Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(5-93)-20/2026 27.02.2026 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Nəsibov Samir Nadir oğlunun sədrliyi, məhkəmə iclas katibi Kazımov Bəxtiyar Fərhad oğlunun katibliyi, xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X4 və onun nümayəndəsi (atası) Nümayəndə iştirakları ilə X1 cinayət məsuliyyətinə cəlb edilməsi haqqında X6 tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayətə məhkəmənin binasında, açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: X6 xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət edərək, X1 cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. X6 şikayətini onunla əsaslandırmışdır ki, Ağdaş rayonu, Yuxarı Nemətabad kənd sakini X3 ilə birgə nigahdan 1 azyaşlı övladı var. Ramazan narkotiklə içki düşgünüdür. İşləmək istəmir, ailəsinə baxmır. Daima evə içkili və nəşəli gəlir, ailədə münaqişə yaradır. Ramazanın qaraçı tayfasından olduğunu və pis vərdişlərinin olmasından xəbəri olmamışdır. Ramazan onu məcbur edir ki, gedib dilənsin və evə pul gətirsin. Əks halda onu döyür və cehizində gətirdiklərini ona ataraq, sındırır. Əlinə bıçaq alıb onu və uşaqlarını öldükməklə hədələyir. Ramazanın uşaqlara və ona qarşı törətdiyi işgəncələr mütəmadi olaraq davam edir. Dəfələrlə ona atdığı əşyalarla xəsarətlər yetirib. Evdə iş gördüyü zaman arxadan ona bıçaq atır. Bəzən onu bıçaqla yaralayıb, burnuna yumruqla vuraraq burnunu əzib, qanını axıtmışdır. Hər dəfə 102 xidmətinə şikayət edir, ərazi üzrə 40-cı polis bölməsindən polis gəlir, aparıb şikayət ərizəsini alırlar, deyirlər gedin barışın. Axırıncı dəfə xx.xx.2026-cı il tarixdə Ramazan yenə nəşəli, içkili gəlib əvvəlki kimi onu döymüşdür. Məhkəmə iclasında şikayət vermiş şəxs X6 və onun nümayəndəsi (atası) Nümayəndə şikayətin məzmununa uyğun izahat verərək, şikayətin icraata qəbul olunmasını xahiş etdilər. Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X2 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X1 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə xüsusi ittiham qaydasında verilmiş şikayəti, ona əlavə edilmiş sənədləri və proses iştirakçılarının çıxışlarını nəzərdən keçirərək hesab edir ki, şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilməsindən imtina olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin: - 37.1-ci maddəsinə əsasən cinayətin xarakterindən və ağırlıq dərəcəsindən asılı olaraq cinayət təqibi bu Məcəllənin müddəalarına uyğun xüsusi, ictimai-xüsusi və ya ictimai ittiham qaydasında həyata keçirilir; - 37.2-ci maddəsinə əsasən xüsusi ittiham qaydasında cinayət təqibi yalnız zərər çəkmiş şəxsin şikayəti əsasında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147, 148, 165.1 və 166.1-ci maddələrində göstərilən cinayətlər üzrə həyata keçirilir; - 302.1.5-ci maddəsinə əsasən barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməl ictimai və ya ictimai-xüsusi qaydada təqib edilməli olduqda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir; - 302.2.2-ci maddəsinə əsasən Məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək bu Məcəllənin 302.1.5-ci maddəsində nəzərdə tutulmuş halda xüsusi ittiham qaydasında verilmiş şikayətin baxılması üçün istintaq aidiyyəti üzrə göndərilməsi barədə qərar çıxarı. X6 tərəfindən xüsusi ittiham qaydasında verilmiş şikayətin məzmunundan və onun məhkəmə hazırlıq iclasında verdiyi izahatdan aydın olur ki, onun şikayəti məhz əri X3 tərəfindən döyülməsi və işgəncələrə məruz qalması ilə bağlıdır. Bu əməllər isə xüsusi ittiham qaydasında təqib edilməli hallar sırasına aid deyildir. Beləliklə, qeyd olunanlara məcmu halda qiymət verərək məhkəmə hesab edir ki, X4 xüsusi ittiham qaydasında verdiyi şikayət ərizəsinin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilməli və onun ərizəsi baxılması üçün istintaq aidiyyəti üzrə Binəqədi Rayon Polis İdarəsinə göndərilməlidir. Qeyd olunanlara əsasən, habelə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 300 və 302-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: X1 cinayət məsuliyyətinə cəlb edilməsinə dair X4 xüsusi ittiham qaydasında şikayəti üzrə məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilməsindən imtina edilsin. X4 şikayət ərizəsi və ona əlavə olunmuş sənədlər baxılması üçün istintaq aidiyyəti üzrə Binəqədi Rayon Polis İdarəsinə göndərilsin. Qərar elan edildiyi vaxtdan 20 gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Samir Nəsibov
Məhkəmə qərarları › İş №1(5-93)-20/2026
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №1(5-93)-20/2026
27.02.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver