Məhkəmə qərarları › İş №1(5-97)-35/2026

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №1(5-97)-35/2026

25.02.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(5-97)-35/2026 25.02.2026 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ X5 Bəhram oğlunun sədrliyi, Məmmədova Aygün Fərhad qızının katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi – Bakı şəhəri “De Fendo” Vəkil Bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1986-cı il tarixdə Füzuli rayonunda anadan olmuş, evli, orta təhsilli, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə CM-nin 204.2-ci maddəsi ilə təqsirli bilinərək 7 il müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Nizami Rayon Məhkəməsinin xx.xx.2020ci il tarixli qərarı ilə CM-nin 204.2-ci maddəsi həmin Məcəllənin 204.1-ci maddəsinə tövsif edilərək cəzası 6 il endirilmiş və Azərbaycan Respublikası Prezidentinin xx.xx.2021-ci il tarixli 2545 saylı sərəncamına əsasən əfv olunaraq cəzasının çəkilməmiş hissəsindən azad olunmuş, məhkumluğu ödənilmiş, Füzuli rayonu, Horadiz ərazi dairəsi, Horadiz kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarında psixotrop maddə heroini əldə edərək saxlamaqla daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən, satış məqsədi olmadan, qanunsuz olaraq, xeyli miqdarda, 01 (bir) ədəd bükümdə, təmiz çəkisi 0,425 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan “heroini” əldə etməklə, 27 oktyabr 2025-ci il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, X8 küçəsi 120/23 ünvanına daşımış, 27 oktyabr 2025-ci il tarixdə, saat 17:36 radələrində Nərimanov RPİ-nin 16-cı PŞnin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhəri, Nərimanov rayonu, X8 küçəsi 120/23 ünvanında saxlanılaraq, üzəri yoxlanılarkən əynindəki boz rəngli pencəyinin sağ yan cibindən 01 (bir) ədəd bükümdə, xeyli miqdarda, təmiz çəkisi 0,425 qram kustar üsulla hazırlanmış narkotik vasitə “heroin” aşkar edilərək götürülmüşdür. Bu hərəkətləri ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, xx.xx.2025-ci il tarixdə axşam saatlarında Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsində olduğu zaman üzdən tanıdığı və narkotik vasitə istifadəçisi olduğunu bildiyi amma adını xatırlamadığı şəxslə qarşılaşmışdır. Söhbət vaxtı həmin şəxsdən istifadə etmək üçün “kakos” kimi bilinən heroin istəmiş, həmin şəxs isə ona bir bükümdə heroini 20 manata satmış, o da aldığı heroini daha sonra istifadə etmək üçün cibində olan siqaret qutusunun içərisinə keçirərək əynində olan boz rəngli pencəyinin sağ yan cibinə qoymuşdur. xx.xx.2025-ci il tarixdə, təxminən saat 17:36 radələrində Bakı şəhəri, Nərimanov rayonu, X8 küçəsi 120/23 saylı ünvanın qarşısında olduğu zaman mülki geyimli şəxslər ona yaxınlaşıb özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirib, onu Nərimanov RP-nin 16-cı PŞ-nə dəvət etmişlər, o da heç bir etiraz etmədən onlarla birlikdə polis şöbəsinə gəlmişdir. Ona təqdim edilmiş müdafiəçinin iştirakı ilə videoçəkiliş aparılaraq üzərindən aşkar olunmuş bükülü təhqiqatçıya təqdim olunmuş və maddənin özünə məxsus olduğunun demişdir. Heç vaxt narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olmamış, üzərindən aşkar olunmuş heroini şəxsi istifadəsi üçün əldə etmişdir. Hazırda törətdiyi cinayət əməlindən səmimi peşman olduğunu, barəsində “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2025-ci il tarixli Qərarının tətbiq olunmasını xahiş edərək buna dair yazılı ərizəni məhkəməyə təqdim edərək barəsində olan cinayət işinə xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Nərimanov Rayon Polis İdarəsinin 16-cı polis bölməsinin əməkdaşı Şahid1 ifadəsində göstərdi ki, 27 oktyabr 2025-ci il tarixdə təqsirləndirilən şəxs haqqında 16-cı PŞ-nə əməliyyat məlumatı daxil olmuş, məlumata əsasən əməliyyat qrupu yaradılmış və Təqsirləndirilən şəxs ola biləcəyi yer müəyyən edilərək həmin ünvanının ətrafı və yaxın ərazilər əməliyyat müşahidəsinə götürülmüş, həmin gün təxminən saat 17:36-da Təqsirləndirilən şəxs F.X.Xoyski küçəsi 120/23 ünvanının qarşısında olduğunu gördükdən sonra videoçəkiliş aparmaqla ona yaxınlaşıb saxlayaraq özlərini təqdim etmiş, Təqsirləndirilən şəxs özü əynində olan boz rəngli pencəyinin sağ yan cibindən bir ədəd “Sobranie” markalı siqaret qutusunu çıxararaq içindəki bir ədəd bükümü təqdim etmişdir. Büküm açıldıqda içərisində qəhvəyi rəngli narkotik vasitə olan heroinə bənzər maddənin olduğu aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin maddənin narkotik vasitə olan heroin olduğunu, həmin maddəni Bakı şəhəri, Sabunçu rayonu ərazisində tanımadığı şəxsdən şəxsi istifadəsi üçün aldığını demişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 şahid qismində dindirilmiş Şahid1 ifadəsinə uyğun ifadə verərək Təqsirləndirilən şəxs cinayət əməlini təsdiq etmişdir. İbtidai istintaq vaxtı dindirilmiş Şahid2 məhkəmədə elan olunmuş ifadəsindən görünür ki, 27 oktyabr 2025-ci il tarixdə təqsirləndirilən şəxs haqqında 16-cı PŞ-nə əməliyyat məlumatı daxil olmuş, məlumata əsasında həmin gün təxminən saat 17:36-da Təqsirləndirilən şəxs F.X.Xoyski küçəsi 120/23 ünvanının qarşısında olduğunu gördükdən sonra videoçəkiliş aparmaqla ona yaxınlaşıb saxlayaraq özlərini təqdim etmiş, Təqsirləndirilən şəxs özü əynində olan boz rəngli pencəyinin sağ yan cibindən bir ədəd “Sobranie” markalı siqaret qutusunu çıxararaq içindəki bir ədəd bükümü təqdim etmişdir. Büküm açıldıqda içərisində qəhvəyi rəngli narkotik vasitə olan heroinə bənzər maddənin olduğu aşkar edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Şübhəli şəxs kimi tutulma haqqında” 27 oktyabr 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 27 oktyabr 2025-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. (Cild 1 i.v 24-25) “Şübhəli şəxsin üzərində şəxsi axtarış və götürmə aparılması haqqında” 27 oktyabr 2025-ci il tarixli protokoldan və istintaq hərəkətinin videoçəkilişi əks olunmuş 1 ədəd “DVD” diskdən görünür ki, təhqiqatçı Novruz Novruzov özünü təqdim edərək Nərimanov RPİ-nin 16-cı PŞ-nin əməkdaşları tərəfindən xx.xx.2025-ci il tarixdə keçirilmiş əməliyyat tədbiri nəticəsində Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinərək Bakı şəhəri, Nərimanov rayonu, X8 küçəsi 120/23 ünvanının qarşısında saxlanıldığını, Təqsirləndirilən şəxs üzərinə baxış keçirilən zaman sonuncunun üzərindən 01 (bir) ədəd bükümdə narkotik vasitə olan heroinə bənzər maddənin aşkar olunaraq götürüldüyünü bildirir. 16-cı PŞ-nin əməliyyat müvəkkili Şahid1 keçirilmiş əməliyyat tədbiri barədə bir daha məlumat verərək Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş maddənin olduğu bir ədəd zərfi təqdim edir, zərf açılaraq içərisində olan bir ədəd gümüşü rəngli bükülüyə baxış keçirilir, həmin bükülünün içərisində qəhvəyi rəngli narkotik vasitə olan heroinə bənzər maddənin olması aşkar olunur, həmin maddə ekspertizaya göndərilməsi üçün zərfə qoyularaq qablaşdırıldı, 218 nömrəli möhürlə möhürləndi.(Cild 1 i.v 34-36, 89) Azərbaycan Respublikası ƏN-nin MEM-i tərəfindən verilmiş məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2025-ci il tarixli, 6/3530 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Şübhəli şəxs (imza) Təqsirləndirilən şəxs...” sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,425 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. (Cild 1 i.v 42-45) Azərbaycan Respublikası SN-nin Respublika Narkoloji Mərkəzi X6 tərəfindən verilmiş məhkəmə-narkoloji ekspertizasının xx.xx.2026-cı il tarixli, 75 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji tibb müəssisəsində dispanser qeydiyyata alınması məsləhət görülür. (Cild 1 i.v 99-100) “Əməliyyat-axtarış tədbirinin keçirilməsinə və şübhəli şəxsin üstünün yoxlanılmasına dair” xx.xx.2025-ci il tarixli protokoldan və protokola əlavə edilmiş əməliyyat tədbirinin videoçəkilişi əks etdirilmiş 1 ədəd “DVD” diskdən görünür ki, xx.xx.2025-ci il tarixdə, saat 17:36-da Təqsirləndirilən şəxs Bakı şəhəri, Nərimanov rayonu, X8 küçəsi 120/23 ünvanının qarşısında tək dayandığı zaman Nərimanov RPİ-nin 16-cı PŞ-nin əməkdaşları sonuncuya yaxınlaşaraq saxlamaqla özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirirlər. Sonra isə polis əməkdaşı Şahid1 həmin şəxsə özünü təqdim etməsini bildirir, həmin şəxs də özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu deyir. Polis əməkdaşları özlərini təqdim etdikdən sonra Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinərək saxlanıldığını, üzərinə baxış keçiriləcəyini deyib, üzərində qanunla qadağan olunmuş narkotik vasitə, psixotrop maddə və ya digər əşya varsa təqdim etməsi təklif edirlər. Təqsirləndirilən şəxs özü əynində olan boz rəngli pencəyinin sağ yan cibindən bir ədəd göy rəngli “Sobranie” markalı siqaret qutusunu çıxarıb içərisində olan bir ədəd bükülünü təqdim edir. Həmin bükülü açıldıqda içərisində qəhvəyi rəngli narkotik vasitə olan heroinə bənzər maddənin olması aşkar olunur. Həmin maddə zərfə qoyularaq qablaşdırılıb üzəri möhürlənərək qeydlər aparılır və imzalanır. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin bükülüdəki maddənin narkotik vasitə hcroin olduğunu, həmin maddəni Bakı şəhəri, Sabunçu rayonu ərazisində tanımadığı şəxsdən şəxsi istifadəsi üçün aldığını bildirir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə baxış keçirilir, sonuncunun üzərindən başqa qanunla qadağan olunmuş əşya və ya maddə aşkar olunmur. (Cild 1 i.v 9-11, 78) Azərbaycan Respublikası DİN-nin BƏSİ İ-dən alınmış sorğudan və Nizami rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 204.2 maddəsi ilə təqsirli bilinərək 7 (yeddi) il müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Nizami rayon məhkəməsinin xx.xx.2020- ci il tarixli qərarı ilə Cinayət Məcəlləsinin 204.2-ci maddəsi həmin Məcəllənin 204.1-ci maddəsinə tövsif edilərək cəzası 6 (altı) ilə endirilmiş və Azərbaycan Respublikası Prezidentinin xx.xx.2021 -ci il tarixli 2545 saylı sərəncamına əsasən əfv olunaraq cəzasının çəkilməmiş hissəsindən azad edilmişdir. (Cild 1 i.v 81-85) Təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbiri seçilməsinə dair vəsatətin müdafiə edilməsinin imtina edilməsi və barəsində həbslə bağlı olmayan digər qətimkan tədbiri seçilməsi barədə 29 oktyabr 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair Nərimanov RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi Məhəmməd Tağıyevin 29 oktyabr 2025-ci il tarixli vəsatətinin müdafiə edilməsindən imtina edilmiş və Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmişdir. (Cild 1 i.v: 69-70) Sübutların qiymətləndirilməsi haqqında xx.xx.2026-cı il tarixli qərardan görünür ki, Nərimanov RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmiş 27 oktyabr 2025-ci il tarixdə Təqsirləndirilən şəxs üzərindən götürülmüş təmiz çəkisi 0,425 qram olan narkotik vasitə heroin ekspertiza tədqiqatından sonra təmiz çəkisi 0,325 qram narkotik vasitə heroin, şəxsi axtarışın gedişatının videogörüntüləri ilə olan 02 ədəd CD formatlı disk iş üzrə maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2022-ci il təvəllüdlü X2 və xx.xx.2015ci il təvəllüdlü X1 adlı uşaqları vardır. Məhkəmə tərəfləri dinləyib və iş materiallarını nəzərdən keçirib, təqsirləndirilən şəxsin ərizəsini nəzərə alıb hesab edir ki, “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2025-ci il tarixli Qərarı Təqsirləndirilən şəxs barəsində tətbiq edilməli və onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilməli və o, cinayət məsuliyyətindən azad olunmalıdır. Azərbaycan Respublikası CPM-nin 346.1.8-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında məhkəmə tərəfindən müzakirə edilməli məsələlərdən biri cinayət məsuliyyətindən azad etmə üçün əsasların olub-olmamasının müəyyən edilməsidir. Həmin Məcəllənin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Həmin Məcəllənin 39.1.12-ci maddəsinə əsasən amnistiya aktına əsasən şəxs cinayət məsuliyyətindən azad edilməli olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Azərbaycan Respublikası CM-nin 81-ci maddəsinə əsasən Amnistiya aktı fərdi qaydada müəyyən edilməyən şəxslər barəsində Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən qəbul edilir. Cinayət törətmiş şəxslər amnistiya aktı ilə cinayət məsuliyyətindən azad edilə bilərlər. Cinayət törətməyə görə məhkum olunmuş şəxslər isə cəzadan azad edilə bilərlər, yaxud onlara təyin olunmuş cəzanın müddəti azaldıla bilər və ya belə şəxslərin cəzasının çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edilə bilər və yaxud belə şəxslər əlavə cəzadan azad edilə bilərlər. Amnistiya aktı ilə cəzasını çəkmiş şəxslərin məhkumluğu götürülə bilər. Cinayət işinin materiallarına əlavə edilmiş şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2022-ci il təvəllüdlü X2 və xx.xx.2015ci il təvəllüdlü X1 adlı uşaqları vardır. “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının: 5.1-ci bəndinə görə məhkəmələr icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə bu Qərarın 1.1–1.16-cı bəndlərində nəzərdə tutulan şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verir və ya həmin şəxsləri təyin edilmiş cəzadan azad etməklə ittiham hökmü çıxarırlar (bu Qərarın 6-cı və 7ci hissələrində qeyd edilən məhdudiyyətlər nəzərə alınmaqla); Qeyd olunan Qərarının 1.16-cı bəndinə əsasən öhdəsində (himayəsində) yetkinlik yaşına çatmayan övladı olan şəxslər təyin edilmiş cəzanın müddətindən asılı olmayaraq, müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasından azad edilirlər. (həmin Qərarın 6cı və 7-ci hissələrində qeyd edilən məhdudiyyətlər nəzərə alınmaqla) Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs tərəfindən törədilən CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməli az ağır cinayətdir və yuxarıda qeyd edilən amnistiya qərarının 1.16-cı bəndinə əsasən cinayət təqibinə xitam verilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası CPM-nin 175.5-ci maddəsinə əsasən müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Odur ki, məhkəmə göstərilənləri nəzərə alıb hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri cinayət işi üzrə icraata xitam verildiyindən ləğv edilməlidir. Ekspertizası tədqiqatın dəyəri 81 manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi Azərbaycan Respublikasının Milli Məclisinin “Konstitusiya və Suverenlik İli” münasibəti ilə amnistiya elan edilməsi haqqında xx.xx.2025-ci il tarixli qərarının 5.1-ci bəndinin təsiri altına düşdüyündən o, cinayət məsuliyyətindən azad edilməli və onun barəsində olan cinayət işi üzrə icraata xitam verilməli, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməli, ekspertizası tədqiqatın dəyəri 81 manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. İş üzrə maddi sübut - Nərimanov RPİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilmiş ekspert tədqiqatdan sonra qalan təmiz çəkisi 0,325 qram olan narkotik vasitə heroin qalıq çəkisi məhv edilməli, 02 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır (CPM- 132). Eyni zamanda Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata götürülməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-nin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri “De Fendo” Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 11 manat hesab edilməklə, 18 iş saatına görə 198 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri “De Fendo” Vəkil Bürosunun hesabına köçürülməlidir Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 39.1.12-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2025-ci il tarixli Qərarı tətbiq edilməklə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilsin və iş üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. İş üzrə maddi sübut - Nərimanov RPİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilmiş ekspert tədqiqatdan sonra qalan təmiz çəkisi 0,325 qram olan narkotik vasitə heroin qalıq çəkisi məhv edilsin. İş üzrə maddi sübut - 02 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri 81 manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilsin. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri “De Fendo” Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 11 manat hesab edilməklə, 18 iş saatına görə 198 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri “De Fendo” Vəkil Bürosunun hesabına köçürülsün. Qərardan elan edildiyi və ya alındığı gündən 20 gün müddətində işə baxan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. X7

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar