Məhkəmə qərarları › İş №1(5-95)-28/2026

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(5-95)-28/2026

12.03.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(5-95)-28/2026 12.03.2026 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Saat 12:00 X23 Məhəmməd oğlunun sədrliyi, Qiyasova Səbinə Ağacan qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Tərcüməçi – X2, Təqsirləndirilən şəxs X8 iştirakları ilə, xx.xx.1988-ci il tarixdə Pakistan İslam Respublikasının Sialkot şəhərində doğulmuş, Pakistan İslam Respublikası vətəndaşı, orta təhsilli, məhkumluğu olmayan, evli, işsiz, Pakistan İslam Respublikasının Sialkot şəhərində qeydiyyatda olmaqla yaşamış, 07 dekabr 2025-ci il tarixdə barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Bakı istintaq təcridxanasında həbsdə saxlanılan X8 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra – CM) 29, 318.1 və 320.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ X16 yaşamaq və işləmək məqsədilə Almaniya Federativ Respublikasına getmək üçün viza əldə edə bilmədiyindən, 7 dekabr 2025-ci il tarixdə R-VF0179 nömrəli İstanbul- Bakı aviareysi ilə Türkiyə Respublikasından Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin Sərhəd Nəzarətinin Bakı şəhəri, Xəzər rayonunda yerləşən “X20 Hava Limanı” dövlət sərhədindən buraxılış məntəqəsinə gələrək, həmin gün, saat 04:42-də özgəsinin, yəni Pakistan İslam Respublikasının vətəndaşı olan X3 adına rəsmiləşdirilmiş TX1801744 nömrəli pasportdan bilə-bilə istifadə edərək, sərhəd nəzarətinə təqdim etməklə, həmin pasportdakı məlumatların özünün məlumatları olduğunu bəyan etməklə saxtalaşdırıb, Azərbaycan Respublikasının dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan qəsdən, qanunsuz olaraq Türkiyə Respublikasından Azərbaycan Respublikası istiqamətində keçməyə cəhd etmiş, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin Sərhəd Nəzarətinin əməkdaşları tərəfindən onun təqdim etdiyi TX1801744 nömrəli pasportda olan fotoşəkildəki şəxsə oxşamadığı aşkar edilərək saxlanılmış, bununla da öz iradəsindən asılı olmayan səbəblərə görə cinayət əməlini başa çatdıra bilməmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş X16 elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Pakistan İslam Respublikasının Sialkot şəhərində yaşadığı müddət ərzində maddi vəziyyətinin pis olması səbəbilə yaşamaq və işləmək üçün Avropa ölkələrindən birinə getmək qərarına gəlmişdir. Belə ki, təxminən noyabr ayının əvvələrində Sialkot şəhərində təsadüfən tanış olduğu turizm agenti kimi fəaliyyət göstərən adını xatırlamadığı şəxslə Avropaya getməklə bağlı söhbət edərkən sonuncu bu məsələdə ona kömək edə biləcəyini bildirmiş, o da öz növbəsində onun bu təklifi ilə razılaşmış və ondan köməklik etməsini xahiş etmişdir. Həmin şəxs ona Almaniya Federativ Respublikasına getməyində köməklik edəcəyini və bundan irəli gələn sənədləşmə işlərini həll edəcəyini vəd edərək, bunun qarşılığında 300000 (üç yüz min) Pakistan rupisi məbləğində pul istəmişdir. O, həmin şəxslə razılaşaraq, istədiyi pul vəsaitini ona vermiş və o da öz növbəsində bir neçə gündən sonra X3 adına rəsmiləşdirilmiş TX1801744 nömrəli pasportu və YZV9FTHC9 nömrəli Almaniya Federativ Respublikasında müvəqqəti yaşamaq üçün icazə vəsiqəsini ona verərək, həmin sənədlərlə Azərbaycan Respublikasına və bir neçə gündən sonra da buradan Almaniya Federativ Respublikasına getməyini demişdir. Həmin şəxsdən ilkin olaraq Azərbaycan Respublikasına getməyinin səbəbini soruşduqda o bildirmişdir ki, həmin pasport və icazə vəsiqəsi ilə birbaşa Pakistan İslam Respublikasından çıxış etmək mümkün olmayacaq. Ona görə də ilkin olaraq Azərbaycan Respublikasına gəlməyini, Bakı şəhərində sərhəd nəzarətində Ali Farhanın adına rəsmiləşdirilmiş pasportu təqdim etməyini və daha sonra həmin pasportla Azərbaycan Respublikasından çıxış etməyini tövsiyə etmişdir. Əlavə olaraq onu da qeyd etdi ki, əgər həmin pasportla Azərbaycan Respublikasına giriş etsə, daha sonra sözügedən pasportla çıxış edən zaman artıq elektron sistemdə rəsmi qaydada giriş etdiyi qeydiyyata alındığı üçün çıxış etməyi də asan olacaqdır. Bundan sonra 27 noyabr 2025- ci il tarixdə X9 getmiş,, bir müddət orada qaldıqdan sonra birbaşa uçuş olmadığına görə Türkiyə Respublikasından tranzit keçid olaraq Azərbaycan Respublikasına gəlmək üçün bilet almışdır. Odur ki, 7 dekabr 2025-ci il tarixdə İstanbul- Bakı aviareysi ilə Azərbaycan Respublikası Bakı şəhərinə eniş etdikdən sonra “X20 Hava Limanı” sərhəd nəzarəti məntəqəsində həmin tarixdə saat 04:42 radələrində Ali Farhanın adına rəsmiləşdirilmiş Pakistan İslam Respublikasına məxsus TX1801744 nömrəli pasportu və YZV9FTHC9 nömrəli Almaniya Federativ Respublikasında müvəqqəti yaşamaq üçün icazə vəsiqəsini sərhəd nəzarətinə təqdim edərək həmin pasportdakı və icazə vəsiqəsindəki məlumatların özünün məlumatları olduğunu bəyan etmişdir. Daha sonra isə sərhədçilər tərəfindən TX1801744 nömrəli pasportda və YZV9FTHC9 nömrəli Almaniya Federativ Respublikasında müvəqqəti yaşamaq üçün icazə vəsiqəsində əks olunmuş fotoşəkildəki şəxsə (Ali Farhana) oxşamadığı aşkar edilərək saxlanılmışdır. Araşdırma aparılmağa başlananda və bu zaman özünün adına rəsmiləşdirilmiş Pakistan İslam Respublikasına məxsus XQ1799013 nömrəli pasportu araşdırma aparan şəxsə təqdim etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Dövlət Sərhəd Xidmətinin Sərhəd Nəzarətinin “Heydər Əliyev” X22 sərhəd nəzarəti şöbəsində baş nəzarətçi vəzifəsində işləyir. 7 dekabr 2025-ci il tarixdə saat 04:42 radələrində terminal-1 uçub gəlmə xəttində “sənədlərin yoxlanışı” sərhəd naryadı xidmətində olan leytenant Şahid2 R-VF0179 saylı İstanbul- Bakı aviareysi ilə Türkiyə Respublikasından Azərbaycan Respublikasına gələn 25 yanvar 1992-ci il təvəllüdlü Pakistan İslam Respublikası vətəndaşı Ali Farhanın təqdim etdiyi TX1801744 nömrəli Pakistan İslam Respublikasına məxsus pasportu rəsmiləşdirilən zaman və Almaniya Federativ Respublikasına məxsus YZV9FTHC9 nömrəli müvəqqəti yaşayış kartının yoxlanması zamanı fotoşəkilin sənədi təqdim edən şəxsə oxşamadığını, özgəsinə məxsus pasport olması ilə bağlı şübhələr doğurduğunu bildirmişdir. O dərhal leytenant Şahid2 yaxınlaşaraq Pakistan İslam Respublikası vətəndaşı Ali Farhanın təqdim etdiyi TX1801744 nömrəli Pakistan İslam Respublikasına məxsus pasporta və Almaniya Federativ Respublikasına məxsus YZV9FTHC9 nömrəli müvəqqəti yaşayış kartına baxış keçirdiyi zaman sənədin özünə oxşamamasını görmüşdür. Bundan sonra o Ali Farhan ilə ilkin sorğu-sual apardıqdan sonra sonuncu üzərində özünə məxsus olan Pakistan İslam Respublikasına məxsus XQ1799013 saylı pasportu təqdim etmişdir. Bundan sonra saxlanılmış şəxs xx.xx.1988-ci il təvəllüdlü Ali Şamas olduğu məlum olmuşdur. Baş vermiş hadisə ilə bağlı dərhal aidiyyəti üzrə məruzə edərək Pakistan İslam Respublikası vətəndaşə Ali Şamas xx.xx.2025-ci il tarixdə saat 04:42 radələrində “Heydər Əliyev” BHL sərhəd nəzarəti şöbəsində saxlanılmışdır. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmaqla elan edilmiş Dövlət Sərhəd Xidmətinin Sərhəd Nəzarətinin rəisi, general-leytenant Elşən Verdiyevin xx.xx.2025-ci il tarixli, 3-38-33/2-16-1923/25 nömrəli məktubundan görünür ki, 07 dekabr 2025-ci il tarixdə, saat 04:42-də Türkiyə Respublikasından Azərbaycan Respublikasına gələn, xx.xx.1992-ci il təvəllüdlü X16 “sənədlərin yoxlanışı” sərhəd naryadına təqdim etdiyi TX1801744 nömrəli Pakistan pasportu və YZV9FTHC9 nömrəli Almaniya Federativ Respublikasında müvəqqəti yaşamaq üçün icazə vəsiqəsi saxta olduğu üçün saxlanılmışdır. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmaqla elan edilmiş Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətindən daxil olmuş məktubdan görünür ki, X16 barəsində Arxiv-uçotu idarəsində heç bir məlumat yoxdur. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmaqla elan Dövlət Sərhəd Xidmətinin Əməliyyat-Axtarış Baş İdarəsindən daxil olmuş məktubdan görünür ki, Pakistan İslam Respublikası vətəndaşı X16 qaçaqmalçılıqla məşğul olması və digər hüquqazidd hərəkətləri barədə ƏABl-də məlumatlar mövcud deyildir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmaqla elan edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2025-ci il tarixli 5/1225 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş Ali Shamas adına olan XQ1799013 nömrəli Paskistan İslam Respublikasına məxsus pasportun blankı mətbəə çap üsulu ilə hazırlanmışdır, xüsusi mühafizə vasitələrlə təchiz olunmuşdur və Paskistan İslam Respublikasına məxsus pasportu eynilik təşkil edir. Təqdim olunmuş pasportun vərəqlərində hər hansı bir düzəlişlər (mexaniki üsulla pozma, kimyəvi üsulla silmə, üstdən düzəlişlər və sonradan əlavə etmə) edilməmişdir, vərəqləri dəyişdirilməmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmaqla elan edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2025-ci il tarixli 5/1225 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş Ali Farhan adına olan TX1801744 nömrəli Paskistan İslam Respublikasına məxsus pasportun blankı mətbəə çap üsulu ilə hazırlanmışdır, xüsusi mühafizə vasitələrlə təchiz olunmuşdur və Paskistan İslam Respublikasına məxsus pasportu eynilik təşkil edir. Təqdim olunmuş pasportun vərəqlərində hər hansı bir düzəlişlər (mexaniki üsulla pozma, kimyəvi üsulla silmə, üstdən düzəlişlər və sonradan əlavə etmə) edilməmişdir, vərəqləri dəyişdirilməmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmaqla elan edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2026-cı il tarixli 3/1387 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş X4 adına rəsmiləşdirilmiş XQ1799013 nömrəli Paskistan İslam Respublikasına məxsus pasportunda əks olunmuş fotoşəkildə və A4 formatlı vərəqdə əks olunmuş müşahidə sistemi vasitəsilə çəkilmiş fotoşəkildə (lAMAS-dan çıxarışda) eyni bir kişi cinsli şəxs, X5 adına rəsmiləşdirilmiş TX ******* nömrəli Paskistan İslam Respublikasının pasportunda əks olunmuş fotoşəkildə isə müxtəlif bir kişi cinsli şəxs əks olunmuşdur İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmaqla elan xx.xx.2025-ci il tarixli qərardan görünür ki, xx.xx.2025-ci il tarixdə X16 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 318.1 və 320.2-ci maddələri ilə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmaqla elan edilmiş Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 318.1, 320.2-ci maddəsi ilə təqsirləndirilən X16 barəsində həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli xx.xx.2025-ci il tarixdən hesab edilmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmaqla elan edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, X16 barədə əməliyyat sorğu kartotekasında heç bir məlumat yoxdur. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmaqla elan edilmiş 13 yanvar 2026-cı il tarixli maddi sübut kimi tanınma haqqında qərardan görünür ki, Pakistan İslam Respublikasına məxsus TX1801744 nömrəli pasport maddi sübut kimi tanınmışdır. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmaqla elan edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin ekspertiza xərclərinə dair bildirişindən görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 346 manat təşkil edir. Azərbaycan Respublikası Konstitusiyasının 63.1-ci maddəsinə əsasən “Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.” İnsan Hüquqlarının və X10 haqqında Avropa Konvensiyasının 5.1-ci maddəsinə əsasən “Hər kəsin azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən “Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən “Sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən “Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır.” Belə olan halda, məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxs X8 əməli Azərbaycan Respublikası CM-nin 29, 318.1-ci və 320.2-ci maddələri ilə düzgün tövsif olunmuş və o, həmin maddələr ilə məsuliyyətə cəlb olunub cəzalandırılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2015-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmış əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə vəsubyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən “Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən “Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.” Məhkəmə təqsirləndirilən şəxsin Azərbaycan Respublikası Cinayət Məcəllənin 59.2-ci maddəsinə əsasən ilk dəfə cinayət əməli törətməsini, əməlini etiraf etməsini, səmimi peşman olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə tərəfindən təqsirləndirilən şəxsin əməlində ağırlaşdırıcı hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29-cu maddəsinə əsasən bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməl (hərəkət və ya hərəkətsizlik), şəxsin iradəsindən asılı olmayan səbəblərə görə başa çatdırılmamışdırsa, cinayət etməyə cəhd hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 318.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və ya dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda keçmə - min beş yüz manatdan üç min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.2-ci maddəsinə əsasən bu Məcəllənin 320.1-ci maddəsində göstərilmiş bilə-bilə saxta sənədlərdən istifadə etmə min manatdan iki min manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz saatadək müddətə ictimai işlərlə və ya bir ilədək müddətə islah işləri və ya eyni müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən şahid ifadəsinə, ekspert rəyinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin X26 Hussian tərəfindən təqsirli olaraq törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 29, 318.1-ci və 320.2-ci maddəsi ilə tövsif edilmişdir. Beləliklə təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Buna görə də Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 318.1-ci maddəsinin və 320.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təqsirləndirilən şəxsə təyin edilməsini məhkəmə ədalətli və qanunauyğun hesab edir. Belə ki, məhkəmə törədilən cinayətlərə görə cəzanın həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. Həmin Məcəllənin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmalı və xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli qərarında göstərilmişdir ki, “Məhkəmələrə tövsiyə edilir ki, əlavə cəzaların həm məhkumların özləri, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması üçün mühüm əhəmiyyətə malik olduğunu nəzərə alaraq hökm çıxararkən əsas cəzanın təyin edilməsi ilə yanaşı müvafiq əlavə cəzanın təyin edilməsi məsələsini də müzakirə etsinlər.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası bir ildən artıq müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə təyin edilir və onlar əsas cəza növünü çəkdikdən sonra icra edilir. Bir ildən artıq olmayan müddətə azadlıqdan məhrum etmə cəzasına və ya azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzaya məhkum edilən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə bu Məcəllənin 58.3-cü maddəsində göstərilmiş hallar nəzərə alınmaqla Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası təyin edilə bilər.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən Maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. İş üzrə maddi sübut olan Pakistan İslam Respublikasına məxsus TX1801744 nömrəli pasport cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə 346 manat ekspertiza xərci X6 alınaraq dövlət büdcəsinə keçirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ X16 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 318.1-ci maddəsi ilə və 320.2-ci maddəsi ilə təqsirli bilinsin və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 318.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma ilə 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.2-ci maddəsinə əsasən 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə X11 qəti olaraq Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma ilə 07 (yeddi) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzaçəkmənin əvvəli 07 dekabr 2025-ci il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. X16 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 346 manat məbləğində pul vəsaiti X6 alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə (X7, kod: 210005; VÖEN: **********; Müxbir hesab: AZ41NABZO**********000003944; SWİFT BİK: CTREAZ22) ödənilsin. X16 əsas cəzasını çəkdikdən sonra Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılsın. İş üzrə maddi sübut olan Pakistan İslam Respublikasına məxsus TX1801744 nömrəli pasport cinayət işinin materiallarında saxlanılsın. Bakı şəhəri, 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən təqsirləndirilən şəxs X8 hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 10 saata görə 110 (bir yüz on) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsindən tutularaq 8 saylı Vəkil Bürosunun hesablaşma hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ35AİİB********************, VÖEN **********) ödənilsin. Hökmdən elan olunduğu, təqsirləndirilən şəxs X16 isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən Toğrul Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar