Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(5-95)-10/2026 04.02.2026 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ X4 Hidayət oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhşəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs iştirakları ilə Bakı şəhər Xəzər Rayon Məhkəməsinin inzibati binasında xx.xx.1950-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, təqaüdçü, məhkum olunmayan, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, B.Bağırov küçəsi, döngə 4, ev 15 qeydiyyatda olmaqla yaşayan, barəsində «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM) 263-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan idarə edib yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan zərər çəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Belə ki, o, Bl B Cl C Dİ D kateqoriyalı nömrəli sürücülük vəsiqəsinin etibarlılıq müddəti 22 iyun 2024-cü il tarixdə bitməsinə baxmayaraq, nəqliyyat vasitələrini idarə etmək hüququ olmadan 11 avqust 2024-cü il tarixdə saat 10:00 radələrində “Alyans Lizing» MMC-yə məxsus olmaqla idarə edilməsi üçün etibarnamə əsasında oğlu Fikrət Əliyevə verilmiş texniki cəhətdən saz vəziyyətdə olmaqla istismara yararlı “Opel Astra” markalı **- PV-*** dövlət qeydiyyat nişanlı avtomobili ünvan 1 ünvanın həyətində dayandığı yerdən F.Əliyevin xəbəri olmadan idarə etməklə Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi Buzovna-Maştağa yolunda idarə etməklə «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hisssəsinin tələbələrinə əsasən avtomobili sürücülük vəsiqəsi olmadan idarə etməməli, eyni zamanda «Yol hərəkəti haqqmda» Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 1-cü hisssəsinin tələbələrinə əsasən sürücü kimi hərəkətə başlayarkən, yerdəyişərkən, dönərkən təhlükəsiz manevr etməli və hərəkətin digər iştirakçıları üçün maneə yaratmamalı, avtomobili manevr etdirməzdən əvvəl etdiyi manevrin hərəkətin təhlükəsizliyini təmin edəcəyinə əmin olmalı, hərəkətin təhlükəsizliyi təmin olunmadığı vəziyyətdə avtomobili manevr etdirməməli olmasına baxmayaraq, mövcud şəraitdə sürücü Zərərçəkmiş şəxs idarə etdiyi «Vaz-21144» markalı **-FB-*** dövlət qeydiyyat nişanlı avtomobilin onunla eyni istiqamətdə birinci hərəkət yolunda sol zolaqda hərəkətdə olduğunu gördüyü vəziyyətdə idarə etdiyi “Opel Astra” markalı avtomobili eyni istiqamətli birinci hərəkət yolunun sağ zolağında sol zolağına doğru manevr etdirməməklə təhlükəsiz hərəkət şəraiti yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı, diqqətini dair dəyişən yol şəraitindən və avtomobilin idarə olunmasından ayırmamalı, bununla da yol-nəqliyyat hadisəsinin qarşısını almağa texniki imkanı olduğu halda, Qanunların qeyd olunan tələblərinə əməl etməyərək yol hərəkəti qaydalarını pozmuş, sürücü Təqsirləndirilən şəxs “Opel Astra” minik markalı **-PV-*** dövlət qeydiyyat nişanlı avtomobili qeyd olunan yol şəraitində idarə etmək hüququ olmadan idarə edib «50 qəpik» adlı restoranın qarşısında Buzovna qəsəbəsi istiqamətində saatda 35-40 km sürətlə sağ zolaqda hərəkət etdirərkən onunla eyni istiqamətli avtomobil yolunun birinci sol zolağında sürücü Zərərçəkmiş şəxs idarə etdiyi «Vaz-21144» markalı **-FB-*** dövlət qeydiyyat nişanlı avtomobilin qarşısına birinci hərəkət yolunun sağ zolağından ani olaraq sol zolağa doğru dönmə əməliyyatı aparıb manevr etdirməklə keçmək istəyərkən yolun hərəkət hissəsində təhlükəli şərait yaradıb idarə etdiyi “Opel Astra” markalı avtomobilinin sol yan hissəsi ilə ehtiyatsızlıqdan «Vaz- 21144» markalı avtomobilin qabaq hissəsini vuraraq ehtiyatsızlıqdan həmin avtomobilin sürücüsü Zərərçəkmiş şəxs sol mil sümüyünün yerdəyişən sınığı ilə nəticələnən bədən xəsarəti yetirib ehtiyatsızlıqdan zərərçəkıniş şəxs Zərərçəkmiş şəxs sağlamlığının uzun müddət pozulmasına ilə müşayiət olunan sağlamlığına az ağır zərər vurulmasına səbəb olmaqla nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan ehtiyatsızlıqdan yol hərəkəti qaydalarım pozub yol-nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs CMnin 263-1.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, oğlu X6 etibarnamə əsasında “Opel Astra” markalı, **-PV-*** dövlət qeydiyyat nişanlı, "xxxx" MMC-yə məxsus avtomobili idarə edirmiş, avtomobili oğlu Fikrət evlərinin həyətində saxlayırmış. Açarlar daim avtomobildə olurdu, lakin onun avtomobili idarə etmək üçün etibarnaməsi yox idi. Sürücülük hüququ mövcud olmayıb, çünki sürücülük vəsiqəsinin müddəti artıq bitmişdir. xx.xx.2024-cü il tarixdə saat 10 radələrində qonşusuna baş çəkmək məqsədilə avtomobili sürücü kimi işə salıb yola düşmüşdür. Maştağa-Buzovna yolu ilə Buzovna qəsəbəsi istiqamətində yolun sağdan birinci zolağı ilə 30-40 km sürətlə hərəkət edərkən “50 qəpik” restoranını keçdikdən sonra qəflətən ürəyi ağrıdığından idarəetməni itirmişdir. Bu vaxt onun sol tərəfində, yolun ikinci ış zolağı ilə onunla yanaşı hərəkət edən “VAZ-21014” markalı, **-FB-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşma baş verib. Nəticədə hər iki avtomobil yolun sol tərəfinə çıxaraq dayanıb. Toqquşma zamanı özü heç bir xəsarət almayıb, lakin “VAZ” markalı avtomobilin sürücüsü xəsarət alıb. Hadisə yerinə oğlu Fikrət gələrək sürücünü həkimə aparıb. Eləcə də hadisə yerinə polis əməkdaşları gəlib və müvafiq sənədləşmə aparılıb. Avtomobili idarə edərkən spirtli içki və ya digər psixoaktiv maddələrdən istifadə etməmiş, ayıq olmuşdur. Bu hadisədən əvvəl onda heç vaxt ürək ağrısı olmamışdır. Təqaüdə çıxmazdan əvvəl sürücü işləyib və bütün sürücülük kateqoriyalarına malik olub. Lakin yaşı ilə əlaqədar olaraq sonuncu dəfə sürücülük vəsiqəsi alarkən bəzi kateqoriyalar vəsiqədə qeyd edilməmişdir. Məhkəmə iclasında zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs bildirmişdir ki, "xxxx" MMC-də fəhlə kimi çalışır, hazırda məntəqə tiğli cəzaçəkmə müəssisəində cəza çəkir. xx.xx.2024-cü il tarixdə saat 10 radələrində idarə etdiyi, özünə məxsus “Vaz-21014" markalı **-FB-*** dövlət qeydiyyat nişanlı avtomobillə Maştağa qəsəbəsi istiqamətindən Buzovna qəsəbəsi istiqamətində 50 km/saat sürətlə hərəkət edərkən Buzovna qəsəbəsində yerləşən “50 qəpik” restoranını keçdikdən sonra onunla eyni istiqamətdə 1-ci zolaqla hərəkətdə olan avtomobil anidən sola manevr edib onun avtomobilinin qabaq hissəsindən vurmuşdur. Hadisə nəticəsində əlindən xəsarət alaraq əli sınmışdır. Hazırda təqsirləndirilən şəxsdən heç bir şikayət və tələbi yoxdur, onunla barışmışdır, dəymiş bütün maddi ziyan ödənilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş şahid qismində dindirilmiş X7 ifadəsində göstərmişdir ki, “Qaz-33021” markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsi ilə taksi fəaliyyəti ilə məşğul olur. xx.xx.2025-ci il tarixdə dayısı üçün Buzovna qəsəbəsindən heyvanlar üçün yem almaq məqsədilə gəlmişdir. Yem mağazasının içərisində olduğu müddətdə, bayıra çıxarkən “Opel” markalı avtomobilin, “Vaz-2114” markalı avtomobillə toqquşduğunu və “Opel” markalı nəqliyyat vasitəsinin idarə etməni itirərək onun avtomobilinin arxa sağ təkərinə dəyib dayandığını görmüşdür. Hadisə nəticəsində xəsarət almamışdır, ona 500 manat maddi ziyan dəymişdir. Lakin nəqliyyat vasitəsini sığortaya aparıb qiymətləndirməmiş və təmir işlərini öz hesabına həll etmişdir. Hadisəyə dair şikayət və ya tələbi yoxdur. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin ifadələri ilə yanaşı Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (CPM) 124-cü maddəsinin tələblərinə uyğun olaraq ekspertizanın rəylərini və digər sənədləri də tədqiq edib sübut növü kimi qəbul edir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BDYPİ-nin 08 noyabr 2025-cü il tarixli, 1- 13-16/2-244524/2025 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə xx.xx.2024-cü il tarixədək etibarlı olan Bl B C1 C Dİ D katiqoriyalı BB 318935 nömrəli sürücülük vəsiqəsi verilmişdir. Nəqliyyat vasitələrinin qeydiyyat şəhadətnamələrindən görünür ki, “Qaz 33021” Yük Bortlu-Tentli 68-BX127 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi X8, “Vaz-21144” Minik Xetçbek markalı **-FB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Zərərçəkmiş şəxs, “Opel Astra” minik markalı **-PV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi isə Alyans Lizing MMC-yə məxsusdur. Alyans Lizing MMC-dən alınmış məktubdan məlum olur ki, X15 markalı **-PV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi 24 iyul 2023-cü il tarixdə idarə etmək üçün iki il müddətinə X3 verilmişdir. Fikrət Əliyev nəqliyyat vasitəsini idarə etmək üçün ikinci bir şəxsə verə bilməz. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BDYPİ-dən alınmış məktubdan görünür ki, xx.xx.1977-ci il təvəllüdlü Zərərçəkmiş şəxs isə xx.xx.2024-cü il tarixdən xx.xx.2034-cü il tarixədək etibarlı olan sürücülük vəsiqəsi verilmişdir. Məhkəmə-tibbi ekspertizasının 07 avqust 2024-cü il tarixli, 923 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində sol mil sümüyünün yerdəyişən sınığı aşkar edildi. Qeyd olunan xəsarət küt əşya təsirindən onun ’’X9” X12 müraciətindən az əvvəl törənmişdir, qərarda göstərilən xx.xx.2024-cü il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi zamanı törənməsi istisna olunmur və dərəcələrinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az Ağır zərərvurmaya aiddirlər. İş üzrə təyin edilmiş məhkəmə yol-nəqliyyat hadisəsi ekspertizasının 07 oktyabr 2025ci il tarixli, 8/1984 saylı rəyindən görünür ki, “VAZ-21144” markalı, **-FB-*** dövlət qeydiyyat avtomobilin sürücüsü Zərərçəkmiş şəxs hadisənin qarşısının alınması ilə əlaqədar hərətlərini texniki nöqteyi-nəzərdən tədqiq etməyə lüzum yoxdur. “Opel Astra” markalı, 90-PV- 267 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs “Opel Astra” markalı avtomobili sürücülük vəsiqəsi olmadan idarə etdiyindən onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. “Qaz- 33021” markalı, 68-BX- 127 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şahid hadisənin qarşısının alınması ilə əlaqədar hərəkətlərinin tədqiqi xüsusi texniki bilik tələb etmir. Şahid və zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ərizə ilə müraciət edərək Təqsirləndirilən şəxs heç bir şikayət və tələblərinin olmadığını bildirmişlər. “Sərxoşluğun müayinəsi haqqında” xx.xx.2025-ci il tarixli 1/6890 nömrəli tibbi sənəddən görsənir ki, Təqsirləndirilən şəxs nəqliyyat vasitəsini idarə edən zaman sərxoş vəziyyətdə olmamışdır. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya idarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, iş üzrə toplanmış mötəbər sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan idarə edib yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan zərər çəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olan yol-nəqliyyat hadisəsi törətməsi özünün etirafedici ifadəsi ilə yanaşı zərər çəkmiş şəxsin və şahidin ifadələri, ekspertiza rəyləri, eləcə də, cinayət işi üzrə əldə edilmiş digər şübhə doğurmayan mötəbər faktlarla tam sübuta yetirilmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli CM-nin 263-1.1-ci maddəsi ilə tövsif olunmalı və ona qanunla müəyyən edilmiş qaydada cəza təyin edilməlidir. Məhkəmə, CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs vurulmuş maddi ziyanın tam ödəməsini, zərər çəkmiş şəxslə barışmasını, törətdiyi cinayəti səmimi etiraf edib peşman olmasını, ilk dəfə ehtiyatsızlıqdan cinayət törətməsini yüngülləşdirən hallar kimi qiymətləndirir. CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə cərimə və azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Təqsirləndirilən şəxsə təyin ediləcək cəza ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. CM-nin 58.1-ci maddəsinə əsasən törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilməsin. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 №-li qərarının 1-ci bəndinin tövsiyyəsinə görə cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin CM-nin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Maddənin sanksiyasındakı yüngül cəza növünün deyil, ağır cəza növünün seçilməsi əsaslandırılmalıdır, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır, cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, cəzaının yüngülləşdirici halların mövcudluğunu, cəzasını ağırlaşdıran halların isə olmamasını, təqsirkarın şəxsiyyətini, habelə təyin olunan cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs qanunvericiliklə nəzərdə tutulmuş həddə təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edib CM-nin 60-cı maddəsinin müddəalarını nəzərə alaraq azadlıqdan məhrum etmə cəzası təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Cinayət qanunvericiliyin tələblərinə görə nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növü bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmuş hallarda, cinayətin xarakteri, təqsirkar şəxsin şəxsiyyəti və cinayətin digər halları nəzərə alınmaqla, bir ildən beş ilədək müddətə təyin edilə bilər. Nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Bu cəza növünün digər əsas cəzalara əlavə olaraq təyin edildiyi hallarda, habelə şərti məhkum etmə zamanı əlavə cəzanın müddəti hökmün qanuni qüvvəyə mindiyi andan hesablanır (CM-nin 45-ci maddəsi). CM-nin 59.1.12-ci maddəsində nəzərdə tutulmuş hallar olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəssinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin ¾ artıq ola bilməz (CM-nin 60-cı maddəsi). Odur ki, CM-nin 8.1-ci (cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır), 41.2-ci (cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir) və 58.3-cü (cəza təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır) maddələrinin müddəalarına əsaslanaraq məhkəmə, Təqsirləndirilən şəxs əməlinin ictimai təhlükəliliyini, cinayətin xarakterini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunan cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq onun barəsində təqsirləndiyi maddənin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum olunaraq CM-nin 60-cı maddəsinin müddəaları nəzərə alınıb azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini, CM-nin 56.1.1-ci maddəsinə əsasən (ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün məntəqə tipli cəzaçəkmə müəssisəsində cəzanın çəkilməsi müəyyən edilir) cəzasının məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkilməsini, cəzaçəkməsinin başlanğıcının məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanmasını, nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzasının azadlıqdan məhrum etmə cəzasının çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunmasını, barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmasını qanuni, əsaslı və ədalətli hesab edir. Məhkəmə hesab edir ki, ekspertiza tədqiqatının keçirilməsi ilə əlaqədar məhkəmə məsrəfini təşkil edən 85 (səksən beş) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməli, Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən təqsirləndirilən şəxsin hüquqlarının ibtidai istintaq zamanı müdafiə edilməsinə görə sərf etdiyi 20 saata görə 220 (iki yüz iyirmi) manat, eləcə də məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 10 saata görə 110 (bir yüz on) manat, cəmi 330 (üç yüz otuz) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsindən tutularaq Bakı şəhəri 8 saylı Vəkil Bürosunun hesablaşma hesabına ödənilməlidir. İş üzrə maddi sübut yoxdur, mülki iddia verilməmiş, xüsusi müsadirə olunmalı əmlak müəyyən edilməmişdir. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003cü il tarixli, həmçinin, Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında xx.xx.2006-cı il tarixli qərarlarının izah və tövsiyələri baxımından da, əsaslı hesab edir. Göstərilənlərə əsasən və CPM-nin 344-349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə, H ö k m e t d i: Təqsirləndirilən şəxs CM-nin 263-1.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs CM-nin 263-1.1-ci maddəsi ilə 01 (bir) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkməsinin başlanğıcı məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası azadlıqdan məhrum etmə cəzasının çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri olan 85 (səksən beş) manat məbləğində pul Təqsirləndirilən şəxs tutulsun və Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (X2, kod: 210005; VÖEN: **********; Müxbir hesab: AZ41NABZO**********000003944; SWİFT BİK: CTREAZ22) ödənilsin. Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən təqsirləndirilən şəxsin hüquqlarının ibtidai istintaq zamanı müdafiə edilməsinə görə sərf etdiyi 20 saata görə 220 (iki yüz iyirmi) manat, eləcə də məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 10 saata görə 110 (bir yüz on) manat, cəmi 330 (üç yüz otuz) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsindən tutularaq Bakı şəhəri 8 saylı Vəkil Bürosunun hesablaşma hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ35AİİB********************, VÖEN **********) ödənilsin. Hökmdən elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və apellyasiya protesti verilməsi üçün müəyyən edilmiş müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. X5
Məhkəmə qərarları › İş №1(5-95)-10/2026
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(5-95)-10/2026
04.02.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver