Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(5-94)-12/2026 09.02.2026 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Yusubzadə Nərmin Şirastan qızının katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi – Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1986-cı il Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, əvvəllər məhkum olunmamış, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2ömrəsiz fərdi yaşyış evində yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə, saat 00:15-də Bakı şəhəri, Xətai rayonu, M.Hadi 138 ünvanında fəaliyyət göstərən "X6" adlı ictimai iaşə obyektinin qarşısında qısqanclıq zəminində aralarında yaranmış mübahisə zamanı araşdırma müddətində markası və dövlət qeydiyyat nişanının müəyyən edilməsi mümkün olmayan avtomobilin içərisində qəsdən yumruq zərbələri ilə keçmiş nişanlısı Zərərçəkmiş şəxs üz və bədəninin müxtəlif nahiyələrindən vurmaqla döyərək, sonuncuya sağ qaş nahiyəsinin əzilmiş yarası, sağ gözətrafı nahiyənin dərialtı hematoması, başın təpə nahiyəsinin dərialtı hematoması, sağ əlin İ barmağının hematoması, sağ saidin, sağ bazunun və hər iki budun qançırları kimi dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərərvurmaya aid edilən bədən xəsarətləri yetirmişdir. Məhkəmə istintaqı zamanı cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs özünü ona CM-nin 128-ci maddəsi ilə elan edilmiş ittihamda təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs mənim barəmdə verdiyi şikayət ərizəsi ilə tanış oldum. Mənə verilən suallara cavab olaraq bildirirəm ki, yuxarıda göstərilən ünvanda ailəm ilə birlikdə yaşayıram. Zərərçəkmiş şəxs ilə təxminən 2-3 il müddətdir tanış olmuşuq. Daha sonra münasibətimiz ciddiləşdi. Mən ailələrin razılığı ilə onunla nişanlandım. Lakin daha sonra onunla aramızda mübahisələr baş verirdi. Bir müddət sonra onunla olan nişanım qayıtdı və biz ayrıldıq. Ayrıldıqdan sonra bir neçə dəfə onun zəngi ilə danışıb görüşmüşük. Təxminən xx.xx.2025-ci il tarixdə Leylanın avtomobilini başqa şəxsdə gördüm. Ondan bu barədə soruşduqda, Leyla ilə 10 gündür tanış olub danışdığını dedi. Halbuki, Leyla avtomobilin ustada olduğunu mənə demişdi. Bundan sonra Leyla ilə telefonla zənglə danışdıq və mübahisə etdik. Həmin vaxt onun yaşadığı ünvana getdim. Ondan həmin oğlanla danışıb danışmadığını soruşdum və yaşadığı evə qalxaraq anası ilə bu barədə söhbət etdik. xx.xx.2025-ci ildə Bakı şəhəri, Nərimanov rayonu, Gənclik metrosu yaxınlığına gedərək Leylanı gözlədim. Bu zaman həmin ünvana taksi gəldi. Leyla taksiyə minib oradan uzaqlaşdı. Mən onun ardınca düşdüm. Onu izləyərək Xətai rayonu, M.Hadi 138 ünvanında yerləşən "Aden-Pub"ın qarşısına gəldim. Buraya gəldiyim zaman əvvəl rastlaşdığım oğlanın orada olduğunu gördüm. Həmin oğlan məni görüb restorana daxil oldu. Mən avtomobildən düşüb taksinin yanına getdim. İçəri baxdıqda Leylanın orada olduğunu gördüm. Daha sonra taksiyə Leyla ilə qısa söhbətimin olmasını, bizə bir neçə dəqiqə icazə verməsini dedim. Taksi sürücüsü razılaşdı və həmin ərəfədə marketə getdi. Mən avtomobilin arxa oturacağına, Leylanın yanına əyləşdim. Leyladan həmin oğlanla nə əlaqəsi olduğunu və onunla görüşə gəldiyini soruşdum. O isə bunu inkar etdi. Biz bir-birimizlə mübahisə etdik. Mübahisə zamanı mən Leylanın saçından tutdum. Onu çölə çıxarmaq istədim, lakin alınmadı. Həmin zaman bir neçə dəfə yumruqla onun üz nahiyəsinə zərbələr endirdim. Bundan sonra ondan aralandım və oradan uzaqlaşdım. Həmçinin Qarayev X1 və Suverenlik ili” münasibətilə amnistiya elan edilməsi haqqında" Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarın tətbiq edilməsini və bu əsasla cinayət məsuliyyətindən azad olunmağına köməklik göstərilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ona verilən suallara cavab olaraq bildirir ki, yuxarıda göstərilən ünvanda ailəm ilə birlikdə yaşayıram. Özum heç yerdə işləmirəm. Əvvəllər evli olub boşanmışam. İlk evliliyimdən 1 qız övladım vardır. 28 dekabr 2023-cü il tarixdə ad günü mərasimində Orxan adlı şəxs ilə tanış oldum və onunla münasibətlərimiz ciddiyə doğru getdi. O, mənimlə evlənmək istədiyini bildirdi. Bir müddət danışdıq və ailələrimiz görüşdükdən sonra nişan mərasimi keçirildi. Son aylarda Orxan ilə münasibətlərimiz pisləşdiyi üçün ayrılmaq qərarına gəldim. xx.xx.2025-ci il tarixdə taksiyə əyləşdim və tanışlarım ilə birlikdə istirahət etmək üçün ünvan 5 ünvanında yerləşən "Aden-Pub" restoranına getdim. Restoranın qarşısına çatdıqda, taksinin arxa tərəfində keçmiş nişanlım Təqsirləndirilən şəxs idarə etdiyi opel markalı **- TT-*** d.q.n.-lı avtomobilini gördüm. Aşağı düşmək istədikdə, Orxanı gördüm və dərhal taksiyə qayıtdım. Orxan avtomobildən düşərək, taksiyə yaxınlaşdı. Daha sonra taksi sürücüsünə mənimlə qısa söhbətinin olmasını dedi. Taksi sürücüsü onunla razılaşdı və həmin ərəfədə marketə getdi. Orxan arxa qapını açaraq yanımda əyləşdi. Daha sonra saçımdan tutub məni çölə çıxarmaq istədi, lakin mən çıxmadım. Həmçinin avtomobilin içində olduğumuz zaman qəsdən yumruq zərbələri ilə üz və bədənimin müxtəlif nahiyələrinə vurmaqla döyərək, bədən xəsarətləri yetirdi. Daha sonra taksi sürücüsünün gəldiyini gördü və avtomobildən düşdü. Bundan sonra oradan uzaqlaşdı. Həmçinin Zərərçəkmiş şəxs cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ilə barışdığını və ona dəymiş ziyanı ödədiyini bildirərək, bu halın məhkəmə tərəfindən nəzərə alınaraq iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İş materiallarına əlavə olunmuş hadisə yerinə baxış keçirilməsi haqqında xx.xx.2025ci il tarixli protokoldan görünür ki, ünvan 5 ünvanında yerləşən “X6” adlı ictimai iaşə obyektinin qarşısında baş vermiş hadisə yerinə baxış keçirilmiş və fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir (i.v. 16-17); İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə- Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi X4 xx.xx.2025-ci il tarixli, 1167 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs sağ qaş nahiyəsinin əzilmiş yarası, sağ gözətrafı nahiyənin dərialtı hematoması, başın təpə nahiyəsinin dərialtı hematoması, sağ əlin İ barmağının hematoması, sağ saidin, sağ bazunun və hər iki budun qançırları müəyyən edildi. Xəsarətlər bərk-küt əşya(lar) təsirindən törənmişlər, xx.xx.2025-ci il tarixdə kənar şəxs(lər) tərəfindən törənə bilərdi, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb sağlamlığa YÜNGÜL zərərvurmaya aid edilir. Zərərçəkmiş şəxs müəyyən edilmiş xəsarətlərin xarakter və lokalizasiyalarına görə özü-özünə yetirməsı inkar olunur. (i.v. 21- 22); İş materiallarına əlavə olunmuş zərərçəkmiş qismində tanınma haqqında xx.xx.2025ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır (i.v. 23); İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat Statistika və İnformasiya İdarəsindən alınmış xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunması barədə əməliyyat kartotekasında məlumat mövcud deyil (i.v. 56); İş materiallarına əlavə olunmuş xx.xx.2025-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş və onlar bir-birilərinin iştirakı ilə izahatlarını təsdiq etmişlər (i.v. 57-58); İş materiallarına əlavə olunmuş sadələşdirilmiş icraat materialının araşdırılması ilə əlaqədar sübutların qiymətləndirilməsi və cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsinin tərkib əlamətləri yaranmadığından, həmin xüsusat üzrə barəsində cinayət işinin başlanması rədd edilmişdir, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmiş hesab edilmiş, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs ifadələri, hadisə yerinə baxış protokolu, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “MTE və PA” X4 xx.xx.2025-ci il tarixli, 1167 nömrəli ekspert rəyi sübut növü kimi qiymətləndirilmişdir (i.v. 59- 64); İş materiallarına əlavə olunmuş Təqsirləndirilən şəxs məhkəmə baxışında təqdim etdiyi ərizəsindən görünür ki, o, özünü təqsirli bilərək barəsində Konstitusiya və Suverenlik ili” münasibətilə amnistiya elan edilməsi haqqında" Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarın tətbiq edilməsini və bu əsasla cinayət məsuliyyətindən azad olunmağına köməklik göstərilməsini məhkəmədən xahiş etmişdir. Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi ərizəsindən görünür ki, o, hazırda cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ilə barışdığını, zərərçəkmiş şəxsə dəymiş ziyanın tam olaraq ödənildiyini, zərərçəkmiş şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını bildirərək iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir; Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən ittiham aktında qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin ifadələri, ekspert rəyi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Məhkəmə qeyd edir ki, məhkəməyədək sadələşdirilmiş icraat üzrə materiallarda olan izahatlar, ekspertiza rəyi, o cümlədən məhkəmə baxışının gedişatında zərərçəkmiş şəxs tərəfindən verilmiş ifadənin qarşılıqlı şəkildə tədqiqi belə qənaətə gəlməyə əsas verir ki, Təqsirləndirilən şəxs tərəfindən cinayətin törədilməsinə şübhə yarada biləcək hər hansı bir hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsinə əsasən sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma-min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə iclasında müdafiə tərəfi məhkəməyə ərizə təqdim edərək Təqsirləndirilən şəxs özünü CM-nin 128-ci maddəsi ilə təqsirli bildiyini və barəsində “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında 19 dekabr 2025-ci il tarixli Azərbaycan Respublikası Milli Məclisin Qərarının tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə tərəfləri dinləyib və iş materiallarını nəzərdən keçirib, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin ərizəsini nəzərə alıb hesab edir ki, “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında 19 dekabr 2025-ci il tarixli Azərbaycan Respublikası Milli Məclisin Qərarı Təqsirləndirilən şəxs barəsində tətbiq edilməli və onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilməli və o, cinayət məsuliyyətindən azad olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin: 39.1 və 39.1.12-ci maddəsinə əsasən amnistiya aktına əsasən şəxs cinayət məsuliyyətindən azad edilməli olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir); “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında 19 dekabr 2025-ci il tarixli Azərbaycan Respublikası Milli Məclisin Qərarının: 5.1-ci bəndinə əsasən məhkəmələr icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə bu Qərarın 1.1–1.16-cı bəndlərində nəzərdə tutulan şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verir və ya həmin şəxsləri təyin edilmiş cəzadan azad etməklə ittiham hökmü çıxarırlar (bu Qərarın 6-cı və 7-ci hissələrində qeyd edilən məhdudiyyətlər nəzərə alınmaqla); Bundan əlavə “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında 19 dekabr 2025-ci il tarixli Azərbaycan Respublikası Milli Məclisin Qərarının 6 və 7-ci bəndlərində amnistiyanın tətbiqinə məhdudiyyətlər nəzərdə tutulmuşdur ki, Təqsirləndirilən şəxs əməli həmin məhdudiyyətlərin tətbiq dairəsinə düşmür. Məhkəmə qeyd edir ki, X2 tərəfindən törədilən CM-nin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməli böyük ictimai təhlükə törətməyən cinayətdir və yuxarıda qeyd edilən amnistiya qərarının 1.16-ci bəndi onun barəsində cinayət təqibinə xitam verilməsini təsbit edir və həmin qərarın 6 və 7-ci bəndlərində nəzərdə tutulmuş məhdudiyyətlər Təqsirləndirilən şəxs əməlinə şamil olunmur. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında 19 dekabr 2025-ci il tarixli Azərbaycan Respublikası Milli Məclisin Qərarının 5.1-ci bəndinin təsiri altına düşur, həmin Qərarının 6-cı və 7-ci hissələrində qeyd edilən məhdudiyyətlər yoxdur və buna görə də o, cinayət məsuliyyətindən azad edilməli və onun barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilməlidir. İş üzrə mülki iddia və məhkəmə xərci yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39, 43, 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ : “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında 19 dekabr 2025-ci il tarixli Azərbaycan Respublikası Milli Məclisin Qərarı tətbiq edilməklə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilsin və cinayət işi üzrə icraata xitam verilsin. Qərar elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə ondan Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Şəhriyar Əliyev
Məhkəmə qərarları › İş №1(5-94)-12/2026
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №1(5-94)-12/2026
09.02.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver