Azərbaycan Respublikası adından Hökm Bakı şəhəri İş № 1(5-94)-39/2026 03.03.2026 BAKI ŞƏHƏRI XƏTAI RAYON MƏHKƏMƏSI Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Musazadə Xanım Yaşar qızının katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs, müdafiəçi – Bakı şəhəri ** saylı Vəkil bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs iştirakları ilə, ##.##.1987-ci ildə Bakı şəhərində anadan olmuş, evli, orta təhsilli, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, işləməyən, ünvan 6 ünvanında qeydiyyatda olan və ünvan 5 ünvanında yaşayan, iş üzrə barəsində "polisin nəzarəti altına vermə" qətimkan tədbiri seçilmiş – Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs ittiham elan olunmuşdur ondan ötrü ki, o, özgənin əmlakını talama məqsədi ilə ## ####### 2025-ci il tarixdə saat 20 radələrində Zərərçəkmiş şəxs icarə əsasında işlətdiyi ünvan 2 ünvanında "Berfin" qadın gözəlik salonun arxa giriş qapısını güc tətbiq etməklə açaraq salona qanunsuz daxil olub, dolabın üzərində olan 01 ədəd 750 manat dəyərində “Samsung” markalı, Galaxy Tab S10 FE modelli planşeti эизли olaraq талаmaqla zərərçəkmiş Zərərçəkmiş şəxs 750 (yeddi yüz əlli) manat miqdarında maddi ziyan vuraraq oğurluq etmişdir. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ona özünün etirafedici ifadələri ilə yanaşı zərərçəkmiş şəxsin ifadəsi və iş üzrə toplanmış digər sənədlərlə də tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona CM-nin 177.2.3-cü maddəsi ilə elan edilmiş ittihamda təqsirli bilərək ifadəsində göstərmişdir ki, Bakı şəhəri Yasamal rayonu, Murtuzar Muxtarov 150 ünvanında qeydiyyatda olsa da, ünvan 5 ünvanında yaşayır. Rəsmi olaraq heç bir yerdə işləməmişdir. Əvvəllər oğurluq etdiyinə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. Sonuncu dəfə ##.##.2021-ci il tarixdə Xətai rayon məhkəməsi tərəfindən Azərbaycan Respublikası CM-in 177.2.2-cü maddələri ilə təqsirli bilinərək 02 il azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. Azadlığa çıxdıqdan sonra müxtəlif ünvanlarda fəhlə kimi işləmişdir. ## ####### 2025-ci il saat təxminən saat 18 radələrində yaşadığı ünvan 5 ünvanından çıxaraq Bakı şəhəri, Xətai rayonu, R.Əliyev küçəsi 9 ünvandan yaşayan dostu Kamal ilə görüşməyə getmişdir. Kamal ilə binan həyətində bir qədər söhbət etmişlər. Sonradan Kamal ona bildirmişdir ki, evdə durbin vardır, baxmaq istəyirsə göstərsin. O da razı olub Kamalın qaldığı mənzilə getmişlər. Kamalın yaşadığı mənzildən saat 20 radələrində çıxaraq binan 1-ci mərtəbəsinə düşən zaman orada köhnə tipli bir qapı olduğunu görmüşdür. Həmin qapı onun diqqətini cəlb etdiyi üçün qapını tutub özünə tərəf çəkmişdir. Həmin vaxt qapı açıldığı üçün tez içəri girmişdir. İçəri daxil olan zaman oranın qadın gözəlik salonu olduğunu görmüşdür. Salona göz gəzdirən zaman içəri hissədə müşahidə kamerası olduğunu görmüşdür. Salonun içərisində olan elektrik şitində olan elektrik açarlarını söndürmüşdür ki, müşahidə kamerasına düşməsin. Salonun içərisinə daxil olub baxan zaman orada olan dolabın üzərində 01 ədəd "Samsung" markalı planşet olduğunu görüb həmin planşeti götürmüşdür. Planşeti götürdükdən sonra içəri daxil olduğu qapıdan çıxaraq qapını örtərək oradan uzaqlaşıb yaşadığı ünvana getmişdir. Daha sonra polis əməkdaşları Xətai rayonu 37-ci PŞ-nə dəvət etmişlər. Orada polis əməkdaşlarını oğurluq etməyindən məlumatlı olduqlarını görüb törətmiş olduğu əməli etiraf etmişdir. Zərərçəkmiş şəxs Abdualı qızını əvvəllər tanımamış, ədavət və düşmənçiliyi olmamışdır. Qeyd olunan ünvandan 01 ədəd "Samsung" markalı planşeti götürmüş, başqa heç bir əşyaları götürməmişdir. Ona heç kim köməklik etməmiş, cinayət hadisəsini tək törətmişdir. Başqa heç bir hadisə törətməmişdir. Sonda törətdiyi əməldən peşman olduğunu bildirərərk ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, ünvan 1 ünvanında yerləşən "Berfin” adlı qadın gözəlik salonunu işlədir. Hər gün səhər saat 09 radələrində salonu açaraq işə başlayır və həmin gün saat 18:30 radələrində bağlayaraq yaşadığı ünvana getmişdir. Salonun daxilində təhlükəsizlik baxımından müşahidə kamerası quraşdırılmışdır. ## ####### 2025-ci ildə işlətdiyi ünvan 3 ünvanında yerləşən "Berfin" qadın gözəlik salonunu saat 18:30-da bağlayıb yaşadığı ünvana getmişdir. Həmin gün saat təxminən 22 radələrində işlətdiyi salonun qarşı hissəsindən keçən zaman salonun qarşı hissəsində olan reklam işıqlarının sönülü olmasını görmüşdür. Bu şübhə yaratdığı üçün salona arxa hissəsində olan giriş qapısına yaxınlaşaraq qapını açıb içəri girmiş və salonun işıqlarını yandırmaq istəsə də, işıqlar yanmamışdır. Buna görə də, salonda olan elektrik şitinə baxan zaman qoruyucu açarların sönülü vəziyyətdə olduğunu görüb aktiv vəziyyətə gətirərək işıqları yandırmışdır. Həmin vaxt məlum olmuşdur ki, salona kənar şəxslər daxil olmuşdur. Salondan nələrin götürülməsinə baxan zaman qızı Berfinə 2025-ci ilin avqust ayında Türkiyədə olduğu zaman 800 ABŞ dollarına aldığı "Samsung markalı planşetin dolabın üzərində olmadığını, oğurlandığını aşkar etmişdir. Həmin gün şəxsi işləri ilə əlaqədar olaraq bu barədə polisə məlumat verməmişdir. ## ####### 2025-ci il tarixdə ərizə ilə ərazi üzrə Xətai RPİ-nin 37-ci PŞ-nə müraciət edərək izahat vermişdir. Daha sonra polis əməkdaşları hadisə yerinə gələrək baxış keçirmişlər. Polis əməkdaşları ilə gözəllik salonunda olan müşahidə kamerasına baxan zaman ##.##.2025-ci il tarixdə saat 20 radələrində bir nəfər kişi cinsli şəxsin salona daxil olaraq planşeti oğurlamasını müşahidə etmişlər. Həmin planşetin üzərində heç bir mobil nömrə olmamışdır. Hadisə nəticəsində ona ümumilikdə 1360 manat maddi ziyan dəymişdir. Hazırda ona vurulmuş zərər tam olaraq ödənilmişdir, təqsirləndirilən şəxsdən şikayətçi deyil. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında ## ####### 2025-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Bakı Şəhəri Xətai RPİ İŞ-də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə ********* saylı cinayət işi başlanılmış və icraata qəbul edilmişdir (i.v.1); hadisə yerinə baxış və götürülmə barədə ## ####### 2025-ci il tarixli protokoldan görünür ki, ünvan 1 ünvanında yerləşən "Berfin” adlı qadın gözəlik salonuna baxış keçirilmiş, hadisə yerinin fotoşəkilləri çəkilərək protokola əlavə edilmişdir (i.v.9-11); diskin yaddaşına baxış keçirilməsi haqqında ## ####### 2025-ci il tarixli protokoldan görünür ki, X5 müraciəti əsasında hadisə yerini qeydə alan videomüşahidə cihazının görüntüsünə baxış keçirdim, Baxış zamanı yaddaş kartının yaddaşında 1 ədəd video fayl olması müəyyən edilmişdir. Həmin bir ədəd fayla baxış keçirilmiş, həmin 02:30 saniyədən ibarət olan görüntüdə naməlum şəxs obyektə daxil olaraq oradan 1 ədəd Samsung markalı Tab oğurlamışdır. 01 ədəd DVD disk protokola əlavə edilmişdir (i.v.12-13); ## ####### 2025-ci il tarixli zərərçəkmiş şəxs qismində tanınma haqqında qərardan görünür ki, Zərərçəkmiş şəxs zərərçəkmiş şəxs qismində tanınmışdır (i.v 19); ## ####### 2025-ci il tarixli şübhəli şəxsin tutulması barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs ##.##.2025-ci il tarixində saat 14:00-da şübhəli şəxs qismində tutulmuşdur (i.v 39-40); ## ####### 2025-ci il tarixli təqdim etmə və götürmə haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs ünvan 5 ünvanında saxladığı 01 ədəd "Samsung" markalı planşeti Xətai RPİ-nin İŞ-nə təqdim etmişdir. Buna görə də, Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd "Samsung" markalı planşeti götürülmüşdür. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd "Samsung" markalı planşet sübut əhəmiyyət kəsb etdiyindən götürülmüşdür (i.v.53- 55); ## ####### 2025-ci il tarixli ifadənin yerində yoxlanılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs əli ilə ## ####### 2025-ci il tarixdə saat 20 radələrində oğurluq etdiyi ünvan 2 ünvanında yerləşən "Berfin” gözəlik salonunun arxa giriş qapısını göstərib bildirdi ki, ## ####### 2025-ci il saat təxminən saat 20 radələrində dostu Kamalın yaşadığı mənzildən çıxaraq binan 1-ci mərtəbəsinə düşən zaman orada köhnə tipli bir qapı olduğunu görüb qapını tutub özünə tərəf çəkərək açıldığını, qapı açıldıdan sonra içəri daxil olan zaman oranın qadın gözəlik salonu olduğunu gördüyünü, salonun içərisinə daxil olub baxan zaman içəri hissədə müşahidə kamerası olduğunu gördüyünü, buna görə də, salonun içərisində olan elektrik şitində olan elektrik açarlarını müşahidə kamerasına düşməməsi üçün söndürdüyünü, işıqları söndürdükdən sonra dolabın üzərində 01 ədəd "Samsung" markalı planşet olduğunu görüb həmin planşeti götürüb oradan çıxaraq uzaqlaşıb getdiyini bildirib hadisə yerini göstərərək əyani təsvir etdi. Fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir (i.v.56-59); ## ####### 2025-ci il tarixli əşyanın tanınmaya təqdim edilməsi haqqında protokoldan görünür ki, predmetlər stol üzərinə qoyulub nişanlandıqdan sonra Zərərçəkmiş şəxs iş otağına dəvət olundu və həmin predmetləri nəzərdən keçirib bildirdi ki, ona məxsus götürülmüş "Samsung" markalı planşet məhz ona tanınmaya təqdim edilmiş və 1-dən 4-ə kimi nömrə altında nişanlanmış mobil telefonlardan "4" nömrəsi altında nişanlanmış planşetdir. Zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs əlavə olaraq eyni zamanda bildirdi ki, o həmin "Samsung" markalı planşeti rəngindən, markasından, ölçüsündən, işlənmə dərəcəsindən tanımışdır. Fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir (i.v.60-61); Şəxsiyyət vəsiqələrinin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində ##.##.2015-ci il təvəllüdlü X4 və ##.##.2017-ci il təvəllüdlü X3 adlı övladları vardır (i.v.62); ## ###### 2025-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir (i.v 65-66); ## ###### 2025-ci il tarixli vəsatətin müdafiəsindən imtina edilməsi haqqında qərardan görünür ki, Xətai RPİ-nin İstintaq şöbəsində istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair Xətai RPİ-nin İŞ-nin müstəntiqi Rüfət Yusifovun ##.##.2025-ci il tarixli vəsatətinin müdafiə edilməsindən imtina edilmiş və Təqsirləndirilən şəxs saxlandığı Xətai RPİ-nin MSY-dən dərhal azad edilmişdir (i.v. 81-82); ## ###### 2025-ci il tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir (i.v. 83-84); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” PHŞnin ## ###### 2025-ci il tarixli məktubundan görünür ki, ##.##.1987-ci il təvəllüdlü, Bakı şəhəri, Xətai rayonu, Yusif Səfərov 8, mənzil 18-də yaşayan Təqsirləndirilən şəxs arxiv məlumatına görə yuxarıda adı göstərilən xəstəxanada müalicədə olmayıb (i.v. 92); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış ##.##.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin ##.##.2018-ci il tarixli hökmü ilə AR CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 11 ay 26 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, ##.##.2019-cu il tarixdə cəzasının sonu ilə qeydiyyatdan çıxarılmışdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2021-ci il tarixli *(***)-***/**** saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmiş və ona 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzasının əvvəlinin ## ### 2021-ci il tarixdən hesablanması, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qismində qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manatın Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilməsi, iş üzrə maddi sübut - 2 ədəd qısa qol işçi gödəkçə, 1 ədəd üzərində "everforce" sözü yazılmış açar dəsti, 1 ədəd "tornado" kimyəvi təmizləmə cihazı, 1 ədəd "Pw" kimyəvi təmizləmə, 1 ədəd "Qs" kimyəvi təmizləmə, 1 ədəd "K2 Nuta" kimyəvi təmizləmə, 1 ədəd "K2" ətir, 1 ədəd "Long lasting Limon" ətir, 1 ədəd rəngli əlcək, 1 ədəd "Microfiber" rəngli dəsmal, 2 ədəd "Aroma" ətir, 2 ədəd "Aroma ocean" ətir, 3 ədəd "Vento" ətir, 3 ədəd "Manny game" ətir, 6 ədəd "Aroma vanilla" ətir, 1 ədəd "jalyuz" açarını, 3 ədəd "ceyran dərisi" avtomobil qurulama dəsmalının zərərçəkmiş şəxs Kazımov Yalçın İslam oğluna qaytarılmasının nəzərə alınması hökm edilmişdir. Salyan Rayon Məhkəməsinin ##.##.2022-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Milli Məclisin ##.##.2021-ci il tarixli Amnistiya qərarının 4-cü bəndinə əsasən Təqsirləndirilən şəxs Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2021-ci il tarixli *(***)-***/**** saylı hökmü ilə təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş qalan hissəsi 06 ay azaldılmışdır (i.v. 95-103) ## ###### 2025-ci il tarixli DVD diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, bir ədəd “DVD" fomatlı diskin üzərində "BİNGO DVD-R 4.7 GB 4.7GB, 120min, 1-16X" yazıları mövcuddur. Həmin disk açıldıqda 01 ədəd "WhatsApp Video 2025-10-25 at 15.11.58 (1)" adlı video fayl aşkar olundu. Həmin 01 ədəd "WhatsApp Video 2025-10-25 at 15.11.58 (1)" adlı video fayl açıldıqda ekranda ##.##.2025-ci il tarixdə saat 20:06 radələrində ünvan 2 ünvanında yerləşən "Berfin" adlı qadın gözəlik salonun içəri hissədən ümumi görüntüsü vardır. Görüntüyə baxan zaman əynində qolsuz gödəkcə, ayağında idman ayaqqabısı olan kişi cinsli şəxsin gözəllik salonunun içərisində ətrafa boylanaraq hərəkətdə olaraq gözdən itməsi müşahidə olundu. Baxışda iştirak edən Təqsirləndirilən şəxs ##.##.2025-ci il tarixdə saat 20:06 radələrində ünvan 2 ünvanında yerləşən "Berfin” adlı qadın gözəlik salonuna qapısını açmaq yolu ilə daxil olan əynində qolsuz gödəkcə və idman ayaqqabısı olan şəxsin özü olmasını, gözəllik salonuna daxil olduqdan sonra salonda müşahidə kamerası olduğu görüb salonda olan elektrik şitindən elektrik enerjisini kəsdikdən sonra dolabın üzərində olan "Samsung" markalı planşeti götürüb salonu tərk edərək çıxıb getdiyini bildirdi (i.v.104-105); “xxxx” MMC tərəfindən təqdim edilmiş ## ###### 2025-ci il tarixli mütəxəssis rəyindən görünür ki, əmlakın mövcud vəziyyəti, təyinatı, istifadə imkanları nəzərə alınmaqla aparılmış hesablamalara və təhlillərə əsasən, 01 ədəd “Samsung” markalı planşetin dəyəri 750 manat təşkil edir (i.v 106-117); ## ###### 2021-ci il tarixli icarə müqaviləsinin surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən əmlak X2 tərəfindən Zərərçəkmiş şəxs icarəyə verilmişdir (i.v.119-122); ## ###### 2026-cı il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, cinayət işi üzrə təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMin 177.2.3-cü maddəsi ilə yenidən ittiham elan edilmiş və barəsində seçilmiş "polisin nəzarəti altına vermə" növündə qətimkan tədbiri qüvvəsində saxlanılmış, iş üzrə "xxxx" MMC-dən alınmış ## ###### 2025-ci il tarixli UNİ/İ-98- 989 /**** nömrəli rəyi iş üzrə sübut əhəmiyyət kəsb etdiyindən, sübut növü kimi qiymətləndirilmiş və istintaq materiallarına əlavə edilmiş, iş üzrə zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs məxsus 01 ədəd "Samsung" markalı, Galaxy Tab S10 FE modelli planşet maddi sübut kimi tanınmış və sahibinə geri qaytarılmış, iş üzrə ## ####### 2025-ci il tarixdə ünvan 2 ünvanında yerləşən "Berfin" adlı qadın gözəlik salonunda baş vermiş oğurluq hadisəsinin görüntüsü olan 01 ədəd "DVD" formatlı disk maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmiş, cinayət işi üzrə zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs dəymiş maddi ziyan 750 manat hesab edilmiş, iş üzrə Təqsirləndirilən şəxs məhkumluğu ödənilmiş şəxs hesab edilmiş və onun əməli cinayətlərin residivi kimi qiymətləndirilməmiş, iş üzrə zərərçəkmiş şəxsin adı, atasının adı və soyadının Zərərçəkmiş şəxs kimi qeyd edilməsi və oxunması qərara alınmışdır (i.v 126-131); ## ###### 2026-cı il tarixli təqsirləndirilən şəxsə yenidən ittiahm elan edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs AR CM-nin 177.2.3-cü maddəsi ilə yenidən ittiham elan edilmişdir (i.v.134-135); Zərərçəkmiş şəxs tərəfindən tərtib edilmiş ##.##.2026-cı il tarixli qəbzdən görünür ki, gözəllik salonundan oğurlanmış 01 ədəd “Samsung” markalı planşet sonuncuya geri qaytarılmışdır (i.v.151). Beləliklə, məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin ifadəsi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs törətdiyi əməli Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. 177.2.3-cü maddəsinə əsasən yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” ## ###### 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» ## #### 2003-cü il tarixli * saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi (CM 59.1.13.); əməlindən səmimi peşmanlıq çəkməsini, himayəsində azyaşlı övladlarının olmasını (CM-59.2) nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Salyan Rayon Məhkəməsinin ##.##.2022-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Milli Məclisin ##.##.2021-ci il tarixli Amnistiya qərarının 4-cü bəndinə əsasən Təqsirləndirilən şəxs Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2021-ci il tarixli *(***)-***/**** saylı hökmü ilə təyin edilmiş 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan hissəsi 06 ay azaldılmışdır. Təqsirləndirilən şəxs hazırda məhkumluğunun ödənilməsini nəzərə alaraq məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4.1 və 18.4.4-cü maddələrinə əsasən cinayətin residivi yaranmamışdır. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsiri nəzərə alınmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən halların olması, ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. 52-1.3-cü maddəsinə əsasən məhkəmə məhkum üçün aşağıdakı əlavə vəzifələr müəyyən edə bilər: 52-1.3.1. kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək; 52-1.3.2. məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək; 52-1.3.3. alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək; 52-1.3.4. məhkumun islah olunmasına kömək edən digər vəzifələr. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - ünvan 4 ünvanında çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 23:00-dan saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi tapşırılmalı, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə probasiya idarəsinə həvalə edilməlidir. Təqsirləndirilən şəxs müdafiəçinin xidmətini ödəmək üçün kifayət qədər vəsaiti olmadığından məhkəmənin qərarına əsasən onun hüquqlarının məhkəmədə müdafiəsi üçün Bakı şəhəri ** saylı Vəkil bürosunun vəkili Müdafiəçi müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında hüquqlarını müdafiə etmək üçün cinayət işi materialları ilə tanış olmaqla birlikdə müdafiəçi 10 (on) saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə uyğun olaraq, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ### 2018-ci il tarixli, *** nömrəli Qərarı ilə “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2001-ci il tarixli ** nömrəli qərarında dəyişiklik edilmiş, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə hər iş saatı üçün ödənilən haqqın məbləği artırılaraq 06 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ### 2018-ci il tarixli, *** nömrəli Qərarı ilə “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2001-ci il tarixli ** nömrəli qərarında dəyişiklik edilmiş, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə hər iş saatı üçün ödənilən haqqın məbləği artırılaraq 11 manat müəyyən edilmişdir. İş üzrə xüsusi müsadirə ediləcək əmlak və mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə Təqsirləndirilən şəxs ## ####### 2025-ci il tarixdən ## ###### 2025-ci il tarixədək tutulduğu 02 (iki) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 04 (dörd) gün ona təyin olunmuş 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və qəti olaraq Təqsirləndirilən şəxs üzərində 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı ünvan 4 ünvanını axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Maddi sübut - 01 ədəd DVD disk cinayət işi materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs 10 (on) saat ərzində hüquqi yardım göstərdiyinə görə Bakı şəhəri ** saylı Vəkil bürosunun vəkili Müdafiəçi 110 (bir yüz on) manat əmək haqqı hesablanaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsi vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Aygün Həsənova
Məhkəmə qərarları › İş №1(5-94)-39/2026
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(5-94)-39/2026
03.03.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver