Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(5-94)-2/2026 03.03.2026 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Ramazanov Zəfər Akif oğlunun sədrliyi, Qorçulu Aysu Tariyel qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs - Zərərçəkmiş şəxs təqsirləndirilən şəxslər – Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Məhəmməd oğlunun müdafiəçilər – 13 saylı Vəkil bürosunun vəkilləri Müdafiəçi2 və Müdafiəçi1 iştirakları ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin inzibati binasında, xx.xx.2003-cü ildə Kürdəmir rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatsız olaraq yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 xx.xx.2006-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Xətai rayonu, Sadıqcan 52 ünvanında qeydiyyatda olan və ünvan 10ənzil 2 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Məhəmməd oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İttihamın məzmunu Təqsirləndirilən şəxs2 özgənin əmlakını talama məqsədi ilə tanışı Təqsirləndirilən şəxs1 Məhəmməd oğlu ilə onun təklifi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 01 sentyabr 2025-ci il tarixdə saat 23:58-də ünvan 3 ünvanında «Oba» marketin qarşısında «Unibank»a aid bankomatdan Zərərçəkmiş şəxs **********285659 nömrəli «Leobank» kart hesabından 775 manat pul vəsaitini çıxarılması üçün əməliyyatı edib, lakin pulun götürülməsini unudaraq oradan uzaqlaşmasından istifadə edərək nağdlaşdırılmış 775 manat pul vəsaitini gizli olaraq talayıb Zərərçəkmiş şəxs 775 (yeddi yüz yetmiş beş) manat miqdarda maddi ziyan vuraraq oğurluq etmişdir. X1 özgənin əmlakını talama məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2 ilə sonuncunun təklifi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 01 sentyabr 2025-ci il tarixdə saat 23:58-də ünvan 3 ünvanında «Oba» marketin qarşısında «Unibank»a aid bankomatdan Zərərçəkmiş şəxs **********285659 nömrəli «Leobank» kart hesabından 775 manat pul vəsaitini çıxarılması üçün əməliyyatı edib, lakin pulun götürülməsini unudaraq oradan uzaqlaşmasından istifadə edərək nağdlaşdırılmış 775 manat pul vəsaitini gizli olaraq talayıb Zərərçəkmiş şəxs 775 (yeddi yüz yetmiş beş) manat miqdarda maddi ziyan vuraraq oğurluq etmişdir. İş üzrə tədqiq edilmiş sübutlar Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası CM-nin 177.2.1 -ci maddəsi ilə elan edilmiş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə saat 22 radələrində dostu Təqsirləndirilən şəxs1 ona zəng edib vaxtı varsa görüşmək istədiyini bildirmişdir. Qardaşı İntiqamın idarə etdiyi “BYD” markalı, **-UL-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri, Xətai rayonu, Sadıqcan küçəsinə gedərək Namiqi götürərək oradan uzaqlaşmışlar. Bir qədər getdikdən sonra Namiq kartan pul çəkməli olduğunu demişdir. Namiq Bakı şəhəri, Xətai rayonu A.Novruzov küçəsindəki “Unibank”a məxsus bankomatdan “Leo” kartından pul çıxarmaq istədiyini demişdir. İdarə etdiyi “BYD” markalı, **-UL-*** dövlət qeydiyyat nişanlı avtomobili ünvan 4 ünvanında yerləşən “OBA” marketin qarşı hissəsinə sürmüşdür. Namiqlə birlikdə “Oba” marketin qarşısında avtomobildən düşərək orada quraşdırılmış “Unibank”a məxsus bankomatın qarşısına getmişlər. Həmin vaxt onlardan öncə bir şəxs bankomatın qarşısında dayanaraq pul çıxarmaq üçün kartı daxil edərək əməliyyat aparmışdır. Həmin şəxs bankomatdan kartını çıxarıb oradan uzaqlaşdığı üçün Namiq ilə birlikdə pul çıxarmaq üçün bankomata yaxınlaşmışlar. Bankomatın əməliyyat aparılan ekranında pulunuzu götürün sözü yazıldığını və bankomatdan pulun çıxdığını görmüşlər. Namiq həmin vaxt ona Zərərçəkmiş şəxs göstərib sonuncunun pulu götürmədən getdiyini bildirmişdir. Namiq tez bankomatdan çıxan pulu götürüb cibinə qoymuş və birlikdə idarə etdiyi “BYD” markalı, 77-UL- 921 dövlət qeydiyyat nişanlı avtomobilə əyləşərək oradan uzaqlaşmışlar. Yolda olan zaman pulun 775 manat olmasını müəyyən etmişlər. Sonra Namiqlə birlikdə Bakı şəhəri, Səbail rayonu ərazisində yerləşən “Sahil” metrostansiyasının yaxınlığında yerləşən “Papaq Loung” adlı restorana gedərək pulun bir qismini orada xərcləmiş, qalan hissəsini isə gecə klubunda xərcləmişlər. Hesab edir ki, qabaqcadan əlbir olmamışlar. Çünki onların bankomatda pul olacağından xəbərləri yox idi. İşləmədiyindən dəymiş ziyanı ödəyə bilmir. Ziyanın hissə-hissə ödənilməsini təklif etsələr də zərərçəkmiş şəxs bunu qəbul etməmişdir. Məhkəmənin hansı qərar verməsindən asılı olmayaraq ziyanı ödəyəcəklər. Səhvini başa düşür, gənc olmalarını nəzərə alıb yüngül cəza verilməsini xahiş edir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 Məhəmməd oğlu özünü qismən təqsirli bilərək ifadəsində bildirmişdir ki, 01 sentyabr 2025-ci il tarixdə saat 23:55 radələrində dostu Əliməhəmməd ilə birlikdə olan zaman özünə məxsus “Unibank”a məxsus “Leo” kartından pul çıxartmaq qərarına gəlmişdir. Buna görə də, Əliməhəmməd ilə birlikdə Bakı şəhəri, Xətai rayonu, A.Novruzov küçəsində yerləşən “OBA” marketin qarşısında quraşdırılmış “Unibank”ın bankomatın qarşısına getmişlər. Həmin vaxt onlardan öncə bir şəxs bankomatın qarşısında dayanaraq pul çıxarmaq üçün kartı daxil edərək əməliyyat aparmışdır. Həmin şəxs bankomatdan kartını çıxarıb oradan uzaqlaşdığı üçün Əliməhəmməd ilə birlikdə pul çıxarmaq üçün bankomata yaxınlaşmışlar. Həmin vaxt bankomatın əməliyyat aparılan ekranında pulunuzu götürün sözü yazıldığını və bankomatdan pulun çıxdığını görmüşdür. Tez bankomatdan çıxmış pulu götürüb sayan zaman 775 manat olmasını müəyyən etmişdir. Pulu götürüb cibinə qoyaraq Əliməhəmməd ilə birlikdə oradan uzaqlaşıb getmişlər. Oğurladıqları 775 manat pulun bir hissəsini Əliməhəmməd ilə birlikdə xərcləmişdir. Həmin pulun bir hissəsi ilə Əliməhəmməd ilə birlikdə yemək yemiş, qalan pulu isə gecə klubunda xərcləmişdir. Qabaqcan əlbir olmalarına dair ittihamı qəbul etmir, Pərvizi əvvəllər tanımamış, aralarında heç bir ədavət və düşmənçilyi olmamışdır. İlk dəfə Pərvizi bankomatın qarşısında dayanaraq pul çıxaran zaman görmüşdür. Bankomata pul çıxarmağa gedəndə orada pul olacağından məlumatları olmamışdır. İşləmədiyindən dəymiş ziyanı ödəyə bilmir. Ziyanın hissə-hissə ödənilməsini təklif etsələr də zərərçəkmiş şəxs bunu qəbul etməmişdir. Məhkəmənin hansı qərar verməsindən asılı olmayaraq ziyanı ödəyəcəklər. Səhvini başa düşür, gənc olmalarını nəzərə alıb yüngül cəza verilməsini xahiş edir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə saat 23:58 radələrində ünvan 5 ünvanında yerləşən “OBA” marketin qarşısında “Unibank”a məxsus bankomatdan özünə məxsus “4098-5844-6228- 5659” nömrəli “LEO” kartını bankomata daxil edib 775 manat pulu nağdlaşdıran zaman kartım bankomatdan götürmüşdür. Lakin çıxan 775 manat pulu götürməyib oradan aralaşmış, yaxınlıqda olan “Kapitalbank”a aid bankomatdan pulunu nağdlaşdırmış, daha sonra pulu oradan götürmədiyini xatırlayıb geri qayıtmış və yenidən kartını bankomata salan zaman 775 manat pulun balansda olmadığını, naməlum şəxs tərəfindən bankomatdan götürüldüyünü aşkar etmişdir. Daha sonra “OBA” marketə daxil olaraq onlarda olan kameralara baxmış və onunu yanında gözləyənlərin onun pulunu götürdüklərini aşkar etmiş və bu barədə polisə şikayət vermişdir. Baş vermiş hadisə nəticəsində ona 775 manat maddi ziyan dəymişdir. Dəymiş ziyanın hissə-hissə ödənilməsi ona təklif olunsa da, ehtiyacı olduğundan ziyanın tam ödənilməsini tələb etmişdir. Ona dəymiş ziyan ödənilməmişdir. xx.xx.2025-ci il tarixli “hadisə yerində baxış keçirilməsi haqqında” protokoldan görünür ki, oğurluq hadisəsi ünvan 6 ünvanında yerləşən “Oba” marketin qarşısında quraşdırılmış “Unibank”a məxsus bankomatın qarşısında baş vermişdir.(iş vərəqi 10-11) xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 Məhəmməd oğlu xx.xx.2025-ci il tarixdə saat 19:00-da şübhəli şəxs qismində tutulmuşdur. (iş vərəqi 44-45) xx.xx.2025-ci il tarixli təqsirləndirilən şəxsin MSY-dən azad edilməsi və qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Məhəmməd oğlu MSY-dən azad edilmiş və barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. (iş vərəqi 71-72) xx.xx.2025-ci il tarixli DVD diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, xx.xx.2025-ci il tarixdə saat 23:58-də ünvan 7 ünvanında yerləşən “OBA” marketin çöl tərəfində quraşdırılmış “Uninbank”a məxsus bankomatın qarşı hissəsində baş vermiş oğurluq hadisənin görüntüsü köçürülmüş 01 ədəd “DVD” formatlı diskə baxış keçirilmiş və baxış zamanı xx.xx.2025-ci il tarixdə saat 23:58-də ünvan 7 ünvanında yerləşən “OBA” marketin çöl tərəfində quraşdırılmış “Uninbank”a məxsus bankomata Zərərçəkmiş şəxs yaxınlaşaraq plastik kart hesabından pul çıxarmaq üçün əməliyyat aparması, həmin vaxt Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Məhəmməd oğlunun üzərində “Yango” taksi şirkətinin reklamı vurulmuş “BYD” markalı avtomobil ilə gəlmələri, avtomobili saxladıqdan sonra Namiq və Əliməhəmmədin hər ikisinin yerə düşərək bankomata doğru yaxınlaşaraq gözləmələri, Zərərçəkmiş şəxs bankomatda əməliyyat etdikdən sonra plastik kartını bankomatdan götürüb telefona-baxa-baxa oradan uzaqlaşması, həmin vaxt Təqsirləndirilən şəxs1 əl işarəsi ilə Əliməhəmmədə Zərərçəkmiş şəxs göstərib sonuncunun etmiş olduğu əməliyyatla bağlı bankomat tərəfindən hazırlanan pulu götürülmədən oradan uzaqlaşmasını bildirərək bankomatdan çıxan pulu götürüb cibinə qoyması, Namiq və Əliməhəmmədin pulu götürdükdən dərhal sonra gəldikləri “BYD” markalı avtomobilə əyləşib oradan uzaqlaşıb gəldikləri müşahidə olunmuşdur. Bununla bağlı baxışda iştirak edən Təqsirləndirilən şəxs1 Məhəmməd oğlu xx.xx.2025-ci il tarixdə saat 23:58 radələrində ünvan 7 ünvanında yerləşən “OBA” marketin çöl tərəfində quraşdırılmış “Uninbank”a məxsus bankomatdan çıxan 775 manat pulu götürən şəxsin özü olmasını, yanında olan şəxsin tanışı Əliməhəmməd olduğunu, görüntüdə əl hərəkəti ilə Əliməhəmmədə Zərərçəkmiş şəxs pulu götürmədən oradan uzaqlaşdığını bildirməsinə işarə etdiyini, pulu götürdükdən sonra birlikdə restorana gedərək yemək yediklərini, qalan pulu isə şəxsi işlərinə xərclədiyini bildirmişdir. (iş vərəqi 82-83) xx.xx.2025-ci il tarixli DVD diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, DVD diskə Təqsirləndirilən şəxs2 ilə də birlikdə baxış keçirilmiş, xx.xx.2025-ci il tarixdə saat 23:58 radələrində ünvan 7 ünvanında yerləşən “OBA” marketin çöl tərəfində quraşdırılmış “Uninbank”a məxsus bankomatdan çıxan 775 manat pulu götürən şəxsin Təqsirləndirilən şəxs1 Məhəmməd oğlu, digər şəxsin isə özü olmasını, Namiq pulu götürdükdən sonra birlikdə restorana gedərək yemək yediklərini, qalan pulu isə Namiq özünə götürdüyünü bildirmişdir. (iş vərəqi 118-119) xx.xx.2025-ci il tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. (iş vərəqi 113-114) Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 barəsində hər hansı bir məlumat yoxdur. (iş vərəqi 138) Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 Məhəmməd oğlu əvvəllər məhkum olunmamışdır. (iş vərəqi 139- 140) Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinin xx.xx.2025-ci il tarixli, 3828 saylı ambulator məhkəmə psixiatrik ekspertizasının rəyindən görünür ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs1 Məhəmməd oğlunda hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur, Təqsirləndirilən şəxs1 Məhəmməd oğlunda xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəli müəyyən edilmir. Təqsirləndirilən şəxs1 ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Onun əməli CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. (iş vərəqə 149-151) Sübutların qiymətləndirilməsi haqqında 09 dekabr 2025-ci il tarixli qərardan görünür ki, baş vermiş oğurluq hadisəsinin görüntüləri köçürülmüş 01 ədəd DVD formatlı disk maddi sübut kimi tanınmışdır.(iş vərəqə 154-161) Müdafiə tərəfinin dəlilləri və əməlin tövsifi CM-nin 177.2.1-ci maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 mart 2005-ci il tarixli qərarının 1ci bəndinə görə məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Həmin qərarın 10-cu bəndinə görə özgə əmlakının talanması əməlini qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi tövsif edərkən, bilavasitə özgə əmlakının talanmasına yönəlmiş hərəkətlər edilənədək, cinayətin iştirakçıları arasında qabaqcadan belə bir əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün rolların bölüşdürülməsinə dair razılıq əldə edilməsi, həmçinin hər hansı icraçı hər bir icraçı və cinayətin digər iştirakçıları tərəfindən hansı konkret hərəkətlər edilməsi araşdırılmalıdır. Hökmdə törədilmiş cinayətin hər bir icraçısının və digər iştirakçısının (təşkilatçılarının, təhrikçilərinin, köməkçilərinin) barəsindəki sübutlara qiymət verilməlidir. Həmin qərarın 11-ci maddəsinə əsasən CM-nin 34.2-ci maddəsinin mənasına görə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən oğurluq, soyğunçuluq və ya quldurluq cinayətinə görə cinayət məsuliyyəti həm də o zaman yaranır ki, özgə əmlakının bilavasitə götürülməsini, cinayətin iştirakçıları arasında əldə edilmiş razılaşmaya əsasən, onlardan biri həyata keçirsin. Cinayətin digər iştirakçıları, rolların bölgüsünə əsasən, cinayətin törədilməsində icraçıya bilavasitə kömək göstərməyə yönəlmiş hərəkətlər edərsə (məsələn, şəxs yaşayış sahəsinə girməsə də qapının, cəftənin, qıfılın sındırılmasında iştirak edərsə, əvvəlcədən əldə edilmiş razılığa əsasən talanmış əmlakı apararsa, törədilən cinayət aşkar ediləcəyi hallarda digər iştirakçıları sığortalayarsa) onlar CM-nin 32.2-ci maddəsinə müvafiq olaraq birgə icraçı hesab edilir və belə hallarda əməlin tövsifi üçün CM-nin 32-ci maddəsinə istinad edilməsinə ehtiyac yoxdur. Məhkəmə qeyd edir ki, cinayət qanunun mənasına və Plenumun izahlarına görə iştirakçılar arasında qabaqcadan əlbir olmanın cinayətin törədilməsindən əvvəl baş verməsi zəruri şərt olsa da, bu razılığın cinayətin törədilməsindən hansı müddət əvvəl və hansı formada əldə olunmasının (sövdələşərək, yaxud ümumi niyyətlə birgə hərəkət etdiklərini dərk edərək) əməlin tövsifinə təsiri yoxdur. Hazırkı işdə iştirakçılar arasında razılıq cinayətin törədilməsindən az müddət əvvəl, onların konkludent hərəkətləri və rəftarı ilə əldə olunmuşdur. Məhkəmə pul vəsaitinin Təqsirləndirilən şəxs1 Məhəmməd oğlu tərəfindən götürülməsini və bundan dərhal sonra Təqsirləndirilən şəxs2 tələsik avtomobili sürərək hadisə yerindən uzaqlaşmasını qabaqcadan əlbir olma, eləcə də iştirakçıların hər birinə münasibətdə icraçılıq kimi qiymətləndirir. Beləliklə məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs1 Məhəmməd oğlu və Təqsirləndirilən şəxs2 tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən özlərinin etirafı, zərərçəkmiş şəxsin ifadəsi, ekspert rəyi, istintaq hərəkətlərinin protokolları və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146) Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 Məhəmməd oğlu və Təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Cəza təyini məsələləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimiai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında qeyd edilmişdir ki, ibtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır, o cümlədən iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə həbs qətimkan tədbirinin geniş tətbiq edilməsi, habelə həmin cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Həmin Sərəncamın 8-ci bəndində qeyd edilmişdir ki, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, cəza siyasətinin humanistləşdirilməsi istiqamətində Azərbaycan Respublikası Prezidentinin adıçəkilən Sərəncamının nəzərə alınmalı olduğu qənaətinə gəlir və bunu məhkəmə hüquq islahatları çərçivəsində Dövlətin mövqeyi kimi qəbul edir. Məhkəmə Təqsirləndirilən şəxs2 təqsirini etiraf etməsini, əməlindən peşman olmasını, gənc olmasını CM-nin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır, Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs1 Məhəmməd oğlunun təqsirini etiraf etməsini, əməlindən peşman olmasını, gənc olmasını CM-nin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır, Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə qeyd edir ki, cəzanın əsas məqsədlərindən olan məhkumun islah olunması və qanunla qorunan ictimai münasibətlərin toxunulmazlığı və başqa şəxslərin qanunla qorunan hüquqlarına hörmət hissinin formalaşdırılması baxımından Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Məhəmməd oğluna Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə həmin maddənin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlığın növündə cəzasının təyin edilməsi qanuni və ədalətlidir, həm də cəzanın məqsədinə uyğundur. Törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, şəxsiyyətini səciyyələndirən digər halları, cəzanın əsas məqsədlərindən olan məhkumun islah olunması və qanunla qorunan ictimai münasibətlərin toxunulmazlığı və başqa şəxslərin qanunla qorunan hüquqlarına hörmət hissinin formalaşdırılması baxımından nəzərə alaraq məhkəmə hesab edir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Məhəmməd oğlunun təqsirləndirildikləri maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - Bakı şəhərində (faktiki yaşadığı ünvan ünvan 9hdudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs2 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs2 elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs2 təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 23:00-dan saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqana məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi tapşırılmalı, Təqsirləndirilən şəxs2 təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 Məhəmməd oğlu azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - Bakı şəhərində (faktiki yaşadığı ünvan ünvan 10ənzil 2 ünvanında) çəkməli azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs1 Məhəmməd oğlu cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs1 Məhəmməd oğluna elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs1 Məhəmməd oğluna təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 23:00-dan saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqana məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi tapşırılmalı, Təqsirləndirilən şəxs1 Məhəmməd oğluna təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Məhəmməd oğlunun barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatları nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs2 göstərilmiş hüquqi xidmətə görə bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 və Təqsirləndirilən şəxs1 Məhəmməd oğluna göstərilmiş hüquqi xidmətə görə 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 məhkəmədə iştirak etdiyi 16 (on altı) iş saatına görə hər birinə 176 (bir yüz yetmiş altı) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabına ödənilməlidir. Belə ki, CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmadıqda, onun müdafiəçisinin cinayət prosesində iştirakı dövlət büdcəsi vəsaiti hesabına təmin edilir, həmin Məcəllənin 193.5-ci maddəsinə görə hüquqi yardıma görə hər iş saatı üçün ödənişin məbləği müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir, müdafiəçinin təqdim etdiyi hesabat əsasında hesablanır və vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli, 31 nömrəli Qərarı ilə müdafiəçiyə hər iş saatı üçün ödənilən haqqın məbləği 11 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ:
1. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin.
2. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin.
3. Təqsirləndirilən şəxs2 üzərinə yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun.
4. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın.
5. Təqsirləndirilən şəxs1 Məhəmməd oğlu Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin.
6. Təqsirləndirilən şəxs1 Məhəmməd oğluna Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin.
7. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 Məhəmməd oğlunun 10 oktyabr 2025-ci il tarixdən 12 oktyabr 2025ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 gün müddət, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 4 gün ona təyin olunmuş cəzadan çıxılsın, üzərində 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın.
8. Təqsirləndirilən şəxs1 Məhəmməd oğlunun üzərinə yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun.
9. Təqsirləndirilən şəxs1 Məhəmməd oğlu barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın.
10. Təqsirləndirilən şəxs2 göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 və Təqsirləndirilən şəxs1 Məhəmməd oğluna göstərilmiş hüquqi xidmətə görə 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 məhkəmədə iştirak etdikləri 16 (on altı) iş saatına görə hər birinə 176 (bir yüz yetmiş altı) manat vəsait dövlət büdcəsindən tutularaq 13 saylı Vəkil bürosunun hesabına köçürülsün.
11. İş üzrə maddi sübut – 01 ədəd DVD formatlı disk iş materiallarında saxlanılsın.
12. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün təqdim edildiyi) andan 20 gün müddətində Bakı Şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər.
13. Hökmdən protest və şikayət verilmədikdə 20 gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Sədrlik edən: Zəfər Ramazanov