Məhkəmə qərarları › İş №1(5-95)-9/2026

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(5-95)-9/2026

28.01.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(5-95)-9/2026 28.01.2026 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmov Emin Şahin oğlunun sədrliyi, Şükürov Murad Şahin oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X2 Müdafiəsi İdarəsinin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, X1, Təqsirləndirilən şəxs (Shakhlo) Uktamovnanın iştirakları ilə, xx.xx.1985-ci ildə Özbəkistan Respublikası, Qaşqadərya vilayətində doğulmuş, Özbəkistan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, Özbəkistan Respublikası, Qaşqadərya vilayətində qeydiyatda olan, barəsində xx.xx.2025-ci il tarixindən hesablanmaqla “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs (Shakhlo) Uktamovnanın Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,318.1 və 320.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs (Shakhlo) Uktamovna işləmək və yaşamaq məqsədi ilə Çexiya Respublikasına getmək istəmiş, lakin Çexiya Respublikasına getmək üçün müvafiq sənədləri olmadığından istintaqa məlum olmayan vaxtda və yerdə öz anket məlumatları və fotoşəkli daxil edilməklə saxtalaşdırılmış, Çexiya Respublikasına məxsus P64087822 nömrəli pasportu əldə edib həmin saxtalaşdırılmış pasportdan istifadə etməklə Türkiyə Respublikasından Azərbaycan Respublikasına, daha sonra isə Azərbaycan Respublikasından Çexiya Respublikasına getmək məqsədi ilə 23 noyabr 2025-ci il tarixdə, saat 14:41-də “İstanbul-Bakı” aviareysi ilə Türkiyə Respublikasından Azərbaycan Respublikasına gəlmək üçün Dövlət Sərhəd Xidmətinin Sərhəd Nəzarətinin Bakı şəhərinin Xəzər rayonunda yerləşən “X8 Aeroportu” sərhəd nəzarəti məntəqəsinə gələrək Çexiya Respublikasına məxsus P64087822 nömrəli pasportdan saxta olduğunu bilə-bilə istifadə etməklə sərhəd nəzarətinə təqdim edərək Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini müəyyən olunmuş sənədlər olmadan qəsdən qanunsuz olaraq Türkiyə Respublikasından Azərbaycan Respublikası istiqamətində keçməyə cəhd etmiş, təqdim etdiyi həmin pasport Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən böyüdücü lupa və “Regula 4203” markalı cihazla yoxlanıldıqda həmin pasportda müdafiə elementlərinin olmaması, mikroçapların və ofsetin nümunəyə uyğun olmaması müəyyən edilərək saxlanılmış, bununla da öz iradəsindən asılı olmayan səbəblərə görə cinayət əməlini başa çatdıra bilməmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs (Shakhlo) Uktamovna oğlu ona Azərbaycan Respublikası CM-nin 29,318.1 və 320.2-ci maddələri ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Türkiyə Respublikasında işləmişdir. Lakin orada əmək haqqı az olduğundan maddi çətinliklərlə bağlı daha yaxşı iş axtarmışdır. Bu zaman orada olan milliyyətcə uyğur olan tanışı sənədləri düzəldə biləcəyini və onun Çexiyada daha artıq məvacibli iş tapa biləcəyini demişdir. Həmin şəxsə inanmış və bu məqsədlə 1600 ABŞ dolları pul ödəmişdir. Sonra həmin şəxs ona Çexiya Respublikasına məxsus pasportu təqdim edərək bir müddət başqa bir ölkədə qalmasını, sonra isə Çexiya Respublikasına getməsini demişdir. Həmin şəxsə inanaraq İstanbul-Bakı” aviareysinə bilet alaraq Türkiyənin dövlət sərhədini Özbəkistan Respublikası pasportu ilə keçərək 23 noyabr 2025-ci il tarixdə Bakı şəhərinə gəlmişdir. Hava Limanında sərhəd naryadına Çexiya Respublikası pasportunu təqdim etmişdir. Sərhədçi pasportunu yoxlayan zaman pasportun saxta olmasını başa düşmüşdqür. Bundan sonra o, özünə aid pasportu təqdim etmişdir. Etdiyi əməldən peşmandır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Dövlət Sərhəd Xidmətinin Sərhəd Nəzarətinin “X8 Aeroportu” sərhəd nəzarəti şöbəsinin növbə rəisi Şahid2 ifadəsində göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə saat 14:41 radələrində “İstanbul-Bakı” aviareysi ilə Türkiyə Respublikasından Azərbaycan Respublikasına gələn, Təqsirləndirilən şəxs təqdim etdiyi Çexiya Respublikasına məxsus pasportunun rəsmiləşdirilməsi zamanı sərhəd nəzarətçisi işləyən Şahid1 pasportun saxta olmasından şübhələnərək bu barədə ona məruzə etmişdir. O, dərhal ora yaxınlaşaraq Təqsirləndirilən şəxs təqdim etdiyi Çexiya Respublikasına məxsus pasportunu təkrar olaraq böyüdücü lupa və "Regula 4203” markalı cihazla yoxlamış və təqdim edilən sənədlərin tam saxta olduğunu dəqiqləşdirmişdir. Aparılan söhbət əsnasında Təqsirləndirilən şəxs Özbəkistan Respublikasına məxsus pasportu təqdim etmişdir. Daha sonra bu barədə aidiyyəti üzrə rəhbərliyə məruzə etmiş və Təqsirləndirilən şəxs “Heydər Əliyev” X9 sərhəd nəzarəti şöbəsində saxlanılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Dövlət Sərhəd Xidmətinin Sərhəd Nəzarətinin “X8 Aeroportu” sərhəd nəzarəti şöbəsində sərhəd zabit nəzarətçisi işləyən Şahid1 Şahid2 oğlunun ifadəsinə oxşar məzmunlu ifadə verməklə sonuncunun bildirdikləri xüsusatları bir daha təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Cinayət işinin başlanması haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs (Shakhlo) Uktamovnanın barəsində Azərbaycan Respublikası CM-nin 29,318.1, 320.2-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır; - Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Sərhəd Nəzarətinin rəisi, general-leytenant Elşən Verdiyevin 23 noyabr 2025-ci il tarixli məktubundan görünür ki, 23 noyabr 2025-ci il tarixdə saat 14:41 radələrində R-8104 nömrəli “İstanbul-Bakı” aviareysi ilə Türkiyə Respublikasından Azərbaycan Respublikasına gələn, 23 noyabr 1985-ci il təvəllüdlü, Çexiya Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs “Heydər Əliyev” X6 sərhəd nəzarəti şöbəsində «sənədlərin yoxlanışı» sərhəd naryadına təqdim etdiyi CZE seriyalı 64087822 nömrəli Çexiya Respublikası pasportu və ********* nömrəli Çexiya Respublikasına məxsus şəxsiyyət vəsiqəsi tam saxta olmaqda şübhəli bilindiyi üçün saxlanılmışdır. Aparılan söhbət zamanı saxlanılan şəxs, 23 noyabr 1985-ci ildə Özbəkistan Respublikasında anadan olmuş, özbək, subay, Özbəkistan Respublikasının Daşkənd şəhərində yaşayan, Özbəkistan Respublikasının vətəndaşı X3 bildirərək üzərində olan UZB seriyalı FA9251243 nömrəli Özbəkistan Respublikası pasportunu təqdim etmişdir; - Tutulma haqqında protokoldan aydın olur ki, Təqsirləndirilən şəxs (Shakhlo) Uktamovna xx.xx.2025-ci il tarixində tutulmuşdur; - Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs (Shakhlo) Uktamovna təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikasının CM-nin 29,318.1 və 320.2-ci maddəsi ilə ittiham elan olunmuşdur; - Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs (Shakhlo) Uktamovnanın barəsində xx.xx.2025-ci il tarixdən hesablanmaqla “həbs” qətimkan tədbiri seçilmişdir; - Azərbaycan Respublikası Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs (Shakhlo) Uktamovnanın məhkumluğu barədə məlumat yoxdur; - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş sənədlərin texniki ekspertizasının xx.xx.2025-ci il tarixli, 5/1160 nömrəli ekspert rəyindən məlum olur ki, təqdim olunmuş Təqsirləndirilən şəxs adına rəsmiləşdirilmiş P64087822 nömrəli Çexiya Respublikasına məxsus pasporta oxşar tədqiqat obyekti xüsusi mühafizə vasitələrlə təchiz olunmamışdır, rəqəmsal texniki qurğu (printer, çoxaldıcı aparat) vasitəsilə şırnaqlı çap üsulu ilə hazırlanmışdır və P64087822 nömrəli pasport Çexiya Respublikasına məxsus pasportla eynilik təşkil etmir. Tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs adına rəsmiləşdirilmiş ********* nömrəli Çexiya Respublikasına məxsus eyniləşdirici karta oxşar tədqiqat obyekti Təqsirləndirilən şəxs adına olan ********** nömrəli İD (Kimlik) kartı Çexiya Respublikasına məxsus eyni adlı sənədlə eynilik təşkil etmir; - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş məhkəmə-portret ekspertizasının xx.xx.2025-ci il tarixli, 3/1330 nömrəli ekspert rəyindən məlum olur ki, tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs adına rəsmiləşdirilmiş FA64087822 nömrəli Özbəkistan Respublikasının pasportunda əks olunmuş fotoşəkildə və təqdim olunmuş Təqsirləndirilən şəxs adına rəsmiləşdirilmiş P64087822 nömrəli Çexiya Respublikasına məxsus pasportunda əks olunmuş fotoşəkildə eyni bir qadın cinsli şəxs əks olunmuşdur; - 05 yanvar 2026-cı il tarixli pasporta baxış keçirilməsi haqqında protokoldan görünür ki, ******* nömrəli Çexiya Respublikasına məxsus pasport 32 səhifədən ibarət olub tünd qırmızı rəngli üzlüklə cildlənərək, üzərində rus dilində “X11 X10” məzmunlu mətnlər, mərkəzində Çexiya Respublikasına məxsus gerb əks olunmuşdur. Paspotun uzunluğu 12.5, eni 8.8 santimetrdir. Pasportun ön cildlənmiş qapaq hissəsini açdıqda orada pasportun adına rəsmiləşdirildiyi sahibinin fotoşəkili vardır, soyad qrafasında “Zoitova”, ad qrafasında “Shakhlo” sözləri yazılmış, doğulduğu gün, ay və il qrafasında «23 11 1985» «pasportun verilmə tarixi» qrafasında «xx.xx.2023», etibarlılıq qrafasında «xx.xx.2033» göstərilmiş, həmçinin FA9251243 nömrəli Özbəkistan Respublikasına məxsus pasport 48 səhifədən ibarət olub tünd qəhvəyi rəngli üzlüklə cildlənərək, üzərində latın qrafikalı hərflərlə “Republic of Uzbekistan” və “pasport" məzmunlu mətnlər, mərkəzində Özbəkistan Respublikasına məxsus gerbi əks olunmuşdur. Paspotun uzunluğu 12.5, eni 8.8 santimetrdir. Pasportun 2-ci səhifəsini açdıqda orada pasportun adına rəsmiləşdirildiyi sahibinin fotoşəkili vardır, soyad qrafasında “Zoitova”, ad qrafasında “Shakhlo”, ata adı qrafasında “Uktamovna” sözləri yazılmış, doğulduğu gün, ay və il qrafasında «23 11 1985» «pasportun verilmə tarixi» qrafasında «xx.xx.2024», etibarlılıq qrafasında «xx.xx.2034» göstərilmiş, doğulduğu yer qrafasında «Kashkadarya» yazılmışdır. FA9251243 nömrəli Özbəkistan Respublikasına məxsus pasportun 9-cu səhifəsində 23.11,2025-ci il tarixli Türkiyə Respublikasına məxsus “giriş-çıxış” tarix ştampı mövcuddur; - Maddi sübut kimi tanınma haqqında xx.xx.2026-cı il tarixli qərardan aydın olur ki, Çexiya Respublikasına məxsus 64087822 nömrəli pasport cinayət işi üzrə maddi sübut kimi tanınmışdır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs (Shakhlo) Uktamovna tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən özünün etirafedici ifadəsi və şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 318.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və ya dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda keçmə min beş yüz manatdan üç min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.2-ci maddəsinə əsasən bilə-bilə saxta sənədlərdən istifadə etmə min manatdan iki min manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz saatadək müddətə ictimai işlərlə və ya bir ilədək müddətə islah işləri və ya eyni müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsi”nə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli qərarında qeyd edilmişdir ki, rəsmi sənəd barəsində və onun üzərində qanunsuz hərəkətlərin edilməsi nəticəsində həmin sənədin sahibinin və ya istifadəçisinin hüquqi vəziyyətinin dəyişməsi, onun əsassız və qanunsuz olaraq hər hansı hüquq əldə etməsi və ya vəzifədən azad edilməsi, eləcə də hüquqlarının həyata keçirilməsi və ya vəzifələrinin icrasında müəyyən üstünlüklər, güzəştlər, imtiyazlar əldə etməsi rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma kimi qiymətləndirilməlidir. Qeyd olunan qərarın mənasına görə saxta olmasa belə, rəsmi sənəddəki məlumatların qəsdən təhrif olunaraq istifadə edilməsi bilə-bilə saxta sənədlərdən istifadə etmə kimi qiymətləndirilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs (Shakhlo) Uktamovnanın əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,318.1 və 320.2-ci maddələri ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində çəkirlər; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə Təqsirləndirilən şəxs (Shakhlo) Uktamovnanın törətdiyi əməli etiraf edərək peşman olmasını və qadın olmasını (CM-59.2) nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs (Shakhlo) Uktamovnanın əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs (Shakhlo) Uktamovnaya cəza təyin edilərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsiri nəzərə alınmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs (Shakhlo) Uktamovna Cinayət Məcəlləsinin 29,318.1 və 320.2-ci maddələri ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilmədi), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən hazırki hökm üzrə təyin edilmiş cəzalar qismən toplanılmaqla ona qəti olaraq azadlıqdan məhrum etmə cəzası təyin edilməli, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, cəzaçəkmə müddətinin əvvəli xx.xx.2025-ci il tarixdən hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.2), iş üzrə maddi sübut kimi tanınmış 01 ədəd pasport cinayət işinin materiallarında saxlanılmalı, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM- 198.1). Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli qərarında göstərilmişdir ki, “Məhkəmələrə tövsiyə edilir ki, əlavə cəzaların həm məhkumların özləri, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması üçün mühüm əhəmiyyətə malik olduğunu nəzərə alaraq hökm çıxararkən əsas cəzanın təyin edilməsi ilə yanaşı müvafiq əlavə cəzanın təyin edilməsi məsələsini də müzakirə etsinlər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası bir ildən artıq müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə təyin edilir və onlar əsas cəza növünü çəkdikdən sonra icra edilir. Bir ildən artıq olmayan müddətə azadlıqdan məhrum etmə cəzasına və ya azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzaya məhkum edilən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə bu Məcəllənin 58.3-cü maddəsində göstərilmiş hallar nəzərə alınmaqla Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası təyin edilə bilər.” Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərəkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyətini də nəzərə alaraq hesab edir ki, ona ittiham olunduğu maddələrin sanksiyasında nəzərdə tutulmasa da Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma növündə əlavə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs (Shakhlo) Uktamovnanın Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,318.1 və 320.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs (Shakhlo) Uktamovna Azərbaycan Respublikası CM-nin 29,318.1 və 320.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək ona CM-nin 29,318.1-ci maddəsi ilə 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası, CM-nin 320.2-ci maddəsi ilə 05 (beş) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs (Shakhlo) Uktamovnanın üzərində qəti olaraq 07 (yeddi) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs (Shakhlo) Uktamovna cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli xx.xx.2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs (Shakhlo) Uktamovna barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs (Shakhlo) Uktamovna əsas cəzasını çəkdikdən sonra Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılsın. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 520 manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs (Shakhlo) Uktamovnadan tutularaq dövlət nəfinə keçirilsin İş üzrə maddi sübut kimi tanınan AP6408722 nömrəli pasport cinayət işinin materillarında saxlanılsın. Hökmdən, elan olunduğu (Təqsirləndirilən şəxs (Shakhlo) Uktamovnaya isə təqdim edildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir Sədrlik edən Emin Rüstəmov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar