Məhkəmə qərarları › İş №1(5-95)-17/2026

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №1(5-95)-17/2026

16.02.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(5-95)-17/2026 16.02.2026 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ X4 Hidayət oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, Müdafiəçi – Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili X2 iştirakları ilə, xx xxxx 1968-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkumluğu olmayan, Bakı şəhəri, Pirallahı rayonu, Fioletov küçəsi ev 20, mənzil 6-da qeydiyyatda olan, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, yeni tikilidə yaşamış, barəsində xx.xx.2025-ci il tarixdən həbs qətimkan tədbiri seçilmiş, hazırda Bakı İstintaq Təcridxanasından saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (CM) 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını xeyli miqdarda ziyan vurub ələ keçirtməklə dələduzluq etmişdir. Belə ki, o, tamah niyyətilə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə 2024-cü ilin aprel ayında tanış olduğu Zərərçəkmiş şəxs həyat yoldaşı X3 ilə aralarındakı ailə münasibətlərinin pozulmasını və onu boşayıb Türkiyə Respublikasına köçüb gedəcəyini deməsini bildikdən sonra Zərərçəkmiş şəxs baxıcılıqla məşğul olduğunu bildirib 16000 manat pul müqabilində müxtəlif dualar yazıb verməklə onların ailəsinin dağılmasının, həyat yoldaşının onu boşamasının və xarici dövlətə köçüb getməsinin qarşısını ala bicəyini deyib, eyni zamanda ona verəcəyi müxtəlif növ əşyaları evində gizli bir yerdə saxlamasını deyib inandırmaqla yalan vəd verib aldadaraq istintaqla bəzi tarixləriləri dəqiqləşdirmək mümkün olmayan 2024-cü ilin may ayından başlayaraq həmin ilin noyabr ayının sonlarına kimi olan müddət ərzində vahid niyyətlə Zərərçəkmiş şəxs ilkin olaraq 2024-cü ilin may ayının sonlarında ünvan 1 ünvanda 790 manat məbləğində nağd pul alıb ona rus xaçına bənzər 02 ədəd xaç və 02 ədəd ceyran göbəyi toxunman yumru dairəvi əşya verib evdə gizlətməsini tapşırmaqla həyat yoldaşı ilə ailə münasibətlərinin yaxşılaşacağına bir daha inandırdıqdan sonra Zərərçəkmiş şəxsın qalan pulun əvəzi olaraq ona hissə-hissə qızıl-ziynət əşyaları verəcəyini bildirməsinə razılaşmaqla Zərərçəkmiş şəxs 27 iyun 2024-cü il tarixdə Binəqədi rayonu, Biləcəri qəsəbəsi, İ.Nəsimi küçəsi 4 saylı ünvanda 3800 manat dəyərində Türkiyə Respublikası istehsalı olan 20 qram çəkidə 585 əyarlı bir komplekt sünbül formalı qızıl sepi və sünbül formalı qızıl qolbağı, 28 avqust 2024-cü il tarixdə ünvan 2 ünvanda təklikdə cəmi 4400 manat dəyərində Türkiyə Respublikası istehsalı olan 24 qram çəkidə 585 əyarlı bir komplekt «Pandora» formalı qızıl üzüyü, bir ədəd qızıl qolbağıı və bir cüt qızıl sırğanı, 27 sentyabr 2024-cü il tarixdə həmin ünvanda cəmi 3591 manat dəyərində Türkiyə Respublikası istehsalı olan bir komplekt 18.9 qram çəkidə 585 əyarlı bir ədəd «Pandora» formalı qızıl üzüyü və bir ədəd «Buta» formalı qızıl qolbağını, 2024-cü ilin noyabr ayının sonlarında Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi yeni yaşayış massivində olan «Bazarstore» mağazasının yanında 3716 manat dəyərində Türkiyə Respublikası istehsalı olan bir komplekt 19.56 qram çəkidə 585 əyarlı sünbül formalı qızıl sepi və 01 ədəd sünbül formalı qızıl sepi alıb verdiyi vədə əməl etməyərək aldığı Zərərçəkmiş şəxs məxsus cəmi 16297 manat təşkil edən pul və əmlakları şəxsi ehtiyacına sərf edib etibarından sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirib zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ümumilikdə 16297 manat məbləğində xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs CM-nin 178.2.4-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ittihama uyğun ifadə vermişdir. Təqsirləndirilən şəxs qabaqcadan etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını xeyli miqdarda ziyan vurub ələ keçirtməklə dələduzluq etməsi özünün səmimi etirafından başqa iş üzrə dindirilmiş zərər çəkmiş şəxs və şahidlərin, eləcə də cinayət işi üzrə əldə edilmiş şübhə doğurmayan mötəbər faktlarla tam sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, onun bu əməlinin cinayət olmasını aradan qaldıran hallar yoxdur, təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli CM-nin 178.2.4-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış arayışdan görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 24 mart 2005-ci il tarixli hökmü ilə CM-nin 243.1-ci maddəsi ilə 04 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 25 may 2005-ci ildə cəzasının sonu ilə azad edilmişdir. xx.xx.2026-cı il tarixdə keçirilmiş məhkəmə iclasında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs tərəfindən təqdim edilmiş ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi ziyan tam ödənilmişdir, təqsirləndirilən şəxsə qarşı şikayət və tələbi yoxdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ərizə təqdim edərək zərər çəkmiş şəxslə barışdığını, ona dəymiş ziyanı tam ödədiyini, zərər çəkmiş şəxsin ondan şikayət və tələbinin olmadığını, qadın olmağını nəzərə alaraq barəsində “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikasi Milli Məclisinin xx.xx.2025-ci il tarixli Qərarını tətbiq etməklə cinayət təqibinə və cinayət işinin icraatına bəraətverici əsaslar olmadan xitam verilməsini xahiş etmişdir. “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikasi Milli Məclisinin xx.xx.2025-ci il tarixli Qərarına (bundan sonra mətndə Qərar) əsasən məhkəmələr icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri üzrə Qərarın 1.12-ci (qadınlar) bəndində göstərilən şəxslər barəsində cinayət təqibinə xitam verir (Qərarın 5.1-ci bəndi). Birinci instansiya məhkəmələrinin icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə amnistiyanın tətbiqi məsələlərinə baxılarkən cinayət təqibinə xitam verilməsinə müdafiə tərəfinin razılığı olduqda Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (CPM) 43.3-cü maddəsinə əsasən cinayət təqibinə xitam verilməsi haqqında qərar qəbul edilir, amnistiya tətbiq edilməklə cinayət təqibinə xitam verilməsinə müdafiə tərəfinin razılığı olmadıqda CPM-nin 44.2-ci maddəsinə əsasən şəxsə təyin edilmiş cəzadan onu azad etməklə ittiham hökmü çıxarır (Qərarın 24-cü hissəsi). Cinayət-prosessual qanunvericiliyin müddəalarına əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə CPM-nin 39.1.12-ci (amnistiya aktına əsasən şəxs cinayət məsuliyyətindən azad edilməli olduqda) maddəsində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır (CPM-nin 43.3). Belə olan halda, məhkəmə, təqsirləndirilən şəxsin qadın olmasını, zərər çəkmiş şəxsə dəymiş ziyanı tam ödədiyini, barəsində amnistiya aktının tətbiq edilməsi barədə təqsirləndirilən şəxsin xahişini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində cinayət təqibinə və cinayət işinin icraatına Qərarın 1.12 və 5.1-ci bəndlərinə əsasən xitam verilməli, haqqında seçilmiş “həbs” növündə qətimkan tədbiri ləgv olunmalı, dərhal məhkəmə iclas zalında həbsdən azad edilməli, Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən təqsirləndirilən şəxsin hüquqlarının ibtidai istintaq zamanı müdafiə edilməsinə görə sərf etdiyi 20 saata görə 220 (iki yüz iyirmi) manat, eləcə də məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 10 saata görə 110 (bir yüz on) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsindən tutularaq Bakı şəhəri 8 saylı Vəkil Bürosunun hesablaşma hesabına ödənilməlidir. İş üzrə maddi sübut yoxdur, mülki iddia verilməmiş, xüsusi müsadirə olunmalı əmlak müəyyən edilməmişdir. Şərh olunanlara əsasən və CPM-nin 43.3, 344-348, 356, 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə r a r a a l d ı: “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikasi Milli Məclisinin xx.xx.2025-ci il tarixli Qərarının 1.12 və 5.1-ci bəndlərinə əsasən Təqsirləndirilən şəxs barəsində CM-nin 178.2.4-cü maddəsi ilə olan cinayət təqibinə və cinayət işinin icraatına xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri ləğv edilsin və o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilsin. Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaq zamanı müdafiə edilməsinə görə sərf etdiyi 20 saata görə 220 (iki yüz iyirmi) manat, eləcə də məhkəmədə hüquqlarının müdafiə edilməsinə görə sərf etdiyi 10 saata görə 110 (bir yüz on) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsindən tutulcun və Bakı şəhəri 8 saylı Vəkil Bürosunun hesablaşma hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ35AİİB********************, VÖEN **********) ödənilsin. Qərardan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya şikayəti və apellyasiya protesti verilməsi üçün müəyyən edilmiş müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. X5

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar