Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(5-95)-60/2026 25.02.2026 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ X10 Hidayət oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi, Şikayət vermiş şəxs X6, Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X2 iştirakları ilə, X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM) 147.2-ci maddəsi ilə məsuliyyətə cəlb edilməsi haqqında X6 xüsusi ittiham qaydasında şikayətinə məhkəmənin hazırlıq iclasında baxaraq, M ü ə y y ə n e t d i: X1 Elməddin Təvəkkül oğlunun CM-nin 147.2-ci maddəsi ilə məsuliyyətə cəlb edilməsi haqqında xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, X5 ilə tanışlığı Ağababa vasitəsi ilə olub. Nağıdan ilkin ödənişsiz maşın verməsini xahiş edib. E.Abdullayev ilə Nağı arasında ödənişə görə mübahisə yaranmışdır. E.Abdullayev öhdəliyin yerinə yetirdiyini deyirdi, Nağı isə 3800 manat borclu olduğunu təkid edirdi. Nağı Elməddinə verdiyi etibarnaməni ləğv etmiş, Elməddin maşını gizlətmişdir. Bir ilə yaxın Sabunçu Rayon 14 saylı Polis Şöbəsi ilə Xəzər Rayon 2-ci PŞ arasında axtarış nəticəsiz olmuşdur. Nağı ondan köməklik göstərməsini xahiş edib 2017-ci ildə 20 illiyə 50 saylı natoriat kontorunda ona vəkalətnamə vermişdir. Bir ilə yaxın iki rayon polis idarələri arasında Nağının maşını tapılmayanda qanundan kənar iş görməyə qərar vermişdir. Elməddinin sürdüyü maşını əlindən alıb Nağının maşınını gətirəndən sonra qaytarmaq qərarına gəlmişdir. Qanundan kənar hərəkət etməyə onu mövcud şərait məcbur etmişdir. Nağı ilə Elməddinin Nəsimi Rayon Məhkəməsində 2023-cü ilin mart ayından münasibətləri araşdırılmış və məhkəmə gizlədilmiş maşını Nağıya qaytarılması haqqında qətnamə çıxarmışdır. Maşın isə yox idi. Elməddinin sürdüyü başqa maşını Xəzər rayon 2 saylı PŞ-nin qabağında kameranın altında əlindən almış, qabaq saxlancda gizlədilmiş maşının sənədləri olduğunu və həmin sənədləri texniki pasportu Elməddin öz adına saxtalaşdırdığını ona demişdir. Nağı 2 saylı PŞ-nin qabağına gələndə onu maşından düşürmək barədə mübahis olmuş, o isə maşından düşməmişdir. Nağı da orada olmuş və o da maşından düşdüm. Nağı avtomobilin bardaçokundan avtomobilin sənədlərini götürüb baxanda Elməddinin avtomaşının sənədlərini dəyişib öz adına saxta sənəd düzəldib. Elməddin ona maşınıdan pul kisəsi, içərisində 200 manat pul, oğluna məxsus hədiyyə, xarici pasport, əmək kitabçası, hərbi bilet və s. sənədləri götürməsi ilə bağlı böhtan atmışdır. Bunların hamısı məhkəmədə böhtan olduğu sübuta yetirilmidir. Odur ki, X2 CM-nin 147.2-ci maddəsi ilə təqsirləndirilməsinə və barəsində cinayət təqibinin başladılmasına dair qərar qəbul edilməsini xahiş edir. Məhkəmənin hazırlıq iclasında xüsusi ittiham qaydasında şikayət vermiş şəxs müraciətə uyğun çıxış edib, barəsində CM-nin 177.1 və 332.1-ci maddələri ilə başlanmış cinayət işi üzrə bəraət almasına dair Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin hökmünün və həmin hökmün qüvvədə saxlanılmasına dair Bakı Apellyasiya Məhkəməsinin qərarının surətlərini təqdim edərək şikayəti müdafiə etməklə X2 CM-nin 147.2-ci maddəsilə təqsilərdirilən şəxs qismində tanınmasını və işin məhkəmə baxışına təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin hazırlıq barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X3 şikayətin əsassız olduğunu vurğulayıb haqqında verilmiş xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə baxışının keçirilməsindən və xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə, tərəfləri dinləyib, xüsusi ittiham qaydasında verilmiş şikayəti araşdırıb, habelə məhkəmənin hazırlıq iclasında xüsusi ittihamçının dəlillərini nəzərdən keçirərək hesab edir ki, hazırkı şikayət üzrə məhkəmə baxışının keçirilməsi qeyri-mümkündür və icraata qəbul edilməsindən imtina edilməlidir. Belə ki, CPM-nin 299.1, 299.3 və 299.3.3-cü maddələrinin tələblərinə görə məhkəmənin hazırlıq iclası xüsusi ittiham qaydasında şikayətdə, irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir. Hər bir halda cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmənin hazırlıq iclasında məhkəməyə daxil olmuş xüsusi ittiham qaydasında şikayətin ona aid olub-olmaması və şikayətin məzmununun CPM-nin 293.3.1-293.3.7-ci maddələrinin müddəalarına uyğun olubolmaması barədə məsələlərə baxılmalıdır. «Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli 3 nömrəli Qərarın 11-ci bəndində qeyd edilmişdir ki, məhkəmələrin nəzərinə çatdırılsın ki, xüsusi ittiham qaydasında icraatın başlanmasına səbəb yalnız zərər çəkmiş şəxs tərəfindən xüsusi ittiham qaydasında verilmiş şikayət ola bilər. Xüsusi ittiham qaydasında şikayət yazılı şəkildə cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan birinci instansiya məhkəməsinə verilir. Şikayətdə aşağıdakılar göstərilməlidir: şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi), törədilmiş cinayət barəsində məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği), cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi, şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi, cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş, şikayətin verildiyi tarix (il, ay və gün), şikayəti vermiş şəxsin imzası (CPM-nin 293.3.1, 293.3.7-ci maddələri). Həmin qərarda məhkəmələrə tövsiyə edilmişdir ki, xüsusi ittiham qaydasında şikayətə məhkəmənin hazırlıq iclasında baxılması mərhələsində şikayətin məzmununun CPM-nin 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun olub-olmamasını yoxlasınlar. Xüsusi ittiham qaydasında şikayət bu tələblərə cavab vermədikdə, habelə CPM-nin 302.1.2- 302.1.4 və 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş halları müəyyən etdikdə məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərar qəbul edir. Cinayət prosessual qanunvericiliyin tələblərinə görə xüsusi ittiham qaydasında şikayət üzrə materialların hazırlanmasını həyata keçirmək xüsusi ittihamçının vəzifəsidir (CPM-nin 88.4.1-ci maddəsi). Şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edilir (CPM-nin 302.1.3-cü maddəsi). Şikayət əsassız olduqda və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədikdə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edilir (CPM-nin 302.1.7-ci maddəsi). Məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək bu Məcəllənin 302.1.2-302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərarlar çıxarır (CPM-nin 302.2.3-cü maddəsi). Məhkəmə xüsusi ittiham qaydasında verilmiş şikayət ərizəsinə nəzərdən keçirib hesab edir ki, xüsusi ittiham qaydasında verilmiş şikayət ərizəsinin icraata qəbul edilməsindən imtina edilməlidir. Odur ki, şikayətin məzmununun CPM-nin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadığını, şikayətin əsassız olduğunu və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutların əks etdirilmədiyini nəzərə alaraq məhkəmə hesab edir ki, xüsusi ittiham qaydasında verilmiş şikayət üzrə məhkəmə baxışının keçirilməsindən və xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina edilməlidir. Qeyd olunanlara əsasən və CPM-nin 300 və 302-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə r a r a a l d ı: X8 tərəfindən X2 CM-nin 147.2-ci maddəsi ilə məsuliyyətə cəlb edilməsi haqqında verilmiş xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə baxışının keçirilməsindən və xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina edilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin vasitəsi ilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. X11
Məhkəmə qərarları › İş №1(5-95)-60/2026
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №1(5-95)-60/2026
25.02.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver