Məhkəmə qərarları › İş №1(5-95)-6/2026

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(5-95)-6/2026

28.01.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(5-95)-6/2026 28.01.2026 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmov Emin Şahin oğlunun sədrliyi, Şükürov Murad Şahin oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1991-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Vaqif küçəsi, döngə 4, ev 23 A-da qeydiyyatda olmaqla yaşamış, barəsində xx.xx.2025-ci il tarixdən hesablanmaqla “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq təmiz çəkisi 0,434 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini xeyli miqdarda əldə edib üzərində saxlamaqla 17 iyul 2025-ci il tarixdə Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, F.Aynulov küçəsində yerləşən 29 saylı Birləşmiş Şəhər Xəstəxanasının yaxınlığına kimi daşımış, həmin gün orada saat 15 radələrində piyada hərəkətdə olduğu vaxt Xəzər RPİ-nin 3-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli şəxs kimi saxlanılaraq orada videoçəkiliş aparılmaqla üzərinə yoxlama keçirilən zaman əynində olan göy rəngli şalvarının sağ cibində 01 ədəd şəffaf rəngli sellofana bükülmüş təmiz çəkisi 0,434 qram olan kustar üsulla hazırlanmış həmin xeyli miqdarda psixotrop maddə metamfetamin 01 ədəd bükümdə Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüşdür. Bundan başqa o, tamah niyyətilə özgənin əmlakını gizli olaraq talamaq məqsədilə tanışı X11 ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək 2025-ci ilin iyul ayının ortalarında saat 20 radələrində Zərərçəkmiş şəxs məxsus ünvan 1 ünvanında yerləşən yaşayış evinin hasarından aşaraq həyətə, ordan isə bir mərtəbəli evin pəncərəsini açaraq Yaşar Hacıyevlə birlikdə evin yaşayış sahəsinə qanunsuz daxil olaraq evdən Zərərçəkmiş şəxs məxsus olan 01 ədəd 200 manat dəyərində istifadə olunmuş «LG» markalı paltaryuyanı, 01 ədəd 100 manat dəyərində istifadə olunmuş soyuducu motorunu, 01 ədəd 70 manat dəyərində istifadə olunmuş su sayğacını, 01 ədəd 100 manat dəyərində istifadə olunmuş dəmir qapını, hər biri 50 manat ümumi dəyəri 100 manat olan 02 ədəd istifadə olunmuş ətçəkən maşını, hər biri 100 manat ümumi dəyəri 200 manat olan 02 ədəd istifadə olunmuş dəmir sobanı, 03 ədəd cəmi 50 manat dəyərində istifadə olunmuş aliminium qazanı, 01 ədəd 400 manat dəyərində istifadə olunmuş divanı, 01 ədəd 500 manat dəyərində istifadə olunmuş paltar dolabını, 100 manat dəyərində istifadə olunmuş aliminium qapı və pəncərəni, həyətdən isə cəmi 200 manat dəyərində 300 metr uzunluğunda istifadə olunmuş elektrik naqilini götürüb hasardan aşaraq X11 ilə birlikdə özləri ilə aparmaqla çıxıb gedərək həmin əmlakları istintaqla müəyyənləşdirilməsi mümkün olmayan şəxslərə satıb əldə etdikləri pulları öz aralarında bölüşdürərək şəxsi ehtiyaclarına sərf edib özgənin əmlakını qabaqcadan əlbir olan bir qrup şəxs halında yaşayış sahəsinə qanunsuz daxil olmaqla gizli olaraq talayıb Zərərçəkmiş şəxs ümumilikdə 2020 manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında dindirilmiş Təqsirləndirilən şəxs ifadəsində özünü ittiham olunduğu əməllərin törədilməsində qismən təqsirli bilərək bildirdi ki, narkotik vasitələrdən ar-b=sıra istifadə edir. xx.xx.2025-ci il tarixdə günorta saatlarında tanışı Yaşarla birlikdə Binə qəsəbəsində olarkən polis əməkdaşları tərəfindən saxlanılmışlar. Polislər ona şübhəli olduğunu bildirərək üzərinə bacış keçirmişlər. Baxış zamanı üstündən qanunsuz maddə aşkar edilməmişdir. Lakin psixoloji təzyiqlərə məruz qaldığından videoçəkiliş zamanı psixotrop maddə üstündə gəzdirməsini etiraf etmişdir. Bundan başqa Zərərçəkmiş şəxs onunla eyni küçədə yaşadığı üçün tanıyır. X8 isə Zərərçəkmiş şəxs qohumudur. 2025-ci ilin iyul ayının ortalarında Yaşarla Elbrusun evinə daxil olaraq oğurluq etmək istəmişlər. İlk öncə hasardan aşaraq həyətə daxil olmuşlar. Sonra isə evin pəncərəsindən evə girmişlər. Otaqları axtararkən orada divan, kreslo, qab-qacaq və paltarların olduğunu görmüşlər. Həmin əşyaları pəncərədən çıxarmaq mümkün olmayacağını bildiklərindən daxil olduqları pəncərədən yenidən həyətə çıxmışlar. Sonra isə hasardan aşaraq getmişlər. İbtidai istintaq zamanı psixoloji təzyiqlər nəticəsində həmin həyətdən naqillər oğurladığını demişdir. Məhkəmə iclasında zərərçəkmiş qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, ünvan 1 ünvanında fərdi yaşayış evi vardır. Həmin evdə daimi yaşayış yoxdur, ara-sıra evə baş çəkir. Sonuncu dəfə 26 sentyabr 2025-ci il tarixdə evə gəldikdə evdən oğurluq olunması aşkar edilmişdir. Həmin vaxt evə baxış keçirdikdə evdən naməlum şəxs tərəfindən «LG» markalı paltaryuyan, soyuducu motoru, su sayğacı, dəmir qapı, ətçəkən maşın, dəmir soba, aliminium qazanlar və sair əşyaların oğurlandığını aşkar etmişdir. Evdən oğurluq olması barədə DİN-nin 102 xidmətinə zəng edib məlumat verildikdən sonra Xəzər RPİ-nin 3- cü PŞ-nə ərizə ilə müraciət edilmişdir. Oğurluq nəticəsində ümumilikdə 2020 manat maddi zərər dəymişdir. Sonradan məlum olmuşdur ki, evə qanunsuz daxil olan və evdən oğurluq edən şəxslər X5 və X7r. Dəymiş maddi ziyan ödənməmişdir. Qohumu və təşkilatçı olduğu üçün Yaşardan şikayətçidir. Seymura qarşı şikayəti yoxdur. Əvvəlki məhkəmə iclasında dindirilmiş şahid Xəzər RPİ-nin 3-cü PŞ-nin CA üzrə əməliyyat müvəkkili Şahid2 ifadəsində bildirmişdir ki, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi ərazisində Yaşar və Seymur adlı şəxslərin narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə Xəzər RPİ-nin 3-cü PŞ-nə məlumat daxil olmuşdur. Bununla bağlı onların cinayət əməllərini aşkar etmək məqsədilə əməliyyat tədbirlərinin keçirilməsindən sonra ondan və Xəzər RPİ-nin 3-cü PŞ-nin CA üzrə əməliyyat müvəkkili Şahid1 ibarət əməliyyat qrupu yaradılmışdır. xx.xx.2025-ci il tarixdə, saat 15 radələrində keçirilmiş əməliyyat tədbirləri nəticəsində Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi ərazisində yerləşən 29 saylı BŞX-nm yaxınlığında X8 və Təqsirləndirilən şəxs saxlanılmışdır. Videoçəkilişlə üzərinə baxış keçirilən zaman Təqsirləndirilən şəxs əynindəki göy rəngli şalvarın sağ yan cibindən bir ədəd şəffaf sellofana bükülmüş bükümü çıxararaq təqdim etmiş və içərisində “şüşə” kimi tanıdığı psixotrop maddə metamfetamin olduğunu bildirmişdir. Həmin bükümü Suraxanı rayonu ərazisində tanımadığı şəxsdən şəxsi istifadəsi üçün aldığını demişdir. Həmin büküm zərfə qoyularaq qablaşdırılmış və araşdırmaya təqdim olunmaq üçün götürülmüşdür. Daha sonra onlar Təqsirləndirilən şəxs Xəzər RPİ-nin 3-cü PŞ-nə aparmışlar. Saxlanılan zaman və 3-cü PŞ-də Təqsirləndirilən şəxs üzərində aparılan şəxsi axtarış, baxış və götürmə zamanı ona qarşı heç bir fiziki və psixoloji təzyiq göstərilməmişdir. Məhkəmə iclasında ibtidai istintaq zamanı vermiş olduğu ifadəsi elan edilmiş digər şahid Xəzər RPİ-nin 3-cü PŞ-nin CA üzrə əməliyyat müvəkkili Şahid1 verdiyi ifadəsində Şahid2 ilə oxşar məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Xəzər RPİ-nin 3-cü PŞ-nin rəisinin xx.xx.2025-ci il tarixli əmrindən aydın olur ki, Təqsirləndirilən şəxs və X3 narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında Xəzər RPİ-nin 3-cü PŞ-nin əməkdaşlarından ibarət əməliyyat qrupu yaradılmışdır; - Xəzər RPİ-nin 3-cü PŞ-nin əməliyyat müvəkkili Şahid1 xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs və X3 narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında əməliyyat-axtarış tədbirlərinin keçirilməsi qərara alınmışdır; - Şübhəli şəxsin tutulması haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, xx.xx.2025-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməsinə bilavasitə şübhə yarandığından o, Xəzər RPİ-nin 3-cü PŞ-nin baş təhqiqatçısı A.Hacıyev tərəfindən şübhəli şəxs qismində tutulmuşdur; - xx.xx.2024-cü il tarixli şəxsi axtarış, baxış və götürmə aparılması barədə prokotoldan görünür ki, xx.xx.2025-ci il tarixində Təqsirləndirilən şəxs Xəzər rayonu, Binə qəsəbəsi, F.Aynulov küçəsi, 29 saylı BŞX-nin yaxınlığında sazlanılmış, videogörüntü ilə üzəri yoxlanan zaman əynindəki göy rəngli şalvarın sağ yan cibindən 01 ədəd şəffaf sellofana bükülmüş kütlə aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bükümün içində psixotrop maddə “metamfetamin” olduğunu, onu həmin gün Suraxanı qəsəbəsindən tanımadığı şəxsdən 10 manata şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Protokola dair şikayət və qeyd olmamış, müdafiəçi və Təqsirləndirilən şəxs tərəfindən imzalanmışdır; - Məhkəməyədək icraat dövründə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən keçirilmiş materialların məhkəmə ekspertizasının xx.xx.2025-ci il tarixli 6/2478 saylı rəyindən aydın olur ki, tədqiqata təqdim edilmiş, üzərində DİN “Zərflər üçün № 244” möhür əksi olan, “Sövqatov (imza)”sözləri, soyadlar və imzalar olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 0,434 qram olan ağ rəngli, kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə- metamfetamindir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən “psixotrop maddələr”in siyahısına (Siyahı İ) daxildir; - xx.xx.2025-ci il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, həmin tarixdə Bakı şəhəri Xəzər rayonu, Binə qəsəbəsi, Vaqif küçəsi, döngə 4də yerləşən Elburus Hacıyevə məxsus fərdi yaşayış evində baş vermiş oğruluq hadisəsi ilə bağlı baxış keçirilmişdir; - Azərbaycan Respublikası DİN-nin Kriminaltik Təhqiqatlar İdarəsinin 01 oktyabr 2025-ci il tarixli 3-13-11/7-11471/2025 №-li məktubundan görünür ki, Bakı şəhəri Xəzər rayonu, Binə qəsəbəsi, Vaqif küçəsi, döngə 4-də yerləşən Elburus Hacıyevə məxsus fərdi yaşayış evində baş vermiş oğruluq hadisəsi ilə bağlı müqayisəli tədqiqatlar nəticəsində əl izlərindən 02 ədədinin (ADİS məlumat bankına Xəzər RPİ-nin 3-cü PŞ-dən daxil olan) xx.xx.1991 -ci ildə Bakı şəhərində anadan olmuş Təqsirləndirilən şəxs sol əlinin ovucu (02 dəfə) (dolabın güzgüsü) ilə 02 ədədinin (ADİS məlumat bankına Xəzər RPİ-nin 3-cü PŞdən daxil olan) xx.xx.1989-cu ildə Bakı şəhərində anadan olmuş X2 əlinin ovucu (02 dəfə) (dolabın güzgüsü) ilə eynilik müəyyən edilmişdir; - xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir; - xx.xx.2025-ci il tarixli cinayət işinin birləşdirilməsi, icraata qəbul edilməsi və əməlin tövsif edilməsi haqqında qərardan görünür ki, ********* saylı cinayət işi ********* saylı cinayət işinə birləşdirilərək icraata qəbul edilmiş və cinayət işi üzrə cinayət əməlləri 177.2.1 və 177.2.3-cü maddələrindən həmin Məcəllənin 177.2.1, 177.2.3 və 234.1-ci maddələrinə tövsif edilmişdir; - xx.xx.2025-ci il tarixli qərardan məlum olur ki, X9 cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır; - Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 4(003)-399/2025 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, əvvəli xx.xx.2025-ci il tarixdən hesablanmışdır. - Məhkumluğun yoxlanılmasına dair Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə CM-nin 177.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 08 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, xx.xx.2021-ci ildə cəzasının sonu ilə azad edilmişdir; - CD diskə baxış keçirilməsi haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, 17 iyul 2025-ci il tarixdə, Bakı şəhər, Xəzər RPİ-nin 3-cü Polis Şöbəsinin inzibati binasında xidməti iş otağında Bakı şəhəri, 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Xəzər RPİ-nin 3cü PŞ-nin baş təhqiqatçı polis mayoru X12 və CA üzrə əməliyyat müvəkkilləri polis baş leytenantı Şahid2 və polis leytenantı Şahid1 iştirakları ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış, baxış və götürmə istintaq hərəkəti aparılmış, baş təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə saat 15 radələrində Xəzər RPİ-nin 3-cü PŞ-nin əməkdaşları tərəfindən yanında olmuş X11 ilə birlikdə saxlanılması, saxlanılarkən üzərindən bir ədəd büküm aşkar olunması və həmin büküm əməkdaşlar tərəfindən bir ədəd zərfdə qablaşdırılaraq götürüldüyünü bildirilmişdir. Bu zaman Xəzər RPİ-nin 3-cü PŞnin əməliyyat müvəkkili polis leytenantı Şahid1 həmin zərfi araşdırmaya təqdim etmişdir. Baş təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs sual verilərək üzərindən aşkar edilərək götürülmüş və araşdırmaya təqdim edilmiş bir ədəd şəffaf sellofana bükülmüş bükümdə nə olduğunu, haradan, kimdən, neçəyə və nə məqsədlə əldə etdiyi barədə soruşulmuş, Təqsirləndirilən şəxs cavab verərək həmin bükümdə “şüşə” kimi tanıdığı psixotrop maddə olan metamfetamin olduğunu, tanışı Yaşarla birlikdə gedib Suraxanı rayonu ərazisində şəxsi istifadəsi üçün tanımadıqları eyni şəxsdən 10 manata aldığını bildirmişdir. Bundan sonra Xəzər RPİ-nin 3-cü PŞ-nin baş təhqiqatçısı polis mayoru Anar Hacıyev tərəfindən bükümə baxış keçirildikdən sonra bir ədəd zərfdə qablaşdırılaraq möhürlənib götürmüşdür. Sonda Bakı şəhəri, 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi müdafiə etdiyi şəxs Təqsirləndirilən şəxs sual verərək hər hansı bir şikayət və etirazı olub-olmamasını, polis əməkdaşları tərəfindən hər hansı bir fiziki və ya psixoloji təsirə məruz qalıb-qalmamasını, eləcə də təqdim etdiyi maddənin özünə məxsus olub-olmamasını soruşduqda Təqsirləndirilən şəxs cavab verərək heç bir şikayət və etirazı olmadığını, polis əməkdaşları tərəfindən heç bir fiziki və ya psixoloji təzyiqə məruz qalmadığını və təqdim etdiyi maddənin özünə məxsus olduğunu bildirmişdir; - Məhkəməyədək icraat dövründə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi tərəfindən keçirilmiş ambulator məcburi-narkoloji tibbi yoxlamanın xx.xx.2025-ci il tarixli, 4445 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabinoidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan Asılılıq Sindromu (Narkomaniya Xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi mualicəyə ehtiyacı vardır. Ərazi narkoloji dsipanserində qeydiyyata alınması məsləhət görülür; - Təqsirləndirilən şəxsin dindirilməsi haqqında xx.xx.2025-ci il tarixli protokoldan aydın olur ki, Təqsirləndirilən şəxs müdafiəçinin iştirakı ilə verdiyi ifadəsində üzərindən aşkar edilmiş psixotrop maddə olan metamfetamini şəxsi istifadəsi üçün tanımadığı şəxsdən alaraq üzərində saxlamaqla daşıdığını, həmçinin X4 evindən yalnız mis naqillər oğurladığını etiraf etmiş və “ifadəmi oxudum, düzdür, imzamla təsdiq edirəm” qeyd edərək imzalamışdır; - xx.xx.2025-ci il tarixli təqsirləndirilən şəxsə yenidən ittiham elan etmə haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 234.1-ci maddələri yenidən ittiham elan edilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi onun qismən etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü qismən təqsirli bilməsi barədə verdiyi ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, onun bu ifadəsi qeyri-səmimi olmaqla yanaşı işin həqiqi hallarına uyğun gəlməməklə digər mötəbər sübutlarla tam təkzib olunur və o, həmin ifadəsini cinayət məsuliyyətindən yayınmaq məqsədi ilə vermişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəllənin 177.2.3-cü maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəllənin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «dövriyyəsi qadağan edilən “psixotrop maddələr”in siyahısına (İ siyahı) əsasən təmiz çəkisi 0,434 qram olan psixotrop maddə metamfetamin xeyli miqdar hesab olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 234.1-ci maddələri ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 18.1-ci maddəsinə görə qəsdən cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs, yenidən qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduqda cinayətlərin residivi hesab olunur; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.3-ci maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün — ciddi rejimli cəzaçəkmə müəssisələrində cəza çəkmələri müəyyən edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz; 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır; 83.3.4-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş hesab olunur; 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 06 sentyabr 2010-cu il tarixli qərarında qeyd edilmişdir ki, şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən qanunverici həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. Məhkəmə zərərçəkmiş şəxs X4 şikayətçi olmamasını Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə yaranmış məhkumluğunun (xx.xx.2021-ci ildə cəzanın sonu ilə azad edilmişdir) ödənilməməsi cinayətin residivini yaradır. Təqsirləndirilən şəxs əməlində cinayətin residivi Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal hesab edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsiri nəzərə alınmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 234.1-ci maddələri ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası təyin edilməli, cinayətlərin məcmusu qaydasında təyin edilmiş cəzalar qismən toplanmalı, şübhəli şəxs kimi tutulduğu 02 gün müddət bir günə bir gün hesabı ilə ona təyin olunmuş cəzaya hesablanmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, cəzaçəkmə müddətinin əvvəli xx.xx.2025-ci il tarixdən hesablanmalı, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.3), ona narkomaniyadan məcburi müalicə təyin edilməli, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut kimi saxlanılan qalıq 0,384 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 2 ədəd disk cinayət işinin materiallarında saxlanılmalı, 65 manat ekspertiza tədqiqatlarının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin hüquqlarının ibtidai istintaq zamanı və məhkəmə iclaslarında müdafiəsi xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 31 nömrəli Qərarına dəyişikliklər edilməsi haqqında xx.xx.2025-ci il tarixli 141 saylı Qərarına əasasən hər iş saatı üçün 11 manat məbləğində müəyyən edilərək dövlət büdcəsindən ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayəyt Məcəlləsinin 177.2.1, 177.2.3, və 234.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək ona CM-nin 177.2.1, 177.2.3-cü maddələri ilə 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası, CM-nin 234.1-ci maddəsi ilə 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs üzərində qəti olaraq 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək şübhəli şəxs kimi tutulduğu 02 (bir) gün müddət bir günə bir gün hesabı ilə ona təyin olunmuş cəzaya hesablansın və üzərində 02 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli xx.xx.2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Bakı şəhəri Xəzər Rayon Polis İdarəsində maddi sübut kimi saxlanılan qalıq 0,384 qram psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, 02 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 65 manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ35AİİB********************, VÖEN **********). Bakı şəhəri, 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaq zamanı müdafiə edilməsinə görə sərf etdiyi 20 saat vaxta görə 220 manat, məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 10 saat vaxta görə 110 manat olmaqla, cəmi 330 manat məbləğində pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsindən tutularaq 8 saylı Vəkil Bürosunun hesablaşma hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ35AİİB**********17 0026 6117, VÖEN **********) ödənilsin. Hökmdən, elan olunduğu (Təqsirləndirilən şəxs isə təqdim edildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Emin Rüstəmov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar