Məhkəmə qərarları › İş №1(5-95)-3/2026

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №1(5-95)-3/2026

30.01.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(5-95)-3/2026 30.01.2026 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmov Emin Şahin oğlunun sədrliyi, Şükürlü Murad Şahin oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1995-ci ildə Bərdə rayonu, Alaçadırlı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Bərdə rayonu, Alaçadırlı kəndində qeydiyyatda olan, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Bakavtomat yolu, yeni yaşayış massivində fərdi evdə yaşayan, barəsində “polisin nəzarəti altına vermə” iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs, Azərbaycan Respublikası CM-in 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs tamah niyyətilə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs ilə 2023-cü ilin son aylarında tanış olub onun yüksək əməkhaqqısı olan iş yeri axtarmasını bilib öyrəndikdən sonra ona özünü işgüzar şəxs kimi göstərib Azərbaycan Respublkası Dövlət Gömrük Komitəsində yaxın tanışları olduğunu bildirib müəyyən sənədləri hazırlatdırıb 5.000 manat məbləğində pul verdiyi halda onu “Heydər Əliyev” adına X2 Gömrük Xidmətinə işə düzəltdirəcəyinə dair yalan vəd verib aldatmaqla inandırıb razılaşdıqdan sonra istintaqla tarixini dəqiqləşdirmək mümkün olmayan 2024-cü ilin yanvar ayından 2025-ci ilin mart ayına kimi olan müddət ərzində vahid niyyətlə hissə-hissə olmaqla Zərərçəkmiş şəxs ilkin olaraq 2024-cü ilin yanvar ayında Bakı şəhəri Nizami rayonu ərazisində “Neftçilər”metro stansiyasının yaxınlığında görüşərək 200 manat məbləğində pul almış, tez-tez görüşmək imkanı olmadığını bildirib özünün istifadəsində olan Kapital Bank”ASC-yə aid 4098-5844- 5852-2305 və 4169-7388-8980- 2603 bank kart hesab nömrələrini “Whatsapp”vasitəsilə Zərərçəkmiş şəxs ***-***-**-** mobil nömrəsini istifadə etdiyi telefonuna göndərib qalan pulları hissə-hissə olmaqla həmin kartların hesabına köçürtməyi tapşıraraq hər dəfə işlərin yaxşı getdiyini bildirib istintaqla dəqiq ünvanları müəyyənləşdirmək mümkün olmayan ərazilərdə olduğu vaxt onun tapşırığı ilə bəzən görüşməklə nağd şəkildə hissə-hissə olmaqla cəmi 3.700 manat məbləğlərdə pullar alıb, bəzən isə yaşadığı evdə və başqa ünvanlarda olduğu vaxtlarda Zərərçəkmiş şəxs xx.xx.2024-cü il tarixdə özünün 4098********2305 nömrəli bank kart hesabına 250 manat, xx.xx.2024-cü il tarixdə 416973******2603 nömrəli bank kart hesabına 300 manat, xx.xx.2024-cü il tarixdə 409858****2305 nömrəli bank kart hesabına 100 manat, xx.xx.2024-cü il tarixdə 4098********2305 nömrəli bank kart hesabına 200 manat, xx.xx.2024-cü il tarixdə özünün 4098********2305 nömrəli bank kart hesabına 150 manat, xx.xx.2024-cü il tarixdə 4098********2305 nömrəli bank kart hesabına 40 manat, xx.xx.2024-cü il tarixdə 409858****2305 nömrəli bank kart hesabına 60 manat, xx.xx.2024- cü il tarixdə 409858****2305 nömrəli bank kart hesabına 200 manat məbləğində pul köçürtdürməklə alıb sonuncu dəfə isə dəqiq tarixini müəyyənləşdirmək mümkün olmayan 2025-ci ilin mart ayında Zərərçəkmiş şəxs yaşadığı ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evində olduğu vaxt 300 manat məbləğində pulu özünün 4098-5844-5852-2305 nömrəli bank kart hesabına köçürtdürməklə alıb verdiyi vədə əməl etməyərək Zərərçəkmiş şəxs aldığı cəmi 5.500 manat məbləğində pulu öz şəxsi ehtiyacına sərf edib etibarından sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını vahid niyyətlə əhatə olunmuş qəsdlə ələ keçirib Zərərçəkmiş şəxs ümumilikdə 5.500 manat məbləğində xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, 44 günlük “Vətən müharibəsi” iştirakçısıdır, müharibədə yaralanmışdır, dövlət tərəfindən təltif olunmuşdur. 2023-cü ilin təxminən axırlarında “Veysəloğlu” şirkətinə iş axtarmağa getmişdir, orada Seymur adlı şəxslə tanış olmuşdur. Maddi vəziyyəti pis olduğundan Seymuru yüksək əməkhaqqısı olan işə düzəldəcəyinə dair yalandan vəd vermişdir. Bunun müqabilində Seymurdan hissə-hissə olmaqla ümumilikdə 5500 manat pul almış və həmin pulları şəxsi ehtiyaclarına sərf etmişdir. Etdiyi əməldən peşmandır. Zərərçəkmiş şəxs vurduğu ziyanı tam olaraq ödəmiş və onunla barışıq əldə etmişdir. Barəsində “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının tətbiq olunmasını, iş üzrə icraata xitam verilməsini xahiş etdi. Əvvəlki məhkəmə iclasında Zərərçəkmiş şəxs bildirdi ki, təxminən iki il bundan əvvəl “Veysəloğlu” şirkətində işləyən zaman Elçinlə adlı şəxslə tanış olmuşdur. Orada olanda Elçinlə bir yoldaş kimi dost münasibətləri yaranmışdır. İşinin ağır olması səbəbindən başqa iş axtarmışdır. Söhbət əsnasında Elçin onu Dövlət Gömrük Komitəsində işə düzəldə biləcəyini demişdir. Sonra Elçin ona bəzi sənədləri düzəltmək üçün pul lazım olacağını, onun dediyi vaxt pul vereməsini demiş, o, da Elçinlə razılaşmışdır. Bu səbəbdən Elçinə hissə-hissə olmaqla cəmi 5500 manat pul vermişdir. Sonra Elçin ondan qaçmağa başlamış və o, aldadıldığını başa düşüb şikayət etmişdir. Hal-hazırda ona dəymiş maddi ziyan tam olaraq ödənilmişdir. Təqsirləndirilən şəxsan qarşı heç bir şikayət və tələbi yoxdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - xx.xx.2025-ci il tarixli qərardan məlum olur ki, Zərərçəkmiş şəxs cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır; - xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir; - xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir; - Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış xx.xx.2025-ci il tarixli tələbnaməyə əsasən müəyyən olunur ki, Təqsirləndirilən şəxs əvvələr cinayət məsuliyyətinə cəlb olunmayıb; - № İ-54709 saylı və № İ-12278 saylı Azərbaycan Respublikası Medalının vəsiqəsindən aydın olur ki, Təqsirləndirilən şəxs “Vətən müharibəsi iştirakçısı” və “Suqovuşanın azad olunmasına! görə medalları ilə təltif edilmişdir. - Zərərçəkmiş şəxs tərəfindən verilmiş xx.xx.2025-cü il tarixli ərizədən aydın oçlur ki, ona dəymiş maddi ziyan tam olaraq ödənilmişdir. Məhkəmə tərəfləri dinləyib və iş materiallarını nəzərdən keçirib hesab edir ki, Azərbaycan Respublikasının Milli Məclisinin “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli qərarı Təqsirləndirilən şəxs barəsində tətbiq edilməli və onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilməli və o, cinayət məsuliyyətindən azad olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin: 39.1.12-ci maddəsinə əsasən amnistiya aktına əsasən şəxs cinayət məsuliyyətindən azad edilməli olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir); 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının: 1.1-ci bəndinə əsasən Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün qorunması uğrunda aparılan döyüş əməliyyatlarında, o cümlədən Vətən müharibəsində və 2023-cü il sentyabrın 19–20-də keçirilmiş antiterror əməliyyatında iştirak etmiş şəxslər müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasından azad edilirlər; 5.1-ci bəndinə görə məhkəmələr icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə bu Qərarın 1.1–1.16-cı bəndlərində nəzərdə tutulan şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verir və ya həmin şəxsləri təyin edilmiş cəzadan azad etməklə ittiham hökmü çıxarırlar (bu Qərarın 6-cı və 7ci hissələrində qeyd edilən məhdudiyyətlər nəzərə alınmaqla); 6-cı və 7-ci bəndlərində amnistiyanın tətbiqinə məhdudiyyətlər nəzərdə tutulmuşdur ki, Təqsirləndirilən şəxs əməli həmin məhdudiyyətlərin tətbiq dairəsinə düşmür. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Vətən müharibəsində iştirak edərək medallarla təltif edilmiş, bununlada amnistiya aktının 1.1-ci bəndində göstərilən şəxslər kateqoriyasına daxildir. Yuxarıda qeyd edilən amnistiya qərarının 5.1-ci bəndi bu kateqoriyadan olan şəxslər barəsində cinayət təqibinə xitam verilməsini təsbit edir. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Milli Məclisinin “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli qərarının 5.1-ci bəndinin təsiri altına düşdüyündən o, cinayət məsuliyyətindən azad edilməli və onun barəsində olan cinayət işi üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası CPM-nin 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbiri ləğv edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin hüquqlarının ibtidai istintaq zamanı və məhkəmə iclaslarında müdafiəsi xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 31 nömrəli Qərarına dəyişikliklər edilməsi haqqında xx.xx.2025-ci il tarixli 141 saylı Qərarına əasasən hər iş saatı üçün 11 manat məbləğində müəyyən edilərək dövlət büdcəsindən ödənilməlidir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 40.3, 305.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə Təqsirləndirilən şəxs barəsində “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının 5.1-ci bəndi tətbiq edilməklə o, cinayət məsuliyyətindən azad edilsin və barəsində olan cinayət işinin icraatına xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilsin. Bakı şəhəri, 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaq zamanı müdafiə edilməsinə görə sərf etdiyi 20 saat vaxta görə 220 manat, məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 12 saat vaxta görə 132 manat olmaqla, cəmi 352 manat məbləğində pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsindən tutularaq 8 saylı Vəkil Bürosunun hesablaşma hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ35AİİB**********17 0026 6117, VÖEN **********) ödənilsin. Qərardan 20 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Qərar ondan apellyasiya şikayəti və apellyasiya protesti verilməzsə qeyd olunan müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Emin Rüstəmov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar