Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(5-97)-2/2026 19.01.2026 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Babayev Kamal Yunis oğlunun sədrliyi, Hadi Mircəlal Mirşamil oğlunun katibliyi, Xüsusi ittiham qaydasında şikayət vermiş X3 Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs X1 iştirakları ilə Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X3 xüsusi ittiham qaydasında verdiyi şikayətinə məhkəmənin hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X5 xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət edərək X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə təqsirli bilinərək cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, 2025-ci ildən hal-hazıradək "CHEM TRADE” MMC-də nəqliyyat üzrə mütəxəssis vəzifəsində çalışır. X2 isə həmin MMC-də Logistika və nəqliyyat şöbəsinin müdiri vəzifəsində çalışmışdır. xx.xx.2025-ci il tarixdən Əmək Məcəlləsinin 72-ci maddəsinin "a" bəndi ilə tutduğu vəzifədən azad edilərək, onunla bağlanan əmək müqaviləsinə xitam verilmişdir. İşdən azad edildikdən sonra o, xx.xx.2025ci il təxminən saat 23.50 radələrində WhatsApp statusunda mənim və digər əməkdaşların ünvanına şəxsiyyəti alçaldan təhqir edici ifadələr işlətmişdir. Belə ki, о, həmin WhatsApp statusunda "xxxx" MMC-nin direktoru Emil Quliyevə ünvanlanaraq deyir ki, "Yanındakı qəhbələrin balalarını uzaqlaşdır, səni yalnız onda uğur gözləyə bilər.” Bu sözləri deməklə o, "xxxx" MMC-nin əməkdaşlarını və məni təhqir edir. Daha sonra isə o, şirkətin mən də çalışdığım Logistika sahəsinin əməkdaşlarına xoş sözlər deyə bilməyəcəyini deyərək, bildirir ki, "Həmin şöbənin əməkdaşlarının 2026-cı ilinizə soxum, itələyim. Sonra deyir ki "eşitmişəm, logistika toya hazırlaşır, bu yaşda ikinci dəfə ailə quranın nişanlısını birinci dəfə oğlu qayrır" bundan başqa həmin statusunda deyir ki, "Sənin var yoxuna soxum, sənin massava itələyim, çıxışımın axırında sənin peçatını vuracağam". Daha sonra isə o, deyir ki, "Üzümü “CHEM TRADE" MMC-nin sürücülərinə tutaraq deyirəm ki, 2026-cı il 5 yanvar tarixindən bu 3 şəxslə əlaqə saxlayanın var yoxunu sikim, bunlar Xıdırov Rəcəb, Hüseynov Anar və o birisi xiyarın adı nə idi? Rüstəmov Mübariz. Bu 3 əməkdaşa sürücü zəng eləməsin!" Daha sonra isə o, yenə mənim və digər iki əməkdaşın ünvanına eyni təhqiramiz ifadələr işlədir. Beləliklə də təqsirləndirilən şəxs qəsdən məni və Logistika şöbəsinin digər iki əməkdaşını öz WhatsApp statusunda açıqca təhqir etməklə bizi işlədiyimiz kollektivdə nüfuzdan salmağa çalışmışdır. Hazırda bu qanunsuz hərəkətləri nəticəsində özü və ailə üzvləri dərin mənəvi iztirab və sarsıntı keçirmiş, şərəf və ləyaqəti alçalmışdır. Bu səbəbdən X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə təqsirli bilinərək, barəsində həmin maddədə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının ən yuxarı həddində ittiham hökmü çıxarılmasını xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında iştirak edən xüsusi ittiham qaydasında şikayət vermiş X5 ərizə ilə məhkəməyə müraciət edərək, X2 ilə barışdığını və şikayətindən imtina etdiyini bildirmiş, bu səbəbdən şikayətin məhkəmənin icraatına qəbul edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs X2 məhkəmə iclasında çıxış edərək, qarşı tərəflə barışdıqlarını bildirərək xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə baxışının keçirilməsindən imtina edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə baxışının keçirilməsindən imtina edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 299.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclası cinayət işində, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarında və ya xüsusi ittiham qaydasında şikayətdə, irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir. 302.1.8-ci maddəsinə əsasən şikayəti vermiş şəxs şikayətindən imtina etdikdə və təqsirləndirilən şəxslə barışdıqda və ya məhkəmənin hazırlıq iclasına üzrlü səbəb olmadan təkrarən gəlmədikdə məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir; 302.2.3-cü maddəsinə əsasən bu Məcəllənin 302.1.2-302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxarır. Məhkəmə, CPM-in 302.1.8-ci maddəsinin tələblərini, yəni şikayət vermiş şəxsin məhkəmənin hazırlıq şikayətindən imtina etməsini və təqsirləndirilən şəxslə barışmasını nəzərə alaraq hesab edir ki, xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 302.1.8, 302.2.3 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək cinayət məsuliyyətinə cəlb olunmasına dair X3 xüsusi ittiham qaydasında verilmiş şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən və xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina edilsin. Qərardan elan edildiyi andan 20 gün müddətində qərarı qəbul etmiş Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Kamal Babayev
Məhkəmə qərarları › İş №1(5-97)-2/2026
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №1(5-97)-2/2026
19.01.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver