Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(5-95)-69/2026 26.02.2026 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ X9 Məhəmməd oğlunun sədrliyi, Qiyasova Səbinə Ağacan qızının katibliyi, Xüsusi ittiham qaydasında şikayət vermiş şəxslər X1 və X2 iştirakı ilə, X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147 və 148-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X4 və X5 tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayətə Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin binasında məhkəmə hazırlıq iclasında baxaraq MÜƏYYƏN ETDİ: X4 və X5 xüsusi ittiham qaydadasında şikayətlə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət edərək X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Məcəlləsinin 147 və 148-ci maddələri ilə təqsirli bilinməsi, Bakı şəhəri Xəzər rayonu, Buzovna qəsəbəsi, Rasim İmanov küçəsi ev 12, mənzil 12 və Bakı şəhəri Xəzər rayonu, Buzovna qəsəbəsi, Rasim İmanov küçəsi ev 32 A mənzil 56 yaşayış evlərinin xüsusi müsadirə edilməsinə dair qərarın ləğv edilməsini xahiş etmişdir. Xüsusi ittiham qaydasında şikayətdə göstərilmişdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində RX seriyalı, ******* nömrəli çıxarışa əsasən Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi Rasim İmanov küçəsi ev 12 mənzil 12, həmçinin Daşınmaz əmlakın Dövlət reyestrində RX seriyalı, ******* nömrəli çıxarışa əsasən Bakı şəhəri,Xəzər rayonu, Buzovna qəsəbəsi, Rasim imanov küçəsi ev 32a mənzil 56 mülkiyyət hüquqi ilə X3 məxsusdur. Xüsusi ittihamçı X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2, 311.3.1 və 311.3.3-cü maddələri ilə təqsirləndirilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2021-ci il tarixli 1(101)- 427/2021 saylı hökmü ilə digər xüsusi ittihamçı X2 mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Rasim İmanov küçəsi, ev 12 mənzil 12 və Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Rasim İmanov küçəsi, ev 32A, mənzil 56 xüsusi müsadirə edilmiş, Bakı Apellyasiya Məhkəməsi Cinayət Kollegiyasının xx.xx.2023-cü il tarixli, 1(103)-25/2023 nömrəli qərarı ilə və Azərbaycan Respublikası Ali Məhkəməsi Cinayət Kollegiyasının xx.xx.2025-ci il tarixli 1(102)-105/2025 nömrəli qərarı ilə həmin hökm dəyişdirilmədən saxlanılmışdır. Bildirir ki, keçirilən məhkəmə proseslərinin, qərarların məhz xüsusi müsadirə ilə bağlı hissəsi, heç bir araşdırma aparmayaraq, heç bir sübuta istinad etməyərək yürütdüyü qərəzli ilkin istintaq aparan Azərbaycan Respublikası Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə idarəsinin müstəntiqi X6 qərəzinin və qanunsuz hərəkətlərinin nəticəsidir. Azərbaycan Respblikası Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin müstəntiqi X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Məcəlləsinin 147 və 148-ci maddələri ilə təqsirli bilinməsi, Bakı şəhəri Xəzər rayonu, Buzovna qəsəbəsi, Rasim İmanov küçəsi ev 12, mənzil 12 və Bakı şəhəri Xəzər rayonu, Buzovna qəsəbəsi, Rasim İmanov küçəsi ev 32 A mənzil 56 yaşayış evlərinin xüsusi müsadirə edilmısinə dair qərarın ləğv edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən şikayət vermiş şəxs X4 şikayətin icraata qəbul edilməsini, işin məhkəmə baxışına təyin edilməsini və X6 təqsirləndirilən şəxs qismində cəlb olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X5 şikayətin icraata qəbul edilməsini, işin məhkəmə baxışına təyin edilməsini və X6 təqsirləndirilən şəxs qismində cəlb olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq xüsusi ittihamçı, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs məhkəmə iclasına gəlməməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə xüsusi ittiham qaydasında şikayətə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, proses iştirakçılarını dinləyib, şikayəti nəzərdən keçirdikdən sonra hesab edir ki, aşağıdakı səbəblərə görə məhkəmə baxışının keçirilməsi qeyri-mümkündür və xüsusi ittiham qaydasında şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 299.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclası cinayət işində, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarında və ya xüsusi ittiham qaydasında şikayətdə, irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir. Məhkəmənin hazırlıq iclasında baxdığı məsələlərdən biri də Azərbaycan Respublikası Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 299.3.3-cü maddəsinə əsasən xüsusi ittiham qaydasında şikayətin məzmununun bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrinin müddəalarına uyğun olub-olmamasıdır. Azərbaycan Respublikası Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 293.3-cü maddəsinə əsasən şikayətdə aşağıdakılar göstərilməlidir: 293.3.1. şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi); 293.3.2. törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği); 293.3.3. cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi; 293.3.4. şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi; 293.3.5. cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş; 293.3.6. şikayətin verildiyi tarix (il, ay və gün) və yer; 293.3.7. şikayəti vermiş şəxsin imzası. Azərbaycan Respublikası Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 302.1.3-cü maddəsinə əsasən şikayətin məzmunu həmin Məcəllənin 293.3.1—293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Bundan başqa həmin Məcəllənin 302.1.7-ci maddəsinə əsasən şikayət əsassız olduqda və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədikdə məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Məhkəmə ilk öncə qeyd edir ki, xüsusi ittiham qaydasında verilmiş şikayətin məzmunu qanunvericiliyin tələblərinə uyğun deyildir. Belə ki, xüsusi ittiham qaydasında barəsində şikayət verilmiş şəxsin yaşayış yeri, əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi, şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi göstərilməmişdir. Həmçinin barəsində şikayət verilmiş şəxsin həm də Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147-ci maddəsi ilə (böhtan cinayətinin törətməsi ilə) təqsirli bilinməsi xüsusi ittihamda xahiş olunsa da, şikayətdə həmin maddədə nəzərdə tutulmuş cinayət əməlinin harada, nə vaxt və necə törədilməsi, bu əməlinin hansı sübutlarla təsdiq olunması və s. hallar göstərilməmiş, həmin maddənin iki hissədən (147.1 və 147.2-ci maddələrdən) ibarət olması nəzərə alındıqda isə hansı maddə ilə təqsirli bilinərək məsuliyyətə cəlb edilməsi göstərilməmişdir. Belə ki, şikayətin əsası kimi Azərbaycan Respblikası Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin müstəntiqi X6 ibtidai istintaq aparılan zaman onlara qarşı qərəzli olmasından ibarətdir. Azərbaycan Respublikası CPM-nin 302.2.3-cü maddəsinə əsasən məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək həmin Məcəllənin 302.1.2—302.1.4, 302.1.6—302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar qəbul edir. Beləliklə qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, xüsusi ittiham qaydasında verilmiş şikayətin məzmunu Azərbaycan Respublikası CPM-nin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadığından şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilməsindən imtina edilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası CPM-nin 293, 302-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X4 və X5 tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilməsindən imtina edilsin. Qərardan 20 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti verilə bilər. X10
Məhkəmə qərarları › İş №1(5-95)-69/2026
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №1(5-95)-69/2026
26.02.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver