Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(5-96)-17/2026 25.02.2026 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Fətəliyev Emin Mirzə oğlunun sədrliyi, Fərəcov Amil Famil oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – Union Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxx 1983-cü ildə Ağdam rayonu, Başqərvənd kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, tam orta təhsilli, evli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Ağdam rayonu, Başqərvənd kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, boru təmiri zavodunun yataqxanasında yaşayan, 24 dekabr 2025-ci il tarixdə barəsində "başqa yerə getməmək haqqında iltizam" qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs idarə etdiyi avtomobillə yol hərəkəti qaydalarını pozmaqla, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olmuşdur. Belə ki o, 16 sentyabr 2025-ci il tarixdə saat 10 radələrində idarə etdiyi özünə məxsus "X16" markalı “**-EZ-***” dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, "Binə" ticarət mərkəzinin 9-cu sırasının arxa girişində geriyə doğru hərəkət edən zaman “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 13-cü hissəsinin tələblərinə əsasən avtomobil arxaya doğru hərəkət etməzdən əvvəl arxada hərəkət üçün heç bir maneənin olmamamasına əmin olmalı, lazım gəldikdə başqa şəxslərin köməyindən istifadə etməli və avtomobilin arxasında olan piyadanın avtomobilin arxaya hərəkət etdiyi hissədən uzaqlaşdırdıqdan sonra avtomobili arxaya doğru idarə etməli olduğu halda cinayətkarcasına etinasızlıq edərək qanunun qeyd olunan tələblərinə əməl etməyib onun hərəkət istiqamətində avtomobilin arxasında dayanan piyada Zərərçəkmiş şəxs avtomobilinin arxa hissəsi ilə vuraraq ehtiyatsızlıqdan sonuncunun döş qəfəsinin soldan İİİ, İV, V, Vİ, Vİİ, Vİİİ qabırğaların qapalı, yerinidəyişmiş sınıqları, sol ağciyərin travmatik cırılması, saşın və bədənin çoxsaylı sıyrıqlar və qançırları, sirkə kasasının sınığı, qasıq sümüyünün sınığı ilə nəticələnən həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurub Zərərçəkmiş şəxs sol ağciyərinin travmatik cırılması ilə müşayiət olunan sol tərəfli İİİ, İV, V, Vİ, Vİİ, Vİİİ qabırğalarının sınıqları nəticəsində baş vermiş daxili qanaxmadan 19 sentyabr 2025-ci il tarixdə saat 19:20-də X11 ölümünə səbəb olmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, rəsmi olaraq iş yeri olmasa da özünə məxsus "X16" markalı “**-EZ-***” dövlət qeydiyyat nişanlı yük avtomobili ilə Binə ticarət mərkəzində yük daşıma fəaliyyəti göstərir. 16 sentyabr 2025-ci il tarixdə saat təxminən 10 radələrində idarə etdiyi yük avtomobili ilə Bakı şəhəri, Qaradağ rayonu, Binə ticarət mərkəzində 9-cu sıranın arxasında kargodan gətirdiyi paltar yükünü boşaltdıqdan sonra yük maşınının arxasını bağlayıb maşının yanında ticarət mərkəzində işləyən Abdulla adlı şəxslə söhbət etdikdən sonra maşına əyləşərək hərəkətə başlamaq istəmişdir. Lakin qarşıda iki avtomobil yolun hərəkət hissəsini bağladığı üçün avtomobili ilə təxminən 10-15 metr geriyə hərəkət edərək mağazaların qarşısında avtomobili əks tərəfə yerdəyişmə edib hərəkətə davam etmək məqsədi olmuşdur. Çünki 10-15 metr arxadan dönmək üçün kifayət qədər yer olmuşdur. Bundan sonra avtomobili işə salıb təxminən 2-3 metr məsafə getmişdir ki, ətrafda olan şəxslərin qışqıraraq "vurdun" səsini eşidib avtomobilini saxlamış və avtomobildən aşağı enib arxasına gəldikdə yaşlı bir xanımın avtomobilin altında yerə uzandığını görmüşdür. Həmin yaşlı xanımı ətrafdakı insanların köməyi ilə avtomobilin alt hissəsindən çıxararaq təcili tibbi yardıma zəng etmişlər. Həmin qadının çənə hissəsi sıyrıldığından çənəsi qan olmuş və xanım ayağının əzildiyini demişdir. Bundan sonra həkim briqadası gələrək xəsarət yetirdiyi qadını təcili tibbi yardım maşınına yerləşdirmiş və o, da onlarla birlikdə xəstəxanaya getmişdir. Bundan sonra polis əməkdaşlarının göstərişi ilə sərxoşluğun müayinəsindən keçmişdir. İdarə etdiyi "Ford Transit " markalı “**-EZ-***” dövlət qeydiyyat nişanlı yük avtomobili ona məxsus olmuşdur, avtomobil idarə etmək üçün B1, B, C1, C kateqoriyalı sürücülük vəsiqəsi vardır. İdarə etdiyi "Ford Transit" markalı “**-EZ-***” dövlət qeydiyyat nişanlı avtomobil ilə hadisə zamanı təxminən 5-6 km/saat sürətlə geriyə hərəkət etmişdir. Geriyə hərəkətə başlayarkən yan güzgülər vasitəsilə arxaya baxmış, lakin piyadanın yolun hərəkət hissəsində olmasını, yola hansı tərəfdən daxil olmasını görməmişdir. İdarə etdiyi yük avtomobilini geriyə təxminən 7- 8 metr hərəkət etdirmiş, yük avtomobilini işə salıb hərəkətə başlamazdan əvvəl avtomobilin tam ətrafına baxmamış, avtomobilin arxa hissəsində hər hansı şəxsin olubolmamasını yoxlamamış, birbaşa avtomobilə əyləşərək işə salıb hərəkətə başlamışdır. Hadisənin qarşısını almaq üçün hər hansı bir tədbir görə bilməmişdir. Baş vermiş hadisə zamanı spirtli içkinin təsiri altında olmamış, hadisədən əvvəl spirtli içki qəbul etməmişdir. Avtomobili idarə edərkən yol şəraitin nəzarətinə mane olan hər hansı bir maneə olmamışdır. Hadisə vaxtı avtomobilində heç kəs olmamış və yüksüz olmuşdur. Avtomobili idarə edərkən hadisə baş verdiyi anadək səhhətində hər hansı bir narahatlığı olmamışdır. Hadisə baş verən anadək avtomobilində heç bir nasazlıq olmamışdır. 10 il avtomobil idarə ütsə də, başına belə bir hadisə gəlməmişdir. Hadisədə özünü tam təqsirli bilmişdir. Nəqliyyat vasitəsini idarə etməyə başlamadan öncə nəqliyyat vasitəsinin arxa hissəsində hər hansı şəxsin olmasını yoxlamamışdır. Hadisə ehtiyatsızlıqdan baş vermişdir. Hadisənin necə baş verdiyini anlaya bilməmişdir. Hadisə baş verən an axırıncı dəfə maşını arxaya doğru verəndə yan güzgülərdən baxmış, lakin heç kimi görməmişdir. Əməlindən çox peşmandır. Hadisədən sonra zərərçəkmiş şəxsə hər bir formada köməklik göstərmişdir. Həm özü, həm də ailə üzvləri tərəfindən xəstəxana xərcləri və yas mərasimi ilə bağlı xərcin qarşılanmasına yardım edilmişdir. Hadisə keçən ilin sentyabr ayının 16-da baş vermişdir. Avtomobil öz mülkiyyətində olunmuşdur. Avtomobilin sənədlərində heç bir problem olmamışdır. Hadisə baş verən zaman avtomobildə arxa görüntü kamerası mövcud olmamış, lakin olsa belə avtomobilin arxa hissəsini tam görmək mümkün olmamışdır. Əməlindən peşmançılıq hissi keçirdiyini, himayəsində azyaşlı və xəstə qızının olmasını və ailəyə yeganə gəlir gətirən şəxs olduğunu bildirərək barəsində yüngül cəza təyin olunmasını xahiş etmişdir. İş üzrə məhkəmə iclasında iştirak etməyən zərərçəkmiş şəxsin hüquqi varisi X1 ibtidai istintaqa verdiyi ifadəsi məhkəmə iclasında elan edilərək tədqiq edildi. X5 ibtidai istintaqa verdiyi ifadəsində bildirmişdir ki, Zərərçəkmiş şəxs onun bacısıdır. 16 sentyabr 2025-ci il tarixdə evdə olan zaman bacısı mərhum Zərərçəkmiş şəxs onun telefonuna zəng vurmuş və yol nəqliyyat hadisəsi nəticəsində "Binə” ticarət mərkəzində avtomobillə vurulduğunu, xəsarət aldığı üçün həkimə aparıldığını bildirmişdir. Bundan sonra o, oğlu ilə "Semaşko" adlanan X14 yaxınlaşmış və həkim bacısının çanaq sümüyünün sındığını bildirmişdir. Həmin gün xəstəxanada bacısına yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət yetirən sürücü Təqsirləndirilən şəxs də görmüşdür. Həmin şəxs ondan üzrxahlıq etmişdir. Bundan sonra həmin gün bacısı ayıq olduğu üçün onunla danışıb evə getmişdir. Sonra isə telefonla həkim vasitəsilə bacısının səhhəti barədə məlumat almışdır. 19 sentyabr 2025-ci il tarixdə bacısının baş vermiş yol nəqliyyat hadisəsi səbəbi ilə müalicə aldığı xəstəxanada vəfat etdiyi bildirilmişdir. İş üzrə Şahid ibtidai istintaqa verdiyi ifadəsi məhkəmə iclasında elan olunaraq tədqiq edilmişdir. Şahid ibtidai istintaqa verdiyi ifadəsində bildirmişdir ki, rəsmi olaraq iş yeri olmasa da Binə ticarət mərkəzində fəhlə kimi işləyir. Təqsirləndirilən şəxs Binə ticarət mərkəzindən sürücü kimi tanımışdır. 16 sentyabr 2025-ci il tarixdə saat 10 radələrində Binə ticarət mərkəzində 9-cu sıranın arxa hissəsində "Arşın mal alan" mağazasının qarşısında mal boşaldarkən səs-küy eşidib həmin tərəfə baxdıqda Təqsirləndirilən şəxs idarə etdiyi yük avtomobilinin arxa hissəsində adamların toplaşdığını görmüşdür. Həmin yerə yaxınlaşdıqda yerə uzanmış yaşlı bir xanımı və ətrafında insanları, həmçinin Təqsirləndirilən şəxs görmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs idarə etdiyi yük avtomobilini geriyə hərəkət etdirərkən avtomobilin arxa hissəsində olan yaşlı qadını avtomobil ilə vurduğu ona məlum olmuşdur. Həmin vaxt Təqsirləndirilən şəxs də orada özünü itirmiş halda olmuş və təcili tibbi yardıma zəng olunmuşdur. Bundan bir neçə dəqiqə sonra təcili tibbi yardım briqadası gələrək həmin yaşlı qadını xəstəxanaya aparmış və polis əməkdaşları gələrək hadisə yerinin şəkillərini çəkərək Şamo ilə birlikdə getmişlər. O, hadisə anını görməsə də sonradan orada olmuş və Təqsirləndirilən şəxs həmin yaşlı qadını idarə etdiyi maşını ilə vuraraq xəsarət yetirdiyini bilmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, zərər çəkmiş şəxsin hüquqi varisinin və şahidin ifadəsi, ekspertiza rəyləri və iş materiallarında olan digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş: “Cinayət işinin başlanması və icraata qəbul olunması barədə” 19 sentyabr 2025-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikasının CM-nin 263.2-ci maddəsinə əsasən fakta görə ********* saylı cinayət işi başlanılmış və icraata qəbul olunmuşdur (i.v. 01). “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” 24 dekabr 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 263.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə ittiham elan edilmişdir (i.v. 76-77). “Qətimkan tədbiri seçilməsi barədə” 24 dekabr 2025-ci il tarixli qərardan görünür ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (i.v. 91-92). BB427639 seriya və nömrəli, xx.xx.2022-ci il tarixdə verilmiş sürücülük vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs “B1, B, C1, C” dərəcəli sürücülük hüququna malikdir (i.v. 9). Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş X15 İdarəsinin Qeydiyyat- İmtahan İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş BB292156 seriya və nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, buraxılış ili 2006cı il, “Ford” markalı, “**-EZ-***” dövlət qeydiyat nişanlı nəqliyyat vasitəsinin mülkiyyətçisi Təqsirləndirilən şəxsdur (i.v. 9). 16 sentyabr 2025-ci il tarixli, 2/53168 saylı sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə ayıq olmuşdur (i.v. 8). Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X7” X12 19 sentyabr 2025-ci il tarixli 97 nömrəli meyitin məhkəmə-tibbi ekspertizasının rəyindən görünür ki, 1946-cı il təvəllüdlü mərhum Zərərçəkmiş şəxs məhkəmə-tibbi ekspertizası zamanı aşkar edilmiş xəsarətlər - döş qəfəsinin soldan İİİ, İV, V, Vİ, Vİİ, Vİİİ qabırğaların qapalı, yerinidəyişmiş sınıqları, sol ağciyərin travmatik cırılması, saşın və bədənin çoxsaylı sıyrıqlar və qançırları, sirkə kasasının sınığı, qasıq sümüyünün sınığı bərk küt əşya (əşyalar) təsirindən törənmişlər. Qeyd olunan xəsarətlər həyatidirlər, qərarın təsviri hissəsində göstərilən xx.xx.2025-ci il tarixdə və şəraitdə, yəni baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində törənə bilərdilər və bu da canlı şəxslərdə dərəcələrinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmanın əlamətlərinə malikdirlər. Mərhum Zərərçəkmiş şəxs ölümünə səbəb sol ağciyərin travmatik cırılması ilə müşayiət olunan sol tərəfli İİİ, İV, V, Vİ, Vİİ, Vİİİ qabırğaların sınıqları nəticəsində baş vermiş daxili qanaxma olmuşdur. Zərərçəkmiş şəxs ölümü xx.xx.2025-ci il tarixdə, saat 19:20-də X13 baş vermişdir. Mərhum Zərərçəkmiş şəxs meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində etil spirti və narkotik maddələr isə aşkar edilməmişdir. (3616/K saylı xx.xx.2025-ci il tarixli Akt) (i.v. 39-43). Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə-yol-nəqliyyat hadisələri ekspertizasının 14 noyabr 2025-ci il tarixli 8/2400 saylı rəyindən görünür ki, istintaq tərəfindən təqdim edilmiş məlumatlara əsasən "X16" markalı “**-EZ-***” dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 13-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun hərəkətlərində həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur (i.v. 52-53). Ekspertiza xərclərinə dair bildirişlərdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 85 (səksən beş) manat müəyyən edilmişdir (i.v. 51). “Sübutların qiymətləndirilməsi haqqında” 13 yanvar 2026-cı il tarixli qərardan görünür ki, "X16" markalı “**-EZ-***” dövlət qeydiyyat nişanlı yük avtomobili iş üzrə mühüm əhəmiyyət kəsb etdiyi üçün maddi sübut kimi tanınmış və məhkəmə baxışınadək saxlanılması üçün mülkiyyətçi Təqsirləndirilən şəxs geri qaytarılmışdır (i.v. 103-107). Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 25 sentyabr 2025-ci il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir (i.v. 22). X2 xx.xx.2025-ci il tarixdə Bakı şəhəri 7 saylı Notariat Ofisində verdiyi ərizəsindən görünür ki, xx.xx.2025-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində Təqsirləndirilən şəxs tərəfindən ona dəyən ziyan tamamilə ödənilmişdir və onlar barışmışlar. Onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və maddi tələbi yoxdur. Qeyd olunanların nəzərə alınmasını xahiş edir (i.v. 34). Cinayət işinin materiallarına əlavə olunmuş zərərçəkmiş şəxsin hüquqi varisi X6 tərəfindən məhkəməyə göndərilmiş xx.xx.2026-cı il tarixli teleqramdan görünür ki, X6 məhkəmə iclasında səhhəti ilə bağlı iştirak edə bilməyəcəyini, zərərçəkmişin hüquqi varisi olaraq ibtidai istintaqa verdiyi ifadəsini təsdiq etdiyini və Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmiş, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və təqsirləndirilən şəxsə yüngül cəza təyin edilməsini xahiş etmişdir. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün etirafı, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidin ifadələri, ekspert rəyləri və digər iş materialları ilə onun idarə etdiyi nəqliyyat vasitəsi ilə yol hərəkəti qaydalarını pozaraq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olma cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsinə əsasən avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 13cü hissəsinə əsasən nəqliyyat vasitəsinin geriyə hərəkətinə o şərtlə icazə verilir ki, bu manevr təhlükəsiz olsun və hərəkətin digər iştirakçılarına maneə yaratmasın. Lazım gəldikdə, sürücü başqa şəxslərin köməyindən istifadə etməlidir. Göründüyü kimi qeyd edilən qanunun tələbinə əsasən nəqliyyat vasitəsinin geriyə hərəkətinə manevrinin təhlükəsiz olması və hərəkətin digər iştirakçılarına maneə yaratmaması halında icazə verilir. Bununla yanaşı yuxarıda qeyd edilən maddədə lazım gəldikdə, sürücünün başqa şəxslərin köməyindən istifadə etməsi nəzərdə tutulmuşdur. Təqsirləndirilən şəxsn Vəli oğlunun idarə etdiyi avtomobilin yük avtomobili olması geriyə hərəkət zamanı qanunla müəyyən edilmiş tələblərə daha ciddi əməl edilməsini şərtləndirir. Buna baxmayaraq ifadəsindən də göründüyü kimi, nəqliyyat vasitəsinə əyləşmədən öncə həmin nəqliyyat vasitəsinin arxa hissəsində hər hansı şəxsin olub-olmamasını yoxlamamışdır. Bununla yanaşı Təqsirləndirilən şəxs ifadəsində yan güzgülərlə nəqliyyat vasitəsinin arxasını tam görməyin mümkün olmadığını bildirmiş, ancaq bunun üçün digər şəxslərin köməyindən istifadə etməmişdir. Həmçinin məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs “Binə” ticarət mərkəzinin yanında olmasına, yəni ərazidə olan digər şəxslərdən kömək alma imkanın olmasına baxmayaraq heç kimdən kömək almaması Təqsirləndirilən şəxs ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduğunu təsdiq edir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsinə şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Beləliklə, iş üzrə toplanmış və biri digərini tamamlayan sübutların cəminə qiymət verməklə məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli olması tam sübuta yetmişdir. “Yol hərəkəti haqqında” 1968-ci il tarixli Vyana Konvensiyasının 7-ci maddəsinin 1-ci bəndinə əsasən yol istifadəçiləri özlərini elə aparmalıdırlar ki, hərəkət üçün təhlükə və ya maneə törətməsinlər, adamları təhlükəyə məruz qoymasınlar və dövlət, ictimai və ya şəxsi əmlaka zərər vurmasınlar. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti haqqında və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 07 oktyabr 2004-cü il tarixli 2 №li Qərarının 10-cu bəndində qeyd edilir ki, bu qəbildən olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən cinayətin baş verməsində zərərçəkən və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkənə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkən şəxsin, təqsirkarın ailə üzvü və yaxud yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar aydınlaşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 45.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növü bu Məcəllənin xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmuş hallarda, cinayətin xarakteri, təqsirkar şəxsin şəxsiyyəti və cinayətin digər halları nəzərə alınmaqla, bir ildən beş ilədək müddətə təyin edilə bilər. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs əməlini etiraf etməklə özünü təqsirli bilməsini, hadisədən dərhal sonra zərərçəkmiş şəxsə tibbi yardım göstərilməsi üçün tədbirlər görməsini, dəymiş ziyanı könüllü olaraq tamamilə ödəməsini, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməsini, zərərçəkmiş şəxsin hüquqi varisinin ona qarşı heç bir şikayət və tələbinin olmamasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.13-cü maddəsində cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və ya aradan qaldırılması cəzanı yüngülləşdirən hal kimi qeyd edilmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsində zərərçəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsi cəzanı yüngülləşdirən hal kimi nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 60.1-ci maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10— 59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cəzanı yüngülləşdirən halların olmasını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlıqdan məhrumetmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona həmin cəzalərın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Ona görə də onun barəsində nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlıqdan məhrumetmə cəzası təyin edilməli, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanmalı və onun barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzalarını məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkirlər. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 67.2-ci maddəsinə əsasən cəzaçəkmə müəssisəsindən keçirilmiş məhkumlar istisna olmaqla cəzanın icrası müddəti məhkumun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Maddi sübut və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış "X16" markalı “**-EZ-***” dövlət qeydiyyat nişanlı yük avtomobilinin sahibinə qaytarılması nəzərə alınmalı, iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 85 (səksən beş) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaqda dövlət hesabına göstərilmiş 28 (iyirmi səkkiz) iş saatı hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X3 308 (üç yüz səkkiz) manat məbləğində pul Azərbaycan Respublikasının Dövlət büdcəsi hesabından işlədiyi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Nazirlər Kabinetinin “Müdafiəçilərə (vəkillərə), tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli Qərarına NK-nin 03 may 2008-ci il tarixli 202 nömrəli Qərarı ilə edilmiş dəyişikliyə əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat, NK-nin 28 aprel 2025-ci il tarixli 141 nömrəli Qərarı ilə edilmiş dəyişikliyə əsasən isə vəkilin sərf etdiyi hər saat üçün 11 manat ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) 09 (doqquz) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut kimi tanınmış "X16" markalı “**-EZ-***” dövlət qeydiyyat nişanlı yük avtomobilinin mülkiyyətçisi Təqsirləndirilən şəxs qaytarılması nəzərə alınsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 85 (səksən beş) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X4, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X3 308 (üç yüz səkkiz) manat məbləğində pul Azərbaycan Respublikasının Dövlət büdcəsi hesabından işlədiyi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə mülki iddia və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Hökmdən elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Emin Fətəliyev
Məhkəmə qərarları › İş №1(5-96)-17/2026
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(5-96)-17/2026
25.02.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver