Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(5-94)-36/2026 05.03.2026 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Rəşidov Xəzər Araz oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və müdafiəçisi – Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1991-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta-ixtisas təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2anında yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə, hal-hazırda Azərbaycan Respublikası ƏN Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs etibarından sui-istifadə edərək dövlət tərəfindən aparılan tikinti işlərində tikinti materiallarının topdan satışı ilə məşğul olub qazanc əldə edəcəkləri barədə yalan vəd verib aldadaraq üzərinə götürdüyü öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda hər hansı işin görülməsi marağında olmadan bu məqsədlə 2024-ci ilin iyun ayının sonlarında 4169 7388 6365 3667 nömrəli Kapital bank hesabına göndərilmiş 1500 manat, 06 iyul 2024-cü il tarixdə həmin kart hesabına göndərilmiş 1500 manat, 2024-cü ilin iyul ayının ortalarında həmin kart hesabına göndərilmiş 2000 manat pulu, 2024-cü ilin iyul ayının sonlarında Bakı şəhəri Xətai rayonu, Məhəmməd Hadi 136 ünvanında 35.000 manat və 10.000 manat pulu vahid qəsdlə əhatə olunan niyyətlə alıb ələ keçirərək barəsində cinayət təqibi başlanılanadək 7600 manat pulu qaytarmaqla zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs 42.400 manat maddi ziyan vuraraq dələduzluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2024-cü ilin may ayında facebook sosial şəbəkəsində Zərərçəkmiş şəxs ilə tanış olmuşdur. Söhbət zamanı Tamerlan onun tikinti materiallarının topdan satşı ilə məşğul olduğunu öyrəndiyi üçün aralarında münasibət yaranmışdır. O, söhbət zamanı Tamerlana Dərnəgül taxta bazarında «Rooflandia» mağazasında işlədiyini və Məhəmmədi kəndində yerləşən zavodda dam örtüklərinin istehsalına nəzarət etdiyini, Kəlbəcər rayonunda dövlət tərəfindən aparılan tikintilərə materialların həmin şirkət tərəfindən göndərildiyini bildirmişdir. Həmçinin Kəlbəcər rayonundan əlavə sifarişlərin olduğunu pul qazanmaq üçün yaxşı şərait olduğunu demişdir. Bundan sonra Tamerlana təklif etmişdir ki, ilkin olaraq 7000 manat pul qoyub 4900 manat gəlir əldə etsin. Tamerlan təklifi ilə razılaşdıqdan sonra təxminən 2024-cü ilin iyun ayının sonlarında ona göndərdiyi özünə məxsus 4169 7388 6365 3667 nömrəli Kapital bank kartına 1500 manat pul göndərmişdir. Tamerlan pulu göndərdikdən sonra onu inandırmaq məqsədi ilə Məhəmmədi kəndində yerləşən zavoddan görüntülü olaraq yığaraq işin gedişatını canlı olaraq ona göstərmişdir. 06 iyul 2024-cü il tarixdə Tamerlan yenidən həmin karta 1500 manat pul göndərmiş, o da yenidən həmin zavoddan görüntülü yığaraq istehsal prosesini ona göstərmişdir. Bir neçə gün keçdikdən sonra ona görüşməyi təklif etmiş və görüşdükdən sonra Tamerlan yenidən 2000 manat pulu onun kartına pul göndərmişdir. 5000 manat pııl göndərdikdən sonra ona bildirmişdir ki, müdiri Bakı şəhərində deyil, hələlik həmin məbləğ kifayət edir və iş bitdikdən sonra ona əlavə 45000 manat verməlidir. Bir neçə gün keçdikdən sonra yalandan ona zəng edərək miidriyyətin işdən xəbər tutduğunu və təcili ona pul göndərilməli olduğunu bildirmişdir. O, Tamerlana guya bu işə cavabdeh olan özümdən uydurduğu Fuad adlı şəxsə zəng edərək vəziyyəti ona izah etmiş, Fuadın özü də dediyinə görə prezident aparatında işləyən dostundan cəmi 12.000 manat borc alıb bu işin üstünə qoyduğunu bildirmişdir. Bir neçə gün sonra Bakı şəhəri Xətai rayonu Ukrayna dairəsinin yaxınlığında Tamerlan avtomaşınında ona 35.000 manat pul vermişdir. Bundan sonra Tamerlan ona daha çox gəlir əldə etmək üçün avtomaşınlarını sataraq əvvəlcə borclarını bağlayacağını və ona yenə də pul verəcəyini bildirdikdən sonra Selcan adlı rəfiqəsinin yaşadığı məhəllədə onunla görüşərək ona arvadının iştirakı ilə 10.000 manat pul vermişdir. Görüş zamanı Tamerlana 3 gün müddətində istehsalın bitəcəyini və malların Kəlbəcər rayonuna göndəriləcəyini demişdir. 3 gün sonra isə yalandan həmin əraziyə nazirlik tərəfindən yoxlama göndərildiyini bildirərək işlərin bir az uzanacağını bildirmişdir. Buna baxmayaraq onunla müntəzəm olaraq əlaqə saxlayıb guya işə rəhbərlik edən Fuad adlı şəxslə daimi danışdığını və işin müsbət gedişatı barədə məlumat vermişdir. Sonra onunla əlaqə saxlayıb guya qardaşı Əşraf tərəfindən malların 2 gün ərzində Kəlbəcər rayonuna təhvil veriləcəyini və Fuad adlı şəxsin pulu ona göndərəcəyini demiş, əmin olsun deyə ona qardaşına məxsus olmayan və işləməyən nömrə verərək guya həmin nömrənin Əşrafə məxsus olduğunu demişdir. Tamerlan həmin nömrəyə zəng edərək zəng çatmadığını bildikdən sonra ona zəng etdikdə yalandan qardaşının telefonunun xarab olduğunu demiş, yalandan Fuadın Əşrafa pul vermədiyini və sabah kafedə görüşüb pulu verəcəyini bildirmişdir. Səhəri gün internetdən götürdüyü pul ilə bağlı videonu ona göndərmiş, pulları götürüb ona verəcəyini demişdir. Sonradan telefonunu söndürmüşdür. 25 iyul 2024-cü il tarixdə Tamerlana sms yazaraq guya Banditizm idarəsinin əməkdaşlarının gəlməsini və onu Fuad ilə birlikdə pullarla birlikdə həmin idarəyə apardıqlarını demiş, 10 avqust 2024-cü il tarixədək yalnız sms vasitəsi ilə yazaraq həmin idarədə olduğunu demişdir. 11 avqust 2024-cü il tarixdə isə zəng edərək buraxıldığını demişdir. Həmin vaxtdan sonra artıq onun zənglərinə cavab verməməyə başlamışdır. Həmin müddətdə ona bir neçə dəfə yəni 700 manat, 800 manat, 500 manat 600 manat və bir dəfə 5000 manat olmaqla cəmi 7600 manat pulu kart vasitəsilə ona göndərmişdir. Sonuncu dəfə Tamerlanla danışarkən guya Dubaydan sevgilisinin Bakı şəhərinə gələcəyini və ondan pul alıb ona olan borcunu tam verəcəyini bildirmişdir. Sonra isə artıq onunla əlaqə saxlamamışdır. Ondan aldığı pul vəsaitlərini şəxsi ehtiyaclarına xərcləmişdir. Əməlindən peşmandır. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 2024-cü ilin may ayında Facebook sosial şəbəkəsində Təqsirləndirilən şəxs ilə tanış olmuşdur. Söhbət zamanı Güllünün tikinti materiallarının topdan satışı ilə məşğul olduğunu öyrəndiyi üçün aralarında münasibət yaranmışdır. Güllü söhbət zamanı Dərnəgül taxta bazarında «Rooflandia» mağazasında işlədiyini və Məhəmmədi kəndində yerləşən zavodda dam örtüklərinin istehsalına nəzarət etdiyini, Kəlbəcər rayonunda dövlət tərəfindən aparılan tikintilərə materialların həmin şirkət tərəfindən göndərildiyini bildirmişdir. Həmçinin Kəlbəcər rayonundan əlavə sifarişlərin olduğunu pul qazanmaq üçün yaxşı şərait olduğunu bildirmişdir. Bundan sonra ona təklif etmişdir ki, ilkin olaraq 7000 manat pul qoyub 4900 manat gəlir əldə etsin. Güllünün təklifi ilə razılaşdıqdan sonra təxminən 2024cü ilin iyun ayının sonlarında ona göndərdiyi 4169 7388 6365 3667 nömrəli kartına 1500 manat pul göndərmişdir. Pul göndərildikdən sonra Güllü Məhəmmədi kəndində yerləşən zavoddan görüntülü olaraq yığaraq işin gedişatını canlı olaraq ona göstərmişdir. 06 iyul 2024-cü il tarixdə yenidən həmin karta 1500 manat pul göndərmişdir. Güllü yenidən həmin zavoddan görüntiilü yığaraq istehsal prosesini ona göstərmişdir. Bir neçə gün keçdikdən sonra Güllü görüşməyi təklif etmiş və o, Güllü ilə görüşdükdən sonra yenidən ona 2000 manat pul göndərmişdir. Ona 5000 manat pul göndərdikdən sonra bildirmişdir ki, müdirinin Bakı şəhərində olmadığını və hələlik həmin məbləğin kifayət etdiyini bildirmiş və iş bitdikdən sonra ona əlavə 45000 manat verməli olduğunu demişdir. Bir neçə gün keçdikdən sonra Güllü ona zəng edərək zavodun əməkdaşı olan Elşən adlı şəxsin ona zəng etməsini, müdriyyətin işdən xəbər tutduğunu və 45.000 manat pulun təcili ödənilməli olduğunu bildirmişdir. Güllü bu işə cavabdeh olan Fuad adlı şəxsə zəng edərək vəziyyəti ona izah etmiş, Fuıadın özü də dediyinə görə prezident aparatında işləyən dostundan cəmi 12.000 manat borc alıb bu işin üstünə qoyduğunu bildirmişdir. Bir neçə gün sonra o, özünə aid olan Mitsubishi Pajero və arvadına məxsus Kia Sportage markalı avtomaşınları sataraq 45000 manat pulu düzəltmiş və Bakı şəhəri Xətai rayonu Ukrayna dairəsinin yaxınlığında yerləşən Güllünün Selcan adlı rəfiqəsinin yaşadığı məhəllədə onunla görüşmüş və 35.000 manat pulu ona vermişdir. Təxminən bir həftə sonra isə həmin ünvanda Güllü ilə görüşərək ona 10.000 manat pul vermişdir. Güllü görüş zamanı 3 gün müddətində istehsalın bitəcəyini və malların Kəlbəcər rayonuna göndəriləcəyini demişdir. 3 gün sonra isə həmin əraziyə nazirlik tərəfindən yoxlama göndərildiyini bildirərək işlərin bir az uzanacağını bildirmişdir. Buna baxmayaraq Güllü müntəzəm olaraq işə rəhbərlik edən Fuad adlı şəxslə danışır və işin gedişatı barədə ona məlumat vermişdir. Sonra Güllü onunla əlaqə saxlayıb qardaşı Əşraf tərəfindən malların 2 gün ərzində Kəlbəcər rayonuna təhvil veriləcəyini və Fuad adlı şəxsin pulu ona göndərəcəyini demişdir. O, Əşraf ilə bir neçə dəfə əlaqə saxalamaq istəsə də ona zəng çatmamış və bu səbəbdən Güllü ilə əlaqə saxlamışdır. Güllü qardaşının telefonun xarab olduğunu demiş, Fuad isə Əşrafa pul vermədiyini və sabah kafedə görüşüb pulu verəcəyini bildirmişdir. Səhəri gün Güllü həmin məkandan pulların görüntüsünü ona göndərmiş və pulları götürüb ona verəcəyini demişdir. Aradan bir neçə saat keçsə də Güllüdən xəbər çıxmamış, bu səbəbdən onunla əlaqə saxladıqda artıq onun telefonu söndürülmüşdür. 25 iyul 2024-cü il tarixdə Güllü ona sms yazaraq kafeyə Banditizm idarəsinin əməkdaşlarının gəlməsini və onu, Fuadı pullar ilə birlikdə həmin idarəyə apardıqlarını demişdir, 10 avqust 2024-cü il tarixədək yalnız sms vasitəsi ilə yazaraq həmin idarədə olduqlarını demişdir. 11 avqust 2024-cü il tarixdə isə zəng edərək buraxıldıqları və azadlığa çıxmaq üçün 80.000 manat pul verdiklərini demişdir. Həmin vaxtdan sonra Güllü nadıir hallarda zənglərə cavab vermişdir. Sonuncu dəfə danışarkən Dubaydan sevgilisinin Bakı şəhərinə gələcəyini və pul alıb ona verəcəyini bildirmişdir. Sonradan isə onunla artıq əlaqə saxlaya bilməmişdir. Bu səbəbdən onun işlədyi yerə getmiş, orada Güllünün dələduzluqla məşğul olması səbəbindən işdən çıxarıldığı ona bildirilmişdir. Sonra isə yaşadığı evə getmiş və orada Güllünün anası və qardaşı ilə görüşmüşdür. Həmin şəxslər Güllünün itkin düşməsini və bununla bağlı polisə məlumat verildiyini bildirmişlər.Hazırda dəymiş ziyan ona tam ödənilməmişdir lakin onunla barışmışdır və onun barəsində həbs ilə bağlı olmayan yüngül cəza təyin edilməsini məhkəmədən xahiş edi. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid Zərərçəkmiş şəxs ifadəsinə oxşar məzmunlu ifadə verərək həmin xüsusatları özünə aid hissədə bir daha təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işinin başlanması haqqında 01 aprel 2025-ci il tarixli qərardan görünür ki, fakta görə CM-nin 178.3.2-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır(i.v.01); Hadisə yerinə baxış keçirilməsi barədə 23 noyabr 2024-cü il tarixli protokoldan görünür ki, hadisənin baş verdiyi, yəni sonuncu pulun verildiyi Bakı şəhəri Xətai rayonu, Məhəmməd Hadi 136 ünvanına baxış keçirilmiş və baxış zamanı hadisə yerinin fotoşəkilləri çəkilərək protokola əlavə olunmuşdur (i.v. 27-28); Zərərçəkmiş şəxs qismində tanıma haqqında 10 aprel 2025-ci il tarxli qərardan görünür ki, Zərərçəkmiş şəxs cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır(i.v.77); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunması barədə hər hansı məlumat yoxdur(i.v.90-91); Təqsirləndirilən şəxs qismində cəlb edilməsi haqqında 01 iyul 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-nin 178.3.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə nəzərdə tutulmuş ittiham elan edilmişdir(i.v.95); Bakı şəhəri Xətai rayon məhkəməsinin xx.xx.2025-ci il tarixli 4(011)-415/2025 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 01 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəlinin onun tutulduğu andan hesablanması qərara alınmışdır(i.v.121-125); Axtarışda olan şəxsin tutulması barədə xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 13:00 radələrində saxlanılaraq Xətai RPİ-nə gətirilmişdir(i.v.130); xx.xx.2025-ci il tarixli üzləşmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş, onlar ifadələrində göstərdikləri xüsusatları bir birinin üzünə qarşı deyərək bir daha təsdiq etmişlər(i.v.143- 146); Sübutların qiymətləndirilməsi haqqında 21 yanvar 2026-cı il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs təqdim etdiyi vatsap yazışmalarının surətləri maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir(i.v.147-150); Təqsirləndirilən şəxsə yenidə ittiham elan edilməsi haqqında 23 yanvar 2026-cı il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-nin 178.2.4-cü maddəsi ilə yenidən ittiham elan edilmişdir(i.v.158-159); Bakı şəhəri Xətai rayon məhkəməsinin xx.xx.2026-cı il tarixli 4(5-94)-42/2026 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri 20 gün müddətinə, 16 fevral 2026-cı il tarixədək uzadılmışdır; Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan ödənilməmişdir, lakin o, təqsirləndirilən şəxslə barışmışdır, ona yüngül cəza təyin edilməsini xahiş edir. Beləliklə, məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxs və şahid ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə, xeyli miqdarda ziyan vurmaqla törədildikdə – dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında qeyd edilmişdir ki, ibtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır, o cümlədən iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə həbs qətimkan tədbirinin geniş tətbiq edilməsi, habelə həmin cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Həmin Sərəncamın 8-ci bəndində qeyd edilmişdir ki, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, cəza siyasətinin humanistləşdirilməsi istiqamətində Azərbaycan Respublikası Prezidentinin adıçəkilən Sərəncamının nəzərə alınmalı olduğu qənaətinə gəlir və bunu məhkəməhüquq islahatları çərçivəsində Dövlətin mövqeyi kimi qəbul edir. Məhkəmə, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etməsini (CM- 59.1.12), ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, əməlindən peşman olmasını (CM-59.2) cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran - CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş hallar müəyyən edilmədi. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar və ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, 27 dekabr 2025-ci il tarixdən 05 mart 2026-cı il tarixədək həbsdə olduğu 02(iki) ay 06(altı) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla ona təyin edilmiş cəzaya hesablanmalı (CM-69.3), öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilərək “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməli və o, dərhal məhkəmə iclas zalında azad edilməli, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut kimi tanınmış Zərərçəkmiş şəxs təqdim etdiyi “Whatsap” və SMS yazışmalarının surətlərinin cinayət işində saxlanılması nəzərə alınmalıdır (CPM-132). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - ünvan 2anında çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 22:00-dan saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqana məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, əlavə olaraq kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi tapşırılmalı, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Maddi sübut kimi tanınmış Zərərçəkmiş şəxs təqdim etdiyi vatsap yazışmalarının surətlərinin cinayət işində saxlanması nəzərə alınmalıdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356-358 və 384-385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 27 dekabr 2025-ci il tarixdən 05 mart 2026-cı il tarixədək həbsdə olduğu 02 (iki) ay 06 (altı) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 04 (dörd) ay 12 (on iki) gün azadlığın məhdudlaşdırılması cəzası ona təyin edilmiş 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində 02 (iki) il 07 (yeddi) ay 18 (on səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı ünvan 2anını axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilərək “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilsin və o, dərhal məhkəmə iclas zalında azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış Zərərçəkmiş şəxs təqdim etdiyi “Whatsap” və SMS yazışmalarının surətlərinin cinayət işində saxlanılması nəzərə alınsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Fuad Axundov
Məhkəmə qərarları › İş №1(5-94)-36/2026
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(5-94)-36/2026
05.03.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver