Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(5-94)-9/2026 23.02.2026 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Yusubzadə Nərmin Şirastan qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı , zərərçəkmiş şəxs –Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs, müdafiəçi – Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili X1 iştirakı ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin inzibati binasında, xx.xx.2003-cü ildə Naxçıvan MR-nin Şahbuz rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, məhkum olunmamış, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 6 nömrəsiz fərdi evdə yaşayan barəsində "başqa yerə getməmək haqqinda iltizam" növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxsnın Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Aparılmış istintaqla müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs özgənin Əmlakını talama məqsədi ilə 30 oktyabr 2025-ci il tarixdə saat 03 radələrində ünvan 2 ünvanında "Hiss" gecə klubundan sərxoş halda Zərərçəkmiş şəxs çıxdığını və yaxınlıqdakı idarə etdiyi "Jeep Compas" markalı, ** ED *** dövlət qeydiyyat nişanlı avtomobildən nağd pul götürüb klubun işçisinə verməsini görüb sonuncunun bu vəziyyətindən istifadə edərək guya xidmət göstərib avtomobili yaşadığı ünvana kimi idare etmesini üzərinə götürərək həmin avtomobilni saat 03:30-da ünvan 3 ünvanı istiqamətində idarə edərkən Leyla Bayramzadenin yatmasından istifadə edib avtomobilin ön oturacaqlar arasındakı sandıqcadan 4.500 manat nağd pul vəsaitini gizli olaraq talamaqla Zərərçəkmiş şəxs 4.500 (dörd min beş yüz) manat maddi ziyan vuraraq oğurluq etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona ona Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, hər hansı bir xəstəliyi yoxdur və hər hansı bir xəstəliklə bağlı tibb müəssisələrində qeydiyyatda deyil. Şahid 2023-cü ilin aprel ayında herbi xidmətdə olarkən tanımışdır. Belə ki, Şahidla eyni harbi hissədə xidmət etmişlər. Hərbi xidməti başa vurduqdan təxminan bir il sonra Bakı şəhəri, Nəsimi rayonu Nizami küçəsində yerləşən "Ultra' gecə klubunda olduğu zaman təsadüfən Şahid görmüşdür. Həmin vaxtdan sonra aralarında yaxın tanışlıq münasibətləri yaranmışdır. 29 oktyabr 2025-ci il tarixdə saat 20:30 radələrində Şahidla görüşüb birlikdə Nəsimi rayonu metrosunun "28 may" stansiyasının yaxınlığına gəlib üzünü təraş etdirdikdən sonra birlikdə yaxınlıqda yerləşən "Papaq Lanc" yeməkxanasına gedib pivə içmişlər. Daha sonra "Papaq Lanc” yeməkxanasından çıxıb piyada gazə-gəzə Bakı şəhəri, Nəsimi rayonu ərazisinde yerləşən "Ultra" gecə klubuna gedib klubun içərisində dövr edib bayıra çıxıb "Arena" gece klubuna getmişlər. "Arena" klubundan çıxandan sonra piyada Nəsimi rayonu Tolstoy küçəsində yerləşən "Hiss" gecə klubu istiqamətinə getmişlər. xx.xx.2025-ci il tarixdə saat 03 radələrində "Hiss" gece klubunun qarşısından keçəndə cavan bir qızın klubun yanında dayanmış "Jeep Compass" markalı, ** ED *** dövlət qeydiyyat nişanlı avtomobilin salonunda sərxoş halda əyləşdiyini və "qaytardığını" görüb ona yaxınlaşmışdır. Həmin vaxt klubun işçisi sükan arxasında əyləşən, adı sonradan ona məlum olan Leylaya yaxınlaşıb hesabın pulunu ödəməsini xahiş etmişdir. Leyla da oturacaqların arasındaki sandıqcadan iki yüz manat pul götürüb klubun işçisinə vermişdir. Həmin anda düşünmüşdür ki, sandıqcada əlavə pulu var. Ona görə də Leylaya yaxınlaşıb nə kimi köməklik edə biləcəyini demişdir. Leyla da ayıq sürücü gözlədiyini bildirmişdir. O, Leylaya demişdir ki, hara lazımdırsa aparıb çatdıra bilər. Leyla da razılaşıb avtomobilin sağ tərəf ön oturacağında əyləşdikdən sonra o, sükan arxasında əyləşmiş, İsmayıl isə arxa oturacaqda əyləşmişdir. Avtomobilin sükanı arxasında əyləşdikdən sonra Leyladan xəbər almışdır ki, onu hansı ünvana aparmalıdır. Leyla da gedəcəyi ünvanın konumunu avtomobilin manitorunda qeyd etmişdir. O da avtomobili idarə etməyə başlayıb konum üzərindən hərəkətini davam etdirib saat 03:30 radələrində Xətai rayonu, Polad Həşimov küçəsində yerləşən Heydər Əliyev adına hərbi litseyin yanından keçəndə Leylanın sərxoşluğun təsirinden yatdığını görüb sağ əli ilə ön oturacaqların arasındakı sandıqcada olan pulları bir neçə dəfəyə hissə-hissə götürüb ǝynində olan şalvarının sağ və sol arxa ciblərinə qoymuşdur. Leylanı gedəcəyi ünvana çatdırandan sonra yuxudan oyadıb demişdir ki, ünvana çatmışlar. Leyla da yuxudan oyanıb harada olmağını xəbər aldıqda getdiyi ünvana çatdığını demişdir. Leyla da ağlamağa başlayıb sevgilisindən ayrıldığını deyib onu şəhərə qaytarmağı xahiş etmişdir. O da avtomobili şəhər istiqamətində idarə etməyə başlamışdır. Yolda gedərkən Leyla dərin yuxuya getmişdir. Bir neçə dəfə Leylanı yuxudan oyatmağa çalışsada oyada bilməmişdir. Ona görə də avtomobili Nəsimi rayonu, Tolstoy küçəsində yerləşən "Avtoş döner'in yanında parkinqdə dayandırıb İsmayıl ilə birlikdə yerə endikdən sonra sonuncuya demişdir ki, yaxınlıqda yerləşən "Life" gecə klubuna gedib istirahat etsinlər. İsmayıl kluba getmək üçün pulu olmadığını dedikdə Leylanın avtomobilinden pul götürdüyünü bildirib klubda istirahat etməyə dəvət etmişdir. İsmayıl ilə kluba daxil olanda Leylanın avtomobilindən götürdüyü puldan klubun işçisinə 100 manat ödəniş edib içəri daxil olmuşlar. Kluba daxil olduqdan sonra İsmayıl demişdir ki, avtomobilden götürdüyü puldan ona da versin bəlkə ehtiyacı oldu. O da avtomobildən götürdüyü puldan İsmayıla 150 manat pul vermişdir. Daha sonra klubda İsmayıl ilə birlikdə meyvə seti ilə viski içmişlər, oynayan zaman təxminən 26 ədəd zər alıb partlatmış, xeyli sayda gül dəstələri alıb bir hisssini tanımadığı qızlara bağışlamış, bir hissəsinin ləçəklərini qoparıb oynayan qızların başlarının üzərinə atmışdır. Zərlər üçün 260 manat pul ödəmiş, ancaq gül üçün və klubdakı istirahəti üçün hansı məbləğdə pul ödədiyi yadında qalmamışdır. Təxminən saat 06:15 radələrində klubdan çıxdıqdan sonran İsmayildan ayrılıb "Tarqovu" adlanan əraziyə gedib səhər yeməyi yedikdən sonra taksi ilə evə getmişdir. Həmçinin bildirmişdir ki, 30 oktyabr 2025-ci il tarixdə Zərərçəkmiş şəxs avtomobilinin ön oturacaqlarının arasında yerləşən sandıqcadan hansı məbləğdə pul götürdüyünü saymamışdır. Həmçinin avtomobildən yerə endikdən sonra, eyni zamanda gecə klubunda əyləndiyi zaman da avtomobildən götürdüyü pulun hansı məbləğdə olduğunu saymamışdır. Ona görə də Leylanın avtomobilinin sandıqcasından hansı məbləğdə pul oğurladığının miqdarını dəqiq bilmir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, özü fərdi olaraq bacısı Əfsanə ilə birlikdə gözəllik salonu işlədir. 30 oktyabr 2025-ci il tarixdə, saat 01:35 radələrində istirahət etmək üçün etibarnamə əsasında idarə etdiyi, "Jeep Compass" markalı, ** ED *** dövlət qeydiyyat nişanlı avtomobili ilə ünvan 2 ünvanında yerləşən "Hiss Club"a getmişdir. Taxminan saat 03 radələrinədək klubda əylənib "Viski" və "Şad" adlı spirtli içkilər qəbul etdikdən sonra sərxoş olmuşdur. Saat 03 radələrində klubdan çıxıb əyləndiyinə görə ödəməli olduğu 175 (yüz yetimiş beş) manat pulu ödəmək üçün klubun mühafizəçisi ilə birlikdə avtomobilinə yaxınlaşıb qoltuq altı nahiyədə olan saxlanc yerinə qoyduğu pulun üzərindən 200 (iki yüz) manat pul götürüb adını bilmədiyi mühafizəçiyə ödəmişdir. Bundan sonra evine getmək üçün avtomobilini idarə etmək məqsədi ilə "Bolt" şirkəti üzərindən ayıq sürücü sifariş etmişdir. Sifarişindən təxminən 1- 2 dəqiqə keçəndən sonra tanımadığı 2 cavan oğlan ona yaxınlaşıb nə kimi köməklik göstərə bilərlər deyə ona müraciət etmilşər. Elə başa düşmüşdür ki, həmin şəxslər "Bolt" üzərindən sifariş etdiyi ayıq sürücüdür. Ona görə də onlardan avtomobilini idarə edib yaşadığı ünvana çatdırmalarını xahiş etmişdir. Həmin iki nəfər cavan oğlanlardan biri sükan arxasında digəri arxa oturacaqda, özü isə ön sağ oturacaqda əyləşmişdir. Təxminən 20-30 dəqiqə ərzində avtomobil ilə şəhərdə hərəkət etmişlər və həmin müddətdə bir neçə dəfə ürək bulanması keçirmişdir. 20-30 dəqiqədən sonra avtomobilində yuxuya getmişdir. Yuxudan ayılanda Bakı şəhəri, Nəsimi rayonu, Tolstoy küçəsində yerləşən "Avtoş döner'in yanında olduğunu və avtomobilini idare edon şəxsin, eyni zamanda arxa oturacaqda əyləşmiş şəxsin avtomobilindən düşüb getdiklərini görmüşdür. Bu müddət ərzində azda olsa spirtli içkinin təsirinden ayılmışdır. Hamin yerden evinə getmək üçün "Bolt" şirkəti üzərindən ayıq sürücü sifariş etmiş ve olduğu ünvana gələn, yəni Bakı şəhəri, Tolstoy küçəsində yerləşən "Avtoş döner"in yanına gələn Kamran adlı şaxs avtomobilini idarə edib onu yaşadığı, ünvan 5 ünvanına gətirmişdir. Kamran avtomobilini evin yanında dayandırdıqdan sonra ona xidmət haqqını ödəmək üçün pulunu qoyduğu yerə baxanda, yani iki oruracağın orta hissəsində yerləşən sandıqcaya baxanda orada olan pulunun olmadığını görmüş, əşyaların alt hissəsində cəmi iki eded 5 manatlıq tapıb 10 manat pulu Kamrana ödəmiş bilmişdir ki, Kamrandan evval avtomobilini idarə edən şəxslə yanında olan digər şaxs onun spirtli içkinin təsirindən avtomobildə yatmağından istifadə edib avtomobilində olan 4.500 (dör min beş yüz) manat pulunu oğurlayıblar. Ona görə də Azərbaycan Respublikasının DİN-nin 102 Xidməti-zəng mərkəzinə zəng edib tanımadığı şəxslərin avtomobilindən 3.000 manat pulunu oğurladıqları barədə şikayət etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş iş üzrə şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs 2023-cü ilin aprel ayının əvvəlində hərbi xidmətdə olduğu zaman tanımışdir. Tanışlıqlarından təxminən 20 gün sonra Təqsirləndirilən şəxs hərbi xidmətini başa vurub ehtiyata buraxılmışdır. Hərbi xidmətdən tərxis olunduqdan sonra Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsində yerləşən "Ultra" gecə klubunda qəlyançı işləməyə başlamışdır. Orada işlədiyi zaman təsadüfən Təqsirləndirilən şəxs klubda görmüş və həmin vaxtdan sonra aralarında yaxın tanışlıq münasibətləri yaranmışdır. 29 oktyabr 2025-ci il tarixdə, təxminən saat 20:30 radələrində Təqsirləndirilən şəxslə Nəsimi rayonu, "Tarqovu" deyilən ərazidə görüşüb həmin ərazidə gəzməyə başlamışlar. 30 oktyabr 2025-ci il tarixdə təxmin saat 03 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Tolstoy küçəsində yerləşən "Hiss Klubun qarşısından keçəndə cavan bir qızın klubun qarşısında dayanmış Jeep Compass" markalı, ** ED *** dövlət qeydiyyat nişanlı avtomobilin salonunda sərxoş halda əyləşdiyini və "qaytardığını" görüb ona yaxınlaşıb nə köməklik ede biləcəklərini xəbər almışlar. Xanımda ayıq sürücü gözlədiyini bildirmişdir. Xanıma hara lazımdırsa çatdıra biləcəklərini təklif etmişlər. Sonuncu da razılaşıb hörmətdə edəcəyini bildirib sükan arxasından yerə enib sağ taraf ön oturacaqda əyləşmiş, özü avtomobilin arxa oturacağının orta hissəsində, Mikayıl və İsmayıl sükan arxasında əyləşib avtomobili hərəkətə gətirib idarə etməyə başlamışdır. Yolda gedərkən Mikayıl xanımdan hara getdiyini xəbər aldıqda sonuncu Zığ qəsəbəsində "Baku Bus" deyilən ərazinin yaxınlığına getdiyini bildirmişdir. Mikayılda "Baku Bus"un ünvanın "Waze" proqramında qeyd edib hərəkətini davam etdirmişdir. Lakin yolda gedərkən xanım ağlayaraq sevgilindən ayrıldığını bildirib onu şəhərə qaytarmağı xahiş etmişdir. Mikayılda avtomobili döndərib şəhər istiqamətində hərəkətini davam etdirmiş və yolda gedərkən xanım yuxuya getmişdir. Mikayıl ilə birlikdə xanımı oyatmağa çalışsalarda oyada bilməmişlər. Mikayıl avtomobili idarə edib Nəsimi rayonu, Tolstoy küçəsində yerləşən "Avtoş dönərlə üzbə-üzdə yerləşən parkinqdə dayandırdıqdan sonra avtomobildən yerə enmişlər, xanım isə avtomobilin ön oturacağında yatmış vəziyyətdə qalmışdır. Avtomobildən yerə endikdən sonra Mikayıl ona təklif etmişdir ki, yaxınlıqda yerləşən "Life" gecə klubunda istirahət etsinlər. O, razılaşmış və kluba çatmamış Mikayıl cibindən 150 (yüz olli manat) pul çıxarıb vermişdir ki, "Life" gecə klubuna daxil olmaq üçün ödəniş etsin. O da həmin puldan 100 manat hissəsini "Life" gecə klubunun girişi üçün ödəniş etmişdir ki, Mikayıl ilə kluba daxil olub istirahat etsinlər. Kluba daxil olduqdan sonra Mikayıl ile birlikdə viski va energetik içkilər içib meyve yedikdən sonra oynamışlar. Oynadıqları zaman Mikayıl təxminən 25-30 eded zer alıb klubun içərisində partlatmışdır. Taxminan saat 06:15 radələrində klubdan çıxdıqdan sonra Mikayıldan ayrılıb evə getmişdir. Şahid verilmiş sualları cavablandırarkən ifadəsində göstərmişdir ki, 30 oktyabr 2025-ci il tarixdə Təqsirləndirilən şəxslə birlikdə Zərərçəkmiş şəxs avtomobilinə əyləşmişlər. Lakin o, Zərərçəkmiş şəxs avtomobilindən hər hansı bir məbləğdə pul götürməmişdir. Mikayıl ilə birlikdə Nəsimi rayonu, Tolstoy küçəsində yerləşən "Avtoş dönər"in yaxınlğında avtomobildən yera endikdən sonra Təqsirləndirilən şəxs ona 150 manat pul verib demişdir ki, giriş üçün "Life" klubuna ödəsin. Həmin vaxt Təqsirləndirilən şəxs 150 manat pulu haradan aldığını xəbər alanda Zərərçəkmiş şəxs avtomobilindən götürdüyünü bildirmişdir. Mikayıldan Leylanın avtomobilindən neçə manat pul götürdüyünü xəbər alanda əvvəlcə 400 (dörd yüz), sonra 800 və ya 1000 manat pul götürdüyünü bildirmişdir. X2 Bayramzadənin avtomobilindən neçə manat pul oğurlamasini bilmir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İş materiallarına əlavə olunmuş cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, material üzrə Təqsirləndirilən şəxsnın barəsində Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və icraatına qəbul edilməklə istintaqı aparılmışdır (i.v. 1); İş materiallarına əlavə olunmuş hadisə yerinə baxış keçirilməsi haqqında 30 oktyabr 2025-ci il tarixli protokoldan görünür ki, ünvan 2 ünvanında “Hiss” gecə klubundan sərxoş halda Zərərçəkmiş şəxsn çıxdığını və yaxınlıqdakı idarə etdiyi “Jeep Compas” markalı, ** ED *** dövlət qeydiyyat nişanlı avtomobildən nağd pul götürüb klubun işçisinə verməsini görüb sonuncunun bu vəziyyətindən istifadə edərək guya xidmət göstərib avtomobili yaşadığı ünvana kimi idarə etməsini üzərinə götürərək həmin avtomobilni saat 03:30-da ünvan 3 ünvanı istiqamətində idarə edərkən Zərərçəkmiş şəxs yatmasından istifadə edib avtomobilin ön oturacaqlar arasındakı sandıqcadan 4.500 manat nağd pul vəsaitini gizli olaraq talamaqla bağlı baş vermiş oğurluq hadisəsi ilə əlaqədar baxış keçirilmiş və baxış zamanı hadisə yerinin və avtomobilin fotoşəkilləri çəkilərək protokola əlavə olunmuşdur (i.v. 13-17); İş materiallarına əlavə olunmuş zərərçəkmiş şəxs qismində tanınma haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Zərərçəkmiş şəxs qismində tanınmışdır. (i.v.71-73); İş materiallarına əlavə olunmuş şübhəli şəxsin tutulması haqqında 10 noyabr 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs özgənin əmlakını talama məqsədi ilə 03:30-da ünvan 3 ünvanı istiqamətində idarə edərkən Zərərçəkmiş şəxs yatmasından istifadə edib avtomobilin ön oturacaqlar arasındakı sandıqcadan 4.500 manat nağd pul vəsaitini gizli olaraq talamaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində xx.xx.2025-ci il tarixdən saat 20:20 dəqiqədən tutulmuş hesab edilməsi barədə qərar qəbul edilmişdir.(i.v.91-92); İş materiallarına əlavə olunmuş təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir. (i.v.106-107); İş materiallarına əlavə olunmuş təqsirləndirilən şəxsin müvəqqəti saxlama yerindən azad etmə və qətimkan tədbiri seçilməsi barədə xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs saxlanıldığı Xətai RPİ-nin MSY-dən azad edilməklə, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. (i.v.124-127); İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarına əlavə olunmuş zərərçəkmiş şəxsin təqdim etdiyi ərizədən görünür ki, xx.xx.2025-ci il tarixdə onun avtomobilində olan sandıqcadan 4.500 manat nağd pul vəsaitini gizli olaraq talamaqla oğurluq etmiş Təqsirləndirilən şəxs oğurladığı pulun hamısını geri qaytarmışdır və təqsirləndirilən şəxslə barışmışdır. Hazırda Təqsirləndirilən şəxs barəsində heç bir şikayət və tələbi olmadığnı bildirmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama — üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxsnın əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında qeyd edilmişdir ki, ibtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır, o cümlədən iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə həbs qətimkan tədbirinin geniş tətbiq edilməsi, habelə həmin cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Həmin Sərəncamın 8-ci bəndində qeyd edilmişdir ki, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, cəza siyasətinin humanistləşdirilməsi istiqamətində Azərbaycan Respublikası Prezidentinin adıçəkilən Sərəncamının nəzərə alınmalı olduğu qənaətinə gəlir və bunu məhkəməhüquq islahatları çərçivəsində Dövlətin mövqeyi kimi qəbul edir. Məhkəmə, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə vurduğu maddi ziyanın tamamilə ödəməsi və zərərçəkmiş şəxsin şikayətinin olmamasını nəzərə alır və göstərilənləri onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxsnın əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən CM-nin 59.1.13-ci maddəsi ilə yüngülləşdirici halların, cəzanı ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.1 maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar və ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yeri olan ünvan 6 ünvanında çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, onun üzərinə yaşayış yerini saat 23:00-dan 07:00dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrinin yerinə yetirilməsi vəzifəsi qoyulmalı, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia və məhkəmə xərci yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib, 01 (bir) il 6(altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, saxlanıldığı 02 (iki) gün müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə 04 (dörd) gün azadlığın məhdudlaşdırılması cəzası kimi hesablanaraq təyin edilmiş cəzadan çıxılmaqla, Təqsirləndirilən şəxsnın üzərində qəti olaraq 1(bir) il 5 (iki) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzanın icrasının əvvəli Təqsirləndirilən şəxsnın cəzanın icrasına nəzarət edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxsnın üzərinə yaşayış yerini saat 23:00-dan 07:00-dək tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Bakı şəhərinin ərazisini tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrinin yerinə yetirilməsi qoyulsun. Təqsirləndirilən şəxsnın üzərində nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxsnın barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilmədiyi halda 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Şəhriyar Əliyev
Məhkəmə qərarları › İş №1(5-94)-9/2026
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(5-94)-9/2026
23.02.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver