Məhkəmə qərarları › İş №1(5-95)-33/2026

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(5-95)-33/2026

19.02.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(5-95)-33/2026 19.02.2026 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məhərrəmov Vüqar Sarvan oğlunun sədrliyi, Məhkəmə iclas katibi Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Nümayəndə, Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1987-ci il tarixdə Bakı şəhərində doğulmuş, evli, orta təhsilli, məhkum olunmamış, baş texnoloqun müavini vəzifəsində işləyən, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi, yeni sahədə yerləşən nömrəsiz fərdi yaşayış evində yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM) 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İşin halları: Təqsirləndirilən şəxs ibtidai araşdırma zamanı sağlamlığın qısa müddətə pozulmasına və ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurması ilə bağlı ittiham elan edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs xx.xx.2026-cı il tarix saat 17 radələrində yaşadıqları Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi, yeni sahədə yerləşən nömrəsiz evdə həyat yoldaşı xx.xx.1992-ci il tarixdə Bakı şəhərində doğulmuş, ailəli, orta təhsilli, məhkum olunmamış, işsiz, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 3 ünvanında qeydiyyatda olmaqla Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi, yeni sahədə yerləşən nömrəsiz fərdi yaşayış evində yaşayan Zərərçəkmiş şəxs ilə aralarında baş vermiş mübahisə zəminində şillə, yumruqla sonuncunun sifət, baş və bədən nahiyələrindən bir neçə dəfə qəsdən vuraraq sonuncuya sağ əlin əzilmiş yarası, sol və sağ bazunun qançırları, sol dirsəyin sıyrığı, ağrı sindromu və hərəkət məhdudluğu ilə müşayiət olunan sol bazu oynağının yumşaq toxumalarının əzilməsi kimi qəsdən sağlamlığa yüngül dərəcəli zərərvurmaya aid xəsarət yetirmişdir. Proses iştirakçılarının izahatları: Məhkəmə iclasında cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsində nəzərdə tutulan əməli törətməkdə özünü tam təqsirli bilərək göstərmişdir ki, xx.xx.2026-cı il tarixdə günortadan sonra ailə-məişət münasibətləri zəminində aralarında yaranmış mübahisə zamanı arvadı Zərərçəkmiş şəxs əli ilə zərbələr endirərək ona bədən xəsarətləri yetirmişdir. Təqsirləndirilən şəxs spirtli içki içdiyinə görə xatırlamadığı səbəbdən əsəbləşmiş və qeyd edilən cinayəti törətdiyini, bu hərəkətlərinə görə peşman olduğunu, Zərərçəkmiş şəxs ilə barışmaq üçün cəhd etməsinə baxmayaraq sonuncunun onunla barışmaq niyyətinin olmadığını, bu səbəbdən nikahın pozulması üçün mülki qaydada məhkəməyə müraciət ediyini qeyd etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, xx.xx.2026-cı il tarixdə, saat 17:30 radələrində əri Təqsirləndirilən şəxs sərxoş vəziyyətdə evə gəlmiş, aralarında yaranmış mübahisə zamanı sonuncu onu əli ilə bədəninin müxtəlif nahiyələrinə zərbələr vuraraq fiziki zor tətbiq etməklə müxtəlif növ bədən xəsarətləri yetirmişdir. Təqsirləndirilən şəxs onunla barışmağa cəhd etsə də onunla barışmaq niyyəti yoxdur, qanunla müəyyən olunmuş qaydada cəzalandırılmasını xahiş etmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2026-cı il tarixli ərizədən görünür ki, Zərərçəkmiş şəxs Bakı şəhəri Xəzər rayon polis idarəsinin 1-ci polis şöbəsinə ərizə ilə müraciət edərək xx.xx.2026-cı il tarixdə saat 17 radələrində yaşadıqları Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsində yeni sahədə yerləşən nömrəsiz evdə əri Təqsirləndirilən şəxs ilə aralarında baş vermiş mübahisə zəminində sonuncu şillə və yumruq zərbələri ilə onun sifət, baş və bədənin müxtəlif nahiylərinə bir neçə dəfə qəsdən vuraraq xəsarət yetirdiyini bildirmiş, Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb olunmasını xahiş etmişdir. xx.xx.2026-cı il tarixli "AZEMİS" Elektron Məhkəmə İnformasiya Sistemindən “qohumluq məlumatları”na dair çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində 3 azyaşlı övladı vardır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X1” Publik Hüquqi şəxsinin Xəzər rayon şöbəsinin xx.xx.2026-cı il tarixli, 36 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs almış olduğu xəsarətlər - sağ əlin əzilmiş yarası, sol və sağ bazunun qançırları, sol dirsəyin sıyrığı, ağrı sindiromu və hərəkət məhdudluğu ilə müşayiət olunan sol bazu oynağının yumşaq toxumalarının əzilməsi küt əşya (əşyalar) təsirindən törənmişlər, törənmə müddətləri onun məhkəmə-tibbi müayinəsindən 1 gün əvvəl olmaqla, xx.xx.2026-cı il tarixə uyğun gələ bilər və sağlamlığın qısa müddətə pozulmasına səbəb olduqlarına görə sağlamlığa yüngül dərəcəli zərərvurmaya aiddir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən əldə edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində əməliyyatsorğu kartotekasında heç bir məlumat yoxdur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sistemindən çıxarılmış iş yerinə dair arayışdan görünür ki, Təqsirləndirilən şəxs "xxxx" MMC-də baş texnoloqun müavini vəzifəsində işləyir və aylıq əmək haqqısı 550,0 manat təşkil edir. Bakı şəhəri 8 saylı Vəkil Bürosunun “Dövlət büdcəsi vəsaiti hesabına hüquqi yardım göstərmiş vəkilin hesabatı”na əsasən, Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Nümayəndə tərəfindən cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsi məqsədilə sərf edilmiş 7 (yeddi) iş saatına görə ödənilməli olan vəsaitin məbləği 77 (yetmiş yeddi) manat təşkil edir. Hüquqi məsələlər: Azərbaycan Respublikasının Cinayət Məcəlləsi: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza ... ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 59.1.4-cü maddəsinə əsasən cinayət törətmiş şəxsin himayəsində azyaşlı uşağın olması cəzanı yüngülləşdirən haldır. 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən həmin Məcəllənin 59.1.1-59.1.14cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə həmin Məcəllənin 99-1.1-ci nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. 128-ci maddəsinə əsasən sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurmamin manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi(bundan sonra mətndə CPM): 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. 124.2.2-ci maddəsinə əsasən ekspertin rəyi sübut kimi qəbul olunur. 125-ci maddəsinə əsasən həmin Məcəllənin tələblərinə riayət etməklə əldə edilmiş faktiki məlumatlar sübut kimi qəbul edilə bilər. 193.2-ci maddəsinə əsasən ... təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa ... cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. 193.5-ci maddəsinə əsasən həmin Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 nömrəli qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən ... cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında (bundan sonra mətndə Sərəncam) qeyd edilmişdir ki, ... məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən ... cinayətlərə görə həbs qətimkan tədbirinin geniş tətbiq edilməsi, habelə həmin cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Sərəncamın 8-ci bəndinə əsasən cəzanın ... məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza ... tətbiqi genişləndirilsin. Məhkəmə, Azərbaycan Respublikası CPM-in 145-ci maddəsinin tələblərinə müvafiq olaraq, cinayət işi üzrə toplanmış və məhkəmə istintaqı zamanı hərtərəfli, tam və obyektiv tədqiq edilmiş sübutları öz daxili inamına əsasən, onların məcmusunu ittihamın həlli üçün kifayət etməsi baxımından qiymətləndirərək belə qənaətə gəlir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam və birmənalı şəkildə sübuta yetirilmişdir. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək hadisənin baş vermə faktını etiraf etsə də, onun təqsirliliyi yalnız bu etirafla deyil, iş üzrə toplanmış və bir-biri ilə uzlaşan mötəbər sübutların məcmusu ilə təsdiqini tapmalıdır. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs təqsirini sübuta yetirən həlledici sübut kimi yuxarıda qeyd edilən məhkəmə-tibbi ekspertizanın rəyi çıxış edir ki, məlum ekspert rəyi öz elmi əsaslılığı və prosessual qanunvericiliyin tələblərinə uyğun əldə edilməsi səbəbindən heç bir şübhə doğurmur və ittihamın əsasını təşkil etmək üçün tam yararlıdır. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs təqsiri Zərərçəkmiş şəxs məhkəmə iclasında verdiyi ifadə ilə də öz təsdiqini tapır. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli təhqiqat orqanı tərəfindən Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə düzgün tövsif edilmiş, əməlinin cinayət olmasını aradan qaldıran və ya onu cinayət məsuliyyətindən azad edən hallar müəyyən edilmədiyindən, ona qanunla nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsində təsbit edilmiş fundamental prinsipləri – ədalət (maddə 8.1), cəzanın məqsədləri (maddə 41) və cəza təyin etmənin ümumi əsaslarını (maddə 58.3) rəhbər tutur. Məhkəmə həmçinin, bu kateqoriya işlər üzrə formalaşmış məhkəmə təcrübəsini, xüsusilə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" 25 iyun 2003-cü il tarixli, 4 nömrəli və "Məhkəmə hökmü haqqında" 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli Qərarlarının göstərişlərini nəzərə alır. Məhkəmə, həmçinin cəza siyasətinin humanistləşdirilməsi istiqamətində Azərbaycan Respublikası Prezidentinin yuxarıda adıçəkilən Sərəncamının nəzərə alınmalı olduğu qənaətinə gəlir və bunu məhkəmə-hüquq islahatları çərçivəsində Dövlətin mövqeyi kimi qəbul edir. Bu kontekstdə, məhkəmə törədilmiş cinayət əməlinin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların mövcudluğunu, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə potensial təsirini hərtərəfli təhlil edir. Törədilmiş əməlin ictimai təhlükəliliyi qiymətləndirilərkən, məhkəmə qeyd edir ki, cinayətin obyekti insanın sağlamlığıdır ki, bu da dövlətin ali dəyər kimi qoruduğu fundamental hüquqlardandır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməldən səmimi peşmançılıq çəkməsini və himayəsində 3 azyaşlı uşağın olması Azərbaycan Respublikası CM-in 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir. Həmçinin Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-in 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Bununla belə, məhkəmə cəza növünü seçərkən Təqsirləndirilən şəxs şəxsiyyətini xarakterizə edən digər məlumatları da diqqətdən kənarda saxlaya bilməz. Cinayətin ailəməişət zəminində, xüsusilə də təqsirləndirilən şəxsin həyat yoldaşına – fiziki cəhətdən ondan daha zəif olan və onunla etimada əsaslanan münasibətdə olan bir şəxsə qarşı törədilməsi, əməlin mənəvi-əxlaqi tərəfdən ictimai təhlükəliliyini artırır. Təqsirləndirilən şəxs törətdiyi əməl içkili vəziyyətdə olması səbəbindən yaranmışdır. Bu, təqsirləndirilən şəxsin öz emosiyalarına nəzarət etməkdə çətinlik çəkdiyini və aqressiv davranışa meylli olduğunu göstərir. Belə davranış, xüsusilə ailə daxilində, cəmiyyət üçün yolverilməzdir və qanunun sərt reaksiyasını tələb edir. Azərbaycan Respublikası CM-in 128-ci maddəsinin sanksiyası cərimə, ictimai işlər, islah işləri, azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə kimi alternativ cəza növlərini nəzərdə tutur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Qərarının 3-cü bəndinin 2-ci hissəsinə əsasən məhkəmə cinayət törətmiş şəxs barəsində işin konkret hallarını və şəxsiyyəti haqqında məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin hazırki xarakterli cinayəti ilk dəfə törətməsini, həmçinin yuxarıda sadalanan yüngülləşdirici halların məcmusunu, xüsusən də himayəsində üç azyaşlı övladının olmasını nəzərə alaraq, onun islah olunması hələ də cəmiyyətdən təcrid edilmədən mümkün olduğu qənaətinə gələrək, ailə münasibətlərinin bərpasına mənfi təsir göstərməmək və cəzanın ədalətlilik prinsipinə tam uyğun olmasını təmin etmək məqsədilə, Azərbaycan Respublikası CM-in 128-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş ən yüngül cəza növlərindən biri olan cərimə cəzasının təyin edilməsini zəruri və kifayətdir. İş üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Həmçinin məhkəmə hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Nümayəndə hər iş saatına görə 11 manat olmaqla məhkəmə icraatı zamanı sərf etdiyi 7 iş saatı üçün cəmi 77 (yetmiş yeddi) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 8 saylı Vəkil Bürosunun hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T. BİK AİİBAZ2X, hesab AZ35AİİB********************, VÖEN **********) köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ:

1. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin.

2. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsinə əsasən 1000 (min) manat miqdarında cərimə cəzası təyin edilsin.

3. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Nümayəndə hər iş saatına görə 11 manat olmaqla məhkəmə icraatı zamanı sərf etdiyi 7 iş saatı üçün cəmi 77 (yetmiş yeddi) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 8 saylı Vəkil Bürosunun hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T. BİK AİİBAZ2X, hesab AZ35AİİB********************, VÖEN **********) köçürülsün.

4. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər.

5. Apellyasiya şikayəti və apellyasiya protesti verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Hakim Vüqar Məhərrəmov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar