Məhkəmə qərarları › İş №1(5-94)-22/2026

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №1(5-94)-22/2026

10.03.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(5-94)-22/2026 10.03.2026 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Musazadə Xanım Yaşar qızının katibliyi, təqsirləndirilən şəxs X8 və onun müdafiəçisi Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1994-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ünvan 1 ünvanında qeydiyyatda olan X8 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələri ilə təqsirləndirilməsinə dair xüsusi ittiham qaydasında verilmiş şikayətə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X15 xüsusi ittiham qaydasında şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək X8 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələrində nəzərdə tutulmuş cinayət məsuliyyətinə cəlb edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Xüsusi ittiham qaydasında şikayət onunla əsaslandırılmışdır ki, X15 uzun illər, 1986- 2007-ci illərdə hakim, 2008-ci ildən isə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü "Verdiktum" vəkil bürosunun vəkilidir. X16 müraciəti əsasında ilk dəfə onunla xx.xx.2024-cü il tarixdə müqavilə bağlamışdır və Kərimov Xalid hüquqlarının müdafiəsini X10 həvalə etmişdir. Xalid Kərimovla 28 dekabr 2024-cü il tarixdə Xətai rayon prokurorluğuna və 27 may 2025-ci ildə Bakı Ağır cinayətlər məhkəməsində hüquqlarının müdafiəsi üçün müqavilə bağlamışdır. X15 ilə müqavilə bağlandıqdan sonra X4 Xalid Akif oğlunun təqdim etdiyi sübutlar, video görüntülər, şəkillər, mesajlar və.s. əsasında şikayət ərizəsi tərtib etmişdir. Həmin şikayət ərizələri X22 tərəfindən şəxsən imzalamışdır. X.Kərimov Suraxanı RPİ-nin İŞ-də verdiyi ilkin izahatı da X9 iştirakı olmadan vermişdir. Təqdim etdiyi sübutlar əsasında araşdırma aparılmış və nəticədə X11 barəsində təqdim olunmuş sübutlar əsasında cinayət işi başlanmış və Suraxanı rayon məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmişdir. Hal-hazırda onun Azərbaycan Respublikası CM-nin 182.3.2 və 221.3-cü maddələri ilə ittiham olunmasına dair cinayət işi Bakı Ağır Cinayətlər məhkəməsində hakim Fəxri Məmmədovun icraatındadır. Barəsində xüsusi ittiham qaydasında şikayət verilən X17 "Tiktok" sosial şəbəkəsində özünü hüquq müdafiəçisi adlandıraraq bloger kimi fəaliyyət göstərir. X17 özünə məxsus "Tik Tok" sosial platformasındakı səhifəsində X9 haqqımda böhtan xarakterli həqiqətə uyğun olmayan məlumatlar yayaraq X9 şərəf və ləyaqətinə, işgüzar nüfuzuna ciddi zərbə vurmuşdur. Belə ki, o, paylaşımlarında “Peşəkar və əzmkar vəkil Zabil Qəhrəmanov həbsdə, vəkil adına ləkə gətirmiş Nuşabə Ağayeva hələ də azadlıqdadır". "... həbsində rolu oynayan "vəkil" Nüşabə Ağayevaya töhmət verildi. Lakin bu kifayət deyil. X28 eşit bizi!!! " "Tiktoker Bəniz" kimi tanınan X6 təzyiqlər edən məhkum kimdir?! O, kimin sifarişini icra edir?! çıxışlarında barəmdə həqiqətə uyğun olmayan əsassız və böhtan xarakterli məlumatları "TikTok" sosial şəbəkəsində yaymışdır. X5-Tok sosial Platformasındakı səhifəsində post kimi paylaşdığı videoçarxda səsləndirdiyi fikirləri olduğu kimi təqdim edir: "TikToker Bəniz" ləqəbi ilə tanıdığınız Aybəniz Xəlilovanını şərlənərək həbs olunmasında əsas rolu oynayan vəkil adına ləkə gətirmiş Nüşabə Agayeva ilə bağlı kifayət qədər videopostlar çəkib paylaşmışam və bu barədə sizə məlumatlar vermişəm və ümumiyyətlə bir daha xadırlatmaq istəyirəm ki, Aybəniz Xəlilovanın qanunsuz və əsassız həbs olunmasına dair faktlar öz təsdiqini tapıb", "Ondan sonra onun həbsində əsas rol oynayan şəxs deyərdim ki, hətta başlıcası X7. Keçmiş hakim, indi isə vəkil", "Və belə bir yaşantı içərisində o çox arzu olunmaz hadisələrlə, hallarla qarşılaşır. Çox stres yaşadı. Onun mənəvi psixoloji vəziyyətinə çox zərər ziyan dəydi və dediyim kimi, buna baislər kim oldu, kimlər oldu? Bəzi vəzifəli şəxslər və vəkil adına ləkə gətirən, xələl gətirən, onsuz da vəkilliyin nüfuzu Azərbaycanda bəllidir. O ən aşağı nüfuza belə yenə zərbə vurarq cəmiyyətin o etimadını aradan qaldırmaqda misli bərabəri görünməyə bir atzu olunmaz rol oynayan Nüşabə Ağayeva oldu", "Vəkillər Kollegiyası bilirsiniz ki, bir sıra peşəkar vəkillərə qarşı bir represiyyə hərəkəti həyata keçirib, Adəm Məmmədəovu vəkillikdən uzaqlaşdırıldı, Zabil Məhərrəmov vəkillikdən uzaqlaşdırıldı və bu şəxsər vəkillikdən uzaqlaşdırıldıqdan sonra həbs olunurlar. Yaxşı, Nüşabə Ağayeva haqqında niyə yeni tədbir görülmədi?, niyə bir sellektiv yanaşma ortada var? Zabil günahkar idi, Adəm günahkar idi, Nüşabə Ağayeva törətmiş olduğu, bunca korrupsiya xaraktirli əməllərinə görə, məgər hələ də vəkil adına layıqdir? Mən bu sualı kimə verirəm, sizə Anar Bağırova verirəm", "Tiktoker Bəniz" kimi tanıdığınız Azərbaycan Respublikasının vətəndaşı X11 ilə bağlı 1 Saylı Bakı İstintaq Təcridxanasından xoşagəlməz bir məlumat eşitmişik ki, bu da nədən ibarətdir. Aybəniz Xəlilova olduğu kamerada X12 adlı bir məhkum tərəfindən xoşagəlməz hərəkətlərə, təzyiqlərə məruz qalıb və bu zaman o Aybəniz Xəlilovanın günahsız şəkildə şərlənərək həbs olunmasında əli olan, əli keçən vəkil Nüşabə Ağayevanın adını hallandırıb. Onun dırnaqarası desək, onun müdafiəsinə qalxıb", "Belə bir şəxs vəkil adını, vəkil mantiyasını necə daşıya bilər?", "bir vətəndaşın günahsız şəkildə şərlənərək həbs olumnasında əli olan və vəkil adına, Azərbaycan vəkilinin nüfuzuna xələl gətirmiş, ləkə gətirmiş adını çəkdiyim, bu vəkil haqqında niyə zəruri tədbirlər görülmür. Həmçinin Tiktok sosial platformasındakı səhifəsində yerləşdirdiyi video (canlı yayım) şərh vasitəsi ilə X9 ünvanıma şəxsiyyətimi alçaldıcı, ləyaqət və şərəfimi təhqir edən ifadələr işlətmiş, həmçinin həqiqətə uyğun olmayan məlumatlar yayaraq X9 barəmdə cəmiyyətdə mənfi rəy formalaşdırır. Yayımlanan məlumatlar reallığa uyğun olmayıb X9 şəxsi və ictimai nüfuzuma ciddi zərər vurmuşdur. X3 canlı yayım açaraq Xalid X1 adına açdığı "X21", "Nüşabe Ağayeva" və digər şəxslərin adına açdığı "X14" kimi səhifələrdən Xalid Kərimovu canlı yayıma qonaq kimi qoşmuş və oradan da haqqında böhtan xarakterli məlumatlar səsləndirilmişdir. Beləliklə də, həmin səhifələrin adından da məlum olur ki, Samir Musəvi bu səhifələrin saxta olmasını, Xalid Kərimov tərəfindən açılmasını bilmidir. X9 adına olan saxta profillərdə profil şəkli kimi X9 fotoşəkli qoyulmuşdur. X5Tok sosial şəbəkədəki çıxışında Azərbaycan Respublikası CM-ninn 183.2 və 221.3-cü maddələri ilə təqsirli bilinib həbs edilən Aybəniz Xəlilovanın həbs olunmasında bilə-bilə yalan məlumat yayaraq hesab edir ki, günahkar vəkildir və vəkilin peşə nüfuzuna zərər vurur, məni əsassız və sübutsuz ittiham edir. Samir Zeynalov sosial şəbəkədə açıq formada, video, şərh və paylaşım şəkilində, real ad-soyadı ilə yaymışdır. Həmin paylaşımlarda özü də bunu tam etiraf edir. Samir Zeynalovun çıxışında istinaad etdiyi ifadələr heç bir fakt və məhkəmə qərarı ilə təsdiq olunmur, böhtan və təhqir xarakteri daşıyır. Bu cür əsassız ittihamlar X9 şərəf və ləyaqətinə, həmçinin peşəkar nüfuzuna ciddi zərər vurmuş, cəmiyyətdə haqqında mənfi rəy formalaşdırmışdır. Belə ki, X8, xx.xx.2026-cı il tarixli, 16 Yanvar 2026-cı il tarixli paylaşımlarında "Aybəniz Xəlilovanın həbs olunmasında günahkar vəkildir, vəkilə töhmət verildi" sözləri həqiqətə uyğun olmayan ifadələrdir. Belə ki bu məlumatların heç biri həqiqətə uyğun məlumatlar deyil. Bu hərəkətləri ilə Samir Zeynalov Cinayət Məcəlləsinin 147.1-ci maddəsində nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Belə ki, Cinayət Məcəlləsinin 147.1-ci maddəsinə əsasən, yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, mediada və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayma böhtan hesab olunur. X2 xx.xx.2026-cı il tarixli, 16. Yanvar 2026-cı il tarixli paylaşımlarında "Nüşabə Ağayeva vəkil adina ləkə gətirən" sözləri kimi ifadələr işlətmişdir. Bu hərəkətləri ilə Samir Zeynalov Cinayət Məcəlləsinin 148-ci maddəsində nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Daha sonra xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X15 “Elektron Məhkəmə İnformasiya Sistemi” vasitəsilə məhkəməyə ərizə ünvanlayaraq qeyd etmişdir ki, X8 Azərbaycan Respublikası CM-nin 147.2 və 148-ci maddələri ilə təqsirləndirilməsinə dair xüsusi ittiham qaydasında verdiyi şikayətdəki bütün xüsusatlar üzrə X17 ilə barışmışdır. Ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Odur ki, iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında təqsirləndirilən şəxs X17 və onun müdafiəçisi Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi hər biri ayrı-ayrılıqda xüsusi ittiham qaydasında verilmiş şikayət üzrə icraata xitam verilməsini xahiş etmişlər. Məhkəmə, proses iştirakşılarını dinləyib, xüsusi ittiham qaydasında şikayəti və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib hesab edir ki, X8 Azərbaycan Respublikasının CM-nin 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X9 xüsusi ittiham qaydasında şikayətinin icraatına xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 37.2-ci maddəsinə əsasən xüsusi ittiham qaydasında cinayət təqibi yalnız zərər çəkmiş şəxsin şikayəti əsasında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147, 148, 165.1 və 166.1-ci maddələrində göstərilən cinayətlər üzrə həyata keçirilir və məhkəmə müşavirə otağına gedənədək zərər çəkmiş şəxs təqsirləndirilən şəxslə barışdıqda ona xitam verilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.8-ci maddəsinə əsasən zərər çəkmiş şəxsin şikayəti olmadıqda (cinayət təqibi xüsusi ittiham qaydasında həyata keçirildikdə, habelə cinayət təqibinin başlanmasına prokurorun təşəbbüsü olmadığı halda cinayət təqibi ictimai-xüsusi ittiham qaydasında həyata keçirildikdə) cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 41.7-ci maddəsinə əsasən xüsusi ittiham qaydasında cinayət təqibindən imtina edilməsi yalnız zərər çəkmiş şəxsin iradəsindən asılıdır. Bu halda xüsusi ittiham qaydasında şikayət üzrə icraataməhkəmə tərəfindən xitam verilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.1.1 -ci maddəsinə əsasən dövlət ittihamçısı və xüsusi ittihamçı cinayət təqibindən imtina etdikdə məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Məhkəmə hesab edir ki, xüsusi ittiham qaydasında şikayət vermiş X15 xüsusi ittiham qaydasında şikayətindən imtina etdiyindən şikayət üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 37, 39, 41, 43, 344, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X8 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair xüsusi ittiham qaydasında şikayət üzrə icraata xüsusi ittihamçı X15 şikayətindən imtina etdiyindən xitam verilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Aygün Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar