Məhkəmə qərarları › İş №1(5-95)-13/2026

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №1(5-95)-13/2026

05.02.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(5-95)-13/2026 05.02.2026 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məhərrəmov Vüqar Sarvan oğlunun sədrliyi, Məhkəmə iclas katibi Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1991-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, orta təhsilli, evli, himayəsində iki yetkinlik yaşına çatmayan övladı olan, fərdi əməklə məşğul olan, hazırda məhkumluğu olmayan, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, X6, nömrəsiz fərdi tikili evdə qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM) 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ İşin halları: Təqsirləndirilən şəxs ibtidai araşdırma zamanı satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda psixotrop maddə olan metamfetamin əldə edib saxlayaraq daşıması ilə bağlı ittiham elan edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq təmiz çəkisi 0,384 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini xeyli miqdarda əldə edib üzərində saxlamaqla xx.xx.2025-ci il tarixdə Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, X6 ərazisində yerləşən 35 nömrəli məktəbin yaxınlığına kimi daşımış, həmin gün orada saat 15:15 radələrində piyada hərəkətdə olarkən Xəzər RPİ-nin 3-cü PŞ-nin əməkdaşları tərəfindən saxlanılmış, saxlanılan zaman Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sol yan cibindən çıxardaraq yerə atdığı bir ədəd şəffaf sellofana bükülmüş, onun da içərisində gümüşü rəngli kağıza bükülmüş 01 ədəd bükümdə təmiz çəkisi 0,384 qram olan xeyli miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək Təqsirləndirilən şəxs götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs öz hərəkətləri ilə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Proses iştirakçılarının ifadələri: Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, narkotik vasitə və psixotrop maddə istifadəçisidir. xx.xx.2025-ci il tarixdə günorta saatlarında Bakı şəhəri, Suraxanı rayonu ərazisində tanımadığı şəxsdən 10 (on) manat dəyərində “patı”, yəni psixotrop maddə olan metamfetamin alaraq cibinə qoyub yaşadığı Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsinə gəlmiş, həmin gün saat 15 radələrində Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində yerləşən 35 nömrəli tam orta məktəbin yaxınlığında piyada hərəkət edən zaman əvvəldən tanıdığı Bakı şəhəri Xəzər rayon Polis idarəsinin 3-cü Polis şöbəsinin sahə inspektoru, polis baş leytenantı Şahid1 və yanında əvvəllər tanımadığı Bakı şəhəri Xəzər rayon Polis idarəsinin 3-cü Polis şöbəsinin cinayət axtarış üzrə baş müvəkkili polis kapitanı Şahid2 ona tərəf yaxınlaşdığını görüb psixotrop maddənin ondan olmasından şübhələndiklərinə görə yaxınlaşdıqlarını düşünüb dərhal cibində saxladığı bir bükümdə olan psixotrop maddə metamfetamini özündən kənara atmışdır. Lakin Şahid1 və Şahid2 onun cibindən nəyisə kənara atdığını görüb həmin bükümü yerdə götürüb yerə tulladığı bükümdə nə olduğunu soruşmuş, o da səmimi şəkildə etiraf edərək bükümdə “patı” kimi tanıdığı psixotrop maddə olduğunu demişdir. Bundan sonra Şahid1 və Şahid2la birlikdə Xəzər rayon polis idarəsinin 3-cü polis şöbəsinə getmişlər və orada iştirakı ilə müvafiq istintaq hərəkətləri keçirilmişdir. Təqsirləndirilən şəxs son sözündə etdiyi əməldən səmimi peşman olduğunu bildirərək, himayəsində iki yetkinlik yaşına çatmayan uşağının olduğunu bildirərək, ərizə təqdim edərək barəsində “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikasi Milli Məclisinin xx.xx.2025-ci il tarixli Qərarının 5.1-ci bəndinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Xəzər rayon polis idarəsinin 3cü polis şöbəsinin cinayət axtarış üzrə baş əməliyyat müvəkkəli polis kapitanı Şahid2 ifadəsində göstərmişdir ki, o, xx.xx.2025-ci il tarixdə saat 15 radələrində Bakı şəhəri Xəzər rayon Polis idarəsinin 3-cü Polis şöbəsinin sahə inspektoru, polis baş leytenantı Şahid1 ilə Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində yerləşən 35 nömrəli tam orta məktəbin yaxınlığında xidməti ərazidə olub ətrafı müşahidə edərək ərazidə baş vermiş oğurluq faktları ilə bağlı potensial şəxsləri müşahidə edib əməliyyat axtarış tədbrilərini icra edərkən sonradan Təqsirləndirilən şəxs bildiyi bir nəfər şəxsin onları gördükdə üzərində olan şalvarın cibindən nə isə çıxarıdıb kənara atdığını görmüşlər və həmin bir bükümdə olan əşyanı yerdə götürüb həmin şəxsə yaxınlaşaraq özlərini təqdim etməklə şalvarın yan cibindən çıxararaq kənara atdığı əşyanın nə olduğunu soruşmuşlar. Bir ədəd bükümün üzəri şəffaf sellofanla, daxili isə gümüşü rəngli kağızla bükülmüşdür. Təqsirləndirilən şəxs özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirmiş və o, həmin maddənin “patı” kimi tanınan psixotrop maddə olan metamfetamin olduğunu demişdir. Bununla əlaqədar olaraq araşdırma aparılması məqsədilə Təqsirləndirilən şəxs Xəzər rayon Polis idarəsinin 3-cü Polis şöbəsinə dəvət olunmuş, o da etiraz etmədən polis əməkdaşları ilə birlikdə şöbəyə getmişdir. Polis şöbəsində aparılmış və orada Təqsirləndirilən şəxs barəsində müvafiq araşdırma aparılmağa başlanılmışdır. Aparılmış ilkin araşdırma zamanı Təqsirləndirilən şəxs üzərində atdığı bir büküm əşyanın narkotik vasitə olduğu müvafiq ekspert rəyi ilə də öz təsdiqini tapdığından barəsində ibtidai istintaq aparılmağa başlanılmışdır. Məhkəmə istintaqı zamanı ifadəsi elan olunmuş hesab edilən Bakı şəhəri Xəzər rayon Polis idarəsinin 3-cü Polis şöbəsinin sahə inspektoru, polis baş leytenantı Şahid1 Şahid2 verdiyi ifadəyə uyğun oxşar məzmunlu ifadə verərək sonuncunun göstərdiyi xüsusatları təsdiq etmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş: xx.xx.2025-ci il tarixli raportdan görünür ki, xx.xx.2025-ci il tarixdə saat 15 radələrində polis əməkdaşları tərəfindən inzibati ərazidə törədilmiş oğurluq cinayətləri ətrafında əməliyyat axtarış tədbirləri həyata keçirən zaman Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində yerləşən 35 nömrtəli tam orta məktəbin yaxınlığında Təqsirləndirilən şəxs üzərində olan şalvardan bir büküm əşyanı kənara tulladığını görüb həmin əşyanı görüb, Təqsirləndirilən şəxs həmin əşyanın psixotrop maddə olan narkotik olduğunu bildirdikdən sonra onu Bakı şəhəri Xəzər rayon Polis idarəsinin 3-cü Polis şöbəsinin növbətçi hissəsinə təhvil vermişlər. xx.xx.2025-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli bilinərək şübhəli şəxs qismində tutulmuşdur. xx.xx.2025-ci il tarixli şəxsi axtarış, baxış və götürmə keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə saat 15 radələrində kənara atdığı bir bükümdən əlavə üzərində olan geyim əşyalarından hər hansı qanunsuz predmet aşkar edilərək götürülməmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 6/3129 nömrəli ekspert rəyindən görunur ki, tədqiqata təqdim edilmiş, üzərində “... Şübhəli şəxs (imza) Təqsirləndirilən şəxs ...” sözləri olan bir ədəd zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,384 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət məddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetamin Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin”in siyahısına (Siyahı 1) daxildir. xx.xx.2025-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1ci maddəsində nəzərdə tutulan ittiham elan edilməklə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. xx.xx.2025-ci il tarixdə iş üzrə Təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirinin şərtlərini pozduğuna görə barəsində axtarış elan edilmiş və həmin tarixdə iş üzrə icraat dayandırılmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin xx.xx.2025-ci il tarixli, 5994 nömrəli ekspert rəyində görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabioidlərin və psixostimulyatorların qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji tibbi müəssisəsində dispanser qeydiyyata alınması məsləhət görülür. xx.xx.2025-ci il tarixdə Təqsirləndirilən şəxs könüllü olaraq istintaq orqanına gəldiyindən həmin tarixdə cinayət işi üzrə dayandırılmış icraat təzələnmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsidən daxil olmuş tələbnamədən görünür ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 181.2.5-ci maddəsi ilə nəzərdə tutulan əməli törətməkdə təqsirli bilinib 08 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Ali Məhkəmənin xx.xx.2016-cı il tarixli qərarı ilə onun əməli Azərbaycan Respublikası CM-in 181.1-ci maddəsinə tövsif edilərək 05 müddətinə azadlıqdan məhrum etmə cəzasına endirilmişdir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2018-ci il tarixli 137 nömrəli Sərəncamına əsasən isə Təqsirləndirilən şəxs əfv olunaraq cəzasının çəkilməmiş hissəsindən azad edilmişdir. Elektron məhkəmə informasiya sistemindən edilmiş xx.xx.2026-cı il tarixli çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində iki yetkinlik yaşına çatmayan uşağı xx.xx.2012-ci il təvəllüdlü X4 və xx.xx.2018-ci il təvəllüdlü X5 vardır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin ekspertiza tədqiqatına sərf edilmiş xərclərinə dair bildirişdən görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 81 (səksən bir) manat təşkil edir. Bakı şəhəri 8 saylı Vəkil Bürosunun “Dövlət büdcəsi vəsaiti hesabına hüquqi yardım göstərmiş vəkilin hesabatı”na əsasən, Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsi məqsədilə sərf edilmiş 10 (on) iş saatına görə ödənilməli olan vəsaitin məbləği 110 (yüz on) manat təşkil edir. Hüquqi məsələlər: “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikasi Milli Məclisinin xx.xx.2025-ci il tarixli Qərarının (bundan sonra mətndə Qərar) 5.1-ci bəndinə əsasən məhkəmələr icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə bu Qərarın 1.1–1.16-cı bəndlərində göstərilən şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verir və ya həmin şəxsləri təyin edilmiş cəzadan azad etməklə ittiham hökmü çıxarır (bu Qərarın 10-cu və 11-ci hissələrində nəzərdə tutulmuş məhdudiyyətlər nəzərə alınmaqla); Həmin Qərarın 1-ci bəndinə əsasən 1. Təyin edilmiş cəzanın müddətindən asılı olmayaraq, aşağıdakı məhkumlar müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasından azad edilsinlər (bu Qərarın 6-cı və 7-ci hissələrində qeyd edilən məhdudiyyətlər nəzərə alınmaqla): 1.16. öhdəsində (himayəsində) yetkinlik yaşına çatmayan övladı, yaxud orqanizmin funksiyalarının 61–100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş övladı olan şəxslər, o cümlədən həmin Qərar qüvvəyə mindiyi günədək atalığı, övladlığa götürməsi, qəyyumluğu və himayəçiliyi qanunvericilikdə nəzərdə tutulmuş qaydada müəyyən olunmuş şəxslər. Həmin Qərarın 24-cü bəndinə əsasən birinci instansiya məhkəmələrinin icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə amnistiyanın tətbiqi məsələlərinə baxılarkən cinayət təqibinə xitam verilməsinə müdafiə tərəfinin razılığı olduqda Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM) 43.3-cü maddəsinə əsasən cinayət təqibinə xitam verilməsi haqqında qərar qəbul edilir, amnistiya tətbiq edilməklə cinayət təqibinə xitam verilməsinə müdafiə tərəfinin razılığı olmadıqda CPM-in 44.2-ci maddəsinə əsasən şəxsə təyin edilmiş cəzadan onu azad etməklə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CPM-in 39.1-ci maddəsinə əsasən (39.1.12.) amnistiya aktı ilə şəxs cinayət məsuliyyətindən azad edilməli hallar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Azərbaycan Respublikası CPM-in 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə CPM-in 39.1.12-ci (amnistiya aktına əsasən şəxs cinayət məsuliyyətindən azad edilməli olduqda) maddəsində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Məhkəmə qeyd edilənləri nəzərə aralaraq Təqsirləndirilən şəxs himayəsində yetkinlik yaşına çatmayan uşalarının - xx.xx.2012-ci il təvəllüdlü X4 və xx.xx.2018-ci il təvəllüdlü X3 olmasını nəzərə alaraq, barəsində amnistiya aktının tətbiq edilməsi barədə təqsirləndirilən şəxsin xahişini nəzərə alaraq hesab edir ki, “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2025-ci il tarixli Qərarının 1.16 və 5.1-ci bəndinə əsasən Təqsirləndirilən şəxs barəsində cinayət təqibinə və cinayət işinin icraatına xitam verilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilməlidir. Bakı şəhəri Xəzər rayon Polis idarəsində maddi sübut kimi saxlanılan qalıq 0,334 qram (ekspertiza tədqiqatı zamanı 0,050 qram sərf edilmişdir) kustar üsulla hazırlanmış psixotrop maddə-metanfetamin qərar qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş materiallarında olan 01 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin göstərdiyi xidmətlərə görə ekspertiza tədqiqatının dəyəri olan 81,0 (səksən bir) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (X2, kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ22, hesab AZ34CTRE********************, VÖEN **********) ödənilməlidir. Dövlət büdcəsi vəsaiti hesabına hüquqi yardım göstərmiş vəkilin hesabatına əsasən Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat olmaqla, 10 (on) iş saatına görə 110 (yüz on) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 8 saylı Vəkil Bürosunun hesablaşma hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ013501**********1944, S.W.İ.F.T. BİK AİİBAZ2X, hesab AZ35AİİB********************, VÖEN **********) ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 43, 344-348, 356, 358ci maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə R A R A A L D İ:

1. “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2025-ci il tarixli Qərarının 1.15 və 5.1-ci bəndlərinə əsasən Təqsirləndirilən şəxs barəsində Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə olan cinayət təqibinə, cinayət işinin icraatına xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin.

2. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilsin.

3. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınsın.

4. Bakı şəhəri Xəzər rayon Polis idarəsində maddi sübut kimi saxlanılan qalıq 0,334 qram kustar üsulla hazırlanmış psixotrop maddə-metanfetamin qərar qanuni qüvvəyə mindikdən sonra məhv edilsin.

5. Maddi sübut olan 01 (bir) ədəd disk iş materiallarında saxlanılsın.

6. Ekspertiza tədqiqatının dəyəri olan 81,0 (səksən bir) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutulsun və X2, kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, AZ34CTRE******************** hesabına ödənilsin.

7. Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat olmaqla, 10 (on) iş saatına görə 110 (yüz on) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 8 saylı Vəkil Bürosunun hesablaşma hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ013501**********1944, S.W.İ.F.T. BİK AİİBAZ2X, hesab AZ35AİİB********************, VÖEN **********) ödənilsin.

8. Qərardan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər.

Hakim Vüqar Məhərrəmov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar