Məhkəmə qərarları › İş №1(5-94)-15/2026

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №1(5-94)-15/2026

13.01.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(5-94)-15/2026 13.01.2026 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi ilə, Qorçulu Aysu Tariyel qızının katibliyi, Xüsusi ittihamçı X4 vəkili Alyans vəkil bürosunun vəkili Müdafiəçi2, Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxslər X3, X10, X20, X14, X6, X7 və X5, X10 müdafiəçisi Union vəkil bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə, X3 və X10 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələri ilə, X20, X14, X6, X11, X7 və X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə məsuliyyətə cəlb edilməsi haqqında X4 xüsusi ittiham qaydasında verdiyi şikayətə məhkəmənin hazırlıq iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Xüsusi ittiham qaydasında şikayət vermiş X1 Tamella Kamran qızı Azərbaycan Respublikası CM-nin 147.2 və 148-ci maddələri ilə təqsirli bilinərək, həmin maddələrin sanksiyası həddində cəza tədbiri tətbiq edilməsi, habelə vurulmuş mənəvi zərərə görə ondan X4 xeyrinə 5 000 (beş min) manat məbləğində kompensasiyanın tutulmasının təmin edilməsi; X10 Azərbaycan Respublikası CM-nin 147.2 və 148-ci maddələri ilə təqsirli bilinərək, həmin maddələrin sanksiyası həddində cəza tədbiri tətbiq edilməsi, habelə vurulmuş mənəvi zərərə görə ondan X4 xeyrinə 5 000 (beş min) manat məbləğində kompensasiyanın tutulmasının təmin edilməsi; X6 Azərbaycan Respublikası CM-nin 147.2-ci maddəsi ilə təqsirli bilinərək, həmin maddənin sanksiyası həddində cəza tədbiri tətbiq edilməsi, habelə vurulmuş mənəvi zərərə görə ondan X4 xeyrinə 5 000 (beş min) manat məbləğində kompensasiyanın tutulmasının təmin edilməsi; X20 - Azərbaycan Respublikası CM-nin 147.2-ci maddəsi ilə təqsirli bilinərək, həmin maddənin sanksiyası həddində cəza tədbiri tətbiq edilməsi, habelə vurulmuş mənəvi zərərə görə ondan X4 xeyrinə 2 000 (iki min) manat məbləğində kompensasiyanın tutulmasının təmin edilməsi; X14 - Azərbaycan Respublikası CM-nin 147.2-ci maddəsi ilə təqsirli bilinərək, həmin maddənin sanksiyası həddində cəza tədbiri tətbiq edilməsi, habelə vurulmuş mənəvi zərərə görə ondan X4 xeyrinə 2 000 (iki min) manat məbləğində kompensasiyanın tutulmasının təmin edilməsi; X11 - Azərbaycan Respublikası CM-nin 147.2-ci maddəsi ilə təqsirli bilinərək, həmin maddənin sanksiyası həddində cəza tədbiri tətbiq edilməsi, habelə vurulmuş mənəvi zərərə görə ondan X4 xeyrinə 2 000 (iki min) manat məbləğində kompensasiyanın tutulmasının təmin edilməsi; X7 Azərbaycan Respublikası CM-nin 147.2-ci maddəsi ilə təqsirli bilinərək, həmin maddənin sanksiyası həddində cəza tədbiri tətbiq edilməsi, habelə vurulmuş mənəvi zərərə görə ondan X4 xeyrinə 2 000 (iki min) manat məbləğində kompensasiyanın tutulmasının təmin edilməsi; X5 - Azərbaycan Respublikası CM-nin 147.2-ci maddəsi ilə təqsirli bilinərək, həmin maddənin sanksiyası həddində cəza tədbiri tətbiq edilməsi, habelə vurulmuş mənəvi zərərə görə ondan X4 xeyrinə 2 000 (iki min) manat məbləğində kompensasiyanın tutulmasının təmin edilməsi; X8, X21, X27, X24, X17, X22, X18 və X15 tərəfindən Xəzər TV-də verilmiş müsahibəyə dair təkzib müsahibəsinin həmin televiziya kanalında yayımlanmasının təmin edilməsi barədə xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, X9, "Respublika Təcili və X13 Mərkəzi" direktorunun müvafiq əmrinə əsasən Yasamal rayon TTTYS-nin 1 və 2 saylı bölmələrinə müdir vəzifəsinə təyin olunmuşam. Təyinat aldığım gündən etibarən fəaliyyətimi yalnız bölmə müdirinin vəzifə təlimatının tələblərinə uyğun şəkildə həyata keçirmiş, təlimatla mənə verilmiş hüquqlar çərçivəsində hərəkət etmiş və qərarlar qəbul etmişəm. Barəsində şikayət etdiyim şəxslər X8, X21, X27, X24, X17, X22, X18 və X2 rayon TTTYS-nın 2 saylı bölməsində həkim vəzifəsində çalışırlar. Həmin şəxslər fəaliyyətimlə bağlı mənə qarşı dəfələrlə TƏBİB-in rəhbərliyinə və Yasamal rayon prokurorluğuna şikayət ərizələri ilə müraciət etmiş, habelə Xezer TV-nin "Axşam xəbərləri" proqramında müsahibə verərərək məni stansiya İşçilərinin hüquqlarını pozmaqda və onlardan rüşvət almaqda ittiham etmişdirlər. Haqqımda yazılmış şikayət ərizəsində qeyd olunan iddialarla əlaqədar olaraq TƏBİB-in rəhbərliyinin müvafiq göstərişi əsasında aidiyyəti struktur bölmə tərəfindən barəmdə xidməti araşdırma aparılmışdır. Aparılmış araşdırma nəticəsində qeyd edilen şikayətlərin əsassız olduğu sübuta yetirilmiş, rüşvət alma faktı isə öz təsdiqini tapmamışdır. X8 və yuxarıda adları qeyd olunan digər şəxslər barəmdə yalan və böhtan xarakterli, əsassız şikayət ərizəsi ilə Yasamal rayon Prokurorluğuna da müraciət edərək məni rüşvət almaq kimi ağır cinayət əməli törətməyimi iddia etmişlər. Yasamal rayon prokurorluğu tərəfindən aparılmış araşdırma zamanı izahatım alınmış və nəticədə barəmdə irəli sürülmüş şikayətlərin əssasız olduğu, əməlimdə (hərəkət və ya hərəkətsizlik) hər hansı cinayət tərkibinin mövcud olmadığı müəyyən edilmişdir. Bununla əlaqədar prokurorluq tərəfindən 29 avqust 2025-ci il tarixli "cinayət işinin başlanmasının rədd edilməsi haqqında" qərar qəbul edilmişdir (qərar əlavə olunur). X8 və yuxarıda adları qeyd olunan digər şəxslər xx.xx.2025-ci il tarixdə Xəzər TV-də yayımlanan "Axşam xəbərləri" proqramında müsahibə verərək (xəbər proqramından çıxarış əlavə olunur) haqqımda irəli sürdükləri əsassız iddiaları ictimai şəkildə davam etdirmiş, güya onların həm əmək hüquqlarının pozulduğunu, həm də rüşvət tələb edildiyini iddia etmişlər, X21: "qrafik təyin olunub pul qoyulub adı bunun. Hamı kimi verirdi, hamı verirdi bizdə verirdik. Pul Aygün xanımın şəxsi cibinə vəsaiti, öz vəsaiti kimi. Əlbətdə, verirdik ki, qrafikimizi normal yazsın ki, bizdə yəni istirahət günlərimizi bilek bir rahatlığımızı bilək falan.. bu adam qəsdnən, qəsdnən bizi bir gün belə salır tutalım 2 gün ara verir bir gün axşam smeninə təyin eliyir, 12 saat ara verir, gündüz smeni təyin eliyir. Yəni sırf şikayətçiləri". X17: - "hansıki onun öz yaxın ətrafıdır onlara həmişə göz yumur, amma bir dəfə gecikənnən izahat alır, verir ki, yəni bu adam töhmət alsın. Bu adam təcili yardım maşınından belə şəxsi avtomobili kimi istifadə eliyir. İşdən, bir bölmədən o birisinə təcili yardım maşınıyla gedir, hətta evinə belə o maşınla götürülmə halları .. araşdırılsın GPRS-lər var izlənmələr var". X8: - "təbibdən bizə rəsmi cavab gəlib ki, yəni burda da göstərilir baxa bilərsiz, Aygün Allahyarova qanun pozuntusu edərək fond pulu altında vəsait toplayır. Bununla belə ona deyilənə görə töhmət verildi ancaq... ancaq bu bir balaca bir şey deyildi. Biz hər ay 50 manat yığıb pul verirdik ona... ancaq onun şəxsi vəsaiti idi... iki yerdən bir 10 000 (on min) yaxın pul götürür bu insan". X24: - "Aygün Allahyarova işini normal aparmır. Bizim, bizə əziyyət verir, iş yeni müdiriyyət təş.. qoyanda müdir neynəməlidir - işçilərin qayğısına qalmalıdır. Amma o, əksinə... Mən belə deyimdə kim ki onu görüm baxım eliyir onun işi xod gedir kim ki elemir onun işi bax bele... X8 və yuxarıda adları qeyd olunan digər şəxslər prokurorluğun müvafiq qərarına və TƏBİB tərəfindən aparılmış xidməti araşdırmanın nəticələrinə məhəl qoymayaraq, bölmə daxilində səsyazma funksiyasına malik müşahidə kameralarının quraşdırıldığını bildikləri halda belə (kamera görüntüləri əlavə edilir), bilərəkdən və məqsədli şəkildə haqqımda əsassız iddialar səsləndirməklə, təhqiramiz ve nüfuzdan salan ifadələr işlətməklə şərəf və ləyaqətimin alçaldılmasına yönəlmiş qanunazidd hərəkətlərini davam etdirmişlər. Həmin əməllər həm kütləvi xarakter daşıması, həm də sübutlarla təsdiqlənməsi baxımından Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147-ci (böhtan) və 148-ci (təhqir) maddələrində nəzərdə tutulan cinayət tərkibinin əlamətlərini tam şəkildə özündə ehtiva edir. Böhtan və təhqir şəxsin şərəf və ləyaqətinə, eləcə də digər mənəvi dəyərlərinə yönəlmiş qəsd hesab olunur. Məhkəmə iclasında xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X4 vəkili Alyans vəkil bürosunun vəkili Müdafiəçi2 şikayəti müdafiə edərək həmin şikayətin məhkəmənin icraatına qəbul edilməsi və məhkəmə baxışının təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxslər şikayətə etiraz edərək, şikayətin məhkəmənin icraatına qəbul edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Məhkəmə iclasında X10 müdafiəçisi Müdafiəçi1 şikayətin məhkəmənin icraatına qəbul edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəfləri dinləyərək, xüsusi ittiham qaydasında verilmiş şikayəti nəzərdən keçirərək hesab edir ki, hazırkı şikayət üzrə məhkəmə baxışının keçirilməsi qeyrimümkündür və icraata qəbul edilməsindən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (CPM) 299.1, 299.3 və 299.3.3-cü maddələrinin tələblərinə görə məhkəmənin hazırlıq iclası xüsusi ittiham qaydasında şikayətdə, irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir. Hər bir halda cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmənin hazırlıq iclasında məhkəməyə daxil olmuş xüsusi ittiham qaydasında şikayətin ona aid olub-olmaması və şikayətin məzmununun məcəllənin 293.3.1-293.3.7-ci maddələrinin müddəalarına uyğun olub-olmaması barədə məsələlərə baxılmalıdır. «Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli 3 nömrəli Qərarın 11-ci bəndində qeyd edilmişdir ki, məhkəmələrin nəzərinə çatdırılsın ki, xüsusi ittiham qaydasında icraatın başlanmasına səbəb yalnız zərər çəkmiş şəxs tərəfindən xüsusi ittiham qaydasında verilmiş şikayət ola bilər. Xüsusi ittiham qaydasında şikayət yazılı şəkildə cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan birinci instansiya məhkəməsinə verilir. Şikayətdə aşağıdakılar göstərilməlidir: şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi), törədilmiş cinayət barəsində məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği), cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi, şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi, cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş, şikayətin verildiyi tarix (il, ay və gün), şikayəti vermiş şəxsin imzası (CPM-nin 293.3.1- 293.3.7-ci maddələri). Həmin qərarda məhkəmələrə tövsiyə edilmişdir ki, xüsusi ittiham qaydasında şikayətə məhkəmənin hazırlıq iclasında baxılması mərhələsində şikayətin məzmununun CPM-nin 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun olub-olmamasını yoxlasınlar. Xüsusi ittiham qaydasında şikayət bu tələblərə cavab vermədikdə, habelə CPM-nin 302.1.2-302.1.4 və 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş halları müəyyən etdikdə məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərar qəbul etsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 147.1-ci maddəsinə görə böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, mediada və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayma—min manatdan min beş yüz manatadək miqdarda cərimə ilə və ya iki yüz qırx saatdan dörd yüz səksən saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 147.2-ci maddəsinə görə ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma—iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 148-ci maddəsinə əsasən təhqir, yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, mediada və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma — min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan dörd yüz səksən saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 88.4.1-ci maddəsinə əsasən xüsusi ittiham qaydasında şikayət üzrə materialların hazırlanmasını həyata keçirmək xüsusi ittihamçının vəzifəsidir. 293.3.1-ci maddəsinə şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi). 293.3.2-ci maddəsinə görə şikayətdə törədilmiş cinayət barədə məlumatlar, yəni cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən, maddi ziyanın məbləği əks olunmalıdır. 302.1.3-cü maddəsinə əsasən şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edilir. 302.2.3-cü maddəsinə əsasən, məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək bu Məcəllənin 302.1.2-302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərarlar çıxarır. 302.1.7-ci maddəsinə əsasən, şikayət əsassız olduqda və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədikdə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edilir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, şikayət ərizəsində xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X12 tərəfindən Azərbaycan Respublikası CPM-nin şikayət ərizəsinin məzmununa dair tələblər pozulmuşdur. Belə ki, xüsusi ittihamçı, X27, X22, X18 və X15 tərəfindən hansı əməlin (əməllərin) törədildiyini qeyd etməmiş, digər şəxslər - X21, X17, X8, X24 tərəfindən törədilən hansı əməlin (əməllərin) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsinin, hansı əməlin (əməllərin) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddənin təsiri altına düşdüyünü əsaslandırmamışdır. Bununla yanaşı, məhkəmə qeyd edir ki, şikayətin verildiyi yer şikayətdə göstərilməmişdir. Beləliklə, məhkəmə xüsusi ittiham qaydasında verilmiş şikayətin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun tərtib edilməməsini nəzərə alaraq hesab edir ki, iş üzrə məhkəmə baxışının keçirilməsindən imtina edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 300 və 302-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X3 və X10 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələri ilə, X20, X14, X6, X11, X7 və X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə məsuliyyətə cəlb edilməsi haqqında X12 tərəfindən xüsusi ittiham qaydasında verilmiş şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar