kim tapşırıq verməmiş, pəncərələr çirkli olduğundan o, özü təmizlik işləri gördürmək qərarına gəlmişdir. Oteldə əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarına cavabdeh olan şəxs olmamış, o, belə bir şəxsin olmasına ehtiyac görməmişdir. Oteldə texniki təhlükəsizlik qaydalarına dair təlimat yoxdur. Oteldə işləyən işçilər, o cümlədən X83, X75, X48, X84 hadisədən əvvəl və hadisə günü əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydaları barədə təlimatlandırılmamışlar. O, Cavidana iskələni hər zaman gətirdikləri piyada yolu ilə gətirməyi tapşırmış, lakin Cavidan və digər ofisiantlar iskələni (ayaq altı) elektrik xətti olan yerdən gətirmişlər. O, «Lake» hotelə görə aylıq 4000 manat icarə haqqı verməyə razılaşsa da gəlir olmayanda icarə haqqı aşağı salınırmış. İskələni (ayaq altı) otelə gətirmək X50, X41, X33 və ƏliyevEltac Habil oğlunun səlahiyyətinə, yəni gördükləri işlərin sırasına aid olmamış, sonuncular onun xahişini nəzərə alaraq iskələni otelə gətirəcəkmişlər. O, hər hansı təhlükə olacağını düşünmədyindən sonunculara iskələnin gətirməyi tapşırmış, məqsədi təmizlik işlərinə hazırlıq görmək olmuşdur. Xatırladığı qədər oteldə əsaslı təmizlik işləri bir il əvvəl adını xatırlamadığı bir şirkət tərəfindən görülmüşdür. Lakin mütəmadi olaraq xadimələr otağın içərisindən əlçatan yerləri silmişlər, həmçinin həyətdən su ilə otelin pəncərələri yuyulmuşdur. O, hər hansı psixi və ya digər xəstəlikdən əziyyət çəkmir, narkotik vasitələrdən və spirtli içkilərdən istifadə etmir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlindən səmimi peşmançılıq çəkməsinin, zərərçəkmiş şəxsin hüquqi varisləri ilə barışıq əldə etməsini, ona qarşı şikayət və tələbin olmamasını, həmçinin himayəsində azyaşlı övladının olmasını nəzərə alınmasını və barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə baxış iclasında dindirilmiş zərərçəkmiş şəxsin hüquqi varisi X76 ifadəsində göstərmişdir ki, o, arvadı X62, qızı Aytac və mərhum oğlu Eltacda birlikdə yaşamışdır. Mərhum oğlu Eltac mehriban, səmimi, heç kimlə ədavət və düşmənçiliyi olmayan biri olmuş, orta təhsilini Masazır qəsəbəsində yerləşən Qubadlı tam orta məktəbində almış, Gəncə Dövlət Universitetinin bədən tərbiyəsi fakültəsində ali təhsil alaraq boş vaxtlarında «Lake» hoteldə ofisiant işləmiş, lakin dərslərinə mütəmadi olaraq getmişdir. Eltac 5-ci gün axşam Gəncə şəhərində gələrmiş, bazar günü isə yenidən Bakı şəhərinə qayıdarmış. Həqiqi hərbi xidmətdə olmamış, ailə qurmamışdır. Eltacın işlə bağlı ona hər hansı şikayəti olmamışdır. xx.xx.2025-ci il tarixdə ona və ailə üzvlərinə Eltacın iş vaxtı elektrik cərəyanı vurması barədə məlumat verilmişdir. Sonradan ona məlum olmuşdur ki, Eltac və iş yoldaşları təkərli iskələni hotelə aparan zaman iskələnin elektrik xəttinə toxunması nəticəsində elektrik cərəyanı vurması səbəbindən ölmüşlər. Eltacı işə kimin götürməsi, təkərli iskələni hotelə aparmasını kimin tapşırması, onlara texniki təhlükəsizlik qaydaları barədə təlimat keçirilib-keçirilməməsindən məlumatı yoxdur. Eltacın iş vaxtı elektrik cərəyanı vurması nəticəsində ölməsi ehtiyatsızlıqdan baş verdiyindən onun və ailə üzvlərinin baş vermiş hadisə ilə bağlı «Lake» hotelin rəhbərliyi və işçilərindən hər hansı şikayət və tələbləri yoxdur. Bildiyinə görə, «Lake» hotel müştərilərə gecələmə və restoran xidmətləri göstərir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi X76 ona verilən suallara cavab olaraq bildirmişdir ki, hazırda cinayət işi üzrə Təqsirləndirilən şəxs ilə barışmış, Təqsirləndirilən şəxs qarşı heç bir şikayət, tələb və iddiası yoxdur, bununla bağlı yazılı ərizəni də istintaq orqanına təqdim etmişdir. Məhkəmə baxış iclasında dindirilmiş zərərçəkmiş şəxsin hüquqi varisi X77 ifadəsində göstərmişdir ki, o, atası X78, anası X63, qardaşları X64 və mərhum X75 ilə birlikdə yaşayır. Mərhum Əkbər mehriban, səmimi, heç kimlə ədavət və düşmənçiliyi olmayan biri olmuş, Laçın rayon, Çıraqlı kənd tam orta məktəbini bitirmiş, ali təhsil almamış, həqiqi hərbi xidmətdə olmamış, ailə qurmamışdır. Əkbər təxminən bir aydır ki, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsində yerləşən «Lake» hoteldə ofisiant işləmiş, iş vaxtı növbəli şəkildə tənzimlənmiş, həm gündüzlər, həm gecələr işləmiş, iş vaxtı gündüz növbəsində saat 09:00-dan saat 21:00-dək, gecə növbəsində isə saat 21:00-dan saat 09:00- dək davam etmiş, bir həftə gündüz, bir həftə gecə növbəsində işləmişdir. Əkbər işə təzə başladığından iş yoldaşlarını tanımır. Əkbərin işi ilə bağlı ona hər hansı şikayəti olmamışdır. xx.xx.2025-ci il tarixdə o və ailə üzvləri internetdən Əkbəri iş vaxtı elektrik cərəyanı vurması barədə məlumat almışlar. Ona sonradan məlum olmuşdur ki, Əkbər və iş yoldaşları təkərli iskələni hotelə aparan zaman iskələnin elektrik xəttinə toxunması nəticəsində elektrik cərəyanı vurması səbəbindən ölmüşlər. Əkbəri işə kimin götürməsi, təkərli iskələni hotelə aparmasını kimin tapşırması, onlara texniki təhlükəsizlik qaydaları barədə təlimat keçirilib- keçirilməməsindən məlumatı yoxdur. Bildiyinə görə «Lake» hotel müştərilərə gecələmə və restoran xidmətləri göstərir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi X77 ona verilən suallara cavab olaraq bildirmişdir ki, hazırda cinayət işi üzrə Təqsirləndirilən şəxs ilə barışmış, Təqsirləndirilən şəxs qarşı heç bir şikayət, tələb və iddiası yoxdur, bununla bağlı yazılı ərizəni də istintaq orqanına təqdim etmişdir. Məhkəmə baxış iclasında dindirilmiş zərərçəkmiş şəxsin hüquqi varisi X65 ifadəsində göstərmişdir ki, o, arvadı X66, anası X42, oğulları X79, X67 və mərhum X83 ilə birlikdə yaşayır. Mərhum oğlu Emil mehriban, səmimi, heç kimlə ədavət və düşmənçiliyi olmayan biri olmuş, Şirvan rayonunda peşə məktəbində təhsil almış, ali təhsil almamış, həqiqi hərbi xidmətdə olmuş, ailə qurmamışdır. Emil son 10-15 gündün ki, «Lake» hoteldə ofisiant işləmişdir. Emilin iş vaxtı növbəli şəkildə tənzimlənmiş, həm gündüzlər, həm gecələr işləmiş, iş vaxtı gündüz növbəsində saat 09:00-dan saat 21:00-dək, gecə növbəsində isə saat 21:00-dan saat 09:00-dək davam etmiş, bir həftə gündüz, bir həftə gecə növbəsində işləmişdir. Emil işə təzə başladığından iş yoldaşlarını tanımır. Emilin işi ilə bağlı ona hər hansı şikayəti olmamışdır. xx.xx.2025-ci il tarixdə ona və ailə üzvlərinə Emilin iş vaxtı elektrik cərəyanı vurması barədə məlumat verilmişdir. Ona sonradan məlum olmuşdur ki, Emil və iş yoldaşları təkərli iskələni hotelə aparan zaman iskələnin elektrik xəttinə toxunması nəticəsində elektrik cərəyanı vurması səbəbindən ölmüşlər. Emili işə kimin götürməsi, təkərli iskələni hotelə aparmasını kimin tapşırması, onlara texniki təhlükəsizlik qaydaları barədə təlimat-keçirilib keçirilməməsindən məlumatı yoxdur. Emilin iş vaxtı elektrik cərəyanı vurması nəticəsində ölmiəsi ehtiyatsızlıqdan baş verdiyindən onun və ailə üzvlərinin baş vermiş hadisə ilə bağlı hər hansı şikayət və tələbi yoxdur. Bildiyinə görə, «Lake» hotel müştərilərə gecələmə və restoran xidmətləri göstərir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi X65 ona verilən suallara cavab olaraq bildirmişdir ki, hazırda cinayət işi üzrə Təqsirləndirilən şəxs ilə barışmış, Təqsirləndirilən şəxs qarşı heç bir şikayət, tələb və iddiası yoxdur, bununla bağlı yazılı ərizəni də istintaq orqanına təqdim etmişdir. Məhkəmə baxış iclasında dindirilmiş zərərçəkmiş şəxsin hüquqi varisi X43 ifadəsində göstərmişdir ki, o, mərhum oğlu X48 ilə birlikdə yaşayır. X24 31 yanvar 2024-cü il tarixdə ölmüş, qızı X80 isə ailə quraraq ayrı yaşayır. Mərhum oğlu Cavidan mehriban, səmimi, heçkimlə ədavət və düşmənçiliyi olmayan biri olmuş, Tərtər rayon Əsəd Məmmədov adına 1 nömrəli tam orta məktəbdə təhsil almış, ali təhsil almamış, həqiqi hərbi xidmətdə olmuş, ailə qurmamışdır. Cavidan son 3-4 aydır ki, «Lake» hoteldə ofisiant işləmiş, iş vaxtı növbəli şəkildə tənzimlənmiş, həm gündüzlər, həm gecələr işləmiş, gündüz növbəsində iş vaxtı saat 09:00-dan saat 21:00-dək, gecə növbəsində saat 21:00-dan saat 09:00-dək davam etmiş, bir həftə gündüz, bir həftə gecə növbəsində işləmişdir. Cavidan işə təzə başladığından iş yoldaşlarını tanımır. Cavidanın işi ilə bağlı ona hər hansı şikayəti olmamışdır. xx.xx.2025-ci il tarixdə ona və ailə üzvlərinə Cavidanın iş vaxtı elektrik cərəyanı vurması barədə məlumat verilmişdir. Ona sonradan məlum olmuşdur ki, Cavidan və iş yoldaşları təkərli iskələni hotelə aparan zaman iskələnin elektrik xəttinə toxunması nəticəsində elektrik cərəyanı vurması səbəbindən ölmüşlər. Cavidanı işə kimin götürməsi, təkərli iskələni hotelə aparmasını kimin tapşırması, onlara texniki təhlükəsizlik qaydaları barədə təlimat keçirilib-keçirilməməsindən məlumatı yoxdur. Cavidanın iş vaxtı elektrik cərəyanı vurması nəticəsində ölməsi ehtiyatsızlıqdan baş verdiyindən onun və ailə üzalərinin baş vermiş hadisə ilə bağlı «Lake» hotelin rəhbərliyi və işçilərindən hər hansı şikayət və tələbi yoxdur, lakin xəbərlərdən hadisəyə səbəb olan elektrik xəttinin aşağıdan keçdiyini öyrənmiş, həmin xəttin hansı səbəbdən aşağıdan keçməsinin araşdırılmasını xahiş edir. Bildiyinə görə «Lake» hotel müştərilərə gecələmə və restoran xidmətləri göstərir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi X43 ona verilən suallara cavab olaraq bildirmişdir ki, hazırda cinayət işi üzrə Təqsirləndirilən şəxs ilə barışmış, Təqsirləndirilən şəxs qarşı heç bir şikayət, tələb və iddiası yoxdur, bununla bağlı yazılı ərizəni də istintaq orqanına təqdim etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, təxminən 10 il əvvəl dövlət mülkiyyətində olan və istifadəsinə verilmiş Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Xırdalan-Binəqədi şossesi 7, 4-cü km ünvanında yerləşən təxminən 30 sot torpaq sahəsində qeyri-yaşayış binası olan «Lake» adlı oteli tikib fərdi sahibkar olaraq bir neçə il özü işlətmişdir. Həmin oteli təxminən 2-3 il əvvəl pulunu nağd qaydada aldamqla Təqsirləndirilən şəxs aylıq 4000 manata icarəyə vermiş, lakin Təqsirləndirilən şəxs əvvəllər onun işçisi olduğundan, çətinliklər olduğu halda sonuncuya köməklik edəcəyini bildirmişdir. Otel ərazisi təxminən 10-12 sotdur və oteldə cəmi 32 otaq var, ikimərtəbəli olmaqla birinci mərtəbədə avtomobil qarajı, ikinci mərtəbədə müştərilər üçün otaqlar nəzərdə tutulmuşdur. Oteli icarəyə versə də, nəzarət etmək məqsədilə bir həftədən bir və ya 10 gündən bir otelə gedərək işlərin gelişinə baxmış, işlərlə maraqlanmışdır. Qeyd olunan oteldə hazırkı tarixə təxminən 30 nəfərdən artıq işçi olmuşdur. Əkbər Zeynalov, Cavidan Muradlı, Eltac Əliyev və Emil Quliyev də otelin işçiləri olmuş, sonuncular orada ofisiant vəzifəsində işləmişlər. O, həmin şəxsləri yalnız üzdən bir neçə dəfə otelə gedərkən görmüş, onlarla yaxın münasibəti olmamışdır. Oteldə təhlükəsizlik qaydalarına riayət edilməsinə nəzarət edən şəxs olmamış, çünki buna zərurət olmamışjır. Belə ki, oteldə belə qaydalarla tənzimlənən işlər görülmədiyindən belə bir şəxsə ehtiyac olduğunu düşünməmişlər. Hadisədən təxminən 2-3 gün əvvəl oteldə olarkən Ağasifə otaqların pəncərələrinin çirkləndiyini, təmizlik şirkətinə müraciət edərək pəncələrin şüşələrini təmizlətdirməyi bildirmişdir. Həmin vaxt Ağasif onunla razılaşıb bunu etdirəcəyini bildirmiş və bir daha onlar bu barədə danışmamışlar. 21 noyabr 2025-ci il tarixdə saat 12 radələrində otelə getmiş, 20-25 dəqiqə ərzində mətbəxə, qazanxanaya baxdıqdan sonra oteldən getmiş, təxminən yarım saatdan sonra ona zəng edərək oteldə işləyən 4 nəfər ofisiantın elektrik cərəyanı vurması nəticəsində öldüyünü bildirmişlər. Həmin məlumatı alan kimi o, otelə getmiş, orada otelin Əfqan adlı işçisi ona qeyd olunan 4 nəfər ofisiantın təmizlik işçilərinin gəlib pəncərələrin şüşələrini təmizləmələrindən ötrü üzərinə çıxmaları üçün dəmir materialdan hazırlanmış hündürlüyü 5.60 metr, eni 2, uzunluğu 3 metr olan 4 ədəd dayaq üzərində təkərliklə hərəkət edə bilən metal konstruksiyanı otelin arxasından otelin həyətinə gətirmək istəyərkən, həmin konstruksiyanın otelə aid olmayan Masazır istiqamətində olan yüksəkgərginlikli elektrik naqilinə dəydiyini, nəticədə ofisiantların dördünün də hadisə yerində öldüyünü bildirmişdir. O, otelə çatanda oteldən təxminən 15- 20 metr məsafədə həmin metal qurğunu və ölən şəxsləri görmüşdir. Həmin elektrik xətti qırılmasa da, metal qurğunun əridiyini, ölən şəxslərin meyitlərinin isə yanmış və parçalanmış vəziyyətdə olduğunu görmüşdür. Onunla eyni vaxtda polis əməkdaşları, qısa zamandan sonra isə təcili və təxirəsalınmaz tibbi yardım xidmətinin əməkdaşları hadisə yerinə gəlmişlər. Şahid1 əlavə olaraq göstərmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Xırdalan-Binəqədi şossesi 7, 4-cü km ünvanında yerləşən «Lake» oteldə əməyin təhlükəsizliyi və texniki təhlükəsizlik qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs və ya şəxslər olmamışdır. İşçilərin əməyin təhlükəsizliyi və texniki təhlükəsizlik qaydaları ilə təlimatlandırılıb-təlimatlandırılmamasından, onların fərdi mühafizə vasitələri ilə təmin edilib- edilməmələrindən məlumatı yoxdur. Hadisə nəticsində ölən dörd nəfər şəxsə həmin metal qurğunu otelin həyətinə gətirmələri barədə göstərişin kimin tərəfindən verilməsindən məlumatı yoxdur. İşçilər oteldə rəsmi olaraq əmək müqaviləsi əsasında qanunvericiliyə uyğun şəkildə işləyirlər. Bütün işçilər əmək müqaviləsi əsasında işləyir, lakin müqavilədə «işəgötürən» qismində kimin iştirak etdiyini bilmir. Hadisəyə səbəb olan metal qurğunu o, 6- 7 il əvvəl otel pəncərələrinin çöldən təmizlənməsində istifadə olunması üçün almışdır. Həmin metal qurğu böyük olduğundan otelin otelin fəaliyyətinə, eləcə də müştərilərə mane olmaması üçün otelin kənarında çöl divarın yanında giriş qapısından təxminən 50-60 metr kənarda saxlanılmışdır. Lakin hadisə günü ölən şəxslər həmin metal qurğunu otelin kənarı ilə daha yaxın məsafə ilə təhlükəsiz gətirə biləcəkləri halda, bilmədiyi səbəblərdən yaxınlıqdakı qəbristanlıq yolundan keçməklə otelin həyətinə gətirmək qərarına gəlmişlər. Obyektin tikintisinə əsas verən müvafiq sənədlər mövcuddur. Otelin yan divarları eyni zamanda hasar rolunu oynayır və həmin divarlardan kənarda yerləşən torpaq sahəsi otelin ərazisi deyil. Onun istintaqa təqdim etdiyi obyektə aid çıxarışda hansı səbəbdən torpaq sahəsinin ölçüsünün 0(sıfır) olaraq göstərildiyini bilmir, lakin torpaq sahəsinin faktiki ölçüsü təxminən 30 sotdur. Qeyd olunan obyekt otel statusundadır və şəxslərin gecələməsi üçün nəzərdə tutulmuşdur. Otelin konkret və faktiki rəhbəri o özüdür, lakin işçilərin sayını xatırlamır. Otelin elektrik xətti otelin arxasındakı transformatordan gəlir, hadisə isə otelin qarşısında baş vermişdir. O, oteli inşa etdirməmişdən əvvəl də, yəni həmin torpaq sahəsini alanda da həmin xəttlər orada mövcud olmuşdur. Hadisəyə səbəb olan metal qurğunun daşınması X41, X33, X51 və X1 aid olmamış, sonunculara bu barədə göstərişi kimin verdiyini bilmir. O, oteli Təqsirləndirilən şəxs aylıq 4000 manata icarəyə verməsinə baxmayaraq aylıq gəlir əldə etdiyi otelin fəaliyyətinin pozulmaması və keçmiş işçisi Təqsirləndirilən şəxs kömək etmək məqsədilə aradabir otelə getmiş, işlərə nəzarət etmiş və yaranmış problemlərinin həllində köməklik etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, 2021 -ci il tarixdə Günay Həsənova ilə nikaha daxil olmuş, həmin evlilikdən xx.xx.2023cü il təvəllüdlü X68 adlı övladı var. O, əvvəllər müxtəlif yerlərdə müştəriləri qəbul edən, yəni onlara yerini göstərən vəzifəsində işləmiş, 2016-ci ildən Bakı şəhəri, Binəqədi rayonu, Xırdalan-Binəqədi şosesi 7, 4-cü kilometrliyində yerləşən «Lake» hoteldə yerlərdə müştəriləri qəbul edən, yəni onlara yerini göstərən vəzifəsində işə başlamış, bir müddət yaşadığı rayona getdiyindən işdən çıxıb başqa işlərlə məşğul olmuş, sonradan yenidən hazırki işinə qayıtmışdır. Onu işə otelin müdiri Təqsirləndirilən şəxs götürmüşdür. Otelin sahibi Şahid1dur, işinə görə ona müdir Təqsirləndirilən şəxs, əlavə olaraq baş ofisiant olan Ələsgər göstəriş vermişlər. Otelin sahibi Şahid1 təxminən 10 gündən bir otelə gəlmiş, otelə sadəcə olaraq baxmaq üçün gəlmiş, heç vaxt onlara göstəriş verməmişdir. O, Şahid1 otelin idarə edilməsinə müdaxilə etməsinin şahidi olmamışdır. Otelin nə vaxtdan fəaliyyət göstərməsindən məlumatı yoxdur. O, otelin içinə daxil olmur, sadəcə olaraq çöl darvazada onun üçün təyin olunmuş yerdə olaraq gələn qonaqları qarşılayır və onlara yerlərini göstərir. Otel və restoranın tərkibində çalışan işçilərin heç birini şəxsən tanımır, heç biri ilə əlaqəsi yoxdur, sadəcə olaraq bir-birini görəndə salamlaşırlar. Otelin içərisində işləmədiyindən ofisiantlar və digər işçi heyəti ilə ünsiyyəti olmamışdır. xx.xx.2025-ci il tarixdə saat 09:00-da işə gəlmiş, saat təxminən 11 radələrində adlarını bilmədiyi dörd ofisiant adətən otelin içərisində olan dəmir korpusdan hazırlanmış hündürlüyü təxminən 5 metrdən artıq olan, altında təkərləri olan iskələni otelin içərisinə gətirmək üçün çöldən içəri sürməyə başlamışlar. Otelin darvazasına yaxın yerdən yüksək gərginlikli elektrik xətti keçir, ofisiantlar həmin iskələni daşıyan zaman, iskələ yüksək gərginlikli elektrik xəttinə toxunmuş, həmin xətdən uğultu səsi gəlmiş və o, həmin vaxt o, olduğu onun üçün təyin olunmuş yerdən ofisiantları elektrik cərəyanı vurduğunu görmüşdür. Dərhal otelin içərisinə keçib orada olan şəxslərə hadisə barədə xəbər vermiş, içəridə olan işçilər hadisə yerinə tərəf getmişlər, həmin müddət ərzində ofisiantları elektrik cərəyanı vurmağa davam etmişdir. Onlar aidiyyəti qurumlara xəbər vermişlər, iskələni elektrik cərəyanından aralamaq üçün həmin iskələyə kəndir keçirib otelə tərəf aşırmışlar, lakin ofisiantlar artıq yanmışlar. Bir müddətdən sonra hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerinə gəlmişlər. Sonradan ölən şəxslərin Emil Quliyev, Eltac Əliyev, Əkbər Zeynalov, Cavidan Muradlı olduqlarını öyrənmişdir. Şahid2 əlavə olaraq göstərmişdir ki, «Lake» otelin sahibi Şahid1dur, idarəçiliyini isə Təqsirləndirilən şəxs həyata keçirir. Oteldə işləyən ofisiantlara göstərişləri Təqsirləndirilən şəxs verir. Emil Quliyevə, Eltac Əliyevə, Əkbər Zeynalova, Cavidan Muradlıya iskələnin daşınması barədə göstərişi Təqsirləndirilən şəxs vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, 2023-cü ilin fevral ayından Bakı şəhəri, Binəqədi rayonu, Xırdalan-Binəqədi şosesi 7, 4cü kilometrliyində yerləşən «Lake» hoteldə masa xidmətçisi (baş ofisiant) işləyir. Onu işə Təqsirləndirilən şəxs işə götürmüşdür. Əmək haqqını nağd qaydada, əlbəəl şəkildə, günə 15 manat olmaqla alır, iş vaxtı hər gün saat 09:00-da başlayır, saat 21:00-da yekunlaşır. Orada işləyərkən otelin əsl sahibinin Şahid1 olduğunu öyrənmişdir. Restoranda ondan başqa 8 nəfər masa xidmətçisi kimi, Mahirə, Xatirə, Habil, Xəqani adlı şəxslər aşpaz kimi işləyirlər. 21 noyabr 2025-ci il tarixdə saat təxminən 16 radələrində oteldə qeydiyyatçı işləyən Əliağa adlı iş yoldaşı qaçaraq otelin içərisinə gəlib Cavidanı, Əkbəri, Eltacı və Emili elektrik cərəyanı vurduğunu bildirmişdir. Həmin vaxt o, 45 nömrəli otağın qarşısında olmuşdur. Digər iş yoldaşları ilə birlikdə Əliağanın ardınca qaçaraq otelin həyətindən çölə çıxanda, otelin yanında olan ağaclıq sahənin qarşısındakı dar yolda dəmir iskələnin olduğunu, həmin iskələnin arxa tərəfindən dirəklərindən tutmuş vəziffətdə olan Cavidanı, Əkbərin, Eltacı və Emili cərəyanı vurduğunu görmüşdür. Dəmir iskələnin yuxarı tərəfi həmin yerin üzəri ilə çəkilmiş hava elektrik xəttinin naqilinə toxunmuş vəziyyətdə olmaqla toxunduğu yerdən qığılcımlar çıxırmış və elektrik cərəyanının səsi gəlirmiş. Cavidan, Əkbər, Eltac və Emil də həmin iskələdən tutmuş vəziyyətdə qaldıqlarından, elektrik cərəyanının təsirindən od tutub yanırmışlar. Yüksək gərginlikli elektrik xətti olduğundan cərəyanı necə kəsəcəklərini bilməmişlər, bu səbəbdən iş yoldaşlarına kömək edə bilməmişlər, sonuncular təxminən 30-40 dəqiqə ərzində həmin vəziyyətdə qalmışlar. İş yoldaşlarından Əli elektrik şəbəkəsi idarəsinə zəng edərək hadisə barədə məlumat verdikdən sonra, həmin idarənin adını bilmədiyi işçisi gələrək onların köməkliyi ilə kəndir keçirməklə iskələni çəkib naqildən ayırmışdır. Daha sonra onlar Cavidan, Əkbər, Eltac və Emilin meyitlərinə yaxınlaşaraq üzərlərinə su töküb odu söndürmüşlər. Cavidangilə onlara həmin iskələni otelin otaqlarının şüşələrini silmək üçün otelin həyətinə gətirməyi Təqsirləndirilən şəxs tapşırmışdır. Təqsirləndirilən şəxs hadisədən təxminən 5-10 dəqiqə əvvəl onun yanında Cavidana digər uşaqlarla köməkləşib iskələni gətirməyi tapşırmışdır, iksələ otelin həyətin çöldə olmuş, hadisə Cavidangilin həmin iskələni gətirərkən iskələnin elektrik naqilinə toxunması nəticəsində baş vermişdir. Şahid3 əlavə olaraq göstərmişdir ki, «Lake» oteli Təqsirləndirilən şəxs icarəyə götürüb işlədir. Onu da işə Təqsirləndirilən şəxs götürmüşdür. Şahid1 isə otelin sahibidir, idarəetmə işlərinə qarışmır. «Lake» hoteldə təxminən 40-50 nəfər şəxs işləyir. «Lake» hoteldə işləməyi ilə əlaqədar onunla əmək müqaviləsi bağlanmışdır. Əvvəllər də dəfələrlə Təqsirləndirilən şəxs «Lake» hoteldə işləyən işçilərə həmin iskələni daşımağı tapşırmışdır. Nə hadisə baş verən gün Cavidan, Əkbər, Eltac və Emilə, nə də ki, hadisədən əvvəl digər işçilərə həmin iskələni hansı qaydada daşımaları deyilməmişdir. Lakin o, həmin iskələni daşyırarkən hadisənin baş verdiyi yolla deyil, otelin divarının yanındakı yolla daşımış, həmin yerdən elektrik xətləri keçməmişdir. İşlədiyi «Lake» hoteldə ona və digər işçilərə əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarına dair təlimat keçirilməmiş, buna dair hər hansı bir jurnala, sənədə imza çəkdirilməmişdir. Həmin iskələnin daşınması onun və hadisə nəticəsində ölən zərərçəkmiş şəxslərin əmək funksiyalarına aid olmamışdır. Məhkəmə iclasında dindirilmiş Şahid4 və Şahid8 Şahid3 ilə oxşar məzmunlu ifadə vermişdirlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, o, 2024- cü ildən Bakı şəhəri, Binəqədi rayonu, Xırdalan-Binəqədi şosesi 7, 4-cü kilometrliyində yerləşən «Lake» hoteldə ofisiant vəzifəsində çalışır. Onu işə Təqsirləndirilən şəxs götürmüş, aralarında rəsmi olaraq əmək müqaviləsi bağlanmışdır. O, işdən çıxıb, 2025-ci ilin oktyabr ayında yenidən işə qayıtmışdır. İş vaxtı növbəli şəkildə tənzimlənir, həm gündüzlər, həm gecələr işləyir. İş vaxtı gündüz növbəsində saat 09:00dan saat 21:00-dək, gecə növbəsində isə saat 21:00-dan saat 09:00-dək davam edir, bir həftə gündüz, bir həftə gecə növbəsində işləyir. Onunla birlikdə növbədə Cavidan, Eltac, Vüqar, Əkbər, Emil, Fərid və digər şəxslər işləyirlər. İş vaxtı ona əsasən müdir Təqsirləndirilən şəxs tərəfindən göstərişlər verilir, baş ofisiant olaraq Ələsgər və Qismət də tapşırıqlar verirlər. Təqsirləndirilən şəxs oteli icarəyə götürərək işlədir. İş yoldaşlarım ilə münasibəti normaldır, aralarında iş münasibəti olmuş, kənar yerdə onlarla vaxt keçirməmişdir. X87 da onunla birlikdə işləyir. Hər hansı iş yoldaşı ilə ədavət düşmənçiliyi olmamışdır. Onun xidməti vəzifəsi restorana müştərilər tərəfindən verilən sifarişləri otaqlara çatdırmaqdan, qulluq etməkdən ibarətdir. «Lake» hotelin sahibi Şahid1 işlədiyi vaxt tanımışdır. Şahid1 təxminən 10-15 gündən bir otelə gəlirmiş, otelə sadəcə olaraq baxmaq üçün gəlirmiş, ona və digər işçilərə heç vaxt göstəriş verməmişdir. O, Şahid1 otelin idarə edilməsində iştirak etməsinin və ya Təqsirləndirilən şəxs idarəçilik işlərinə müdaxilə etməsinin şahidi olmamışdır. xx.xx.2025-ci il tarixdə saat 09:00-da növbəni təhvil almış, saat təxminən saat 11 radələrində ofisiantlar otelin içərisində kassanın olduğu yerdə olmuşlar. O da sifarişini verib həmin yerə getmiş, ora çatdıqda Təqsirləndirilən şəxs ofisiantlardan Cavidana otelin giriş darvazasından sol tərəfdə olan eləmir korpusdan hazırlanmış iskənəli ofisiantlarla birlikdə içəri gətirməyi bildirmişdir. Ağasifin deməsinə görə pəncərələri silmək üçün təmizlik şirkətindən gələcəkmişlər. Həmin iskələ adətən otelin içərisində olmuş, lakin geniş yer tutduğundan son vaxtlar giriş darvazasından sol tərəfdə olan yolun baş tərəfində saxlanılmışdır. Orada saxlanıldıqdan sonra da iskələ otaqların kondisionerlərini təmir etmək və yaxud hündürlükdə hər hansı iş görmək üçün hotelin içərisinə gətirilmiş, istifadə edildikdən sonra giriş darvazasından sol tərəfdə olan yolun baş tərəfində saxlanılmışdır. O, özü də əvvəllər iskələni daşımış, giriş darvazasından sol tərəfdə olan yoldan istifadə etmişdir. O və digər iş yoldaşları hadisənin baş verdiyi yoldan istifadə etməmişlər, həmin yol avtomobil yolu olmuşdur. Təqsirləndirilən şəxs də hər zaman iskələni giriş darvazasından sol tərəfdə olan yolla gətirmələrini bildirmişdir. Hotelin pəncərələri xadimələr tərəfindən içəridən silinsə də ildə bir dəfədən az olmayaraq təmizlik şirkətindən gəln işçilər pəncərələri təmizləmişlər. Həmin iskələni daşımaq üçün Cavidan, Eltac, Əkbər, Emil iskələyə tərəf getmişlər, iskələyə tərəf gədən zaman Ağasif müəllim yaşca aralarında böyük olan Cavidana bir daha iskələni giriş qapısının solunda onun daşınması üçün nəzərdə tutulan yoldan gətirmələrini tapşırmışdır. Həmin iskələnin hündürlüyü təxminən 5 metrdən artıq olmuş, altında təkərləri olmuşdur. Bir müddətdən sonra səs-küy eşidilmiş, giriş darvazasından çölə çıxan zaman Cavidanın, Eltacın, Əkbərin, Emilin yerdə ölü vəziyyətdə olduqlarını görmüş. O bir qədər kənardan gəldiyindən artıq iskələni kəndir atıb otel tərəfə aşırmışlar, iskələni daşıyan şəxslərin hamısı artıq yanmışlar. Həmin şəxslər iskələni hadisə baş vermiş yola paralel olan, otelin giriş darvazasından sol tərəfdə olan yol ilə gətirməli idilər, hansı səbəbdən avtomobil yolundan istifadə etmələrindən məlumatı yoxdur. Hadisə zamanı otelin qarşısından keçən yolda hər hansı maneə olmamışdır. Şahid7 əlavə olaraq göstərmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu, Xırdalan- Binəqədi şosesi 7, 4-cü kilometrliyində yerləşən «Lake» hotelin nə vaxt inşa edilməsindən məlumatı yoxdur, o, işə başlayan zaman hotel artıq fəaliyyət göstərirmiş. Otelin inşa edildiyi torpaq sahəsinin kimə məxsus olmasından məlumatı yoxdur, düşünür ki, Şahid1 məxsusdur. Otelin ərazisi hasarın daxilində yerləşir, hasarın qarşısında olan yol və yaşıllıq otelə məxsus deyildir. Otelin ümumi fəaliyyətinə Təqsirləndirilən şəxs nəzarət edir. Bildiyinə görə, «Lake» hoteldə işləyən bütün işçilərlə rəsmi olaraq əmək müqaviləsi bağlanmışdır. Otelin elektrik təchizatına, yəni şəbəkəyə haradan qoşulmasından məlumatı yoxdur. Ağasif X6 pəncərəni silmək üçün iskələni (ayaqaltı) piyada yolu ilə gətirməyi tapşırmış, Cavidan da köməklik etmələri üçün Emili, Əkbəri, Tofiqi özü ilə aparmışdır. Ona pəncərələrin təmizlənməsinə dair hər hansı tapşırıq verilməmiş, o və digər işçilər əvvəllər pəncərələrin təmizlənməsi işlərini görməmişlər. Təmizlik işlərini xadimlər və ya təmizlik şirkəti həyata keçirmişdir. Oteldə əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarına kimin cavabdeh olması barədə məlumatı yoxdur. Oteldə texniki təhlükəsizlik qaydalarına dair təlimat yoxdur. Ona və digər işçilərə Təqsirləndirilən şəxs tərəfindən iş görən zaman ehtiyatlı olmaları bildirilmiş, iskələnin haradan gətirilməsi izah edilmiş, lakin rəsmi olaraq sənəd üzərində təlimat keçirilməmişdir. «Lake» hotel müştərilərə gecələmə və restoran xidmətləri göstərir. İşlədiyi müddətdə Təqsirləndirilən şəxs və digər şəxslər tərəfindən orada fahişəliklə məşğul olmaq üçün əxlaqsız yuvaların təşkil edilməsinin, saxlanmasının və ya buna şərait yaradılmasının şahidi olmamış, ora adi hotel kimi fəaliyyət göstərir. «Lake» hotelə gələn müştərilərin hansı qaydada qeydiyyata alınmasından məlumatı yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid9 ifadəsində göstərmişdir ki, o, 2021-ci ildən Bakı şəhəri, Binəqədi rayonu, Xırdalan-Binəqədi şosesi 7, 4-cü kilometrliyində yerləşən «Lake» hoteldə aşbaz vəzifəsində çalışır. Onu Təqsirləndirilən şəxs işə götürmüş, aralarında rəsmi olaraq əmək müqaviləsi bağlanmışdır. İş vaxtı növbəli şəkildə tənzimlənir, həm gündüzlər, həm gecələr işləyir. İş vaxtı gündüz növbəsində saat 09:00-dan saat 21:00- dək, gecə növbəsində isə saat 21:00-dan saat 09:00-dək davam edir, bir həftə gündüz, bir həftə gecə növbəsində işləyir. Onunla birlikdə növbədə qabyuyan və kababçı işləyirlər. İş vaxtı ona əsasən müdir Təqsirləndirilən şəxs tərəfindən göstərişlər verilir, Təqsirləndirilən şəxs oteli icarəyə götürərək işlədir. İş yoldaşları ilə münasibəti normaldır, aralarında iş münasibəti olmuş, kənar yerdə onlarla vaxt keçirməmiş, hər hansı iş yoldaşı ilə ədavət düşmənçiliyi olmamışdır. Onun xidməti vəzifəsi yemək bişirməkdən ibarətdir. «Lake» otelin sahibi Şahid1 işlədiyi vaxt tanımışdır. Şahid1 təxminən 10-15 gündən bir otelə gəlmiş, otelə sadəcə olaraq baxmaq üçün gəlmiş, ona və digər işçilərə heç bir zaman göstəriş verməmişdir. O, Şahid1 otelin idarə edilməsində iştirak etməsinin və ya Təqsirləndirilən şəxs idarəçilik işlərinə müdaxilə etməsinin şahidi olmamışdır. xx.xx.2025-ci il tarixdə saat 09:00-da növbəni təhvil almış, saat təxminən saat 11 radələrində çöldən səs-küy gəlmiş, ofisiantları elektrik cərəyanı vurduğunu, dörd nəfərin öldüyünü eşitmiş, həyəcandan yerindən tərpənə bilməmiş, mətbəxdə qalmış, bu cur hadisələrə dözümü yoxdur, hadisənin necə baş verməsini görə bilməmişdir. Şahid9 əlavə olaraq göstərmişdir ki, Bakı şəhəri, Binəqədə rayonu, Xırdalan-Binəqədi şosesi 7, 4-cü kilometrliyində yerləşən «Lake» hotelin nə vaxt inşa edilməsindən məlumatı yoxdur, o, işə başlayan zaman hotel artıq fəaliyyət göstərirmiş. Otelin inşa edildiyi torpaq sahəsinin kimə məxsus olmasından məlumatı yoxdur, düşünür ki, Şahid1 məxsusdur. Otelin ərazisi hasarın daxilində yerləşir, hasarın qarşısında olan yol və yaşıllıq otelə məxsus deyildir. Otelin ümumi fəaliyyətinə Təqsirləndirilən şəxs nəzarət edir. Bildiyi qədər «Lake» hoteldə işləyən bütün işçilərə əmək müqaviləsi bağlanmışdır. Otelin elektrik təchizatına, yəni şəbəkəyə haradan qoşulmasından məlumatı yoxdur. Hadisə baş verdikdən sona öyrənmişdir ki, X58, X47, X35, X59 iskələnin gətirilməsi barədə göstərişi Ağasif müəllim vermişdir. Oteldə əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarına kimin cavabdeh olmasından məlumatı yoxdur. Oteldə texniki təhlükəsizlik qaydalarına dair hər hansı təlimat yoxdur. «Lake» hoteli müştərilərə gecələmə və restoran xidmətləri göstərir. İşlədiyi müddətdə Təqsirləndirilən şəxs və digər şəxslər tərəfindən oteldə fahişəliklə məşğul olmaq üçün əxlaqsız yuvaların təşkil edilməsinin, saxlanmasının və ya buna şərait yaradılmasının şahidi olmamış, ora adi hotel kimi fəaliyyət göstərir. «Lake» hotelə gələn müştərilərin hansı qaydada qeydiyyata alınmasından məlumatı yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid10 ifadəsində göstərmişdir ki, Şahid qismində dindirilmiş Şahid10 göstərmişdir ki, o, 2023-cü ildən Bakı şəhəri, Binəqədi rayonu, Xırdalan-Binəqədi şosesi 7, 4-cü kilometrliyində yerləşən «Lake» hoteldə kababçı vəzifəsində çalışır. Onu işə Təqsirləndirilən şəxs götürmüş, aralarında rəsmi olaraq əmək müqaviləsi bağlanmışdır. İş vaxtı növbəli şəkildə tənzimlənir, həm gündüzlər, həm gecələr işləyir. İş vaxtı gündüz növbəsində saat 09:00-dan saat 21:00-dək, gecə növbəsində isə saat 21:00-dan saat 09:00-dək davam edir, bir həftə gündüz, bir həftə gecə növbəsində işləyir. Onunla birlikdə növbədə qabyuyan və aşbaz işləyirlər, iş vaxtı ona əsasən müdir Təqsirləndirilən şəxs tərəfindən göstərişlər verilir, Təqsirləndirilən şəxs oteli icarəyə götürərək işlədir. İş yoldaşları ilə münasibəti normal olmuş, aralarında iş münasibəti olmuş, kənar yerdə onlarla vaxt keçirməmiş, hər hansı iş yoldaşı ilə ədavət düşmənçiliyi olmamışdır. Xidməti vəzifəsi kabab bişirməkdən ibarətdir. «Lake» otelin sahibi Şahid1 işlədiyi vaxt tanımış, sonuncu təxminən 10-15 gündən bir otelə gəlmiş, otelə sadəcə olaraq baxmaq üçün gəlmiş, ona və digər işçilərə heç vaxt göstəriş verməmişdir. O, Şahid1 otelin idarə edilməsində iştirak etməsinin və ya Təqsirləndirilən şəxs idarəçilik işlərinə müdaxilə etməsinin şahidi olmamışdır. xx.xx.2025-ci il tarixdə saat 09:00-da növbəni təhvil almış, saat təxminən saat 11 radələrində çöldən səs-küy gəlmiş, dörd nəfər ofisiantın elektrik cərəyanı vurması nəticəsində öldüyünü eşitmişdir. O, mətbəxdə qalmış, hadisənin necə baş verdiyini görməmişdir. Şahid10 əlavə olaraq göstərmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu, Xırdalan- Binəqədi şosesi 7, 4-cü kilometrliyində yerləşən «Lake» hotelin nə vaxt inşa edilməsindən məlumatı yoxdur, o, işə başlayan zaman hotel artıq fəaliyyət göstərirmiş. Otelin inşa edildiyi torpaq sahəsinin kimə məxsus olmasından məlumatı yoxdur, düşünür ki, Şahid1 məxsusdur. Otelin ərazisi hasarın daxilində yerləşir, hasarın qarşısında olan yol və yaşıllıq otelə məxsus deyildir. Otelin ümumi fəaliyyətinə Təqsirləndirilən şəxs nəzarət edir. Bildiyi qədər, «Lake» hotel işləyən işçilərlə rəsmi olaraq əmək müqaviləsi əmək müqaviləsi bağlanmışdır. Otelin elektrik təchizatına, yəni şəbəkəyə haradan qoşulmasından məlumatı yoxdur, hadisədən sonra öyrənmişdir ki, X58, X47, X35, X59 iskələnin daşınması barədə göstərişi Təqsirləndirilən şəxs vermişdir. Oteldə əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarına kimin cavabdeh olmasından məlumatı yoxdur. Oteldə texniki təhlükəsizlik qaydalarına dair hər hansı təlimat yoxdur. «Lake» hotel müştərilərə gecələmə və restoran xidmətləri göstərir. İşlədiyi müddətdə Təqsirləndirilən şəxs və digər şəxslər tərəfindən orada fahişəliklə məşğul olmaq üçün əxlaqsız yuvaların təşkil edilməsinin, saxlanmasının və ya buna şərait yaradılmasının şahidi olmamış, ora adi hotel kimi fəaliyyət göstərir. «Lake» hotelə gələn müştərilərin hansı qaydada qeydiyyata alınması barədə hər hansı məlumatı yoxdur. Məhkəmə iclasına çağrılmış şahidlər Şahid5 və Şahid6 məhkəmə iclasında iştirak etməmələri nəzərə alınaraq, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilməklə ibtidai istintaq zamanı verdiyi ifadələri elan olunmuş və tədqiq edilmiş hesab edilmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan edilmiş CM-in 162.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2025-ci il tarixli qərardan görünür ki, toplanmış materialda Azərbaycan Respublikası CM-nin 162.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin əlamətləri olduğundan fakta görə həmin maddələr ilə Binəqədi rayon prokuroru, baş ədliyyə müşaviri Fuad Məmmədov tərəfindən cinayət işi başlanmış və istintaqı aparılması üçün istintaq qrupu yaradılmışdır. xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 162.3cü maddəsi ilə istintaq olunan ********* nömrəli cinayət işi Binəqədi rayon prokurorluğunun müstəntiqi, İ dərəcəli hüquqşünas Xəyal Şamxayzadənin icraatına qəbul edilmişdir. xx.xx.2025-ci il tarixli “hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, hadisə yeri Bakı şəhəri, Binəqədi rayonu, Xırdalan-Binəqədi şossesi 7, 4-cü kilometrlikdə yerləşən “Lake hotel”in qarşısıdır. xx.xx.2025-ci il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası CM-in 162.3-cü maddəsi ilə nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində həmin gün saat 22:05-də tutulmuşdur. xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 162.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 22 noyabr 2025-ci il tarixli, 4(001)- 749/2025 nömrəli qərarından görünür ki, ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikasının CM-nin 162.3-cü maddəsi ilə Təqsirləndirilən şəxs barəsində 01 (bir) ay müddətinə “həbs” qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 21 noyabr 2025-ci il tarixdən hesablanmışdır. xx.xx.2025-ci il tarixli Təqsirləndirilən şəxs və Şahid1 arasında üzləşdirmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs Şahid1 ifadəsi ilə razılaşaraq bildirmişdir ki, əvvəllər hoteldə mühasib işləmiş, sonra Şahid1 başqa biznesi olduğu üçün hoteli icarəyə verməyi ona təklif etmişdir. O, Elçinlə razılaşmışdır. O, oteli icarəyə götürmüş, aralarında rəsmi olaraq icarə müqaviləsi bağlanmışdır. Aylıq olaraq dəqiq icarə haqqı danışılmamışdı, 4000 manat vermək barədə şifahi razılaşmışdırlar. Ancaq gəlir olmayan zamanlarda Elçin tərəfindən icarə haqqına endirim edilmişdir. Yerdə qalan gəlir ona çatmışdır. O, əvvəlki ifadəsində hadisənin təsirindən fikrini düzgün izah edə bilmədiyini qeyd etmişdir. Yəni icarə müqaviləsi formal yox faktiki olaraq bağlanmışdır. Otelin idarə edilməsi onun tərəfindən həyata keçirilmişdir. İşçilərə də göstərişləri o, vermiş, otaqlardan gələn pul da ona çatmışdı. Yekunda tərəfindən aylıq icarə haqqı verilmiş, işçiləri də özü işə götürüb, özü işdən çıxarmışdır. Elçin binanın saz vəziyyətdə qalması üçün ara-sıra hotələ gəlib getmiş, ancaq onun idarə etmə işlərinə müdaxilə etməmişdir. X83, X75, X48, X84 restoranda ofisiant işləmiş, əmək müqaviləsi onun adından bağlanmış, əmək haqqını kassandan gündəlik olaraq almışdırlar. Otelin pəncərələri çirkli olduğu üçün təmizlik şirkətinə müraciət edəcəkmiş. Bu səbəbdən əvvəllər də təmizlik şirkətlinin işçilərinin üzərində dayana bilməsi üçün 5 metr hündürlüyü olan iskələni (ayaq altını) otelinin içərisinə gətirmək lazım olmuşdur. Həmin iskələnin təkərləri olduğu üçün itələyərək bir yerdən başqa yerə aparmaq mümkün olurmuş. Pəncərələri təmizləmək üçün iskələyə ehtiyac olmuşdur. xx.xx.2025-ci il tarixdə saat 11 radələrində X36 yanına çağırmış, iki-üç nəfər ilə birgə piyada yolu ilə iskələni içəri gətirməsini tapşırmışdır. Cavidan da X60, X49 və X7 çağırmış və birlikdə getmişdirlər. Onlar getdikdən sonra 15- 20 dəqiqə sonra qışqırıq səsi gəlmiş, əli adlı şəxs onları səsləmiş, uşaqları elektrik cərəyanı vurubdur demişdir. O və digər işçilər dərhal otelin giriş darvazasından çölə çıxmış, iskələ elektrik cərəyanıan dəydiyi üçün kəndir ilə iskələni yerə yıxmışdırlar. İşçilərə iskələni gətirməyi o tapşırmışdır. Ancaq işçilər kənar yol ilə iskələni gətirməli imişlər. xx.xx.2025-ci il tarixli qərardan görünür ki, X77 ********* saylı cinayət işi üzə zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınmışdır. DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 03 dekabr 2025-ci il tarixli, 10/7847 nömrəli ekspert rəyindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Xırdalan-Binəqədi şosesi 7, 4-cü kilometrliyində yerləşən “Lake” otelin qarşısından avtomobil yolunun üst proeksiyasından yer səthindən 5.53 m hündürlükdə keçən 35 kV-luq hava elektrik xəttinin naqilinə, metal konstruksiyadan ibarət hündürlüyü 5,75 m olan təkərli iskələnin (ayaqaltının) yuxarı hissəsinin toxunması baş vermiş hadisənin texniki səbəbi olmuşdur. Baş vermiş hadisə ilə əlaqədar, "Elektrik şəbəkələrinin mühafizə zonalarının ölçülən və həmin ərazilərdə təsərrüfat işlərinin aparılmasına dair Tələblərin 3.1 6-cı bəndinin, “Elektrik qurğularının quraşdırılması Qaydalarının 120.6-cı bəndinin və “Elektrik qurğularının texniki istismar Qaydalarfnm 8.9, 8.12, 8.16.4-cü bəndlərinin tələbləri pozulmuşdur. “Lake” otelin qarşısından hündürlüyü 5,75 m olan təkərli iskələnin düzgün (təhlükəsiz) marşrut ilə aparılmasını təmin etmədiyinə görə, “Elektrik şəbəkələrinin mühafizə zonalarının ölçüləri və həmin ərazilərdə təsərrüfat işlərinin aparılmasına dair Tələblərin 3.1.6-cı bəndinin tələbi “Bütün sahələr üçün ümumi olan qulluqçu vəzifələrinin Vahid X28 Müəssisə direktorunun əmək funksiyasında göstərilənlərə əsasən müəssisədə (oteldə) təhlükəsiz və əlverişli iş şraitinin yaradılmasına cavabdeh olan direktor (müəssisənin faktiki rəhbəri) tərəfindən pozulmuşdur. “Lake" otelin qarşısından avtomobil yolunun üst proeksiyasından keçən 35 kV-luq hava elektrik xəttinin naqillərinin sallanma oxunda və qabaritində dəyişikliklərin aradan qaldırılması ilə bağlı “Elektrik qurğularının texniki istismar Qaydalarfna uyğun olaıaq müvafiq texniki baxışların keçirilməsi təşkil edilərək faktiki yer səthinə kimi 5,53 m olan hava xəttinin naqilinin sallanma oxunun “Elektrik qurğularının quraşdırılması Qaydalarının 123- cü cədvəlində göstərilənlərə uyğun olaraq yer səthinə kimi 7 m saxlanılması tənim edilmədiyinə görə, "Elektrik qurğularının quraşdırılması Qaydalarfnm 120.6-cı bəndinin və “Elektrik qurğularının texniki istismar Qaydalarfnm 8.9, 8.12, 8.16.4-cü bəndlərinin tələbləri həmin elektrik hava xəttinin sahibkarı tərəfindən pozulmuşdur (konkret şəxs(-lər) istintaq tərəfindən müəyyən edilə bilər). “Lake" otelin işçilərinin, konkret halda zərərçəkmiş şəxslərin biliklərinin yoxlanılmasını və əməyin mühafizəsi və təhlükəsizlik texnikasına dair təlimatlandırılmalarının keçirilməsi təmin edilmədən işçilərin sərbəst işə buraxılmalanna yol verildiyinə görə, “Müəssisədə işçilərin əməyinin mühafizəsi üzrə təlimi və biliklərinin yoxlanılması haqqında nümunəvi əsasnamə’nin 4, 6-cı bəndlərinin tələbləri, həmin əsasnamənin 5-ci bəndinə görə “Lake" otelin direktoru (müəssisənin faktiki rəhbəri) tərəfindən pozulmuşdur (qeyd olunan pozuntuların baş vermiş hadisə ilə səbəbliəlaqəsinin olub-olmamasına istintaq tərəfindən qiymət verilə bilər).Hadisənin baş vermə şəraitini nəzərə aldıqda zərərçəkmiş şəxslər tərəfindən qayda və təlimatların tələblərinin pozulması halı müəyyən edilmir. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 4(001)-800/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Binəqədi rayon Prokurorluğunda istintaq olunan ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 162.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 02 (iki) ay müddətinə, yəni 21 fevral 2026-cı il tarixədək uzadılmışdır. 28 yanvar 2026-cı il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 162.3-cü maddəsi ilə yeni məzmunda ittiham elan olunaraq o, yenidən təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. xx.xx.2025-ci il tarixli meyitin tanımaya təqdim edilməsi və baxış keçirilməsi haqqında protokoldan görünür ki, meyit tanımaya təqdim edilmiş, baxışda iştirak edən X78 meyitin övladı X47 məxsus olmasını bildirmişdir. xx.xx.2025-ci il tarixli meyitin tanımaya təqdim edilməsi və baxış keçirilməsi haqqında protokoldan görünür ki, meyit tanımaya təqdim edilmiş, baxışda iştirak edən X76 meyitin övladı X59 məxsus olmasını bildirmişdir. xx.xx.2025-ci il tarixli meyitin tanımaya təqdim edilməsi və baxış keçirilməsi haqqında protokoldan görünür ki, meyit tanımaya təqdim edilmiş, baxışda iştirak edən X69 meyitin əmisi oğlu X35 məxsus olmasını bildirmişdir. xx.xx.2025-ci il tarixli meyitin tanımaya təqdim edilməsi və baxış keçirilməsi haqqında protokoldan görünür ki, meyit tanımaya təqdim edilmiş, baxışda iştirak edən X67 meyitin qardaşı X58 məxsus olmasını bildirmişdir. Əmək təhlükəsizliyinin tədqiqi ekspertizasının xx.xx.2025-ci il, 10/7847 Ekspert rəyindən görünür ki, Baki şəhəri, Binəqədi rayonu, Xirdalan-Binəqədi şosesi 7,4-cü kilometrliyində yerləşən “Lake” otelin qarşısından avtomobil yolunun üst proeksiyasından yer səthindən 5.53 m hündürlükdə keçən 35 kV-luq hava elektrik xəttinin naqilinə, metal konstruksiyasından ibarət hündürlüyü 5,75 m olan təkərli isləkənin (ayaqaltının) yuxarı hissəsinin toxunması baş vermiş hadisənin texniki səbəbi olmuşdur. Baş vermiş hadisə ilə əlaqədar, “Elektrik şəbəkələrinin mühafizə zonalarının ölçüləri və həmin ərazilərdə təsərrüfat işlərinin aparılmasına dair Tələblərin 3.1.6-ci bəndinin, “Elektrik qurğularının quraşdırılması Qaydalarının 120.6-ci bəndinin və “Elektrik qurğularının texniki istismar Qaydaları”nın 8.9, 8.12, 8.16.4-cü bəndlərinin tələbləri pozulmuşdur. “Lake” otelin qarşısından hündürlüyü 5,75 m olan təkərli isləkənin düzgün (təhlükəsiz) marşrut ilə aparılmasını təmin etmədiyinə görə, “Elektrik şəbəkələrinin mühafizə zonalarının ölçüləri və həmin ərazilərdə təsərrüfat işlərinin aparılmasına dair Tələblərin 3.1.6-ci bəndinin tələbi “Bütün sahələr üçün ümumi olan qulluqçu vəzifələrinin Vahid X32”da Müəssisə direktorunun əmək funksiyasında göstərilənlərə əsasən müəssisədə (oteldə) təhlükəsiz və əlverişli iş şəraitinin yaradılmasına cavabdeh olan direktor (müəssisənin faktiki rəhbəri) tərəfindən pozulmuşdur. “Lake” otelin qarşısından avtomobil yolunun üst proeksiyasından keçən 35 kV-luq hava elektrik xəttinin naqillərinin sallanma oxunda və qabaritində dəyişiklərin aradan qaldırılması ilə bağlı “Elektrik qurğularının texniki istismar Qaydaları”na uyğun olaraq müvafiq texniki baxışların keçirilməsi təşkil edilərək faktiki yer səthinə kimi 5,53m olan hava xəttinin naqilinin sallanma oxunun “Elektrik qurğularının quraşdırılması Qaydalan”nın 123-cü cədvəlində göstərilənlərə uyğun olaraq yer səthinə kimi 7 m saxlanılması təmin edilmədiyinə görə, “Elektrik qurğularının quraşdırılması Qaydalarının 120.6-ci bəndinin və “Elektrik qurğularının texniki istismar Qaydaları”nın 8.9, 8.12, 8.16.4cü bəndlərinin tələbləri həmin elektrik hava xəttinin sahibkarı tərəfindən pozulmuşdur (konkret şəxs(-lər) istintaq tərəfindən müəyyən edilə bilər). “Lake” otelin işçilərinin, konkret halda zərərçəkmiş şəxslərin biliklərinin yoxlanılmasını və əməyin mühafizəsi və təhlükəsizlik texnikasına dair təlimatlandırılmalarının keçirilməsi təmin edilmədən işçilərinin sərbəst işə buraxılmalarına yol verdiyinə görə, “Müəssisədə işçilərin əməyinin mühafizəsi üzrə təlimi və biliklərinin yoxlanılması haqqında nümunəvi əsasnamə”nin 4,6-cı bəndlərinin tələbləri, həmin əsasnamənin 5-ci bəndinə görə “Lake” otelin direktoru (müəssisinin faktiki rəhbəri) tərəfindən pozulmuşdur (qeyd olunan pozuntuların baş vermiş hadisə ilə səbəbliəlaqəsinin olub-olmamasına istintaq tərəfindən qiymət verilə bilər). Hadisənin baş vermə şəraitini nəzərə aldıqda zərərçəkmiş şəxslər tərəfindən qayda və təlimatların tələblərinin pozulması halı müəyyən edilmir. Məhkəmə tibbi ekspertizasının xx.xx.2025-ci il tarixli, 255 saylı rəyindən görünür ki, 1998-ci il təvəllüdlü X33 meyitinin məhkəmə-tibbi ekspertizasına və əlavə müayinənin cavabına əsasən, hadisə haqqında qərarda yazılan ilk məlumatı nəzərə alaraq və ekspertiza qarşısında qoyulmuş suallara cavab olaraq, aşağıdaki nəticəyə gəlinir: 1. X9 meyitində aşkar olunmuş xəsarətlər - bədən səthinin lll-İV dərəcəli termiki yanıq yaraları həyati olub, yüksək hərarətin təsirindən onun ölümündən az əvvəl əmələ gəlmişdirlər, qərarda göstərilən tarixdə və şəraitdə, yəni 21.11,2025-ci il tarixdə yüksək gərginlikli elektrik xəttinə dəyməsi zamanı elektrik cərəyanı vurması nəticəsində əmələ gələn bilərdilər və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmaya aiddirlər. Beləliklə, C.T.Muradlının meyitində aşkar olunmuş xəsarətləlrlə onun ölümü arasında səbəbli əlaqə vardır. 2. X9 ölümünə səbəb elektrik cərəyanı ilə təmas nəticəsində baş vermiş elektrikvurma olmuşdur. 3. X9 meyiti yüksək hərarətin təsirinə məruz qaldığı üçün ilkin meyit əlamətlərini (meyit qacıması, meyit ləkələri və s.) müəyyən etmək, eləcə də ölümün konkret baş vermə müddətini təyin etmək mümkün olmadı. Lakin meyitdə gecikmiş meyit əlamətlərinin (meyitin çürüməsi və s.) inkişaf etməməsini nəzərə alaraq demək olar ki, onun ölümünün baş vermə müddəti qərarda göstərilən xx.xx.2025-ci il tarixə uyğun gəlir. 4. X9 meyitindən götürülmüş qanın məhkəmə-kimya tədqiqatı nəticəsində etil spirti, narkotik və güclü təsiredici maddələr aşkar olunmamışdır. Məhkəmə tibbi ekspertizasının xx.xx.2025-ci il tarixli, 254 saylı rəyindən görünür ki, 2007-ci il təvəllüdlü X41 meyitinin məhkəmə-tibbi ekspertizasına və əlavə müayinənin cavabına əsasən, hadisə haqqında qərarda yazılan ilk məlumatı nəzərə alaraq və ekspertiza qarşısında qoyulmuş suallara cavab olaraq, aşağıdaki nəticəyə gəlinir: 1. X14 meyitində aşkar olunmuş xəsarətlər - bədən səthinin lll-İV dərəcəli termiki yanıq yaraları həyati olub, yüksək hərarətin təsirindən onun ölümündən az əvvəl əmələ gəlmişdirlər, qərarda göstərilən tarixdə və şəraitdə, yəni xx.xx.2025-ci il tarixdə yüksək gərginlikli elektrik xəttinə dəyməsi zamanı elektrik cərəyanı vurması nəticəsində əmələ gələn bilərdilər və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmaya aiddirlər. Beləliklə, Ə.A.Zeynalovun meyitində aşkar olunmuş xəsarətlərlə onun ölümü arasında səbəbli əlaqə vardır. 2. X14 ölümünə səbəb elektrik cərayanı ilə təmas nəticəsində baş vermiş elektrikvurma olmuşdur. 3. X14 meyiti yüksək hərarətin təsirinə məruz qaldığı üçün ilkin meyit əlamətlərini (meyit qacıması, meyit ləkələri və s.) müəyyən etmək, eləcə də ölümün konkret baş vermə müddətini təyin etmək mümkün olmadı. Lakin meyitdə gecikmiş meyit əlamətlərinin (meyitin çürüməsi və s.) inkişaf etməməsini nəzərə alaraq demək olar ki, onun ölümünün baş vermə müddəti qərarda göstərilən xx.xx.2025-ci il tarixə uyğün gəlir. 4. X14 meyitindən götürülmüş qanın məhkəmkə-kimya tədqiqatı nəticəsində etil spirti, narkotik və güclü təsiredici maddələr aşkar olunmamışdır. Məhkəmə tibbi ekspertizasının xx.xx.2025-ci il tarixli, 256 saylı rəyindən görünür ki, 2005-ci il təvəllüdlü X50 meyitinin məhkəmə-tibbi ekspertizasına və əlavə müayinənin cavabına əsasən, hadisə haqqında qərarda yazılan ilk məlumatı nəzərə alaraq və ekspertiza qarşısında qoyulmuş suallara cavab olaraq, aşağıdaki nəticəyə gəlinir: 1. X19 meyitində aşkar olunmuş xəsarətlər - bədən səthinin lll-İV dərəcəli termiki yanıq yaraları həyati olub, yüksək hərarətin təsirindən onun ölümündən az əvvəl əmələ gəlmişdirlər, qərarda göstərilən tarixdə və şəraitdə, yəni xx.xx.2025-ci il tarixdə yüksək gərginlikli elektrik xəttinə dəyməsi zamanı elektrik cərəyanı vurması nəticəsində əmələ gələn bilərdilər və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmaya aiddirlər. Beləliklə, E.C.Quliyevin meyitində aşkar olunmuş xəsarətlərlə onun ölümü arasında səbəbli əlaqə vardır. 2. X19 ölümünə səbəb elektrik cərəyanı ilə təmas nəticəsində baş vermiş elektrikvurma olmuşdur. 3. X19 meyiti yüksək hərarətin təsirinə məruz qaldığı üçün ilkin meyit əlamətlərini (meyit qacıması, meyit ləkələri və s.) müəyyən etmək, eləcə də ölümün konkret baş vermə müddətini təyin etmək mümkün olmadı. Lakin meyitdə gecikmiş meyit əlamətlərinin (meyitin çürüməsi və s.) inkişaf etməməsini nəzərə alaraq demək olar ki, onun ölümünün baş vermə müddəti qərarda göstərilən xx.xx.2025-ci il tarixə uyğun gəlir. 4. X19 meyitindən götürülmüş qanın məhkəmə- kimya tədqiqatı nəticəsində etil spirti, narkotik və güclü təsiredici maddələr aşkar olunmamışdır. Məhkəmə tibbi ekspertizasının xx.xx.2025-ci il tarixli, 253 saylı rəyindən görünür ki, 2006-ci il təvəllüdlü X51 meyitinin məhkəmə-tibbi ekspertizasına və əlavə müayinənin cavabına əsasən, hadisə haqqında qərarda yazılan ilk məlumatı nəzərə alaraq və ekspertiza qarşısında qoyulmuş suallara cavab olaraq, aşağıdaki nəticəyə gəlinir: 1. X109 Habil meyitində aşkar olunmuş xəsarətlər - bədən səthinin lll-İV dərəcəli termiki yanıq yaraları həyati olub, yüksək hərarətin təsirindən onun ölümündən az əvvəl əmələ gəlmişdirlər, qərarda göstərilən tarixdə və şəraitdə, yəni xx.xx.2025-ci il tarixdə yüksək gərginlikli elektrik xəttinə dəyməsi zamanı elektrik cərayanı vurması nəticəsində əmələ gələn bilərdilər və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmaya aiddirlər. Beləliklə, E.H.Əliyevin meyitində aşkar olunmuş xəsarətləlrlə onun ölümü arasında səbəbli əlaqə vardır. 2. X20 ölümünə səbəb elektrik cərayanı ilə təmas nəticəsində baş vermiş elektrikvurma olmuşdur. 3. X20 meyiti yüksək hərarətin təsirinə məruz qaldığı üçün ilkin meyit əlamətlərini (meyit qacıması, meyit ləkələri və s.) müəyyən etmək, eləcə də ölümün konkret baş vermə müddətini təyin etmək mümkün olmadı. Lakin meyitdə gecikmiş meyit əlamətlərinin (meyitin çürüməsi və s.) inkişaf etməməsini nəzərə alaraq demək olar ki, onun ölümünün baş vermə müddəti qərarda göstərilən xx.xx.2025-ci il tarixə uyğün gəlir. 4. X20 meyitindən götürülmüş qanın məhkəmə- kimya tədqiqatı nəticəsində etil spirti, narkotik və güclü təsiredici maddələr aşkar olunmamışdır. Məhkəmə tibbi kriminalistik ekspertizasının xx.xx.2025-ci il tarixli, 525/MTKŞ- 2025 saylı rəyindən görünür ki, təqdim edilmiş X25 məxsus gödəkcə, köynək və şalvar hissələrinin, kəmərin, tumanın bir cüt ayaqqabının, bir cüt corabın, siqaret qutusunun üzərində çoxsaylı termiki zədələr, mobil telefonun deformasiyası, “1 manatlıq” pul əskinazının üzərində hislənmə sahəsi var, bu zədələr və hislənmə sahəsi yüksək temperaturun (alovun) təsirindən törənmişlər, o cümlədən elektrik cərəyanının təsirindən törənə bilərlər. X25 məxsus bloknotun üzərində zədə aşkar edilmədi. X21 məxsus köynək fraqmentlərinin, şalvar hissəsinin, tuman hissəsinin üzərində, bir cüt ayaqabının hər iki tayının içəri yan səthində, ön və bayır səthində, hər iki tayın alt səthində, bir cüt corabın hər iki tayının üzərində geniş toxuma defektli termiki zədələr, mobil telefonun və üzlüyünün üzərində termiki zədələr, metal hissələrin əriməsi, bank kartı və nəqliyyat kartın deformasiyası var, bu zədələr yüksək temperaturun (alovun) təsirindən törənmişlər, o cümlədən elektrik cərəyanının təsirindən törənə bilərlər. X21 məxsus bloknotun üzərində zədə aşkar edilmədi. X11 məxsus paltar hissələrin tamamilə termiki təsirdən kütlə halında olması, kəmər hissələrinin üzərində termiki zədələr və metalik hissənin deformasiyası, bloknotun, qol saatının və boyunbağının üzərində hislənmə sahələri var, bu zədələr və hislənmə sahələri yüksək temperaturun (alovun) təsirindən törənmişlər, o cümlədən elektrik cərəyanının təsirindən törənə bilərlər. X26 məxsus köynək hissəsinin bütün kənarları boyu termiki təsirdən törənmiş zədələr var, bu zədələr yüksək temperaturun (alovun) təsirindən törənmişlər, o cümlədən elektrik cərəyanın təsirindən törənə bilərlər. X26 məxsus qol saatının və qolbağın üzərində zədə aşkar edilmədi. Kompleks komisyon ambulator məhkəmə-psixiatrik və məhkəmə psixoloji ekspertizasının xx.xx.2025-ci il tarixli, 4203 saylı rəyindən görünür ki, Yoxlanılan şəxs Təqsirləndirilən şəxs ona ittiham olunan əməli törədənədək, cinayət əməlini törətdiyi zaman xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və ya sair psixi xəstəlik müəyyən edilmir. Təqsirləndirilən şəxs hazırda hər hansı psixi xəstəlik aşkar olunmur. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs cinayət əməlini törədən anda öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21.1 -ci, 21.3-cü, və 22-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hər hansı psixi xəstəlik aşkar olunmur. Təqsirləndirilən şəxs onu öz əməlinin (hərəkət və ya hərəkətsizliyin) faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onu idarə etmək iqtidarındadır. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hazırki psixi vəziyyəti onun istintaq və digər prosessual hərəkətlərdə iştirak etməsinə və öz prosessual hüquq və vəzifələrini icra etməsinə imkan var. Təqsirləndirilən şəxs kognitiv funksiyaları (qavrama, təfəkkür, yaddaş) normaya uyğun çıxış edir. Emosionallıq, prinsipiallıq, inadkarlıq kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Hadisə zamanı Təqsirləndirilən şəxs fizioloji və ya kumulyativ affekt vəziyyətində olmamışdır. Emosional halından asılıq olaraq təqsirləndirilən şəxs hadisə zamanı öz hərəkətlərini tam dərk etmək qabiliyyətinə malik olmuşdur. Təqsirləndirilən şəxs əqli inkişafında gerilik əlamətləri müşahidə olunmur. Məhkəmə-genetik ekspertizasının xx.xx.2026 il tarixli, 26/39R ekspert rəyindən görünür ki, 1. Bioloji nümunələri təqdim edilmiş X59 məxsus olması ehtimal edilən meyit - 99.99% ehtimalla X22 cinsindən olan bioloji övladına məxsusdur; 2. Bioloji nümunələri təqdim edilmiş X58 məxsus olması ehtimal edilən məyit - 99.99% ehtimalla X15 cinsindən olan bioloji övladına məxsusdur; 3.Bioloji nümunələri təqdim edilmiş X35 məxsus olması ehtimal edilən meyit - 99.99% X10 cinsindən olan bioloji övladına məxsusdur; 4. X47 məxsus ehtimal edilən meyit ilə X77 arasında ata xətti üzrə bioloji qardaşına məxsusdur. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakların dövlət reyestrinin xx.xx.2019-cu il tarixli,**********97-26301 reyestr nömrəli çıxarışdan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Xırdalan-Binəqədi şosesi 4-cü km, 7 ünvanında yerləşən 2988,7 kvadrat metr daşınmaz əmlak Şahid1 xüsusi mülkiyyətdədir, 0,19445 hektar sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaq sahəsinin mülkiyyət növü dövlətdir və Şahid1 istifadəsindədir. xx.xx.2021 -ci il tarixli 03 nömrəli icarə müqaviləsindən görünür ki, Təqsirləndirilən şəxs (icarəçi) və Şahid1 (icarəyə verən) arasında Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi ştq, Xırdalan- Binəqədi şosesi, 7, 4-cü kilometrliyində yerləşən ümumi sahəsi 150 kv/m olan qeyri-yaşayış sahəsi aylıq 200 manat məbləğində icarəyə verilməsinə dair icarə müqaviləsi bağlanmışdır. İcarə müqaviləsinə əsasən müqavilə üzrə vergi ödənişləri ümumi icarə haqqına daxil deyil və icarəçi tərəfindən əlavə olaraq ödənilməsi, həmçinin obyektdə müvafiq təhlükəsizlik tələblərinə riayət etmək icarəçinin vəzifəsinə aid edilmişdir. Əmək müqaviləsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən X84 xx.xx.2025ci il tarixdə ofisiant vəzifəsində işə götürülmüşdür. Əmək müqaviləsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən X75 xx.xx.2025ci il tarixdə ofisiant vəzifəsində işə götürülmüşdür. Əmək müqaviləsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən X48 xx.xx.2025ci il tarixdə ofisiant vəzifəsində işə götürülmüşdür. Əmək müqaviləsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən X83 xx.xx.2025ci il tarixdə ofisiant vəzifəsində işə götürülmüşdür. xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, zərərçəkmiş şəxs X41 hüquqi varisi qismində tanınmış X16 rayon prokurorluğuna müraciət edərək onun və ailəsinin heç bir şikayət və tələbi yoxdur, dəymiş ziyan ödənmişdir. xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, zərərçəkmiş şəxs X41 atası X17 rayon prokurorluğuna müraciət edərək onun və ailəsinin heç bir şikayət və tələbi yoxdur, dəymiş ziyan ödənmişdir. xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, zərərçəkmiş şəxs X50 hüquqi varisi qismində tanınmış X12 rayon prokurorluğuna müraciət edərək oğlu X50 ölməsi faktına görə aparılan araşdırma üzrə onun və ailəsinin heç bir şikayət və tələbi yoxdur, dəymiş ziyan ödənilmişdir. xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, zərərçəkmiş şəxs X33 hüquqi varisi qismində tanınmış X8 rayon prokurorluğuna müraciət edərək oğlu X33 ölməsi bağlı onun və ailəsinin heç bir şikayət və tələbi yoxdur. xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, zərərçəkmiş şəxs X51 hüquqi varisi qismində tanınmış X18 rayon prokurorluğuna müraciət edərək oğlu X51 elektrik cərəyanı vurması aktına görə istintaq olunan cinayət işi üzrə onun və ailəsinin heç bir şikayət və tələbi yoxdur. "xxxx" ASC-dən daxil olmuş xx.xx.2025-ci il tarixli, 13-13/2-1/16-18877/2025 saylı məktubundan görünür ki, “Lake” hotelin qarşısından keçən 35 kV-luq elektrik hava xətti "xxxx" ASC-nin balansında deyildir. 35/6 kV-luq 92 saylı yarımstansiyadan qidalanan 35 kV-luq xətt "xxxx" MMC-yə (hazırda "xxxx" MMC) məxsusdur. Həmin xətt Q.Y. Mehdiyevanın xx.xx.2009-cu il tarixli TD-09-0297 nömrəli müraciəti əsasında xx.xx.2009cu ildə "xxxx" ASC tərəfindən verilmiş TX-09- 0152 nömrəli texniki şərt əsasında abonent tərəfindən çəkilmişdir. Xəttin texniki tələblərə uyğunluğuna, istismarına və texnikitəhlükəsizlik qaydalarına cavabdehlik balans mənsubiyyəti və tərəflərin istismar məsuliyyəti haqqında akta əsasən "xxxx" MMC-nin üzərindədir. Xəttə texniki baxış keşirilməsi və xidmət göstərilməsi əvvəllər "xxxx" MMC, hazırda "xxxx" MMC tərəfindən həyata keçirilməlidir. Əvvəllər "xxxx" MMC-yə balansında olan 35 kV-luq elektrik xətti "xxxx" MMC-nin balansına BOKT "xxxx" MMC ilə "xxxx" MMC arasında hərracda bağlanmış xx.xx.2017-ci il tarixli alqı-satqı müqaviləsi əsasında keçmişdir və hazırda da onun balansındadır. "xxxx" MMC xx.xx.2008-ci il tarixli 076 nömrəli məktubla "xxxx" QSCnin 35 kV-luq hava xəttinin onların şirkətinə aid olan ərazinin giriş nöqtəsində qoçulmasına razılıq vermişdir. Flazırda "xxxx" QSC-nin Duz zavodu "xxxx" MMC-yə məxsus 35 kV-luq xəttin üzərindən budaqlanma yolu ilə istifadə edir (TX №10/0031) . “Lake” hotelin elektrik təchizatı ərazidə yerləşən 925-3№-li TM-dən təmin edilir və "xxxx" MMC-nin balansında olan 35 kV-luq yüksək gərginlikli hava xəttindən qidalanmır. Sözügedən 35 kV-luq yüksək gərginlikli hava elektrik xətti "xxxx" ASC-nin balansında olmadığından xəttin texnikitəhlükəsizlik qaydalarına kimin cavabdeh olması,xəttin çəkildiyi torpaq sahəsinin mülkiyyət növü, “Lake” hotelin xəttin mühafizə zonasına düşüb-düşməməsi, hadisə baş verən ərazinin əlavə torpaqla doldurub- doldurulmaması, dayaqların hündürlüyünün normadan aşağı olub-olmaması barədə sorğuların cavablandırılması mümkün olmamışdır. “Ekologiya və Təbii Sərvətlər Nazirliyi Yanında Milli Hidrometeorologiya Xidmətindən” daxil olmuş xx.xx.2025-ci il tarixli, 3-14-20/2-1679/2025 saylı məktubundan görünür ki, xx.xx.2025-ci il tarixində, saat 07:00-da hava aydın, buludsuz, meteoroloji görünüş məsafəsi 20 km, havanın temperaturu 13.0°C, minimal temperaturu 12.9°C, maksimal temperaturu 14.2°C, cənub istiqamətli küləyin maksimal sürəti 9m/san olmuşdur. Yağıntı müşahidə edilməmişdir. Saat 10:00-da hava dəyişkən buludlu, meteoroloji görünüş məsafəsi 20 km, havanın temperaturu 15.2°C, minimal temperaturu 13.0°C, maksimal temperaturu 15.3°C, cənub-qərb istiqamətli küləyin maksimal sürəti 11m/san olmuşdur. Yağıntı müşahidə edilməmişdir. Saat 16:00-da hava dağınıq buludlu, meteoroloji görünüş məsafəsi 20 km, havanın temperaturu 18.8°C, minimal temperaturu 18.7°C, maksimal temperaturu 20.1 °C, cənub istiqamətli küləyin maksimal sürəti 6m/san olumuşdur. Yağıntı müşahidə edilməmişdir. İqtisadiyyat Nazirliyi Yanında Əmlak məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastri və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Baki Ərazi İdarəsindən daxil olmuş xx.xx.2025 tarixli, 3-21-3-30/2-60641/2025 saylı məktubundan görünür ki, Baki şəhəri, Binəqədi rayonu, Xırdalan-Binəqədi şosesi 7,4-cü kilometrliyində yerləşən “Lake” hotelə məxsus tikililərin inşa edildiyi torpaq sahəsinə mütəxəssisin iştirakının təmin olunması və müvafiq məlumatların təqdim edilməsi barədə müraciətə 1 saylı Baki Ərazi İdarəsində baxılmışdır. Vahid elektron kadastr baza məlumatlarına əsasən qeyd olunan ünvanda yerləşən torpaq sahəsi dövlət mülkiyyət torpağıdır. Sahə üzərində mövcud olan qeyriyaşayış binası **********97-06301 reyestr nömrəsi ilə Şahid1 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Bundan başqa müraciətdə qeyd olunan digər sualların cavablandırılması idarənin səlahiyyətləri xaricindədir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında Dövlət Əmək Müfəttişliyi Xidmətindən daxil olmuş, xx.xx.2025 tarixli, 3-17-5/2-112921/2025 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs tərəfindən “Əmək və məşğulluq” altsisteminə xx.xx.2025ci il tarixədək daxil edilmiş aktiv əmək müqavilələrin sayı 48-dir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsindən xx.xx.2026-cı il tarixli 3-21-2-5/2- 727/2026 saylı məktubdan görünür ki, Vergi orqanında olan uçot məlumatlarına əsasən X52 xx.xx.2021-ci il tarixdə vergi orqanında uçota alınaraq ona ********** saylı VÖEN verilmişdir. Vergi ödəyicisi iyul 2021 - sentyabr 2025 hesabat dövründə vergi orqanına sadələşdirilmiş vergi, muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi və məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannamələrini təqdim etmişdir. X52 iyul 2021 - sentyabr 2023 hesabat dövründə sadələşdirilmiş vergi bəyannamələri üzrə 328923,0 manat dövriyyə göstərməklə 2 faiz dərəcə ilə 6578,46 manat sadələşdirilmiş vergi, oktyabr 2023 - sentyabr 2025 hesabat dövründə isə 270049,0 manat dövriyyə göstərməklə 8 faiz dərəcə ilə 21603,92 manat sadələşdirilmiş vergi hesablamışdır. Ümumilikdə vergi ödəyicisi tərəfindən təqdim edilmiş bəyannamələr üzrə iyul 2021 - sentyabr 2025 hesabat dövründə 598972,0 manat dövriyyədən 28182,38 manat sadələşdirilmiş vergi hesablanmışdır. Bununla yanaşı qeyd olunan dövrdə sadələşdirilmiş vergi bəyannamələrinin ödəmə mənbəyində tutulan vergi bəyannaməsi bölməsində ümumilikdə 9600,0 manat icarə haqları üzrə 14 faiz dərəcə ilə 1344,0 manat ödəmə mənbəyində tutulan vergi hesablanmışdır. Eyni zamanda vergi ödəyicisi iyul 2021 sentyabr 2025 hesabat dövründə vergi orqanına təqdim etdiyi muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannamələri üzrə 83905,04 manat sığorta haqları hesablamışdır. Araşdırma zamanı cinayət işinə əlavə edilmiş materiallarda “Lake hotelin mülkiyyətçisi fiziki şəxs Şahid1 (VÖEN **********) fiziki şəxs X39 (VÖEN **********) qeyri-yaşayış sahəsini rəsmi 01 iyul 2021-ci il tarixli icarə müqaviləsinə əsasən aylıq 200,0 manat, qeyrirəsmi isə aylıq 4000,0 manat olmaqla icarəyə verilməsinə dair sübutlar müəyyən edilmişdir. Bununla əlaqədar olaraq qeyri-yaşayış sahəsinin aylıq 4000,0 manat olmaqla icarəyə verilməsi istintaqla sübut edildiyi halda bu fəaliyyət üzrə ümumi ödənilmiş 204000,0 manat icarə haqqı məbləğindən təqdim edilmiş bəyannamələr üzrə ödənilmiş 9600,0 manat icarə haqqı nəzərə alınmaqla Vergi Məcəlləsinin 124.1-ci maddəsinə əsasən iyul 2021 - sentyabr 2025 hesabat dövründə ödənilmiş icarə haqqından yayndırılmış ödəmə mənbəyində tutulan verginin məbləği 27216,0 manat ((204000,0- 9600,0=194400,0)*14%) təşkil edir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkolojı Mərkəzi” X82 daxil olmuş xx.xx.2025-ci il tarixli, 3-28-40/2-548/2025 saylı məktubdan görünür ki, X83, X75, X48, X84 və Təqsirləndirilən şəxs mərkəzdə narkolojı qeydiyyatda yoxdurlar. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X82 daxil olmuş 26 noyabr 2025-ci il tarixli, 3-28- 29/2-11115/2025 saylı məktubundan görünür ki, X83, X75, 08. X48, X84, Təqsirləndirilən şəxs arxiv məlumatlarına görə xəstəxanada müalicədə olmayıblar. Abşeron rayon İcra Hakimiyyəti Başçısının Masazır Kənd inzibatı ərazi dairəsi üzrə nümayəndəliyindən daxil olmuş xx.xx.2026-cı il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Abşeron rayon İcra Hakimiyyəti Başçısının Masazır Kənd inzibatı ərazi dairəsi üzrə nümayəndəliyindən daxil olmuş xx.xx.2026-cı il tarixli A1121 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs Abşeron rayonu, Masazır kəndində X34 və X70 ilə birgə yaşamışdır. xx.xx.2026-cı il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, cinayət işi üzrə sübut əhəmiyyəti daşıdığına görə X51 meyitinə baxış zamanı götürülmüş 01 ədəd göy rəngli gödəkçə, 01 ədəd qara rəngli köynək, 01 ədəd qara rəngli kəmər, 01 ədəd qara rəngli şalvar, 01 ədəd qara rəngli tuman, 01 cüt ağ rəngli corab, 01 cüt qara rəngli idman ayaqqabısı, 01 ədəd bloknot, 01 ədəd yanmış mobil telefon, 01 qutu “Vinston” markalı siqaret, X41 meyitinə baxış zamanı götürülmüş 01 ədəd qara rəngli köynəyin hissələri, 01 ədəd qara rəngli şalvar, 01 ədəd boz-qara-göy rəngli tuman, 01 cüt qara rəngli corab, 01 cüt ağ rəngli idman ayaqqabısı, 01 ədəd bloknot, 01 ədəd yanmış mobil telefon, bank və nəqliyyat kartları, X33 meyitinə baxış zamanı götürülmüş 01 ədəd boyunbağı, 01 ədəd qol saat, 01 ədəd qolbaq, 01 ədəd bloknot, 01 ədəd açar, 02 ədəd butulka açan, 01 ədəd yanmış qara rəngli kəmər, X50 meyitinə baxış zamanı götürülmüş 01 ədəd yanmış qara rəngli uzunqol köynəyin bir hissəsi, 01 ədəd qolbağı, 01 ədəd iskələ(ayaqaltı) iş üzrə maddi sübut qismində tanınmışdır. Beləliklə, məhkəmə araşdırması nəticəsində texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən texniki təhlükəsizlik və əmək mühafizəsinin başqa qaydalarının pozulmasının X83, X75, X48 və X51 ölümünə səbəb olduğu öz təsdiqini tapmışdır. Məhkəmə, cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etiraf edici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin hüquqi varislərinin verdiyi ifadələr, şahid ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbyacan Respublikası Cinayət Məcəlləsinin 162.3-cü maddəsinə əsasən texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs tərəfindən bu qaydaların pozulması ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda sözügedən maddə üzrə cinayət tərkibi yaranır. Obyektiv cəhətdən bu cinayət əməlinin tərkibinin yaranması üçün vacib şərt: 1) Yuxarıda qeyd olunan xüsusi subyektlər tərəfindən texniki təhlükəsizlik və əmək mühafizəsinin başqa qaydaları pozulmalı; 2) Texniki təhlükəsizlik və əmək mühafizəsinin başqa qaydalarının pozulması ehtiyatsızlıqdan insan sağlamlığına ağır və ya az ağır zərər vurulmasına və ya ölümünə səbəb olmalı; 3) Texniki təhlükəsizlik və əmək mühafizəsinin başqa qaydalarının pozulması ilə baş vermiş nəticə - ölüm arasında səbəbli əlaqə olmalıdır. Göstərilən üç şərtdən hər hansı birinin olmaması bu maddə ilə cinayət məsuliyyətini istisna edir. Cinayət Məcəlləsinin 162-ci maddəsinin dispozisiyasında əməlin obyektiv cəhətini müəyyənləşdirərkən, əməyin mühafizəsinin məhz hansı norma və qaydalarının pozulması aydınlaşdırılmalı, eyni zamanda əmək mühafizəsi qaydalarının pozulmasında və ictimai təhlükəli nəticələrin baş verməsində zərərçəkmiş şəxsin özünün rolu da aydınlaşdırılmalıdır. Cinayət Məcəlləsinin 162-ci maddəsinin dispozisiyası blanket xarakterli olduğu üçün bu maddə ilə cinayət məsuliyyətinin həll edilməsi zamanı texniki təhlükəsizlik və əmək mühafizəsinin məhz hansı qaydalarının pozulması aydınlaşdırılmalıdır. Həmin qaydaların pozulması “Əmək təhlükəsizliyinin tədqiqi ekspertizasının xx.xx.2025-ci il, 10/7847 ekspert rəyi ilə” və rəydə göstərilmişdir ki, Baki şəhəri, Binəqədi rayonu, Xirdalan-Binəqədi şosesi 7,4-cü kilometrliyində yerləşən “Lake” otelin qarşısından avtomobil yolunun üst proeksiyasından yer səthindən 5.53 m hündürlükdə keçən 35 kVluq hava elektrik xəttinin naqilinə, metal konstruksiyasından ibarət hündürlüyü 5,75 m olan təkərli isləkənin (ayaqaltının) yuxarı hissəsinin toxunması baş vermiş hadisənin texniki səbəbi olmuşdur. Baş vermiş hadisə ilə əlaqədar, “Elektrik şəbəkələrinin mühafizə zonalarının ölçüləri və həmin ərazilərdə təsərrüfat işlərinin aparılmasına dair Tələblərin 3.1.6-ci bəndinin, “Elektrik qurğularının quraşdırılması Qaydalarının 120.6-ci bəndinin və “Elektrik qurğularının texniki istismar Qaydaları”nın 8.9, 8.12, 8.16.4-cü bəndlərinin tələbləri pozulmuşdur. “Lake” otelin qarşısından hündürlüyü 5,75 m olan təkərli isləkənin düzgün (təhlükəsiz) marşrut ilə aparılmasını təmin etmədiyinə görə, “Elektrik şəbəkələrinin mühafizə zonalarının ölçüləri və həmin ərazilərdə təsərrüfat işlərinin aparılmasına dair Tələblərin 3.1.6-ci bəndinin tələbi “Bütün sahələr üçün ümumi olan qulluqçu vəzifələrinin Vahid X32”da Müəssisə direktorunun əmək funksiyasında göstərilənlərə əsasən müəssisədə (oteldə) təhlükəsiz və əlverişli iş şəraitinin yaradılmasına cavabdeh olan direktor (müəssisənin faktiki rəhbəri) tərəfindən pozulmuşdur. “Lake” otelin qarşısından avtomobil yolunun üst proeksiyasından keçən 35 kV-luq hava elektrik xəttinin naqillərinin sallanma oxunda və qabaritində dəyişiklərin aradan qaldırılması ilə bağlı “Elektrik qurğularının texniki istismar Qaydaları”na uyğun olaraq müvafiq texniki baxışların keçirilməsi təşkil edilərək faktiki yer səthinə kimi 5,53m olan hava xəttinin naqilinin sallanma oxunun “Elektrik qurğularının quraşdırılması Qaydalan”nın 123-cü cədvəlində göstərilənlərə uyğun olaraq yer səthinə kimi 7 m saxlanılması təmin edilmədiyinə görə, “Elektrik qurğularının quraşdırılması Qaydalarının 120.6-ci bəndinin və “Elektrik qurğularının texniki istismar Qaydaları”nın 8.9, 8.12, 8.16.4-cü bəndlərinin tələbləri həmin elektrik hava xəttinin sahibkarı tərəfindən pozulmuşdur (konkret şəxs(-lər) istintaq tərəfindən müəyyən edilə bilər). “Lake” otelin işçilərinin, konkret halda zərərçəkmiş şəxslərin biliklərinin yoxlanılmasını və əməyin mühafizəsi və təhlükəsizlik texnikasına dair təlimatlandırılmalarının keçirilməsi təmin edilmədən işçilərinin sərbəst işə buraxılmalarına yol verdiyinə görə, “Müəssisədə işçilərin əməyinin mühafizəsi üzrə təlimi və biliklərinin yoxlanılması haqqında nümunəvi əsasnamə”nin 4,6-cı bəndlərinin tələbləri, həmin əsasnamənin 5-ci bəndinə görə “Lake” otelin direktoru (müəssisinin faktiki rəhbəri) tərəfindən pozulmuşdur (qeyd olunan pozuntuların baş vermiş hadisə ilə səbəbliəlaqəsinin olub-olmamasına istintaq tərəfindən qiymət verilə bilər). Hadisənin baş vermə şəraitini nəzərə aldıqda zərərçəkmiş şəxslər tərəfindən qayda və təlimatların tələblərinin pozulması halı müəyyən edilmir. Eyni zamanda məhkəməyədək icraat dövründə keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş xx.xx.2025-ci il tarixli, 255 saylı, xx.xx.2025-ci il tarixli, 254 saylı, xx.xx.2025-ci il tarixli, 253 və 256 saylı məhkəmə tibbi ekspertizası rəylərində X48, X75, X83 və X51 üzərində aşkar edilmiş xəsarətlərin bədən səthinin lll-İV dərəcəli termiki yanıq yaraları həyati olub, yüksək hərarətin təsirindən onun ölümündən az əvvəl əmələ gəldiyi, qərarda göstərilən tarixdə və şəraitdə, yəni xx.xx.2025-ci il tarixdə yüksək gərginlikli elektrik xəttinə dəyməsi zamanı elektrik cərayanı vurması nəticəsində əmələ gələn biləcəklərini və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmaya aid edildikləri, onların ölümünə səbəbin elektrik cərayanı ilə təmas nəticəsində baş vermiş elektrikvurma olduğu göstərilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 162.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə CM-in 162.3-cü maddəsi cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Ədalətli cəza təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür (CM-in 58-ci maddəsi, Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il 25 iyun tarixli 4 saylı qərarı). CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Ədalətlilik prinsipi təkcə cəzanın cinayətin ağırlığına deyil, həm də cəzanın cinayəti törədənin şəxsiyyətinin ictimai təhlükəlilik dərəcəsinə uyğun olmasını nəzərdə tutur. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndinə görə, hər bir konkret halda cinayət əməlini törətmiş şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Həmin qərarın 2-ci bəndində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 15 noyabr 2013-cü il tarixli 5 nömrəli qərarının 21-ci bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilib-ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yolnəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-in 162.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə nəzərdə tutulan ittiham elan olunmuşdur. xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 162.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 22 noyabr 2025-ci il tarixli, 4(001)- 749/2025 nömrəli qərarından görünür ki, ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikasının CM-nin 162.3-cü maddəsi ilə Təqsirləndirilən şəxs barəsində 01 (bir) ay müddətinə “həbs” qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 21 noyabr 2025-ci il tarixdən hesablanmışdır. xx.xx.2025-ci il tarixli Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. xx.xx.2025-ci il tarixli, 8İ-8406 nömrəli notarial qaydada təsdiqlənmiş ərizədən görünür ki, zərərçəkmiş şəxs X41 hüquqi varisi qismində tanınmış X4 orqanlara müraciət edərək Təqsirləndirilən şəxs qarşı hər hansı bir iddia, şikayət və tələbi olmadığını və olmayacağını bildirmişdir. xx.xx.2025-ci il tarixli, 8İ-8486 nömrəli notarial qaydada təsdiqlənmiş ərizədən görünür ki, zərərçəkmiş şəxs X50 hüquqi varisi qismində tanınmış X3 orqanlara müraciət edərək Təqsirləndirilən şəxs qarşı hər hansı bir iddia, şikayət və tələbi olmadığını və olmayacağını bildirmişdir. xx.xx.2025-ci il tarixli, 8İ-8508 nömrəli notarial qaydada təsdiqlənmiş ərizədən görünür ki, zərərçəkmiş şəxs X33 hüquqi varisi qismində tanınmış X2 orqanlara müraciət edərək Təqsirləndirilən şəxs qarşı hər hansı bir iddia, şikayət və tələbi olmadığını və olmayacağını bildirmişdir. xx.xx.2025-ci il tarixli, 8İ-8819 nömrəli notarial qaydada təsdiqlənmiş ərizədən görünür ki, zərərçəkmiş şəxs X51 hüquqi varisi qismində tanınmış X5 orqanlara müraciət edərək Təqsirləndirilən şəxs qarşı hər hansı bir iddia, şikayət və tələbi olmadığını və olmayacağını bildirmişdir. İş materiallarına əlavə edilmiş nikah haqqında şəhadətnamə və doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs X23 ilə evlidir və onların birgə nikahlarından xx.xx.2022-ci il təvəllüdlü X70 adlı bir övladları vardır. Məhkəmə, CM-in 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxsin hüquqi varisləri ilə barışıq əldə edilməsini, həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini səmimi etiraf edərək əməlindən peşman olmasını, evli və ailənin yeganə qazanc mənbəyi olmasını, himayəsində 1 azyaşlı övladının olmasını Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Məhkəmədə, Təqsirləndirilən şəxs əməlində CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq, onun cəzasını yüngülləşdirən hallarla yanaşı CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (ehtiyatsızlıqdan törədilən az ağır cinayət olmasını), təqsirkarın şəxsiyyətini, təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən məhkəmə, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 162.3cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum edilməklə, müəyyən müddətə azadlıqdan məhrum etmə cəzalarının təyin edilməsini məqsədə müvafiq hesab edir. CM-in 60.1-ci maddəsinin tələblərinə görə bu Məcəllənin 59.1.8, 59.1.10—59.1.13cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Qanunun həmin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 162.3-cü maddəsi ilə təyin olunacaq azadlıqdan məhrum etmə cəzası həmin maddədə nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən çox ola bilməz. Məhkəmə qeyd edir ki, CM-in 60-cı maddəsində cəzanı yüngülləşdirən hallar olduqda qanunverici tərəfindən cəzanın təyin edilməsi qaydasının müəyyənləşdirilməsi cinayət qanununun əsas başlanğıclarından olan humanizm prinsipindən irəli gəlir. Buna dair cinayət qanunvericiliyinin tələbi ondan ibarətdir ki, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Cinayət törədən şəxs barəsində humanizm prinsipi təqsirkara nisbətən yüngül cəza növünü seçmək və tətbiq etməklə cəzanın məqsədinə nail olmanı nəzərdə tutur. Ona görə də, məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəza həddini müəyyən edərkən yuxarıda göstərilənlərdən başqa, onun cəzasını yüngülləşdirən halların olmasını, həmçinin cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, CM-in 60cı maddəsinin tələblərinə əsasən ona ittiham olunduğu Cinayət Məcəlləsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən çox olmayan müddətdə azadlıqdan məhrum etmə və nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzalarını təyin etməklə sosial ədalətin bərpasına, Cinayət Məcəlləsinin qanunçuluq, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin həyata keçməsinə, cəzanın məqsədlərinə və onun islah olunmasına nail olmaq olar. CM-in 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilmişdir. Məhkəmə, qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs ehtiyatsızlıqdan az ağır cinayət törətməyə görə təqsirli bilinib, CM-in 60.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla ona təyin ediləcək müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasını həmin Məcəllənin 56.1.1-ci maddəsinə əsasən məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə həmçinin belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 162.3-cü maddəsi üzrə əsas cəza ilə yanaşı, CM-in 46.2-ci maddəsi tətbiq edilməklə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə əlavə cəza da təyin edilməlidir. Cinayət Məcəlləsinin 46.1-ci maddəsinə əsasən müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə dövlət orqanlarında, yerli özünüidarə orqanlarında konkret vəzifə tutmağın və ya konkret peşə və ya digər fəaliyyətlə məşğul olmağın qadağan edilməsindən ibarətdir. Bu cəza növü əsas cəza kimi bir ildən beş ilədək müddətə, əlavə cəza kimi isə bir ildən üç ilədək müddətə təyin edilir. Cinayət Məcəlləsinin 46.2-ci maddəsinə əsasən isə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini, təqsirkar şəxsin şəxsiyyətini nəzərə alaraq, məhkəmə onun müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququnun saxlanılmasını qeyri-mümkün hesab edərsə, həmin şəxsə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmayan hallarda da müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünü əlavə cəza kimi təyin edə bilər. Bundan başqa, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, CPM-in 132-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və Binəqədi rayon prokurorluğunun saxlanc anbarında saxlanılan X51 meyitinə baxış zamanı götürülmüş 01 ədəd göy rəngli gödəkçə, 01 ədəd qara rəngli köynək, 01 ədəd qara rəngli kəmər, 01 ədəd qara rəngli şalvar, 01 ədəd qara rəngli tuman, 01 cüt ağ rəngli corab, 01 cüt qara rəngli idman ayaqqabısı, 01 ədəd bloknot, 01 ədəd yanmış mobil telefon, 01 qutu “Vinston” markalı siqaret, X41 meyitinə baxış zamanı götürülmüş 01 ədəd qara rəngli köynəyin hissələri, 01 ədəd qara rəngli şalvar, 01 ədəd boz-qara-göy rəngli tuman, 01 cüt qara rəngli corab, 01 cüt ağ rəngli idman ayaqqabısı, 01 ədəd bloknot, 01 ədəd yanmış mobil telefon, bank və nəqliyyat kartları, X33 meyitinə baxış zamanı götürülmüş 01 ədəd boyunbağı, 01 ədəd qol saat, 01 ədəd qolbaq, 01 ədəd bloknot, 01 ədəd açar, 02 ədəd butulka açan, 01 ədəd yanmış qara rəngli kəmər, X50 meyitinə baxış zamanı götürülmüş 01 ədəd yanmış qara rəngli uzunqol köynəyin bir hissəsi, 01 ədəd qolbağı, 01 ədəd iskələ(ayaqaltı) hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Bundan başqa, məhkəmə CPM-in 197.1.4-cü maddəsinə əsasən hesab edir ki, məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 100 (bir yüz) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulmalıdır. Müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqdim etdiyi hesabata əsasən o, iş materialları ilə tanış olmaqla məhkəmə iclaslarında iştirak edərək təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə cəmi 39 (otuz doqquz) saat vaxt sərf etmişdir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqsirləndirilən şəxsin müdafiəçisi qismində iş materialları ilə tanış olmaqla məhkəmə iclaslarında iştirak edərək ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 39 (otuz doqquz) saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi cəmi 39 (otuz doqquz) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 429 (dörd yüz iyirmi doqquz) manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə maddi ziyan və mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən və CPM-in 132, 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 162.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il müddətə müəyyən vəzifə tutma və müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə, 4 (dörd) il 06(altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli 21 noyabr 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs təyin edilmiş müəyyən vəzifə tutma və müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəzasının çəkilmə müddəti əsas cəzanın çəkildiyi bütün müddətə və həmin cəza növü üzrə müəyyən edilmiş müddətə şamil olunmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs" qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış və Binəqədi rayon prokurorluğunun saxlanc anbarında saxlanılan X51 meyitinə baxış zamanı götürülmüş 01 ədəd göy rəngli gödəkçə, 01 ədəd qara rəngli köynək, 01 ədəd qara rəngli kəmər, 01 ədəd qara rəngli şalvar, 01 ədəd qara rəngli tuman, 01 cüt ağ rəngli corab, 01 cüt qara rəngli idman ayaqqabısı, 01 ədəd bloknot, 01 ədəd yanmış mobil telefon, 01 qutu “Vinston” markalı siqaret, X41 meyitinə baxış zamanı götürülmüş 01 ədəd qara rəngli köynəyin hissələri, 01 ədəd qara rəngli şalvar, 01 ədəd boz-qara-göy rəngli tuman, 01 cüt qara rəngli corab, 01 cüt ağ rəngli idman ayaqqabısı, 01 ədəd bloknot, 01 ədəd yanmış mobil telefon, bank və nəqliyyat kartları, X33 meyitinə baxış zamanı götürülmüş 01 ədəd boyunbağı, 01 ədəd qol saat, 01 ədəd qolbaq, 01 ədəd bloknot, 01 ədəd açar, 02 ədəd butulka açan, 01 ədəd yanmış qara rəngli kəmər, X50 meyitinə baxış zamanı götürülmüş 01 ədəd yanmış qara rəngli uzunqol köynəyin bir hissəsi, 01 ədəd qolbağı, 01 ədəd iskələ(ayaqaltı)hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 100 (bir yüz) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq X29 KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ ******************** S.W.İ.F.T. BİK CTREAZ 22 saylı məhkəmə ekspertizası mərkəzi VÖEN ********** hesab AZ34CTRE******************** saylı hesaba keçirilsin. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 39 (otuz doqquz) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 429 (dörd yüz iyirmi doqquz) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Aynurə Sadıqova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar