Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(5-97)-18/2026 12.03.2026 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, X7 oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili X1 iştirakları ilə, xx.xx.1992-ci ildə Gədəbəy rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Nizami rayonu, Kamil Balakişiyev küçəsi, ev 45, mənzil 4-də qeydiyyatda olan və Bakı şəhəri, Xətai rayonu, NZS qəsəbəsi, Ə.Vahid küçəsi, ev 43/2-də yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təkrar törədilməklə satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda narkotik vasitə və psixotrop maddəni əldə edib üzərində saxlamaqla daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda təmiz çəkisi 0,436 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib üzərində saxlayaraq 15 aprel 2025-ci il tarixdə Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 104 ünvanının qarşısına daşımış, həmin tarixdə saat 11:49 radələrində Bakı şəhəri, Nizami rayon Pİ-nin 24-cü PŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 104 ünvanının qarşısında şübhəli şəxs qismində saxlanılaraq, orada videoçəkilişdən istifadə etməklə keçirilmiş yoxlama zamanı əynində olan açıq göy rəngli cins şalvarın sağ yan iç cibindən 01 ədəd şəffaf sellofana bükülmüş, təmiz çəkisi 0,436 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bundan başqa o, təkrar törədilməklə istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda 01 ədəd şəffaf rəngli sellofan bükümdə, təmiz çəkisi 1,710 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib üzərində saxlayaraq xx.xx.2025-ci il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, Rövşən Əliyev küçəsi 5 ünvanının yaxınlığına daşımış, həmin tarixdə saat 22.29-da Nərimanov rayon Polis İdarəsinin 17-ci PŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində ünvan 3 ünvanında yerləşən “Ulduz” metrostansiyasının yaxınlığında saxlanılaraq, orada üzərinə videoçəkilişdən istifadə etməklə keçirilmiş yoxlama zamanı əynindəki tünd göy rəngli şalvarın sol yan cibindən şəffaf rəngli sellofan bükümdə təmiz çəkisi 1,710 qram olan tünd qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs həmin hərəkətləri ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, təxminən 4 ilə yaxındır ki müxtəlif növ narkotik vasitələrdən istifadə etmişdir, buna görə narkotik vasitənin növlərini yaxşı tanıyır. xx.xx.2025-ci il tarixdə saat 10 radələrində Bakı şəhəri, Nizami rayonu, “Xalqlar dostluğu” metro stansiyanın yaxınlığında yerləşən parkda özü üçün istirahət etmək məqsədi ilə gəzmişdir. Biraz orada gəzdikdən sonra üzdən tanıdığı, lakin şəxsiyyəti barədə heç bir məlumatını bilmədiyi şəxs ona yaxınlaşıb salamlaşmışdır. O, həmin şəxslə salamlaşdıqdan sonra onlar birlikdə söhbət etməyə başlamışlar. Söhbət zamanı o, həmin şəxsə narkotik istifadəçisi olduğunu və bu səbəbdən bədənində ağrılar olduğunu, hər hansısa bir narkotik vasitə qəbuluna ehtiyacının olduğunu bildirmişdir. Bundan sonra adını bilmədiyi həmin şəxs ona üzərində psixotrop maddə olan metamfetaminin olduğunu və 20 manat müqabilində ona sata biləcəyini demişdir. O, həmin şəxslə razılaşdıqdan sonra 20 manat pul müqabilində həmin psixotrop maddə metamfetamini alıb şəxsi istifadəsi üçün üzərində saxlamışdır. O, həmin şəxsdən psixotrop maddə olan metamfetamini aldıqdan sonra onunla sağollaşıb ünvan 4 ünvanın yaxınlığına tərəf piyada hərəkətə başlamışdır. Saat təxminən 12 radələrində ünvan 4 ünvanın yaxınlığında piyada hərəkətdə olan zaman ona bir neçə nəfər mülki geyimli şəxslər yaxınlaşıb saxlamışlar. Diqqət yetirmişdir ki, həmin şəxslər çəkiliş aparırlar və ona özlərini təqdim edib Nizami rayonu 24-cü Polis Şöbəsinin əməkdaşları olduqlarını bildirmişlər. Polis əməkdaşları onun hüqularını izah etdikdən sonra ona demişlər ki, üzərində dövriyyəsi qanunla qadağan olunmuş hər hansı əşya varsa təqdim etsin, əks halda üzərinə axtarış aparacaqlar. O, polislərin sözündən sonra əynindəki açıq göy rəngli cins şalvarın sağ yan iç cibindən bir az əvvəl aldığı içərisində psixotrop maddə metamfetamin olan sellofan bükümü çıxardıb təqdim etmişdir. Polis əməkdaşları bükümü içərisində nə olduğunu ondan soruşulmuş və o bildirmişdir ki, bükümün içərisindəki psixotrop maddə metamfetamindir, həmin psixotrop maddəni biraz əvvəl, yəni xx.xx.2025-ci il tarixdə saat təxminən 10 radələrində “Xalqlar Dostluğu” adlanan metrostansiyasının yaxınlığında yerləşən parkda tanımadığı şəxsdən 20 manat müqabilində şəxsi istifadəsi üçün almışdır və şəxsi istifadəsi üçün üstündə saxlamışdır. Bundan sonra polis əməkdaşları onun təqdim etdiyi bükümü açmışlar və içərisindən ağ rəngli kristallik hissəciklərdən ibarət maddə aşkar olunmuşdur. Polis əməkdaşları aşkar olunmuş kütlənin çəkisini elektron tərəzidə çəkmişlər, sonra həmin kütləni qablaşdırıb üzərini möhürləyib ona və digər şəxslərə imza etdirərək götürmüşlər. Bundan sonra polis əməkdaşları onun üzərinə axtarış aparmışlar. Axtarış zamanı üzərindən əhəmiyyət kəsb edən hər hansı əşya tapılmamışdır. Qeyd etdiklərini polis əməkdaşları videoçəkiliş etmişlər. Bundan sonra polis əməkdaşları onu Nizami rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinin inzibati binasına gətirmişlər. Polis şöbəsində xidməti otaqda aşkar olunmuş və götürülmüş psixotrop maddə metamfetaminə videoçəkiliş aparmaqla baxış keçirmişlər və bu barədə tərtib olunmuş protokol iştirakçılar tərəfindən oxunduqdan sonra doğru yazıldığı üçün imzalarla təsdiq edilmişdir və hüquqlarının müdafiə olunması məqsədilə onu müdafiəçi ilə təmin etmişlər. Bir daha bildirmişdir ki, polis əməkdaşları onu saxlayan zaman ona qarşı hər-hansı fiziki zor və ya təzyiq olmamışdır, üzərindən aşkar olunmuş psixotrop maddə metamfetamini o, özü istifadə etmək məqsədilə xx.xx.2025-ci il tarixdə saat təxminən 10 radələrində “Xalqlar Dostluğu” adlanan metrostansiyasının yaxınlığında yerləşən parkda tanımadığı şəxsdən 20 manat müqabilində almışdır və üzərində saxlamışdır. Həmin psixotrop maddədən kiməsə satmaq və ya pay vermək kimi niyəti olmamışdır. Bundan başqa göstərmişdir ki, adətən narkotik vasitə və ya psixotrop maddə lazım olduqda «İnstaqram» sosial şəbəkədə tanış olduğu adını bilmədiyi İran Respublikasının vətəndaşı kimi təqdim edən şəxsdən almışdır. Belə ki, həmin şəxsin istifadə etdiyi İran İslam Respublikasına məxsus hazırda xatırlamadığı İran Respublikasına məxsus nömrəsinə «WhatsApp» sosial şəbəkə vasitəsi ilə yazmışdır. Həmin şəxs ona maddənin qiymətini demiş və pulunu onun göndərdiyi karl hesabına köçürdükdən sonra, həmin şəxs narkotik və ya psixotrop maddəni yerləşdirdiyi yerin konumunu ona göndərmişdir. Bundan sonra o, göndərilmiş konuma görə maddənin yerləşdirildiyi yerə gedib götürdükdən sonra hissə-hissə istifadə etmişdir. Adətən o, həmin şəxslə özünə məxsus nömrələrdən yazmaqla əlaqə saxlamışdır. 23 aprel 2025-cü il tarixdə ona istifadə etmək üçün narkotik vasitə heroin lazım olduğundan o, qeyd etdiyi şəxsin nömrəsinə bu barədə «WhatsApp» sosial şəbəkə vasitəsi ilə yazmışdır. Həmin gün axşam vaxtlarında həmin şəxs «WhatsApp» sosial şəbəkə vasitəsi ona səsli mesaj göndərərək bildirmişdir ki, Nərimanov rayonu ərazisində yerləşən «Ulduz» metrostansiyasının yaxınlığında daşın altında narkotik vasitə heroin gizlətmişdir. Həmin narkotik vasitəni atdığı konuma görə yerləşdiyi yerdən götürdükdən sonra narkotik vasitənin satış dəyərini yəni 50 manat pulu onun göndərdiyi kartın hesabına göndərməyini bildirmişdir. O, yazıb İranlıya razılıq verdikdən sonra həmin şəxs narkotik vasitənin yerləşdirildiyi yerin konumunu onun telefonuna göndərmişdir. Narkotik vasitəni yerləşdirilmiş yerdən götürmək üçün 23 aprel 2025-ci il tarixdə o, tək evdən çıxıb konumda olan yerə gəlmişdir və saat 22:25də Ulduz metrostansiyasının yaxınlığına çatıb içərisində narkotik vasitə heroin olan şəffaf rəngli sellofan hissəsinə bükülmüş 01 ədəd bükümü gizlədilmiş yerdən yəni daşın altından götürüb əynində olan tünd göy rəngli şalvarın sol yan cibinə qoymuşdur və sonra həmin yerdən piyada aralaşmağa başlamışdır. Həmin yerdən bir az aralaşdıqdan sonra saat təxminən 20:29-da Nərimanov rayonu, Rövşən Əliyev küçəsi 5 saylı ünvanın yaxınlığında ona bir neçə nəfər mülki geyimli şəxslər yaxınlaşıb saxlamışlar. Diqqət yetirmişdir ki, həmin şəxslər çəkiliş aparırlar və ona özlərini təqdim edib Nərimanov rayonu 17-ci Polis Şöbəsinin əməkdaşları olduqlarını bildirmişlər. Polis əməkdaşlar ona demişlər ki, üzərində dövriyyəsi qanunla qadağan olunmuş hər hansı əşya varsa təqdim etsin, əks halda üzərinə axtarış aparacaqlar. O, polislərin sözündən sonra əynindəki tünd göy rəngli şalvarın sol yan cibindən bir az əvvəl aldığı içərisində narkotik vasitə heroin olan sellofan bükümü çıxardıb təqdim etmişdir. Polis əməkdaşları bükümü içərisində nə olduğunu ondan soruşmuşlar və o, bildirmişdir ki, bükümün içərisindəki narkotik vasitə heroindir, həmin vasitəni İran Respublikasının vətəndaşı kimi bildiyi lakin tanımadığı şəxsdən 50 manata almışdır və şəxsi istifadəsi üçün üstündə saxlamışdır. Bundan sonra polis əməkdaşları təqdim etdiyi bükümü açmışlar və içərisindən tünd qəhvəyi rəngli maddə aşkar olunmuşdur. Polis əməkdaşları aşkar olunmuş kütlənin çəkisini elektron tərəzidə çəkmişlər, sonra həmin kütləni qablaşdırıb üzərini möhürləyib ona və digər şəxslərə imza etdirərək götürmüşlər. Bundan sonra polis əməkdaşları onu Nərimanov rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsinin inzibati binasına gətirmişlər. Polis şöbəsində xidməti otaqda aşkar olunmıış və götürülmüş narkotik vasitə heroinə videoçəkiliş aparmaqla baxış keçirmişlər və bu barədə tərtib olunmuş protokol iştirakçılar tərəfindən oxunduqdan sonra doğru yazıldığı üçün imzalarla təsdiq edilmişdir və hüquqlarının müdafiə olunması məqsədilə onu müdafiəçi ilə təmin etmişlər. Etdiyi əməldən peşmandır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, hazırda o, Nərimanov RPİ-nin 17-ci PŞ-də baş əməliyyat müvəkkili vəzifəsində xidmət göstərir. 23 aprel 2025-ci il tarixdə şöbəyə xx xxxx 1992-ci il tarixdə Gədəbəy rayonunda anadan olmuş, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə etməsi, özündə saxlamaqla istifadə etməsi və daşıması barədə etimad doğuran, məlum və qərəzsiz mənbədən əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş məlumatı əməliyyat yolu ilə yoxlamaq məqsədilə əməliyyat qrupunun yaradılması və təxirə salınmadan əməliyyat-axtarış tədbirlərinin keçirilməsi zərurəti yaranmış, əməliyyat- axtarış tədbirlərinin keçirilməsinə dair qərar qəbul olunmuşdur. Bundan sonra o və şöbənin digər əməliyyat müvəkkili əməliyyat məlumatında göstərilənləri dəqiqləşdirmək məqsədilə 23 aprel 2025-ci il tarixdə saat 22:29 radələrində Bakı şəhəri, Nərimanov rayonu, Rövşən Əliyev küçəsi 5 ünvanında yerləşən “Ulduz” metrostansiyasının yaxınlığına gəlmişlər. Həmin vaxtı zahiri görünüşünün əlamətlərinə görə məlumatda göstərilən Təqsirləndirilən şəxs Bakı şəhəri, Nərimanov rayonu, Rövşən Əliyev küçəsi 5 ünvanında yerləşən “Ulduz” metrostansiyasının ətrafına yaxınlaşdığını görmüşdür. Həmin vaxt tədbirdə iştirak edən əməliyyat müvəkkili Şahid2 video çəkiliş apararaq ona yaxınlaşmağa başlamışlar. Onlar Təqsirləndirilən şəxs yaxınlaşıb sonuncunu saxlayıb özlərini təqdim edərək Nərimanov rayon 17-ci Polis Şöbəsinin əməliyyat müvəkkilləri olduqlarını bildirmişlər. Təqsirləndirilən şəxs hüquq və vəzifələrini, o, cümlədən tutulan andan müdafiəçiyə malik olmaq hüququnu izah etmişlər. Bundan sonra Təqsirləndirilən şəxs saxlanılan zaman paltarında, əşyalarında və bədənində nartkotik vasitənin, qanunla dövriyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və ya sənədlərin olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan onun üstünü yoxlamağa başlamışlar. Üstünü yoxlama və götürmə aparılmasından əvvəl Təqsirləndirilən şəxs paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli şalvarının sol yan cibindən şəffaf sellofan bükülmüş 01 (bir) büküm çıxararaq təqdim etmişdir. Daha sonra həmin büküm açılmış və içərisində tünd qəhvəyi rəngli narkotik vasitə heroinə bənzər kütlə aşkar olunmuşdur. Həmin zaman aşkar edilmiş bir ədəd bükümdə olan tünd qəhvəyi rəngli narkotik vasitə olan heroinin elektron tərəzidə çəkisi 1,8 qram olması müəyyən olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs üstü yoxlanılmışdır. Yoxlama zamanı sonuncu əynində olan tünd göy rəngli şalvarının sağ yan cibindən 01 ədəd “Samsung” və 01 ədəd “Redmi” markalı mobil telefonu, sağ yan cibindən çıxararaq təqdim etmiş, həmin əşyalar əhəmiyyət kəsb etdiyi üçün polis əməkdaşları tərəfindən götürülmüş və zərfə qoyulmuşdur. Təqsirləndirilən şəxs 01 ədəd şəffaf sellofana bükülmüş tünd qəhvəyi rəngli narkotik vasitə heroinə bənzər maddəni haradan əldə etməsini soruşduqda sonuncu bildirmişdir ki, üzərindən aşkar olunmuş narkotik vasitə heroini o, şəxsi istifadəsi üçün 23 aprel 2025-ci il tarixdə İran Respublikasının vətəndaşı kimi bildiyi tanımadığı şəxsdən almışdır və üzərində saxlamışdır. Bundan sonra tərəflərindən aşkar olunmuş büküm, yəni 01 ədəd şəffaf sellofana bükülmüş, qəhvəyi rəngli, spesifik qoxuya malik narkotik vasitə heroinə bənzər kütlə qablaşdırılar aq üzəri 219 nömrəli möhürlə möhürlənmiş, üzərinə iştirakçılar tərəfindən imzalarla təstiq edilmişdir. Daha sonra şəxsin saxlanılması üstünün yoxlanılması barədə protokol tərtib edilmiş, protokolun doğruluğu iştirakçılar tərəfindən imzalarla təstiq edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsi məqsədi ilə müdafiəçi ilə təmin edilmişdir və digər zərııri hərəkətlər yerinə yetirildikdən sonra toplanmış material aidiyyatı üzrə Nərimanov rayon Polis İdarəsinin istintaq şöbəsinə göndərilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, Bakı Şəhər Nizami RPİ-nin 24-cü PŞ-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. Etimad doğuran, məlum, qərəzsiz mənbədən daxil olmuş məlumatda, xx.xx.1992-ci il tarixdə Gədəbəy rayonunda anadan olmuş Təqsirləndirilən şəxs qanunsuz olaraq xeyli miqdarda narkotik vasitələri və psixotrop maddələrinin Bakı şəhəri. Nizami rayon ərazisində dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olduqdan sonra əməliyyat-axtarış tədbirinin keçirilməsi üçün tərəflərindən şöbə rəhbərliyinə məruzə olunmuşdur. Məruzədən sonra müvafiq sənədləşmə aparılmışdır və 15 aprel 2025-ci il tarixdə saat 11:49 radələrində zahiri əlamətlərinə uyğun gələn Təqsirləndirilən şəxs Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 104 ünvanda saxlamışlar. Təqsirləndirilən şəxs saxlanıldıqdan sonra ona narkotik vasitələrin və psixotrop maddələrin istifadəsində, saxlamasında və daşımasında şübhəli olduğunu bildirib, hüquq və vəzifələri izah olunduqdan sonra üzərində qanunla qadağan olunmuş hər hansı əşya, predmet və ya narkotik vasitə, həmçinin psixotrop maddə olduğu halda təqdim etməsi təklif olunmuşdur. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan açıq göy rəngli cins şalvarın sağ yan iç cibindən 01 ədəd şəffaf selofana bükülünü çıxararaq təqdim etmişdir. Həmin 01 ədəd şəffaf rəngli selofan bükümün içərisinə baxdıqda həmin bükümün içərisində ağ rəngli kristal hissəciklərdən ibarət maddənin olduğu müşahidə olunmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, əynində olan açıq göy rəngli cins şalvarın sağ yan iç cibindən 01 ədəd şəffaf selofan bükümün içərisində olan psixotrop maddə metamfetamindir. Təxminən 2 ildir ki, narkotik vasitə və psixotrop maddə qəbul etmişdir. Təqdim etdiyi psixotrop maddə metamfetamini 15 aprel 2025-ci il tarixdə saat 10 radələrində özünün istifadəsi üçün tanımadığı şəxsdən 20 manata alıb üzərində saxlamışdır. Sonra Təqsirləndirilən şəxs üzərində yoxlama aparılmış, lakin cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd şəffaf rəngli sellofan bükümün içərisində olan kütlə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan, bir ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin «Zərflər üçün» olan möhürlə möhürlənərək götürülmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 və Şahid5 ifadələrində əməliyyat müvəkkili polis leytenantı Şahid3 ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasına şahid qismində çağırılmış Şahid6 və Şahid2 Elsəvər oğlunun məhkəmə iclasında iştirak etməmələri nəzərə alınaraq, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmiş, habelə onların ibtidai istintaq dövründə vermiş olduqları ifadələri elan edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2025-ci il tarixli qərardan və protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə, saat 11:49-da şübhəli şəxs qismində tutulmuşdur; “Vəsatətin müdafiə edilməsindən imtina olunması barədə” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilmiş və o, Nizami RPİ-nin MSY-dən dərhal azad edilmişdir; “Təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi” barədə xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmişdir; “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2025-ci il tarixli qərardan və protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə, saat 22:29-da şübhəli şəxs qismində tutulmuşdur; “Əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə, şübhəli şəxsin saxlanılması və üstünün yoxlanılmasına dair» xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, 23 aprel 2025-ci il tarixdə Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə etməsi, özündə saxlamaqla istifadə etməsi və daşıması daşıması ilə məşğul olmağı barədə əməliyyat məlumatı daxil olmuş, 23 aprel 2025-ci il tarixdə keçirilmiş əməliyyat tədbirləri zamanı saat 22.29 dəqiqədə Təqsirləndirilən şəxs ünvan 6 ünvanında yerləşən “Ulduz” metrostansiyasının yaxınlığında saxladıqda ona hüquq və vəzifələrini, o, cümlədən tutulan andan müdafiəçiyə malik olmaq hüququ izah edilmiş, bundan sonra Təqsirləndirilən şəxs üzərində qanunla dövriyyəsi qadağan edilmiş hər hansı bir əşya və maddə vardırsa təqdim etməsi təklif edilir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli şalvarının sol yan cibindən şəffaf sellofana bükülmüş, qəhvəyi rəngli spesifik qoxuya malik narkotik vasitə heroinə bənzər kütləni təqdim edir. Təqsirləndirilən şəxs qeyd olunan bükümün kimə məxsus olduğunu soruşduqda, sonuncu bildirmişdir ki, həmin bükümü o İranlı kimi bildiyi, lakin tanımadığı şəxsdən şəxsi istifadəsi üçün əldə etdiyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üstü yoxlanılır. Yoxlama zamanı Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli şalvarının sağ yan cibindən 01 ədəd “Samsung” markalı və 01 ədəd “Redmi” markalı mobil telefonu sağ yan cibindən çıxardaraq təqdim etmişdir. Bundan sonra aşkar olunmuş narkotik vasitə və 02 ədəd mobil telefon zərfə qoyularaq qablaşdırılmış və möhürləyib üzərini iştirakçılara imza etdirdikdən sonra götürmüşlər. “Təqdim olunan maddəyə baxış keçirilməsi və götürmə aparılması haqqında” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, 23 aprel 2025-ci il tarixdə xidməti otaqda Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək qablaşdırılmış 03(üç) ədəd ağ rəngli zərfə və “Samsung” markalı mobil telefonda video görüntüyə baxış keçirilmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 (bir) ədəd yazılı zərfdən şəffaf sellofan bükümdə olan tünd qəhvəyi rəngli, spesifik qoxuya malik narkotik vasitə heroinə bənzər kütlə, 01 (bir) ədəd üzəri yazısız olan zərfdən isə bir ədəd “Samsung” markalı mobil telefon və digər 01 (bir) ədəd üzəri yazısız olan zərfdən “Redmi” markalı mobil telefon aşkar olunur. Daha sonra “Samsung” markalı mobil telefonun yaddaşında olan videogörüntüyə baxış keçirilir. Baxış zamanı Təqsirləndirilən şəxs saxlanıldığı zaman çəkilmiş görüntülər əks olunur. Həmin görüntülərdə təhqiqata təqdim olunan narkotik vasitə heroinə bənzər kütlənin aşkar olunması, Təqsirləndirilən şəxs ondan narkotik vasitə aşkar olunması barədə bildirməsi əksini tapmışdır. Bundan sonra aşkar olunmuş narkotik vasitə heroinə bənzər kütlə və digər predmetlər yenidən Təqsirləndirilən şəxs iştirakı ilə ayrı- ayrı zərflərə qoyularaq qablaşdırıldı, üzərisi 219 nömrəli möhürlə möhürlənərək iştirakçılar və Təqsirləndirilən şəxs tərəfindən imzalarla təsdiq edilmişdir. Nizami RPİ-nin 24-cü PŞ-nin CA üzrə əməliyyat müvəkkili, polis leytenantı Şahid3 tərəfindən tərtib edilmiş «əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə, şübhəli şəxsin saxlanılması və üstünün yoxlanılmasına dair» xx.xx.2025-ci il tarixli protokolla müəyyən edilmişdir ki, xx.xx.2025-ci il tarixdə Təqsirləndirilən şəxs xeyli miqdarda narkotik vasitələri və psixotrop maddələri əldə edib, özündə saxlamaqla Bakı şəhərinin Nizami rayonu ərazisində dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş, 15 aprel 2025-ci il tarixdə keçirilmiş əməliyyat tədbirləri zamanı saat 11:49 dəqiqədə Təqsirləndirilən şəxs Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 104 ünvanının yaxınlığında saxladıqda ona hüquq və vəzifələrini, o, cümlədən tutulan andan müdafiəçiyə malik olmaq hüququ izah edilmiş, bundan sonra Təqsirləndirilən şəxs üzərində qanunla dövriyyəsi qadağan edilmiş hər hansı bir əşya və maddə varsa təqdim etməsi təklif edilir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan açıq göy rəngli cins şalvarın sağ yan iç cibindən 01 ədəd şəffaf sellofanda olan metamfetaminə bənzər kütləni təqdim etmişdir. Təqsirləndirilən şəxs qeyd olunan bükümün kimə məxsus olduğunu soruşduqda, sonuncu üzərindən aşkar olunmuş narkotik vasitəni 15 aprel 2025- ci il tarixdə saat 10 radələrində tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 20 manat müqabilində aldığını bildirmişdir.Bundan sonra aşkar olunmuş psixotrop maddə zərfə qoyularaq qablaşdırılmış və möhürləyib üzərini iştirakçılara imza etdirdikdən sonra götürmüşlər. “Təqdim olunan maddəyə baxış keçirilməsi və götürmə aparılması haqqında” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, 15 aprel 2025-ci il tarixdə Nizami RPİ-nin 24-cü PŞ-nin təhqiqatçısı, polis kapitanı X4 tərəfindən xidməti otaqda Nizami RPİ-nin 24-cü PŞ-nin əməliyyat müvəkkilləri polis leytenantı Şahid3, polis leytenantı Şahid4, polis kapitanı Şahid5 və polis leytenantı Şahid6 iştirakları ilə şübhəli şəxs Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 01 ədəd zərfə baxış keçirilir. Baxış zamanı zərfin bağlı vəziyyətdə, tamlığı pozulmamış, zərfin üzərində 02(iki) ədəd Azərbaycan Respublikası DİN yazılmış Zərflər üçün 164 nömrəli möhürlə möhürlənmiş vəziyyətdə olması, zərfin üzərində saxlanılan şəxs Təqsirləndirilən şəxs yazısı və imza, həmçinin zərfin üzərində iştirakçılar sözləri yazılaraq Şahid4, Şahid5, Şahid6 yazıları və qarşısında imzaları olmuşdur. Daha sonra 01 (bir) ədəd DVD diskinə “HP” markalı kompyuterdə baxış keçirilir. DVD-də olan görüntüdə təhqiqata təqdim olunan narkotik maddəyə bənzər kütlənin aşkar olunması, Təqsirləndirilən şəxs ondan aşkar olunmuş maddənin narkotik vasitə olması barədə bildirməsi əksini tapmışdır. xx.xx.2025-ci il tarixli “Əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə, şübhəli şəxsin saxlanılması və üstünün yoxlanılmasına dair” prosesin köçürüldüyü və istintaqa təqdim edilmiş bir ədəd DVD diskinə baxış keçirilmiş, baxış zamanı müəyyən edilmişdir ki, 23 aprel 2025-ci il tarixdə saat 22:29 radələrində polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs Bakı şəhəri, Nərimanov rayonu, Rövşən Əliyev küçəsi 5 ünvanında yerləşən “Ulduz” metrostansiyasının yaxınlığında saxlanılır, ona hüquq və vəzifələri, tutulan andan müdafiəçiyə malik olmaq hüququ izah olunur. Sonra Təqsirləndirilən şəxs üzərində qanunla dövriyyəsi qadağan edilmiş əşyaları və ya maddələri təqdim etməsi təklif edilir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli şalvarının sol yan cibindən şəffaf sellofana bükülmüş, içərisində tünd qəhvəyi rəngli, spesifik qoxuya malik narkotik vasitə heroinə bənzər maddəni təqdim edir. Bundan sonra polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs üstü yoxlanılır. Yoxlama zamanı əynində olan tünd göy rəngli şalvarın sağ yan cibindən bir ədəd “Samsung” markalı və bir ədəd “Redmi” markalı mobil telefonları aşkar edilir. Bundan sonra Təqsirləndirilən şəxs həmin bükümündəki maddənin nə olduğu soruşulduqda, o, qeyd olunan bükümdəki maddəni həmin gün İran Respublikasının vətəndaşı kimi bildiyi, lakin tanımadığı şəxsdən əldə etdiyini, şəxsi istifadəsi üçün üzərində saxlamasını bildirir. Daha sonra aşkar edilmiş büküm bir ədəd içərisi boş olan ağ rəngli zərfə qoyularaq qablaşdırılır və DİN-in 219 nömrəli möhürü ilə möhürlənir, üzərisi iştirakçılar tərəfindən imzalanır. “Diskə baxış keçirilməsi haqqında” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, 23 aprel 2025-ci il tarixdə Nərimanov RPİ-nin 17-ci PŞ-nin təhqiqatçısı, polis mayoru X5 tərəfindən xidməti otaqda Nərimanov RPİ-nin 17-ci PŞ-nin əməliyyat müvəkkilləri polis mayoru Şahid1, polis baş leytenantı Şahid2 Elsəvər oğlunun və şübhəli şəxs Təqsirləndirilən şəxs iştirakları ilə şübhəli şəxs Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 03(üç) ədəd ağ rəngli zərfə və “Samsung” markalı mobil telefonda videogörüntüyə baxış keçirilir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 (bir) ədəd yazılı zərfdən şəffaf sellofan bükümdə olan tünd qəhvəyi rəngli, spesifik qoxuya malik narkotik vasitə heroinə bənzər kütlə, 01 (bir) ədəd üzəri yazısız olan zərfdən isə bir ədəd “Samsung” markalı mobil telefon və digər 01 (bir) ədəd üzəri yazısız olan zərfdən “Redmi” markalı mobil telefon aşkar olunur. Daha sonra “Samsung” markalı mobil telefonun yaddaşında olan videogörüntüyə baxış keçirilir. Baxış zamanı Təqsirləndirilən şəxs saxlanıldığı zaman çəkilmiş görüntülər əks olunur. Həmin görüntülərdə təhqiqata təqdim olunan narkotik vasitə heroinə bənzər kütlənin aşkar olunması, Təqsirləndirilən şəxs ondan narkotik vasitə aşkar olunması barədə bildirməsi əksini tapmışdır. Bundan sonra təhqiqalçı Orxan Abaslı tərəfindən aşkar olunmuş narkotik vasitə heroinə bənzər kütlə və digər predmetlər yenidən Təqsirləndirilən şəxs iştirakı ilə ayrı- ayrı zərflərə qoyularaq qablaşdırıldı, üzərisi 219 nömrəli möhürlə möhürlənərək iştirakçılar və Təqsirləndirilən şəxs tərəfindən imzalandı. “Mobil telefona baxış keçirilməsi haqqında” 10 iyun 2025-ci il tarixli protokoldan görünür ki, 23 aprel 2025-ci il tarixdə Təqsirləndirilən şəxs üzərindən götürülmüş bir ədəd «Samsung» markalı mobil telefondur, mobil telefonun korpusu qara rəngli olmaqla sensor ekrana malikdir. Xarici görünüşcə mobil telefonun körpüsündə istifadə olunması nəticəsində cızıqlar yaranmış və əsas ekran şüşəsini aşağı sol künc hissəsində zərbə nəticəsində qırıq və çatlar vardır. Qeyd olunan mobil telefon xüsusi koddan açılmış, mobil telefon işlək vəziyyətə gətirilərkən saz vəziyyətdə olduğu müəyyən edilmişdir. Telefonun yaddaşına nəzər saldıqda orada mobil telefona giriş-çıxış nömrələrin yaddaş hissəsi, SMS hissəsi, Vatsap hissəsi olduğu müəyyən edilsə də, mobil telefondan həmin proqramlar silindiyindən baxış keçirilməsi mümkün olmamışdır. “Mobil telefona baxış keçirilməsi haqqında” 20 iyun 2025-ci il tarixli protokoldan görünür ki, 23 aprel 2025-ci il tarixdə Təqsirləndirilən şəxs üzərindən götürülmüş bir ədəd «Redmi» markalı mobil telefondur, mobil telefonun korpusu qara rəngli olmaqla sensor ekrana malikdir. Xarici görünüşcə mobil telefonun körpüsündə istifadə olunması nəticəsində cızıqlar yaranmış və əsas ekran şüşəsini aşağı sol künc hissəsində zərbə nəticəsində qırıq və çatlar vardır. Qeyd olunan mobil telefon xüsusi koddan açılmış, mobil telefon işlək vəziyyətə gətirilərkən saz vəziyyətdə olduğu müəyyən edilmişdir. Telefonun yaddaşına nəzər saldıqda orada mobil telefona giriş-çıxış nömrələrin yaddaş hissəsi, SMS hissəsi, Vatsap hissəsi olduğu müəyyən edilsə də, mobil telefondan həmin proqramlar silindiyindən baxış keçirilməsi mümkün olmamışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 24 aprel 2025-ci il tarixli 6/1530 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində AR DİN “Zərflər üçün № 219” möhür əksi “Şübhəli şəxs: ...Təqsirləndirilən şəxs...” və s. adlar, soyadlar, imzalar olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 1,710 qram tünd qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Qeyd: Heroinin təmiz çəkisi: 1,710 qram, tədqiqata sərf edilən ümumu miqdar- 0,1 qram, qalıq-1,610 qram. Aparılmış ekspertiza tədqiqatının dəyəri 110 manatdır; Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 16 aprel 2025-ci il tarixli 6/1396 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “...Təqsirləndirilən şəxs (imza)...” sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,436 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə- metamfetamindir. Qeyd: Metamfetaminin təmiz çəkisi: 0,436 qram, tədqiqata sərf edilən ümumu miqdar- 0,05 qram, qalıq-0,386 qram. Aparılmış ekspertiza tədqiqatının dəyəri 81 manatdır; “Vəsatətin müdafiə edilməsindən imtina olunması barədə” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilmiş və o, Nərimanov RPİ-nin MSY-dən dərhal azad edilmişdir; “Təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi” barədə xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmişdir; Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzi ambulator məcburi-narkoloji ekspertizasının xx.xx.2025-ci il tarixli 2396 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji tibb müəssisəsində dispanser qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2025-ci il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. “Cinayət işi üzrə toplanmış sübutların qiymətləndirilməsi” haqqında xx.xx.2026-cı il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş, 0,436 qram psixotrop maddə metamfetamin və 1,710 qram narkotik vasitə-heroin, əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə, şübhəli şəxsin saxlanılması və üstünün yoxlanılmasına dair» və “təqdim olunan maddəyə baxış keçirilməsi və götürmə aparılması haqqında” prosesin köçürüldüyü və istintaqa təqdim edilmiş 3(üç) ədəd DVD diski sübut əhəmiyyətli olduğundan maddi sübut kimi tanınmış, tədqiqata sərf edildikdən sonra qalıq qalmış 0,386 qram çəkidə psixotrop maddə metamfetamin və 1,610 qram çəkidə heroin saxlanılması üçün Nərimanov RPİ-nin Saxlanc yerinə təhvil verilmiş, 3(üç) ədəd DVD diski iş materiallarına əlavə edilmişdir. İşin hüquqi məsələləri və məhkəmənin əsaslandırılması: Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən özünün etirafedici ifadəsi, şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 144-146-cı maddələri). CM-in 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilir. Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli, 961-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”nın İİ siyahının 67-ci qrafasına əsasən psixotrop maddə sayılan 0,15 qram metamfetamin şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddə metamfetaminin təmiz çəkisi 0,436 qram təşkil etmişdir. Qeyd olunan siyahıya əsasən, psixotrop maddə olan metamfetaminin həmin miqdarı Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün əsasdır Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli, 961-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”nın İ siyahının 5-ci qrafasına əsasən təmiz halda 0,15 qram heroin şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə heroinin təmiz çəkisi 1,710 qram təşkil etmişdir ki, qeyd olunan siyahıya əsasən, həmin miqdar Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün əsasdır. Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “ 14 ” iyun 2024-cü il tarixli, 08 saylı qərarının 4-cü bəndinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsinin izahı Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Həmin maddənin mənasına görə, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozaraq hər hansı üsulla narkotik vasitələrə, psixotrop maddələrə və onların prekursorlarına yiyələnməyə yönəldilmiş hərəkətlər, məsələn, həmin vasitələrin (maddələrin) satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin (psixotrop maddənin, prekursorun) mənimsənilməsi, çətənə (kannabis) bitkisinin, xaşxaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik maddələr olan bitkilərin yığılması narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının əldə edilməsi kimi təfsir edilməlidir. Narkotik vasitəni və ya psixotrop maddəni satmaq məqsədi olmadıqda törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini xeyli miqdarda əldə etməsi, saxlaması, hazırlaması, emal etməsi və daşıması müəyyən edildikdə mümkündür. Qanunun 21.1-ci maddəsinə görə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının miqdarı təmiz və qarışıq vəziyyətlərində ayrılıqda müəyyənləşdirilir. Narkotik vasitələrin və psixotrop maddələrin xeyli miqdarı "Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-İİQ nömrəli Qanunu (bundan sonra - 961-İİQ nömrəli Qanun) ilə müəyyən olunmuşdur. Bir neçə növ narkotik vasitənin və ya psixotrop maddənin satış məqsədilə əldə edilməsi, saxlanılması, hazırlanması, istehsal edilməsi, emal edilməsi, daşınması və göndərilməsi və ya satış məqsədi olmadan əldə edilməsi, saxlanılması, hazırlanması, emal edilməsi, daşınması müəyyən edildikdə, külli miqdar və ya xüsusilə külli miqdar əlamətinin olub-olmaması məsələsi həll edilərkən hər bir növ narkotik vasitənin miqdarı müəyyən edilib ittihamda ayrıca göstərilməli, lakin əməl miqdarı daha böyük olan narkotik vasitəyə görə (daha ciddi məsuliyyətə səbəb olan miqdar üzrə) tövsif olunmalıdır. Yəni aşkar edilmiş müxtəlif növ narkotik vasitələrdən (psixotrop maddələrdən) hər hansı birinin miqdarı yuxarıda qeyd edilən siyahılarda külli miqdar kimi göstərilmiş miqdarı təşkil etdikdə əməl CM-in 234.1-1-ci və ya 234.4.3-cü maddəsi ilə, xüsusilə külli miqdar kimi göstərilmiş miqdarı təşkil etdikdə satış məqsədinin olub-olmamasından asılı olmayaraq CM-in 234.4-1-ci maddəsi ilə tövsif edilməli, aşkar olunmuş narkotik vasitələrin və psixotrop maddələrin heç biri külli miqdar təşkil etmədikdə isə satış məqsədilə törədilən əməl (miqdarın xeyli miqdar təşkil edibetməməsindən asılı olmayaraq) CM-in 234.2-ci maddəsi ilə, belə məqsəd olmadan törədilən əməl isə (narkotik vasitənin və ya psixotrop maddənin miqdarı xeyli miqdar təşkil etdikdə) CMin 234.1-ci maddəsi ilə tövsif edilməlidir. Satış məqsədi olmadan müxtəlif növdə narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma əməllərinə görə məsuliyyət məsələsi həll edilərkən o da nəzərə alınmalıdır ki, CM-in 234.1-ci maddəsi ilə cinayət məsuliyyətinin yaranması üçün aşkar olunmuş narkotik vasitələrin (psixtrop maddələrin) heç olmasa bir növünün miqdarının adı çəkilən siyahılarda bu növ vasitə (maddə) üçün müəyyən edilmiş xeyli miqdarı təşkil etməsi tələb olunur və bu zaman müxtəlif növ narkotik vasitələrin (psixtrop maddələrin) miqdarlarının toplanmasına yol verilmir. Narkotik vasitənin (psixotrop maddənin) tərkibini bir neçə növ narkotik vasitə (psixotrop maddə) təşkil etdikdə də narkotik vasitənin (psixotrop maddənin) miqdarı eyni qaydada müəyyən edilməli, maddənin tərkibində olan narkotik vasitə sayılmayan maddələrin çəkisi isə nəzərə alınmamalıdır. Bu səbəbdən, bir neçə növ narkotik vasitələrin (psixotrop maddələrin) miqdarlarının cəmi hər hansı növ vasitə (maddə) üçün həmin siyahılarda göstərilən xeyli miqdardan çox olduqda belə, onların əldə edilməsi, saxlanması və s. üzrə hərəkətlər cinayət məsuliyyəti yaratmayan hərəkətlər kimi qiymətləndirilməlidir. Həmçinin satış məqsədi olmadan törədilən əməllər üzrə xeyli miqdardan az olan narkotik vasitələrin və ya psixotrop maddələrin növlərinin ittihamda və ya hökmdə şəxsin təqsirli bilindiyi cinayət əməli təsvir edilərkən göstərilməsinə yol verilməməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və CPM-in 44.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. CM-in: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən cinayəti etiraf etməsi və əməlindən peşman olmasını, ilk dəfə cinayət törətməsini yüngülləşdirən hallar kimi nəzərə alır: Həmçinin məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəzanı ağırlaşdıran hal kimi Təqsirləndirilən şəxs tərəfindən cinayətlərin təkrar törədilməsini müəyyən edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halı, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır (CM-in 58.3-cü maddəsi). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah edilməsinin mümkünlüyü qənaətinə gələrək, ona CM-in 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini qanuni və əsaslı hesab edir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, həbsdə saxlanıldığı 4 (dörd) gün (15 aprel 2025-17 aprel 2025, 23 aprel 2025-25 aprel 2025ci il) həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər tutulmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalı, (CM-69.3) cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablanmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, Nərimanov RPİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilmiş psixotrop maddə metamfetaminin və heroinin qalıq çəkisi məhv edilməli, «əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə, şübhəli şəxsin saxlanılması və üstünün yoxlanılmasına dair» və «təqdim olunan maddəyə baxış keçirilməsi və götürmə aparılması haqqında» prosesin köçürüldüyü və istintaqa təqdim edilmiş 3(üç) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı (CPM-132), ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməli (CPM-198.1), Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, yaşayış yeri üzrə ərazi narkoloji tibb müəssisəsində dispanser qeydiyyata götürülməlidir. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99- 1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirə tətbiq olunmamalıdır. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında hüquqlarını müdafiə etmiş Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili X2 məhkəmədə iştirak etdiyi 25 iş saatı üçün cəmi 275 (iki yüz yetmiş beş) manat məbləğində vəsait dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Qeyd olunanlara əsasən və CPM-in 44.1, 344-347, 349, 351-353, 356, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 04 gün, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər tutulmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 02 (iki) il, 11(on bir) ay 22 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Azadlığın məhdudlaşdırılması cəzasının icrası Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, yaşayış yeri üzrə ərazi narkoloji tibb müəssisəsində dispanser qeydiyyata götürülsün. İş üzrə maddi sübut - Nərimanov RPİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilmiş və qalıq çəkisi 1,610 qram narkotik vasitə heroin və qalıq çəkisi 0,386 qram psixotrop maddə metamfetamin məhv edilsin. İş üzrə maddi sübut - «Əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə, şübhəli şəxsin saxlanılması və üstünün yoxlanılmasına dair» və «təqdim olunan maddəyə baxış keçirilməsi və götürmə aparılması haqqında» prosesin köçürüldüyü və istintaqa təqdim edilmiş 3(üç) ədəd DVD diski cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza xərci 81 manat və 110 manat, cəmi 191(yüz doxsan bir) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilsin. X3 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə, 25 iş saatı üçün cəmi 275 (iki yüz yetmiş beş) manat məbləğində vəsait dövlət büdcəsindən Bakı şəhəri 20 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Gültəkin Əsədova
Məhkəmə qərarları › İş №1(5-97)-18/2026
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(5-97)-18/2026
12.03.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver