Məhkəmə qərarları › İş №1(5-95)-68/2026

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №1(5-95)-68/2026

23.02.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(5-95)-68/2026 23.02.2026 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ X6 Hidayət oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi, Şikayət vermiş şəxs X3 iştirakları ilə, X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM) 147 və 148-ci maddələri ilə məsuliyyətə cəlb edilməsi haqqında X3 xüsusi ittiham qaydasında şikayətinə məhkəmənin hazırlıq iclasında baxaraq, M ü ə y y ə n e t d i: X1 Ceyhun Əsgər oğlunun CM-nin 147 və 148-ci maddələri ilə məsuliyyətə cəlb edilməsi haqqında xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində RX seriyalı, ******* nömrəli çıxarışa əsasən Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Viktor Seryogin küçəsi, ev 12b mənzil 37 və həmçinin dövlət reyestrində RX seriyalı, ******* nömrəli çıxarışa əsasən Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Rasim İmanov küçəsi 2a/Mənzil 33 mülkiyyət hüquqi ilə X5 məxsusdur. X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2, 311.3.1 və 311.3.3-cü maddələri ilə təqsirləndirilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2021-ci il tarixli 1(101)- 427/2021 saylı hökmü ilə digər X3 mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Viktor Seryogin küçəsi, ev 12b mənzil 37 və Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Rasim İmanov küçəsi ev 2a/Mənzil 33 xüsusi müsadirə edilmiş, Bakı Apellyasiya Məhkəməsi Cinayət Kollegiyasının xx.xx.2023-cü il tarixli, 1(103)-25/2023 nömrəli qərarı ilə və Azərbaycan Respublikası Ali Məhkəməsi Cinayət Kollegiyasının xx.xx.2025-ci il tarixli 1(102)-105/2025 nömrəli qərarı ilə həmin hökm dəyişdirilmədən saxlanılmışdır. Keçirilən məhkəmə proseslərinin, qərarların məhz xüsusi müsadirə ilə bağlı hissəsi, heç bir araşdırma aparmayaraq, heç bir sübuta istinad etməyərək yürütdüyü qərəzli ilkin istintaq aparan Azərbaycan Respublikası Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin müstəntiqi X4 qərəzinin və qanunsuz hərəkətlərinin nəticəsidir. X8 bu cinayət işi üzrə təqsirləndirilən şəxs kimi müstəntiq tərəfindən bir dəfə də olsun belə ilkin istintaqa çağırılmayaraq, dindirilməmiş və həmçinin hakimlər tərəfindən də heç bir məhkəmə proseslərinə cəlb edilmədiyi, üzərinə maddi məsuliyyət qoyula biləcək şəxs kimi tanınmadığı halda ona məxsus olan heç bir əmlaka xüsusi müsadirə çıxarıla bilməz. Bütün bu sadalananlar Azərbaycan Respublikasının Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin müstəntiqi X4 qanunvericiliyin müvafiq normalarına məhəl qoymamasının nəticəsidir. Göstərilənlərə əsasən Azərbaycan Respublikasının Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin müstəntiqi X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147 və 148-ci maddələri ilə təqsirləndirilməsinə və barəsində cinayət təqibinin başladılmasına dair qəra qəbul edilməsini xahiş edir. Məhkəmənin hazırlıq iclasında xüsusi ittiham qaydasında şikayət vermiş şəxs nümayəndəsi müraciətə uyğun çıxış edib, şikayəti müdafiə edərək X4 CM-nin 147 və 148ci maddələri ilə təqsilərdirilən şəxs qismində tanınmasını və işin məhkəmə baxışına təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Məhkəmə, xüsusi ittiham qaydasında şikayət vermiş şəxsi xüsusi ittiham qaydasında verilmiş şikayəti araşdırıb, habelə məhkəmənin hazırlıq iclasında xüsusi ittihamçının dəlillərini nəzərdən keçirərək hesab edir ki, hazırkı şikayət üzrə məhkəmə baxışının keçirilməsi qeyri-mümkündür və icraata qəbul edilməsindən imtina edilməlidir. Belə ki, CPM-nin 299.1, 299.3 və 299.3.3-cü maddələrinin tələblərinə görə məhkəmənin hazırlıq iclası xüsusi ittiham qaydasında şikayətdə, irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir. Hər bir halda cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmənin hazırlıq iclasında məhkəməyə daxil olmuş xüsusi ittiham qaydasında şikayətin ona aid olub-olmaması və şikayətin məzmununun CPM-nin 293.3.1-293.3.7-ci maddələrinin müddəalarına uyğun olubolmaması barədə məsələlərə baxılmalıdır. «Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli 3 nömrəli Qərarın 11-ci bəndində qeyd edilmişdir ki, məhkəmələrin nəzərinə çatdırılsın ki, xüsusi ittiham qaydasında icraatın başlanmasına səbəb yalnız zərər çəkmiş şəxs tərəfindən xüsusi ittiham qaydasında verilmiş şikayət ola bilər. Xüsusi ittiham qaydasında şikayət yazılı şəkildə cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan birinci instansiya məhkəməsinə verilir. Şikayətdə aşağıdakılar göstərilməlidir: şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi), törədilmiş cinayət barəsində məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği), cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi, şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi, cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş, şikayətin verildiyi tarix (il, ay və gün), şikayəti vermiş şəxsin imzası (CPM-nin 293.3.1, 293.3.7-ci maddələri). Həmin qərarda məhkəmələrə tövsiyə edilmişdir ki, xüsusi ittiham qaydasında şikayətə məhkəmənin hazırlıq iclasında baxılması mərhələsində şikayətin məzmununun CPM-nin 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun olub-olmamasını yoxlasınlar. Xüsusi ittiham qaydasında şikayət bu tələblərə cavab vermədikdə, habelə CPM-nin 302.1.2- 302.1.4 və 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş halları müəyyən etdikdə məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərar qəbul edir. Cinayət prosessual qanunvericiliyin tələblərinə görə xüsusi ittiham qaydasında şikayət üzrə materialların hazırlanmasını həyata keçirmək xüsusi ittihamçının vəzifəsidir (CPM-nin 88.4.1-ci maddəsi). Şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edilir (CPM-nin 302.1.3-cü maddəsi). Şikayət əsassız olduqda və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədikdə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edilir (CPM-nin 302.1.7-ci maddəsi). Məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək bu Məcəllənin 302.1.2-302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərarlar çıxarır (CPM-nin 302.2.3-cü maddəsi). Məhkəmə xüsusi ittiham qaydasında verilmiş şikayət ərizəsinə nəzərdən keçirib hesab edir ki, xüsusi ittiham qaydasında verilmiş şikayət ərizəsinin icraata qəbul edilməsindən imtina edilməlidir. Odur ki, şikayətin məzmununun CPM-nin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadığını, şikayətin əsassız olduğunu və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutların əks etdirilmədiyini nəzərə alaraq məhkəmə hesab edir ki, xüsusi ittiham qaydasında verilmiş şikayət üzrə məhkəmə baxışının keçirilməsindən və xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina edilməlidir. Qeyd olunanlara əsasən və CPM-nin 300 və 302-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə r a r a a l d ı: X8 tərəfindən X4 CM-nin 147 və 148-ci maddələri ilə məsuliyyətə cəlb edilməsi haqqında verilmiş xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə baxışının keçirilməsindən və xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina edilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin vasitəsi ilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. X7

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar