Məhkəmə qərarları › İş №1(5-95)-89/2026

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №1(5-95)-89/2026

12.03.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(5-95)-89/2026 12.03.2026 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ X25 Məhəmməd oğlunun sədrliyi, Qiyasova Səbinə Ağacan qızının katibliyi, Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X5, Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X14, onun müdafiəçisi Müdafiəçi iştirakı ilə, X14 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X15 tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayətə Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin binasında məhkəmə hazırlıq iclasında baxaraq MÜƏYYƏN ETDİ: X15 xüsusi ittiham qaydadasında şikayətlə məhkəməyə müraciət edərək X14 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Məcəlləsinin 147.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməsi və cəzalandırılması barədə hökm çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2026-cı il tarixli qərarına əsasən X14 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi barədə X15 tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayət baxılması üçün ərazi aidiyyəti üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə göndərilmişdir. Xüsusi ittiham qaydasında şikayətdə göstərilmişdir ki, xx.xx.2025-ci il tarixdə saat 10:00 radələrində işlədiyi 216 nömrəli tam orta məktəbdə müəllimlər otağında iş yoldaşı X20 ilə arasında mübahisə baş vermişdir. Mübahisə onunla yaranmışdır ki, X20 216 nömrəli tam orta məktəbdə özünü qeyri adekvat aparmış, və hər dəfəsində də ona və iş yoldaşlarına əsassız olaraq söz-söhbətlər yaratmışdır. X20 votçapında onun şəkillərini paylaşaraq, övladı xəstə olduğundan hər dəfəsində özü ilə birgə məktəbə gətirib apardığı üçün, ona qarşı qeyri qanuni irad bildirmişdir. Həmin vaxt onunla danışaraq öz özünə qışqıraraq bilərəkdən səs küy salmış və qanunsuz olaraq həmin vaxt öz mobil telefonu ilə onu video çəkməyə başlamışdır. Bundan sonra ona çəkməməsi barədə xəbərdar etmişdir. X7 video çəkməsində davam edərək, qeyri etik sözlərlə onun şərəf və ləyaqətini alçaldıcı sözlər deyərək, onu alçaltmışdır. Daha sonra onu çəkməməsi üçün təkrar bildirsə də, X20 ona əl-qol ataraq (autizm) xəstəsi olan övladının yanında ona əl-qol atmış və ona xəsarət yetirmişdir. Həmin vaxt 216 nömrəli məktəbin müəllimləri X9 və X10 hadisənin şahidi olmuşlar. X20 Sosial şəbəkələrdə onun və övladının videolarını yayaraq mənəvi və maddi ziyan vurmuşdur. Bu barədə X20 özü də onun və övladının videosunu qanunsuz paylaşmasını Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis şöbəsində də, bildirmişdir. Həmçinin bu barədə videoda öz əksini tapmışdır. X2 da polis Xəzar rayon polis idarəsinin 1- ci polis şöbəsində də izahat verərək bildirmişdir ki, Babayeva Sədaqət özünə məxsus mobil telefon ilə video görüntünü çəkərək X5 autizm xəstəsi olan övladını məktəbə uyğun olmadığını,təhqiramiz şəkildə bildirdikdə sonuncu telefonu X14 əlindən alan zaman fiziki zorakılığa məruz qalmışdır. X20 qəsdən X12 fiziki zorakılığa göstərməsi barədə ifadə vermişdir. Digər şahid X1 Mehriban Firdovsi qızının izahatına eyni məzmunlu izahat vermişdir. Həmçinin qeyd edir ki, X20 video ilə yaydığı görünıülərədə autizim olan övladına həddindən artıq şiddət göstərməklə həmin an psixoloji təsir göstərmişdir. Həmin an video görüntüdə də övladın əlimdən tutması qeyd edilmişdir. Bütün bunlara baxmayaraq X20 yenidən də hal hazırda da həm statusunda və digər sosial şəbəkələrdə də, yenidən video görüntü yaymağa davam etməkdədir. Həmçinin 216 nömrəli tam orta məktəbin adına da, ləkə gətirir. Onu qeyd edir ki, 216 nömrəli tam orta məktəb “ X27” adınadır. Hesab edir ki, X20 barəsində yalan şər böhtan atmaq və qanunsuz və əsassız onun və autizim xəstəsi olan övladının video görüntüsünü yayması davam etməkdədir. Hesab edir ki, X20 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 147.2-ci maddəsi ilə təqsirli bilinməli və X20 barəsində üç il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi barədə hökm çıxarılmalıdır. X20 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilərək həmin Məcəllənin 147.2-ci maddəsi ilə üç il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi barədə hökm çıxarılmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən şikayət vermiş şəxs X15 bildirdi ki, X20 onu qanunsuz olaraq videoya çəkmişdir, bu cinayətdir. Buna görə də şikayətin icraata qəbul edilməsini, işin məhkəmə baxışına təyin edilməsini və X14 təqsirləndirilən şəxs qismində cəlb olunmasını, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxsin müdafiəçisi Müdafiəçi bildirdi ki, şikayətdə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə bağlı cinayət tərkibinin əlamətləri sadalanmamışdır. Həmçinin müdafiə etdiyi şəxs özünü müdafiə etmək üçün məktəbdə X13 telefonla çəkmişdir, lakin o videonu heç yerdə paylaşmamışdır. Şikayətdə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.2-ci maddəsinin tərkib əlamətlərinin olması ilə bağlı hər hansı bir sübut əlavə edilməmişdir. Ona görə də hesab edir ki, şikayətin icraata qəbulundan imtina edilməlidir. Məhkəmə iclasında iştirak edən barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs - X3 Əfsanə Mahmudağa qızının şikayətinin icraata qəbul edilməməsini xahiş etdi. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 299.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclası cinayət işində, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarında və ya xüsusi ittiham qaydasında şikayətdə, irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir. Məhkəmənin hazırlıq iclasında baxdığı məsələlərdən biri də Azərbaycan Respublikası Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 299.3.3-cü maddəsinə əsasən xüsusi ittiham qaydasında şikayətin məzmununun bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrinin müddəalarına uyğun olub-olmamasıdır. Məhkəmə şikayəti nəzərdən keçirərək, hesab edir ki, aşağıdakı səbəblərə görə məhkəmə baxışının keçirilməsi qeyri-mümkündür və xüsusi ittiham qaydasında şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina olunmalıdır. Azərbaycan Respublikası Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 293.3-cü maddəsinə əsasən şikayətdə aşağıdakılar göstərilməlidir: 293.3.1. şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi); 293.3.2. törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği); 293.3.3. cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi; 293.3.4. şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi; 293.3.5. cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş; 293.3.6. şikayətin verildiyi tarix (il, ay və gün) və yer; 293.3.7. şikayəti vermiş şəxsin imzası. Azərbaycan Respublikası Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 302.1.3-cü maddəsinə əsasən şikayətin məzmunu həmin Məcəllənin 293.3.1—293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Bundan başqa həmin Məcəllənin 302.1.7-ci maddəsinə əsasən şikayət əsassız olduqda və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədikdə məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Məhkəmə ilk öncə qeyd edir ki, xüsusi ittiham qaydasında verilmiş şikayətin məzmunu qanunvericiliyin tələblərinə uyğun deyil. Həmçinin barəsində şikayət verilmiş şəxsin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə təqsirli bilinərək barəsindən ittihamedici hökm çıxarılması xahiş olunsada, şikayətdə həmin maddədə nəzərdə tutulmuş cinayət əməlinin harada, nə vaxt və necə törədilməsi, bu əməlinin hansı sübutlarla təsdiq olunması və s. hallar göstərilməmişdir. Belə ki, şikayətin əsası kimi şikaytçinin telefonda qeyd edilməsi və həmin görüntünün sosial şəbəkədə yayılması təşkil edir. Şikayət ümumi ifadələrdən ibarət olmaqla konkret olaraq hansı cinayət əməlinin, nə vaxt, harda törədilməsi və nə ilə təsdiq edilməsi göstərilməmişdir. Məhkəmə qeyd edir ki, şəxsin ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atmasının nədə idafə olunması, hansı ağır və xüsusilə ağır cinayətin törədilməsində böhtan atılması şikayətdə göstərilməmişdir. Beləliklə məhkəmə qeyd edir ki, xüsusi ittiham qaydasında şikayətdən və məhkəmə iclasında verilmiş izahatlardan barəsində şikayət verilmiş şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin tərkib əlamətlərinin olması müəyyən edilməmişdir. Azərbaycan Respublikası Azərbaycan Respublikası CPM-nin 302.2.3-cü maddəsinə əsasən məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək həmin Məcəllənin 302.1.2—302.1.4, 302.1.6—302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar qəbul edir. Beləliklə qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina edilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası CPM-nin 293, 302-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: X14 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X15 tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilməsindən imtina edilsin. Qərardan 20 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti verilə bilər. X26

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar