Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(5-94)-50/2026 20.02.2026 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Ramazanov Zəfər Akif oğlunun sədrliyi, Qorçulu Aysu Tariyel qızının katibliyi, barəsində xüsusi ittiham qaydasında şikayət verilən –X5 və müdafiəçisi Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, xüsusi ittiham qaydasında şikayət verən X3 iştirakları ilə, xüsusi ittiham qaydasında X3 şikayətinə məhkəmənin hazırlıq iclasında baxaraq, m ü ə y y ə n e t d i: X8 xüsusi ittiham qaydasında şikayət ilə məhkəməyə müraciət edərək, X1 Azərbaycan Respublikası CM-in 147.1 və 148-ci maddələri ilə məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. X8 şikayətini onunla əsaslandırmışdır ki, X2 AR CM-nin 147.1-ci və 148-ci maddələrində nəzərədə tutulmuş cinayət əməlini törətməsi onunla təsdiq olunur ki, o, xx.xx.2026-cı il tarixdə Ulvira Qarayeva adlı aparıcının instaqram hesabında müsahibə aldığı Aziza adlı xanımın çıxışına “by_feqan999” adlı istifadəsçisinin bölməsində “elnara_lazer” adlı istifadəçi adını (sonradan adını bildiyi X6) onun və ailə üzvlərini adına şərh yazaraq söyüb təhqir etmiş, şərəf və ləyaqətini alçaldan ifadələr yazmışdır. Mətbuatda yetərincə tanınan şəxsə şərh bölməsində onun profili qeyd etməklə onu tanımadan ünvanına və ailə üzvlərinin ünvanına söyüş yazması, onun barəsində təhqiredici ve böhtan xarakterli məlumatlar yaymış, onu cəmiyyətdə nüfuzdan salmışdır. “İnstagram” sosial şəbəkə hesabında “by_feqan999” kimi profilim də hamıya açıqdır, profilinə daxil olduqda bunu aydın görmək olur. Qeyd edir ki, o, şərh bölməsində şərh bildirdiyi zaman heç bir kəsi təhqir etməmiş, X6 onu tanımadan onu hamının gözü qarşısında onun yazdığı rəyə “bir kişi sözünü götürə bilməyən boşanır gedib min kişi sözünü götürməyə razıdırlar” şərhinə cavab olaraq “elnara_lazer” adlı profilindən “Allah əzizlərinə qismət eləsin” şərhinə cavab olaraq onun yazdığı “sənin arzuların və ya niyyətlə dediklərin Allah eşitsəydi lazeroloq olmazdın” şərhinə “elnara_lazer” adlı istifadəçi “ailənizdəkilər kimi yolda, barda oturmuram ki, halal zəhmətimlə qazanıram, yaxşısı budur ki, evindəkilərdən muğayət ol” şərhi yazmaqla mənim və ailəm barəsində təhqiredici ve böhtan xarakterli məlumatlar yaymışdır. Şikayət ərizəsi ilə Xətai RPİ-nin 37-ci Polis Şöbəsinə müraciət etmişdir. “İnstagram” sosial şəbəkə hesabında “elnara_lazer” adlı istifadəçi şəxsiyyəti müəyyən edilərək polis şöbəsinə dəvət edildi, həmin şəxs həqiqətən də tanımadığı halda cəmiyyətdə tanınan şəxs kimi müxbir kimi rəy bildirməyi adi haldır, o rəy bölməsində heç kəsi təqhir etmədən fikir bildirmişdir. Lakin “elnara_lazer” adlı istifadəçi isə ona “İnstagram” sosial şəbəkə hesabında “by_feqan999” adını qeyd etməklə hamının gözü qarşısında təhqir edici sözlər yazmaqla nüfuzdan salmışdır. AR CM-nin 147-ci maddəsi olan böhtan əməli ilə əlaqədar cinayət məsuliyyətinin yaranması üçün müəyyən edilməli olan hər üç hal hazırki faktda mövcuddur. Belə ki, bu hallar: məlumatın hər hansı şəxsin şərəf və ləyaqətini ləkələməsi və ya nüfuzdan salması, həmin məlumatın doğru olmaması, belə məlumatın yayılmasıdır. İlk başda məlumatın şərəf, ləyaqəti alçaltmağı, nüfuzdan salınması ilə bağlı hissədə qeyd edilməlidir ki, “elnara_lazer” adlı istifadəçi məni və ailəmi tanımadan təhqiredici ve böhtan xarakterli məlumatlı şərhi daha əminliklə yazması nüfuzdan salınmasına və ləyaqətinin alçaldılmasına kifayət etməkdədir. Həmçinin şərəf və ləyaqəti ləkələyən məlumatlar dedikdə, əxlaqi prinsiplər, istehsal təsərrüfat, xidmət və ictimai fəaliyyətlə əlaqədar cəmiyyət, kollektiv və yaxud ayrı- ayrı şəxslər arasında vətəndaş barəsində mənfi rəy yaradan məlumatlar başa düşülür. X6 özünə məxsus “İnstagram” sosial şəbəkə hesabında “by_feqan999” adını qeyd etməklə nalayiq formada rəy bildirməsi məni və ailə üzvlərimin şərəf və ləyaqətini nalayiq formada alçaltma həmin şəxsin şəxsiyyətinə mənfi qiymət verməklə onu əhatənin (dostlarının, tanışlarının və s.) gözündə nüfuzdan salan hərəkətlər olmaqla mənim şərəf və ləyaqətimi ağır formada alçaltmışdır. Barəsindəki təhqiredici yazılar dərc olunduqdan sonra ona sayısız-hesabsız zənglər gəlmiş, məsələ ilə əlaqədar məndən soruşulmuş, bu isə onda olduqca ağır mənəvi stress yaratmışdır. Qeyd edirəm ki, mən iş adamı kimi cəmiyyətdə, mediada nüfuzlu şəxs kimi tanınıram, mənim simamda ailə üzvlərimi təhqir etməsi, bunu “İnstagram” sosial şəbəkə hesabında paylaşması, X2 müvəqqəti yaşayış yerinin və işlədiyi yerin ünvan 1 ünvanında qeydiyyatda və yaşamaqda olmağım məni hazırki xüsusi ittiham qaydasında şikayətlə Xətai rayon məhkəməsinə müraciət etmək məcburiyyətindədir. X7 xüsusi ittihamçı qismində tanımaqla, şərəf və ləyaqətini alçaldan, nüfuzunu ləkələyən, onu və ailə üzvlərini barəsində böhtan xarakterli və təhqiredici yalan məlumatlar yayan X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsi və barəsində həmin maddələrin sanksiyalarında nəzərdə tutulan ən yuxarı heddə cəzanın təyin edilməsi baredə ittiham hökmü çıxarılması xahiş edilmişdir. Məhkəmə iclasında barəsində xüsusi ittiham qaydasında şikayət verilən X5 xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində xüsusi ittiham qaydasında şikayət verilən X1 müdafiəçisi Müdafiəçi xüsusi ittiham qaydasında şikayətin CPM-nin 293.1-293.3.7-ci maddələrinə uyğun olmadığı üçün icraata qəbul edilməsindən imtina edilməsini xahiş etdi. Məhkəmə iclasında xüsusi ittiham qaydasında şikayət verən X8 şikayəti müdafiə edərək icraata qəbul edilməsi və məhkəmə baxışının təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını araşdıraraq, hesab edir ki, şikayət Bakı şəhəri Xətai Rayon Məhkəməsinə aid olmadığından, xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə baxışının keçirilməsindən imtina edilməli və xüsusi ittiham qaydasında şikayət baxılması üçün aidiyyəti üzrə Quba Rayon Məhkəməsinə göndərilməlidir. Məhkəmənin hazırlıq iclası zamanı müəyyən edildi ki, X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X3 xüsusi ittiham qaydasında şikayətinin məhkəmə aidiyyəti Bakı şəhəri Xətai Rayon Məhkəməsinə aid deyildir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” 4 aprel 1996-cı il tarixli Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə görə şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Şəxsin olduğu yer — onun yaşayış yeri sayılmayan, müvəqqəti yaşadığı mehmanxana, sanatoriya, istirahət evi, pansionat, kempinq, turist bazası, xəstəxana və digər belə ictimai yerlər, habelə yaşayış binası (özünün, qohumunun, tanışının və b.) başa düşülür. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 74.1-ci maddəsinə əsasən cinayət işinə və digər materiala cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan birinci instansiya məhkəməsində baxılır; 75.1-ci maddəsinə əsasən isə cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraat üzrə materialın, xüsusi ittiham qaydasında şikayətin, habelə digər materialın məhkəmənin icraatına qəbul edilməsi məsələsi həll edilərkən onların məhkəmə aidiyyəti mütləq yoxlanılmalıdır. Məhkəməyə daxil olmuş cinayət işinin və ya digər materialın həmin məhkəməyə aid olmadığı müəyyən edildikdə, məhkəmə onu aidiyyəti üzrə göndərməlidir; 299.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclası cinayət işində, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarında və ya xüsusi ittiham qaydasında şikayətdə, irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir; 300.1.4-cü maddəsinə əsasən məhkəmənin hazırlıq iclasının keçirilməsi nəticəsində müvafiq olaraq cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraat materiallarının və ya xüsusi ittiham qaydasında şikayətin məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə qərar qəbul edilir; 302.1.1-ci maddəsinə əsasən şikayət həmin məhkəməyə aid olmadıqda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir; 302.2.1-ci maddələrinə əsasən, məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək bu Məcəllənin 302.1.1-ci maddəsində nəzərdə tutulmuş halda xüsusi ittiham qaydasında şikayətin məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə qərar çıxarır. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli 3 nömrəli Qərarının 12-ci bəndi ilə məhkəmələrin diqqətinə çatdırılmışdır ki, xüsusi ittiham qaydasında şikayətlərə məhkəmələrdə baxılması aidiyyəti CPM-nin 74.1-74.4 və 74.8-ci maddələrinə əsasən müəyyən edilir. Kütləvi informasiya vasitələrində dərc edilməklə və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatlarında yerləşdirilməklə böhtan və ya təhqir xarakterli məlumatların yayılması ilə əlaqədar verilmiş şikayətlərə kütləvi informasiya vasitələrinin (internet informasiya ehtiyatlarının) hüquqi ünvanı üzrə birinci instansiya məhkəmələri tərəfindən baxılır. Hüquqi ünvan dedikdə kütləvi informasiya vasitələrinin (internet informasiya ehtiyatlarının) müvafiq icra hakimiyyəti orqanı tərəfindən qeydiyyata alınarkən müəyyən edilmiş ünvanı başa düşülür. Kütləvi informasiya vasitəsinin (internet informasiya ehtiyatının) hüquqi ünvanı məlum olmadıqda, yaxud da onlar xaricdə qeydiyyata alındıqda xüsusi ittiham qaydasında şikayətə təhqir və ya böhtan xarakterli məlumatları belə kütləvi informasiya vasitələrində (internet informasiya ehtiyatlarında) yaymış şəxsin Azərbaycan Respublikasında axırıncı yaşayış yeri üzrə fəaliyyət göstərən məhkəmə tərəfindən baxılır. Hazırkı halda müəyyən edilmişdir ki, xüsusi ittiham qaydasında şikayətin verilməsinə əsas olmuş yazıların yazıldığı “elnara_lazer” adlı instagram səhifəsinin istifadəçisi X5 olmaqla Quba rayonu, Zərdabi Ərazi dairəsi, Zərdabi qəsəbəsi ünvanında qeydiyyatdadır, Bakı şəhəri Xətai rayonu ərazisində qeydiyyatsız yaşayır. Məhkəmə Ali Məhkəmənin formalaşdırdığı hüquqi mövqeyə uyğun olaraq, (Azərbaycan Respublikası Ali Məhkəməsinin 1-8/1-500/2024 saylı 30 aprel 2024-cü il tarixli qərarı) “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə müvafiq olaraq, hazırki material üzrə barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxsin yaşayış yeri kimi onun yaşayış yeri üzrə qeydiyyata alındığı Quba rayonu, Zərdabi ərazi dairəsi, Zərdabi qəsəbəsi qəbul edilməli, Bakı şəhəri Xətai rayonu ərazisində qeydiyyatsız yaşadığı mənzil isə onun olduğu yer kimi nəzərdən keçirilməlidir. Sadalananlara əsasən məhkəmə hesab edir ki, X1 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X3 şikayəti üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edilməli və şikayət məhkəmə aidiyyəti üzrə Quba Rayon Məhkəməsinə göndərilməlidir Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs X4 göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 13 saylı vəkil bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 10 (on) iş saatına görə 110 (bir yüz on) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabına ödənilməlidir. Belə ki, CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmadıqda, onun müdafiəçisinin cinayət prosesində iştirakı dövlət büdcəsi vəsaiti hesabına təmin edilir, həmin Məcəllənin 193.5-ci maddəsinə görə hüquqi yardıma görə hər iş saatı üçün ödənişin məbləği müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir, müdafiəçinin təqdim etdiyi hesabat əsasında hesablanır və vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2025-ci il tarixli, 141 nömrəli Qərarı ilə “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 nömrəli qərarında dəyişiklik edilmiş, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə hər iş saatı üçün ödənilən haqqın məbləği artırılaraq 11 manat müəyyən edilmişdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 299, 302 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X3 xüsusi ittiham qaydasında şikayəti üzrə məhkəmə baxışının keçirilməsindən imtina edilsin. Xüsusi ittiham qaydasında şikayət aidiyyəti üzrə Quba Rayon Məhkəməsinə göndərilsin. X4 məhkəmə iclaslarında göstərdiyi cəmi 10 (on) saat hüquqi yardıma görə Bakı şəhəri 13 saylı vəkil bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 110 (bir yüz on) manat ödənilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Zəfər Ramazanov
Məhkəmə qərarları › İş №1(5-94)-50/2026
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №1(5-94)-50/2026
20.02.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver