Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(5-95)-81/2026 31.03.2026 BAKI ŞƏHƏRI XƏZƏR RAYON MƏHKƏMƏSI Hakim Məmmədov Toğrul Məhəməd oğlunun sədrliyi, Qiyasova Səbinə Ağacan qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi İdarəsinin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs, Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş Muradzadə İlkin Rövşən oğlunun, Müdafiəçi - Bakı şəhəri ** saylı Vəkil Bürosunun vəkili X1 iştirakı ilə, ##.##.1992-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum edilməmiş, Xəzər rayonu, Binə qəsəbəsi, X2 qeydiyyatda olan və yaşayan Muradzadə İlkin Rövşən oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsinə dair böyük ictimai təhlükə törətməyən aşkar cinayətlər üzrə məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi Yekun protokolda göstərilmişdir ki, Muradzadə İlkin Rövşən oğlu yaşadıqları evdə ##.##.1987-ci ildə Bakı şəhərində anadan olan, evli, əvvəllər məhkum olunmayan, Xəzər rayonu, Binə qəsəbəsi, X2 qeydiyyatda olan, Bakı şəhəri, Xəzər rayonu, Xəzər rayonu, Binə qəsəbəsi, X2 yaşayan rəsmi arvadı Zərərçəkmiş şəxs ilə ##.##.2026-cı il tarixdə saat 19 radələrində şəxsi münasibətlərin pozulması zəminində baş vermiş ailə münaqişəsi zamanı əli və ayağı ilə qəsdən sonuncunun bədəninin müxtəlif nahiyələrinə zərbələr endirməklə vuraraq sağ budun qançırları, ağrı sindromu və hərəkət məhdudluğu ilə müşayət olunan sağ bud və sağ diz oynağının yumşaq toxumaların əzilməsi ilə müşayət olunan sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən “yüngül” dərəcəli bədən xəsarətləri yetirmişdir. Məhkəmə iclasında cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Muradzadə İlkin Rövşən oğlu ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, zərərçəkmiş ilə aralarında mübahisə olmuşdur. ##.##.2026-cı il tarixdə saat 19 radələrində arvadına zərbələr vurmuşdur. Hazırda törətdiyi əməldən peşman olmasını və zərərçəkmiş şəxs ilə barışmasını nəzərə alaraq cinayət işinin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs bildirmişdir ki, 2022-ci ildə Zərərçəkmiş şəxs ilə rəsmi ailə həyatı qurmuş, birgə nikahdan 1 azyaşlı övladı vardır. ##.##.2026-cı il tarixdə saat 19 radələrində yaşadıqları evdə olduğu zaman İlkin Muradzadə ilə arasında mübahisə baş vermişdir. Mübahisəyə səbəb İlkin Muradzadənin evə daxil olduqdan sonra başında olan papağı azyaşlı oğlan övladının başına qoyması, onun isə həmin papağı çıxartması olmuşdur. Mübahisə zamanı İlkin Muradzadə əsəbləşərək onun əli və ayağı ilə qəsdən vuraraq bədən xəsarəti yetirmişdir. Hadisə yaşadıqları evdə baş vermiş və həmin vaxt orada heç kim olmamışdır. Hazırda o, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş Muradzadə İlkin Rövşən oğlu ilə barışmış və ona qarşı heç bir şikayəti və tələbi yoxdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - “Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi” Publik hüquqi şəxsin *** saylı, ##.##.2026-cı il tarixli rəyindən görünür ki, vətəndaş Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlər – sağ budun qançırları, ağır sindromu və hərəkət məhdudluğu ilə müşayiət olunan sağ bud və sağ diz oynağının yumşaq toxumalarının əzilməsi küt əşya (əşyalar) təsirindən törənmiş, törənmə müddətləri onun məhkəmə-tibb müayinəsindən 2-3 gün əvvəl olmaqla, qərarda göstərilən ##.##.2026-cı il tarixə uyğun gələ bilər və sağlamlığın qısa müddətə pozulmasına səbəb olduqlarına görə bunlar sağlamlığa “yüngül” dərəcəli zərərvurmaya aiddirlər. - İş materiallarına əlavə edilmiş tələbnamədən görünür ki, Muradzadə İlkin Rövşən oğlu əvəllər məhkum edilməmişdir. Məhkəmə iclasında cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Muradzadə İlkin Rövşən oğlu tərəfindən məhkəməyə təqdim edilmiş ərizədə onun zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs ilə barışdığı, şikayət vermiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmadığı qeyd edilmiş və bu səbəbdən iş üzrə icraata bəraətverici əsaslar olmadan xitam verilməsi xahiş olunmuşdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim edilmiş ərizədə onun cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş Muradzadə İlkin Rövşən oğlu ilə barışdığı, ona qarşı heç bir şikayət və tələbinin olmadığını qeyd edilmiş və bu səbəbdən iş üzrə icraata xitam verilməsi xahiş olunmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci maddəsinin qeyd hissəsinin birinci bəndinə əsasən şəxs bu Məcəllənin 72-73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 40.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu cinayət təqibinin həyata keçirilməməsinə imkan verir. Həmin Məcəllənin 40.2-ci maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.1, 73.1, 73-1.3 və 74-cü maddələrində nəzərdə tutulmuş hallarda təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmaya və ya ona xitam verilə bilər. Həmin Məcəllənin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən Bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmişə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Həmin Məcəllənin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmişə qarşı cinayət təqibinə bu Məcəllənin 40.2-ci maddəsində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Məhkəmə, iş üzrə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin və zərərçəkmiş şəxsin ifadələrini dinləyib, iş materiallarını araşdırıb, Muradzadə İlkin Rövşən oğlunun böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aid olan cinayət törətməsini, zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsin ona qarşı şikayətinin və törədilmiş cinayət əməli ilə əlaqədar ziyanın olmamasını nəzərə alaraq hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən azad edilməklə barəsində olan böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə məhkəməyədək sadələşdirilmiş icraata xitam verilməlidir. İş üzrə xüsusi müsadirə üçün əsaslar müəyyən edilməmişdir. İş üzrə maddi sübut yoxdur. İş üzrə ekspertiza xərci və mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 40.1, 40.2, 40.3, 43.1.2, 43.3, 321.1, 321.2.1, 347, 384.1.3-cü maddələrini və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-cü maddəsini rəhbər tutaraq, məhkəmə qərara aldı : Muradzadə İlkin Rövşən oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən, yəni zərərçəkmiş şəxslə barışdığı və dəymiş ziyanı tamamilə ödədiyi üçün həmin Məcəllənin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən azad edilsin və barəsində olan böyük ictimai təhlükə törətməyən aşkar cinayətlər üzrə məhkəməyədək sadələşdirilmiş icraata xitam verilsin. Bakı şəhəri ** saylı Vəkil Bürosunun vəkili X1 tərəfindən cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Muradzadə İlkin Rövşən oğlunun məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 6 saata görə 66 manat məbləğində pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsindən tutularaq ** saylı Vəkil Bürosunun hesablaşma hesabına (“xxxx” ASC Xəzər filialı, kod 200178, VÖEN 9900003611, m/h AZ 37NABZ01350100000000001944, S.W.İ.F.T.BİK AIIBAZ2X, hesab AZ35AIIB38030019441700266117, VÖEN 1200154771) ödənilsin. Həmin məbləğin qanunla müəyyən edilmiş qaydada və miqdarda vəkil X1 ödənilməsi ** saylı Vəkil Bürosuna həvalə edilsin. Qərardan 20 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Qərar, ondan apellyasiya şikayəti və apellyasiya protesti verilməzsə, qeyd olunan müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Toğrul Məmmədov
Məhkəmə qərarları › İş №1(5-95)-81/2026
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №1(5-95)-81/2026
31.03.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver