Məhkəmə qərarları › İş №1(5-97)-36/2026

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №1(5-97)-36/2026

05.03.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(5-97)-36/2026 05.03.2026 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs və onun müdafiəçisi “De Fendo” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1988-ci ildə Zəngilan rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmuş, işləməyən, Zəngilan rayonu, Zəngilan Ərazi Dairəsi, Zəngilan kəndində qeydiyyatda olan və Bakı şəhəri, Qaradağ rayonu, X5, Qobu 2, ev 15, mənzil 33 ünvanında yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda psixotrop maddə metamfetamin əldə edib üzərində saxlayaraq daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq 01 (bir) ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 1,669 qram olan kustar üsulla hazırlanmış xeyli miqdarda psixotrop maddə metamfetamin əldə edib üzərində saxlamaqla 02 noyabr 2025-ci il tarixdə ünvan 2 ünvanının qarşısına daşımış və 02 noyabr 2025-ci il tarixdə saat 20:36-da Nərimanov RPİ-nin 18-ci PŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs ünvan 2 ünvanının qarşısında saxlanılaraq üstünün yoxlanılması zamanı əynində olan qara rəngli cins şalvarının sağ yan kiçik cibindən 01 (bir) ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 1,669 qram olan kustar üsulla hazırlanmış xeyli miqdarda psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə baxış iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü tam təqsirli bilərək ifadəsində bildirmişdir ki, o, rəsmi olaraq heç bir yerdə işləmir. Əvvəllər məhkum olunmuşdur. Uzun müddətdir ki, “patı” kimi tanıdığı psixotrop maddə metamfetamindən istifadə edir. xx.xx.2025-ci il tarixdə təqribən saat 17 radələrində üzdən tanıdığı, lakin heç bir anket məlumatlarını bilmədiyi şəxslə sosial şəbəkə vasitəsi ilə əlaqə saxlayaraq 50 manat müqabilində “patı” kimi tanıdığı psixotrop maddə metamfetamin almaq üçün razılaşdıqdan sonra, həmin psixotrop maddəni 01 (bir) büküm şəffaf sellofanda Bakı şəhəri, Yasamal rayonu ərazisindən götürmüş və götürdüyü vəziyyətdə də öz istifadəsi üçün üzərində saxlamışdır. xx.xx.2025-ci il tarixdə saat 20:36-da ünvan 2 ünvanının qarşısında olan zaman 3 nəfər şəxs ona yaxınlaşmışdır. Onlar özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirmişlər. Sonra onu saxlayıb psixotrop maddə istifadə edibetmədiyini soruşmuşlar və istifadə etdiyini səmimi olaraq etiraf etmişdir. Bundan sonra çəkilişlə üzərinə baxış keçirilmişdir. Baxış zamanı o, qara rəngli cins şalvarının sağ yan kiçik cibindən 01 (bir) ədəd şəffaf sellofana bükülmüş “patı” kimi tanıdığı psixotrop maddə metamfetamini və həmin şalvarının sol yan cibindən 01 (bir) ədəd “Nokia 3310” markalı smartfon olmayan sadə tipli, mobil nömrəsiz, batareyasız və işləməyən mobil telefonu təqdim etmiş, əynində olan qara rəngli gödəkçəs nin sağ yan cibindən isə 01 (bir) ədəd göy rəngli kiçik cib dəsmalını çıxarmışdır. Səmimi olaraq etiraf etmişdir ki, təqdim etdiyi bükümdə olan maddə "metamfetamin”dir. Polis əməkdaşları tərəfindən üzərindən aşkar edilmiş psixotrop maddə metamfetamin zərfə qoyulub, qablaşdırılmışdır. Qablaşdırılmış zərf möhürlə möhürlənmiş, bu barədə protokol tərtib edilmiş, tərtib edilmiş protokol və qablaşdırılmış zərf o və iştirakçılar tərəfindən imzalanaraq ekspertizaya göndəriləcəyi və tərkibinin ekspertiza vasitəsilə müəyyən ediləcəyi ona izah olunmuşdur. Bundan əlavə qeyd etmişdir ki, keçirilən bütün prosesslər video çəkilişlə qeydə alınmışdır. Bundan sonra isə üzərində axtarış aparılsa da, başqa qanunsuz maddə və ya əşya aşkar olunmamışdır. Daha sonra onu Nərimanov RPİ- nin 18-ci PŞ-nə dəvət etmişlər və orada şəxsiyyəti müəyyən olunmuşdur. Həmçinin Nərimanov rayon ərazisi üzrə fəaliyyət göstərən Bakı şəhəri “Yusifbəyli və Partnyorları” Vəkil Bürosundan dövlət hesabına müdafiəçi seçmək hüququ izah olunmuşdur. Vəkillərin siyahısı ilə tanış olmuş, bu barədə ərizəsi alındıqdan sonra dəvət olunmuş vəkil X6 ona bir daha hüquq və vəzifələrini izah etmişdir. Daha sonra həmin şöbənin təhqiqatçısı, polis mayoru Azər Abdullayev tərəfindən ona üzərində Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 90-cı maddəsində nəzərdə tutulmuş hüquq və vəzifələri izah olunmuşdur. Bundan əlavə üzərindən aşkar edilərək götürülmüş psixotrop maddə metamfetaminə və videoçəkilişə onun iştirakı ilə yenidən baxış keçirilmişdir. Psixotrop maddə metamfetamin zərfə qoyulub, qablaşdırılmışdır. Qablaşdırılmış zərf möhürlə möhürlənmiş, bu barədə protokol tərtib edilmiş, tərtib edilmiş protokol və qablaşdırılmış zərf o və iştirakçılar tərəfindən imzalanaraq ekspertizaya göndəriləcəyi və tərkibinin ekspertiza vasitəsilə müəyyən ediləcəyi ona izah olunmuşdur. Son olaraq əməlindən peşman olmasını, məcburi köçkün olmasını, barəsində “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2025-ci il tarixli Qərarının tətbiq olunmasını xahiş edərək buna dair yazılı ərizəni məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasına şahid qismində çağırılmış Şahid1, Şahid2 və Şahid3 məhkəmə iclasında iştirak etməmələri nəzərə alınaraq, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmiş, habelə onların ibtidai istintaq dövründə vermiş olduqları ifadələri elan edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” 02 noyabr 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə saat 20:36-da şübhəli şəxs qismində tutulmuşdur. 02 noyabr 2025-ci il tarixdə Nərimanov RPİ-nin 18-ci PŞ-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid1 tərəfindən tərtib olunmuş “əməliyyat-axtarış tədbirinin keçirilməsi və şübhəli şəxsin üstünün yoxlanılması haqqında" protokoldan görünür ki, vətəndaş Təqsirləndirilən şəxs üzərində olan əşyaları təqdim edilməsi bildirilmiş və baxış zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sağ yan kiçik ölçülü cibindən 01 (bir) ədəd sellofan kəsiyinə bükülmüş, kristalşəkilli, ağ rəngli spesifik qoxuya malik metamfetaminə bənzər maddə aşkar edilmişdir. Bundan başqa həmin şalvarın sol yan cibindən “Nokia” markalı mobil telefonu təqdim etmişdir. Qeyd olunan bükümdəki maddəni tanımadığı şəxsdən əldə etdiyini bildirmişdir. Aşkar olunmuş büküm, yəni 01 (bir) ədəd sellofan kəsiyinə bükülmüş içərisində spesifik qoxuya malik, kristalşəkilli, ağ rəngli metamfetaminə bənzər maddə zərfdə qablaşdırılaraq üzəri 224 saylı möhürlə möhürlənmiş və iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Mobil telefon maddi sübut əhəmiyyəti kəsb etdiyi üçün götürülmüşdür. 02 noyabr 2025-ci il tarixdə Nərimanov RPİ-nin 18-ci PŞ-nin təhqiqatçısı, polis mayoru Azər Abdullayev tərəfindən tərtib olunmuş “təqdim olunan maddi sübuta baxış keçirilməsi haqqında” protokoldan görürür ki, iştirakçıların iştirakları ilə Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək qablaşdırılmış maddi sübuta baxış keçirilmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin maddə psixotrop maddə hesab olunan “patı” yəni “metamfetamindir”. O, üzərindən aşkar edilmiş narkotik maddəni həmin gün Bakı şəhəri, Yasamal rayonu ərazisində üzdən tanıdığı, anket məlumatlarını bilmədiyi şəxsdən 50 manata almış və daha sonra istifadə etmək üçün özündə saxladığını bildirmişdir. Aşkar olunmuş psixotrop maddəyə bənzər maddə iştirakçıların və Təqsirləndirilən şəxs iştirakları ilə yenidən qablaşdırılmış, 224 nömrəli möhürlə möhürlənmiş və imzalanmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 03 noyabr 2025-ci il tarixli, 3-16-16/2-6/3589/2025 nömrəli ekspert rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində Azərbaycan Respublikası DİN Zərflər üçün № 224” dairəvi möhür əksləri olan, “Təqsirləndirilən şəxs “imza”; Şahid2 “imza”; Şahid3 “imza”; təhqiqatçı: “imza” Azər Abdullayev” yazıları qeyd edilmiş bir ədəd zərfdəki 01 (bir) ədəd bükümdə təmiz çəkisi 1,669 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetamin Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyəsi qadağan edilən psixotrop maddələr”in siyahısına (Siyahı İİ) daxildir. Metamfetaminin 01 (bir) ədəd bükümdə təmiz çəkisi 1,669 qram, tədqiqata sərf edilmişdir 0,050 qram, qalıq 1,619 qram. Aparılmış tədqiqatın dəyəri 89 manat təşkil edir. “Təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina olunması haqqında” 04 noyabr 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilmiş və o, Nərimanov RPİ-nin MSY-dən dərhal azad edilmişdir. “Polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi haqqında” 04 noyabr 2025-ci il tarixli qərara əsasən Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi publik hüquqi şəxsin ambulator məcburi-narkoloji ekspertizasının 05 noyabr 2025-ci il tarixli 6966 nömrəli rəyində göstərilmişdir ki, hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs kannabinoidlərin, psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. VSİS-dən alınan məlumata əsasən Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən RNM-da (F19x2) diaqnozu ilə dispanser qeydiyyatdadır. “Diskə baxış keçirilməsi haqqında” 04 noyabr 2025-ci il tarixli protokoldan görünür ki, polis əməkdaşları ünvan 2 ünvanının qarşısında olan zaman psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Təqsirləndirilən şəxs yaxınlaşıb özlərini təqdim etmişlər. Təqsirləndirilən şəxs özünü təqdim etmişdir. Təqsirləndirilən şəxs üzərinə baxış keçirilən zaman Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarının sağ yan kiçik cibindən 01 (bir) ədəd şəffaf sellofana bükülmüş ağ rəngli, kristalşəkilli psixotrop maddə metamfetaminə bənzər maddə və həmin şalvarın sol yan cibindən 01 (bir) ədəd “Nokia 3310” markalı mobil telefonu, həmçinin 01 (bir) ədəd göy rəngli cib dəsmalını təqdim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin maddə “patı” kimi tanıdığı psixotrop maddə metamfetamindir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 (bir) ədəd şəffaf sellofan büküm 01 (bir) ədəd kağız zərfdə qablaşdırılaraq möhürlənmişdir. Bundan sonra polis əməkdaşları Təqsirləndirilən şəxs üzərində axtarış aparmışlar. Axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən başqa heçnə aşkar edilməmişdir. İkinci faylda olan videogörüntü 02 noyabr 2025-ci il tarixli və 05 (beş) dəqiqə 55 (əlli beş) saniyədən ibarət olmuşdur. Çəkilmiş videoçəkilişdən görünmüşdür ki, Nərimanov RPİ-nin 18-ci PŞ-nin təhqiqatçısı, polis mayoru X4 polis şöbəsinin xidməti otaqlarının birində polis əməkdaşlarının, Təqsirləndirilən şəxs və müdafiəçi X2 işitrakı ilə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş və 01 (bir) ədəd kağız zərfdə qablaşdırılmış 01 (bir) ədəd şəffaf sellofan bükümdə olan psixotrop maddə metamfetaminə bənzər maddəyə baxış keçirmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin maddə “patı” kimi tanıdığı psixotrop maddə metamfetamindir. Baxış keçirildikdən sonra həmin 01 (bir) ədəd şəffaf sellofan bükümdə olan psixotrop maddə metamfetaminə bənzər maddə 01 (bir) ədəd kağız zərfdə qablaşdırılaraq möhürlənmişdir. Baxış zamanı 01 (bir) ədəd CD diskdə olan fayllara baxıldıqdan sonra iş üzrə mühüm sübut əhəmiyyəti kəsb etdiyindən cinayət işinə əlavə olunmuşdur. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik informasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər dəfələrlə məhkum edilmiş, son olaraq Bakı Şəhər Qaradağ Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2024-cü il tarixdə Bakı Şəhər Nizami Rayon Məhkəməsinin qərarı ilə 02 (iki) ay 19 (on doqquz) gün vaxtından əvvəl şərti azad edilmiş və xx.xx.2025-ci il tarixdə cəza müddəti başa çatmışdır. “Sübutların qiymətləndirilməsi haqqında” 16 yanvar 2026-cı il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş 01 (bir) büküm təmiz çəkisi 1.669 qram psixotrop maddə metamfetamin maddi sübut hesab edilmiş və ekspert tədqiqatından sonra qalıq qalmış 1,619 qram psixotrop maddə metamfetamin Nərimanov RPİ-yə saxlanışa verilmiş, Təqsirləndirilən şəxs üzərinə baxış keçirilməsi və götürmə prosesini əks etdirən videogörüntülərin olduğu 01 (bir) ədəd CD disk sübut növü hesab edilmiş və cinayət işinin materiallarına əlavə edilmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2026-cı il tarixli, 4(5-97)- 185/2026 nömrəli qərarından görünür ki, Azərbaycan Respublikası CM-in 228.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində həbs qismində 03 ay müddətinədək həbs qismində qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli xx.xx.2026-cı il tarixdən hesablanmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Zəngilan Rayonu İcra Hakimiyyəti Başçısının Zəngilan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 17 fevral 2026-cı il tarixli №18 nömrəli arayışdan görünür ki, Mehdiyev X1 inzibati ərazi dairəsi üzrə Zəngilan kəndində pasport qeydiyyatındadır və ünvan 4 ünvanında məcburi köçkün kimi məskunlaşmışdır. Məhkəmə tərəfləri dinləyib və iş materiallarını nəzərdən keçirib, təqsirləndirilən şəxsin ərizəsini nəzərə alıb hesab edir ki, “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2025-ci il tarixli Qərarı Təqsirləndirilən şəxs barəsində tətbiq edilməli və onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilməli və o, cinayət məsuliyyətindən azad olunmalıdır. Azərbaycan Respublikası CPM-nin 346.1.8-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında məhkəmə tərəfindən müzakirə edilməli məsələlərdən biri cinayət məsuliyyətindən azad etmə üçün əsasların olub-olmamasının müəyyən edilməsidir. Həmin Məcəllənin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Həmin Məcəllənin 39.1.12-ci maddəsinə əsasən amnistiya aktına əsasən şəxs cinayət məsuliyyətindən azad edilməli olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Azərbaycan Respublikası CM-nin 81-ci maddəsinə əsasən Amnistiya aktı fərdi qaydada müəyyən edilməyən şəxslər barəsində Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən qəbul edilir. Cinayət törətmiş şəxslər amnistiya aktı ilə cinayət məsuliyyətindən azad edilə bilərlər. Cinayət törətməyə görə məhkum olunmuş şəxslər isə cəzadan azad edilə bilərlər, yaxud onlara təyin olunmuş cəzanın müddəti azaldıla bilər və ya belə şəxslərin cəzasının çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edilə bilər və yaxud belə şəxslər əlavə cəzadan azad edilə bilərlər. Amnistiya aktı ilə cəzasını çəkmiş şəxslərin məhkumluğu götürülə bilər. Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Zəngilan Rayonu İcra Hakimiyyəti Başçısının Zəngilan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 17 fevral 2026-cı il tarixli №18 nömrəli arayışdan görünür ki, Mehdiyev X1 inzibati ərazi dairəsi üzrə Zəngilan kəndində pasport qeydiyyatındadır və Qaradağ rayonu, Lökbatan qəsəbəsi, X5, Qobu 2, ev 15, mənzil 33 ünvanında məcburi köçkün kimi məskunlaşmışdır. “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının: 5.1-ci bəndinə görə məhkəmələr icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə bu Qərarın 1.1–1.16-cı bəndlərində nəzərdə tutulan şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verir və ya həmin şəxsləri təyin edilmiş cəzadan azad etməklə ittiham hökmü çıxarırlar (bu Qərarın 6-cı və 7ci hissələrində qeyd edilən məhdudiyyətlər nəzərə alınmaqla); Qeyd olunan Qərarının 1.6-cı bəndinə əsasən 1988–1993-cü illərdə Azərbaycan ərazisinin bir hissəsinin Ermənistan tərəfindən işğalı nəticəsində öz doğma torpaqlarından məcburi köçkün düşmüş şəxslər təyin edilmiş cəzanın müddətindən asılı olmayaraq, müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasından azad edilirlər. (həmin Qərarın 6cı və 7-ci hissələrində qeyd edilən məhdudiyyətlər nəzərə alınmaqla) Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs tərəfindən törədilən CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməli az agır cinayətdir və yuxarıda qeyd edilən amnistiya qərarının 1.6-cı bəndinə əsasən cinayət təqibinə xitam verilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası CPM-nin 175.5-ci maddəsinə əsasən müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Odur ki, məhkəmə göstərilənləri nəzərə alıb hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri cinayət işi üzrə icraata xitam verildiyindən ləğv edilməlidir. Ekspertizası tədqiqatın dəyəri 89 manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi Azərbaycan Respublikasının Milli Məclisinin “Konstitusiya və Suverenlik İli” münasibəti ilə amnistiya elan edilməsi haqqında xx.xx.2025-ci il tarixli qərarının 5.1-ci bəndinin təsiri altına düşdüyündən o, cinayət məsuliyyətindən azad edilməli və onun barəsində olan cinayət işi üzrə icraata xitam verilməli, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilməli, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən RNM-da (F19x2) diaqnozu ilə dispanser qeydiyyatda olması nəzərə alınmalı, ekspertizası tədqiqatın dəyəri 89 manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. İş üzrə maddi sübut - Nərimanov RPİ-nin saxlanc yerinə təhvil verilmiş ekspert tədqiqatdan sonra qalan təmiz çəkisi 1,619 qram psixotrop maddə metamfetamin məhv edilməlidir. Təqsirləndirilən şəxs üzərinə baxış keçirilməsi və götürmə prosesini əks etdirən videogörüntülərin olduğu 01 (bir) ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır (CPM-132) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş “De Fendo” Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 11 manat hesab edilməklə, 20 iş saatına görə 220 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq “De Fendo” Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 39.1.12-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2025-ci il tarixli Qərarı tətbiq edilməklə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilsin və iş üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən RNM-da (F19x2) diaqnozu ilə dispanser qeydiyyatında olması nəzərə alınsın. İş üzrə maddi sübut - Nərimanov RPİ-nin saxlanc yerinə təhvil verilmiş ekspert tədqiqatdan sonra qalan təmiz çəkisi 1,619 qram psixotrop maddə metamfetamin məhv edilsin. İş üzrə maddi sübut - Təqsirləndirilən şəxs üzərinə baxış keçirilməsi və götürmə prosesini əks etdirən videogörüntülərin olduğu 01 (bir) ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri 89 manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilsin. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş “De Fendo” Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 11 manat hesab edilməklə, 20 iş saatına görə 220 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq “De Fendo” Vəkil Bürosunun hesabına köçürülsün. Qərardan elan edildiyi və ya alındığı gündən 20 gün müddətində işə baxan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Gültəkin Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar