Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(5-94)-31/2026 13.02.2026 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Ramazanov Zəfər Akif oğlunun sədrliyi, Qorçulu Aysu Nizami qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, cinayət qanunu ilə nəzərdə tutulan əməli törətmiş şəxs – Təqsirləndirilən şəxs, zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs müdafiəçi – Bakı şəhəri 13 saylı Vəkil bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin inzibati binasında, xx xxx 1980-cı il təvəllüdlü Tovuz rayonu, Xınna Kirən kəndində anadan olmuş. Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, məhkum olunmayan, işləməyən, Tovuz rayonu, Kirən ərazi dairəsi, Xınnakirən kəndində qeydiyyatda olan, ünvan 1 ünvanında yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İttihamın məzmunu Təqsirləndirilən şəxs xx.xx.2026-cı il tarixdə saat 13:20 dəqiqədə Bakı şəhəri, Xətai rayonu, Orxan İsmayılov küçəsi 14 saylı evdə aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı qeyri rəsmi münasibətdə olduğu Zərərçəkmiş şəxs sifət nahiyəsinə qəsdən əli ilə vurmaqla döyərək sonuncuya sağ gözətrafı-almacıq, sağ yanaq, alın və sol qaş nahiyələrinin dərialtı hematomaları ilə nəticələnən zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa yüngül zərərvurmaya aid xəsarətlər yetirmişdir. İş üzrə tədqiq edilmiş sübutlar Məhkəmə istintaqı zamanı əməli törətmiş. şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs ilə 6 aya yaxındır ki, tanışdır və onunla qeyri-rəsmi olaraq ər-arvad kimi yaşayırlar. Onunla yaşadığı müddət ərzində mehriban olsalar da, son zamanlar ona verdiyi borc pulu qaytarmamağı səbəbilə aralarında tez-tez mübahisələr baş vermişdir. Sonuncu dəfə xx.xx.2026-cı il tarixdə təxminən saat 13:20 dəqiqədə yaşadığı Xətai rayonu, Orxan İsmayılov küçəsində yerləşən 14 saylı evdə olarkən Arzu ilə aralarında ona verdiyi borc pulu qaytarmamağının səbəbini sorușduqda aralarında mübahisə yaranmışdır. Mübahisə vaxt o, Zərərçəkmiş şəxs sifət nahiyəsidən əl zərbələri ilə bir neçə dəfə vuraraq, onu döymüşdür. Onu döyməyi barədə polisə məlumat verəcəyini bildirdikdə, evdən çıxıb getmişdir. Hadisə vaxtı səs-küy yaranmamış, yanlarında heç kəs olmamıșdir. Əlavə verilən suallara cavab olaraq, bildirmişdir ki, hadisə vaxtı o, Zərərçəkmiş şəxs əl zərbələri ilə vursa da, o vurmamışdır. Hazırda zərərçəkmiş şəxslə barışdığını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını nəzərə alaraq barəsində yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə təxminən 6 aya yaxındır ki, tanışdır və onunla qeyri-rəsmi olaraq birlikdə yaşayır. Təqsirləndirilən şəxs ilə yaşadığı müddət ərzində mehriban olsalar da, son zamanlar aralarında ona verdiyi borc pulu ala bilməməyi üstündə mübahisələri baş vermiş, xx.xx.2026-cı il tarixdə saat təxminən 13:20 radələrində ona verdiyi borc pulu qaytarmamısının səbəbini soruşduqda mübahisələri yaranmış, mübahisə vaxtı Həsrət əl zərbələri ilə bir neçə dəfə sifət nahiyəsindən vuraraq, onu döymüşdür. Hazırda Həsrətlə barışmış, ona qarşı heç bir tələbi yoxdur, cəza təyin edilməməsini xahiş edir. xx.xx.2026-cı il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, hadisənin baş verdiyi ev birmərtəbəli olmaqla 1 otaqdan ibarətdir. Evə giriş qəhvəyi rəngli qapıdan keçir.(iş vərəqə 23-24) xx.xx.2026-cı il tarixli, 51 saylı məhkəmə-tibb ekspertizasının rəyindən görünür ki, Zərərçəkmiş şəxs sağ göztərafı almacıq, sağ yanaq, alın və sol qaş nahiyələrinin dərialtı hematomaları müəyyən edildi. Xəsarətlər bərk-ket əşyaların təsirindən kənar şəxslər tərəfindən törənmişlər, müddəti qərarda göstərilmiş xx.xx.2026-cı il tarixə uyğun gəlir, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid edilir. (iş vərəqə 31-32) Azərbaycan Respublikası BƏSİİ-dən alınmış tələbnamədən və Bakı şəhəri Sabunçu rayon məhkəməsininxx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində CM-nin 73.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilmiş, və barəsində cinayət təqibinə xitam verilmişdir. (iş vərəqə 61-65) xx.xx.2026-cı il tarixli Tovuz RİHB-nın Kirən kənd İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı müddətdə özünü nümunəvi göstərmiş, həmişə işlərinin öhdəsindən layiqincə gəlmişdir. (iş vərəqə 68) Əməlin tövsifi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsinə görə qəsdən sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma—min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən özünün etirafı, ekspert rəyi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146) Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Cəza təyini məsələləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında qeyd edilmişdir ki, ibtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır, o cümlədən iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə həbs qətimkan tədbirinin geniş tətbiq edilməsi, habelə həmin cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Həmin Sərəncamın 8-ci bəndində qeyd edilmişdir ki, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, cəza siyasətinin humanistləşdirilməsi istiqamətində Azərbaycan Respublikası Prezidentinin adıçəkilən Sərəncamının nəzərə alınmalı olduğu qənaətinə gəlir və bunu məhkəmə-hüquq islahatları çərçivəsində Dövlətin mövqeyi kimi qəbul edir. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən peşman olmasını və zərərçəkmiş şəxslə barışıq əldə edilməsini CM-nin 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə cəza təyini ilə bağlı qanunvericiliyin tələblərini, Ali Məhkəmənin məhkəmə təcrübəsinə dair məsələlər üzrə məhkəmələrə verdiyi izahlarını, və məhkumların islah edilməsi məqsədi ilə cəzaların icrasını həyata keçirən icra hakimiyyətinin yuxarıda qeyd edilən tövsiyələrini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyası daxilində cərimə cəzasının təyini yolu ilə, onun cəmiyyətdən təcrid edilmədən islah olunması mümkündür. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Hazırkı cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-nin 132.1.4-cü maddəsinə əsasən. maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar məhkəmə tərəfindən müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; İş üzrə mülki iddia və maddi sübutlar yoxdur. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 13 saylı vəkil bürosunun vəkili Müdafiəçi2 məhkəmədə iştirak etdiyi 15 (on beş) iş saatına görə 165 (bir yüz altmış beş) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabına ödənilməlidir. Belə ki, CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmadıqda, onun müdafiəçisinin cinayət prosesində iştirakı dövlət büdcəsi vəsaiti hesabına təmin edilir, həmin Məcəllənin 193.5-ci maddəsinə görə hüquqi yardıma görə hər iş saatı üçün ödənişin məbləği müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir, müdafiəçinin təqdim etdiyi hesabat əsasında hesablanır və vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli, 31 nömrəli Qərarı ilə müdafiəçiyə hər iş saatı üçün ödənilən haqqın məbləği 11 manat məbləğində müəyyən edilmişdir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 1500 (min beş yüz) manat miqdarında cərimə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmə istintaqı zamanı sərf edilmiş 15 (on beş) iş saatına görə 165 (bir yüz altmış beş) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 13 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün təqdim edildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai rayon məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Zəfər Ramazanov
Məhkəmə qərarları › İş №1(5-94)-31/2026
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(5-94)-31/2026
13.02.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver