Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(5-96)-11/2026 03.03.2026 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, X9 qızının katibliyi, Dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxsin hüquqi varisi (mülki iddiaçı) X5, Zərərçəkmiş şəxs, Zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsi (vəkili) Nümayəndə, Müdafiəçi, Təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1984-cü ildə Qəbələ rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, subay (himayəsində bir yetkinlik yaşına çatmayan uşağı olan), əvvəllər məhkum olunmamış, "xxxx" ASC-də sürücü inkasator işləyən, ünvan 1 ünvanında yaşayan və barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan zərərçəkmiş şəxslərdən birinin sağlamlığına ağır zərər vurulmasına, digərinin isə ölümünə səbəb olan yol nəqliyyat hadisəsini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs 09 iyul 2025-ci ildə saat 10:30 radələrində Bakı-Qazax- Gürcüstan sərhədi avtomobil yolunun Qaradağ rayonunun Səngəçal qəsəbəsi ərazisindən keçən 44-cü kilometrində "xxxx" ASC-yə məxsus olan etibarnamə əsasında idarə etdiyi «Hyundai Accent» markalı **-AU-*** dövlət qeydiyyat nişanlı avtomobillə 3 zolaqlı yolun sağ zolağı ilə Qazax rayonu istiqamətində 86 km/saat sürətlə hərəkətdə olarkən «X13» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə əsasən diqqətini daim dəyişən yol şəraitindən və avtomobilin idarə olunmasından ayırmamalı, avtomobili hərəkətin təhlükəsizliyini təmin edə biləcəyi sürətlə idarə etməli, avtomobilin hərəkət hissəsi ilə dayanıqlı hərəkətini təmin etmək üçün avtomobilin idarə olunması ilə əlaqədar hərəkətlərini (tormozlama, manevr etmə və sair) vaxtında yetirməli, yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı, bununla da hadisənin qarşısını almağa texniki imkanı olduğu halda bunu etməyib qeyd edilən tələbləri pozaraq orta zolaqla hərəkətdə olan avtomobilin sol tərəfdən ona yaxınlaşdığını görüb azca sağa manevr etmək istəmiş, manevr etdiyi anda idarə etdiyi avtomobilin qabaq sağ tərəfi yolun sağ tərəfində olan elektrik dirəyinə dəyib avtomobilin hava şarları açılaraq idarəetməni itirib avtomobil bardürün üstünə çıxdıqda yolları ayıran sahədə dayanmış piyadalar 1974-cü il təvəllüdlü X7 və 2004-cü il təvəllüdlü Zərərçəkmiş şəxs vurmuş, nəticədə ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs ümumilikdə insan həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran baş beyinin travmatik qansızması və əzilməsi (sağ gicgah payının epidural hematoması, sol gicgah payının subdural hematoması) ilə müşayiət olunan sağ təpə-gicgah sümüklərinin kəllə əsası sümüyün böyük qanadına və orbitanın lateral divarına keçən yerdəyişməyən xətti sınığı, sağ maksillar sinusun posterior divarında yerdəyişməyən sınıq və hemorragiyası xəsarətlərini yetirməklə sağlamlığına ağır zərərvurma ilə nəticələnən və İradə Bədirovaya ümumilikdə insan həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran baş beyin toxumasına, onun mədəciklərinə və qişaları altına qansızma, başın sağ təpə, sağ gicgah və ənsə sümüklərinin xətti sınıqları, hər iki bazu sümüklərinin qapalı, yerdəyişən sınıqları, sol baldır sümüklərinin açıq, yerdəyişən sınığı, başın sağ gicgah-təpə-ənsə və sol qoltuqaltı nahiyələrinin əzilmiş-cırılmış yaraları, hər iki gözətrafı və sağ ayaq nahiyələrinin qançırları, alt dodaq nahiyəsinin qansızması, hər iki bazu, sol said, sol əl, döş qəfəsi, sağ sağrı və hər iki aşağı ətrafların çoxsaylı sıyrıqları xəsarətlərini yetirməklə başın sağ təpə, sağ gicgah və ənsə sümüklərinin sınması nəticəsində baş vermiş baş beyin toxumasına, onun mədəciklərinə və qişaları altına qansızmadan ölümü ilə nəticələnən yol nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək və ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, 09 iyul 2025-ci ildə saat 10:30 radələrində etibarnamə əsasında idarə etdiyi «Hyundai Accent» markalı **-AU-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı-Qazax-Gürcüstan sərhədi avtomobil magistral yolunun Qaradağ rayonunun Səngəçal qəsəbəsi ərazisindən keçən üç zolaqlı yolun sağ zolağı ilə 86 km/saat sürətlə hərəkətdə olarkən orta zolaqla hərəkətdə olan Ford Transit markalı avtomobilin sol tərəfdən ona işıq siqnalları verərək ötmə etməklə yaxınlaşdığını görüb azca sağa manevr etmək istəmişdir. Manevr etdiyi anda idarə etdiyi avtomobilin qabaq sağ tərəfi yolun sağ tərəfində olan işıq dirəyinə dəyərək avtomobilin hava şarları açılmışdır, bu zaman önünü görə bilməmişdir və idarəetməni itirmişdir. O həmin an əyləc pedalını sıxmışdır ki, avtomobili dayandırsın, amma əyləc pedalı tutmamışdır, həmçinin avtomobilin təkəri cırılmışdır. Avtomobil sağ tərəfdəki bordyurun üzərinə çıxdıqdan sonra sola istiqamətlənib hərəkəti davam etdirərək yolun sol tərəfindəki yolqoruyucu metal səddə dəyib dayanmışdır. Bundan sonra avtomobildən düşüb əl-üzünü yuduqdan sonra avtomobilin idarəetmədən çıxdığı yerə gəldikdə bilmişdir ki, avtomobil bordyurun üstünə çıxdıqda yolları ayıran sahədə dayanmış iki nəfər piyada qadını avtomobillə vurmuşdur. Hadisə yerinə yanındakı oğlan təcili tibbi yardım briqadası dəvət etmişdir. Hadisə zamanı sərxoş olmamışdır. İdarə etdiyi avtomobil texniki cəhətdən saz vəziyyətdə olmuşdur, yükü olmamışdır və avtomobildə bir nəfər sərnişin, yəni iş yoldaşı Şahid olmuşdur. Ford markalı nəqliyyat vasitəsi ötmə etdikcə onun üzərinə doğru gəlib onu sağa doğru sıxmışdır. Sürəti 86 km/saat olmuşdur. Belə ki, hadisə yerinin bir qədər arxasında yolda sürətə nəzarət edən radar quraşdırılmışdır. O, yolu təhlükəsizlik şarı açılanadək görə bilmişdir, şar açıldıqdan sonra hərəkət edən piyadaları heç görə bilməmişdir. Avtomobil maneəyə çırpıldıqda o, huşunu itirməmişdir. Hadisədən sonra ailə üzvləri dəfələrlə xəstəxanaya zərərçəkmiş şəxsə baş çəkməyə getmişdir. Qarşı tərəf onları yaxına buraxmamışdır. Dəfn vaxtı da onun yaxınları zərərçəkmiş şəxslərin ailə üzvlərinə başsağlığı vermək istəmişdir, lakin özü orada şəxsən iştirak etməmişdir, qırx mərasimində də zərərçəkmiş şəxsin ailə üzvləri onun yaxınlarını mərasimdən qovmuşdurlar. Zərərçəkmiş tərəfə özlərindən maddi köməklik təklif edilsə də rədd edilmişdir. Lakin yas mərasimində 1000 manat pul təqdim edilmişdir. Verilmiş mülki iddianı qismən qəbul edir, qeyd olunan məbləği ödəməyə tam maddi gücünün çatmadığını, 4000-5000 manat məbləğində qismən ödəniş edə biləcəyini bildirmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs son olaraq peşman olduğunu, əməli ehtiyatsızlıqdan törətdiyini, əvvəllər məhkum olunmadığını nəzərə alaraq, ona yüngül cəza verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində ona Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək göstərmişdir ki, nəqliyyat vasitəsi olan avtomobili idarə etmək hüququ vardır və ona xx.xx.2019-cu ildə xx.xx.2029-cu ilədək etibarlı olan «BCD» kateqoriyalı sürücülük vəsiqəsi verilmişdir. 09 iyul 2025-ci ildə saat 10:30 radələrində etibarnamə əsasında idarə etdiyi "xxxx" ASC-yə məxsus olan «Hyundai Accent» markalı **-AU-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı-Qazax-Gürcüstan sərhədi avtomobil yolunun Qaradağ rayonunun Səngəçal qəsəbəsi ərazisindən keçən 44-cü kilometrində 3 zolaqlı yolun sağ zolağı ilə Qazax rayonu istiqamətində 86 km/saat sürətlə hərəkətdə olarkən orta zolaqla hərəkətdə olan Ford Transıt markalı avtomobilə oxşatdığı avtomobilin sol tərəfdən ona yaxınlaşdığını görüb azca sağa manevr etmək istəmiş, manevr etdiyi anda idarə etdiyi avtomobilin qabaq sağ tərəfi yolun sağ tərəfində olan işıq dirəyinə dəyərək avtomobilin hava şarları açılaraq önünü görə bilməmiş və idarəetməni itirmişdir. Ayağımı tormoza qoymuşdur ki, avtomobili dayandırsın, amma tormoz tutmamışdır. Avtomobil sağ tərəfdəki bardürün üzərinə çıxdıqdan sonra sola istiqamətlənib hərəkəti davam edərək yolun sol tərəfindəki yolqoruyucu metal səddə dəyib dayanmışdır. Bundan sonra avtomobildən düşüb avtomobilin idarəetmədən çıxdığı yerə gəldikdə bilmişdir ki, avtomobil bardürün üstünə çıxdıqda yolları ayıran sahədə dayanmış iki nəfər piyada qadını avtomobillə vurmuşdur. Hadisə yerindən polis əməkdaşları tərəfindən YPXA-nın Qaradağ rayonundakı stasionar postuna aparılmış və orada məlum olmuşdur ki, idarə etdiyi avtomobillə vurduğu piyadalardan bir nəfəri hadisə yerində ölmüş, digəri isə xəstəxanaya aparılmışdır. Hadisə zamanı sərxoş olmamışdır. İdarə etdiyi avtomobil texniki cəhətdən saz vəziyyətdə olmuşdur, yük olmamışdır və bir nəfər sərnişin, yəni iş yoldaşı Şahid olmuşdur. Məhkəmə iclasında Zərərçəkmiş şəxs öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, təqsirləndirilən şəxsi hadisədən əvvəl tanımamışdır, aralarında hər hansı ədavət və düşmənçilik olmamışdır. 09 iyul 2025-ci ildə saat 10 radələrində anası X7 ilə birlikdə Qaradağ rayonunun Səngəçal qəsəbəsi ərazisində magistral yolunun kənarındakı səki ilə Bakı şəhəri istiqamətində piyada gedərkən hərəkətdə olan ağ rəngli Hyundai markalı minik avtomobili yüksək sürətlə səkiyə çıxaraq anasını və onu vurmuşdur. Xəsarət alaraq huşunu itirmişdir, ayıldıqda isə xəstəxanada olmuşdur. Ağır dərəcəli xəsarət aldığı üçün uzun müddət xəstəxanada müalicələr almışdır. Hadisə zamanı sürücünü ön şüşəsindən üzünü aydın görmüşdür, hər hansı hava şarı açılmamış və avtomobilin ön şüşəsi yolu aydın əks etdirmişdir. Bu səbəbdən sürücünün də üzərlərinə doğru hərəkət edərkən onları görə bildiyinə əmin olduğunu bildirmişdir. Hadisə zamanı əgər anası onu itələməsə idi o da ölə bilərdi. Hadisə nəticəsində sağ tərəfli sınıqlar almış, bir həftə reanimasiyada saxlanılmış, çox ağır psixi və fiziki travmalar almışdır. Qəzadan sonra bir müddət yeriyə bilməmişdir, beyninin damarları tıxanmışdır, fizioterapiyalardan keçərək yeriməyi yenidən öyrənmişdir, psixoloq seanslarından keçmişdir, hazırda isə hələ də qavramasında, nitqində, özünü sərbəst ifadə etməkdə çətinliklərinin olduğunu və müalicəsinin davam etdiyini, artıq görmə və eşitmə orqanlarında da çox ciddi problemlərin yarandığını bildirmişdir. Həmin hadisə nəticəsində anası aldığı xəsarətlər səbəbindən hadisə yerində vəfat etmişdir. Sonradan ona məlum olmuşdur ki, anasını və onu sürücü Təqsirləndirilən şəxs idarə etdiyi «Hyundai Accent» markalı **-AU-*** dövlət qeydiyyat nişanlı avtomobillə vurmuşdur. Xəsarət aldığına görə sürücü Təqsirləndirilən şəxs şikayətçi olmuşdur, onunla barışmamışdır və onun cinayət məsuliyyətinə cəlb olunmasını və ağır cəza ilə cəzalandırılmasını xahiş etmişdir. Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində bildirmişdir ki, 09 iyul 2025-ci ildə saat 10:30 radələrində anası X7 ilə birlikdə Qaradağ rayonunun Səngəçal qəsəbəsi ərazisində Bakı-Qazax-Gürcüstan sərhədi magistral yolunun kənarındakı səki ilə Bakı şəhəri istiqamətində piyada gedərkən Qazax rayonu istiqamətində hərəkətdə olan ağ rəngli Hyundai markalı minik avtomobili yüksək sürətlə səkiyə çıxaraq anasını və onu vurmuşdur. Xəsarət alaraq huşunu itirmiş, ayıldıqda isə xəstəxanada olmuşdur. Ağır dərəcəli xəsarət alığı üçün 24 gün xəstəxanada müalicə almışdır. Həmin hadisə nəticəsində anası aldığı xəsarətlər səbəbindən hadisə yerində ölmüşdür. Sonradan məlum olmuşdur ki, anasını və onu sürücü Təqsirləndirilən şəxs idarə etdiyi «Hyundai Accent» markalı **-AU-*** dövlət qeydiyyat nişanlı avtomobillə vurmuşdur. Xəsarət aldığına görə sürücü Təqsirləndirilən şəxs şikayətçidir, onunla barışmamışdır və onun cinayət məsuliyyətinə cəlb olunmasını istəyir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi X8 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, təqsirləndirilən şəxsi hadisədən əvvəl tanımamışdır, aralarında hər hansı ədavət və düşmənçilik olmamışdır. 09 iyul 2025ci ildə saat 10:30 radələrində naməlum nömrədən ona işdə olarkən zəng gəlmişdir. Digər qızı zəng edərək bacısı və anasını avtomobil vurduğunu məlumat vermişdir. Dərhal hadisə yerinə gəlmiş, lakin orada təqsirləndirilən şəxsi görməmişdir. Təcili tibbi yardıma isə qonşusu zəng vurmuşdur. Təqsirləndirilən şəxs tərəfindən onlara heç bir köməklik edilməmişdir. Zərərçəkmiş şəxsləri xəstəxanaya özü çatdırmışdır. Hadisə nəticəsində arvadı vəfat etmiş, qızı isə ağır yaralanmışdır. Təqsirləndirilən şəxs və ya yaxın qohumları nə dəfndə iştirak etməmiş, nə də maddi köməklik göstərməmişdirlər. O, heç vaxt onlara pis münasibət göstərməmişdir. Təqsirləndirilən şəxsin yaxınları ondan yasda barışıq ərizəsi tələb etmişlər və xəstəxanaya da gec gəlsələr belə onlara köməklik edilməmişdir. Təqsirləndirilən şəxsin yaxınları qızı xəstəxanada ağır vəziyyətdə yatarkən həkimə yaxınlaşıb qızının evə buraxılmasını tələb etmişdirlər. Yeddi mərasimində təqsirləndirilən şəxsin əmisi iştirak etsə də, barışıq üçün heç bir real addım atmamışdır. Hazırda isə təqsirləndirilən şəxslə barışmadığını, ondan şikayətçi olduğunu, həmçinin sonuncudan ona vurulmuş mənəvi ziyana görə 50000 manat məbləğdə təzminat tələb etdiyini bildirmişdir. Zərərçəkmiş şəxsin hüquqi varisi X8 ibtidai istintaq zamanı verdiyi ifadəsində bildirmişdir ki, X7 onun arvadıdır. İradə xx.xx.1974-cü ildə Cəlilabad rayonunun Xanılı kəndində doğulmuşdur, orta təhsilli və işsiz olmuşdur. İradə ilə 30 dekabr 1997-ci ildə rəsmi nikaha daxil olmuşdur. Birgə nikahlarından 3 qız və 2 oğlan uşağı doğulmuşdur. İradə Cəlilabad rayonunun Ağusəm kəndində qeydiyyatda olmaqla Bakı şəhəri Qaradağ rayonunun Səngəçal qəsəbəsi massiv 1 Dəmiryolçular küçəsi ev 65-də onunla birgə yaşamışdır. 09 iyul 2025-ci ildə saat 10:30 radələrində Bakı-Qazax-Gürcüstan sərhədi avtomobil yolunun Qaradağ rayonunun Səngəçal qəsəbəsi ərazisindən keçən 44-cü kilometrində baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində İradə aldığı xəsarətlərdən ölmüş, İradə ilə birlikdə olan qızı Zərərçəkmiş şəxs isə ağır dərəcəli xəsarət almışdır. İradənin meyiti Qaradağ rayoundakı morqda müayinə olunduqdan sonra meyit ona təhvil verilərək aparıb Cəlilabad rayonunun Ağusəm kənd qəbiristanlığında dəfn etmişlər. Sonradan məlum olmuşdur ki, İradə və qızını sürücü Təqsirləndirilən şəxs idarə etdiyi «Hyundai Accent» markalı **-AU-*** dövlət qeydiyyat nişanlı avtomobillə vurmuşdur. Ölmüş zərərçəkmiş İradənin hüquqi varisi kimi sürücü Təqsirləndirilən şəxs şikayətçidir, onunla barışmamışdır və onun cinayət məsuliyyətinə cəlb olunmasını istəyir. Məhkəmə iclasında Şahid öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, 09 iyul 2025-ci ildə saat 10:30 radələrində iş yoldaşı Təqsirləndirilən şəxs idarə etdiyi «Hyundai Accent» markalı **-AU-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sağ oturacağında sərnişin qismində oturmuşdur. O, yolda olarkən yuxulayıb yatmışdır. Sərnişini olduğu avtomobil yolun sol tərəfindəki yolqoruyucu metal səddə dəyib dayandıqda yuxudan oyanmışdır. Bu zaman görmüşdür ki, avtomobilin hava şarları açılmışdır. Özü hadisə nəticəsində xəsarət almamışdır. Avtomobil ilkin olaraq soldakı dirəyə çırpılanda o, oyanmamışdır, sağa dəydikdə ayılmışdır. Soldan çırpılanda şarlar açılmışdır. Elnur ona demişdir ki, idarə etdiyi avtomobilə sol tərəfdən başqa avtomobilin yaxınlaşdığını gördükdə sağa manevr etmiş və avtomobili yolun sağ tərəfində olan işıq dirəyinə dəymiş, avtomobilin hava şarları açılmışdır. Ona məlum olmuşdur ki, avtomobilin hava şarları açıldıqdan sonra avtomobil sağ tərəfdəki bordyurun üstünə çıxdıqda yolları ayıran sahədə dayanmış iki nəfər piyada qadını vurmuşdur və onlardan biri ölmüşdür. Təcili tibbi yardıma Elnurun zəng etdiyini, yəni həmin vaxt ona zəng etdiyini söylədiyini bildirmişdir. Elnur hadisə yerindən polis əməkdaşları tərəfindən YPXA-nın Qaradağ rayonundakı stasionar postuna aparıldıqda o da onunla getmişdir. Hadisə nəticəsində xəsarət almış qız isə xəstəxanaya aparılmışdır. Hadisə zamanı avtomobildə özündən başqa sərnişin olmamışdır. Şahid ibtidai istintaq zamanı verdiyi ifadəsində bildirmişdir ki, 09 iyul 2025-ci ildə saat 10:30 radələrində iş yoldaşı Təqsirləndirilən şəxs idarə etdiyi «Hyundai Accent» markalı **-AU-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sağ oturacağında sərnişin qismində oturub avtomobil Bakı-Qazax-Gürcüstan sərhədi avtomobil yolunun Qaradağ rayonunun Səngəçal qəsəbəsi ərazisindən keçən 44-cü kilometrində 3 zolaqlı yolun sağ zolağı ilə Qazax rayonu istiqamətində hərəkətdə olarkən yuxulayıb yatmışdır. Sərnişini olduğu avtomobil yolun sol tərəfindəki yolqoruyucu metal səddə dəyib dayandıqda yuxudan oyanmışdır. Bu zaman görmüşdür ki, avtomobilin hava şarları açılmışdır. Hadisə nəticəsində xəsarət almamışdır. Elnur ona demişdir ki, idarə etdiyi avtomobilə sol tərəfdən başqa avtomobilin yaxınlaşdığını gördükdə sağa manevr etmiş və avtomobili yolun sağ tərəfində olan işıq dirəyinə dəymiş və avtomobilin hava şarları açılmışdır. Məlum olmuşdur ki, avtomobilin hava şarları açıldıqdan sonra avtomobil sağ tərəfdəki bardürün üstünə çıxdıqda yolları ayıran sahədə dayanmış iki nəfər piyada qadını vurmuşdur və onlardan biri ölmüşdür. Elnur hadisə yerindən polis əməkdaşları tərəfindən YPXA-nın Qaradağ rayonundakı stasionar postuna aparıldıqda özü də onunla getmişdir. Hadisə nəticəsində xəsarət almış qız isə xəstəxanaya aparılmışdır. Hadisə zamanı avtomobildə özündən başqa sərnişin olmamışdır. İş materiallarında olan zərərçəkmiş şəxsin hüquqi varisi X8 tərəfindən verilmiş mülki iddiadan aydın olur ki, zərərçəkmiş şəxsin hüquqi varisi X8 cinayət hadisəsi nəticəsində ona vurulmuş mənəvi ziyanın əvəzi olaraq 50000 (əlli min) manat məbləğində məhkəməyə mülki iddia vermişdir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X6 X15 09 iyul 2025-ci il tarixli 65 saylı rəyində qeyd edilmişdir ki, X1 məhkəmə-tibbi ekspertizası zamanı aşkar edilmiş xəsarətlər - baş beyin toxumasına, onun mədəciklərinə və qişaları altına qansızma, başın sağ təpə, sağ gicgah və ənsə sümüklərinin xətti sınıqları, hər iki bazu sümüklərinin qapalı, yerdəyişən sınıqları, sol baldır sümüklərinin açıq, yerdəyişən sınığı, başın sağ gicgah-təpə-ənsə və sol qoltuqaltı nahiyələrinin əzilmiş-cırılmış yaraları, hər iki gözətrafı və sağ ayaq nahiyələrinin qançırları, alt dodaq nahiyəsinin qansızması, hər iki bazu, sol said, sol əl, döş qəfəsi, sağ sağrı və hər iki aşağı ətrafların çoxsaylı sıyrıqları xəsarətləri aşkar edilmişdir. Göstərilən xəsarətlər həyati olub, ölümündən az əvvəl bərk küt əşya (əşyalar) təsirindən xx.xx.2025-ci ildə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində törənmişlər, ölümlə birbaşa səbəbli əlaqəlidirlər və canlı şəxslərdə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanının əlamətlərinə malikdirlər. 2.X3 ölümünə səbəb başın sağ təpə, sağ gicgah və ənsə sümüklərinin sınması nəticəsində baş vermiş baş beyin toxumasına, onun mədəciklərinə və qişaları altına qansızma olmuşdur. 3.Meyit əlamətlərinin inkişaf dərəcəsinə əsasən güman etmək olar ki, X3 ölümü onun meyitinin meyitxanada müayinə olunduğu (xx.xx.2025-ci il saat 13:00-da) 4-6 saat əvvəl baş vermişdir.
4. X4 meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində etil spirti və narkotik maddələr aşkar edilməmişdir. (2537/K saylı, 21 iyul 2025-ci il tarixli AKT) İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X6 X15 02 sentyabr 2025ci il tarixli 583 saylı rəyində qeyd edilmişdir ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi ekspertizası zamanı aşkar edilmiş xəsarətlər - baş beyinin travmatik qansızması və əzilməsi (sağ gicgah payının epidural hematoması, sol gicgah payının subdural hematoması) ilə müşayiət olunan sağ təpə-gmcgah sümüklərinin kəllə əsası sümüyün böyük qanadına və orbitanın lateral divarına keçən yerdəyişməyən xətti sınığı, sağ maksillar sinusun posterior divarında yerdəyişməyən sınıq və hemorragiyası xəsarətləri aşkar edilmişdir. Həmin xəsarətlər bərk küt əşya (əşyalar) təsirindən törənmişlər, tibbi yardım üçün X10 müraciət etdiyi xx.xx.2025-ci ildə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdilər, həm ümumilikdə, həm də dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmaya aid edilir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 25 noyabr 2025-ci il tarixli 8/2507 nömrəli rəyində qeyd edilmişdir ki, İstintaq tərəfindən təqdim edilmiş məlumatlara əsasən “baş vermiş yol nəqliyyat hadisəsində «Hyundai Accent» markalı **-AU-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «X13» Azaybaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Ekspertiza tədqiqatının dəyəri 85 (səksən beş) manat təşkil etmişdir. İş materiallarında olan DİN-nin BDYP-nin Qİİ-nin verdiyi 24 iyul 2025-ci il tarixli 3-13- 16/2-147829/2025 nömrəli arayışla müəyyən edilmişdir ki, Azaybaycan Respublikası DİN BDYPİ Qeydiyyat-İmtahan İdarəsinin kompüter uçot bazasının məlumatlarına əsasən xx.xx.1984-cü il təvəllüdlü Təqsirləndirilən şəxs xx.xx.2019-cu il tarixdə (xx.xx.2019-cu il tarixədək müddətə etibarlı olan) AD 304778 nömrəli «BCD» kateqoriyalı sürücülük vəsiqəsi verilmişdir və onun sürücülük hüququnun məhdudlaşdırılması ilə bağlı məlumat qeydə alınmamışdır. İş materiallarında olan 09 iyul 2025-ci il tarixli 2/4337 saylı “sərxoşluq hallarının bütün növlərinin təyin məqdəsi ilə aparılan tibbi müayinə” protokolundan görünür ki, Təqsirləndirilən şəxs hadisə günü alkoqol sərxoşluğu vəziyyətində olmamışdır. İş materiallarında olan "xxxx" ASC tərəfindən verilmiş 13 fevral 2025-ci il tarixli 016/25 saylı etibarnamədən görünür ki, "xxxx" ASC-yə məxsus olan «Hyundai Accent» markalı **-AU-*** dövlət qeydiyyat nişanlı avtomobil 31 dekabr 2025-ci il tarixədək idarə etmək üçün Təqsirləndirilən şəxs səlahiyyət verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-i tərəfindən tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə heç bir məlumat yoxdur. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə tədqiq edilmiş sübutların tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli tam sübuta yetir və onun əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs hadisələrin təsadüfi axarı zəminində ilk dəfə olaraq ehtiyatsızlıqdan az ağır cinayət əməli törətməsini və himayəsində bir yetkinlik yaşına çatmayan uşağının olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinin tələblərinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, eləcədə zərərçəkmiş şəxsin və zərərçəkmiş şəxsin hüquqi varisinin hal-hazırda təqsirləndirilən şəxsə qarşı şikayətçi olmaqla onunla israrla barışmaq istəməmələrini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 263.2-ci maddəsində nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş ildən yuxarı həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi cəzanın məqsədlərinə nail olunması baxımından daha məqsədə müvafiqdir. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməlidir. Cinayət işinin materiallarından aydın olur ki, Təqsirləndirilən şəxs barəsində qeyd olunan cinayət işi ilə əlaqədar olaraq “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmişdir. İş üzrə maddi sübut yoxdur. İş üzrə 85 (səksən beş) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilməlidir. Azərbaycan Respublikası CPM-nin 181.5-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia vermək hüququ olan hər hansı fiziki şəxs öldükdə mülki iddia vermək hüququ onun varislərinə, hüquqi şəxsin ləğv və ya yenidən təşkil edildiyi hallarda isə onun hüquqi varisinə keçir. Məhkəmə, iş üzrə verilmiş mülki iddiaya münasibətdə isə hesab edir ki, mülki iddianın qismən təmin edilərək, mülki cavabdeh Təqsirləndirilən şəxs vurduğu mənəvi zərərə görə 10000 (on min) manat məbləğində pulun tutularaq mülki iddiaçı X5 xeyrinə ödənilməsi daha məqsədə müvafiqdir. Belə ki, qeyd olunan yol nəqliyyat hadisəsi nəticəsində bir ailənin yetkinlik yaşına çatmış və əmək qabiliyyətli üzvlərindən biri vəfat etmiş, digəri isə ağır dərəcəli bədən xəsarətləri almaqla, hazırda da çox ciddi şəkildə müayinə və müalicələrə ehtiyacı yaranmışdır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 30 iş saatı sərf olunmuşdur. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı 330 manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhər 10 saylı Vəkil Bürosunun hesabına ödənilməlidir. Odur ki, yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının CPMnin 344-347, 349, 351-353, 356, 358, 381 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə
HÖKM ETDİ:
Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il müddətə nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilməklə, 05 (beş) il 02 (iki) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbiri seçilməklə dəyişdirilsin və o, məhkəmə iclas zalından dərhal həbsə alınsın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzasının əvvəli həbsə alındığı gündən, yəni 03 mart 2026-cı il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin. İş üzrə 85 (səksən beş) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilsin. İş üzrə mülki iddia qismən təmin edilsin. Mülki cavabdeh Təqsirləndirilən şəxs vurduğu mənəvi zərərə görə 10000 (on min) manat məbləğində pul alınaraq mülki iddiaçı X5 xeyrinə ödənilsin. Zərərçəkmiş şəxsin hüquqi varisinə və zərərçəkmiş şəxsə izah edilsin ki, baş vermiş yol-nəqliyyat hadisəsi ilə əlaqədar vurulmuş maddi ziyanla bağlı cinayət və mülki qanunvericiliyin tələblərinə əməl etməklə məhkəmədə iddia qaldırmaq hüququna malikdirlər. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs idarə etdiyi «Hyundai Accent» markalı **-AU-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibinə qaytarılması nəzərə alınsın. Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı göstərilmiş hüquqi yardımla bağlı 330 (üç yüz otuz) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhər 10 saylı Vəkil Bürosunun (“Kapitalbank” Qaradağ rayon filialı H/h ********************, kod 200220, VÖEN **********) hesabına ödənilsin. Hökmdən elan olunduğu, təqsirləndirilən şəxs tərəfindən isə hökmün surəti ona təqdim edildiyi vaxtdan 20 (iyirmi) gün müddətinə Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Sədrlik edən: Rufan Mürsəlov