Məhkəmə qərarları › İş №1(5-96)-32/2026

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №1(5-96)-32/2026

03.03.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(5-96)-32/2026 03.03.2026 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, X5 qızının katibliyi, Dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Müdafiəçi, Cinayət qanuni ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1998-ci ildə Ucar rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, məhkumluğu olmayan, deməsinə görə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, İ massivdə yerləşən nömrəsiz fərdi evdə yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin sağlamlığının qısa müddətdə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarəti yetirmişdir. Belə ki, Təqsirləndirilən şəxs 27 yanvar 2026-cı il tarixdə saat 04:30 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan dairəsində yerləşən «Dəniz» adlı kafedə aralarında yaranmış şəxsi münasibətlər zəmnində baş vermiş mübahisə zamanı yumruqla qəsdən tanışı Zərərçəkmiş şəxs sol gözündən vuraraq sonuncuya sol gözün ağlı qişasının qansızması ilə müşayiət olunan sol gözətrafı nahiyəsinin hematoması, üst və alt göz qapaqlarının səthi əzilmiş yaraları ilə müşayiət olunan dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aid bədən xəsarəti yetirmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 128ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, 27 yanvar 2026-cı il tarixdə saat 03 radələrində o, kafedə tək olan zaman işçisi Zərərçəkmiş şəxs rəfiqəsi ilə birlikdə kafeyə gəlib masaların birində oturub pivə sifariş vermişlər. Gülxara kafedən çıxmış və gec qayıtmış bu səbəbdən aralarında mübahisə yaranmışdır. Baş vermiş mübahisə zamanı Gülxara sərxoş olduğu üçün onun ünvanına nalayiq ifadələr işlədərək onu təhqir etməyə başlamışdır. O da əsəbləşib bir dəfə yumruqla Gülxaranın sol gözündən əlinin arxa hissəsi ilə vurmuşdur. Mübahisənin bir-iki dəqiqə davam etdiyini və həmin vaxt kafedən onlardan başqa kimsə olmadığından hadisənin şahidi Gülxaranın rəfiqəsi Aytənin olduğunu bildirmişdir. Məhkəmə iclasında cinayət qanuni ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ərizə ilə məhkəməyə müraciət edərək özünü təqsirli bildiyini, zərərçəkmiş şəxslə barışdığını, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirərək cinayət məsuliyyətindən azad edilərək cinayət təqibi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs öz ifadəsində bildirmişdir ki, 27 yanvar 2026-cı il tarixdə gecə saat 03:30 radələrində rəfiqəsi Aytənlə birlikdə işlədiyi Qaradağ rayonu, Lökbatan dairəsi adlanan ərazidə fəaliyyət göstərən «Dəniz» adlı kafeyə gəlmiş və kafedə olan masaların birində oturub pivə içməyə başlamışlar. O, həmin kafedən çıxaraq digər əvvəllər işləmiş olduğu kafeyə getmiş və “Dəniz” kafeyə bir qədər gec qayıtmışdır. Kafenin sahibi Təqsirləndirilən şəxsla gec gəldiyinə görə aralarında mübahisə yaranmışdır. Mübahisə zamanı o, sərxoş olduğu üçün Allahverənin ünvanına nalayiq ifadələr işlətmişdir. Allahverəndə bir dəfə yumruqla onun sol gözündən vurmuşdur. Hadisə zamanı yanında rəfiqəsi Aytən olmuşdur. Bundan sonra o, bir neçə saat sonra gözündən ciddi xəsarət aldığını görüb bu barədə DİN-nin 102 xidmətinə zəng vurub məlumat vermişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ərizə ilə məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını, ona vurulmuş ziyanın ödənildiyini və Təqsirləndirilən şəxs barəsində olan işə xitam verilməsini xahiş etmişdir. İşdə olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X3 X6 Qaradağ rayon şöbəsinin 29 yanvar 2026-cı il tarixli, 75 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxsnun məhkəmə-tibbi müayinəsi zamanı onun bədən səhtində aşkar edilmiş xəsarət – sol gözün ağlı qişasının qansızması ilə müşayiət olunan sol gözətrafı nahiyəsinin hematoması, üst və alt göz qapaqlarının səthi əzilmiş yaraları bərk küt əşya təsirindən müayinədən 1-2 gün əvvəl törənmişdir, qərarın təsviri hissəsində göstərilən 27 yanvar 2026-cı il tarixdə əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aid edilir. Zərərçəkmiş şəxs almış olduğu xəsarətin xarakteri və lokalizasiyasını nəzərə alıb demək olar ki, həmin xəsarətlər şəxsin yıxılması nəticəsində, eləcədə özü tərəfindən yetirilməsi inandırıcı deyil. İş materiallarında olan DİN-nin BƏSİİ tərəfindən tərtib edilmiş tələbnamədən aydın olur ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. Məhkəmə tərəfləri dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, cinayət qanuni ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməklə cinayət təqibi üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73.2-ci maddəsində göstərilir ki, bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1,134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Məhkəmə, cinayət qanuni ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ilk dəfə olaraq böyük ictimai təhlükə törətməyən cinayət əməli törətməsini, törətdiyi əməldən səmimi peşmançılıq hissi keçirməsini, zərərçəkmiş şəxslə barışmasını və zərərçəkmiş şəxsin xahişini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməklə barəsində olan cinayət təqibinə xitam verilməlidir. Təhqiqat və məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. Təhqiqat zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili X4 tərəfindən 15 saat, məhkəmə baxışı zamanı isə Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 10 saat sərf olunmuşdur. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı 165 manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X2 və 110 (yüz on) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədikləri Bakı şəhər 10 saylı Vəkil Bürosunun hesabına ödənilməlidir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CM-nin 73, CPM-nin 43 və 321-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilməklə barəsində olan cinayət təqibi üzrə icraata xitam verilsin. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Cinayət qanuni ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs təhqiqat zamanı göstərilmiş hüquqi yardımla bağlı 165 (yüz altmış beş) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X2 və məhkəmə prosesi ilə əlaqədar göstərilmiş hüquqi yardımla bağlı 110 (yüz on) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədikləri Bakı şəhər 10 saylı Vəkil Bürosunun (“Kapitalbank” Qaradağ rayon filialı H/h ********************, kod 200220, VÖEN **********) hesabına ödənilsin. Qərardan elan edildiyi vaxtdan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan, apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qərar qanuni qüvvəyə minir. Sədrlik edən: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar