Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(5-97)-9/2026 03.02.2026 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Musayev Tural Səmid oğlunun sədrliyi, X13 oğlunun katibliyi, Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X7, Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs X6 və onun müdafiəçisi - Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili X2 iştirakları ilə, X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X9 tərəfindən xüsusi ittiham qaydasında verilmiş şikayət ərizəsinə və ona əlavə edilmiş sənədlərə məhkəmənin inzibati binasında, məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X9 xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət edərək X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə təqsirli bilinərək cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. Xüsusi ittiham qaydasında şikayət onunla əsaslandırılmışdır ki, X8 onun barəsində şərəf və ləyaqətini alçaldaraq və kütləvi qaydada şərəf və ləyaqətini təhqir edərək, nalayiq formada alçaldaraq cəmiyyətə sığmayan hərəkətlər etmişdir. ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində yaşayır. X10 ilə mübahisə yaranırdı. Nərimanov rayonu, Hacı Murad küçəsi üzrə yerləşən fərdi yaşayış evinin birinci mərtəbəsində yerləşən otaq Astara rayon sakinləri olan Elxan və Elçin adlı şəxslərə kirayə verilmişdir. Evdə onun oğulları, gəlini, nəvələri olduğundan kirayədə qalan Elxan və Elçin adlı şəxslərdən evin otağının boşaldılmasını xahiş etmişdir. 3 ay müddətdən sonra yanvar 2025-ci il tarixdə Elçinə və Elxana yaxınlaşaraq yenidən otağın boşaldılmasını xahiş etmiş, lakin X10 İradə söyləyib ki, evin sahibi odur və kirayədə qalanlar heç bir yerə çıxmayacaqlar, otaqda yaşamağa davam edəcəklər. Onu iki oğlu Abdulla və Ceyhunun, həyat yoldaşının, Abdullanın həyat yoldaşı, qonşu İlham Həsənov və qudası Arifin, kirayəçi Elxan və Elçinin iştirakı ilə, onların gözü qarşısında şərəf və ləyaqətini, şəxsiyyətini alçaltmış, təhqir etmişdir. Evdə təxminən 10 nəfərə yaxın adam yaşayır. Sonra bildirmişdir ki, evin sahibi odur, hamı onun sözü ilə oturub-duracaqdır. Hamının qarşısında “Səni, arvadı, uşaqları....... Sənin ..... kimi təhqiramiz ifadələri işlətmişdir. Bununla da onu oğullarının, həyat yoldaşının, qudasının, qonşunun və kirayəçilərin gözü qarşısında şəxsiyyətini, layəqətini, şərəfini alçaldaraq təhqir etmişdir. 09 yanvar 2025-ci il tarixli hadisəni videoyazısını o, məhkəmədə sübut olaraq təqdim edəcəkdir. Məhkəmənin hazırlıq iclasında iştirak edən xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X9 xüsusi ittiham qaydasında şikayətin məzmununa uyğun çıxış edərək və məhkəməyə ərizə ilə müraciət edərək X8 ilə barışdığını, hazırda ona qarşı heç bir şikayət və tələbinin olmadığını və xüsusi ittiham qaydasında verdiyi şikayətdən imtina etdiyini bildirmişdir. Məhkəmə iclasında iştirak edən barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs X8 və onun müdafiəçisi X1 İlqar Sabir oğlu ilə barışığın olmasının nəzərə alınaraq şikayətin icraata qəbul edilməsindən imtina edilməsini xahiş etmişlər. İş materiallarında olan X7 məhkəmənin hazırlıq iclasında təqdim etdiyi xx.xx.2026-cı il tarixli ərizədən görünür ki, xüsusi ittiham qaydasında şikayət verdiyi X8 ilə barışmışdır, ona qarşı heç bir şikayət və tələbi yoxdur, xüsusi ittiham qaydasında verdiyi şikayətdən imtina edir. Məhkəmə xüsusi ittiham qaydasında şikayəti və ona əlavə olunmuş materialları nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə məhkəmə baxışının keçirilməsi qeyri-mümkündür və xüsusi ittiham qaydasında şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 299.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclası cinayət işində, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarında və ya xüsusi ittiham qaydasında şikayətdə, irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir. 300.1.3-cü maddəsinə əsasən məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında qəbul etdiyi qərarlardan biri də xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina olunması barədə qərardır. 302.1.8-ci maddəsinə əsasən şikayəti vermiş şəxs şikayətindən imtina etdikdə və təqsirləndirilən şəxslə barışdıqda və ya məhkəmənin hazırlıq iclasına üzrlü səbəb olmadan təkrarən gəlmədikdə məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. 302.2.3-cü maddəsinə əsasən məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək həmin Məcəllənin 302.1.2-302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar qəbul edir. Beləliklə, məhkəmə hesab edir ki, xüsusi ittiham qaydasında şikayət vermiş şəxs şikayətindən imtina etdiyinə görə X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X9 tərəfindən xüsusi ittiham qaydasında verilmiş şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən və xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 299.1, 300.1.3, 302.1.8, 302.2.3 və 381-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X9 tərəfindən xüsusi ittiham qaydasında verilmiş şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən və xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina edilsin. Qərardan elan edildiyi andan 20 gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tural Musayev
Məhkəmə qərarları › İş №1(5-97)-9/2026
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №1(5-97)-9/2026
03.02.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver