Məhkəmə qərarları › İş №1(5-95)-32/2026

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(5-95)-32/2026

02.03.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(5-95)-32/2026 02.03.2026 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili X2, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1984-cü ildə Astara rayonu Pensər kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş, Astara rayonu Telman kəndində qeydiyyatda olan, Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi nömrəsiz fərdi evdə yaşayan barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talama məqsədi ilə Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, Yeni yaşayış massivində yerləşən Zərərçəkmiş şəxs məxsus olmaqla yaşadığı ünvansız fərdi yaşayış evini bir müddət müşahidə edib işıqlarının axşamlar sönülü olmasını görüb evdə heç kimin olmadığını bilərək 19 oktyabr 2025-ci il tarixdə saat 20:00 radələrində həmin evin hasarından aşaraq həyətə daxil olub orada yerləşən bir mərtəbəli yaşayış evinin plastik materialdan olan yan pəncərəsini əvvəlcədən özü ilə gətirdiyi vintaçandan istifadə etməklə açaraq pəncərədən evin yaşayış sahəsinə qanunsuz daxil olaraq bütün otaqları gəzib yataq otağındakı saxlanc yeri olan dolabın içərisinə qanunsuz daxil olmaqla oradan Zərərçəkmiş şəxs məxsus olan 01 ədəd dəyəri 280 manat olan qadın qol saatı, 01 ədəd dəyəri 190 manat və 01 ədəd dəyəri 250 manat olan kişi qol saatı, 01 ədəd dəyəri 180 manat olan qadın üz masaj aparatını, ümumi dəyəri 300 manat olan müxtəlif bijuteriyaları, 2 ədəd ümumi qiyməti 560 manat olan qadın gümüş boyunbağını, yaşayış sahəsi olan uşaqların yataq otağına qanunsuz daxil olmaqla orada çarpayının üzərindəki yorğanın arasında gizlətdib saxladıqları Zərərçəkmiş şəxs məxsus olan 01 ədəd dəyəri 520 manat olan qızıl qadın üzüyünü, 01 ədəd dəyəri 2300 manat olan qızıl qadın boyunbağı və sırğanı, 01 dəst dəyəri 580 manat olan ağ qızıldan olan boyunbağı, üzük və sırğanı, 01 ədəd dəyəri 500 manat olan qızıl yarpağvari qadın üzüyü, ümumi dəyəri 1600 manat olan üzərində qızıl 5-lik olan 01 ədəd qızıl boyunbağı, 01 dəst dəyəri 4500 manat olan qızıl qadın boyunbağı, sırğası, üzük və qolbağı, 01 dəst dəyəri 1460 manat olan qızıl bilərzik və üzüyü, 01 ədəd dəyəri 480 manat olan qızıl qadın boyunbağını götürüb Zərərçəkmiş şəxs məxsus olan cəmi 13700 mannat dəyərində əmlakı götürüb ağ sellofana yığaraq evə girdiyi pəncərədən həyətə, oradan isə hasarı aşaraq küçəyə çıxıb özü ilə apararaq özgənin əmlakını yaşayış sahəsinə və saxlanc yerinə qanunsuz daxil olmaqla gizli olaraq talayıb Zərərçəkmiş şəxs ümumilikdə 13700 manat məbləğində xeyli miqdarda ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə istintaqı zamanı dindirilmiş Təqsirləndirilən şəxs özünü ittiham olunduğu əməllərin törədilməsində təqsirli bilərək ifadəsində bildirdi ki, xx.xx.2025-ci il tarixində təxminən saat 20 radələrində oğurluq etmək məqsədilə Xəzər rayonu, Buzovna qəsəbəsindən piyada Qala qəsəbəsi ərazisinə gəlmiş və yol boyu evlərə nəzər yetirib münasib ev axtarmağa başlamışdır.Həmin vaxt Qala qəsəbəsində bir həyət evinin işıqlarının yanmamasını görüb həmin evdən oğurluq etmək qərarına gəlmiş və heç kimin görə bilməyəcəyinə əmin olduqdan sonra hasardan həmin həyətə tullanmışdır. Evdə heç kimin olmamasına əmin olaraq evin plastik pəncərəsini özü ilə gətirdiyi vintaçan alətlə sıxaraq açıb evə daxil olmuşdur. Bundan sonra böyük yataq otağına daxil olmuş və orada olan paltar və kosmetika dolablarını axtarmağa başlamışdır. Kosmetika dolabından qabın içindən qızıl və bijuteriyaları götürmüş, bundan sonra paltar dolabına baxdıqda orada qabların içərisindən 1 ədəd qadın və 1 ədəd kişi saatı götürmüşdür.Daha sonra tez evdən çıxmaq üçün evə girdiyi kiçik yataq otağına qayıtmış və pəncərədən düşmək istəyərkən orda olan çarpayının üzərində olan yorğanı qaldırıb baxdıqda həmin yerdə bir neçə qab görüb onların içinə baxmış və içərisinə baxdıqda qızılzinyət əşyalarının olmasını görmüş və onlarıda evdən götürdüyü ağ sellofana yığaraq pəncərədən çıxmış, daha sonra hasardan küçəyə atlanaraq yenidən piyada Buzovna qəsəbəsində yaşadığı evə qayıtmışdır. Evdə qızıldan və gümüşdən olan zinyət əşyalarını bir yerə yığmış, bijuteriyaları isə ayırmışdır. Səhvən qızıldan olan əşyalar olan paketi bijuteriyalar olduğunu bilib küçədə olan zibil qabına atmışdır. xx.xx.2025-ci il tarixində kirayə yaşadığı evdə olan zaman polis əməkdaşları tərəfindən tutularaq PŞ-nə gətirilmiş, oğurladığı əşyaların bir qismini polis əməkdaşlarına təhvil vermişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs əlavə olaraq əməlindən peşiman olduğunu nəzərə alaraq barəsində həbslə bağlı olmayan cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, xx.xx.2025-ci il tarixində təxminən saat 22 rədələrində yaşadığı Xəzər rayonu, Qala qəsəbəsi, yeni yaşayış massivində yerləşən evinə gəlmişdir.Onlar həyətə daxil olduqda evin yan pəncərəsinin açıq vəziyyətdə olmasını görüb şübhələnərək qapını açıb evə daxil olmuşlar. Evə daxil olduqdan sonra otaqların dağınıq vəziyyətdə olmasını, yan otaqda uşaqların yatması üçün nəzərdə tutulan çarpayının üzərində olan yorğanın arasında gizlətdiyi yoldaşına məxsus olan 01 ədəd qiyməti 520 manat olan qızıl qadın üzüyünün, 0 ədəd qiyməti 2300 manat olan qızıl qadın boyunbağı və sırğası, 01 dəst qiyməti 580 manat olan ağ qızıldan olan boyunbağı, üzük və sırğası, 01 ədəd qiyməti 500 manat olan qızıl yarpağvari qadın üzüyü, ümumi qiyməti 1600 manat olan üzərində qızıl 5-lik olan 01 ədəd qızıl boyunbağı, 01 dəst qiyməti 4500 manat olan qızıl qadın boyunbağı, sırğası, üzük və qolbağın, 01 dəst qiyməti 1460 manat olan qızıl bilərzik və üzük, 01 ədəd qiyməti 480 manat olan qızıl qadın boyunbağının, bundan əlavə öz yataq otağında isə dolabda olan 01 ədəd qiyməti 280 manat olan qadın qol saatının, 01 ədəd qiyməti 190 manat və 01 ədəd qiyməti 250 manat olan ona məxsus kişi saatlarının, 01 ədəd qiyməti 180 manat olan qadın üz masaj aparatının, ümumi dəyəri 300 manat olan yoldaşına məxsus bijuteriyaların, 2 ədəd ümumi qiyməti 560 manat olan qadın gümüş, boyunbağının, oğurlanmasını aşkar etmişlər. Evdən oğurluq olmasına görə dərhal 102 xidmətinə zəng edərək bu haqda məlumat vermişdir.Hadisə nəticəsində ona 13700 manat maddi zərər dəymiş və ödənilməmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Cinayət işinin başlanılması haqqında 29 oktyabr 2025-ci il tarixli qərardan müəyyən edilir ki, fakt əsasında CM-nin 177.2.3 və 177.2.4-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmışdır; - Hadisə yerinə baxış keçirilməsi haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi yeni yaşayış massivində yerləşən Zərərçəkmiş şəxs məxsus evdə baş vermiş oğurluq hadisəsi ilə bağlı baxış keçirilmiş və fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur; - xx.xx.2025-ci il tarixli cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə Xəzər RPİ-nin İŞ-nin müstəntiqi tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur; - “Əşyanın təqdim edilməsi və götürmə aparılması barədə” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025- ci il tarixdə Zərərçəkmiş şəxs məxsus yaşayış evindən oğurluq yolu ilə əldə etmiş əşyların bir qismi olan 7 ədəd olmaqla 3 ədəd qızılı,4 ədədgümüşü qolbağı, 3 ədəd olmaqla 1 ədəd qızılı,2 ədəd gümüşü üzük,7 ədəd olmaqla 1 ədəd qızılı,6 ədəd gümüşü klonları ilə birlikdə boynbağı,7-cüt 1 çüt qızılı, 6 çüt gümüş sırğa,2 ədəd gümüşü cütü olmayan sırğanı,3 ədəd qızılı rəngli əşyanı, 1 ədəd kişi və 1 ədəd qadın qol saatlarını təqdim etmiş və həmin 7 ədəd olmaqla 3 ədəd qızılı,4 ədədgümüşü qolbağı, 3 ədəd olmaqla 1 ədəd qızılı,2 ədəd gümüşü üzük,7 ədəd olmaqla 1 ədəd qızılı,6 ədəd gümüşü klonları ilə birlikdə boynbağı.7 cüt 1 çüt qızılı,6 çüt gümüş sırğa, 2 ədəd gümüşü cütü olmayan sırğanı, 3 ədəd qızılı rəngli əşyanı, 1 ədəd kişi və 1 ədəd qadın qol saatları iş üzrə əhəmiyyət kəsb etdiyindən götürülmüşdür; - Zərərçəkmiş şəxs qismində tanınma haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır; - 30 oktyabr 2025-ci il tarixli protokoldan görünür ki, cinayət işinəin materiallarına əlavə olunmuş zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs təqdim etdiyi bir ədəd «CD» formatlı diskə baxış keçirilmiş və baxış zamanı bir ədəd faylda xx.xx.2025-ci il tarixdə əynində qara gödəkçə, başında qara papaq olan şəxsin küçə ilə il hərəkət etməsi, digər ikici faylda əlində ağ sellofan paket geri qayıtması, digər üçüncü faylda isə həmin şəxsin yaşayış evinin həyətində asta yerişlə hərəkət edib evin giriş qapısına baxıb yenidən asta yerinlə geri qayıtması müəyyən olunmuş, baxışda iştirak edən Təqsirləndirilən şəxs bildirdi ki, əynində qara gödəkçə və başında qara papaq olan şəxs özüdür, həmin gün Zərərçəkmiş şəxs məxsus yaşayış evindən oğurluq etmişdir; - İfadənin yerində yoxlanılması barədə 30 oktyabr 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs istintaqa verdiyi ifadələrini bir daha təsdiq edərək hadisənin yerlərini göstərib, zərərçəkmiş şəxsə məxsus evə haradan və necə girdiyini, hadisənin necə baş verməsini əyani təsvir etmiş və bu barədə fotoşəkillər çəkilərək tərtib edilmiş protokola əlavə edilmişdir; - Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 31 oktyabr 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-nin 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir; - Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 31 oktyabr 2025-ci il tarixli 4(003)-432/2025 saylı qərarı ilə Təqsirləndirilən şəxs barəsində xx.xx.2025-ci il tarixindən hesablnmaqla 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir; - xx.xx.2025-ci il tarixli qəbzdən görünür ki, cinayət işi üzrə 7 ədəd olmaqla 3 ədəd qızılı, 4 ədəd gümüşü qolbağı, 3 ədəd olmaqla 1 ədəd qızılı, 2 ədəd gümüşü üzük, 7 ədəd olmaqla 1 ədəd qızılı, 6 ədəd gümüşü klonları ilə birlikdə boynbağı, 7 cüt 1 çüt qızılı, 6 çüt gümüş sırğa, 2 ədəd gümüşü cütü olmayan sırğanı, 3 ədəd qızılı rəngli əşyanı, 1 ədəd kişi və 1 ədəd qadın qol saatları maddi sübut kimi tanınmış və saxlanılmasından ötrü zərərçəkmiş şəxsə qaytarılmışdır; - Məhkumluğun yoxlanılmasına dair Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 28 dekabr 2021-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli hesab edilərək 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bundan başqa o, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 28 mart 2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3, 177.2.4 və 66.5-ci maddələri ilə təqsirli bilinərək 03 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. xx.xx.2025-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144- 146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələrinə əsasən yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla və xeyli miqdarda ziyan vurmaqla törədildikdə- bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 18.1-ci maddəsinə görə qəsdən cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs, yenidən qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduqda cinayətlərin residivi hesab olunur; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.3-ci maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün — ciddi rejimli cəzaçəkmə müəssisələrində cəza çəkmələri müəyyən edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır; 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 06 sentyabr 2010-cu il tarixli qərarında qeyd edilmişdir ki, şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən qanunverici həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən peşiman olmasını cəzasını yüngülləşdirən hal kimi müəyyən etdi. Təqsirləndirilən şəxs Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə yaranmış məhkumluğunun (19 mart 2025-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir) ödənilməməsi cinayətin residivini yaradır. Təqsirləndirilən şəxs əməlində cinayətin residivi Azərbaycan Respublikası CM-nin 61.1.1ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal kimi qiymətləndirilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsiri nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsiri nəzərə alınmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası təyin edilməli, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, cəzaçəkmə müddətinin əvvəli xx.xx.2025-ci il tarixdən hesablanmalı, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir (CM-56.1.3). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin hüquqlarının ibtidai istintaq zamanı və məhkəmə iclaslarında müdafiəsi xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 31 nömrəli Qərarına dəyişikliklər edilməsi haqqında xx.xx.2025-ci il tarixli 141 saylı Qərarına əasasən hər iş saatı üçün 11 manat məbləğində müəyyən edilərək dövlət büdcəsindən ödənilməlidir. İş üzrə mülki iddia və ekspertiza xərci yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344- 347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli xx.xx.2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Cinayət işi üzrə maddi sübut qismində tanınmış 7 ədəd olmaqla 3 ədəd qızılı, 4 ədəd gümüşü qolbağı, 3 ədəd olmaqla 1 ədəd qızılı, 2 ədəd gümüşü üzük, 7 ədəd olmaqla 1 ədəd qızılı, 6 ədəd gümüşü klonları ilə birlikdə boyunbağı, 7 cüt 1 çüt qızılı, 6 çüt gümüş sırğa, 2 ədəd gümüşü cütü olmayan sırğanı, 3 ədəd qızılı rəngli əşyanı, 1 ədəd kişi və 1 ədəd qadın qol saatları maddi sübut kimi tanınmış və saxlanılmasından ötrü zərərçəkmiş şəxsə qaytarılması nəzərə alınsın. İş üzrə maddi subut qismində tanınmış 01 ədəd CD disk cinayət işi materiallarında saxlanılsın. Bakı şəhəri, 8 saylı Vəkil Bürosunun vəkili X3 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaq zamanı müdafiə edilməsinə görə sərf etdiyi vaxta görə 220 manat, məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 09 saat vaxta görə 99 manat olmaqla cəmi 319 manat məbləğində pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsindən tutularaq 8 saylı Vəkil Bürosunun hesablaşma hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ35AİİB********************, VÖEN **********) ödənilsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs isə rəsmi təqdim edildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Ramilə Xəzri

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar