Məhkəmə qərarları › İş №1(5-93)-9/2026

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №1(5-93)-9/2026

02.02.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(5-93)-9/2026 02.02.2026 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Sadıqova Aynurə Vahid qızının sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Bəbirov Qədir Nadir oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1994-cü il tarixdə Ağdam rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Ağdam rayonu, Dadaşlı kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yerləşən fərdi evdə kirayədə yaşayan, barəsində «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra – CM) 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İbtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihama əsasən, Təqsirləndirilən şəxs 23 may 2025-ci il tarixdə, saat 20 radələrində orta dərəcəli alkoqol sərxoşluğu vəziyyətində ünvan 2 ünvanında yerləşən kirayədə yaşadığı fərdi yaşayış evinin həyətində həmin evin sahibi X3 qeyri-rəsmi nikah münasibətlərində olduğu Şahid ilə kobud danışmasını irad bildirməsi səbəbindən aralarında baş vermiş mübahisə zamanı Elxan Şəfiyevin baş nahiyəsinə butulka şüşəsi ilə qəsdən vuraraq zərərçəkmiş şəxs X1 gözaltı nahiyədə və göz qapaqlarının hematoması, alının sol yarısının, sol yanaq nahiyəsinin və sol qulaq seyvanının əzilmiş-cırılmış yaraları kimi ümumilikdə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarətləri yetirmişdir. Məhkəmə baxış iclasında dindirilmiş Təqsirləndirilən şəxs CM-in 128-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü elan olunmuş ittihamda təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə işdən evə gəlibmiş. Həmin gün saat 20 radələrində özünə marketdən “Yaquar” adlı spirtli enerji içkisi və siqaret qutusu alıb evin həyətində masanın yanında oturmuşdur. Həmin vaxt kirayə yaşadığı evin sahibi X8 da orada əyləşibmiş. O spirtli içkini içəndə Elxan sonuncuya onun da spirtli içki içmək istədiyini və gedib pivə almağını istədiyini bildirmişdir. Bundan sonra o gedib yaxınlıqdakı mağazadan 2 litrlik “Əfsanə” adlanan pivəni almışdır. Daha sonra həmin pivəni içəndən sonra o marketə gedərək yenidən 1 litrlik araq almışdır. Onlar arağı da içəndən sonra onun qeyrirəsmi münasibətdə olduğu və bir həyətdə yaşadığı Şahid əlində içərisində pivə olan stəkanla evdən həyətə çıxmışdır. O Şinayətin əlindəki pivəni özünə verməsini istəmiş, Şinayət də gəlib həmin içərisində pivə olan stəkanı ona verib getmişdir. Daha sonra Şahid evdən çıxıb getmişdir. Bu zaman X8 ona Şinayətdən niyə pivə istədiyini, lazım olsa Elxanın ona 5 litr pivə alacağını bildirmişdir. O isə X7 onun işinə qarışmamağını bildirmişdir. Lakin Elxan yenə də ona Şinayət ilə bağlı sözlər demişdir. O içkili vəziyyətdə olduğu üçün özündən asılı olmayaraq ayağa durub oturmuş vəziyyətdə olan X3 arxa hissəsinə keçib masanın üzərindəki 1 litrlik araq butulkasını götürmüş və Elxanın baş nahiyəsinin sağ hissəsinə 1 dəfə qəsdən zərbə endirmişdir. Daha sonra dərhal çölə çıxmışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs məhkəməyə ərizə təqdim edərək özünü CMnin 128-ci maddəsi ilə təqsirli bildiyini, əməlindən səmimi peşman olduğunu və zərərçəkmiş şəxslə barışdığını nəzərə alaraq, barəsində “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında 19 dekabr 2025-ci il tarixli Azərbaycan Respublikası Milli Məclisin Qərarının tətbiq edilməsini və cinayət təqibinə xitam verilməsini xahiş etmişdir. Məhkəmə baxış iclasında dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə saat 20:00 radələrində kirayəşini Təqsirləndirilən şəxs ilə ona kirayə verdiyi Binəqədi rayonu, Biləcəri qəsəbəsi Zəfər küçəsi 4 ünvanında yerləşən fərdi yaşayış evinin həyətində spirtli içki qəbul edibmişlər. Həmin vaxt Təqsirləndirilən şəxs qeyri-rəsmi münasibətdə olduğu Şahid əlində içində pivə olan stəkan ilə həyətdə gəzirmiş. Bu zaman Təqsirləndirilən şəxs kobud şəkildə və yüksək səslə Şahid səsləyib içində pivə olan stəkanı ona verməsini istəmişdir. Şahid da əlindəki stəkanı Təqsirləndirilən şəxs verdikdən sonra evdən çıxıb getmişdir. Daha sonra o Təqsirləndirilən şəxs Şahid qadın olduğu üçün onunla kobud danışmamasını, əgər lazım olarsa onun Cavidə 5 litr pivə alacağını bildirmişdir. Təqsirləndirilən şəxs əsəbləşərək onun niyə Şahid tərəfini saxladığını soruşmuşdur. O Cavidə heç kimin tərəfini tutmadığını, Şahid qadın olduğu üçün onunla kobud danışmamalı olduğunu bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs əsəbləşmiş və onunla aralarında mübahisə baş vermişdir. Mübahisə zamanı Təqsirləndirilən şəxs ayağa durub masada olan araq butulkasını əlinə götürüb onun arxa hissəsisə keçərək həmin şüşə butulkası ilə onun baş nahiyəsinə 1 dəfə zərbə vurmuşdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs hazırda Təqsirləndirilən şəxs ilə barışmışdır və ona qarşı heç bir şikayət və tələbi yoxdur. Odur ki, onun cinayət məsuliyyətindən azad edilməsini xahiş etmiş və bununla bağlı yazılı ərizəni məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasına çağrılmış Şahid məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilməklə ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmuş və tədqiq edilmiş hesab edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2025-ci il tarixli qərardan görünür ki, fakta görə Binəqədi RPİnin 6-cı PB-də toplanmış material üzrə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və istintaq aparılması üçün icraata qəbul edilmişdir. xx.xx.2025-ci il tarixli “hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, hadisə ünvan 1 ünvanında yerləşən yaşayış evinin həyətində baş vermişdir. xx.xx.2025-ci il tarixli, 2/28896 nömrəli “Respublika Narkoloji Mərkəzi” PHŞ-nin “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə” protokolundan görünür ki, X2 orta sərxoşluq dərəcəsi müəyyən edilmişdir. xx.xx.2025-ci il tarixli, 747 nömrəli “Məhkəmə-Tibbi Ekspertiza və X6” X11 rəyindən görünür ki, X4 aşkar edilmiş xəsarətlər - sol gözaltı nahiyədə və göz qapaqlarının hematoması, almın sol yarısının, sol yanaq nahiyəsinin və sol qulaq seyvanının əzilmişcırılmış yaraları bərk küt əşya(lar) təsirindən, sağ ayaqaltı nahiyənin səthi kəsilmiş yarası isə iti kənarlı əşya (alət) təsirindən törənmişlər, törənmə müddətləri qərarın təsviri hissəsində göstərilən tarixdə və şəraitdə, yəni xx.xx.2025-ci il tarixdə kənar şəxs tərəfindən butulka ilə vurulma nəticəsində əmələ gələ bilərdilər və dərəcələrinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL dərəcəli zərər vurmaya aiddirlər. Sol gözaltı nahiyədə və göz qapaqlarında 4,5x3sm sahədə kəskin şişkinlik fonunda göyümtül rəngli, hipermiyalı, əllədikdə maye dalğalanması ilə müşayiət olunan hematoma vardır. Almın sol yarısında, sol yanaq nahiyəsində və sol qulaq seyvanında steril bint sarğıları vardır. Sağ ayaqaltı nahiyədə 1,5x0,3 sm ölçüdə, kənarları hamar, ucları iti olmaqla, üzəri zərif qurumuş qan qatı ilə örtülü səthi yara vardır. Bədən səthində digər xəsarət aşkar olunmadı.Vətəndaş E.Ş.Şəfiyevin üz nahiyəsində aşkar olunmuş xəsarətlərin izi silinən olub-olmaması barədə fikir yürütmək hadisənin baş verdiyi tarixdən 1.5-2 ay vaxt vaxt keçdikdən sonra çapıqların müayinəsi aparılmaqla təyin edilməlidir. Vətəndaş E.Ş.Şəfiyevdə aşkar edilmiş xəsarətlərin xarakter və lokalizasiyalarma görə demək olar ki, həmin onun öz-özünə yetirilmə nəticəsində törənmələri az inandırıcıdır. xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. xx.xx.2025-ci il tarixli Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin tələbnaməsindən və müvafiq hökmün surətindən görünür ki, təqsirləndirilən şəxs Sadıqov X5 Rayon Məhkəməsinin 1(017)-5/2019 saylı, xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə təqsirli bilinərək, CM-nin 69.3-cü maddəsi tətbiq edilməklə, qəti olaraq 01 il 11 ay 27 gün müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Bakı şəhər Qaradağ rayon Məhkəməsinin 7(002)-950/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarınından görünür ki, məhkum Təqsirləndirilən şəxs CM-nin 76-cı maddəsinə əsasən 04 ay 16 gün vaxtından əvvəl şərti azad olunmuşdur. Bundan başqa, xx.xx.2023-cü il tarixdə barəsində CM-nin 128-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış, xx.xx.2023-cü il tarixdə CPM-nin 40.3-cü maddəsinə əsasən cinayət işinə xitam verilmişdir. xx.xx.2025-ci il tarixli, 62/747 nömrəli “Məhkəmə-Tibbi Ekspertiza və X6” X11 rəyindən görünür ki, X4 aşkar edilmiş xəsarətlər - sol gözaltı nahiyədə və göz qapaqlarının hematoması, alının sol yarısının, sol yanaq nahiyəsinin və sol qulaq seyvanının əzilmişcırılmış yaraları bərk küt əşya(lar) təsirindən, sağ ayaqaltı nahiyənin səthi kəsilmiş yarası isə iti kənarlı əşya (alət) təsirindən törənmişlər, törənmə müddətləri qərarın təsviri hissəsində göstərilən tarixdə və şəraitdə, yəni xx.xx.2025-ci il tarixdə kənar şəxs tərəfindən butulka ilə vurulma nəticəsində əmələ gələ bilərdilər və dərəcələrinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL dərəcəli zərər vurmaya aiddirlər. Vətəndaş E.Ş.Şəfiyevin üz nahiyəsində aşkar edilmiş xəsarətlər izi silinən xəsarətlərə aiddir, belə ki, həmin xəsarətlər zaman keçdikcə silinəcəklər və mimiki defekt, üzdə asimmetriya törətmirlər. xx.xx.2025-ci il tarixli “üzləşdirmə” protokolundan görünür ki, Zərərçəkmiş şəxs ilə şübhəli şəxs Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti keçirilmişdir. xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. xx.xx.2025-ci il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini ifşa edən özünün etirafı qeyd olunan təqsirləndirilən şəxs qismində ifadəsi, zərər çəkmiş şəxsin və şahidlərin ifadələri,üzləşdirmədə dindirmə zamanı alınmış ifadələr, hadisə yerinə baxış protokolu, məhkəmə ekspertizalarının rəyləri və digər prosessual sənədlər işin faktiki hallarını təsdiq edən sübutlar kimi qiymətləndirilmişdir. Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə verilmiş xx.xx.2026-cı il tarixli ərizədən görünür ki, o, hazırda Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Təqsirləndirilən şəxs tərəfindən məhkəməyə verilmiş xx.xx.2026-cı il tarixli ərizədən görünür ki, o, əməlindən səmimi peşman olduğunu və zərərçəkmiş şəxslə barışdığını nəzərə alaraq, barəsində “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında 19 dekabr 2025-ci il tarixli Azərbaycan Respublikası Milli Məclisin Qərarının tətbiq edilməsini və cinayət təqibinə xitam verilməsini xahiş etmişdir. Məhkəmə, cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etiraf edici ifadəsi ilə yanaşı, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin ifadəsi, ekspertiza rəyi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsinə əsasən ağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Həmçinin qeyd edilən maddənin sanksiyasına nəzər saldıqda görünür ki, həmin cinayət böyük ictimai təhlükə törətməyən cinayətdir. “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikasi Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının 5.1-ci bəndinə əsasən məhkəmələr icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə bu Qərarın 1.1–1.16-cı bəndlərində nəzərdə tutulan şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verir və ya həmin şəxsləri təyin edilmiş cəzadan azad etməklə ittiham hökmü çıxarırlar (bu Qərarın 6-cı və 7ci hissələrində qeyd edilən məhdudiyyətlər nəzərə alınmaqla). 6 və 7-ci bəndlərində amnistiyanın tətbiqinə məhdudiyyətlər nəzərdə tutulmuşdur ki, Təqsirləndirilən şəxs əməli həmin məhdudiyyətlərin tətbiq dairəsinə düşmür. Həmin Qərarın 24-cü bəndinə əsasən birinci instansiya məhkəmələrinin icraatında olan, bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə amnistiyanın tətbiqi məsələlərinə baxılarkən cinayət təqibinə xitam verilməsinə müdafiə tərəfinin razılığı olduqda Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.3-cü maddəsinə əsasən cinayət təqibinə xitam verilməsi haqqında qərar qəbul edilir, amnistiya tətbiq edilməklə cinayət təqibinə xitam verilməsinə müdafiə tərəfinin razılığı olmadıqda Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2-ci maddəsinə əsasən şəxsə təyin edilmiş cəzadan onu azad etməklə ittiham hökmü çıxarılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 81.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxslər amnistiya aktı ilə cinayət məsuliyyətindən azad edilə bilərlər. Cinayət törətməyə görə məhkum olunmuş şəxslər isə cəzadan azad edilə bilərlər, yaxud onlara təyin olunmuş cəzanın müddəti azaldıla bilər və ya belə şəxslərin cəzasının çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edilə bilər və yaxud belə şəxslər əlavə cəzadan azad edilə bilərlər. Amnistiya aktı ilə cəzasını çəkmiş şəxslərin məhkumluğu götürülə bilər. Məhkəmə iclasında təqsirləndirilən şəxs məhkəməyə ərizə təqdim edərək özünü CMnin 128-ci maddəsi ilə təqsirli bildiyini, əməlində səmimi peşman olduğunu və zərərçəkmiş şəxsin əməliyyat xərclərini könüllü olaraq tam ödədiyini nəzərə alaraq, barəsində “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında 19 dekabr 2025-ci il tarixli Azərbaycan Respublikası Milli Məclisin Qərarının tətbiq edilməsini və cinayət təqibinə xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.12-ci maddəsinə əsasən amnistiya aktına əsasən şəxs cinayət məsuliyyətindən azad edilməli olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Beləliklə, məhkəmə tərəfləri dinləyib və iş materiallarını nəzərdən keçirib, təqsirləndirilən şəxsin ərizəsini nəzərə alıb hesab edir ki, “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında 19 dekabr 2025-ci il tarixli Azərbaycan Respublikası Milli Məclisin Qərarı Təqsirləndirilən şəxs barəsində tətbiq edilməli və onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilməli və o, cinayət məsuliyyətindən azad olunmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edildiyindən və cinayət təqibinə xitam verildiyindən onun barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməlidir. Müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqdim etdiyi hesabata əsasən o, məhkəmə iclaslarında iştirak edərək təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə cəmi 20 (iyirmi) saat vaxt sərf etmişdir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqsirləndirilən şəxsin müdafiəçisi qismində məhkəmə iclaslarında iştirak edərək ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 20 (iyirmi) saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi cəmi 20 (iyirmi) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 220 (iki yüz iyirmi) manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia, maddi sübut və məhkəmə xərci yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən «“Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında 19 dekabr 2025-ci il tarixli Azərbaycan Respublikası Milli Məclisin Qərarının 5.1-ci bəndini və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 39.1.12 və 43.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında 19 dekabr 2025-ci il tarixli Azərbaycan Respublikası Milli Məclisin Qərarı tətbiq edilməklə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilsin və onun barəsində olan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə başlanılmış cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 20 (iyirmi) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 220 (iki yüz iyirmi) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Qərardan elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilmədikə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Aynurə Sadıqova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar