Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(5-95)-30/2026 12.03.2026 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X3 Müdafiəsi İdarəsinin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı, X1, Təqsirləndirilən şəxs iştirakları ilə, 09 mart 1956-cı il tarixdə Bakı şəhərində doğulmuş, evli, ali təhsilli, məhkumluğu olmayan, işləməyən, hazırda qeydiyyatsız olmaqla faktiki olaraq ünvan 1 ünvanında yaşayan barəsində "başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası vətəndaşı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 318.1 və 320.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs ittiham olunur ondan ötrü ki, o, bilə-bilə saxta sənəddən istifadə edərək Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini qəsdən, qanunsuz olaraq müəyyən edilmiş sənədləri olmadan Türkiyə Respublikasından Azərbaycan Respublikası istiqamətində, daha sonra təkrarən Azərbaycan Respublikasından Türkiyə Respublikası istiqamətində və yenidən təkrarən Türkiyə Respublikasından Azərbaycan Respublikası istiqamətində keçmişdir. Belə ki, o, kimliyinin faktiki olaraq atası - “X10”, anası - “X22” olmaqla 9 mart 1956cı il tarixdə Bakı şəhərində doğulmuş Azərbaycan Respublikasının vətəndaşı “Əliyeva (Əhmədova) X36” olmasına baxmayaraq atası - “X20”, anası - “X29” olmaqla 4 avqust 1961 -ci il tarixdə Bakı şəhərində doğulmuş, 18 avqust 1980-cı il tarixdə Bakı şəhəri, Xəzər rayonu ərazisində ölmüş "X31"nın kimliyi və fərdi məlumatları qeyd 32 15 fevral 2003-ci il tarixdə 17RL7JN FİN kodlu və AZE seriyalı 00682447 nömrəli şəxsiyyət vəsiqəsini əldə etdikdən sonra həmin şəxsiyyət vəsiqəsinin əsasında P1054895 nömrəli ümumvətəndaş pasportunu əldə etmiş, həmin şəxsiyyət vəsiqəsini və ümumvətəndaş pasportunu dövri olaraq müvafiq qaydada yeniləndikdən sonra son olaraq 31 may 2018ci il tarixdə verilmiş eyni FİN kodlu, AZE seriyalı 19174156 nömrəli şəxsiyyət vəsiqəsi əsasında 6 iyun 2018-ci il tarixdə özünə məxsus biometrik fotoşəkli və əl-barmaq izləri əks olunmaqla, lakin “X2 müəyyən etməyə imkan verən məlumatlar əsasında rəsmiləşdirilmiş C01953859 nömrəli ümumvətəndaş pasportunu əldə etmiş, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarətinin Bakı şəhəri, Xəzər rayonunda yerləşən “Heydər Əliyev adına X34" dövlət sərhədindən buraxılış məntəqəsində qeyd olunan ümumvətəndaş pasportundan bilə-bilə istifadə edib, 13 yanvar 2025-ci il tarixdə, saat 03:09-da sərhəd nəzarətinə təqdim edərək, həmin pasportdakı məlumatların özünün məlumatları olduğunu bəyan etməklə saxtalaşdırıb, Azərbaycan Respublikasının dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan qəsdən, qanunsuz olaraq Türkiyə Respublikasından Azərbaycan Respublikası istiqamətində, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarətinin Bakı şəhəri, Xəzər rayonunda yerləşən “Heydər Əliyev adına X34" dövlət sərhədindən buraxılış məntəqəsində qeyd olunan ümumvətəndaş pasportundan təkrarən bilə-bilə istifadə edib, 23 yanvar 2025-ci il tarixdə, saat 02:50-da sərhəd nəzarətinə təqdim edərək, həmin pasportdakı məlumatların özünün məlumatları olduğunu bəyan etməklə saxtalaşdırıb, Azərbaycan Respublikasının dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan təkrarən qəsdən, qanunsuz olaraq Azərbaycan Respublikasından Türkiyə Respublikası istiqamətində və Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarətinin Bakı şəhəri, Xəzər rayonunda yerləşən “Heydər Əliyev adına X34” dövlət sərhədindən buraxılış məntəqəsində qeyd olunan ümumvətəndaş pasportundan təkrarən bilə-bilə istifadə edib, 17 fevral 2025-ci il tarixdə, saat 03:21 -də sərhəd nəzarətinə təqdim edərək, həmin pasportdakı məlumatların özünün məlumatları olduğunu bəyan etməklə saxtalaşdırıb, Azərbaycan Respublikasının dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan təkrarən qəsdən, qanunsuz olaraq Türkiyə Respublikasından Azərbaycan Respublikası istiqamətində keçmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2000- ci ildə adını xatırlamadığı bir nəfər rus millətli adam tapmışdır ki, ona yəhudi milliyətdən olmaqla qeyri-qanuni şəxsiyyəti təsdiq edən sənəd düzəltsin. 2000-ci ildə həmin adama 28 may metrosu yaxınlığında yerləşən “Səməd Vurğun” parkında o dövr ki məzənnə ilə 5000 manat pul vermiş, bir müddət sonra həmin adam ona arxivdən götürdüyü bir pasportun surətini eyni yerdə təqdim etmiş, pasportda X31 adı yazılmışdır. Həmin adam bildirmişdir ki, Aidə Əliyeva 10 ildən çoxdur rəhmətə gedib, ata anası yoxdur, milli mənsubiyyəti də yəhudi milliyətidir. Daha sonra özünün və əri Şahid2 pasport və fotoşəklini də həmin adama vermiş, sənədləşmə prosesləri uzun çəkmiş və 2002-ci ildə həmin adam yenə eyni parkda özü X32 adına şəxsiyyəti təsdiq edən sənədi, həmin sənədin və əri Həsənağa Şahid2 Rahim oğlu ilə X32 adından bağlanmış nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətini, eləcə də hər iki sənədin notarial qaydada alman dilində tərcümələrinin təsdiq edilmiş surətlərini ona təqdim etmişdir. Aidə Əliyeva adına verilmiş vəsiqədə olan fotoşəkil ona məxsus olmuşdur. Ondan sənədləri əldə etdikdən sonra özünə Aidə Əliyeva adına ümumvətəndaş pasportu almış, daha sonra isə sənədlərini Bakı şəhərində yerləşən Almaniya səfirliyinə təqdim etmiş və ona Almaniya dövlətində daimi yaşamaq barədə icazə verilməsi üçün müraciət etmişdir. 2005ci ildə ona, yəni saxta sənədlə düzəltdiyi X23 və əri Şahid2 Almaniya Federativ Respublikasında müvəqqəti yaşamaq barədə icazə verilmişdir. 2005-ci ildə əri Şahid2, qızı Əliyeva Sənəm və oğlu Əliyev Rəhimlə birgə Almaniya Federativ Respublikasının Nümberq şəhərinə, daha sonra da Auzburq şəhərinə getmişdir. Orada ona və ailəsinə müvəqqəti yaşamağa ev, aylıq təqaüd verilməyə başlanmışdır. 2024-cü ildə yenidən Azərbaycan Respublikasına qayıdanda özünün, yəni Təqsirləndirilən şəxs yaşa görə Azərbaycan Respublikasından təqaüd almaq hüququ yaranmış, buna görə 13 yanvar 2025-ci il tarixdə 5 saylı Asan xidmət mərkəzinə müraciət etmiş və orada olan zaman onun Aidə Əliyeva adı ilə saxta sənədinin olması aşkar edilmişdir. Təqsirləndirilən şəxs adına olan şəxsiyyətini təsdiq edən sənədi Asan xidmət mərkəzində qalmış, Aidə Əliyeva adına olan şəxsiyyətini təsdiq edən sənədi isə Almaniya Federativ Respublikasında qalmışdır. Aidə Əzizovanın kim olmasını bilmir, onu tanımır, görməmiş, kimliyi və ailəsi barədə heç bir məlumatı yoxdur. Etdiyi əməldən peşmandır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, 2001-ci il tarixdən, 2008-ci il tarixədək Qaradağ rayon polis idarəsinin Qeydiyyat və Şəxsiyyət vəsiqəsi bölməsində inspektor vəzifəsində işləmiş, həmin vaxt bölmə rəisi Şaiq Vəliyev olmuşdur. X33 və Təqsirləndirilən şəxs adında şəxsləri tanımır, 17RL7JN FİN kodlu və 00682447 seriya nömrəli şəxsiyyəti təsdiq edən sənədi o hazırlamamış, kimin hazırlamasını bilmir ancaq əvvəllər bölmə rəisi Şaiq Vəliyev tərəfindən belə hallara yol verilmişdir. Dəqiq olaraq hansı sənədi saxtalaşdırmasını bilmir, ancaq bir neçə dəfə bu kimi hallara görə müxtəlif hüquq mühafizə orqanlarına izahat vermiş, həmçinin Şaiq Vəliyev bu kimi hallara görə işdən azad edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 Şahid4 ifadəsinə oxşar məzmunlu ifadə verməklə sonuncunun bildirdikləri xüsusatları bir daha təsdiq etmişdir. Şahidlər Şahid1 və Şahid2 məhkəmə iclasının vaxtı və yeri barəsində məlumat verilsədə məhkəmə iclasına gəlməmişlər. Məhkəmə istintaq zamanı şahidlər Şahid1 və Şahid2 ifadələri elan edilmiş və Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilərkən müəyyən edilmişdir ki, o ifadəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinə bilavasitə tabe olan 5 saylı Bakı “Asan xidmət” mərkəzində MAPS üzrə Məlumat şöbəsinin inspektoru, polis baş leytenantı rütbəsində xidmət edir, belə ki, 9 mart 1956-cı il təvəllüdlü Təqsirləndirilən şəxs ünvan dəyişikliyi səbəbilə ona yeni nəsil şəxsiyyət vəsiqəsi verilməsi üçün 13 yanvar 2025-ci il tarixdə Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinə bilavasitə tabe olan 5 saylı Bakı “Asan xidmət” mərkəzi üzrə regional qrupa müraciət etmiş, adıçəkilən şəxsin məlumatlarının proqram təminatı vasitəsilə tərəfindən yoxlanılması zamanı müəyyən etmiş ki, Təqsirləndirilən şəxs (FİN:2GT7CTE) fotoşəklinin və əl-barmaq izlərinin 4 avqust 1961-ci il təvəllüdlü X17 (FİN:17RL7JN) adına rəsmiləşdirilmiş, müvafiq olaraq AZE seriyalı, 19174156 nömrəli şəxsiyyət vəsiqəsi və C01953859 nömrəli ümumvətəndaş pasportundakı məlumatlar ilə eynilik təşkil etmiş, qeyd olunan pozuntunu aşkar etdikdən dərhal sonra aidiyyəti üzrə məruzə etdiyini qeyd etmişdir. Məhkəmə iclasında Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilərkən müəyyən edilmişdir ki, o ifadəsində Təqsirləndirilən şəxs ifadəsinə oxşar məzmunlu ifadə verməklə sonuncunun bildirdiyi xüsusatları bir daha təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Cinayət işinin başlanması haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 308.1, 320.1 və 320.2ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır; - Yasamal rayon Qeydiyyat Şöbəsinin xx.xx.2025-ci il tarixli məktubundan aydın olur ki, Yasamal rayon qeydiyyat şöbəsi X7,X5, X8, X18, X15, X24, X14 X12 doğum haqqında akt qeydlərinin surətini Sizə göndərir. Məlumat üçün bildirilmişdir ki, X31 xx.xx.1980-cı ildə vəfat etmişdir. Onun ölümü xx.xx.1980-cı il tarixdə 110 saylı akt ilə Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbə İcra nümayəndəliyi tərəfindən qeydə alınmışdır. Şahid2 Rahim oğlu ilə X6 nikahı xx.xx.1981-ci il tarixdə 4452 saylı akt ilə Səadət Sarayı tərəfindən qeydə alınmışdır. “Vətəndaşlıq vəziyyəti aktlar" ının avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində Təqsirləndirilən şəxs ölüm və X18 nikah haqqında akt qeydi aşkar edilməmişdir. Əlavə olaraq bildirilmişdir ki, Yasamal Rayon Qeydiyyat Şöbəsinin arxivində saxlanılan nikah haqqında şəhadətnamələrin uçotu jurnalı nəzərdən keçirilərkən 25 sentyabr 1987-ci il tarixdə verilmiş V-ЖГ 454738 saylı nikah haqqında şəhadətnamə blankının Yasamal Rayon Qeydiyyat Şöbəsinin istifadəsinə verilmədiyi müəyyən edilmişdir. - Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikasının CM-nin 320.2-ci maddəsi ilə ittiham elan olunmuşdur; - xx.xx.2025-ci il tarixli qərarldan aydın olur ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır; - Azərbaycan Respublikası Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2026-cı il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə məlumat yoxdur; -Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2025-ci il tarixli 4/938 nömrəli ekspert rəyindən müəyyən edilir ki, ekspertizaya təqdim edilmiş X17 adına olan xx.xx.2002-ci il tarixli fərdi uçot kartoçkasındakı yazılar-Şahid4 tərəfindən yox başqa şəxs tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş X17 adına olan xx.xx.2002-ci il tarixli fərdi uçot kartoçkasındakı yazılar- Şahid3 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. -Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2025-ci il tarixli 5/1066-3/1239 saylı ekspert rəyindən müəyyən edilir ki, təqdim olunmuş X27 adına olan C seriyalı 01953859 nömrəli Azərbaycan Respublikası ümumvətəndaşlıq pasportunun blankı mətbəə çap üsulu ilə hazırlanmışdır, xüsusi mühafizə vasitələrlə təchiz olunmuşdur və Azərbaycan Respublikasının ümumvətəndaş pasportu ilə eynilik təşkil edir. Təqdim edilmiş pasportun vərəqlərində hər hansı bir düzəlişlər (mexaniki üsulla pozma, kimyəvi üsulla silmə, üstdən düzəlişlər və sonradan əlavə etmə) edilməmişdir, vərəqləri dəyişdirilməmişdir. Təqdiqata təqdim edilmiş C01953859 nömrəli pasportdakı Fərdi Uçot kartoçkasındakı İmas-dan Çıxarışdakı “xx.xx.2025”, “xx.xx.2025” və “xx.xx.2025” tarixli fotoşəkillərdə və təqdim edilmiş “Təqsirləndirilən şəxs məxsus şərti olaraq “1” rəqəmi ilə işarələnmiş eyni şəxs əks olunmuşdur. - Maddi sübut kimi tanınma haqqında xx.xx.2026-cı il tarixli qərardan aydın olur ki, U25687965 nömrəli pasport cinayət işi üzrə maddi sübut kimi tanınmışdır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən özünün etirafedici ifadəsi və şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 318.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və ya dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda keçmə min beş yüz manatdan üç min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.2-ci maddəsinə əsasən bilə-bilə saxta sənədlərdən istifadə etmə min manatdan iki min manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz saatadək müddətə ictimai işlərlə və ya bir ilədək müddətə islah işləri və ya eyni müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 318.1 və 320.2-ci maddələri ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrıayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında qeyd edilmişdir ki, ibtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır, o cümlədən iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə həbs qətimkan tədbirinin geniş tətbiq edilməsi, habelə həmin cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Həmin Sərəncamın 8-ci bəndində qeyd edilmişdir ki, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, cəza siyasətinin humanistləşdirilməsi istiqamətində Azərbaycan Respublikası Prezidentinin adıçəkilən Sərəncamının nəzərə alınmalı olduğu qənaətinə gəlir və bunu məhkəmə hüquq islahatları çərçivəsində Dövlətin mövqeyi kimi qəbul edir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməldən peşmançılığını, yaşının 70 (yetmiş) olmasını və qadın olmasını (CM-59.2) nəzərə alır və onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsiri nəzərə alınmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 318.1 və 320.2-ci maddələri ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilmədi), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulan cərimə cəzası təyin edilməli, Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən hazırki hökm üzrə təyin edilmiş cəzalar qismən toplanılmaqla ona qəti olaraq cərimə cəzası təyin edilməli, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, ekspertiza tədqiqatının dəyəri ondan tutulmalı, iş üzrə maddi sübut kimi tanınmış 01 ədəd pasport cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Mariyadasan Somsundaram Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 318.1 və 320.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin hüquqlarının ibtidai istintaq zamanı və məhkəmə iclaslarında müdafiəsi xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 31 nömrəli Qərarına dəyişikliklər edilməsi haqqında xx.xx.2025-ci il tarixli 141 saylı Qərarına əasasən hər iş saatı üçün 11 manat məbləğində müəyyən edilərək dövlət büdcəsindən ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, HÖKMETDİ Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 318.1 və 320.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək ona CMnin 318.1-ci maddəsi ilə 1500 (min beş yüz) manat cərimə cəzası, CM-nin 320.2-ci maddəsi ilə 1000 ( bir min) manat cərimə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs üzərində qəti olaraq 2000 (iki min) manat cərimə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 624 manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin (X11, kod: 210005; VÖEN: **********; Müxbir hesab: AZ41NABZO**********000003944; SWİFT BİK: CTREAZ22). İş üzrə maddi sübut kimi tanınan U25687965 nömrəli pasport cinayət işinin materillarında saxlanılsın. Bakı şəhəri, 8 saylı Vəkil Bürosunun vəkili X9 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 11 saat vaxta görə 121 manat məbləğində pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsindən tutularaq 8 saylı Vəkil Bürosunun hesablaşma hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ35AİİB**********1700266117, VÖEN **********) ödənilsin. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Ramilə Xəzri
Məhkəmə qərarları › İş №1(5-95)-30/2026
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(5-95)-30/2026
12.03.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver