Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(5-94)-49/2026 05.03.2026 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Rəşidov Xəzər Araz oğlunun katibliyi, xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X6 nümayəndəsi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Nümayəndə iştirakları ilə, X7 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə məsuliyyətə cəlb edilməsi haqqında X6 oğlunun nümayəndəsi Nümayəndə xüsusi ittiham qaydasında verdiyi şikayətinə məhkəmənin hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Xüsusi ittiham qaydasında şikayət vermiş X6 nümayəndəsi Nümayəndə təqsirləndirilən şəxs X7 barəsində Azərbaycan Respublikası Cinayət Məcələsinin 147.1-ci maddəsi ilə xüsusi ittiham qaydasında cinayət işinin başlanılması, təqsirləndirilən şəxs qanunla müəyyən nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətinə cəlb edilməklə barəsində ittihamedici hökm çıxarılması haqqında xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, xüsusi ittihamçı X11 Azərbaycan Respublikasında, o cümlədən bir sıra xarici dövlətlərdə tanınmış "xxxx" MMC-nin təsisçisi olmaqla cəmiyyət arasında böyük nüfuza malikdir. Vaxtilə bu MMC-nin işçisi olmuş təqsirləndirilən şəxs X7 xx.xx.2018-ci il tarixdə X8 adında övladı olmuş və uşağın şəxsiyyət vəsiqəsində ata adı kimi Tacəddin adı yazdırmaqla xüsusi ittihamçı X6 uşağının bioloji atası olduğunu iddia etməyə başlamışdır. İlkin olaraq X7 bu şayələrini ciddiyə almayan xüsusi ittihamçı X11 daha sonra təqsirləndirilən şəxsin hər yerdə, yaxın qohumları, iş yoldaşları, o cümlədən xüsusi ittihamçının yaxın qohumlarına birbaşa uşağının atasının X11 olduğunu bildirməyə başlaması xüsusi ittihamçını narahat etmişdir. Xüsusi ittihamçı X11 bu böhtanı hüquqi yolla həll edib böhtan xarakterli yalan məlumatların ortadan qaldırılmasına çalışmış və bu məqsədlə atalıq testi etdirməyi təqsirləndirilən şəxsə təklif etmiş və təqsirləndirilən şəxs qəbul etmişdir. Bu səbəbdən də xx.xx.2022-ci il tarixdə X12 ilə "xxxx" MMC arasında atalıq testi ilə bağlı könüllü məlumat razılığı olmuşdur. Həmin razılıq məktubuna əsasən X1 Tacəddin İslam oğlu ilə bioloji qohumluğun müəyyən edilməsi (atalıq testi) üçün övladı X2 qan analizinin götürülməsinə razılıq vermişdir. Eyni zamanda, “X18 X4 Merkezin”-də atalıq testi verilmiş, xx.xx.2022-ci il tarixində mərkəzdən X15 Analizi Raporu əldə edilmiş və həmin rapora əsasən X11 ilə X3 örnəklərindən əldə edilən DNA-larda qurulan əlaqə analizi nəticəsində bioloji əlaqə rast gəlinməmişdir. Buna görə X11 ilə X8 arasında bioloji cəhətdən əlaqəyə rastlanmamaqdadır. Həmçinin “X18 X5 Merkezin”-dən xx.xx.2023-cü il tarixində yenidən X15 Analizi Raporu əldə edilmiş və həmin rapora əsasən X11 ilə X3 örnəklərindən əldə edilən DNA-larda qurulan əlaqə analizi nəticəsində bioloji əlaqə rast gəlinməmişdir. Buna görə X11 ilə X8 arasında bioloji cəhətdən əlaqə rastlanmamaqdadır. Göründüyü kimi atalıq testləri ilə xx.xx.2018-ci il təvəllüdlü X8 ilə iddiaçı X11 arasında heç bir bioloji əlaqə aşkarlanmamışdır. Lakin buna baxmayaraq təqsirləndirilən şəxs X9 böhtan atmaqda davam edir. Bundan başqa cavabdeh X12 bir sıra dövlət orqanlarına, o cümlədən, Azərbaycan Respublikasının Ailə, Qadın, Uşaq Problemləri üzrə Dövlət Komitəsinə, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinə (Ombudsmana), Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə əsassız şikayətlər edərək yenə uşağın atası olduğunu, uşaqla maraqlanmadığını bildirməkdədir. Təqsirləndirilən şəxs xüsusi ittihamçının maddi imkanlarından bəhrələnmək üçün ona böhtan atmağa, onun işgüzar nüfuzuna xələl vurmaqdadır. Göründüyü kimi təqsirləndirlən şəxs Mustafayev Tacəddin barəsində nəinki yalan, həqiqətə uyğun olmayan məlumatlar yaymış, hətta bu məlumatlar, ifadələr bəzən alçaldıcı, rüsvayedici heç bir etik çərçivəyə sığmayan hal almış, xüsusi ittihamçının şərəf və ləyaqətinə, işgüzar nüfuzuna xələl gətirmiş, onu qohum-əqrəbası, dost-tanışları, rəhbərlik etdiyi böyük iş kollektivi yanında da nüfuzdan salmış və biyabır etmişdir. Məhkəmə iclasında xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X6 nümayəndəsi Nümayəndə şikayəti müdafiə edərək həmin şikayətin məhkəmənin icraatına qəbul edilməsi və məhkəmə baxışının təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə xüsusi ittiham qaydasında şikayət vermiş şəxsin nümayəndəsini dinləyib, xüsusi ittiham qaydasında verilmiş şikayəti nəzərdən keçirərək hesab edir ki, hazırkı şikayət üzrə məhkəmə baxışının keçirilməsi qeyri-mümkündür və icraata qəbul edilməsindən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (CPM) 299.1, 299.3 və 299.3.3-cü maddələrinin tələblərinə görə məhkəmənin hazırlıq iclası xüsusi ittiham qaydasında şikayətdə, irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir. Hər bir halda cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmənin hazırlıq iclasında məhkəməyə daxil olmuş xüsusi ittiham qaydasında şikayətin ona aid olub-olmaması və şikayətin məzmununun məcəllənin 293.3.1-293.3.7-ci maddələrinin müddəalarına uyğun olub-olmaması barədə məsələlərə baxılmalıdır. «Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli 3 nömrəli Qərarın 11-ci bəndində qeyd edilmişdir ki, məhkəmələrin nəzərinə çatdırılsın ki, xüsusi ittiham qaydasında icraatın başlanmasına səbəb yalnız zərər çəkmiş şəxs tərəfindən xüsusi ittiham qaydasında verilmiş şikayət ola bilər. Xüsusi ittiham qaydasında şikayət yazılı şəkildə cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan birinci instansiya məhkəməsinə verilir. Şikayətdə aşağıdakılar göstərilməlidir: şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi), törədilmiş cinayət barəsində məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği), cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi, şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi, cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş, şikayətin verildiyi tarix (il, ay və gün), şikayəti vermiş şəxsin imzası (CPM-nin 293.3.1, 293.3.7-ci maddələri). Həmin qərarda məhkəmələrə tövsiyə edilmişdir ki, xüsusi ittiham qaydasında şikayətə məhkəmənin hazırlıq iclasında baxılması mərhələsində şikayətin məzmununun CPM-nin 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun olub-olmamasını yoxlasınlar. Xüsusi ittiham qaydasında şikayət bu tələblərə cavab vermədikdə, habelə CPM-nin 302.1.2-302.1.4 və 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş halları müəyyən etdikdə məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərar qəbul etsin. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 88.4.1-ci maddəsinə əsasən xüsusi ittiham qaydasında şikayət üzrə materialların hazırlanmasını həyata keçirmək xüsusi ittihamçının vəzifəsidir. 293.3.1-ci maddəsinə şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi); 293.3.2-ci maddəsinə görə şikayətdə törədilmiş cinayət barədə məlumatlar (harada, nə vaxt və necə), yəni cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən, maddi ziyanın məbləği əks olunmalıdır. 293.3.4-cü maddəsinə əsasən şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi göstərilir. 293.3.6-cı maddəsinə əsasən şikayətin verildiyi tarix (il, ay və gün) və yer göstərilməlidir; 302.1.3-cü maddəsinə əsasən şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edilir. 302.2.3-cü maddəsinə əsasən, məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək bu Məcəllənin 302.1.2-302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərarlar çıxarır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, şikayət ərizəsində X7 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1-ci maddəsinin tərkibini yaradan hərəkətlərə yol verməsi, Azərbaycan Respublikasının Ailə, Qadın, Uşaq Problemləri üzrə Dövlət Komitəsinə, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinə (Ombudsmana), Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə əsassız şikayətlər ünvanlayaraq uşağın atası olduğunu, uşaqla maraqlanmadığını bildirməsi, xüsusi ittihamçının maddi imkanlarından bəhrələnmək üçün ona böhtan ataraq işgüzar nüfuzuna xələl vurması, onun barəsində yalan, və həqiqətə uyğun olmayan, alçaldıcı və rüsvayedici məlumatlar yayması qeyd edilsə də, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X12 tərəfindən müvafiq şikayət ərizələri ilə yuxarıda qeyd olunan qurumlara hansı tarixdə müraciət edilməsi, eləcə də həqiqətə uyğun olmayan, alçaldıcı və rüsvayedici məlumatları dəqiqliklə nə vaxt, hansı ardıcıllıqla və harada yayması, habelə törədilməsi ehtimal edilən əməl nəticəsində xüsusi ittihamçıya hansı zərərin dəyməsi öz əksini tapmamışdır. Bundan başqa, şikayət ərizəsində X7 xüsusi ittihamçının şərəf və ləyaqətinə, işgüzar nüfuzuna xələl gətirməsi, onu qohum-əqrəbası, dost-tanışları, rəhbərlik etdiyi böyük iş kollektivi yanında da nüfuzdan salması qeyd edilsə də, güman edilən cinayətin törədilmə hallarının konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri göstərilməklə) təsdiq olunması barədə məlumatlar göstərilməmişdir. Həmçinin, xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X6 nümayəndəsi Nümayəndə tərəfindən Azərbaycan Respublikası CPM-nin şikayət ərizəsinin məzmununa dair tələblər pozularaq xüsusi ittihamçının təvəllüdü, şikayət ərizəsinin harada və nə vaxt tərtib olunması qeyd edilməmişdir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 6-cı maddəsinin 3-cü bəndinin a yarımbəndinə əsasən, «cinayət törətməkdə ittiham olunan hər kəs ən azı digər hüquqlarla yanaşı ona qarşı irəli sürülmüş ittihamın «xarakteri və əsasları» haqqında bildiyi dildə dərhal və ətraflı məlumatlandırılmaq hüququna malikdir». Azərbaycan Respublikası CPM-nin 91.5.1-ci maddəsinə əsasən, «nədə təqsirləndirildiyini bilmək (ittihamın məzmunu, verilmiş ittihamın faktiki tərəfi və hüquqi tövsifi)» təqsirləndirilən şəxsin hüququdur. Bununla da, xüsusi ittiham qaydasında verilmiş şikayət hazırlanarkən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 293.3.1, 293.3.2, 293.3.4 və 293.3.6-cı maddələrinin tələbləri pozulmuşdur. Beləliklə, məhkəmə xüsusi ittiham qaydasında verilmiş şikayətin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun tərtib edilməməsini nəzərə alaraq hesab edir ki, iş üzrə məhkəmə baxışının keçirilməsindən imtina edilməlidir. Bundan əlavə məhkəmə barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X7 məhkəmə genetik ekspertizasının təyin edilməsi barədə vəsatətinə münasibətdə qeyd edir ki, vəsatətdə qeyd edilmiş ekspertizanın təyin edilməsi üçün əsas olan hallar xüsusi ittiham qaydasında verilmiş şikayətin icraata qəbul ediləcəyi təqdirdə əhəmiyyəti olacağından hazırkı mərhələdə təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 300 və 302-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X7 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə məsuliyyətə cəlb edilməsi haqqında X6 nümayəndəsi Nümayəndə tərəfindən xüsusi ittiham qaydasında verilmiş şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilsin. Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X7 vəsatəti təmin edilməsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Axundov
Məhkəmə qərarları › İş №1(5-94)-49/2026
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №1(5-94)-49/2026
05.03.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver